«Ürək dostu» mərcimək



Yüklə 6.28 Kb.
Pdf просмотр
tarix01.06.2017
ölçüsü6.28 Kb.

«Ürək dostu» - mərcimək 

Son vaxtlar mətbəximizdə xüsusi yer tutan mərciməyin iki növündən - qırmızı və yaşıl 

mərciməkdən istifadə edilir. Mərciməyin tərkibində olan liflər insan orqanizmindəki zərərli maddələri 

öz içinə hopdurur və sürətlə bədəndən xaric olunmasına imkan yaradır. Mərciməyin bu xüsusiyyəti 

onun orqanizmdəki xolesterolu aşağı salmasına şərait yaradır. Mərciməyin tərkibindəki liflər, 

həmçinin, diabet, insulin dayanıqlığı hipoqlikemiyadan əziyyət çəkən insanlar üçün çox faydalıdır. 

Mərcimək həzmi asanlaşdırır, qəbizliyi aradan qaldırır. Bu bitkinin tərkibində olan maqnezium ürəyə 

xeyir olduğu üçün onu bəzən «ürək dostu» da adlandırırlar. Hamilə qadınlar və uşaq əmizdirən 

analar mərcimək yeyərkən orqanizmlərindəki dəmir çatışmazlığını aradan qaldırmış olurlar. Bu 

xüsusiyyətinə görə mərcimək həm də çox faydalı uşaq qidası hesab edilir. Tərkibində xeyli 

miqdarda omeqa-3, sink, dəmir, B vitamini və protein olan mərcimək zehni yorğunluğu və 

depressiyanı aradan qaldırır, bədbinlik hisslərini azaldır.   

 

Mərcimək şorbası hazırlamaq üzün... 

1,5 litr bulyon; 450 qram mərcimək; 1 iri baş soğan; 40 qram kərə yağı; 1 ədəd orta ölçülü  

kartof; 1 xörək qaşığı un; duz; istiot; 

 quru nanə və quru tərxun; cəfəri. 

 

Mərciməyi soyuq suda 6-8 saat saxlayın. Suyu süzün. Yeni su əlavə edib vam odda 40 dəqiqə 



bişirin. Soğanı xırda doğrayıb kərə yağının yarısı ilə zəif odda yumşalanadək qızardın. Üstünə 

doğranmış kartof, mərcimək, bulyon, duz, istiot əlavə edin. Qaynara düşəndə qapağını örtün, 

ocağın alovunu azaldın. Tərəvəzlər tam bişəndən sonra onları süzgəcdən keçirin.  

Kərə yağının qalan hissəsini əridin, 1 xörək qaşığı un əlavə edib 2 dəqiqə qovurun. Bunun 

üstünə hazırladığınız püreni, quru nanə və bulyon əlavə edin. Qaynatmayın. Süfrəyə verərkən 

üzərinə doğranmış cəfəri səpin. Qırmızı pul bibəri azca kərə yağında qovurub şorbaya əlavə edə 



bilərsiniz. Limon şirəsi sıxılmış mərcimək şorbası da çox dadlı olur. 

 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə