Uot 631. 445. 4 Q. M. MƏMMƏdov, Y.Ġ. ġAhverdiyev, H. M. HƏSƏnov, S. Y



Yüklə 0.67 Mb.
Pdf просмотр
səhifə1/7
tarix30.06.2017
ölçüsü0.67 Mb.
  1   2   3   4   5   6   7

Ekologiya və su təsərrüfatı  jurnalı, №3, may, 2016- cı il 

 

 



EKOLOGĠYA VƏ ƏTRAF MÜHĠTĠN MÜHAFĠZƏSĠ 

 

 

UOT 631.445.4 

 

Q.M. MƏMMƏDOV, Y.Ġ. ġAHVERDIYEV, H.M. HƏSƏNOV, S.Y. 

AĞAKIġIBƏYOVA, E.P. MAHMUDOVA 

 

AMEA  Torpaqşünaslıq və Aqrokimya İnstitutu 

 

TORPAQ MÜNBĠTLĠYĠNĠN BƏRPASINDA VƏ MÜHAFĠZƏSĠNDƏ  

MEġƏLƏRĠN ROLU 

 

Meşələr təbiətin bəşəriyyətə çox qiymətli 

hədiyyəsidir. Meşənin yarpaqları, tumurcuq-

ları,  budaq  qırıntıları,  kök  qırıntıları  torpaq-

dakı mikroorqanizmlər, soxulcanlar və başqa 

canlılar  tərəfindən  yerin  üst  qatında  parçala-

naraq mineral maddələrlə qarışır, münbit tor-

paq qatı əmələ gətirir və torpağın əmələgəl-

məsində əvəzedilməz əhəmiyyət daşıyırlar. 

Meşə  seli  azaldan,  qarşısını  alan  güclü 

faktordur. Atalar yaxşı deyib: “Meşəli yurdu 

sel  basmaz”.  Selin  iki  böyük  zərəri  var.  Bi-

rincisi  torpaqda  münbitlik  və  suda  həll  olan 

birləşmələri  yuyub  aparır,  ikincisi  tərkibin-

dəki lillə və gillə əkin sahələrinin üstünü ör-

tür  və  sahələrin  transformasiyasına  səbəb 

olur.  Meşə  selin  azalmasına  səbəb  olduğun-

dan torpaqda eroziya prosesinin də qarşısını 

alır.  Azərbaycanda  meşə  sürətlə  azaldığın-

dan  1947-1950-ci  illərdə  çiyələk,  moruq  yı-

ğılan meşə ətəklərində, talalarda indi nə mo-

ruq kolu, nə ağac, nə də çiyələk və başqa ot 

bitkiləri var [1,2]. 

Meşə,  bağ  torpağın  küləklə  sovrulub 

aparılmasının  (deflyasiyanın)  qarşısını  alır, 

dənli  bitkiləri,  tərəvəzləri  küləyin  zərərli  tə-

sirindən  qoruyur.  1991-ci  ildə  norveçlilər 

tropik  meşələrdən  Avropa  ölkələrinə  tikinti 

materialı  gətirən  gəmiləri  daşa  basdılar,  ilk 

baxışda bu gülüş doğurdu, sən demə bu daşa 

basmanın  böyük  ekoloji  faydası  var  imiş. 

Tropik meşələr ildə 145 milyard ton oksigen 

biosintez  edərək  bəşəriyyəti  60-70%  oksi-

genlə təmin edir. Bu fotosintez prosesində il-

də  200  milyard  tona  yaxın  parnik  effektinə 

malik olan karbon qazı sellülozaya, liginə və 

başqa  karbohidratlara  çevrilir.  Atmosferdə 

karbon  qazının  azalması  qlobal  istiləşmənin 

qarşısını  alaraq  bəşəriyyətin  davamlı  daya-

nıqlı inkişafına səbəb olur [3]. 

Meşə havası canlıların sağlamlığına müs-

bət təsir edən fizioloji aktiv maddələrlə zən-

gindir.  Yayda  palıd  və  şam  ağaclarının  bu-

raxdıqları fitonsidlər zərərli mikroorqanizm-

ləri məhv edərək ağacın dibini tam steriliza-

siya edirlər. Meşə həm də meşə quşlarının və 

heyvanlarının, meyvələrin, giləmeyvələrin və 

göbələklərin  məskənidir.  Biz  gələcək  nəsil-

lərimizə  səhra  qoyub  getməməliyik,  torpaq-

larımızı  gülüstana  çevirməliyik.  Özümüz  el-

mi  əsaslarla  üzvi  və  qeyri-üzvi  gübrələrdən 

istifadə  etməklə  meşə  salmalıyıq.  Niyə  son 

100 ildə Almaniyada meşə 1,4 dəfə, Avstri-

ya və Yaponiyada 1,2 dəfə artsın, amma öl-

kəmizdə  3  dəfə  azalsın,  bunun  nəticəsində 

səhralaşma əmələ gəlsin? 

Dahi Karl Marks 1870-ci illərdə yazırdı: 

“Əkinçilik kortəbii aparılırsa və zəka ilə tən-

zimlənmirsə özündən sonra səhra qoyub  ge-

dir”. Onun dostu F.Engels  “Təbiətin  dialek-

tikası”  kitabında  yazırdı:  Orta  əsrlərdə  Me-

sopatomiyada,  kiçik  Asiyada,  Yunanıstanda 

və  başqa  yerlərdə  meşələri  qırıb  yandıraraq 

əkin sahələrini artıran insanların heç xəyalı-

na  da  gəlmədi  ki,  onlar  belə  hərəkətləri  ilə 

bu  yerləri  səhraya  çevirdilər.  İtalyanların 

Alp  dağlarının  cənub  yamacındakı  meşələri 

qıraraq əkinçiliyi və maldarlığı inkişaf etdir-

mək  tədbirləri  cənub  yamacın  səhralaşması-

na  səbəb  oldu.  Dağın  şimal  yamacı  isə  qo-

runduğundan  indi  də  yaşıl  meşələrlə,  biçə-

nəklərlə örtülüdür.  

Meşə  həm  də  iqlimə  güclü  təsir  edən 

amildir.  Ağaclar  transpirasiya  (suyu  yarpaq-

ları  ilə  buxarlandırma)  vasitəsilə  çoxlu  su 


Ekologiya və su təsərrüfatı  jurnalı, №3, may, 2016- cı il 

 

buxarlandırır.  Həmin  su  atmosferdəki  kar-



bon qazı ilə (və başqa maddələrlə) aerozollar 

əmələ gətirir. Aerozollar sıxlaşaraq, böyüyə-

rək  buluda  çevrilir.  Bulud  yağışın  xammalı, 

yağış  isə  bulaqların,  çayların,  çəmənliklərin 

xammalıdır, mənbəyidir. 

Orta yaşlı fıstıq ağacı (200 il) bir vegeta-

siya  periodunda  140  ton  su  buxarlandırır. 

Meşə  bol  olan  yerlərdə  hava  su  buxarı  ilə 

doyduğundan əkin sahələrindən zərərli fiziki 

buxarlanma az olur. 

İnsanlara bu qədər xeyir verən, qlobal is-

tiləşmənin qarşısını alan, bizə bulaqları, çay-

ları, çəmənliyi bəxş edən, havamızı oksigen-

lə,  fizioliji  aktiv  maddələrlə  zənginləşdirən 

meşələri niyə qorumayaq, artırmayaq? 

Meşələr  qırıldığından  iqlim  dəyişir,  tor-

paq  eroziyaya  uğrayır,  səhralaşma  prosesi 

gedir.    Meşələr,  bağlar  güclü  su  buxarlandı-

rıcı vasitə olduğundan bataqlıq olan sahələri 

tez  qurudub  faydalı  əkin  sahəsinə  çevirmək 

üçün  ətrafı  boyunca  sıx  meşə,  bağ  salırlar. 

Bundan  əlavə  yol  ətrafı  salınan  bağ  və  ya 

meşə  ağacları  (göyrüş,  qarağac,  akasiya  və 

başqaları) mator yanacaqlarından alınan kar-

bon qazını xammal kimi mənimsəyərək selü-

lozoya  və  başqa  karbohidratlara  çevirir. 

Ağaclar  həm  də  çox  tozuducu  olduğundan 

yolun təmiz olmasına şərait yaradır. 

İsti vaxtlarda ağacın kölgəsində çətirinin 

sıxlığından  asılı  olaraq  temperatur  5

8˚C 


aşağı olur. Enli yarpaqlı ağaclar karbon qazı-

nı mənimsəməkdə iynəyarpaqlı ağaclardan 2 

dəfə faydalıdır. Belə ki, 1 hektar palıd, ağca-

qayın,  fısdıq  meşəsi  bir  ildə  22

25  ton  kar-



bon qazı, iynəyarpaqlı ağaclar isə 12

14 ton 



karbon qazı mənimsəyirlər. Sakit havada bol 

yağışdan sonra səhərlər enliyarpaq ağacların 

başında  panamaya  bənzər  ağ  duman  görü-

nür.  Fikrimizcə  bu  gündüzlər  buxarlanan, 

transpirasiya  olan  su  ilə  gecələr  ağacların 

buraxdığı  karbon  qazının  fiziki-kimyəvi 

birləşməsi, aerozoludur [4]. 

Parnik  effektinə  malik  karbon  qazı  at-

mosferdəki  azot  və  oksigen  qazından  fərqli 

olaraq  günəşdən  gələn  infraqırmızı  şüaları 

udaraq  yer  səthinin  qızmasına  səbəb  olur. 

Günəşdən 3 gündə  yerə  çatan istilik  yerdəki 

bütün  yanacaqları  (daş  kömürü,  qazı,  meşə-

ləri, torfu) yandıranda alınan istiliyə bərabər-

dir. Bu istiliyin çox hissəsi 70-75% infraqır-

mızı  şüa  şəklində  yerdən  kosmosa  qayıdır. 

Bu  şüaları  udub  saxlayan  karbon  qazı  ha-

vadan  1,5  dəfə  ağır  olduğundan  yerin  səthi 

boyunca  paylanaraq  yerin  qızmasına  səbəb 

olur. 


Üzvi yanacaqlardan, benzinlərədən, dizel 

yanacaqlarından,  meşə  yanacaqlarından  ildə 

atmosferə  100  milyardlarla  ton  karbon  qazı 

daxil olur. Buna görə tezliklə yanacaq siste-

mi  dəyişilməsə  bəşəriyyəti  fəlakət  gözləyir. 

Elmin  indiki  inkişaf  dinamikası  göstərir  ki, 

yaxın  gələcəyin  yanacağı  hidrogenin  özü  və 

izotopları (deyterium, tritium) olacaqdır. 

Hidrogenin enerji törətmə qabiliyyəti tə-

bii qazdan 2,4 dəfə çoxdur. Yanma məhsulu 

və xammalı sudur (2H

2

 + O



2

 



 2H

2

O). 



Hidrogenin  ağır  izotopları  –  deyterium 

və  tritium  günəşin  səthində  neytronla  bom-

bardman edilərək (

)

Q

He

n

H

4

2

1

0

3

1





2



1

H

 

heliuma çevrilməklə 100-104 milyon dərəcə 



istilik  alınır.  Hələlik  hidrogenin  özü  və  izo-

topları  üzərində  intensiv  tədqiqatlar  aparılsa 

da burada böyük problemlər vardır, ona görə 

qlobal  istiləşmənin  qarşısını  almaq  üçün  at-

mosferə  buraxılan  karbon  qazını  ya  azalt-

maq,  ya  da  başqa  birləşmələrə  (sellüloza, 

liqnin və s.) çevirmək tələb olunur [5]. 

Təəssüf ki 2002-ci ildə Yaponiyanın Ki-

oto  şəhərində  keçirilən  Beynəlxalq  Kon-

fransda  karbon  qazını  azaltmaq  tədbirləri 

protokoluna  ABŞ  qol  çəkmədi.  Atmosferə 

daxil  olan  karbon  qazını  azaltmaq  üçün 

mümkün  olan  yerlərdə  bağ,  meşə  salmalı  , 

qarğıdalı  səpməli  və  ümumiyyətlə  kənd 

təsərrüfatını intensiv  inkişaf etdirməli, yaşıl 

iqtisadiyyata keçmək lazımdır. 

Atmosferdə  karbon  qazının  qatılığının 

artması nəticəsində son 100 ildə yer səthində 

temperature 1,8˚C artmışdır. Alimlərin proq-

nozuna  əsasən  yer  səthində  temperatur 

3,5˚C-dək  artsa,  mövcud  olan  4  buzlaqların 

əriməsi  (Antarktida,  Şimal  Buzlu  Okean, 

Qrelandiya  və  Tundra  buzlaqları)  nəticəsin-

də  yer  səthini  124  metr  hündürlüyündə  su 

basa  bilər.  bu  isə  Yer  kürəsinin  90-92%  su 

altında qalması deməkdir. 

1989-cu  ilin  yayında  kosmosda  olan 

ABŞ kosmonavtları dağda buz əridikcə  san-



Ekologiya və su təsərrüfatı  jurnalı, №3, may, 2016- cı il 

 

duqə (kovceq) açıldığını görmüşdülər. Alim-



lər belə hesab edirlər ki, bu Nuhun gəmisinin 

qalıqlarıdır.  Bu  yaxınlarda  iqlim  dəyişiklik-

ləri  nəticəsində  Antarktida  buzlaqlarından 

kütləsi  milyon  tonlarla  olan  aysberq  qopub 

dünya  okeanlarına  qarışmışdır.  Buzlaqların 

əriməsi  nəticəsində  təkcə  ABŞ-da  hektarla 

əkin sahəsi su altında qalmışdır. 

Respublikamızda  son  100  ildə  meşə  3 

dəfə azaltdığından güclü iqlim dəyişiklikləri 

baş  verir,  beləki  meşə  kökləri  ilə  udduğu 

məhluldakı  suyu  transpirasiya  ilə  atmosferə 

buraxaraq  bulud  əmələ  gətirir,  yağış  bulaq, 

çay, çəmənlik əmələ gətirir [6]. Meşə azaldı-

ğından  bu  il  respublikamızın  qərb  rayonla-

rında  (Gədəbəy,  Daşkəsən,  Tovuz  və  başqa 

yerlərdə)  3  ay  yağış  yağmadığından  əkinçi-

lər əkdikləri kartof toxumunu  da götürə bil-

mədilər.  Seyrəlmiş  meşələr  isə  saralmağa, 

qurumağa  başladı.  İndi  təcili  meşələri,  bağ-

ları  bərpa  etməsək  gələcək  nəsillər  bizi  mə-

zəmmət edəcəklər. 

 

ƏDƏBĠYYAT 



 

1.

 



Əliyev  H.Ə.  Həyəcan  təbili,  Bakı,  2001, 

175 s. 


2.

 

Əliyev H.Ə., Həsənov X. N. Kənd təsər-



rüfatı və təbiəti mühafizə, Azərnəşr, Bakı, 

1980, 130 s. 

3.

 

Əmirov  F.Ə.  Meşələrin  ekoloji  rolu, 



Azərbaycan nəşriyyatı, Bakı, 2001, 236 s. 

4.

 



Məmmədov Q.Ş., Xəlilov M.Y. Azərbay-

can meşələri, “Elm” Bakı, 2002, 472 s.  

5.

 

Mustafayev  X.M.,  Şəkuri  B.Q.  Torpaq 



eroziyası , Bakı, 1991, 94 s. 

6.

 



Q.Ş.Məmmədov, K.S.Əsədov. Meşə eko-

logiyası, “Elm”, Bakı, 2010, 434 s. 

 

Г.М.Мамедов, Ю.И.Шахвердиев, 

С.Ю.Агакишибекова, Е.П.Махмудова 

 

РОЛЬ ЛЕСНЫХ НАСАЖДЕНИЙ В 

ВОСТОНАВЛЕНИИ ПЛОДОРОДИЯ 

И ОХРАНЫ ПОЧВ 

 

РЕЗЮМЕ 

 

В  почвообразовании  лесных  почв  –

большая роль принадлежит регулирова 

нию их водного режима. Так, например, в 

последние  годы  отмечено  значительное 

сокращение  их  площадей,  что  служит 

причиной  возникновения  почвенной  эро-

зии и опустынивания почв. 

В  Азербайджанской  Республике  за 

последние 20-30 лет отмечено значитель-

ное  уменьшение  площади  лесов.  Восста-

новление этих почв возможно путем кон-

троля  их  почвенного,  водного  режимов. 

Все  это  имеет  очень  большое  значение  с 

экологической  и  экономической  точки 

зрения. 


Ключевые  слова:  плодородия  почв, 

водный  режим,  лесные  почвы,  экология, 

атмосфера 

 

G.M.Mammadov, Y.I.Shaxverdiyev,  

S.Y Aqakishibekova, E.P. Mahmudova 

 

FORESTS



S ROLE IN RESTORATION 



AND PROTECTION OF SOIL 

FERTILITY 

 

SUMMARY 



 

The  significant  decrease  of  the  forestry 

areas  which  is  a  reason  for  soil  erosion  ap-

pearing and soil desertification was noted in 

Azerbaijan for last 20-30 years. 

It  is  necessary  to  note  that  a  great  role 

belongs to regulation and control of the wa-

ter  regime  in  soil  formation  of  the  forest 

soils  and  their  restoration.  All  the  measures 

will promote over the protection of the eco-

logical balance in the environment. 

Key  words:  soil  fertility,  water  regime, 

forestry soils, ecology, atmosphere  

 

Məqaləyə  

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya 

İnstitutunun, “Torpaqların aqrokimyası və 

bonitrovkası” laboratoriyasının e.i. a.ü.f.d., 

dos. N.A. İsmaylova rəy vermişdir. 


Ekologiya və su təsərrüfatı  jurnalı, №3, may, 2016- cı il 

 

UOT 21.316504.054; 504.064 

 

H.F.FƏTDAYEV, S.G.RZAYEVA, A.K.ƏFƏNDĠYEVA, S.H.ĠDRĠSOV 

 

Milli Aerokosmik Agentliyi Ekologiya İnstitutu 

 

ATOM-ELEKTRĠK STANSĠYALARIN ƏTRAF MÜHĠTƏ TƏSĠRĠ HAQQINDA 



 

Açar  sözlər:  atom-elektrik  stansiyaları, 

nüvə-istilik  yanacağı,  elektrik  enerjisi,  radi-

oaktiv  maddələr,  təhlükəli  radioaktiv tullan-

tılar, texnogen qəzalar. 

Ключевые  слова:  атомные  электро-

станции,  термоядерное  топливо,  элек-

троэнергия,  радиоактивные  вещества, 

опасные  радиоактивные  отходы,  техно-

генные катастрофы. 

Key  words:  nuclear  power  plants,  ther-

monuclear fuel, electrical energy, radioacti-

ve substances, dangerous radioactive waste, 

technogenic disasters. 

Giriş.  Müasir  dünyada  energetika  səna-

yenin  baza  sahələrinin  inkişafının  əsasını 

təşkil  edərək  ictimai  istehsalın  tərəqqisini 

müəyyən  edir.  Belə  ki,  energetika  bütün  sə-

naye sahələrinin, nəqliyyatın, məişət və kənd 

təsərrüfatının  inkişafının  əsas  hərəkətverici 

faktoru  sayılır.  Sənaye  cəhətdən  inkişaf 

etmiş  bütün  ölkələrdə  energetikanın  inkişaf 

tempi  digər  fəaliyyət  sahələrinin  tempini 

ötüb keçir. Buna baxmayaraq, energetika ət-

raf  mühitə  və  insana  mənfi  təsir  göstərən 

mənbələrdən biridir. Həmçinin atom enerjisi 

istehsal  edən  müəssisələrin  ətraf  mühitin 

çirklənməsində  payı  olduqca  böyükdür.  Bu 

enerji  qurğularının  tipindən  asılı  olaraq 

onların ətraf mühitə təsiri müxtəlif olur: 

 

atmosferə  -  oksigendən  istifadə  etməklə 



qaz, rütubətlik və kül buraxmaqla

 



hidrosferə  -  sudan  istifadə  etmək,  su  an-

barları yaratmaq, çirkab və qızdırılmış su-

lar, maye tullantıları buraxmaqla; 

 



litosferə  -  landşaftı  dəyişmək,  təbii  yana

-

caqdan  istifadə  etmək  və  toksin  burax



-

maqla; 


 

biosferə - abiotik faktorları dəyişmək, çirk-



ləndiricilərin bilavasitə canlı orqanizmlərə 

təsir  göstərmək  və  ekosistemlərdə  idarəe-

dici əlaqələrin fəaliyyətini pozmaqla [1]. 

Enerji  mənbələri  iki  böyük  qrupa  bölü-

nür: bərpa olunan və bərpa olunmayan. Bər-

pa  olunanlara  Yerin  biosferində  fasiləsiz  fə-

aliyyət  göstərən bütün  enerji növləri (günəş, 

külək, okean enerjisi və çayların hidroenerji-

si) daxildir. Bərpa olunmayan enerji mənbə-

lərinə qazıntı yanacaq növləri, nüvə və nüvə-

istilik  enerjisi  aid  edilir.  Bərpa  olunmayan 

mənbələrə əsaslanan energi istehsal edən ob-

yektlər  mühitin  əlavə  istiləşməsinə  səbəb 

olur. Bəzən bu istilik  növləri əlavə  olunmuş 

istilik  adlandırılır,  belə  ki,  onların  enerjisi 

planetin Günəşlə qızmasını təmin edən ener-

jiyə  əlavə  olunur.  Bərpa  olunan  mənbələrin 

enerjisindən  istifadə  isə  planetin  əlavə  qız-

masına səbəb olmur. Biosferin orta tempera-

tunun 1


0

C qızması Yer kürəsi iqlimində kəs-

kin dəyişikliklərin baş verməsi ilə, həmçinin 

bitki  və  heyvanlar  aləmində  qlobal  fəlakət-

lərlə  nəticələnə  bilər.  Enerji  istehsalının  art-

masının  başlıca  faktoru  əhalinin  sayının  ço-

xalması  və  həyat  keyfiyyətinin  tərəqqisi 

olub,  adambaşına  istifadə  olunan  enerjinin 

miqdarı ilə sıx bağlıdır. Hazırda dünya əhali-

sinin adambaşına istifadə etdiyi enerji gündə 

2  kVt-dır.  Halbuki,  insanın  həyat  keyfiyyət 

norması  10  kVt  saat  gücü  ilə  səciyyələnir 

[2]. Bərpa olunmayan enerjidən istifadə olun-

maqla  ətraf  mühiti  çirkləndirən  enerji  mən-

bələrindən  istilik  elektrik  stansiyaları  (İES) 

və  atom  elektrik  sansiyalarını  (AES)  misal 

göstərmək olar. 

AES və İES-lərin ətraf mühitə təsirinin 

müqayisəli  təhlili.  İES-də  yanacaq  kimi  daş 

kömür, neft və neft məhsulları, təbii qaz, bə-

zən  oduncaq  və  torfdan  istifadə  olunur.  Bu 

yanan  materilların  əsas  komponentləri  kar-

bon, hidrogen və oksigen sayılır. Bu kompo-

nentlərdə  az  miqdarda  kükürd  və  azota, 

həmçinin metal  və onların  birləşmələrinə də 

(ən çox oksid və  sulfidlər) rast  gəlinir. Aşa-

ğıdakı  cədvəldə  (Cədvəl  1)  isə  gücü  ildə 

1000  MVt  olan  elektrik  stansiyalarının  at-

mosferə  buraxdığı  tullantılar  (tonla)  haqqın-

da məlumatlar verilmişdir [2]. 



Ekologiya və su təsərrüfatı  jurnalı, №3, may, 2016- cı il 

 

 Cədvəl 1 



İES-lərdə istifadə olunan yanacaqdan asılı olaraq ətraf mühitə buraxılan tullantıların miqdarı 

 

Lakin  İES-lərdən  atmosferə  buraxılan 



tullantıların əsas hissəsi karbon qazı olmaqla 

1mln  ton,  karbon-2-oksidə  çevrildikdə  isə  1 

Mt  təşkil  edir.  İES-lər  tərəfindən  çaylara, 

göllərə və dənizlərə axıdılan çirkab suları ilə 

ildə  66  ton  üzvi  maddələr,  82  ton  sulfat 

turşusu, 26 ton xloridlər, 41 ton fosfatlar və 

təxminən 500 ton asılı maddələr kənar edilir. 

İES-lərin  atmosferə  buraxdığı  külün  tərki-

bində  çox  vaxt  yüksək  konsentrasiyalı  ağır 

metallar  və  radioaktiv  maddələr  olur.  Enerji 

obyektlərinin  qaz, maye  və  kül  halında olan 

tullantıları  ətraf  mühitə  yayılır.  Onların  bir 

hissəsi qlobal, regional və lokal dəyişkənliyə 

səbəb  olur.  Bu  hal  təsərrüfatın  digər  sahələ-

rində də baş verir, bununla belə, energetika-

da  istifadə  olunan  təbii  yanacağın  yandırıl-

ması  əsas  qlobal  çirkləndirici  hesab  olunur. 

Bu  çirkləndiricilər  atmosferə  daxil  olur,  on-

ların toplanması hesabına atmosferin qaz tər-

kibinin və parnik (istilik) qazlarının konsen-

trasiyası  dəyişir.  Beləliklə,  qeyd  etmək  la-

zımdır  ki,  İES-lər  bütün  zərərli  sənaye  tul-

lantılarının miqdarının 20%-ni atmosferə bu-

raxır. Onlar  yerləşdiyi  rayonun  ətraf mühiti-

nə  və bütövlükdə biosferə  əhəmiyyətli  dərə-

cədə təsir göstərirlər. 

Atom-elektrik stansiyası – bir neçə nü-

və  reaktorunun  yanacaq  kimi  radioaktiv 

maddələri istifadə edərək elektrik enerjisinin 

istehsalı ilə məşğul olan avadanlıq və aparat-

lardan ibarət qurğular toplusudur. Bu qurğu-

lar  binalarda  yerləşdirilərək  xüsusi  ərazilərə 

malik  olurlar.  Bu  stansiyalar  təkcə  qəza  za-

manı  yox,  həm  də  normal  fəaliyyət  göstər-

dikləri  zaman  da  təbii  mühit  üçün  təhlükə 

mənbələri olaraq qalır. Radioaktiv tullantılar 

həm  insan,  həm  də  ətraf  mühit  üçün  uzun 

müddət  ərzində  təhlükəlidir.  Belə  tullantılar 

təkcə  AES-lərdə  deyil,  həm  də  atom-nüvə 

sənayesinin digər sahələrində də mövcuddur. 

Digər  enerji  istehsal  edən  stansiyalardan 

fərqli  olaraq,  radioaktiv  maddələr  istifadə 

edildiyinə  görə,  AES-lərdə  daha  güclü 

təhlükəsizlik  tədbirləri  həyata  keçirilir.  Onu 

da  qeyd  etmək  kifayətdir  ki,  0.5  kq  nüvə 

yanacağından  əldə  olunan  enerjinin  miqdarı 

1000  ton  daş  kömürdən  alınan  yanacağa 

bərabərdir. 

Aşağıdakı cədvəldə (сədvəl 2.) il ərzində 

yanacaq  sərfi  və  ətraf  mühitin  çirklənməsi 

üzrə gücü 1000 MVt olan AES və  İES-lərin 

müqayisəli məlumatları verilir. 



Cədvəl 2 

İES və AES-lərdə yanacaq sərfi və 

ətraf mühitin çirklənməsi haqqında məlumat 

 

Atmosferə təsir 

göstərən amillər 

ĠES 

AES 

Tullantılar: 

 

 



Karbon qazı 

10 mln ton 

– 

Kükürd anhidridi və 



digər birləşmələr 

400 min ton 

– 

Kül 


100 min ton 

– 

Radioaktiv maddələr 



– 

2 ton 


 

Cədvəl  2-dən  göründüyü  kimi,  atom 

energetikasının  üstünlüyü  üzvi  yanacağa 

əsaslanan  energetikaya  nisbətən  böyükdür. 

AES-lərin  normal  fəaliyyəti  dövründə  ətraf 

mühitə  radioaktiv  tullantılar  çox  az  miqdar-

da atılır. Orta hesabla bu tillantıların miqdarı 

eyni güclə işləyən İES-lərə nisbətən 2-4 dəfə 

azdır. 

Əgər  hazırda  fəaliyyətdə  olan  bütün 



AES-lər İES-lərlə əvəz olunarsa, dünya iqti-

sadiyyatına, planetimizə  və  ayrılıqda  hər bir 

insana aradan qaldırılması mümkün olmayan 

ziyan  yetirilərdi.  Belə  ki,  AES-lərdən  əldə 

olunan enerji eyni zamanda Yerin atmosferə 

hər  il  İES-lərdə  üzvi  yanacağın  yandırılma-

sından  alınan  2300  mln  ton  karbon  qazını, 


Каталог: external -> ckfinder -> userfiles -> files -> etuser -> files
files -> Azərbaycan Memarlıq və İnşaat Universiteti «Ictimai fənlər» kafedrası «Azərbaycan tarixi» fənni üzrə imtahan testləri
files -> 644a Peşə etikası
files -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan memarliq və İNŞaat universiteti
files -> Г. И. Али-заде, А. Р. Джалилова, Х. Х. Магеррамова, И. И. Алиев
files -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan memarliq və İNŞaat universiteti elmi ƏSƏRLƏR
files -> N. R. Namazov
files -> Еколоэиа вя ятраф мцщитин мцщафизяси
files -> Ekologġya və Ətraf müHĠTĠn mühafġZƏSĠ uot: 631. 616. 013. 004
files -> Memarlıq Elmi əsərlər
files -> A. B. Dolxanov


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə