Uşağın immunitetini necə gücləndirmək olar?



Yüklə 34.21 Kb.
PDF просмотр
tarix29.05.2017
ölçüsü34.21 Kb.

Uşağın immunitetini necə gücləndirmək olar?

Yazan Administrator

  

Əgər uşağınızın immunitetinin zəif olması əlamətlərini görmüş olsanız həkim-immunoloq



məsləhətindən istifadə edin.

      


Həkim zəif immunitetin səbəblərini müəyyən edərək lazım gələrsə müvafiq müalicə kursu təyin

edə bilər.

  

Bir çox hallarda xüsusi müalicənin təyin edilməsinə heç bir ehtiyac olmur, sadəcə olaraq, uşağa



savadlı qulluq etmək lazım gəlir. Belə qulluqlarla biz sizi aşağıdakı bölmədə tanış etməyə

calışacağıq.

  

Düzgün qidalanma

  

Bu haqda danışarkən ən sadə məsləhətlərdən başlayaq. Uşağın immun sisteminin normal



şəkildə olması üçün tam və keyfiyyətli qidalanmanın əhəmiyyəti böyükdür. Düzgün

olmayan, natamam dəyərli və qeyrirasional qidalanma uşagın immun sisteminə xeyli

dərəcədə zərər verir.

  

Uşağın qidası tərkibinə görə tam dəyərli (zülallar, yağlar, karbohidratlar, vitamin və



mikroelementlərlə kifayət qədər zəngin) olmalıdır. Zülalların tərkibində olan amin turşuları

immun sisteminin yuksəlməsinə xeyli dərəcədə müsbət təsir edir. Buna görə də uşağın qida

rasionu kifayət qədər ət, balıq, toyuq, yumurta, süd məhsulları ilə zəngin olmalıdır. Uşaq

orqanizmi üçün yalnız heyvani zülallar deyil, bitki tərkibli zülallar da (noxud, lobya, paxlalı

bitkilər) vacib hesab edilir. İmmun sistemi zəif olan uşaqlara ən azı həftədə bir dəfə olmaqla

paxlalı bitkilərdən hazırlanmış qidalar vermək lazımdır.

 1 / 6


Uşağın immunitetini necə gücləndirmək olar?

Yazan Administrator

  

İmmun sisteminin normal şəkildə fəaliyyət göstərməsi üçün daha vacib hesab edilən vitaminlər



A, C, E, B və D qrupu vitaminləridir.

  

Vitamin A-nın mənbəyi hesab edilən qida maddələri: kök, kahı yarpağı, kələm, balıq yağı,



böyrək, qaraciyər, dəniz balıqlarının qaraciyəri, yumurta sarısı, kərə yağı, qaymaq və s.

  

A vitamini orqanizm tərəfindən E və S vitaminləri ilə birlikdə daha yaxşı mənimsənilir. Buna

görə də mütəmadi olaraq uşaqlar üçün bitki yağı (vitamin E) əlavə edilmiş və üzərinə bir qədər

limon şirəsi (vitamin S) sıxılmış kök, kələm, kahı yarpağı salatları hazırlamaq məsləhət görülür.

  

Vitamin C – soyuqdəymə ilə əlaqədar olan xəstəliklərə qarşı mübarizədə orqanizmə kömək

edir; məsələn, KRVX-nin ilkin dövrlərində C vitamininin qəbul edilməsi orqanizmin sağalmasına,

daha ağır formalara keçməməsinə kömək edir. C vitamininin əsas mənbələri kimi, sitrus

meyvələri, itburnu, kələm, pomidor, qara qarağat, qırmızı istiot və s. qeyd etmək olar.

  

Vitamin E - orqanizmə mikroblardan, viruslardan, hətta xərçəng xəstəliyindən qorunmaqda

kömək edir. E vitamini xeyli miqdarda qaraciyər, yumurta sarısı, kahı yarpaqlarında, günəbaxan,

zeytun, qarğıdalı yağlarında, təzə cücərdilmş buğdada, qarabaşaq (“qreçka”), düyü və digər

yarmalarda var.

  

Vitamin B1. Orqanizmində bu vitamin çatışmazlığı olan uşaqlar ağlağan, hirsli, dəcəl olur,

tez-tez baş ağrılarından, ümumi zəiflikdən şikayət edirlər. Sinir sistemi zəif olan uşaqların

immun sistemi də zəif olur. Buna görə də uşaqların qida rasionunda B1 vitamini ilə zəngin olan

qida məhsullarının (“qerkules”, lobya, paxlalı bitkilər, qoz, fındıq, araxis, kartof, qaraciyər,

böyrək) olmasına fikir vermək lazımdır.

  

Vitamin B2. Bu vitamin çatışmazlığında da immunitet zəifləyir, müxtəlif mədə və bağırsaq

xəstəlikləri baş verir. Tərkibində vitamin B2–nin olduğu əsas qida məhsulları: kələm, təzə lobya,

alma, qaraciyər, yaşıl noxud, pomidor, cücərdilmiş buğda, yumurta, süd və süd məhsulları, mal

əti. Yadda saxlamaq lazımdır ki, vitamin B2 işıqdan “qorxur” – süd və süd məhsulları 2 saat

ərzində günəş şüaları altında saxlanılarsa, qıcqıraraq tərkibində olan B2 vitaminini də itirir.

 2 / 6


Uşağın immunitetini necə gücləndirmək olar?

Yazan Administrator

  

Vitamin B6 da immun sisteminin normal fəaliyyəti üçün vacibdir. Bu vitaminə qara çörək, ət,

balıq, yumurta sarısı, süd, qaraciyər, yarmaların tərkibində də rast gəlinir.

  

Vitamin B9 (fol turşusu) və B12 – qan hüceyrələrinin əmələ gəlməsi üçün (həmçinin

eritrositlərin və immun sistemi hüceyrələrindən olan limfositlərin) vacibdirlər. Uşaqda qanazlığı,

tez-tez baş verən soyuqlamalar varsa, ona süd, yumurta, soya, inəyin qaraciyəri və böyrəkləri,

ağ və qırmızı turp, şomu, kahı vermək məsləhətdir.

  

Vitamin D - qanın normal laxtalanması, ürək fəaliyyəti, sinir və immun sistemi üçün vacib hesab

olunur. Onun çatışmazlığı zamanı əsasən 1 yaşına qədər uşaqlarda təsadüf edilən raxit

xəstəliyi inkişaf edir. D vitamini çatışmazlığı daha iri yaşlı uşaqlarda baş vermiş olarsa, onların

boy atması ləngiyir, sümükləri isə daha kövrək olur. D vitamininə yumurta, süd, kərə yağı,

qaraciyər, balıq (xüsusən balıqların qaraciyərində) məhsullarının tərkibində rast gəlinir. Bundan

savayı, bu vitamin günəş şüasının təsiri altında insanın dərisində də əmələ gəlir. Məhz buna

görə uşaqlara günəş vannalarının qəbul edilməsi xeyirli hesab edilir. Ancaq onu da yadda

saxlayın ki, günəş şüaları altında olmaq nəticəsində dəridə qızartı əmələ gələndən sonra orada

D vitamini istehsalı dayanmış olur.

  

İmmunitetin normal səviyyədə saxlanılması üçün bir çox mikroelementlər tələb olunur:



kalium, mis, maqnezium, sink, yod, dəmir, kalsium, selen, germanium.

  

Kalium - cəfərinin, kartofun, pomidorun, kələmin, ərik qurusunun, üzümün, qara gavalı



qurusunun, xiyarın, greypfrutun, turpun, paxlalı bitkilərin tərkibində olur.

  

Maqnezium - cücərdilmiş buğdanın, cəfərinin, gavalının, balqabağın, kartofun, nanənin,



qaraciyərin, qozun tərkibində insan orqanizmi üçün tələb olunan miqdarda olur.

  

Mis - südün, cücərdilmiş buğdanın, cəfərinin, göbələklərin, qoz və findığın tərkibində olur.



  

Sink qida maddələrinin tərkibində çox təsadüf edilmir. Onun əsas mənbələri üyüdülmüş buğda

 3 / 6


Uşağın immunitetini necə gücləndirmək olar?

Yazan Administrator

qalıqları, günəbaxan tumu, cücərdilmiş buğda hesab olunur.

  

Yod elementi endokrin və immun sistemin normal fəaliyyəti üçün vacibdir. Uşaq və



yeniyetmələrə böyuklərə nisbətən daha çox yod tələb olunur. Buna görə də uşaqların qidalarina

çuğundur, tünd rəngli bütün meyvələr, okean balıqları və onların qaraciyəri, dəniz kələmi,

soğan, göbələk, yaşıl noxud, ağ və qırmızı turp, pomidor, yemiş, xurma kimi müxtəlif meyvə və

tərəvəzlər də daxil edilməlidir. Vaxtaşırı olaraq həkim təyinatı üzrə uşaqlara yod preparatları

(xüsusən onun çatışmazlığı qeyd olunan bölgələrdə) vermək məsləhət görülür.

  

Dəmirin miqdarı ət, qaraciyər, alma və xurmanın təkibində daha çox olur.



  

Kalsium orqanizmə daha çox süd məhsulları ilə daxil olur (xama, qatıq, qaymaq, asidofilin).

Germanium və selen elementləri dəniz məhsullarının, böyrəklərin, qaraciyərin, cücərdilmiş

buğdanın tərkibində olur.

  

İnkişafda olan uşaq orqanizminin yaxşı qidalanması təmin edilsə də, sadalanan bütün bu



vitamin və mikroelementlərlə tam şəkildə təmin etmək çətindir. Xüsusən bu yaz və payız

aylarına daha çox aiddir. Çünki bu zaman həm günəş işığı, həm də vitamin və mineral

maddələrin əsas mənbəyi olan meyvə və tərəvəzlər daha az olur. Bu zaman uşaqlara hər hansı

bir vitamin-mineral kompleksli preparatların (indi onların sayı çoxdur və həkim-pediatr sizin

uşağa hansının daha çox uyğun olduğunu deyə bilər) verilməsi məsləhət olunur. Valideynlər

onu da bilməlidirlər ki, vitaminlərin müsbət təsirini əldə etmək üçün onları düzgün qəbul etmək

lazımdır. Vitaminlərin qəbulu üçün əsas qayda – vitamin həbini uşağa səhər yeməyindən 10-30

dəqiqə sonra az miqdarda su ilə verməkdən ibarətdir. Mikroelementləri (kalsium, dəmir, yod və

s.) isə günorta yeməyindən sonra vermək lazımdır. Vitamin və mikroelementlərdən ibarət olan

kompleksləri uşağa səhər yeməyindən 10-30 dəqiqədən sonra verirlər.

  

Yuxu, istirahət, fiziki hərəkətlər

  

Yuxu (xüsusən axşam vaxtı) uşaq üçün çox vacib hesab olunur. Məhz gecə saatlarında



uşağın immun sisteminin mükəmməlləşməsi baş verir. Axşam saatlarında narahat yatan

və ağlayan uşaqların immun sistemi rahat yatan uşaqlara nisbətən daha ləng şəkildə

formalaşır.

 Məhz buna görə ana,

uşağın axşam saatlarında normal vaxt ərzində rahat yatmasını təmin etmək üçün bütün

 4 / 6


Uşağın immunitetini necə gücləndirmək olar?

Yazan Administrator

mümkün vasitələrdən istifadə etməlidir.

  

Yatmamışdan qabaq uşağı yüngül masaj etmək, bir qədər ballı süd (yaxşı və dadlı “yuxugətirici



dərmandır”) vermək olar. Uşagın yatmazdan qabaq adət etdiyi (dişlərini təmizləmək, sevimli

yataq paltarını geyinmək, nağıl dinləmək) vərdişlər də tez və rahat yuxuya getməyə kömək edir.

Yuxudan qabaq uşağa aktiv oyunlar oynamağa, uzun müddət televizora baxmağa şərait

yaratmayın. Yatmamışdan qabaq uşaq çoxlu miqdarda maye, ağır yağlı yemək qəbul

etməməlidir. Bütün kiçik uşaqlar çimdikdən sonra daha rahat yuxuya gedirlər. Yay vaxtı bunu

hər gün də etmək olar. Uşağın yuxuya pis getməsi və narahat yatması davam edərsə, uşaq

nevropatoloquna müraciət etməyiniz məsləhətdir.

  

Nataman istirahət, yüksək fiziki, əqli və emosional yüklənmələr daha böyük uşaqlarda



yorulmaya, stresə səbəb olaraq uşaq orqanizminin müdafiəsini xeyli dərəcədə zəiflədə

bilər.

  

Uşaq yaşlarında idmanla həddən artıq məşğul olmaq çox zərərli olub, yalnız immun sistemini



deyil, ürək-damar, sinir sistemlərini də poza bilər, bədənin normal inkişafının və boyun

artmasının ləngiməsinə səbəb olar. Ancaq uşaq yaşlarında fiziki aktivliyin olmaması da zərərli

hesab olunur. Uşağın fiziki hərəkətlərlə məşğul olmasına vaxt ayırmaq vacibdir. Səhərlər ailəvi

şəkildə idman hərəkətləri etmək də yaxşı olardı. Üzgüçülük - ürək-damar, tənəffüs, onurğa

sütunu və s. xəstəliklərin profilaktikası üçün universal idman növü hesab olunaraq, həmçinin

immun sisteminin möhkəmlənməsinə də xeyli dərəcədə kömək edir.

  

Hər gün 1,5-2 saat ərzində uşaq açıq havada olmalıdır (parkda, meşədə, dəniz kənarında,



magistral yollardan uzaq olan yerlərdə gəzintilər daha yaxşı olardı). Əlbəttə ki, hava yaxşı

olmadığı günlərdə (çox soyuq, yağışlı, küləkli və s.) uşaqla gəzintiyə çıxmaq məsləhət deyil. Bu

nəinki bədənin möhkəmləndirilməsinə kömək edər, əksinə, uşağın xəstələnməsinə səbəb ola

bilər. Bütün digər günlərdə açıq havada olan gəzintilər vacib hesab olunur (uşağınızın yaşının 2

və ya 15 olmasından asılı olmayaraq).

  

İmmunitetin yüksəldilməsi üçün su ilə olan proseduralar da daxildir. Qısa müddət ərzində insan



bədəninə soyuq su ilə təsir etmək onun xəstəlikdən müdafiə sistemini gücləndirir. Kontrast

silinmə də yaxşı effekt verir: uşağın bədənini əvvəlcə soyuq suda, sonra isə isti suda isladılmış

əsgi ilə silib daha sonra quru dəsmalla yaxşıca qurulayın. Belə silinmə 5 dəqiqəyədək davam

edə bilər.

 5 / 6


Uşağın immunitetini necə gücləndirmək olar?

Yazan Administrator

  

Kontrast duş (ilıq və soyuq suyun növbələnməsi) daha effektlidir. Həmçinin soyuq su ilə



yuyunmaq və bundan dərhal sonra uşağın bədənini azca qizarana qədər quru dəsmalla sürtmək

də olar. Əlbəttə ki, bu proseduralar ancaq sağlam və bir qədər böyük uşaqlara məsləhət olunur.

Əgər uşaq soyuqlamışsa, sağlam deyisə, onu əvvəlcə müalicə etməli və yalnız bundan sonra

tədricən və ehtiyatla bədənin möhkəmləndirilməsi üçün su ilə olan proseduralardan istifadə

etmək lazımdır. Bu zaman uşağın orqanizminin uyğunlaşması məqsədi ilə suyun hərarətini

tədricən azaltmaq (hər 4-5 gündə 1 dərəcə olmaqla) məsləhət olunur. Yaxşı nəticə verməsi

üçün bədənin bu cür möhkəmləndirilməsini həmişə davam etdirmək lazımdır. Yalnız bu halda o,

yaxşı nəticə verər.

  

Günəş vannaları uşaqların dərisində vitamin D və melaninin əmələ gəlməsinə səbəb olur

ki, onlar da uşağın immun sisteminin yuksəlməsinə köməklik edirlər. Günün 9-11 saatları

uşaqların günəş altında olmaları üçün daha məsləhətli vaxtlar hesab olunur. Günəş altında olan

gəzintilər ilk olaraq bir neçə dəqiqədən başlayaraq sonrakı günlərdə tədricən artırılmalıdır.

  

İmmunitetin yüksəldilməsi üçün dərman preparatları

  

İmmunitetin yüksəldilməsi üçün yalnız həkim tərəfindən məsləhət görülən xüsusi preparatlardan



savayı, təbii əsaslara malik olan və orqanizmin müdafiə quvvəsini yaxşılaşdıran dərman

preparatları da vardır. Jenşen (kökü), çin limonu (meyvələri, yarpaqları, zoğu), yapon heyvası,

qırmızı radiola, eleyterokokk, exinaseya, propolis və s.

  

Təbii əsasa malik olan bütün preparatları fasilələrlə (məsələn, hər 3 həftəlik müalicədən sonra 2



həftə fasilə vermək) olmaqla xeyli müddət (bir neçə ay) ərzində (xüsusən də qış və yazda) qəbul

edirlər (əlbəttə ki, həkimin məsləhətindən sonra). Bu preparatlardan hər birini qəbul etdikdən

sonra yarım stəkan ilıq qaynanmış su içmək (preparatın yaxşı sorulması üçün) vacib hesab

olunur.


  

Əziz valideynlər, əgər siz uşağınızın sağlam böyüməsini istəyirsinizsə, onun immun

sisteminin yüksək səviyyədə saxlanmasına xüsusi diqqət yetirin!

 6 / 6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə