http://www.amu.edu.az
15 mart 2016-cı il
D
emək olar ki, istənilən
yaşda adamlar tez-
tez yarızarafat-yarıgerçək yad-
daşlarının zəifləməsindən şika-
yət lənirlər. Bu zarafat olsa, dərd
yarıdır, amma bəzən Altsgeymer
xəstəliyi və ya qocalıqla bağ-
lı ağıldankəmlilik hallarına da
rast gəlmək olar. Hər iki halda
insan sadəcə unutqan olmur,
onun əvvəlki illərlə bağlı bütün
xatirələri yaddaşından silinir.
Təsadüfi deyil ki, bu
məsələ müasir təbabəti cid-
di narahat edir, axı hazırda
65 yaşdan yuxarı insanla-
rın 5 faizi ağıldankəmlikdən
əziyyət çəkir. Yaşı 80-i keç-
miş adamlar arasında isə bu
göstərici daha yüksəkdir. La-
kin araşdırmalar göstərir ki,
unutqanlıq heç də həmişə
ağıldankəmliyin
başlama-
sı əlaməti deyil. Çox vaxt
buna səbəb yaddaşın məşq
etdirilməməsidir. Aşağıda-
kı tövsiyyələrə əməl etsəniz,
“laxlamış” yaddaşınızı asan-
lıqla bərpa edə bilərsiniz.
Müntəzəm olaraq fizi-
ki təlimlərlə məşğul olun.
Tədqiqatlar nəticəsində sübut
olunmuşdur ki, müntəzəm
fiziki məşğələlər, hətta qoca
yaşda da beyin toxumasının
itkilərini xeyli azaldır.
Sağlam qidalanma qay-
dalarına əməl edin. İlk
növbədə qidanın tərkibində
şəkər və heyvan mənşəli piylər
azaldılmalı, antioksidantlar-
la zəngin olan qara qarağat,
ispanaq və çuğundur kimi
meyvə və tərəvəzlər üstünlük
təşkil etməlidir. Tünd yaşıl
yarpaqlı tərəvəzlər maqnezi-
umla zəngin olur və yaddaşı
bərpa etməyə kömək edir.
Yeni bacarıq və vərdişlər
mənimsəməyə çalışın. Daim
əvvəllər məşğul olmadığınız
təzə bir şey, məsələn, forte-
piano çalmaq və ya xarici dil
öyrənin. Bu beynin işini sti-
mullaşdırır və sabitləşdirir.
Yuxunuza fikir verin.
Alimlər belə hesab edirlər
ki, uzunömürlü insanların
çoxu sutkada 6-9 saat yatır.
Hədsiz az yatmaq diqqətin
cəmləşməsinə ziyandır. La-
kin həddən çox yatmaq da
zərərlidir.
Yaddaşınızı müntəzəm
məşq etdirin. Oxuduğunuz
kitabda və ya şahid oldu-
ğunuz hadisədə ən mühim
məqamları qeyd edin və on-
ları yadda saxlamağa çalışın.
Insanlarla daha çox ünsiyyət
qurmağa çalışın. Söhbətlər,
xüsusən də müsbət emosi-
ya doğuran söhbətlər beyni
lazımı formada saxlamağa
kömək edir.
Vaxtınızı və işinizi təşkil
edin. Hər bir mühüm xırda
şeyin (açar, eynək və s.) ye-
rini tapın. Görmək istədiyiniz
işlərin siyahısını tərtib edin.
Televizordan
uzaq
olun, mütəxəssislər belə
hesab edirlər ki, televizi-
ya verlişlərinə həddən artıq
aludə olmaq əsəb sistemini
zəiflədir.
Mühim məlumatları qısa-
ca qeyd edin. Bu, qısamüddətli
yaddaşın uzunmüddətli yad-
daşa keçməsinə kömək edir.
“Başsındıran məsələlər”
həll edin. Krossvordlar, kart
oyunu və stolüstu oyunlar
yaddaşı yaxşılaşdırır.
I müalicə-profilaktika fakültə-
sinin IV kurs, 106
a
qrup tələbəsi
Qurbanova Zeynəb Firqət qızının
adına verilmiş tələbə bileti itdiyi
üçün etibarsız sayılır.
Axundova Maya Rövşən qızına
2009-cu ildə Azərbaycan Tibb Uni-
versiteti tərəfindən terapevt ixtisası
üzrə verilmiş internatura vəsiqəsi
itdiyi üçün etibarsız sayılır.
Hacıkərimova Hənifə Şirin qızına
1998-ci ildə Azərbaycan Tibb Uni-
versiteti tərəfindən pediatr ixtisası
üzrə verilmiş internatura vəsiqəsi
itdiyi üçün etibarsız sayılır.
İsmayılova Flora Qadir qızına
2008- ci ildə Azərbaycan Tibb
Universiteti tərəfindən funksional
diaqnostika ixtisası üzrə verilmiş
internatura vəsiqəsi itdiyi üçün eti-
barsız sayılır.
Baş redaktor
Dostları ilə paylaş: