Universal sərgi və yarmarkalar



Yüklə 43,93 Kb.
səhifə4/7
tarix15.11.2022
ölçüsü43,93 Kb.
#69145
1   2   3   4   5   6   7
referat 76

3. Beynəlxalq sərgi və yarmarkaların təşkili və onların fəaliyyətini tənzimləyən beynəlxalq təşkilatlar.


Beynəlxalq sərgi və yarmarkalarda iştirak etmək üçün üç kriteriyaya uyğun gəlmək lazımdır. İştirak o zaman məqsədəuyğundur;
___ Müəssənin satış şəbəkəsi konkret regionla məhdudlaşmır.
___ Satış iri alıcı strukturuna uyğunlaşmışdır.
___ Mal və ya xidmət yüksək səviyyəli nou-xaunu şərtləndirir.
Ümumiyyətlə sərgilərdə iştirak ilkin olaraq aşağıdakı məqsədləri güdür.

  • Yeni bazarlarla tanışlıq.

  • Rəqabətliyin yoxlanması.

  • İxraj imkanları haqqında mə’lumat əldə etmək.

  • Sahə daxili situasiyaya uyğunlaşma.

  • Təjrübə mübadiləsi.

  • İxtisaslaşmış tədbirlərdə iştirak.

  • İnkişaf tendensiyasının öyrənilməsi.

  • Yerli bazarları müəssə məhsulunda maraqlandırmaq.

  • Rəqiblərlə tanışlıq (rəqiblərdən hansı, hansı sərgiyə öz malını çıxarır).

  • Satışın artması.

Sərgidə iştirakın ayrı-ayrı məqsədlərinin anlaşılması, hansı sərgidə iştirakın mümkün və arzu edilənolması ilə birbaşa asılıdır.
Ümumiyyətlə sərgidə iştirak zamanı təşkilati proses üç mərhələyə bölünür: hazırlıq, stendin işi, mə’lumatların ardıjıl işlənməsi.
Sərgidə öz xüsusi stendi ilə fərdi iştirak müvəffəqiyyət üçün böyük imkanlar verir. Anjaq «ilk çıxış» üçün yeni iştirakçını bir çox təşkilati məsələlərdən azad edən digər formalardan da istifadə etmək olar.
Dövlət təşkilatları, ittifaq və s. institutlar, məs: tijarət sənaye palatasıkifayət qədər təjrübəyə maliksr təşkilatçılarıyla birlikdə ayrı-ayrı ölkələrin və ya sahələrin eləjə də bir çox eksponentlərin ümumi stendlərdən birgə iştirakını tə’min edir. İştirakın bu forması xüsusi maliyyə və vaxt itkisi olmayan sərgi təjrübəsi əldə etməyə imkan verir.
Hazırda bir çox iri sərgilərdə iştirak etmək üçün əvvəljədən ərizə vermək lazım gəlir. Belə ki, yerlər çox zaman tutulur. Ərizələrinqəbulu tədbirin başlanmasından 6-18 ay qabaq başa çatır. Ərizədə lazımi sahə göstərilməli olduğundan eksponatların siyahısına görə təqribi stend konsepsiyası işlənib hazırlanmalıdır.
Qeydiyyatdan keçmək üçün eksponent sərgi təşkilatçısından aşağıdakı sənəd və informasiyanı alır:

  • Ərazinin planı.

  • Pavilyonların planı.

  • Qeydiyyat sənədləri.

  • Xidmət haqqında sənədlər.

  • Stend üçün təklif olunan yerlər.

  • Sərginin keçirilməsi şərtləri.

  • Tə’limat.

Sərgidə iştirak şərtləri haqqında sənəddə sərgiyə buraxılış, stend üçün kirayə haqqı, ödəniş şərtləri, müqavilənin dayandırılması, subeksponatların və əlavə firmaların qeydiyyatı kimi müqavilə şərtləri tənzimlənir.
Sərgidə iştirakdan imtina edilən zaman konkret müddətdən asılı olaraq müxtəlif məbləğlərdə jərimə ödənilir. Tədbirə az qalmış müddətdə imtina zamanı, müəyyən şərtlər daxilində kirayə haqqının bütünlüklə ödənilməsi mümkündür.
Ümumiyyətlə sərgidə iştirakın xərjləri aşağıdakı kimidir. Sərgi təşkilatçısına ödənilən pul məbləği, eksponatlara çəkilən xərjlər, stendin montacı və işinin tə’mini xərjləri, reklam, mətbuat, satışının stimullaşması, personal xərjləri.
Ayrı-ayrı müəssələrdə xərjlərin məbləği müxtəlif ola bilər.

  1. İştiraka görə haqq (stendin kirayəsi) tutulan ərazinin sahəsinə və sifariş edilən stendin növünə görə hesablanır. Bəzi sərgilərdə iştiraka görə haqqın tərkibinə stendin arendasından başqa digər servis xidmətləri və eksponent üçün köməkçi tədbirlərin haqqı da daxildir. Təjrübə göstərir ki, əsas istehsal vasitələri sərgisində iştirak haqqı stendin kirayə haqqının 10 misli həjmində, istehlak malları sərgisində isə 6 misli həcmində ola bilər.

  2. Eksponatlara çəkilən xərjlər sərgi üçün ayrıca nümayiş modelinin hazırlanmasının lazım olub-olmamasından asılıdır. Nəqliyyat xərcləri də ümumi məbləği artırır, ancaq təbii ki, nümayiş modellərini çox dəfələrlə işlətmək mümkündür.

  3. Prinsipçə stendin montaj edilməsi sərginin məqsədlərinə nail olmasına imkan yaratmalıdır. Müxtəlif həcmli xərclər yığılma stendin kirayə haqqından, şəxsi yığılma stendən istifadədən və ya stend konstruksiyasından istifadədən asılıdır.

  4. Köməkçi tədbirlər üçün xərclər istənilən halda planlaşdırılmalıdır. Ən azından ziyarətçiləri cəlb eləmək üçün reklamla (hansı ki, hətta kiçik müəssələr də məqsədyönlü şəkildə məşğul olmalıdırlar.) sərgidə müvəffəqiyyətə əsaslı tə’sir göstərə bilər.

  5. Bu məsrəflərə faktiki və kalkulyasiya xərcləri aiddir, hansı ki, mə’lumatların hazırlanması təşkili və sonrakı e’malına sərf olunur.

Xərclərin ümumi strukturu aşağıdakı diaqramda göstərilib.
Sərgi stendi müəssənin də’vətnaməsi kimi istər ölçü istərsə də təchizinə görə nümayiş olunan mala və müəssənin mahiyyətinə uyğun olmalıdır. Texniki nökteyi-nəzərdən stend qürursuz olmalı və konkret standartlara cavab verməlidir. İlk planda müştəriyə yönəlmiş malın ilkin nümayiş məsələsi durur.
Prinsipcə istənilən stend üçün bir məsələ vacibdir: onun propersiyaları harmonik olmalıdır. Stendin növləri yanaşı stendlərdən münasibətdə yerləşməsinə görə təsnifləşdirir. Sıra stendi variantı kirayə haqqı cəhətdən ən ucuzdur. Digər növlər üçün əlavə haqq lazımdır.
Sıra stendi. Sıra stendi yalnız bir giriş üçün açıqdır. Bu stend digər stendərlə bir sırada olur. onu yalnız giriş zonasından nəzərdən keçirmək olar. Fasadın açıq hissəsinin ölçüsünə görə dar və ya uyğun olaraq geniş və dayaz sıra stendləri fərqləndirilir.
Künc stendi. Künc stendi sıranın sonunda olur. Belə stend adətən iki tərəfdən açıqdır. Girişə və perpendikulyar keçidə iki tərəfli mənzərənin olmasına görə eyni ölçülü künc stendi, sıra stendinə nisbətən daha çox funksionaldır. Künc stendinin kirayə haqqı sıra stendinkindən artıqdır. Künc stendində iki keçidin olması daha çox ziyarətçiyə ümid etməyə imkan verir.
Baş stend. Baş stend sıranın sonunda üç tərəfə açıq olur. keyfiyyət cəhətdən, o, əvvəlki iki stend növünü üstəliyir. Çünki düzgün istifadə zamanı o daha gözəgəlimlidir və elə bil içəri girməyə çağırır.
Blok stend. (və ya təcrid olunmuş stend). Adları çəkilən stend növləri içərisində ən bahalısıdır. Blok-stend hər tərəfdən keçidlə əhatə olunub və digər stendlərdən aralı olduğuna görə ziyarətçilərin diqqətini cəlb edir. Ümumiyyətlə, o, reklamın yüksək keyfiyyətinə görə fərqlənir və nümayiş məqsədləri üçün xüsusi üstünlüyü vardı. Blok-stend tərtibat nökteyi-nəzərdən çox mürəkkəbdir ki, bu da onun motajı və təchizi xərclərinin böyüklüyündə öz əksini tapır.
Açıq meydançada stend. Açıq meydançada stend iri həcmli mallar (məs, bloklar tam komplekt maşın və avadanlıq, hansı ki, iş prosesində nümayiş etdirilir) mallar uçun nəzərdə tutulub. Eksponent açıq səmada danışıqların keçirilməsi üçün bağlı yerlərin hazırlanması ilə də məşğul olmalıdır.
Müasir beynəlxalq sərgi və yarmarkalar onunla fərqlənirlər ki, onlar əlavə tə’sir formaları və vasitələrini tətbiqi üçün geniş imkanlar açırlar. Bu tə’sir formalarından aşağıdakıları qeyd etmək olar:
a) Sərgi və yarmarkalarda arxitektura.
b) Canlı söz və mətn.
v) sərgi və yarmarkalarda qrafika.
q) Fotomaterialları.
d) Kino, videomaterialları.
j) Hərəkət, fəaliyyət.
z) Musiqi, səs.
s) İşıq.
Sərgi və yarmarkalarda arxitektura.
İri sərgi və yarmarkalar planlaşdırılan zaman, bu sahədə fəaliyyət urbanistika problemlərilə bütöv obyektlərin və ya onların komplekslərinin layihələşdirilməsilə yaşıl massivlərin planlaşdırılması və s. ilə toqquşur. Məsələn: Ümumdünya və ya xarici sərgilərdə milli pavilyonun xarici görünüşü diqqəti cəlb etməli və maraq doğurmalıdır. Pavilyon onun xarici görünüşü, müasir konstruktur qərarları və tikinti materialları müəyyən təbliğat funksiyaları yerinə yetirməlidir.
Hər bir arxitektura layihəsini nəzərdən keçirərkən hər şeydən əvvəl onun xidməti rol oynamasına yə’ni məhsulun əsas funksiyaları ilə birlikdə daha yaxşı ekspozisiyasına yardımına diqqət vermək lazımdır. Sərgi və yarmarkaların arxitektura məsələsi yalnız bədii me’yarlar baxımından nəzərdən keçirilə bilməz.
Qrafika. Bu bədii janrın tə’siri müxtəlifdir. Sərgi və yarmarkaların tərtibatında ondan istifadə bilavasitə rəng funksiyası ilə bağlıdır. Rəng müxtəlif funksiyaları yerinə yetirə bilər. Məsələn: əgər o, müvafiq konvensiyaya uyğun tətbiq olunmuşsa; misal üçün mavi-sülh, qırmızı-inkişaf, tünd-yaşıl-kömür və s. Qrafika özünün tam inkişafını və geniş tətbiqini sərginin və mətnlərin tərtibatında tapır. Burada o, müstəsna əhəmiyyət kəsb edir, çünki rəsm və şəkillərin köməyilə böyük effekt almaq olar. Bir qayda olaraq ekspozisiyada qrafikadan – diaqramların, firma nişanlarının, yazı və rəqmlər üçün fonun və xırda deklarasiya elementlərinin yaradılmasında istifadə edilir. Sərgi və yarmarkalarda qrafika informasiya, reklam, təbliğat funksiyalarını yerinə yetirməyə kömək edir. O, emosional tə’sir vasitələrindən biridir.
Söz. Sərgi və yarmarkalarda canlı söz mühüm əhəmiyyət daşıyır. Canlı informasiya istehsal və ticarət mütəxəssislərinin söhbətləri birbaşa əlaqənin bütün üstünlüklərinə malikdir. Şüarlar və yazılar ziyarətçilərin əsas hissəsi üçün informasiya mənbəyi və tə’sir vasitəsidir. O, həmçinin əlavə mə’mulat almaq və alış stimulu yaradır. Sərgi və yarmarkaların xarakterindən asılı olaraq informasiya xüsusi seçilmiş musiqi ilə birlikdə verilməlidir.
Fotoformasiya, fotosurətlər, videofilm daha çox əlavə sənədləşmə və emosional elementlər kimi tə’sir edirlər. Sərgi və yarmarkalarda iri miqyaslı fotoşəkillər tətbiq etmək lazımdır. Fotosurətlərdə müxtəlif sənədlər firma blankları, ekspert blankları və s. təqdim etmək olar. Video filmin əsas funksiyası, məhsulun fəaliyyəti və tətbiqi, texniki və istehsalat proseslərini nümayiş etdirməkdir. Onlar daha çox natura şəklində nümayiş etdirilməyən, misal: zavodlar, ticarət gəmiləri və s. nümunələrin göstərilməsində mühüm rol oynayır.
Səs, hərəkət, işıq. Bütün bu vasitələri başlıca olaraq emosional hissetmə sferasında nəzərdən keçirmək lazımdır. Qeyd etmək lazımdır ki, onlar müasir və dəb olan sərgi və yarmarka effektlərinə aiddirlər və onların canlı hərəkətləri ziyarətçilərin diqqətini hər şeydən çox cəlb edir. İşıq çox zaman özünün əsas funksiyasından (işıqlandırma, əlavə rəngi də əvəz edir.) Səslərin tətbiqi də geniş yer alır. Musiqi və mətnlə yanaşı səs də müəyyən emosional hisslər oyada və informasiya rolu oynaya bilər.
Sərgi təşkilatçıları hər bir iştirakçıya bütün təşkilati və texniki məsələlərlə konsultasiyalar təklif edir. Onlar sahə birlikləri ilə reallaşmaya müəssələri, satış, reklam və sərgiləri keçirilməsi üzrə mütəxəssislər arasında e’tibarlı kontaktlar yaradır.
Sərgi və yarmarkalar satışa meylli sahibkar siyasətinin həyata keçirilməsi üçün vacib çıxış nöktələri verir. Burada bazarda baş verən proseslər, dəyişmələrin növü və diapazonu və həmçinin gələcək inkişaf tempi aydınlaşır.
Beynəlxalq sərgi və yarmarkaların quruluşu və onların fəaliyyətinin tənzim olunması ilə bir tərəfdən ərazisində sərgi və yarmarkalar keçirilən ölkələrin ticarət və xarici ticarət palataları, nazirlikləri və idarələri, digər tərəfdən isə beynəlxalq təşkilatlar məşğul olurlar. Bu təşkilatlara aşağıdakıları misal göstərmək olar:
Beynəlxalq sərgilər Bürosu-İqamətgahı Parisdə yerləşir.
Beynəlxalq yarmarkalar ittifaqı İqamətgahı Parisdə yerləşir.
Beynəlxalq ticarət palatası Parisdə yerləşir.
BMT-nin Avropa İqtisadi Kommisiyası nəzdində xarici ticarətin inkişafı komitəsinin beynəlxalq yarmarkalar üzrə işçi qrupu.
Beynəlxalq sərgilər bürosu. – 11-12 noyabr 1928-ci ildə Parisdə keçirilmiş beynəlxalq sərgilər haqqında konfrans tərəfindən ticarət – sənaye xarakterli sərgilərin təkmilləşdirilməsi məsələsinə görə konvensiyasının müddəası əsasında təşkil olunmuşdur. Konvensiya 6 hissə 40 maddədən ibarətdir.
Beynəlxalq yarmarkalar ittifaqı yarmarkala-rın təşkili və daxili əməkdaşlığın saxlanması, onlarının hüquqlarının qorunması, fəaliyyət dairəsinin genişləndirilməsi və nəhayət dövlətlərarası əmtəə mübadiləsinə kömək etmək üçün 1925-ci ildə Milan yarmarkasının təşəbbüsü ilə yaradılmışdır. Beynəlxalq yarmarkalar ittifaqı tərkibində 25 ölkənin 65 beynəlxalq yarmarkası fəaliyyət göstərir.
Beynəlxalq ticarət palatası 1920-ci ildə Paris şəhərində keçirilən tə’sis konfransında yaradılıb. Onun təşəbbüskarları 1917-ci ildə «Atlantik-Siti» də keçirilən konfransın iştirakçıları olmuşlurlar. Beynəlxalq ticarət palatasının vəzifələrinə aşağıdakılar daxildir. Dövlətlərarasında iqtisadi münasibətlərin aktual problemlərini müzakirə etmək üçün müxtəlif ölkələrinin işguzar dairələrinin müntəzəm görüşlərinin hazırlanması və keçirilməsi, beynəlxalq ticarətin inkişafına kömək etməyə yönəldimiş müvafiq tövsiyyələrinin işlənib hazırlanması və s.
Ümumiyyətlə beynəlxalq miqyasda beynəlxalq sərgi və yarmarkaların fəaliyyətinin tənzimlənməsi problemi çox mürəkkəbdir və hələ də həll olunmamışdır.

IV



Yüklə 43,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin