Azərbaycanda bank olmayan kredit təşkilatlarının sosial-iqtisadi qiymətləndirilməsi
Mədəd Musayev
Bakı Biznes Universitetinin magistrantı
musayev.meded98@gmail.com
UOT: 373.1:371.8
Rəyçilər: Zakir Quliyev
İqtisadiyyat üzrə fəlsəfə doktoru
Ayətulla Cabbarov
İqtisadiyyat üzrə fəlsəfə doktoru,dosent
Bu məqalədə bank olmayan kredit təşkilatlarının fəaliyyəti haqqında danışılacaq. Məqalənin mövzusunun aktual olduğunu xüsusilə qeyd etmək lazımdır. Beləki iqtisadiyyatın mərkəzində kredit təşkilatlarının olduğu hər kəs tərəfindən qəbul olunmuş bir fikirdir. Və buna görə də bu sistemdəki dəyişikliklər dövlət üçün çox əhəmiyyətlidir. Həmçinin sosial-iqtisadi inkişafa birbaşa təsir edən amillərdən biridir.Məqalənin əsas məqsədi bank olmayan kredit təşkilatlarının fəaliyyətinin ölkə iqtisadiyyatına və əhalinin sosial həyatına sirlərinin öyrənilməsi təşkil edir.
Açar sözlər:Bank,BOKT,kredit,Mərkəzi Bank,pul siyasəti,maliyyə institutları.
Key words:Bank,NBCO,credit,Central Bank,monetary policy,financial institutions.
Ключовие слово:Банк,НБКО,кредит,
Централный Банк,денежная политика,финансовые учреждения
Kredit təşkilatlarından biri də BOKT-dır. “Bank olmayan kredit təşkilatları haqqında” AR-nın Qanunu əsasən bank olmayan kredit təşkilatı xüsusi razılıq əsasında kreditlərin verilməsini və həmin qanunda nəzərdə tutulmuş başqa fəaliyyət növləri ilə məşğul olan ixtisaslaşmış kredit təşkilatıdır. BOKT-larının tarixi ölkədə fəaliyyəti banklara görə azdır. BOKT-ları haqqında qanun 2009-cu ildə təsdiqlənmişdir. BOKT-ları kredit ittifaqlar, beynəlxalq humanitar təşkilatları tərəfindən maliyyələşdirilmiş kredit təşkilatları və digər bank olmayan kredit təşkilatları olmaqla bölünür. Bank olmayan kredit təşkilatları haqqında” AR-nın Qanununa əsasən AR-da kredit təşkilatlarının fəaliyyəti bu qanun, AR-nın Konstitusiyası, AR Mülki Məcəlləsi, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” AR qanunu və AR digər normativ hüquqi aktları həmçinin maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları və AR-nın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə tənzimlənir (“Bank olmayan kredit təşkilatları haqqında” AR-nın Qanunu, s.1) BOKT-larının prudensial tənzimlənməsi Qaydalarına görə bu təşkilatların nizamnamə kapitalına dair minimum tələbl r aşağıdakı kimidir:
- Kommersiya BOKT-ları üçün - 300 (üç yüz) min manat;
- Qeyri-kommersiya BOKT-ları üçün - 30 (otuz) min manat
Digər maliyyə təşkilatları kimi bank olmayan kredit təşkilatları da Azərbaycan maliyyə sisteminin bir elementidir. Hal-hazırda ölkədə bu təşkilatların sayı 104 olmaqla, 47-si bank olmayan kredit təşkilatı və 57-si isə kredit ittifaqı kimi fəaliyyət göstərir.
Ümumiyyətlə bu mövzunun tədqiq edilməsi barədə digər ölkələrdən müəyyən qədər nümunə göstərmək mümkün olduğu halda bunu Azərbaycan üçün demək mümkün deyil. Bunun səbəblərindən biri kimi ölkə iqtisadiyyatında və maliyyə sistemində bankların bokt-larına görə daha böyük paya malik olmasını göstərmək olar. Kredit təşkilatlarının xüsusilə də BOKT-ların fəaliyyəti, iqtisadiyyatdakı rolu və payı tədqiq edilməmişdir.
Bank olmayan kredit təşkilatları müxtəlif bank xidmətləri təklif edən maliyyə institutlarıdır, lakin onların bank lisenziyası olmur. Ümumiyyətlə, bu təşkilatlar bank qaydalarına əsasən tələb olunan ənənəvi nəzarətdən kənarda qalır. Fəaliyyət sahələrindən asılı olaraq qeyri-bank maliyyə təşkilatları aşağıdakı kateqoriyalara bölünə bilərlər: inkişaf üçün maliyyə şirkətləri, lizinq şirkətəri, investisiya şirkətləri,vençur maliyyə şirkətləri, korporativ inkişaf şirk tl ri, faktorinq şirkətləri, bank olmayan kredit təşkilatları və s.
Bank olmayan kredit təşkilatları 2 qrupda təsnifatlandırılır:
1.Girov manəti qəbul edən
2.Girov əmanəti qəbul edə bilməyəm.
Depozit qəbul edən qurumlar kapital adekvatlığının tələblərinə, likvid aktivlərin təminatına, öhdəliklərin idarə olunmasına və digər normalara və hesabat təl blərin cavab verməlidir.
BOKT-lar fərdlər və şirkətlərə pul vəsaiti ayırmaqla maliyyə çatışmazlıqlarının qarşısını alır. Bundan əlavə, BOKT-lar həmçinin digər maliyyə xidmətlərini göstərməklə banklarla rəqabət aparırlar. Banklar bütov bir maliyyə xidmətləri paketini müştərilərə təklif etdiyi halda bu təşkilatlar isə müəyyən müştəri qruplarına bu xidmətin müəyyən bir hissəsini təklif edə bilir. Bundan başqa bu təşkilatlar müəyyən bir sektorda ixtisaslaşa və informasiya üstünlüyü də qazana bilər və maliyyə xidmətləri sahəsinin digər iştirakçıları rəqabət apararlar.
BOKT-ların payı banklarla müqayisədə iqtisadiyyata kredit qoyuluşlarında çox azdır. BOKT-lar əsasən kiçik və orta biznes kreditləşm sində daha fəal iştirak edirlər. Və həmçinin banklara nisbətən müəyyən üstünlüklərə də malikdirlər. Banklardan fərqli olaraq BOKT-lar kiçik olduqları üçün dəyişikliklərə daha çevikdirlər uyğunlaşa bilirlər. BOKT-larının bir üstünlüyü də asan idarəetmə sisteminin olmasıdır. Bu da onların əlavə x rclərinin qarşısını alır və prosesləri asanlaşdırır. H mçinin bu təşkilatlar üçün banklardan fərqli olaraq qayda və normativlərin az olmasıdır. Ümumiyyətlə dünya təcrübəsində bu təşkilatlara əsasən nəzarət ya formal xarakterli olur ya da ümumiyyətlə nəzarətdən kənarda qalır.
Əsas üstünlüklərindən biri BOKT-ların resurslarına əlçatanlığın asan olmasıdır. Beləki BOKT-lar banklara nisbətən ölkənin mərkəzindən daha çox regionlarda fəaliyyət göstərirlər. Xüsusilə də cəbhə bölgəsinə yaxın ərazilərdə işləyirlər. Bu da onlara kiçik biznes kreditləşməsində, xüsusilə də mikrokreditlərdə banklara nisbətən üstünlük qazandırır. Mikrokreditlər kiçik məbləğli kreditlər olmaqla əsasən qısa müddət verilir. Və bu kreditdən istifadə edənlər kiçik sahibkarlıq subyektləri və ya yenicə fəaliyyət başlayan sahibkarlardır. BOKT-larının regionlarda və ucqar ərazilərdə fəaliyyət göstərməsi və həmçinin həmin ərazilərdə kreditə tələbatın böyük olması həm təşkilatların həmdə kiçik sahibkarlığın inkişafına təkan verir.
Məlum olduğu kimi QBMİ xüsusilə də BOKT-ların depozit qəbul etməyə icazəsi olmur. Bu təşkilatlar kreditləşməni həyata keçirmək üçün öz əsasən öz kapitalından və əldə edilmiş gəlirlərindən istifadə edirlər. Bundan başqa BOKT-lar digər maliyyə təşkilatlatlarından kreditlər cəlb etməklə, fiziki və hüquqi ayırdığı qrantlarla və fond birjalarında müddətli istiqrazlarının yerləşdirilməklə də vəsait cəlb edərək öz fəaliyyətlərini həyata keçirə bilirlər.
BOKT-lar da daxil olmaqla, bir çox yönlü maliyyə sisteminə malik olan ölkə iqtisadiyyatları maliyyə şoklarından qoruna v bu şoklardan xilas ola bilərlər. BOKT-lar qeyri-bank maliyyə institutlarından (təşkilatlarından) biridir. Bu təşkilatların maliyyə sistemində əsas rollarından biri sosial-iqtisadi inkişafı dəstəkləməsidir. Beləki bəzi ölkələrin iqtisadiyyatı və maliyyə sistemi üzərində aparılmış tədqiqatlar da bunu deməyə əsas verir. Buna misal olaraq bəzi Afrika ölkələri ilə əlaqədar aparılmış tədqiqatları göstərmək olar. Maliyyə sistemi və iqtisadi artımla əlaqədar 1971-2013cü illərin statistik məlumatı əsasında Misir, Nigeriya və Cənubi Afrika Respublikası üzərində tədqiqat aparılmışdır. Və nəticələr göstərmişdir ki, QBMİ-lər ilə iqtisadi inkişaf arasında Misir və Cənubi Afrikada güclü uzun müddətli bir əlaqə mövcuddur.
Lakin Nigeriya barəsində dəlil zəifdir. Beləliklə, tədqiqat göstərmişdir ki, daha inkişaf etmiş maliyyə sistemlərinə malik olan ölkələrdə QBMİ-nin iqtisadi artım prosesinə verdiyi töhfənin əhəmiyyəti daha vacibdir (Ronald Rateiwa, Meshach Jesse Aziakpono, 2017). Bundan başqa 1967-2011-ci illəri hatə edən dövr ərzində Tanzaniya iqtisadiyyatının göstəriciləri üzərində aparılmış tədqiqatın nəticəsində məlum olmuşdur ki QBMİ kreditləri uzunmüddətli dövrdə deyil, qısamüddətli dövrdə iqtisadi inkişafa müsbət təsir göstərm sinə gətirib çıxarmışdır.Nigeriyada 1992-2012-ci illər iqtisadi göstəriləri əsasında bank və QBMİ-lərin kreditlərinin iqtisadi inkişafa təsirləri araşdırılmışdır. Araşdırma nəticəsi, maliyyə qurumlarının Nigeriya iqtisadiyyatının böyüməsi və inkişafı üçün böyük rol oynadığını ortaya qoydu .Keçid iqtisadiyyatlı ölkələrin maliyyə sisteminin inkişafında və iqtisadi inkişafında da qeyri-bank maliyyə institutlarının rolu olduğunu qeyd etmək lazımdır. Belə ki Ukrayna və bir çox keçid iqtisadiyyatlı ölkələrdə QBMİ artım dərəcəsi bank sektorunun artım templərini əhəmiyyətli dərəcədə qabaqlayır. Bundan başqa QBMİ-nin inkişafı ilə Ukraynanın iqtisadi inkişafı və iqtisadi artım göstəricisi arasında sıx bir əlaqənin olduğu aşkar olunmuşdur. Həmçinin QBMİ-nin Ukraynanın iqtisadi inkişafına təsiri birbaşa və bank sistemi, dövlət büdcəsi və fond bazarı vasitəsi ilə həyata keçirilir.
BOKT təminatlı və təminatsız kreditlər verə bilir. Kreditlərin verilməsi üçün lisenziyaya malik BOKT-lar aşağıdakı fəaliyyət növlərini də həmçinin həyata keçirə bilərlər:
lizinq, sığorta agenti xidmətinin göstərilməsi, veksellərin uçotu, qarantiyanın verilməsi, faktorinq, forfeytinq, borc alanlara texniki və idarəetmə məsələləri üzrə həmçinin maliyyə məsləhət xidmətinin göstərilməsi.
BOKT-ların hüquqi və fiziki şəxslərdən depozit cəlb etməsi qadağandır. BOKT-lərin öz fəaliyyətini maliyyələşdirməsi üçün nizaminamə kapitalından və əldə edilmiş gəlirlərdən, cəlb edilmiş kreditlərdən, fiziki və hüquqi şəxslərin qrantlar, ianələr və əvəzsiz olaraq ayırdıqları vəsaitlərdən, xarici ölkələrin hökümətləri, beynəlxalq təşkilatlar və digər donorlar tərəfindən əvəzsiz olaraq ayrılan vəsaitlər və s. mənbələr hesabına ola bilər. BOKT-larının təşkilatı strukturunda ən azı rəhbər, mühasibat xidmətinin rəhbəri, kredit mütəxəssisi, daxili auditor kimi vəzifələr nəzərdə tutulmalıdır.
Nəticə:Azərbaycanda həm banklar həm də bokt-ları maliyyə maliyyə sisteminin əsasını təşkil edir. Kredit təşkilatlarının göstəricilərindən də göründüyü kimi banklar boktlarına görə daha üstün mövqedə olmaqla, bu sistem daxilində daha çox paya malikdir. Maliyyə sistemindəki göstəricilərinin banklara nisbətən kiçik olmasına baxmayaraq bokt-larının kreditləşmə fəaliyyətində müəyyən mövqeyə malikdir. Bu onu deməyə əsas verir ki, ölkədə bu təşkilatların kredit məhsullarına tələbat var və həmçinin onların fəaliyyət göstərməsi ölkənin maliyyə sisteminin inkişafına yardım edir. Bundan başqa bir məqamı da qeyd etmək lazımdır ki, kreditləşmədə bokt-arın payının az olmasına baxmayaraq onların da iqtisadi artımda müəyyən rolu vardır, hansı ki, bu tədqiqatın nəticəsindən də görünür.
Dostları ilə paylaş: |