Uot 576. 89 BƏDƏloba samiRƏ vagif qizi



Yüklə 169.16 Kb.
PDF просмотр
tarix22.05.2017
ölçüsü169.16 Kb.

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

ZOOLOGİYA İNSTİTUTU 

 

Əlyazması hüququnda 



 

 

UOT 576.89 

 

BƏDƏLOBA SAMİRƏ VAGİF QIZI 



 

 

 

SAMUR-ABŞERON KANALI BALIQLARININ 

PARAZİTLƏRİ VƏ BU SU AXARININ ABŞERON 

YARIMADASI SU HÖVZƏLƏRİ BALIQLARININ PARAZİT 

FAUNASININ FORMALAŞMASINDA ROLU 

 

2429.01 - Parazitologiya 

 

 

 

Biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi   

amaq üçün təqdim edilmiş dissertasiyanın 

 

 

A V T O R E F E R A T I  

 

 

 

 

 

 

 

 

Bakı - 2014 

 

Dissertasiya işi Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya 



İnstitutunun su heyvanları parazitləri laboratoriyasında yerinə yetirilmişdir. 

 

 



Elmi məsləhətçi: 

biologiya elmləri doktoru,   

 

professor Ş.R. İbrahimov 



 

Rəsmi opponentlər: 

biologiya 

elmləri 

doktoru, 



H.D.Qayıbova 

 

biologiya üzrə fəlsəfə doktoru, 



A.M.Həsənova 

 

 



Aparıcı təşkilat:     

Azərbaycan  Tibb  Universitetinin 

tibbi 

biologiya 



və 

genetika 

kafedrası 

 

 



Müdafiə  “_26____”  __09_______  2014-cü  il  saat  ___  AMEA 

Zoologiya  İnstitutu  nəzdində  D.01.071  Dissertasiya  Şurasının  iclasında 

keçiriləcəkdir. 

 

  Ünvan: AZE 1073, Bakı ş., keçid 1128, məhəllə 504 



 

 

Dissertasiya  ilə  AMEA  Zoologiya  İnstitutunun  kitabxanasında  tanış 



olmaq olar.   

 

 



Avtoreferat “_____” ___________ 2014-cü il tarixdə göndərilmişdir. 

 

 



 

 

D. 01. 071 Dissertasiya   



Şurasının elmi katibi,   

biologiya üzrə fəlsəfə doktoru 

E.İ.Əhmədov 

 

 



 

 



G İ R İ Ş  

 

Mövzunun  aktuallığı.  Samur-Abşeron  kanalı  mənsəbini  Azərbaycan 

respublikasının  şimal-şərq  sərhəddi  boyu  axan  Samur  çayından  götürən  iri 

su axarıdır. Bir sıra yaşayış məntəqələrinin yanından keçdikdən sonra kanal 

Abşeron  magistral  kanalına  şaxə  verir  və  sonra  Azərbaycanın  mühüm 

sənaye  və  kənd  təsərrüfatı  bölgəsi  olan  Abşeron  yarımadasında  yerləşmiş 

Ceyranbatan  su  anbarına  tökülür.  Bu  su  anbarı  Bakı  və  Sumqayıt  kimi  iri 

şəhərlərin və bir sıra başqa yaşayış məntəqələrinin su ilə təchiz olunmasında 

vacib rol oynayır. 

Kanalın  uzunluğu  195  km-dir,  onun  vasitəsilə  saniyədə  5  m

3

  su 



ötürülür,  suyun  axma  sürəti  bütün  məcra  boyu  yüksəkdir.  Kanalda  11  növ 

balıq  yaşayır,  onlardan  bəziləri  həvəskar  balıq  ovu  obyektidir.  Samur-

Abşeron  kanalından  götürülmüş  su  balıqartırma  və  xəz-dəri  heyvanları 

yetişdirən təsərrüfatların tələbatları üçün istifadə ollunur.  Bununla  əlaqədar 

olaraq  kanaldakı  ixtioparazitlərin  növ  tərkibi  və  oradakı  balıqların 

epizootoloji vəziyyəti haqqında məlumatların olması vacibdir. 

Axının  ekstremal  yüksək  sürəti  şəraitində  balıqların  parazit  faunasının 

ekoloji  təhlili  və  Abşeron  yarımadası  su  hövzələri  balıqlarının  parazit 

faunasının  formalaşmasında  Samur-Abşeron  kanalının  rolunun  aşkara 

çıxarılması  balıqların  və  ixtioparazitlərin  mühitin  müxtəlif  amillərindən 

asılılığının  xüsusiyyətlərinin,  su  anbarları  balıqlarının  parazit  faunasının 

formalaşması  prosesinin  qanunauyğunluqlarının  tam  açıqlanması  üçün  çox 

vacibdir. 

Samur-Abşeron  kanalı  balıqlarına  və  balıq  parazitlərinə  dair 

məlumatların  çox  mühüm  olmasına  baxmayaraq,  bizim  apardığımız 

tədqiqatlara  qədər  bu  su  axarının  ixtiofaunasına  və  balıqlarının  parazit 

faunasınasına dair heç bir çap və ya arxiv materialı yox idi. 

Tədqiqatın  məqsədi.  Bizim  qarşımızda  Samur-Abşeron  kanalı 

balıqlarının  parazitlərinin  növ  tərkibi  və  ekoloji  xüsusiyyətlərini,  onların 

faunasının  mənşəyi  və  bu  su  axarında  formalaşmasını  öyrənmək,  onların 

epizootoloji əhəmiyyətini qiymətləndirmək, Abşeron yarımadası su hövzələri 

balıqlarının parazit faunasının formalaşmasında bu kanalın rolunu müəyyən 

etmək məqsədi qoyulmuşdu. 



Tədqiqatın vəzifələri: 

 

1.  Samur-Abşeron  kanalında  balıqların  parazitlərinin  növ  tərkibini 



müəyyən etmək. 

2.  Hər  balıq  növünün  parazit  faunasının  ekoloji  xüsusiyyətlərinin 

təhlilini aparmaq. 

3.  Balıqların  parazit  faunasının  və  onların  parazitlərlə  yoluxma 

dərəcəsinin mühitin amillərindən asısılığının təhlilini vermək. 

4.  Balıqların 

parazit 

faunasının 

Samur-Abşeron 

kanalı 


boyu 

paylaşmasının qanunauyğunluqlarını açmaq. 

5.  Samur-Abşeron  kanalının  Abşeron  yarımadası  su  hövzələri 

balıqlarının  parazit  faunasının  formalaşmasındakı  rolunu  aşkara 

çıxarmaq. 

6.  Samur-Abşeron 

kanalı 

balıqlarının 



parazitlərinin 

epizootoloji 

əhəmiyyətini  müəyyən  etmək  və  onların  törədə  biləcəyi  xəstəliklərlə 

mübarizə üzrə əməli təkliflər işləyib hazırlamaq. 



Elmi  yenilik.  İlk  dəfə  olaraq  Samur-Abşeron  kanalı  balıqlarının 

parazitlərinin növ tərkibi aşkara  çıxarılmış,  bunun  əsasında  tapılma  yerləri, 

sahibləri,  lokallaşması  və  yoluxma  dərəcəsi  göstərilməklə  onların  təsnifat 

icmalı  verilmişdir.  Bir  sıra  növlərin  orijinal  təsvirləri,  şəkilləri  və 

fotoşəkilləri  verilmişdir.  Tədqiq  edilmiş  hər  bir  balıq  növünün  parazit 

faunasının  ekoloji  xarakteristikası  tərtib  edilmiş,  onun  mühit  amillərindən 

asılılığı  təhlil  olunmuşdur.  Balıqların  parazit  faunasının  kanalın  müxtəlif 

hissələri  üzrə  paylaşmasının  qanunauyğunluqlarını  aşkara  çıxarılmışdır. 

Samur-Abşeron  kanalının  Abşeron  yarımadası  su  hövzələri  balıqlarının 

parazit  faunasının  formalaşmasındakı  rolu  açıqlanmışdır.  Balıqçılıq 

təsərrüfatı üçün təklükəli olan parazitlər müəyyən edilmişdir. 

Nəzəri  əhəmiyyəti.  Dissertasiyada  Samur-Abşeron  kanalının  müxtəlif 

hissələrində  balıqların  parazitlərinin  faunası  və  təsnifatı  üzrə  məlumatlar 

göstərilmişdir  ki,  ixtioparazitologiya  üzrə  məlumat  kitablarının  və 

təyinedicilərin  tərtib  olunması  zamanı  bunlardan  istifadə  edilə  bilər. 

Balıqların  parazitlərlə  yoluxmasının  mühitin  müxtəlif  amillərində  asılılığı 

haqqında  əldə  olunmuş  məlumatlar,  həmçinin  Samur-Abşeron  kanalının 

Abşeron  yarımadası  su  hövzələri  balıqlarının  parazit  faunasının 

formalaşmasındakı  rolunun  təhlilinin  nəticələri  ümumiləşdirici  elmi  işlərdə 

və ekologiya üztə dərsliklərdə istifadə oluna bilər. 

Praktiki  əhəmiyyəti.  Aparılmış  tədqiqatlar  nəticəsində  balıqların 

liqulyoz,  diplostomoz,  postodiplostomoz  və  lerneozla  xəstələnməsi  halları 

qeyd  olunmuşdur.  Balıqlarda  kriptobioz,  şiş  xəstəliyi,  xilodonelyoz, 


 

ixtioftirioz,  apiozomoz,  trixodinioz,  daktilogyroz,  girodaktilyoz,  liqulyoz, 



diplostomoz, postodiplostomoz, lerneoz və arqulyoz kimi xəstəliklər törədən 

21 növ patogen ixtioparazit aşkara çıxarılmışdır. 

Bu  parazitlərin  əmələ  gətirdiyi  xəstəliklər  göstərilmiş,  onların  Samur-

Abşeron  kanalının  müxtəlif  hissələri  üzrə  paylaşması  təhlil  olunmuş, 

balıqların  parazitozlarının  profilaktikası  üzrə  balıq  xəstəliklərinə  qarşı 

mübarizə  tədbirləri  işlənib  hazırlanarkən  istifadə  oluna  biləcək  praktiki 

tövsiyyələr  verilmişdir.  Samur-Abşeron  kanalının  balıqlarında  insan  üçün 

təhlükəli parazitlərin olmaması nəticəsinin də praktiki əhəmiyyəti vardır. 



Müdafiəyə çıxarılan əsas müddəalar: 

1.  Samur-Abşeron  kanalı  balıqların  parazit  faunası  təbiətdə  7  yolla 

dövr  edən  57  növdən  (20  növ  ibtidai,  34  növ  helmint  və  3  növ 

xərçəngkimilər) ibarətdir. Balıqlar üçün patogen olan 21 növ aşkara 

çıxarılmışdır; insan üçün təhlükəli olan parazitlər tapılmamışdır. Hər 

balıq növündə 2 növdən 23 növə qədər parazit qeyd olunmuşdur. 

2.  Balıqların parazitlərlə yoluxmasına təsir göstərən əsas amillər axının 

yüksək  sürəti,  kanalın  dibində  beton  örtüklərin  olması,  balıqların 

qidalanması  və  passiv  miqrasiyasıdır.  Axın  boyu  yuxarıdan  aşağı 

getdikcə  parazit  növlərinin  sayı  azalır  və  balıqların  parazitlərlə 

yoluxma dərəcəsi aşağı düşür. 

3.  Kanalın  ixtioparazitləri  üç  faunistik  kompleksə  və  inkişafını 

balıqyeyən  quşlarda  başa  çatdıran  ayrıca  helmint  qrupuna  aiddirlər. 

Abşeron  su  hövzələri  ixtioparazitlərinin  faunası  əsasən  kanal 

vasitəsilə  Samur  çayından  gəlmiş,  həmçinin  balıqyeyən  quşların  və 

həvəskar 

balıqçılar 

tərəfindən 

bura 

buraxılmış 



balıqların 

orqanizmində gəlib çıxmış növlərin hesabına formalaşmışdır. 



Aprobasiya. 

Dissertasiyanın 

materialları 

BDU-nun 


“Tətbiqi 

biologiyanın  problemləri”  (Bakı,  2007),  “Biologiyanın  müasir  problemləri” 

(Bakı,  2008)  və  “Biologiyada  elmi  nailiyyətlər”  (Bakı,  2009),  “XXI  əsrin 

əvvəlində  ixtiopatologiyanın  problemləri”  (Sankt-Peterburq,  2009)  elmi 

konfranslarında, 

“Holarktikanın 

parazitləri” 

(Petrozavodsk, 

2010) 

Beynəlxalq  Simpoziumunda,  “Parazitologiyanın  nəzəri  və  praktiri 



problemləri”  (Moskva,  2010)  Beynəlxalq  elmi  konfransında,  “Biologiyanın 

və  ekologiyanın  müasir  problemləri”  Beynəlxalq  elmi-praktiki  konfransında 

(Mahaçqala, 2011) məruzə edilmişdir. 

Çap  işləri.  Dissertasiyanın  müddəaları  müəllifin  16  əsərində  çap 

olunmuşdur, onlardan beşi xaricdə çapdan çıxmışdır.   



 



Dissertasiyanın həcmi  və  quruluşu. Dissertasiya kompüterdə yığılmış 

170  səhifədə  yerləşmişdir  ki,  bunların  124  səhifəsi  təmiz  mətndir.  O, 

girişdən,  7  fəsildən,  nəticələrdən,  əməli  tövsiyyələrdən  və  179  adda,  o 

cümlədən  10  Azərbaycan,  124  rus  və  45  başqa  Avropa  dillərində  olan 

istinad  edilmiş  ədəbiyyat  siyahısından  ibarətdir.  Əsərdə  24  cədvəl,  17 

orijinal şəkil və fotoşəkil vardır. 

Təşəkkürlər.  Tədqiqatların  aparılmasında  və  dissertasiyanın  tərtib 

olunmasında  bizə  kömək  göstərmiş  bütün  şəxslərə  –  elmi  rəhbər,  biologiya 

elmləri  doktoru,  professor  Ş.R.İbrahimova,  Azərbaycan  Milli  Elmlər 

Akademiyası  Zoologiya  institutunun  direktoru,  AMEA-nın  müxbir  üzvü, 

professor İ.X.Ələkbərova, parazitologiya şöbəsinin müdiri, biologiya elmləri 

doktoru, professor T.K.Mikayılova, biologiya elmləri doktoru A.A.Manafov 

başda  olmaqla  su  heyvanları  laboratoriyasının  əməkdaşlarına,  ixtiologiya 

laboratoriyasının  əməkdaşlarına,  biologiya  elmləri  doktoru,  professor 

Q.T.Mustafayev  başda  olmaqla  Bakı  Dövlət  Universiteti  onurğalılar 

zoologiyası kafedrasının əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm. 



 

 



I Fəsil. SAMUR-ABŞERON KANALI VƏ ONUNLA BAĞLI SU 

HÖVZƏLƏRİNİN FİZİKİ-COĞRAFİ VƏ HİDROBİOLOJİ 

XARAKTERİSTİKASI 

Dissertasiyada  Samur-Abşeron  kanalı  və  onunla  bağlı  olan  su 

hövzələrinin – Samur çayının, Abşeron magistral kanalının, Ceyranbatan su 

anbarının,  “Ulduz”  əmtəə  balıqçılığı  təsərrüfatının  və  Zabrat  gölünün 

xarakteristikaları verilmişdir. 

 

II Fəsil. MATERİAL VƏ METODİKA 

Dissertasiya  üçün  material  2006-2011-ci  illərdə  Samur-Abşeron 

kanalının  üç  hissəsində  Samur  (Samur  çayı  yaxınlığında),  Siyəzən  (kanalın 

orta  axınında)  və  Ceyranbatan  (Ceyranbatan  su  anbarı  yaxınlığında) 

toplanmışdır.  Bunun  üçün  aşağıdakı  11  növə  aid  olan  419  balıq  tam 

parazitoloji  yarma  üsulu  (Быховская-Павловская,  1984  və  b.)  ilə  tədqiq 

olunmuşdur:  külmə  (Rutilus  rutilus  caspius),  enlibaş  (Leuciscus  cephalus 



orientalis), Terek altağızı  (Chondrostoma  oxyrhynchum),  qumlaqçı  (Gobio 

ciscaucasicus),  Terek  şirbiti  (Barbus  ciscaucasicus),  zərdəpər  (B.  capito), 

gümüşcə  (Alburnus  charusini  charusini),  qıjovçu  (Alburnoides  bipuctatus 



eichwaldi), çəki (Cyprinus carpio), dabanbalıq (Carassius auratus gibelio

və qambuziya (Gambusia affinis affinis). 

Yoluxmanı  qiymətləndirmək  üçün  invaziyanın  ekstensivliyi  (İE), 

invaziyanın  intensivliyi  (İİ)  və  bolluq  indeksi  (Bİ),  parazit  faunalarının 

oxşarlıq  dərəcələrini  müəyyən  etmək  üçün  isə  Çekanovski-Serensona  görə 

oxşarlıq əmsalı hesablanmışdır. 

Materialın  işlənməsi  və  dissertasiya  işinin  tərtibatı  Azərbaycan  Milli 

Elmlər  Akademiyası  Zoologiya  institutunun  su  heyvanları  parazitləri 

laboratoriyasında yerinə yetirilmişdir. 

 

III Fəsil. SAMUR-ABŞERON KANALI BALIQLARI 

PARAZİTLƏRİNİN TƏSNİFAT İCMALI 

Samur-Abşeron  kanalı  balıqlarında  aşağıda  adı  çəkilən  57  növ  parazit 

tapılmışdır: Cryptobia branchialis və Costia necatrix qamçılıları, Myxidium 

macrocapsulare,  Zschokkella  nova,  Sphaerospora  carassii,  Chloromyxum 

fluviatyle,  Myxosoma  branchiale,  Myxobolus  bramae,  M.cyprini, 

M.ellipsoides,  M.  muelleri  və  M.musculi  miksosporidiləri,  Chilodonella 

hexastica, 

C. piscicola, 

Ichthyophthirius 

multifiliis, 

Apiosoma 


 



campanulatum, 



A. piscicolum, 

Trichodina 

nigra, 

T.rectangli 

və 


Trichodinella  epizootica  infuzorları,  Dactylogyrus  affinis,  D.caucasicus, 

D.chondrostomi,  D.crucifer,  D.cryptomeres,  D.extensus,  D.fraternus, 

D.jamansajensis, 

D.kulwieci, 

D.linstowi, 

D.nanoides, 

D.parvus, 

D.sphyrna,  D.turaliensis,  D.vastator,  Gyrodactylus  gracilihamatus, 

G.katharineri,  Paradiplozoon  homoion  və  P.schulmani  monogeneyləri

Ligula  intestinalis  və  Paradilepis  scolecina  sestodları,  Asymphylodora 

imitans, 

Phyllodistomum 

elongatum, 

Allocreadium 

isoporum, 

Diplostomum  chromatophorum,  D.paraspathaceum,  Posthodiplostomum 

cuticola və Clinostomum complanatum trematodları, Capillaria tomentosa, 

Rhabdochona  denudate,  Rh.gnedini,  Contracaecum  microcephalum  və 

C.spiculigerum 

nematodları



Pomphorhynchus 

laevis 

tikanbaşlısı



Lamproglena  compacta,  Lernaea  cyprinacea  və  Argulus  foliaceus 

xərçəngkimiləri. 

Dissertasiyada  sinonimlər,  tapılma  yerləri,  sahibləri,  lokallaşması  və 

yoluxma dərəcəsi göstərməklə bütün növlərin təsnifat icmalı, zəif öyrənilmiş 

növlərin isə həm də təsvirləri və orijinal şəkilləri verilmişdir. 

 

IV Fəsil. SAMUR-ABŞERON KANALININ HƏR BİR BALIQ 

NÖVÜNÜN PARAZİT FAUNASININ XARAKTERİSTİKASI   

Hər  bir  balıq  növünün  parazit  faunasının  xarakteristikası  verilmişdir. 

Cəkidə  23,  dabanbalıqda  17,  zərdəpərdə  16,  gümüşcədə  15,  külmədə  14, 

Terek  şirbitində  12,  qıjovçuda  8,  enlibaşda  7,  qumlaqçı  və  altağızın 

hərəsində  5,  qambusiyada  2  növ  parazit  qeydə  alınmışdır.  Hər  bir  balığın 

həyat tərzi və kanalda yaşama şəraiti onun parazit faunasında əks olunur.   



 

V Fəsil. SAMUR-ABŞERON KANALININ HƏR BİR BALIQ 

NÖVÜNÜN PARAZİT FAUNASININ EKOLOJİ-COĞRAFİ 

TƏHLİLİ 

5.1.  Balıqların  parazit  faunasının  müxtəlif  amillərin  təsirindən 

asılılığı 

5.1.1. Axın   

Sürətli 


axın 

Samur-Abşeron 

kanalında 

balıqların 

parazitlərlə 

yoluxmasını  məhdudlaşdıran  əsas  amildir.  Bu  amil  ilk  növbədə  aralıq 

sahiblərin  iştirakı  ilə  inkişaf  edən  növlərə  təsir  etdiyindən,  bunların 

ixtioparazit  faunasındakı  payı  cəmi  43,9%-dir,  halbuki  Samur-Abşeron 

kanalı  ilə  bağlı  olan  su  tutarlarının  əksəriyyətində  bu  göstərici  bir  qədər 


 

10 


yuxarıdır:  Samur  çayında  52,8%,  Abşeron  magistral  kanalında  50,0%, 

Ceyranbatan  su  anbarında  46,9%,  Abşeron  əmtəə  balıqçılığı  təsərrüfatının 

göllərində 47,0%-dir. 

Suyun  axını  ilk  növbədə  aralıq  sahibləri  plankton  orqanizmləri  olan 

növlərdə  özünü  büruzə  verir.  Kanalda  yaşayan  balıqlarda  cəmi  4  belə  növ 

qeyd  olunmuşdur:  Ligula  intestinalis  və  Paradilepis  scolecina  sestodları, 



Contracaecum  microcephalum  və  C. spiculigerum  nematodları.  Bu 

helmintlər  yalnız  iki  növ  balıqda  və  kanalın  ancaq  yuxarı  hissəsində 

tapılmışlar;  İE  10,0-26,7%,  İİ  isə  1-23  ədəd  olmuşdur.  Aralıq  sahibləri 

bentik  onurğasızlar  olan  parazitlər  isə  miksosporidilər  və  trematodların 

metaserkariləri  də  daxil  olmaqla,  bütün  tədqiq  olunmuş  balıq  növlərində 

qeyd  olunmuşlar.  Belə  parazitlərə  21  növ  aiddir  ki,  onlarla  yoluxmanın  İE 

6,3-86,7%, İİ isə 1-29 ədəd idi. 

Sadə  inkişaf  dövriyyəsinə  malik  olan  parazitlərə  axın  nisbətən  az 

məhdudlaşdırıcı  təsir  göstərir.  Belə  növlər  ixtioparazit  faunasının  56,1%-ni 

təşkil etmiş, balıqların onlarla yoluxmasının İE 5,6-100,0%, İİ isə 1-36 ədəd 

olmuşdur. 

5.1.2. Balıqların qidalanması 

Planktofaqların parazit faunasında aralıq sahibləri planktonun tərkibində 

olan  növlər  vardır.  Bunlar  Ligula  intestinalis  və  Paradilepis  scolecina 

sestodları



Contracaecum 

microcephalum 

и 

C. spiculigerum 

nematodlarıdır.  Balıqlar  zoobentos  yeyərkən  onları  yoluxduran  helmintlərə 

planktonyeyən  balıqlarda  təsadüf  edilməmişdir.  Serkariləri  aktiv  olaraq 

balıqlara  daxil  olan  trematodlardan  planktofaqlarda  yalnız  Diplostomum 

chromatophorum и Clinostomum complanatum tapılmışdır. 

Bentofaqların parazit faunasına onları dib onurğasızları ilə qidalanarkən 

yoluxduran  Asymphylodora  imitans,  Phyllodistomum  elongatum   

Allocreadium  isoporum  trematodları,  Capillaria  tomentosa,  Rhabdochona 

denudata və Rh. gnedini trematodları, Pomphorhynchus laevis başıtikanlısı 

daxildir.  Onlarda  planktonla  bağlı  olan  Contracaecum  microcephalum 

nematodu  da  tapılmışdır.  Bentofaqlar  serkariləri  balıqların  bədəninə  aktiv 

olaraq  daxil  olan  Diplostomum  chromatophorum,  D. paraspathaceum



Posthodiplostomum cuticola və Clinostomum complanatum trematodları ilə 

də  yoluxmuşdular.  Bu  trematodlarla  yoluxmanın  əkstensivli  və  intensivliyi 

planktofaqlarda olduğundan yüksək idi. 

5.1.3. Balıqların passiv miqrasiyası 


 

11 


Samur-Abşeron  kanalında  axının  sürətli  olması  ilə  əlaqədar  aralıq 

sahibləri  plankton  orqanizmləri  olan  Ligula  intestinalis  və  Paradilepis 



scolecina  sestodları,  Contracaecum  microcephalum  и  C. spiculigerum 

nematodları  kimi  limnofil  parazitlər  yəqin  ki,  balıqları  Samur  çayında 

yoluxdurur  və  yalnız  bundan  sonra  həmin  sahiblərlə  birlikdə  kanala 

düşürlər.  Güman  etmək  olar  ki,  axına  zəif  uyğunlaşmış  və  sadə  inkişaf 

dövriyyəsinə  malik  Cryptobia  branchialis  və  Costia  necatrix  qamçılıları, 

Apiosoma  piscicolum  infuzoru,  Lernaea  cyprinacea  və  Argulus  foliaceus 

xərçəngkimiləri də bu su axarına həmin yolla gəlib çıxırlar. Bu növlər yalnız 

kanalın bilavasitə Samur çayına birləşmiş yuxarı axarında qeyd olunmuşlar. 

Qalan parazitlərlə yoluxma həm Samurda, həm də kanalın  özündə  baş  verə 

bilər. 

5.1.4. Antropogen təsirlər 

Samur-Abşeron 

kanalında 

balıqların 

parazitlərlə 

yoluxmasını 

məhdudlaşdıran  axının  yüksək  sürəti  süni  olaraq  əldə  edilir.  Kanalıq  xeyli 

hissəsində  onun  dibinə  beton  lövhələr  döşənmişdir,  burada  qum  və  lil 

nisbətən azdır və dib faunası çox kasıbdır. Bu ixtioparazitlərin də faunasının 

kasıblaşmasına gətirib çıxarır. Hər  neçə  ildən  bir  kanalın  ayrı-ayrı  hissələri 

təmir üçün qurudulur. Bu,  balıqların  parazit  faunasını  kasıblaşdırır,  lakin  o 

Samurdan gələnlərin hesabına tez bir zamanda bərpa olur. 



 

5.2. Parazitlərin dövriyyəsinin qanunauyğunluqları 

Samur-Abşeron  kanalı  balıqlarında  qeyd  olunmuş  parazitlər  təbiətdə 

aşağıdakı 7 yolla dövr edirlər. 

1.  «–  ƏM  (ətraf  mühit)  –  balıq  (çoxalma)  –»  bütün  tapılmış 

parazitlərin  56,2%-i  –  sadə  inkişafa  malik  qamçılılar,  infuzorlar, 

monogeneylər və xərçəngkimilər üçün xarakterdir. 

2.  «–  ƏM  –  oliqoxet  (çoxalma)  –  ƏM  –  balıq  (çoxalma)  –»  bütün 

növlərin 17,5%-i – miksosporidilər üçün xarakterdir. 

3.  «– ƏM – kopepod – balıq – quş (çoxalma) –» bütün növlərin 7,0%-i 

–  Ligula  intestinalis  və  Paradilepis  scolecina  sestodları,  Contracaecum 



microcephalum və C.spiculigerum nematodları üçün xarakterdir.   

4.  «–  ƏM  –  efemerid  sürfəsi  –  balıq  (çoxalma)  –»  bütün  növlərin 

3,5%-i  –  Rhabdochona  denudata  и  Rh. gnedini  nematodları  üçün 

xarakterdir. 



 

12 


5.  «–  ƏM  –  amfipod  –  balıq  (çoxalma)  –»  bütün  növlərin  3,5%-i  –

Capillaria  tomentosa  и  Pomphorhynchus  laevis  nematodları  üçün 

xarakterdir. 

6.  «–  ƏM  –  qarınayaqlı  molyusk  (çoxalma)  –  ƏM  –  qarınayaqlı 

molyusk  –  balıq  (çoxalma)  –»  bütün  növlərin  5,3%-i  –  Asymphylodora 



imitans, 

Phyllodistomum 

elongatum 

və 


Allocreadium 

isoporum 

trematodları üçün xarakterdir. 

7.  «–  ƏM  –  qarınayaqlı  molyusk  (çoxalma)  –  ƏM  –  balıq  –  quş 

(çoxalma) –» bütün növlərin 7,0%-i –Diplostomum, Posthodiplostomum  



Clinostomum cinslərinə aid olan trematodlar üçün xarakterdir. 

Bu  dövriyyə  yollarında  mühitin  dəyişilməsinin  15  üsulu  aydın  seçilir. 

Bunlardan  «balıq  –  ƏM»  50  növün,  «ВС  –  balıq»  –  48  növün,  «ƏM  – 

oliqoxet»  və  «oliqoxet  –  ƏM»  –  hər  biri  10  növün,  «ƏM  –  qarınayaqlı 

molyusk» və «qarınayaqlı molyusk – ƏM » – hər biri 8 növün, «balıq – quş» 

və  «quş  –  ƏM»  –  hər  biri  5  növün,  «qarınayaqlı  molyusk  –  balıq»  –  3 

növün,  qalan  6-sı  –  «ƏM  –  kopepod»,  «ƏM  –  efemerid  sürfəsi»,  «ƏM  – 

amfipod», «kopepod – balıq», «efemerid sürfəsi – balıq», «amfipod – balıq» 

– hər biri 2 növün inkişaf dövriyyəsində istifadə olunur. 

 

5.3. Samur-Abşeron kanalı balıqlarının parazit faunası tərkibindəki 



faunistik komplekslər 

Samur-Abşeron  kanalı  balıqlarının  parazit  faunası  tərkibində  üç 

faunistik kompleks – boreal düzənlik (39  növ),  Ön  Asiya  (9  növ)  və  boreal 

dağətəyi  (1  növ)  kompleksləri  yaxşı  seçilir.  Bunlardan  birincisi  Samur-

Abşeron  kanalında  paleakrik,  pontoxəzər  və  amfiboreal  qrupları  ilə  təmsil 

olunmuşdur.  Bu  komplekslərə  daxil  olmayan  qalan  8  növ  parazit  isə  cinsi 

yetkinliyə  balıqyeyən  quşların  orqanizmində  çatan  helmintlərə  aiddir  və 

onlarla  birlikdə  suayrıcılarının  üstündən  asanlıqla  ötüb  keçirlər.  Bu 

parazitlər  balıqların  və  onların  parazitlərinin  heç  bir  faunistik  kompleksinə 

aid  edilə  bilməzlər,  lakin  areallarının  xarakterinə  görə  boreal  düzənlik 

kompleksinin nümayəndələrinə yaxındırlar.   

 

5.4. Balıqların parazitlərinin Samur-Abşeron kanalı boyu 



paylaşmasının qanunuyğunluqları 

Samur-Abşeron  kanalı  başlanğıcını  Samur  çayından  götürərək  Abşeron 

yarımadasına qədər axır.  Burada  ondan  Abşeron  magistral  kanalı  ayrılır  və 

bundan sonra Samur-Abşeron kanalı Ceyranbatan su anbarına çatır. Kanalın 



 

13 


səviyyəsi  su  anbarının  səviyyəsindən  aşağı  olduğu  üçün  kanalın  suyu 

Ceyranbatana  güclü  nasoslar  vasitəsilə  ötürülür.  Bu  zaman  hidrobiontlar 

kanaldan  su  anbarına  düşürlər,  lakin  su  anbarından  kanala  keçə  bilmirlər. 

Buna görə də başqa çay və kanalların əksəriyyətindən fərqli olaraq, Samur-

Abşeronun yuxarı axarında hidrofauna aşağıdakından zəngindir. 

Kanalın  yuxarı  axarında  56,  orta  axarında  46,  aşağı  axarında  39  növ 

ixtioparazit  qeydə  alınmışdır.  Axın  istiqamətində  yuxarıdan  aşağı  hərəkət 

etdikcə, balıqların demək olar ki, bütün parazit növləri ilə yoluxma dərəcəsi 

də  azalır.  Növ  tərkibinin  kasıblaşması  əsasən  boreal  düzənlik  kompleksinin 

pontoxəzər  qrupu  hesabına  gedir,  axına  nisbətən  yaxşı  uyğunlaşmış  Ön 

Asiya  və  boreal  dağətəyi  kompleksinə  aid  olan  növlərin  sayı  isə  dəyişməz 

qalır. 


Yuxarı  və  orta  axarların  balıqlarının  parazit  faunasında  42  eyni  növ 

vardır  və  bunlar  arasındakı  oxşarlığın  Çekanovki-Serenson  əmsalı  82,4% 

təşkil  edir.  Aşağı  axarda  tapılmış  39  ixtioparazit  növünün  hamısı  orta 

axarda  da  qeyd  olunmuşdur.  Odur  ki,  kanalın  bu  iki  hissəsi  balıqlarının 

parazit  faunası  arasındakı  oxşarlıq  91,7%  təşkil  edir.  Bundan  başqa  aşağı 

axarda  tapılmış  39  ixtioparazit  növünün  hamısı  yuxarı  axarda  da  aşkar 

edilmişdir  və  kanalın  bu  iki  hissəsi  balıqlarının  parazit  faunası  arasındakı 

oxşarlıq 82,1% olmuşdur. 

 

VI fəsil. SAMUR-ABŞERON KANALININ ABŞERON 

YARIMADASI BALIQLARININ PARAZİT FAUNASININ 

FORMALAŞMASINDA ROLU 

Samur-Abşeron kanalı (SAK) Samur çayı  (SÇ)  ilə  Abşeron  yarımadası 

su hövzələrini birləşdirən su axarıdır. Su ilə birlikdə SAK vasitəsilə SÇ-dan 

Abşeron  Magistral  kanalına  (AMK)  və  Ceyranbatan  su  anbarına  (CSA) 

hidrofauna  da  düşür.  SAK-dan  götürülmüş  müəyyən  qədər  su  və  onun 

içərisində  olan  hidrobiontlar  “Ulduz”  əmtəə  balıqçılığı  təsərrüfatının 

(UƏBT)  su  tutarlarına  da  daxil  olur.  AMK-dan  su  içərisində  olan 

orqanizmlərlə birlikdə Zabrat gölünə (ZAB) ötürülür. 

CSA  və  AMK  balıqlarının  parazit  faunalarının  Çekanovki-Serensona 

görə oxşarlıq əmsalı 68,4% təşkil edir. Bu dərəcədə yüksək oxşarlıq onunla 

əlaqədardır  ki,  bunların  hər  ikisi  öz  faunasını  SAK-dan  alır.  Bunların 

arasındakı fərqlər isə bəzi növlərin buraya təsadüfi düşməsi ilə  əlaqədardır. 

CSA-da  yaşayan  bəzi  balıqlar  AMK-da  olmadığından,  onların  spesifik 

parazitlərinə də burada təsadüf olunmur. Belə ki, kanalda şəmayı, qumlaqçı, 



 

14 


ağ amur, şirbit, enlibaş və onların parazitləri yoxdur. 

CSA-da  qeydə  alınmış  Apiosoma  campanulatum  və  A. piscicolum 

infuzorlarının,  Anadonta  cyrea  molyuskunun,  Lernaea  cyprinacea  və 

Argulus  coregoni  xərçəngkimilərinin  AMK-da  olmaması  kanaldakı  axınla 

əlaqədardır. Bu iki su tutarı balıqlarının parazit faunalarındakı qalan fərqləri 

yəqin  ki,  ixtioparazitlərin  SAK-dan  CSA-ya  və  AMK-a  xeyli  dərəcədə 

təsadüfi olaraq düşməsi ilə izah etmək lazımdır. 

İxtioparazit  faunalarının  oxşarlıq  əmsalı  SÇ  və  SAK  arasında  60,1%, 

SÇ  və  CSA+AMK  arasında  54,4%,  SÇ  və  CSA  arasında  59,4%,  SÇ  və 

AMK  arasında  51,1%-dir.  SAK  ilə  Abşeron  yarımadası  su  hövzələri 

balıqlarının  parazit  faunaları  arasında  oxşarlıq  daha  çoxdur.  Belə  ki,  SAK 

və  CSA+AMK  arasında  oxşarlıq  əmsalı  63,7%,  SAK  və  CSA  arasında 

79,3%,  SAK  və  AMK  arasında  59,8%-dir.  Ümumilikdə  bu  real  vəziyyəti 

əks etdirir. SÇ-da.nт SAK-a deşən bütün növlər buranın şəraitinə uyğunlaşa 

bilmir.  Belə  ki,  indiyə  qədər  SÇ  üçün  göstərilmiş  olan  ixtioparazitlərin  45 

növü  SAK-da  tapılmamışdır.  Bu  hər  şeydən  əvvəl  həmin  növlərin  xarakter 

sahiblərinin kanalda olmaması ilə əlaqədardır. Bundan fərqli olaraq SAK-da 

olan demək olar ki, bütün balıq növləri CSA və AMK-da da vardır, odur ki, 

SAK-dan  bu  iki  su  hövzəsinə  düşən  ixtioparazitlərin  bunların  şəraitinə 

uyğunlaşması ehtimalı daha yüksəkdir. 

CSA  və  AMK-da  qeyd  olunmuş  23  ixtioparazit  növü  SAK-da 

tapılmamışdır.  Bu  növlərdən  bir  hissəsi  Abşeron  yarımadası  su  hövzələrinə 

SAK  vasitəsi  ilə  deyil,  başqa  yollarla  da  gələ  bilərdi.  Məsələn,  axırıncı 

sahibləri  balıqyeyən  quşlar  olan  helmintlər  Abşeronun  su  hövzələrinə 

quşların  orqanizmində  suayrıcılarını  ötərək  də  gətirilə  bilərdi.  Həvəskar 

balıqçılar  CSA-ya  ağ  amur,  çəki  və  gümüşü  dabanbalığın  körpələrini 

buraxmışlar. Bu balıqlarla birlikdə CSA-ya onların  bəzi  parazitləri  də  düşə 

bilərdi. 

 

VII fəsil. SAMUR-ABŞERON KANALININ EPİZOOTOLOJİ 

QİYMƏTLƏNDİRİLMƏSİ 

Samur-Abşeron  kanalı  balıqlarında  tapılmış  parazitlər  arasında  insanın 

səhhəti üçün təhlükəli olan  parazitlər  tapılmamışdır.  Lakin  onların  arasında 

balıqların xəstəliklərinin törədiciləri olan aşağıdakı növlər vardır: Cryptobia, 



C.necatrix,  Myxobolus  cyprini,  M. muelleri,  Chilodonella  hexasticha, 

Ch. piscicola, 

Ichthyophthirius 

multifiliis, 

Apiosoma 

piscicolum, 

A. campanulatum, Trichodina nigra, T. rectangli, Trichodinella epizootica, 

 

15 


Dactylogyrus  extensus,  D. vastator,  Gyrodactylus  katharineri,  Ligula 

intestinalis, 

Diplostomum 

chromatophorum, 

D.paraspathaceum, 

Posthodiplostomum cuticola, Lernaea cyprinacea, Argulus foliaceus

Kanalın yuxarı hissəsində 20, orta hissəsində 15, aşağı hissəsində isə 13 

patogen  növ  tapılmışdır.  Qalan  növlər  arasında  patogenlərin  payı  çayın 

müxtəlif  hissələrində  az  fərqlidir:  yuxarı  hissədə  bu  35,7%,  orta  hissədə 

32,6%, aşağı hissədə isə 33,3% təşkil edir. 

Kanalda tapılmış patogen ixtioparazitlərin əksəriyyəti Samur çayında da 

qeyd  olunmuşdur.  Lakin  Samurda  qeydə  alınmış  8  patogen  nov  kanalda 

aşkara çıxarılmamışdır. 



 

N Ə T İ C Ə L Ə R  

1.  2006-2011-ci  illərdə  Samur-Abşeron  kanalından  əldə  olunmuş  11 

növə  aid  olan  419  balıq  tam  parazitoloji  yarma  üsulu  ilə  tədqiq 

olunmuş,  aşağıdakı  təsnifat  qruplarına  aid  olan  57  növ  parazit  qeydə 

alınmışdır: 

qamçılılar 

2, 

miksosporidilər 



10,  infuzorlar  8, 

monogeneylər  19,  sestodlar  2,  trematodlar  7,  nematodlar  5, 

başıtikanlılar 1, xərçəngkimilər 3 növ. 

2.  Çəkidə  23,  dabanbalıqda  17,  zərdəpərdə  16,  gümüşcədə  15,  külmədə 

14,  Terek  şirbitində  12,  qıjovçuda  8,  enlibaşda  7,  qumlaqçı  və 

altağızın  hərəsində  5,  qambuziyada  2  növ  parazit  tapılmışdır. 

Balıqların qəlsəmələrində 35, qalan orqanlarında isə 1  növdən  7  növə 

qədər parazit olmuşdur. 

3.  Samur-Abşeron  kanalı  balıqlarının  parazit  faunası  sürətli  axının  və 

dibdə  beton  lövhələrin  olması  ilə  əlaqədar  çox  kasıbdır. 

Planktofaqlarda  zooplanktonla  bağlı  4  növ  helmint  tapılmış,  lakin 

balıqları  dib  onurğasızlarını  yeyərkən  yoluxduran  helmintlər  qeyd 

olunmamışdır. 

Bentofaqlarda 

balıqları 

dib 


onurğasızları 

ilə 


qidalanarkən  yoluxduran  7  növ  və  zooplanktonla  bağlı  1  növ  helmint 

aşkar 


edilmişdir. 

Bentofaqlar 

trematod 

metaserkariləri 

ilə 

planktofaqlardan daha güclü yoluxmuşlar. 



4.  Samur-Abşeron  kanalı  balıqlarının  parazitləri  təbiətdə  7  yolla 

dövriyyə  edir.  Parazitlərdən  33  növü  aralıq  sahibdən  istifadə  etmir, 

qalan  parazitlərdən  10  növ  öz  inkişafında  oliqoxetlərdən,  8  növ 

qarınayaqlı  molyusklardan,  8  növ  quşlardan,  2  növ  kopepodlardan,  2 

növ  efemerid  sürfələrindən,  2  növ  amfipodlardan  istifadə  edir. 

Parazitlərin  dövriyyə  yolları  içərisində  mühiti  dəyişməyin  15  üsulu 



 

16 


vardır ki, bunlardan balıqdan bilavasitə ətraf mühitə və ətraf mühitdən 

bilavasitə  balığa  keçmə  üsuluna  başqalarından  bir  neçə  dəfə  çox 

təsadüf olunur. 

5.  Samur-Abşeron  kanalı  balıqlarının  parazitlərinin  əksəriyyəti  boreal 

düzənlik faunistik kompleksinin palearktik (29 növ), pontoxəzər (8) və 

amfiboreal  qruplarına,  həmçinin  Ön  Asiya  (9)  və  boreal  dağətəyi  (1) 

komplekslərinə daxildirlər. Axırıncı sahibləri balıqyeyən quşlar olan 8 

növ  helmint  areallarının  xarakterinə  görə  boreal  düzənlik  formalarına 

yaxındır. 

6.  Kanalın  yuxarı  axınında  56,  orta  axınında  46,  aşağı  axınında  isə  39 

növ  parazit  qeyd  olunmuşdur.  Axın  boyu  yuxarıdan  aşağı  getdikcə 

balıqların  yoluxmasının  ektensivli  və  intensivliyi  də  azalır.  Yuxarı 

hissədə tapılmış parazitlər, güman ki,  balıqları  əsasən  Samur  çayında 

yoluxduran  və  sonra  onlarla  birlikdə  kanala  düşən  formalardır. 

İxtioparazit  növlərinin  kanal  boyu  yuxarıdan  aşağı  getdikcə  azalması 

daha çox axına zəif uyğunlaşmış  faunistik  qruplaşmalar  hesabına  baş 

verir. 

7.  Abşeron  yarımadası  su  tutarları  ixtioparazitlərinin  əksəriyyəti  buraya 



Samur  çayından  Samur-Abşeron  kanalı  vasitəsilə  gəlib  çıxmışlar. 

Bütün  bu  su  hövzələri  üçün  ümumi  olan  xeyli  sayda  parazit  növü 

vardır.  İxtioparazitlərdən  bir  hissəsi  Abşeron  su  tutarlarına  kanal 

vasitəsilə  deyil,  balıqyeyən  quşların  orqanizmində  və  insanlar 

tərəfindən buraya buraxılmış balıqlarla birlikdə düşə bilərdi. 

8.  Samur-Abşeron  kanalı  ixtioparazitləri  arasında  balıqlar  üçün  patogen 

olan  21  növ  vardır.  Bunlardan  20  növü  kanalın  yuxarı  hissəsində,  15 

növü  orta  hissəsində,  13  növü  isə  aşağı  hissəsində  qeyd  olunmuşdur. 

Kanalın  balıqlarında  insanın  səhhəti  üçün  təhlükəli  olan  parazitlər 

qeydə alınmamışdır. 



 

ƏMƏLİ TÖVSİYYƏLƏR 

 

1.  Samur-Abşeron  kanalı  ilə  bağlı  balıqçılıq  tədbirləri  həyata 

keçirilərkən  nəzərə  almaq  lazımdır  ki,  bu  su  axarında  balıqların 

kütləvi  surətdə  qırılmasına  səbəb  ola  bilən  21  növ  parazit  qeyd 

olunmuşdur. 

2.  Hal-hazırda  Samur-Abşeron  kanalında  balıqların  parazitlərlə 

yoluxma dərəcəsi yüksək deyil və lazımı sanitariya qaydalarına əməl 


 

17 


olunarsa,  bu  su  axarı  və  ya  bundan  götürülmüş  su  balıqların 

epizootoloji  vəziyyəti  baxımından  balıqartırma  təsərrüfatları 

yaradılarkən istifadə oluna bilər. 

3.  Patogen  parazitlərin  Samur-Abşeron  kanalı  boyu  paylaşmasının 

təhlili  göstərdi  ki,  kanalın  aşağı  hissəsində  belə  növlərin  sayı  ən  az, 

balıqların onlarla yoluxma dərəcəsi isə ən aşağıdır. Odur ki, kanalın 

aşağılarının  hidrofaunası  introduksiya  üçün  parazitoloji  baxımdan 

daha münasibdir. 

4.  Samur-Abşeron  kanalının  su  mənbəyi  olan  Samur  çayında  balıqlar 

üçün  patogen  və  nə  kanalda,  nə  də  Abşeron  su  hövzələrində  aşkar 

edilməmiş  Caryophyllaeus  laticeps  sestodunun  qeyd  olunmasını 

nəzərə  alaraq  balıqçılıq  təsərrüfatı  ilə  bağlı  işləri  görərkən  müvafiq 

qabaqlayıcı tədbirlər həyata keçirilməlidir. 

5.  Samur-Abşeron kanalı balıqlarında insanın səhhəti üçün təhlükəli ola 

biləcək  parazitlər  tapılmamışdır  və  bu  su  axarından  əldə  edilmiş 

balıqlar  qorxusuz  olaraq  qida  üçün  istifadə  edilə  bilər.  Lakin  bu, 

gələcəkdə  belə  patazitlərin  kanala  biləcəyini  istisna  etmir,  odur  ki, 

vaxtaşırı  olaraq  burada  balıqların  parazitoloji  tədqiqini  aparmaq 

larımdır. 

 


 

18 


Dissertasiya mövzusu üzrə müəllifin aşağıdakı əsərləri çap 

olunmuşdur: 

 

1.  Bədəlova  S.V.  Samur-Abşeron  kanalının  ixtiofaunasının  və 

balıqlarının 

parazitlərinin 

planlı 

surətdə 


öyrənilməsinin 

əhəmiyyəti  /  “Tətbiqi  biologiyanın  problemləri”  mövzusunda 

respublika elmi konf. mater., Bakı, 2007, s. 267. 

2.  Бадалова  С.В.  Биологические  показатели  и  паразитофауна 

кавказской 

уклейки 


(Alburnus 

charusini 

charusini 

Herzenstein)  в  Самур-Абшеронском  канале  /  “Tətbiqi 

biologiyanın  problemləri”  mövzusunda  respublika  elmi  konf. 

mater., Bakı, 2007, с. 272-273. 

3.  Бадалова  С.В.  Случаи  диплостоматоза  рыб  при  низкой 

интенсивности  инвазии  диплостоматидами  /  “Biologiyanın 

müasir  problemləri”  mövzusunda  respublika  elmi  konf.  mater., 

Bakı, 2008, s. 268-269. 

4.  Бадалова  С.В.  Паразитофауна  восточной  быстрянки 

(Alburnoides  bipuctatus  eichwaldi)  в  Самур-Абшеронском 

канале  /  “Biologiyanın  müasir  problemləri”  mövzusunda 

respublika elmi konf. mater., Bakı, 2008, s. 269-270. 

5.  Бадалова С.В. Паразитофауна усача-чанари (Barbus capito

в Самур-Абшеронском канале // Тр. Азерб. об-ва зоологов, 

т. I, Баку, 2008, s. 64-69. 

6.  Бадалова  С.В.  Паразитофауна  сазана  (Cyprinus  carpio)  в 

Самур-Абшеронском  канале  //  Gənc  alimlərin  əsərləri,  2008, 

c. 275-279. 

7.  Бадалова  С.В.  Эколого-географическая  характеристика 

паразитофауны  рыб  Самур-Абшеронского  канала  //  Докл. 

Нац. Акад. Наук Азербайджана, 2009, вып. 6, с. 127-131.   

8.  Бадалова С.В. Паразитофауна длинноусого  пескаря  (Gobio 



ciscaucasicus  Berg)  в  Самур-Абшеронском  канале  / 

“Biologiyada  elmi  nailiyyətlər”  mövzusunda  respublika  elmi 

konf. mater., Bakı, 2008, s. 335. 

9.  Бадалова С.В. Особенности распределения паразито-фауны 

рыб  в  экстремальных  условиях  Самур-Абшеронского 

канала  //  Проблемы  ихтиопатологии  в  начале  XXI  века, 

Санкт-Петербург, 2009, с. 16-21. 


 

19 


10.  Бадалова  С.В.  Экологический  анализ  паразитофауны 

серебряного  карася  (Carassius  auratus  gibelio)  в  в  Самур-

Абшеронском  канале  //  Труды  Азерб.  об-ва  зоолог.,  т.  II, 

Баку, 2010, s. 98-104. 

11.  Бадалова  С.В.  Миксоспоридии  рыб  Самур-Абшеронского 

канала  //  Теоретические  и  практические  проблемы 

паразитологии, Москва, 2010, с. 42-45. 

12.  Бадалова  С.В.  Роль  Самур-Абшеронского  канала  в 

формировании  паразитофауны  рыб  водоемов  Абше-

ронского  полуострова  //  Международ.  Симпоз.  «Паразиты 

Голарктики», Петрозаводск, 2010, с. 26-28. 

13.  Ибрагимов  Ш.Р.,  Бадалова  С.В.  Экологический  анализ 

паразитофауны  рыб  Самур-Абшеронского  канала  //  Тр. 

Азерб.  Нац.  Комитета  «Человек  и  биосфера»  (МаВ, 

ЮНЕСКО), 2010, с. 112-128. 

14.  Бадалова  С.В.  Паразиты  рыб  Самур-Абшеронского  канала 

и 

роль 


этого 

водотока 

в 

формировании 



фауны 

ихтиопаразитов 

Абшеронского 

полуострова.  Вестник 

Харьковского  Национального  университета,  2011,  №  947, 

с. 125-132. 

15.  Бадалова  С.В.  Пути  циркуляции  паразитов  рыб  в  Самур-

Абшеронском  канале  //  Труды  Института  зоологии  НАН 

Азербайджана, 2011, т. 29, c. 342-347. 

16.  Бадалова 

С.В. 

Морфо-биологические 



особенности 

миксоспоридий 

рыб 

Самур-Абшеронского 



канала. 

Махачкала //  Матер.  докл.  Международ.  научно-практ. 

конф.  «Современные  проблемы  биологии  и  экологии», 

Махачкала, 2011, с. 238-241. 



 

20 


С.В.Бадалова 

ПАРАЗИТЫ РЫБ САМУР-АБШЕРОНСКОГО КАНАЛА И 

РОЛЬ ЭТОГО ВОДОТОКА В ФОРМИРОВАНИИ 

ПАРАЗИТОФАУНЫ РЫБ ВОДОЕМОВ АБШЕРОНСКОГО 

ПОЛУОСТРОВА 

 

РЕЗЮМЕ 

В  2006-2011  годах  полному  паразитологическому  вскрытию 

подвергнуты 419 рыб Самур-Абшеронского канала, относящихся к 11 

видам,  обнаружено  57  видов  паразитов.  Паразитофауна  рыб  сильно 

обеднена  из-за  быстрого  течения  и  наличия  на  дне  канала  бетонных 

плит.  Зараженность  обитающих  здесь  рыб  паразитами  хорошо 

отражает особенности их питания. 

Обнаруженные  паразиты  циркулируют  в  природе  7  путями.  При 

этом  33  вида  развиваются  без  смены  хозяев,  10  используют  в  своем 

развитии олигохет, 8 – брюхоногих моллюсков, 8 – птиц, 2 – копепод, 

2  –  личинок  поденок,  2  –  амфипод.  Из  15  способов  смены  среды, 

выявленных в путях циркуляции паразитов, переход  непосредственно 

из (с) рыбы во внешнюю среду и из внешней среды непосредственно в 

(на) рыбу используется в несколько раз чаще других. 

Большинство 

паразитов 

рыб 

Самур-Абшеронского 



канала 

относятся  к  бореальному  равнинному  (39  видов),  переднеазиатскому 

(9)  и  бореальному  предгорному  (1)  фаунистическим  комплексам.  8 

видов гельминтов, окончательные хозяева которых рыбоядные птицы, 

по характеру ареалов близки к бореальным равнинным формам 

В верхнем течении канала отмечено 56, в среднем 46, в нижнем 39 

видов ихтиопаразитов. По мере движения вниз по течению снижаются 

экстенсивность  и  интенсивность  инвазии  рыб.  Паразиты,  найденные 

только  в  верхнем  течении,  по-видимому,  в  основном  те,  которые 

заражают рыб в р. Самур, а потом вместе с ними попадают канал.   

Большинство  видов  ихтиопаразитов  водоемов  Абшеронского 

полуострова  проникли  сюда  из  р. Самур  через  Самур-Абшеронский 

канал.  Имеется  значительное  число  видов,  общих  для  всех  этих 

водоемов. Часть ихтипаразитов могла попасть в водоемы Абшерона не 

из канала, а в организме рыбоядных птиц, а также рыб,  выпущенных 

сюда  людьми.  Отмечен  21  вид  патогенных  паразитов.  Паразитов, 



 

21 


представляющих  угрозу  для  здоровья  человека,  у  рыб  канала  не 

обнаружено. 



 

22 


S.V.Badaloba   

PARASITES OF SAMUR-ABSHERON CANAL AND ROLE 

OF THIS

 WATERCOURSE IN THE FORMATION OF FISH 



PARAZITE FAUNA OF THE ABSHERON PENINSULA 

WATER BODIES 

 

SUMMARY 

In 2006-2011 in the Samur-Absheron canal 419 fish of 11 species have 

been studied by the method of complete parasitological dissection, 57 species 

of parasites belonging to different taxonomic groups were found.

 

Due to the rapid flow  and  the  location  of  concrete  plates  on  the  bottom 



of  the  canal,  parasite  fauna  of  fishes  of  the  Samur-Absheron  is  poor.  The 

infection of fish with parasites reflects the nature of their fooding. 

Samur-Absheron  canal  fish  parasites  circulate  in  nature  by  the  7  ways. 

Of  these,  10  species  use  olygochaetes  in  their  development,  8  species  – 

molluscs,  8  species  –  birds,  2  species  –  copepods,  2  species  –  ephemerans 

larvae, 2 species – amphipods. From 15 identified methods of the change of 

environment, 

direct  transition  from  fish  to  the 

external 

environment

  and 

direct  transition



 

from  the  external  environment

 

to  the  fish



  used  more  than 

others.


 

The  fish  parasites  of  the  Samur-Absheron  canal  belong  to  boreal  plain 

(39  species), 

Southwest  Asia

  (9)  and  the  boreal  pre-mountain  (1)  faunistik 

complexes.  8  species  which  definitive  hosts  are  fish-eating  birds,  by  their 

areals are close to boreal plain forms. 

56  species  of  ichthyoparasites  were  found  in  upper  flow,  46  species  – 

middle flow, and 39 species – in low flow of the canal. Top-down along the 

stream  an  extensity  and  intensity  of  the  infection  decreased.  Most  of  the 

parasites,  which  were  found  only  in  the  upper  stream,  probably  infect  the 

fish in the Samur River and just after this the flow brings them together with 

their hosts in the canal. 

The  Samur  River  is  main  source  of  ichthyoparasites  for  the  Absheron 

Peninsula  water  bodies,  many  of  species  that  were  registered  the  Samur 

River,  were  found  also  in  Samur-Absheron  canal  and  the  Absheron 

Peninsula  water  bodies.  Some  of  the  ichthyoparasites  could  bring  in 

Absheron  water  bodies  by  fish-eating  birds  and  amateur  fishermen  that 

released here fish. 


 

23 


21  species  of  Samur-Absheron  canal  ixtioparazites  are  pathogenic  for 

fish. Parasites that are dangerous to the human body were not registered.



 

 

24 


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

ZOOLOGİYA İNSTİTUTU 

 

əlyasması hüququnda 



 

 

 

 



BƏDƏLOBA SAMİRƏ VAGİF qızı 

 

 

 

SAMUR-ABŞERON KANALI BALIQLARININ 

PARAZİTLƏRİ VƏ BU SU AXARININ ABŞERON 

YARIMADASI SU HÖVZƏLƏRİ BALIQLARININ PARAZİT 

FAUNASININ FORMALAŞMASINDA ROLU 

 

 

2429.01 - Parazitologiya 

 

 

 

Biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi   

amaq üçün təqdim edilmiş dissertasiyanın 

 

 

A V T O R E F E R A T I  

 

 

 

 

 

Bakı - 2014 

 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə