Urologiya ixtisası üzrə nümunəvi test sualları 31. 01. 13 cü il tarixində əlavə olunub



Yüklə 1.62 Mb.
səhifə1/16
tarix25.12.2016
ölçüsü1.62 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   16
Urologiya ixtisası üzrə nümunəvi test sualları
31. 01. 13 - cü il tarixində əlavə olunub
Bölmə 1. İctimai səhiyyə və uroloji xidmətin təşkili

1) İctimai səhiyyə sadalananlardan hansını öyrənən elmdir?
A) Əhalinin sağlamlığına təsir edən iqtisadi faktorları

B) Ətraf mühitin və təbii faktorların təsirini

C) Bütün qeyd edilənləri

D) Əhalinin sağlamlığını

E) Əhalinin sağlamlığına təsir edən sosial faktorları
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
2) Sadalananlardan hansı əhalinin sağlamlıq göstəricisidir?
A) Əhalinin fiziki inkişafı

B) Xəstələnmələr

C) Demoqrafik göstəricilər

D) Həkimlərlə təminat

E) Bütün sadalananlar
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
3) Səhiyyənin maddi-texniki bazasını nə təşkil edir?
A) Çarpayı fondu

B) Bütün sadalananlar

C) Səhiyyə müəssisələri

D) Cihazlarla təminat

E) Həkim kadrları ilə komplektləşdirmə
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
4) Sadalananlardan hansı stasionar müalicənin keyfiyyət göstəricisidir?
A) Hamısı

B) İxtisaslaşdırılmış şöbələrə köçürülən xəstələrin sayı

C) Letallıq

D) Klinik və patoloqoanatomik diaqnozların ziddiyyət faizi

E) Ağırlaşmaların faizi
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
5) Poliklinikaların fəaliyyətini xarakterizə edən göstəricilər hansılardır?
A) Sahəlik, dispanser qeydiyyatından silinmə, sahədə letallıq

B) Sahəlik, dispanser nəzarətinə cəlb etmə, dispanser qeydiyyatından silinmə

C) Dispanser nəzarətinə cəlb etmə, dispanser qeydiyyatından silinmə, sahədə letallıq

D) Bütün sadalananlar

E) Dispanser qeydiyyatından silinmə, sahədə letallıq, statistik hesabatda son diaqnoz haqqında məlumat
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
6) Sadalananlardan hansı statistik göstərici ambulator – poliklinik müəssisənin işini qiymətləndirə bilər?
A) Xidmət göstərilən kontingentin sayı

B) Bütün sadalananlar

C) Xəstələrin gözləmə müddəti

D) Xəstələrə xidmətin müddəti

E) Mütəxəssisin “boşdayanma” göstəriciləri
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
7) Uroloji xidmətin göstərilməsi poliklinikada hansı tibbi sənəddə qeyd edilir?
A) Ambulator xəstənin şəxsi kartasında, dispanser xəstənin müayinə kartasında

B) Evə çağırış jurnalında, ambulator xəstənin şəxsi kartasında, dispanser xəstənin müayinə kartasında

C) Dispanser xəstənin müayinə kartasında

D) Evə çağırış jurnalında

E) Ambulator xəstənin şəxsi kartasında
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
8) Stasionar muəssisələrin tip dərəcəsinə aşağıdakılardan hansı aid deyil?
A) Kənd sahə xəstəxanaları

B) İxtisaslaşdırılmış tibb müəssisələri

C) Şəhər xəstəxanaları

D) Regional xəstəxanalar

E) Mərkəzi rayon xəstəxanaları
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
9) İllik hesabat hazırlanarkən “Poliklinikanın işi” bölməsini hansı sənədlər təşkil edir?
A) Son diaqnozların qeydiyyatının statistik talonu, xəstələrin və hospitalizə edilmişlərin qeydiyyat vərəqəsi, dispanser müşahidənin yoxlama kartı

B) Xəstələrin və hospitalizə edilmişlərin qeydiyyat vərəqəsi

C) Hamısı düzgündür

D) Həkimin gündəliyi, dispanser müşahidənin yoxlama kartı

E) Son diaqnozların qeydiyyatının statistik talonu
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
10) Stasionar tibbi yardımın inkişafının əsas istiqamətlərinə aid deyil?
A) Çarpayı fondunun azaldılması

B) Etaplıq prinsipinin tətbiqi

C) Stasionarların və digər tibb müəssisələrinin rolunun ardıcıl artırılması

D) Tibbi müəssisə fondlarının və xəstələrin saxlanma xərclərinin dəyərinin yüksəlməsi

E) Tibbi müəssisə fondları
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
11) Uroloji xəstəyə göstərilən tibbi yardımın əsas və aparıcı dəstəsi aşağıdakılardan hansıdır?
A) Dispanser

B) Sanatoriya – profilaktoriyalar

C) Elmi – tədqiqat institutu

D) Çoxprofilli xəstəxananın uroloji şöbəsi

E) Poliklinika nəzdində gündüz stasionarı
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
12) Sadalananlardan hansı göstərici xəstələnmələri öyrənməyə imkan vermir?
A) Əhalinin tibb müəssisələrinə müraciəti

B) Profilaktik müayinələr və dispanser müşahidə

C) HNK və HƏEK fəaliyyəti

D) Ölümün səbəbləri

E) Heç biri
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
13) Əhalinin xəstələnmə göstəricisi hansıdır?
A) İl ərzində müraciətlərin ümumi sayı

B) İl ərzində xəstəliklərin yayılması

C) Bütün sadalananlar

D) İl ərzində daxilolmaların sayı

E) İl ərzində bütün xəstəliklərin sayı
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
14) Əhali sayına görə distansion litotripsiya aparatına tələbat necədir?
A) 1 aparat 1.000.000 nəfərə

B) 1 aparat 500.000 nəfərə

C) 1 aparat 200.000 nəfərə

D) 1 aparat 1.500.000 nəfərə

E) 1 aparat 2.000.000 nəfərə
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
15) Qulluqçunun 10 günə qədər müvəqqəti əmək qabiliyyətinin itirməsinin ekspertizası kim tərəfindən aparılır?
A) Həkim nəzarət komissiyası

B) Şöbə müdiri

C) Sadalananlardan hər biri

D) Müalicə həkimi

E) Bütün sadalananlar birlikdə
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
16) Aşağıdakılardan hansı ehtiyat çarpayı fondunun səmərəli istifadəsinə aid deyil?
A) Xəstənin evə gec yazılması

B) Təkrari müayinə hallarının azaldılması

C) Bütün sadalananlar

D) Hospitallaşmaya qədər xəstələrin daha dolğun müayinəsi

E) Gündüz stasionarların təşkili
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
17) “Çarpayı dövriyyəsi” göstəricisinin hesabatına hansı məlumatlar lazımdır?
A) Çarpayıların ümumi sayı , müraciətlərin sayı (%-lə)

B) Stasionarda həkim vəzifəsinin yüklənmə norması

C) İl ərzində çarpayı istifadəsinin orta sayı, xəstənin çarpayı gününün orta sayı

D) Müraciətlərin sayı (%-lə)

E) Xəstənin çarpayı gününün orta sayı
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
18) Şəhər xəstəxanasının fəaliyyətinin ümumi göstəricisini nə təşkil edir?
A) Çarpayıdan istifadənin orta müddəti

B) İl ərzində faktiki iş gününün sayı

C) Bütün sadalananlar

D) Çarpayı dövriyyəsi

E) Letallıq
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
19) Sadalananlardan hansı stasionar fəaliyyətini keyfiyyət göstəricisi deyil?
A) Cərrahi fəallıq

B) Letallıq

C) Kliniki və patoloqoanatomik diaqnozların fərq faizi

D) Orta çarpayı günü

E) Dərmanlara sərf edilən vəsaitin miqdarı
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
20) Stasionar fəaliyyətin əsas sxemini ümumi məlumatlardan başqa daha hansı məlumatlar təşkil edir?
A) Stasionar işinin təşkili haqqında

B) Şöbələrin ixtisaslaşmış işi

C) Həkim diaqnostikası və tibbi xidmətin keyfiyyəti

D) Stasionarın digər müalicə - profilaktika müəssisələri ilə işi

E) Bütün sadalananlar
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
21) Fəhlə və ya qulluqçuların xəstəliyə görə müvəqqəti olaraq digər işə keçirilməsinin zəruriliyini və müddətini kim təyin edir?
A) Həmkarlar təşkilatı

B) Həkim nəzarət komissiyası

C) Şöbə müdiri

D) Həkim nəzarət komissiyası, HƏEK

E) HƏEK
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
22) Əlverişsiz şəraitdə işləyən tibbi və peşə reabilitasiyasında mühüm əhəmiyyət kəsb edir?
A) Əmək qabiliyyətinin itirmə vərəqəsinin verilməsi

B) Bütün sadalananlar

C) Xəstənin başqa işə keçirilməsi

D) HƏEK göndərilmə

E) Əlverişsiz əmək şəraitində işdən vaxtında azad olunması
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
23) Müvəqqəti və davamlı əmək qabiliyyətinin itirilməsini fərqləndirən əsas göstərici hansıdır?
A) Heç biri

B) Yaxşı kliniki proqnoz, yaxşı əmək qabiliyyəti proqnozu

C) Yaxşı kliniki proqnoz

D) Əmək qabiliyyətinin itirilməsinin müddəti

E) Yaxşı əmək qabiliyyəti proqnozu
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
24) Müvəqqəti əmək qabiliyyətinin itirmə vərəqəsi hansı halda verilə bilər?
A) Bütün sadalananlarda

B) Kəskin xəstəliklərdə

C) Xroniki xəstəliklərin kəskinləşməsində

D) Heç birində

E) Travmalarda
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
25) Xroniki xəstəliklər zamanı xəstəlik vərəqəsi nə zaman verilir?
A) Xəstənin orta ağır vəziyyətində

B) Xəstə orqanın funksional pozğunluğunda

C) Bütün sadalananlar zamanı

D) Nəzərə çarpan kəskinləşmələrdə

E) Xəstənin ağır vəziyyətində
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
26) Müvəqqəti əmək qabiliyyətini itirməyə görə xəstəlik vərəqəsini almaq hüququna kimlər malikdir?
A) Müvəqqəti və ya mövsümi işlərdə çalışanlar

B) Yalnız daimi işləyənlər

C) Yalnız dövlət sosial sığortasına malik zəhmətkeşlər

D) Heç biri

E) Bütün zəhmətkeşlər
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
27) Ezamiyyət zamanı xəstələnənlərə xəstəlik vərəqi verilir?
A) Xəstəlik haqqında yalnız arayış verilir

B) Ezamiyyətdən qayıtdığı gündən

C) Bütün göstərilənlər

D) Ezam olunan ərazinin tibb müəssisəsi tərəfindən

E) Bütün sadalananlar səhvdir
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
28) Müvəqqəti əmək qabiliyyətini itirmələr ən çox nə ilə əlaqədardır?
A) Bütün sadalananlar

B) Xroniki xəstəliklərin kəskinləşməsində

C) Travmalarla

D) Kəskin xəstəliklərlə

E) Kəskin xəstəliklərlə və travmalarla
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
29) Həkim əmək ekspert komissiyasında göndəriş (HƏEK) və əlillik dərəcəsinin təyini nəyə əsaslanır?
A) Bütün sadalananlar

B) Tibbi və sosial faktorun qiymətləndirilməsinə

C) Xəstənin sağlamlıq vəziyyətinin qiymətləndirilməsinə

D) Xəstənin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və tibbi sosial faktorun qiymətləndirilməsinə

E) Xəstənin iş şəraitinə
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
30) Stasionar müalicə müddətində xəstənin əmək qabiliyyəti bərpa olunursa xəstəlik vərəqəsi nə zaman bağlanır?
A) Fərdi şəkildə həll edilir

B) Xəstənin poliklinika həkiminə müraciət günü

C) Heç biri doğru deyil

D) Çıxandan 3 gün sonra

E) Stasionardan çıxan gün
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
31) Xəstə əməliyyat otağına nə zaman götürülməlidir?
A) Keyləşdirməyə tam hazır olan anestezioloji briqadadan sonra, cərrah və assistentlərin gəlişindən sonra

B) Tibb bacısı tərəfindən operasion bloka götürülməsi və əməliyyatın iştirakçılarının gəlişini gözləməli

C) Keyləşdirməyə tam hazır olan anestezioloji briqadadan sonra

D) Cərrah və assistentlərin gəlişindən sonra

E) Anestezioloji briqadanın gəlişinə qədər
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
32) Müalicə profilaktika müəssisələrində əmək qabilliyətinin itirilməsi ekspertizasi ilə kim məşğul olur?
A) Bütün sadalananlar

B) Şöbə müdiri

C) Baş həkim

D) Əmək qabiliyyətini müvəqqəti itirmə ekspertizası üzrə baş həkimin müavini

E) Müalicə həkimi
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
33) Sadalananlardan hansı əmək qabiliyyətinin ekspertizası üzrə HNK funksiyasına aid deyil?
A) Xəstəlik vərəqəsinin 10 gündən çox artırılması

B) HƏEK göndəriş

C) Sanator – kurort müalicəsi üçün xəstəlik vərəqəsinin verilməsi

D) Əlilliyi olanların işlə təmin edilməsi

E) Əmək qabiliyyəti ekspertizasının mübahisəli suallarının həlli
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
34) HƏEK-in funksiyasına nə daxildir?
A) Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin 10 aydan yuxarı müddətə artırılması

B) Əlilliyin baş vermə vaxtının dəqiq təyini

C) Əlillərə əmək məsləhətlərinin verilməsi

D) Əlilliyin səbəbi və əlillik qrupunun təyini

E) Bütün sadalananlar
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
35) Əhalinin sağlamlığına təsir edən əsas ətraf mühit faktorları hansılardır?
A) Bütün sadalananlar

B) Ətraf mühitin vəziyyəti(hava, su təchizatı, yaşıllıq və s.)

C) Əmək şəraiti

D) Uşaqların və yeniyetmələrin təlim – tərbiyə şəraiti

E) Qidalanma
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
36) Xəstə həkim əmək ekspert komissiyasına ( HƏEK) nə üçün göndərilir?
A) Bütün sadalananlar doğrudur

B) Əlillik qrupunun təyini üçün

C) Əlillik qrupunun təyini üçün, 4 aylıq əmək qabiliyyətinin itirmədən sonra müalicənin davam etdirilməsini sanksiyalaşdırmaq üçün

D) Sanator-kurort müalicəsinə göndərmək üçün

E) 4 aylıq əmək qabiliyyətinin itirmədən sonra müalicənin davam etdirilməsini sanksiyalaşdırmaq üçün
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
37) Dispanserizasiyanın keyfiyyəti necə xarakterizə edilir?
A) Hamısı doğrudur

B) Sağalma ilə əlaqədar qeydiyyatdan çıxma

C) Əmək qabiliyyətinin itirilməsi hallarının azalması

D) Dispanser müşahidəsilə xəstələri əhatə etmək

E) Vaxtında qeydiyyata alma
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
38) Dispanserləşməyə nə daxildir?
A) Xəstələrin fəal aşkarlanması

B) Hamısı doğrudur

C) Patronaj

D) Dispanser qeydiyyat

E) Sistematik müşahidələr
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
39) Davamlı əmak qabiliyyətini itirmə faktını kim müəyyən edir?
A) HƏEK

B) Müalicə həkimi

C) Baş həkim

D) Şöbə müdiri

E) HNK
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
40) Şəhər xəstəxanalarında il ərzində orta hesabla çarpayının iş gününün sayı neçə gündür?
A) 350 – 360 gün

B) 330 – 340 gün

C) 240 – 300 gün

D) 340 – 350 gün

E) 300 – 330 gün
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
41) Təxirəsalınmaz uroloji yardımın inkişafına nə kömək edir?
A) Sanitar aviasiya

B) Məsləhət şəklində planlı təcili yardım şöbələrinin işi

C) Xüsusi briqadaların fəaliyyəti

D) Təcili yardım xəstəxanaları

E) Bütün sadalananlar
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
42) Xəstənin ilkin müraciətində müalicə həkimi xəstəlik vərəqəsini hansı müddətə verə bilər?
A) 10 günə qədər

B) 14 günə qədər

C) Sağalmaya qədər

D) 7 günə qədər

E) 3 günə qədər
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
43) Klinik – statistik araşdırmalarda məlumat mənbəyinə nə xidmət edir?
A) Xəstəliyin inkişaf tarixi

B) Dispanser müşahidələrinin nəzarət kartası

C) Stasionardan çıxanın kartası

D) Heç biri xidmət etmir

E) Bütün sadalananlar xidmət edir
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
44) Evdə ölənlər üçün arayışı kim tərtib edir?
A) Müalicə həkimi

B) Hamısı birlikdə

C) Patoloq – anatom

D) Məhkəmə tibb eksperti

E) Tibbi statistika həkimi
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
45) Stasionarda ölənlər haqqında arayışı kim tərtib edir?
A) Baş həkim

B) Müalicə həkimi

C) Patoloq – anatom

D) Tibbi statistika həkimi

E) Hamısı birlikdə
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
46) Klinik– statistik üsulların işlədilməsi hansı halda mümkündür?
A) Profilaktik tədbirlərin effektivliyinin qiymətləndirilməsi

B) Cərrahi müdaxilələrin effektivliyinin təhlili

C) Yeni müalicə üsullarının axtarışı

D) Bütün sadalananlarda mümkündür

E) Dərman maddələrinin təsirinin effektivliyinin təyini
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
47) Kliniki-statistik araşdırmalarda işlədilən tibbi qeydiyyat sənədlərinə hansıları aiddir?
A) Ambulator xəstənin kartası

B) Bütün sadalananlar

C) Dispanser müşahidələrin nəzarət kartası

D) Xəstəlik tarixi

E) Stasionardan çıxanın kartası
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
48) Əhalinin sağlamlıq vəziyyətini özündə nə cəmləşdirir?
A) Fiziki inkişaf göstəriciləri

B) Bütün sadalananlar

C) Xəstələnmə göstəriciləri

D) Heç biri

E) Demoqrafik göstəricilər
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
49) Əhali qocalması hansı yaş qruplu şəxslərin artması hesabınadır?
A) Əhalinin yaş strukturunda 65 yaşdan yuxarı

B) Əhalinin yaş strukturunda 90 yaş və ondan yuxarı

C) Əhalinin yaş strukturunda 100 yaş və ondan yuxarı

D) Bütün cavablar səhvdir

E) Əhalinin yaş strukturunda 50 yaşdan yuxarı
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
50) Uzunömürlülərə aid edilən şəxslər kimlərdir?
A) 90 yaş və yuxarı

B) 70 yaş və yuxarı

C) 100 yaş və yuxarı

D) 60 yaş və yuxarı

E) 80 yaş və yuxarı
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
51) Şöbənin çarpayı fondundan istifadə göstəricisi hansıdır?
A) Çarpayı dövriyyəsi

B) Çarpayının orta illik məşğulluğu

C) Letallıq

D) Çarpayının boş dayanması

E) Xəstənin çarpayıdan istifadəsinin orta müddəti
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
52) Deontologiya həkim və orta tibb işçilərinin vəzifələri haqqında elm olub, nəyə xidmət edir?
A) Həkim – xəstə, xəstə - həkim, həkim - xəstənin yaxın adamları, həkimlərin öz aralarında anlaşma yaratması

B) Cavablar səhvdir

C) Xəstənin sağalması üçün daha yaxşı şərait yaratmaq

D) Daha yaxşı müalicə ilə təmin etmək

E) Bütün sadalananlara
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
53) Sadalananlarda biri istisna olmaqla həkimin etik norması təyin edilir.

A) Regionun etnik xüsusiyyətləri ilə

B) Cəmiyyət qarşısında əxlaqi məsuliyyətlə

C) Bacarıq və vərdişlə

D) Qanun və əmrlərlə

E) Yalnız qanunla


Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
54) Xəstə adətən diaqnostika və müalicə sahəsində işlədilən cihazların son nailiyyətləri haqqında məlumat alır. Sizin müəssisədə belə təchizat olmasa da xəstə onların istifadəsində israr edir. Bu halda nə etməlisiniz?
A) Cavablar səhvdir

B) Qohumlarının yardımından istifadə etmək

C) Bunların olmamasına istinadən xəstəyə etiraz etmək

D) Kömək üçün rəhbərliyə müraciət etmək

E) Xəstəni evə yazmaq
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
55) Xəstəyə kömək etməyin yeganə şansı böyük risk tələb edən cərrahi əməliyyatdırsa, uroloq nə etməlidir?
A) Xəstənin yaxın qohumlarını əməliyyatın mürəkkəbliyi və risq dərəcəsi haqqında xəbərdar etmək

B) Əməliyyat qərarı üçün klinikanın rəhbəri, anestezioloq, terapevtdən ibarət konsilium çağırmaq və xəstənin yaxın qohumlarını operasiyanın mürəkkəbliyini və risk dərəcəsi haqqında xəbərdar etmək

C) Əməliyyatdan imtina

D) Əməliyyata qərar vermək üçün klinikanın rəhbəri, anestezioloq, terapevt tərkibli konsilium çağırmaq

E) Xəstəni əməliyyat etməyə qərar vermək
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
56) Xəstə zəruri olan əməliyyatdan imtina edirsə bu halda nə etməli?
A) Onkoloji xəstəlik zamanı bunu elan etmək və xəstəliyin mərhələsinin qənaətbəxş sonluğuna ümid etməyi demək

B) Konsilium təşkil etməli

C) Xəstə razı olmasa da qohumlarının razılığı ilə əməliyyat etmək

D) Heç biri düz deyil

E) Təkidlə razı salmaq, amma cərrahi əməliyyata imperativ təklif etməmək, xəstənin qohumlarını xəstənin kritik vəziyyəti haqqında xəbərdar etmək və onları xəstəni razı salmağa cəlb etmək
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
57) Xəstə ona təyin olunan dərmanların adını və təsirini bilməlidirmi?
A) Həkim mütləq deməlidir

B) Əgər ona açıq informasiya verilərsə, savadı səviyyəsində bilməlidir

C) Savadı səviyyəsində mümkün qədər bilməlidir

D) Həkimlik sirridir

E) Bilməməlidir
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
58) Uzun illər mürəkkəb cərrahi əməliyyatları yalnız özü icra edən aparıcı uroloqun davranışı necədir?
A) Düz deyil, o öz köməkçilərinin peşəkar səviyyəsinin artmasının qayğısına qalmamalıdır

B) Bu cür davam etməlidir

C) Düzdür

D) Düzdür, əgər o və onun ətrafı belə peşəkar səviyyəni görmürlər

E) Düz deyil, o öz köməkçilərinin peşəkar səviyyəsinin artmasının qayğısına qalmalıdır
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.
59) Uroloq əmindir ki, risqə baxmayaraq, cərrahiyə əməliyyatı icra etmək olar. Anesteziloq qəti etiraz edir. Bu halda nə etməli?
A) Klinikanın baş mütəxəssisi, baş anesteziloq, şöbənin həkimləri tərkibdə geniş konsilium çağırmaq, müvafiq qərar qəbul etmək və xəstənin qohumlarını zəruri cərrahiyyə əməliyyatının riski barədə xəbərdar etmək

B) Cərrahiyyə əməliyyatına təkbaşına qərar qəbul etmək

C) Klinikanın baş mütəxəssisi, baş anesteziloq, şöbənin həkimləri tərkibdə geniş konsilium çağırmaq və müvafiq qərar qəbul etmək

D) Baş həkimlə razılaşdırılmalıdır

E) Xəstənin qohumlarını zəruri cərrahiyyə əməliyyatının riski barədə xəbərdar etmək
Ədəbiyyat: Ю.П.Лисицын. Социальная гигиена и организация здравоохранения. Москва 1998, стр.694.


: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?


  1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə