US Tədris Mərkəzi
[
ƏLAQƏ: 070-216-32-32 050-799-44-77
]
7
Dövlət qulluğu üçün online test saytı
Exam-Us.com
İKİNCİ BÖLMƏ
ƏSAS HÜQUQLAR, AZADLIQLAR VƏ VƏZİFƏLƏR
I I I f ə s i l
ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQLARI VƏ AZADLIQLARI
M a d d ə 2 4 .
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi
I. İnsan ləyaqəti
qorunur
və ona
hörmət edilir
.
II. Hər kəsin doğulduğu andan
toxunulmaz
,
pozulmaz
və
ayrılmaz
hüquqları və azadlıqları
vardır.
III. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və
vəzifələrini də əhatə edir.
Hüquqlardan sui-istifadəyə yol verilmir.
M a d d ə 2 5 .
Bərabərlik hüququ
I.
Hamı qanun
və
məhkəmə
qarşısında bərabərdir.
II.
Kişi
ilə
qadının
eyni hüquqları və azadlıqları vardır.
III. Dövlət, irqindən,
etnik mənsubiyyətindən,
dinindən, dilindən, cinsindən,
mənşəyindən,
əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən,
siyasi partiyalara, həmkarlar
ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq,
hər kəsin hüquq və
azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi,
etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq
qadağandır.
IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz,
güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların
verilməsindən
imtina oluna bilməz.
V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti
səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.
VI.
Dostları ilə paylaş: