“unudsaq, unudulariq !”



Yüklə 86.99 Kb.
PDF просмотр
tarix14.12.2016
ölçüsü86.99 Kb.

iyul 2011 

№104


säh.73

www.mir-azerbaydjana.az



“UNUDSAQ, UNUDULARIQ...!”

Fəxrəddin Cavadovun xatirəsinə, onun 60 illik yubileyinə həsr edilmiş “Azərbaycan Dünyası” beynəlxalq jurnalın

xüsusi “102” saylı buraxılışının təşəbbüskarı və təşkilatçısı, həmin jurnalda əks olunan çox dəyərli xatirlələrin toplanılması

üçün şəxsən müvafiq araşdırmaların həyata keçirdiyinə və ümumiyyətlə bu diqqətə, ehtirama görə Jurnalın baş redaktoru

hörmətli Eldar müəllim İsmayilova şəxsın öz və ailəmiz, Atamın bütün yaxınları, dostları adından dərin təşəkkürümü

bildirməyi özümə borc bilirəm. Bu jurnalın ərsiyə gəlməsində əməyi olan bütün redaksiya heyətinə və hər bir əməkdaşa

ayrıca təşəkkür edirəm. 

Bundan başqa, Jurnalda həqiqətən də çox dəyərli xatirələri ilə bölüşdüyü hər bir insana dərin minnətdarlığımızı da

ifadə etmək istərdim. 

Ayrıca “Dədə Qorqud” Milli Fondu adından Atam Fəxrəddin Cavadovun ölümündən sonra belə bir yüksək və çox

dərin məna daşayan,ilk dəfə verilən „Qizıl Ürək” ordeni kimi xüsusi mükafat ilə təltifləndirilməsi ilə əlaqədar bu təşəb-

büsün və qərarın qəbul edilməsinə görə Fondun prezidenti Eldar müəllim İsmayilova, eləcə də Milli Fondun və Jurnalın

Ali Şurasının bütün üzvlərinə başda çox hörmətli el axsakkalıArif müəllim Paşayev olmaqlaşəxsən öz və bütün Cavadovlar

ailəsi adından dərin minnətdarlığımızı bildirirəm. 

Qeyd etməliyəm ki, 20-21 aprel tarixlərində ARDNŞ təşkilatçılığı, Mərkəzi Neftçilər Xəstəxanası (MNX) və Azər-

baycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasının, ölkəmizin bir sıra tibb və ictimai Birliklərin yaxından iştirakı ilə

Fəxrəddin Cavadovun 60 illik yubileyinə həsr olunan, dövlət və hökümət nümayəndələrinin, ölkə ictimayyətinin,

ziyalıların, tanınmış tibb mütəxəssilərinin və xarici qonaqların da qatıldığı „Ürək transplantasiyası və beyin ölümü“ adı

altında böyük bir beynəlxalq forumun çox yüksək səviyyədə keçirilməsi ölkə ictimayyəti tərəfindən mühüm tədbir olaraq

qiymətləndirilmişdir. 

Buna görə də, mən Fəxrəddin Cavadovun hamımıza əziz olan xatirəsinin bu qədər yüksək tutulmasına görə bir daha

respublika rəhbərliyinə, möhtərəm və əziz Prezidentimiz cənab İlham Əliyevə, Azərbaycan Respublikası Dövlət Neft

Şirkətinin rəhbərliyinə, xüsusilə Şirkətin prezidenti Rövnəq Abdullayevə, ARDNŞ-nin bütün kollektivinə, ayrıca MNX-

nın rəhbərliyinə, bütün həkim və işçi heyətinə, həmçinin atamın bütün dostlarına və tanıdıqlarına öz dərin təşəkkürümü

bildirirəm.

Atamın xatirəsinə göstərilən bu yüksək münasibət ömrünü öz xalqının sağlamlığı keşiyində dayanmağa həsr etmiş

bütün həkimlər üçün, xüsusilə yetişən gənc həkimlər nəsli üçün çox vacib bir örnəkdir. Yəni bu bir daha göstərir ki, xalq

öz həyatıını onun sağlamlığı yolunda fəda etmiş həkimlərin, səhiyyə xadimlərinin xatirəsini hər zaman əziz tutur!



Gülmirzə Fəxrəddinoğlu CAVADOV

20-21 aprel - Fəxrəddin Cavadovun 60 illik Yubileyinə həsr edilmiş tədbirlər

2011-ci il 20-21 aprel günlərində Bakıda çox

mühüm hadisə baş verdi. Tibb ictimaiyyəti, eləcə də ölkə

vətəndaşları üçün böyük əhəmiyyət kəsb edən aktual bir

mövzu ətrafında böyük bir forum keçirildi.Ürək trans-

plantasiyası və beyin ölümü adı altında keçirilən bu fo-

rumda dünyanın aparıcı tibb mərkəzlərinin bu sahə ilə

əlaqədar mütəxəssisləri Azərbaycana dəvət olundu. ABŞ,

Böyük Britaniya, Avropa ölkələrinin transplanta-

logiyasının nümayəndələri, eləcə də qardaş Türkiyə

Cümhuriyyətinin transplantalogiya və beyin ölümü

sahəsində böyük təcrübəyə malik olan mütəxəssisləri fo-

rumda iştirak etdi. Cəmiyyətin həyatında mühüm bir

problemə həsr olunan bu forumda müxtəlif ölkə

mütəxəssislərinin geniş müzakirələri aparıldı.Başqa

ölkələrdən dəvət olunan həkimlər öz fikir və

düşüncələrini bölüşdürdülər. Əlamətdar hadisədir ki,

ARDNŞ təşkilatçılığı ilə keçirilən bu Forum bütün öm-

rünü Azərbaycan xalqının sağlamlığına həsr etmiş, Azər-

baycan səhiyyəsinin tərəqqisi, inkişafı yolunda

fədakarlıqla çalışmış, bu sahədə müstəsna xidmətlər

göstərmiş nadir səhiyyə təşkilatçısı, yorulmaz novator -

islahatçı, tanınmış ictimai və dövlət xadimi, görkəmli

alim, Azərbaycan Respublikasının əməkdar həkimi,

Mərkəzi Neftçilər Xəstəxanasınınmərhum baş həkimi

Fəxrəddin Cavadovun 60 illik yubileyinə həsr edilmişdir. 

Bu gün inkişaf etmiş ölkələrdə vətəndaşların

genetik informasiya bazaları, transplantalogiya institut-

ları və xidmətləri yaradılmışdır.Orqan köçürülməsi

əməliyyatlarının sayı ildən ilə artmaqdadır.Hazırda

dünyada bir milyondan artıq xəstə orqan transplan-

tasiyasına məruz qalmışdır.“Transplantalogiya” məfhu-

munu günümüzün aktuallığına çevirmək, onun

infrastrukturunu qurmaq, inkişaf etdirmək və təkmil-

ləşdirmək böyük  fədakarlıq tələb edən mürəkkəb bir

işdir. Hərçənd, bu çətin və ağır işin  öhdəsindən gəlmək

hər həkimə nəsib olmur.

Azərbaycanda ilk dəfə bir canlıdan digərinə orqan

köçürülməsini həyata keçirən mütəxəssis Fəxrəddin

Cavadov olmuşdur. Qafqazda və Orta Asiyada ilk dəfə

olaraq canlıdan canlıya qara ciyər köçürülməsi məhz

Azərbaycanda, eləcə də F.Cavadovun rəhbərlik etdiyi

kollektiv tərəfindən həyata keçirilmişdir. Fəxrəddin

Cavadov Azərbaycan səhiyyəsinin tarixinə öz adını qızıl

hərflərlə yazmış, istedadlı alim, xeyirxah insan kimi

şərəfli ömür yaşamışdır.Minlərlə insan bu həkimin şəfalı

əllərindən nicat tapmışdır.O  hər zaman deyirdi:“Biz

Prezidentimizin humanizm bayrağı altında sıx birləşərək,

bütün problemlərin də öhdəsindən lazımınca gələcəy-

imizə əminik”. 

Fəxrəddin müəllimlə bir insan, bir həkim olaraq

həqiqətən çox gözəl anlar yaşamışıq.Ondan müəllim

kimi aldığımız dəyərlər misilsizdir. Mənim üçün öm-

rümün 31  yaşında Azərbaycanda Ürək cərrahiyyəsi

mərkəzində işə başlamaq və bu gün 5000-dən çox ürək

əməliyyatı aparmaq çox sevindiricidir. Azəbaycanda

ürək xəstəlikləri sahəsində dövlətimizin yaratmış olduğu

imkanlar naminə bir çox tarixi hadisələri yaşama

şərəfinə nail olmuşuq.

Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə  200-

dən çox anadangəlmə mürəkkəb qüsuru olan uşaqlar

üzərində açıq ürək əməliyyatları məhz bizim mərkəzdə

keçirilmişdir. Mənim şəxsən öz həyatımda unutmaya-

cağım və ömür boyu çox böyük şərəflə və məsuliyyətlə

daşıdığım ən gözəl anlardan biri Heydər Əliyev Fon-

dunun  səhiyyəyə verdiyi böyük qiymət, 2009-cu ildə

Azərbaycanda ilk dəfə “Qızıl Çinar” mükafatına layiq

görülməyim idi. Bu, bir həkim kimi mənim üçün böyük

şərəf olmaqla yanaşı, üzərimə böyük məsuliyyət qoyur. 

Bu yükü üzərimizdə daşımağa çalışırıq.İnşallah

şərəfli bir şəkildə, sonuna qədər daşıyacağıq. Bu gün bir

daha  bu mükafatın sadəcə mənə deyil, Azərbaycan

səhiyyəsinə aid olduğunu demək istəyirəm. Bu, bizim

üçün böyük dəyəri olan ümummilli liderimizin və onun

adına bağlı olan fondun bir mükafatı idi.

Bu eləcə də  Fəxrəddin Cavadovun ölümündən

sonra ona göstərilən ehtiram, onun əməllərinə, yaratdığı

məktəbə verilmiş çox böyük bir töhfə idi. İnanıram ki,

“Qızıl Çinar”ın hər bir yarpağının üzərində bu sahə üzrə

çalışan yüzlərcə, minlərcə insanın dəstəyi və köməyi

olub.Bu gün bir Azərbaycan səhiyyəçisi və bir Azərbay-

can oğlu kimi fəxrlə deyə

bilərəm ki, mənim belə

yüksək mükafata layiq

görülməyim bu ağacın

kökündə və gövdəsində

Fəxrəddin Cavadov

əməyinin nəticəsi

idi.Mükafatı fəxrlə daşıyıb

yarpaqlarını ağaca çe-

virəcək şəkildə gələcək

nəsillərimizə ötürməyi də

özümə borc bilirəm.Şübhə-

siz, bu yüksək qiymətin

təməlində bizi Azərbaycana

gətirib burada bu işlərə

sövq edən F. Cavadovun

çox böyük rolu olmuşdur.

Bu gün bunları söyləməyi

özümə borc bilirəm!!!

www.mir-azerbaydjana.az

iyul 2011 

№104


Rəşad Mahmudov

Mərkəzi Neftçilər Xəstəxanası 

Ürək-damar Xəstəlikləri Mərkəzinin

rəhbəri, ürək və damar cərrahı, 

Azərbaycan Kardiovasvlar Cərrahlar

Assoisasiyasının sədri

säh.74


iyul 2011 

№104


säh.73

www.mir-azerbaydjana.az



“UNUDSAQ, UNUDULARIQ...!”

Fəxrəddin Cavadovun xatirəsinə, onun 60 illik yubileyinə həsr edilmiş “Azərbaycan Dünyası” beynəlxalq jurnalın

xüsusi “102” saylı buraxılışının təşəbbüskarı və təşkilatçısı, həmin jurnalda əks olunan çox dəyərli xatirlələrin toplanılması

üçün şəxsən müvafiq araşdırmaların həyata keçirdiyinə və ümumiyyətlə bu diqqətə, ehtirama görə Jurnalın baş redaktoru

hörmətli Eldar müəllim İsmayilova şəxsın öz və ailəmiz, Atamın bütün yaxınları, dostları adından dərin təşəkkürümü

bildirməyi özümə borc bilirəm. Bu jurnalın ərsiyə gəlməsində əməyi olan bütün redaksiya heyətinə və hər bir əməkdaşa

ayrıca təşəkkür edirəm. 

Bundan başqa, Jurnalda həqiqətən də çox dəyərli xatirələri ilə bölüşdüyü hər bir insana dərin minnətdarlığımızı da

ifadə etmək istərdim. 

Ayrıca “Dədə Qorqud” Milli Fondu adından Atam Fəxrəddin Cavadovun ölümündən sonra belə bir yüksək və çox

dərin məna daşayan,ilk dəfə verilən „Qizıl Ürək” ordeni kimi xüsusi mükafat ilə təltifləndirilməsi ilə əlaqədar bu təşəb-

büsün və qərarın qəbul edilməsinə görə Fondun prezidenti Eldar müəllim İsmayilova, eləcə də Milli Fondun və Jurnalın

Ali Şurasının bütün üzvlərinə başda çox hörmətli el axsakkalıArif müəllim Paşayev olmaqlaşəxsən öz və bütün Cavadovlar

ailəsi adından dərin minnətdarlığımızı bildirirəm. 

Qeyd etməliyəm ki, 20-21 aprel tarixlərində ARDNŞ təşkilatçılığı, Mərkəzi Neftçilər Xəstəxanası (MNX) və Azər-

baycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasının, ölkəmizin bir sıra tibb və ictimai Birliklərin yaxından iştirakı ilə

Fəxrəddin Cavadovun 60 illik yubileyinə həsr olunan, dövlət və hökümət nümayəndələrinin, ölkə ictimayyətinin,

ziyalıların, tanınmış tibb mütəxəssilərinin və xarici qonaqların da qatıldığı „Ürək transplantasiyası və beyin ölümü“ adı

altında böyük bir beynəlxalq forumun çox yüksək səviyyədə keçirilməsi ölkə ictimayyəti tərəfindən mühüm tədbir olaraq

qiymətləndirilmişdir. 

Buna görə də, mən Fəxrəddin Cavadovun hamımıza əziz olan xatirəsinin bu qədər yüksək tutulmasına görə bir daha

respublika rəhbərliyinə, möhtərəm və əziz Prezidentimiz cənab İlham Əliyevə, Azərbaycan Respublikası Dövlət Neft

Şirkətinin rəhbərliyinə, xüsusilə Şirkətin prezidenti Rövnəq Abdullayevə, ARDNŞ-nin bütün kollektivinə, ayrıca MNX-

nın rəhbərliyinə, bütün həkim və işçi heyətinə, həmçinin atamın bütün dostlarına və tanıdıqlarına öz dərin təşəkkürümü

bildirirəm.

Atamın xatirəsinə göstərilən bu yüksək münasibət ömrünü öz xalqının sağlamlığı keşiyində dayanmağa həsr etmiş

bütün həkimlər üçün, xüsusilə yetişən gənc həkimlər nəsli üçün çox vacib bir örnəkdir. Yəni bu bir daha göstərir ki, xalq

öz həyatıını onun sağlamlığı yolunda fəda etmiş həkimlərin, səhiyyə xadimlərinin xatirəsini hər zaman əziz tutur!



Gülmirzə Fəxrəddinoğlu CAVADOV

20-21 aprel - Fəxrəddin Cavadovun 60 illik Yubileyinə həsr edilmiş tədbirlər

www.mir-azerbaydjana.az

iyul 2011 

№104

säh.76


Магомедсалам КУРБАНОВ

Врач, созидатель, 

мудрый наставник

Азербайджан гордится своими сыновьями, которые устремлены к  добру и

свету. Одним из таких сыновей был  Фахраддин  Джавадов. Фахреддин Джавадов

был не только человеком науки, известным специалистом в своей области, но и

большим организатором, опытным руководителем престижного учреждения  Азер-

байджана. Благодаря своему уму, невероятному трудолюбию и силе характера он

стал явлением в Азербайджанской медицинской науке. Для таких врачей благо

больного является  высшим законом.  

В памяти тех, кто лично знал его, кому пришлось работать с ним, Фахреддин Джавадов остался не только

как руководитель врач и общественный деятель, обладающий незаурядным талантом, но и как высокопорядочный

и скромный человек. Он был добрым и отзывчивым товарищем. К нему обращались с просьбами и предложениями.

Его встречи с людьми происходили не только в рабочем кабинете, но и во время многочисленных поездок  по го-

родам и самым отдаленным районам Азербайджана. Поражала его способность держать в памяти имена десятков

и сотен простых  тружеников, находить к каждому особый подход, проявлять удивительный такт, искреннее вни-

мание и участие в судьбах людей. Он пользовался авторитетом у руководства страны. С глубоким  уважением к

нему относились в Мoлдове, на Украине, в Турции, в России.

Врач, созидатель, мудрый наставник, человек огромной души -  далеко не все характеристики того образа

Фахреддина  Джавадова, который будет вечно жить в благодарной памяти многих поколений.

Пользуясь случаем, хотел бы через журнал  «Azərbaycan dünyası»  передать свои соболезнования всей научной

общественности, родным и близким Фахреддин Джавадова.



Hikmət HÖCCƏTOV

Ən nəcib sənət 

nümayəndəsi

Mən Fəxrəddin bəyi şəxsən tanımasam da, onun haqqında çox eşitmişəm. Fəxrəd-

din bəyin gördüyü işlərdən və necə insan olmasindan xəbərdaram. Hippokrat təbabəti ən

nəcib sənət adlandırmışdır. Tibb elmində  xarüqələr  yaratmış  Fəxrəddin Cavadov  həm

böyük istedada,  həm də  həssas qəlbə malik insan idi. O elmi və təşkilati fəaliyyətində

insan faktorunu yüksək qiymətləndirmiş, insanların ağrı-acısına biganə qalmamışdır.

Fəxrəddin Cavadov işlədiyi bütün  vəzifələrdə  dövlətin ona göstərdiyi  etimadı doğrult-

muş,bütün həyati boyu xalqa xidmət etmişdir.

Hər kəsə bir ömür verilir. Hərə bir cür yaşayır bu ömrü. Faydalı, xeyirxah, insanın inkişafına təkan verən, fəaliyyətdə

keçən  ömür mənalı, məzmunlu olur. Cəsarətli, qeyrətli, sözübütöv, sədaqətli insanlar şərəfli ömür yaşayırlar. Fəxrəddin

Cavadov  məhz  mənalı  və şərəfli  ömür sahibi olmuşdur. O, insanlara yaxşılıq etməkdən sevinc duyur, həyatın mənasını

xeyirxahlıqda  ğörürdü. Fəxrəddin Cavadovun hissləri, yaşantıları ötəri deyildi. Bu  alicənab insan  hər bir işi, dostluğu da

ürəkdən  edir və yüksək qiymətləndirirdi.O  mənim yaddaşımda  həmişə  səmimi  bir insan kimi  qalacaq. Mən deyərdim

ki, Mərkəzi Neftçilər Xəstəxanası nəinki respublikamızda, hətta regional miqyasda da ən görkəmli bir mərkəzə çevrildi.

İstər hazırlanmış kadr potensialına görə, istərsə də ən müasir müayinə metodlarına görə bu xəs təxana demək olar ki, res-

publikamızın fəxridir.

Fəxrəddin müəllim həmişə bizimlə olacaq, həmişə xatirimizdə yaşayacaq, biz var olduqca da daim ürəklərimizdəki

yerində qalacaqdır.



iyul 2011 

№104


säh.77

www.mir-azerbaydjana.az



Təntənəli Yubiley Mərasimi və Beynəlxalq Forumun açılışı

www.mir-azerbaydjana.az

iyul 2011 

№104

säh.78


iyul 2011 

№104


säh.79

www.mir-azerbaydjana.az

Həqiqətən də, xalqın sevimlisinə çevrilmiş insanlar heç

vaxt unudulmur. Bu, o insanlardır ki, başqalarının həyatını öz

həyatından üstün tutur. Təki insanlar sağlam olsun, sağlam

yaşasın, həyatları davam etsin deyə, öz həyatlarında çox şeydən

imtina edirlər. Dincəlmək, istirahət etmək, yalnız özünü düşün-

mək, öz rihafı üçün çalışmaq kimi eqoist xüsusiyyətlər bu in-

sanlara yad olur. Bu insanlar sanki bəşəriyyətin xilası üçün

dünyaya gəlirlər. Daim kiminsə köməyinə tələsmək bu

mərhəmətli insanların həyatını o qədər məşğul edir ki, özlərinə

vaxt belə ayıra bilmirlər. Günlərin bir günü isə ömür qəfildən

bitir. Əslində, qəfildən bitmir. Sadəcə, bu insanlar daim

fəaliyyətdə, gərgin işdə olduqları üçün ömrün nə zaman başa

çatdığını hiss etmir, duymurlar. Bunu duyan, itkinin ağırlığını

daim hiss edənsə ətrafdakılar, yaxınları, doğmaları, onu tanıyan-

lar, hətta tanımadığı halda sevənlər, hörmət edənlər olur.

Belə tədbirlərdən biri də bu il aprelin 20-21-də Bakıda

Dövlət Neft Şirkətinin təşkilatçılığı ilə Azərbaycan Respub-

likasının Əməkdar Həkimi, nadir səhiyyə təşkilatçısı, dövlət

xadimi və görkəmli alim, Mərkəzi Nefçilər Xəstəxanasının baş

həkimi işləmiş mərhum Fəxrəddin Cavadovun 60 illik yubiley-

inə həsr olunmuş mərasim və “Orqan transplantasiyası və beyin

ölümü” mövzusunda beynəlxalq forum oldu.



Transplantologiya üzrə ilk beynəlxalq konfrans

Fəxrəddin Cavadovun adı ilə bağlıdır

İki gün davam edən forum Azərbaycanda ilk dəfə təşkil

olunurdu. Tədbirin əsas müzakirə mövzuları xarici ölkələrdə

orqan transplantasiyası və beyin ölümü sahəsində əldə edilən

təcrübə, transplantasiyaya etik, hüquqi və dini nöqteyi-nəzərdən

baxış və İslam ölkələrində orqan bəxşi olmuşdur.

Forumda ölkənin tibb ictimaiyyətinin, dövlət qurum-

larının nümayəndələri, Milli Məclisin deputatları ilə yanaşı ABŞ,

Böyük Britaniya, Türkiyə, İran, Rusiyanın və digər xarici

ölkələrin tanınmış tibb mütəxəssisləri də iştirak ediblər. 

Forum iştirakçıları tədbirdən öncə Heydər Əliyevin

məzarını və Şəhidlər Xiyabanını, mərhum Fəxrəddin Cavadovun

məzarını ziyarət ediblər. 

Forum işgüzar fəaliyyətinə başlamazdan əvvəl Fəxrəddin

Cavadovun yubileyinə həsr edilmiş təntənəli mərasim keçırilib

və  F. Cavadovun həyat və fəaliyyətini əks etdirən foto-video

materiallar nümayiş olunmuşdur. 

Daha sonra ARDNŞ-nin vitse-prezidenti Bədəl Bədəlov

ARDNŞ-nin prezidenti    Rövnəq Abdullayevin forum işti-

rakçılarına müraciyyətini oxuyub. Müraciyətdə bildirilir ki, son

illər Azərbaycanın dünya səviyyəli tədbirlərə ev sahibliyi

edilməsi xoş bir ənənəyə çevrilib. Müasir səhiyyənin aktual

məsələləri ilə bağlı bir sıra beynəlxalq simpozium və forumların

ölkəmizdə keçirlməsi Azərbaycan Respublikası Prezidenti cənab

İlham Əliyevin və ölkənin birinci xanımı, Heydər Əliyev fon-

dunuun prezidenti, millət vəkili Mehriban Əliyevanın

səhiyyənin göstərdikləri diqqət və qayğının nəticəsidir. XXI

əsrdə dünya səhiyyəsinin aparıcı aspektlərindən olan transplan-

tologiya sahəsində ölkəmizdə atılan addımlar xüsusi maraq kəsb

edir. Sevindirici haldır ki, Mərkəzi Neftçilər Xəstəxanası (MNX)

yaşadığımız reqionda bu sahədə ciddi nüfuza malik tibb mərkə-

zlərindən biri kimi tanınır... MNX-yə rəhbərlik etmiş Fəxrəddin

Cavadovun 60 illik yubileyinə həsr edilməsi ilə əlamətdar olan

bugünki Forumun Azərbaycanda keçirilməsi orqan transplan-

tasiyası və beyin ölümü mövyusunun ölkəmizdə aktuallıq qazan-

ması nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Foruma

Dünyanın bu sahədə zəngin təcrubə toplamış mütəxəsisslərinin

toplaşması onun əhəmiyyətini daha da artırır.“İnanıram ki, bu

mötəbər elmi forumda aparılacaq müzakirələr, dünyada qazan-

mış uğurlar, transplantasiya etikası və hüquqi, digər aktual

mövzularda fikir mübadiləsi ölkəmizdə səhiyyənin gələcək

inkişafına böyük töhvə verəcək“-deyə ARDNŞ prezidentinin

müraciyyətində qeyd olunur.

Daha sonra çıxış edən forumun sədri, Azərbaycan Kar-

diovaskulyar Cərrahlar Assosiasiyasının sədri, Fəxrəddin müəl-

limin yetirmələrindən biri, tanınmış kardiocərrah Rəşad

Mahmudov bildirmişdir ki, transplantologiya üzrə ilk beynəlxalq

konfrans mərhum Fəxrəddin Cavadovun təşəbbüsü və təşki-

latçılığı ilə 2008-ci ildə təşkil olunmuşdur. Bu Forumun isə

həmin konfransın davamı olaraq  Azərbaycanda ilk dəfə təşkil

olunur. Transplantologiya sadəcə səhiyyənin problemi deyil, qa-

nunlarla təstiqlənən ictimai, dini, milli dəyərlərin ortaya qoyul-

ması, kadrların hazırlanmasını ortayan qoyan bir məsələdir“ –

deyə, Mahmudov bildirmişdir.



Transplantologiya üzrə ilk əməliyyata 

Fəxrəddin Cavadov rəhbərlik edib

R. Mahmudov bildirir ki, Milli Məclisə, Nazirlər Kabi-

netinə və Səhiyyə Nazirliyinə müraciət olunacaq və bu sahədə

mövcud olan problemlərin həlli üçün görüləcək işlərin planı tu-

tulacaqdır. R.Maxmudovun sözlərinə görə dünyada ildə 100

minə yaxın insan transplantologiya vasitəsilə şəfa tapır. Azər-

baycanda ildə 3-5 min transplantasiyaya ehtiyacı olan xəstələr

olur. İnsan orqan və (və ya) toxumalarının transplantasiyası

haqqında Azərbaycan Respublikasının Qanunu mövcuddur. Bu

gün ölkə rəhbərliyinin səhiyyə sahəsinə də göstərdiyi qayğının

nəticəsidir ki, transplantasiya sahəsində çox mühüm nailiyyətlər

əldə edilmişdir. Belə ki, mərhum Fəxrəddin Cavadovun rəhbər-



Siz unudulmursunuz,

Fəxrəddin müəllim...

20-21 aprel tarixlərində Bakıda Fəxrəddin Cavadovun

60 illiyinə həsr olunmuş beynəlxalq forum keçirildi

www.mir-azerbaydjana.az

iyul 2011 

№104

säh.80


liyi ilə Qafqazda və Mərkəzi Asiyada ilk dəfə canlıdan canlıya

bütöv qaraciyərin köçürülməsi əməliyyatı Azərbaycanda real-

laşmışdır.

Mərasimdə Milli Məclisin deputatları akademik Ziyad

Səmədzadə, akademik Abel Məhərrəmov, Hadi Rəcəbli, M.A.

Topçubaşov adına Elmi-Tədqiqat İnstitunun direktoru akademik

Böyükkişi Ağayev, Türkiyənin Kent Xəstəxanası Qaraciyər

Transplantasiyası bölümünün direkroru Murad Kılıc, Ege Uni-

versiteti Genetika Mərkəzinin müdiri Afiq Bərdəli, „Azərbaycan

Dünyası“ jurnalının baş redaktoru Eldar İsmailov, “Fəxrəddin

Cavadov fenomeni” kitabının redaktoru əməkdar jurnalist Vaqif

Musayev və başqaları mərhumla bağlı xatirələrini danışmışlar.

Tədbir zamanı Türkiyənin sabiq Səhiyyə naziri Xəlil

Şıvqının məktubu mərasim iştirakçılarına oxunmuşdur. Mək-

tubda Fəxrəddin Cavadovun Azərbaycan səhiyyəsinin inkişafına

göstərdiyi müstəsna xidmətlərdən söz açılaraq, onun nurlu əməl-

lərinin heç zaman unutmayacağını diqqətə çatdırılırdı.

Mərasim zamanı F. Cavadovun xatirəsinə həsr edilmiş

“Fəxrəddin Cavadov fenomeni” adlı kitabın və “Dədə Qorqud“

Milli Fondu tərəfindən təsis olunanan “Azərbaycan Dünyası“

jurnalının xüsusi buraxlışının təqdimatları da keçirilib.

Həmçinin,  “Dədə Qorqud“ Milli Fondunun təsis etdiyi “Qızıl

ürək“ mükafatının ilk qızıl medalı mərhumun ailə üzvlərinə

təqdim edilmişdir. 



Gülmirzə Cavadov: “ Atamın xatirəsinə 

göstərilən xidmət yetişən yeni həkimlər nəsli 

üçün vacib örnəkdir”

Məlumat verilmişdir ki, Fəxrəddin Cavadov 1951-ci il

aprelin 20-də Bakıda anadan olmuşdur. 1968-1974-cü illərdə

N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müal-

icə işi fakültəsində təhsil almış, institutu bitirdikdən sonra 1975-

1977-ci illərdə Bakı Şəhəri Təxirəsalınmaz Tibbi Yardım

Stansiyasında səyyar həkim, 1977-1979-cu illərdə 5 saylı Şəhər

poliklinikasında həkim-cərrah vəzifələrində işləmişdir. 1978-

1986-ci illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutu-

nun urologiya kafedrasında baş laborant, assistent və eyni

zamanda institutun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri

vəzifələrində çalışmışdır. 1985-ci ildə Moskva vilayətinin

M.Vladimirski adına Elmi-Tədqiqat Kliniki İnstitutunda

namizədlik dissertasiyasını müdafiə etmişdir. 1986-1990-cı il-

lərdə Azərbaycan KP MK-da işləmiş, 1990-1996-cı illərdə

səhiyyə nazirinin I müavini vəzifəsində çalışmış, 1993-cü ilin

iyul-noyabr aylarında Azərbaycan Respublikası səhiyyə

nazirinin səlahiyyətlərini icra etmişdir. 1998-ci ildə Ə.Əliyev

adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu-

nun tibb fakültəsi üzrə prorektoru, daha sonra isə I prorektoru

vəzifələrində işləmişdir. 2000-ci ilin fevral ayında Azərbaycan

Respublikası Dövlət Neft Şirkəti Mərkəzi Neftçilər Xəstəx-

anasının baş həkimi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan

Respublikasının Prezidentinin sərəncamı ilə o, 2004-cü ildə

"Tərəqqi" medalı ilə təltif edilib, 2006-cı ildə isə "Azərbaycan

Respublikasının Əməkdar Həkimi" fəxri adına layiq görülüb.

2009-cu il yanvarın 9-da 57 yaşında vəfat edib.

Fəxrəddin Cavadovun oğlu Gülmirzə Cavadov atasının

xatirəsinə göstərilən böyük ehtirama görə bütün ailə üzvləri

adından ilk növbədə ölkə Prezidentinə və ARDNŞ rəhbərliyinə

minnnətdarlığını bildirib. O, bu Forumun təşkil olunmasında

əməyi keçən hər bir kəsə də səmimi təşəkkürlərini ünvanlayıb:

“Atamın xatirəsinə göstərilən bu yüksək münasibət ömrünü öz

xalqının sağlamlığı keşiyində dayanmağa həsr etmiş bütün

həkimlər, xüsusilə yetişən yeni həkimlər nəsli üçün vacib bir

örnəkdir. Yəni bu bir daha göstərir ki, xalq öz həyatıını onun

sağlamlığı yolunda fəda etmiş həkimlərin, səhiyyə xadimlərinin

xatirəsini hər zaman əziz tutur”.



Orqan transplantasiyasına etik, 

hüquqi, dini baxış...

Anım mərasiminin ardından «Orqan Transplantasiyası və

Beyin Ölümü Forumu» öz işinə başlayıb. Foruma dövlət və

hökumət, Səhiyyə Nazirliyinin, ictlmai birliklərin nü-

mayəndələri, millət vəkilləri, yerli mütəxəssislər ilə yanaşı, ABŞ,

Böyük Britaniya, Türkiyə, İran, Rusiya va Avropa ölkələrdən

dəvət olunmuş onlarla tanınmış mütəxəssis də qatılıb. Onların

arasında ABŞ-in  Tennesse Universitet Xəstəxanasının trans-

plantoloq-cərrahı doktor Nosrat Nezakatqo, Böyük Britaniyanın

Ceyms Universitet Xəstəxanasının Cərrahiyyə və Trasplantasiya

Klinikasının direktoru transplantoloq-cərrahı doktor K.R.

Prasad, ABŞ-ın Viskonsin Universitet Xəstəxana və Klinikalar

üzrə Qaraciyər Transplantasiya Proqramının direktoru,

Türkiyənin Memorial Xəstəxanası Ümumi Cərrahiyyə və

Trasplantasiya Mərkəzinin direktoru Münci Kalayoğlu, Tehran

Tibbi Elmlər Universitetinin professoru Yusif Ataypour, , Avstri-

yarun İnsbruk Tibb Universitetinin, Transplantasiya və Torasik

Cərrahiyyə bölümünün professoru Naser Simforoş, İranın Ur-

miya şəhərindəki Böyrək Transplantasiyasi Mərkazinin müdiri

Əli Tağızadə Əfşari və digər tanınmış cərrah-transplantoloqlar

da var idi. Xarici ölkələrdə orqan transplantasiyası və beyin

ölümü sahəsində əldə edilən təcrubə, transplantasiyaya etik,

hüquqi və dini nöqteyi-nəzərdən baxış və İslam ökələrində orqan

bəxşi bu Forumun əsas müzakirə mövzuları sırasındadır. Aprelin

21-də Forum iştirakçıları «Meyitdən orqan transplantasiya qay-

daları»-nı müzakirə ediblər. Bu toplantı, xüsusi ixtisaslaşmış

eksperlərin iştirakı ilə həyata keçirilib. Forum öz işini konseptin

yekun formasının təstiqlənməsi ilə yekunlaşıb.



Alidə ATAKİŞİYEVA

iyul 2011 

№104


säh.81

www.mir-azerbaydjana.az



Yubiley Gecəsi

www.mir-azerbaydjana.az

iyul 2011 

№104

säh.82


Yekdil bir həqiqətdir ki, ümummilli lider Heydər Əliyevdən

başlanan hüquqi, tibbi, iqtisadi-sosial, demokratik və dünyəvi

dövlət quruculuğu işləri bu gün bilavasitə möhtərəm İlham Əliyevin

rəhbərliyi ilə həyata keçirilir, ölkəmizin demokratik imicinin for-

malaşması da indi onun adı ilə bağlıdır. Əbəs yerə deyil ki, bu gün

hər bir sahədə, o cümlədən, səhiyyə sahəsində böyük uğurlar

müşahidə olunur.Ümumiyyətlə, tibb elmində nailiyyətlər əldə et-

məyin başlıca yolu insanda bu sahəyə könül vermək prinsipi

aşılayır.Sənətə bağlılıq ucalıq vəd edir.Bu gün səhiyyədə də bu

meyar əsas ölçü vahididir.

Azərbaycan tibb sisteminin - ümumilikdə, səhiyyənin

inkişafında böyük rol oynamış insanlar az deyil. Heç şübhəsiz,

Azərbaycan səhiyyəsinin inkişafında müstəsna xidmətlər göstərmiş,

1986-ci ildən „səhiyyə koodinatoru“ kimi tanınan, uzun illər

səhiyyə nazirinin birinci müavini vəzifəsindı çalışmış, bir müddət

Səhiyyə Naziri səlahiyyətlərini icra etmiş, 2000-ci ildən isə Mərkəzi

Neftçilər Xəstəxanasının baş həkimi işləmiş, vaxtsız dünyasını dəy-

işmiş Fəxrəddin Gülmirzə oğlu Cavadov da məhz belə

şəxsiyyətlərdəndir.

Təəssüflər olsun ki, zamanın sərtliyi, taleyin qəfil anı Fəxrəddin

həkimi dünyadan vaxtsız apardı.Əslində, bu yazını nə vaxtsa onun

özü ilə səmimi söhbət əsasında yazmağı düşünürdük.Lakin əcəlin

işini bilmək olmur.Bir gün eşitdik ki, Fəxrəddin həkim köç edib,

ondan sadəcə, imisti xatirələr və Azərbaycan tibb elmi üçün böyük

elmi töhfələr qalıb.Qəlbən ağrısaq da, nə vaxtsa yazmaq istədiyimiz

bu məqaləni nəhayət, sona çatdırmaq fikrimizi qətiləşdirdik.Bu mü-

nasibətlə, Fəxrəddin həkimi tanıyan, ona həqiqi mənada hörmət

edən insanlarla görüşüb xatirələrini bizimlə bölüşməyi məsləhət

bildik.Məhz bununla əlaqədar Milli Onkologiya Mərkəzinin baş di-

rektoru Cəmil Əliyevin Fəxrəddin Cavadovla bağlı xatirələrini

təqdim edirik.

Cəmil Əliyevin Azərbaycan tibb-səhiyyə  sahəsi  və  Fəxrəddin

həkimlə bağlı söylədiyi fikirlərdən bəzilərini oxucularımıza da

təqdim etməyi vacib bilirik:

Azərbaycan səhiyyəsindəki uğurlar yerlərdəki tibb ocaqlarında

da özünü qabarıq göstərir.Bu uğuru biz hər zaman Mərkəzi Neftçilər

Xəstəxanasında aydın görə bilmişik. Uzun illər respublika

səhiyyəsində ən yüksək vəzifələr tutmuş və böyük təşkilatçılıq qa-

biliyyətinə malik olan bu xəstəxananın 9 il ərzində baş həkimi

işləmiş Fəxrəddin Cavadovun Azərbaycan tibb sisteminə və

səhiyyəmizin inkişafına verdiyi töhfələr bu gün də böyük fəxarət

hissi doğurur.      

Onun ürəyi həmişə Allahı zikr edib, günü xeyir-dua ilə açılıb,

xeyir-dua ilə qurtarıb.Əlləri hər zaman Tanrının ətəyində olub...

Əbəs yerə deyil ki, Fəxrəddin həkim xeyirxah insan olmağı hər şey-

dən üstün tutub.Çünki xeyirxah adamlar Allahın vəd etdiyi müqəd-

dəs həyatın ən kamil daşıyıcılarıdır.Bu mənada, Fəxrəddin həkimin

xeyirxahlığı həkimliyinin və insani xüsusiyyətlərinin ona müraciət

edənlərə eyni paylanmasına kömək edib.Düşünürəm ki, kiminsə

ondan narazı qalması mümkünsüzdür.

Bütün yüksək və nəcib insani keyfiyyətləri özündə birləşdirmiş

Fəxrəddin həkimin də xeyirxahlıq təcəssümü məhz kamillik

məqsədinə dəlalət edirdi.Belə olmasaydı, öz insani və xeyirxah

amalları ilə ictimaiyyətdə dərin hörmət və nüfuz qazanmazdı. O,

həmişə bu missiyanı doğrultmağa çalışıb. İnsanlara xidmət onun

həm bir həkim, həm də bir vətəndaş borcu olub. Rəhmətlik tez-tez

belə bir ifadə işlədərdi ki, “əgər Allah mənə bu ali hissi bəxş edibsə,

mənim yorulmağa haqqım yoxdur.”

Həkimin işi-peşəsi xəstəni sağaltmaq, xəstənin işi xəstəliklərdən

sağalacağına özündə inam yaratmaq və iradə nümayiş et-

dirməkdir.Bu iki meyar vəhdət təşkil edəndə, cəmiyyətdə insan həy-

atı tam təhlükəsiz olur.Bu isə əsl həyati inkişaf prosesidir.Səmimi

etiraf edim ki, ən vacib işi xəstələrin keşiyində durmaq olan Fəxrəd-

din həkimin cəmiyyətlə əlaqəsi ümiddən asılılığın məfkurəvi is-

tiqamətindən keçid edib.Fəxrəddin həkim, hər halda, ümidsiz

insanlara ümid verib, sağalacağına böyük inam yaradıb.

Bu gün xəstəliklərin müalicəsini aparmaq üçün mexaniki inyek-

torlar əsas tibbi-kateqorik amil kimi diqqətə çəkilir.Bu da xəstələrin

tezliklə sağalması və digər xəstəliklərdən uzaq olması şansını birə-

beş artırır. Adını çəkdiyimiz xəstəxananın baş həkimi olmuş Fəxrəd-

din Cavadovun əllərinin şəfası, güclü energetikası  da bu şansın

aparıcı xəttidir.

Fəxrəddin həkimi geniş ictimaiyyətə tanıtmağa o qədər də

ehtiyac yoxdur.Çünki onu bacarıqlı, işgüzar, istedadlı bir həkim

kimi artıq Azərbaycanda yaxşı tanıyırlar. O, Azərbaycandan kə-

narda da tanınır. “Qızıl ürək” sahibinin qızıl əllərinin şəfası neçə-

neçə adama həyat verib yaşadıb. O, öz ömrünü isə insanlar üçün

şam kimi əridib.  Fəxrəddin həkimin yaşam xarakteristikasından,

bu prosesin məğzindən bir qənaət hasil edirik ki, müəyyən tarixi

şəraitdə cəmiyyətlərin həyatında baş verən dəyişikliklərlə əlaqədar

olaraq insanın ictimai mühitə təsiri real gerçəklikdə misilsiz

dərəcədə fəallaşır.

Fəxrəddin həkimin bütün fəaliyyəti boyu son dərəcə sadəlik,

təmkinlilik, təvazökarlıq nümayiş etdirib, onun tibbi uğurları,

müasir tibdə əldə etdiyi nailiyyətlər onun həkim sənətinə könül ver-

mək prinsipi aşılayır.

Ümumiyyətlə, həkimin xəstəyə qarşı münasibəti, davranışı və

diqqəti səhiyyədə - tibdə ən birinci şərtdir.Bu şərtə Fəxrəddin

həkimin rəhbərliyi altında Mərkəzi Neftçilər Xəstəxanasında ötən

illər ərzində yüz faiz əməl olunub.Bu gün də onun qoyduğu

ənənələr lazımınca həyata keçirilir.

Fəxrəddin Cavadovun xatirəsi onu sevənlərin qəlbində həmişə

yaşayacaq.Zaman-zaman yetişən nəsillər onun həkim-vətəndaş

məhəbbətində həyati zərurətlərə keçid edəcək, orada insani müna-

sibətlərə zəmin yaradacaqlar.

Mən hər kəsə belə şərəfli yaşam, belə siqlətli ucalıq arzulayıram.

Fəxrəddin həkim haqqında cild-cild kitablar yazmaq olar. Belə

böyük bir şəxsiyyətin ömür tarixçəsi bir jurnal yazısına təbii ki,  sığ-

maz.

Allah Fəxrəddin həkimə rəhmət eləsin.



Cəmil ƏLİYEV

akademik, Prezident Adminstrasiyasının Tibb İdarəsinin rəisi

Milli Onkologiya Mərkəzinin direktoru

XALQÛ Ö×ÖN ÞMRÖNÖ



ØAM KÈMÈ ßRÈDßN ÈNSAN

Fÿxrÿddin hÿkim - saülamlûüûn qarantû

Document Outline

  • 1-4-2rezerv.pdf
    • Page 1
    • Page 2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə