Universitet: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti



Yüklə 19,57 Kb.
tarix27.06.2022
ölçüsü19,57 Kb.
#62392
Belge


Universitet: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Fakültə: kino və televiziya
İxtisas: Kinoşünaslıq
Tələbə: Vasif Məmmədov
Kurs: 3
Qrup: kş 19
Fənn: Televiziyanın tarixi və nəzəriyyəsi.
Müəllim: Gülnarə Hüseynova
Sərbəst iş: Azərbaycan teleməkanında vətənpərvərlik mövzusu.

Mətbuat cəmiyyətin aynası hesab olunur. O baxımdan ki, istənilən dövlətdə məhz milli mətbuat həmin ölkənin, xalqın milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasında, gələcək nəslə ötürülməsində böyük rol oynayır. Bununla yanaşı, istər yazılı, istərsə də elektron KİV-lər milli vətənpərvərlik ruhunun yüksəldilməsində önəmli yer tutur. Təəssüf ki, Azərbaycanın bəzi telekanalları öz biznes maraqlarından çıxış edərək bu yüksək dəyərlərin qorunması məsələsində neqativ mövqe sərgiləyirlər. Bayağı, ucuz şou-proqramlarla efiri zəbt etmiş bir sıra telekanallarımız insanlarımızın zövqünü oxşamaqdansa, bu zövqü məhv etməklə məşğuldurlar. Həm də bu gün ənənəvi KİV-lərlə yanaşı, yeni medianın da inkişaf etməsi, onun auditoriyaya təsirinin artması müşahidə edilir. Lakin qeyd etməliyik ki, internetin sürətlə inkişaf etdiyi bir dövrdə də əhalinin bir qismi informasiyanı ənənəvi kütləvi informasiya vasitələrindən almağa üstünlük verir. Bu auditoriyanın daha çox hissəsini isə əsasən yaşlı və orta nəsil təşkil edir. Təbii ki, bunun səbəbi illərlə formalaşmış düşüncə tərzi və hələ də informasiyanın bu mənbələrdən - ənənəvi mediadan alınmasının etibarlı və “əlçatan” olması ilə daha çox izah olunur. Gənc nəslin isə tədricən daha çox yeni mediaya üz tutması da diqqətdən yayınmır. Respublikamızda da bu tendensiya müşahidə olunmaqdadır. Bu da daha çox az zaman kəsiyində informasiya almaq, istədiyi kimi əylənmək, sosial mediada dostlarla virtual əlaqə saxlamaq kimi amillərlə əlaqələndirilməlidir. Yeni medianın indiki həyatımızdakı rolunu və yerini danmadan fikrimizi ənənəvi medianın imkanlarına yönəldək. Belə ki, demokratik dəyərlərə daha çox yiyələnməyə başlayan cəmiyyətimizdə kütləvi informasiya vasitələrinin ənənəvi qolları bu gün bu dəyərlərin daha çox daşıyıcısı və ötürücüsü rolunda çıxış edir. Bəşər mədəniyyətinin böyük dəyəri kimi qiymətləndirilən televiziya öz böyük inkişaf mərhələsini yaşayaraq sərhədsiz bir dünyanın görüntülərini canlı şəkildə tamaşaçının evinə gətirir. Nəzərə alsaq ki, hazırda qəbuledicisi olmayan mənzil yoxdur, onda bu kütləvi informasiya vasitəsinin imkanlarının necə geniş olduğunu bir daha vurğulamış olarıq. Bu baxımdan, televiziya insanları bir tərəfdən, səfərbər edən vasitədir. Xüsusən, qorxunc təbii fəlakətlər, kəskin ictimai-siyasi proseslər zamanı televiziyanın bu xüsusiyyətləri qabarır. Müharibə şəraitində yaşayan bir dövlətin vətəndaşlarının səfərbər olunmasında da televiziya müstəsna rol oynayır. Qeyd etmək lazımdır ki, Azərbaycanda yayımlanan televiziya kanalları bu baxımdan müəyyən işlər görür, lakin bu səylər kifayət qədər deyil. Azərbaycanda fəaliyyət göstərən telekanallar bu sahəyə xüsusi diqqət yetirməli və bu mövzunu əsas prioritet mövzu kimi daima diqqət mərkəzində saxlamalıdırlar.


Məncə, kütləvi informasiya vasitələrində hərbi vətənpərvərlik mövzusunda aparılan təbliğat iki formada getməlidir. Birincisi, gənclərimizə uğurlu hərbi tariximizi aşılamaq, ikincisi isə çağdaş hərbi texnikanı təqdim etməklə müasir ordumuzun gücünü nümayiş etdirməkdən ibarətdir. Bu gün isə telekanallarımız daha çox hərbi texnikanı təbliğ etməklə məşğuldurlar. Eyni zamanda, hazırda digər ölkələrin bu sahədəki təcrübəsi də nəzərə alınmalıdır. Məsələn, bizə yaxın olan Gürcüstanda “Hərbi vətənpərvərlik tərbiyəsinin təşkili, mətbuatda hərbi mövzuların işıqlandırılması məsələləri ilə Müdafiə Nazirliyinin aidiyyatı qurumu məşğul olur. Bu sahədə Müdafiə Nazirliyi kompleks tədbirlər həyata keçirir. Əvvəlcədən tədbirlər planı hazırlanır və KİV-lə icra olunur. Gürcüstan, Belarus, Rusiya, ABŞ və s. Ölkələrdə sırf hərbi mövzuda verilişlər yayımlayan, ordu mövzusunu işıqlandıran hərbi telekanallar da mövcuddur. Bu gün televiziya kanallarımız daha çox auditoriyanı əyləndirmə funksiyası yerinə yetirir. Kanallarımızda tez-tez estrada və milli musiqi yarışmalarının keçirilməsinin də şahidi oluruq. Bu qədər musiqi yarışmaları ilə yanaşı, hərbi vətənpərvərlik mahnılarının da müsabiqələri keçirilməsi vacibdir. Hərb texnikamızın tanınmış tədqiqatçısı Şəmistan Əlizamanlının onlarca hərb mövzusunda kitabları olduğu halda, bu araşdırmaların televiziya versiyaları olduqca azdır. Yaxşı olar ki, xalqımızın hərb tarixində göstərdiyi şücaətlərdən bəhs edən televiziya filmləri çəkilərək, geniş auditoriyaya tədqim olunsun. Beləliklə, biz gənc nəslə hərb texnikamızı daha geniş təbliğ etmiş olarıq. Bütünlükdə döyüş haqqında məlumatlar yayılsa da, konkret əsgərlərimizin göstərdiyi qəhrəmanlıqlardan bəhs edən verilişlər olduqca azdır. Bu boşluğu da telekanallarımız tezliklə doldurmalıdır. Biz dünya təcrübəsinə nəzər salsaq, informasiya müharibəsi probleminin, informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir çox ölkələrdə (ABŞ, Rusiya, İngiltərə, Fransa, İsveçrə, Yaponiya və s.) araşdırıldığını görərik. Bu ölkələrdə dövlətin informasiya infrastrukturunun kompleks müdafiəsi konsepsiyasının realizə olunması aktiv yerinə yetirilir. Mütəxəssislərin fikrincə, informasiya müharibəsi probleminin obyektiv və tam təhlilini aparmaq üçün qabaqcıl ölkələrin təcrübəsi, xarici mütəxəssislərin, alimlərin, praktiklərin fikirlərinin öyrənilməsi və müqayisəsi tələb olunur. Televizyalar cəmiyyətin tərkib hissəsi olduğu üçün və eləcə də birbaşa cəmiyyətlə, insanlarla işlədiyi üçün dəyşiklik də məntiqlə paralel getməlidir. Nəinki paralel getməlidir, hətta bir çox halda prosesləri qabaqlamalıdır. Bir çox məqamlarda da problemlər burada üzə çıxır. Bu günün televizyası və yaxud TV proqramları inkişaf baxımında cəmiyyətdə baş verən yenilikləri, dəyişikliyi və ən nəhayət inkişafı qabaqlaya bilirmi? Təəssüflə qeyd edim ki, bu gün TV -lər bir çox hallarda bu yeniliklərdən ya geridə qalır, ya da ki, bu inkişafla ayaqlaşa bilmir. Bunun da başlıca səbəbi peşəkar kadr çatışmazlığıdır. Bu baxımdan TV-lər çox kasıb görünür. 10-15 il əvvəl belə deyildi. Çünki həmin dövrdə cəmiyyət arasında istər texniki yeniliklər, istərsə də cəmiyyətin özünün sosiallaşması bu sürətlə getmirdi. Ona görə də TV-lər və orada çalışanlar həmişə seçilirdilər. Amma bu gün belə deyil. Sahəsindən aslı olmayaraq adına peşəkar dediyimiz kadrlar hər gün öz üzərlərində işləməyə məcburdurlar və borcludurlar. Çünki bu gün öyrənib tətbiq edə bilmədiyin bir yenilik artıq sabah üçün çox köhnəlmiş sayılacaq. Diqqət yetirin, bu gün sosial şəbəkələr o sürətlə inkişaf edir ki, artıq hərə özü üçün internetdə bir post, bir TV yarada bilir. Yəni TV, özünü tərənnüm, öz fikrini cəmiyyətə çatdırmaq hər bir orta statistik vətəndaş üçün çox asanlaşıb. Belə olan təqdirdə TV-lər o qədər hazırlıqlı olmalıdır ki, cəmiyyət üçün maraqlı və baxımlı ola bilsin. TV-ləri maraqlı və baxımlı edən isə onun əməkdaşlarıdır. Bura texniki işçidən tutmuş aparıcıya qədər bu təsərrüfatda çalışan hamını aid etmək olar. Amma bu sahədə axsamalar çoxdu. Çünki bizim insanımız bir qədər tənbəldi. Öz üzərində işləməyi sevmir. Bir çox halda isə harda işlədiyinin fərqində deyil. Bu daha çox da aparıcilara aiddir. İçimai məsuliyyət daşıdıqlarını anlasalar, vallah çoxu efirə çıxmaqdan imtina edər. Yenə də problemin kökü gəlir dayanır peşəkar işçi məsələsinə. Amma bir məqamı da unutmayaq ki, peşəkar əməkdaşı da saxlamaq, yetişdirmək üçün ona səviyyəsinə uyğun maaş vermək lazımdır. Yoxsa az maaşa, yüksək peşəkar işçi saxlamaq mümkün olan iş deyil.
Araşdırmanın sonuna deyilənlərə əlavə olaraq bir sıra təkliflərim də var. Onlar aşağıdakılardır:
1. Təkcə hərbi hissələrdə olub oradan verilişlər hazırlamaq kifayət deyil. Yaxşı olar ki, televiziya əməkdaşları mütəmadi olaraq ordu hissələrində olsun, əsgərlərlə görüşsün, onların arzu və istəklərini dinləsinlər və bu görüşə silsilə verilişlər həsr etsinlər. Vaxtilə televiziya kanallarımızın təcrübəsində belə görüşlər keçirilib və bu ənənəni daha geniş tətbiq etməyə ehtiyac var.
2. İnformasiya müharibəsinin ciddiliyini nəzərə alaraq peşəkar hərbi jurnalistlərin hazırlanmasına da diqqət yetirilməlidir.
Yüklə 19,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin