Uşaq cərrahiyyəsi ixtisası üzrə test suallarına əlavələr və dəyişikliklər edilmişdir


) Peritonla örtülməyən daxili orqanların təbii dəliklər vasitəsi ilə xaricə çıxmasına nə deyilir?



Yüklə 1,02 Mb.
səhifə12/18
tarix06.02.2017
ölçüsü1,02 Mb.
#7783
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

730) Peritonla örtülməyən daxili orqanların təbii dəliklər vasitəsi ilə xaricə çıxmasına nə deyilir?
A) Eventrasiya

B) İnvaginasiya

C) Qarın xarici dəbəlik

D) Eveginasiya

E) Prolaps
Ədəbiyyat : М. И. Кузина. Хирургические болезни. 1986 səh 332
731) Aşağıdakılardan hansı qarınxarici dəbəliyin ağırlaşmalarına daxil deyil?
A) İltihablaşma

B) Yerinə düzəlməmək

C) Təngnəfəslik

D) Boğulma

E) Koprostaz
Ədəbiyyat: М. И. Кузина. Хирургические болезни. 1986 səh 354, 355
732) Aşagıdakılardan hansı qarındaxili dəbəliklər qrupuna aiddir?
A) Bud dəbəliyi

B) Treitz dəbəliyi

C) Ağ xətt dəbəliyi

D) Qasıq dəbəliyi

E) Spigel xətti dəbəliyi
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 380
733) Göstərilən dəbəliklərdən hansı nadir halda rast gəlinən dəbəliklər qrupuna aid deyil?
A) Oturaq dəbəliyi

B) Bud dəbəliyi

C) Qapayıcı dəbəlik

D) Aralıq dəbəliyi

E) Bel dəbəliyi
Ədəbiyyat : М. И. Кузина. Хирургические болезни. 1986 səh 353 354
734) Sürüşkən dəbəliklərə aşağıdakılardan hansı aiddir?
A) Yerinə düzələ bilməyən dəbəlik

B) Asanlıqla yerinə düzələ bilən dəbəlik

C) Dəbəlik kisəsi olmur

D) Dəbəlik kisəsinin bir divarını mezoperitonal yerləşmiş orqan təşkil edir

E) Tez - tez boğulan dəbəlik
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 384
735) Aşağıda göstərilən orqanlardan hansı dəbəlik kisəsinin möhtəviyyatı ola bilməz?
A) Sidik kisəsi

B) Yumurtalıq

C) Mədəaltı vəz

D) Piylik

E) Nazik bağırsaq
Ədəbiyyat: М. И. Кузина. Хирургические болезни. 1986 səh 333
736) Qarınxarici dəbəliklərin boğulmasının hansı növləri var?
A) Elastiki boğulma

B) Divaryanı boğulma

C) Retroqrad boğulma

D) Nəcis boğulması

E) Göstərilənlərin hamısı
Ədəbiyyat: М. И. Кузина. Хирургические болезни. 1986 səh 354 355
737) Uşaqlarda dəbəliklərin boğulmasının hansı növünə daha çox rast gəlinir?
A) Qarışıq tip boğulma

B) Nəcis boğulması

C) Divaryanı boğulma

D) Elastiki boğulma

E) Retroqrad boğulma
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 388
738) Göbəyin tam fistulu olan uşaqlarda qarındaxili təzyiq artdığı zaman bağırsağın selikli qişası çevrilərək göbəkdən xaricə çıxır. Buna nə deyilir?
A) İnvaginasiya

B) Eveginasiya

C) Prolaps

D) Qarın daxili dəbəlik

E) Eventrasiya
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 370
739) Hirşprunq xəstəliyinin əsas aparıcı simptomu nədir?
A) Təngnəfəslik

B) Qurbağa qarnı

C) Meteorizm

D) Xroniki qəbizlik

E) Taxikardiya
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh səh 439
740) Yenidoğulmuş və bağça yaşlı uşaqlarda mədə və onikibarmaq bağırsaq xorasının yeganə əlaməti nədir?
A) Qusma

B) Mədə qıcqırması

C) Qanaxma

D) Perforasiya

E) Mədədə ağrı
Ədəbiyyat: Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 396
741) İnvaginasiyanın hansı növündə bağırsaq divarında nekroz daha tez başlayır?
A) Nazik bağırsaq invaginasiyasında

B) Kor - çənbər bağırsaq invaginasiyasında

C) Retroqrad invaginasiyada

D) Qalça - çənbər bağırsaq invaginasiyasında

E) Yoğun bağırsaq invaginasiyasında
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 410
742) Kəskin invaginasiyada Rum simptomu nədir?
A) Düz bağırsaqdan qan ifrazı

B) Tutmaşəkilli ağrının olması

C) İnvaginat əllənən zaman uşağın narahat olması

D) Reflektor qusma

E) Qarının palpasiyada yumşaq olması
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 415
743) Bilavasitə invaginasiyanın olmasını göstərən Dans simptomu hansıdır?
A) Düz bağırsaqdan qan gəlməsi

B) Palpasiya zamanı sağ qalça çuxurunun boş olması

C) Qarnın palpasiyada yumşaq olması

D) Tutmaşəkilli ağrının olması

E) İnvaginat əllənən zaman uşağın narahat olması
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 414
744) İnvaginasiyaya şübhə olarsa, palpasiyadan sonra mütləq hansı müayinəni aparmaq lazımdır?
A) Düz bağırsağın barmaqla müayinəsi

B) Əsnəyin müayinəsi

C) Temperaturu ölçmək

D) Auskultasiya

E) Qarının ön divarının perkusiyası
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 415
745) Qapalı exinokokkektomiya zamanı 1 % - li yodfiksonal məhlulundan istifadə edərkən, yodemiyanın qarşısını almaq üçün nədən istifadə olunur?
A) Sol. Dimedrol 1 % - li əzələ daxilinə

B) Sol. Natrii thiosulfat 30 % - li vena daxilinə

C) Sol. Hemodez vena daxilinə

D) Sol. Calcii chloridi 10 % - li vena daxilinə

E) Sol. Prednizolon əzələ daxilinə
Ədəbiyyat : Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 529
746) Aşağıdakılardan hansı qaraciyər exinokokkozu zamanı aparılan qapalı exinokokkektomiya zamanı icra edilmir?
A) Exinokokk sisti açılır və içərisindəki xitin qişa xaric edilir

B) Exinokokk sistinin ətrafı 1 % - li yodfiksonalla isladılmış tamponla örtülür

C) Exinokokk sistini yerləşdiyi payla birlikdə rezeksiya etmək

D) Exinokokk sisti punksiya edilib, exinokokk mayesi xaric edilir

E) Exinokokk sisti içərisinə 1% - li yodfiksonal məhlulu vurulur
Ədəbiyyat: Ç.Quliyev “Uşaq cərrahlığı” 2008 səh 529

Uşaqlarda anesteziologiya, reanimasiya və intensiv terapiya

747) Körpücükaltı venanın punksiyası ücün əlverişli nöqtə hansı sayılır?

A) Döş sümüyü korpücük sümüyü bitişən hissənin aşağısından

B) Körpücük sümüyünün xarici və orta 1/3 arasındakı nöqtə

C) Döş sümüyü korpücük sümüyü bitişən hissənin yuxarısından

D) Vidaci çuxurda

E) Körpücük sümüyünün daxili və orta 1/3 arasındakı nöqtə


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
748) Daxili vidaci vena harada yerləşir?

A) Yuxu arteriyasının arxasında

B) Vidaci çuxurda

C) Yuxu arteriyası ilə əlaqəsi yoxdur

D) Yuxu arteriyasının önündə

E) Yuxu arteriyasının bayır səthində


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
749) Oksigen hüceyrəyə nəyə görə lazımdır?

A) Aminturşuların dezaminləşməsi üçün

B) Aminturşusunun qaralması üşün

C) Süd turşusunun yaranması üçün

D) Piroüzüm turşusunun yaranması üçün

E) Krebs dövranında qlikozanın tam oksigenləşməsi üçün


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
750) Yenidoğulmuşda ən çox nə müşahidə olunur?

A) Plazmada natriumun yüksəlməsi

B) Tənəffüsün mərkəzdən zəifləməsi

C) Bədən çəkisinin fizioloji azalması

D) Qanda qlükozanın miqdarının azalması

E) Orqanizimdə mayenin ləngiməsi


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
751) Ürəyin sağ mədəciyinin çatışmazlığının göstəricisinə hansı aiddir?

A) Arterial təzyiqin azalması

B) Mərkəzi venoz təzyiqin artması

C) Anemiya

D) Mərkəzi venoz təzyiqin azalması

E) Polisifemiya


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
752) Nəzərəçarpan damar kollapsı zamanı nəbz təzyiqi necə dəyişilir?

A) Variyasiya edir

B) Dəyişməz qalır

C) Azalır

D) Azalır, sonra artır

E) Artır
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.


753) Mikrosirkulyasiyanın pozulmasının kliniki simptomlarına hansı aiddir?

A) Qıcolma

B) "Ağ ləkə" simptomu

C) Bəbəklərin daralması

D) Bradikardiya

E) Taxikardiya


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
754) Uşaqlarda kaliuma normal tələbat nə qədərdir?

A) Kaliuma tələbat variasiyalıdır

B) Yenidoğulmuşlarda -0.5mekv/kq sutkaya

C) 3 yaşa qədər uşaqlarda -3mekv/kq sutkaya

D) 1 yaşa qədər uşaqlarda -1mekv/kq sutkaya

E) Bütün yaşlarda -0.5mekv/kq sutkaya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
755) Hansı qeyd olunan preparatlar qlükokortikoidlərə aiddir?

A) Aminazin

B) Butadion

C) Vitamin

D) Adrenalin

E) Kortizon


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
756) Körpücükaltı venanın kateterizasiyasının ağırlaşmalarına hansı aid deyil?

A) Körpücükaltı venanın trombozu

B) Sol göz qapağının ptozu

C) Pnevmotoraks

D) Kateterizasion sepsis

E) Körpücükaltı arteriyanın zədələnməsi


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
757) Uşaqlarda şokun simptomlarına hansı aiddir?

A) Koma, qıcolma, taxikardiya

B) Akrosianoz, dəri örtüyünün avazıması

C) Taxikardiya, AT-in azalması, aşağı hemoqlobin

D) Leykositoz, anemiya, taxikardiya

E) Yüksək AT, taxikardiya, ağ ciyər ödemi


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
758) Hipovolemik koma zamanı təcili korreksiya üçün nə yeridilir?

A) Kristalloidlər

B) Kolloidlər

C) Qlükoza

D) Yağ emulsiyası

E) Qan
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.


759) Sağlam yenidoğulmuşun doğuşdan sonrakı ilk sutkada maye tələbatı nə qədər təşkil edir?

A) 40 - 60 ml/kq sutkaya

B) 10 ml/kq saatda

C) 5 ml/kq saatda

D) 0 - 5 ml/kq sutkaya

E) 10 - 20 ml/kq sutkaya


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
760) Çəkisi 3500 q olan yenidoğulmuşda qanın miqdarı təqribən neçə ml olur?

A) 750 ml

B) 1000 ml

C) 300 ml

D) 600 ml

E) 850 ml


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
761) Uşaqlarda yanıq şokunu inkişafı yanıq sahəsini ölçüsü neçə faiz olduqda inkişaf edir?

A) 40 %


B) 20 %

C) 30 %


D) 10 %

E) 5 %
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.


762) Hipovolemik şokda mərkəzi hemodinamika necə xarakterizə olunur?

A) Qaraciyər qan dövranının aşağı düşməsi ilə

B) Sağ mədəcik çatmamazlığı ilə

C) Sol mədəcik çatmamazlığı ilə

D) Periton boşluğu damarlarında qanın depolaşması hesabına

E) Kiçik qan döranı sistemi damarlarında qanın depolaşması hesabına


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
763) Hipovolemik şokda mikrosirkulyasiyanın xarakter dəyişikliyinə hansılar aiddir?

A) Hemoqlobin və hemotakritin yüksək olması

B) Metobolik asidoz, arterio-venoz şuntlama

C) Qanaxma müddətinin artması

D) Kapilyarların genəlməsi

E) Kapilyar qan dövranın sürətlənməsi


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
764) Xüsusi müayinə olmadan ürək dayanmasının kliniki ələmətləri hansı sayılır?

A) Anizokariya, qıcolma

B) Tənəffüs ritminin pozğunluğu, anizokariya, sianoz, A/T=0

C) Ürək tonlarının itməsi, A/t=0, sianoz

D) Tənəffüsün dayanması, periferik nəbzin olmaması, A/t=0

E) Tənəffüs dayanması, ümumi sianoz, yuxu arteriyasında nəbzin olmaması


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
765) Ürəyin dayanması zamanı beyin qan dövranını neçə dəqiqə ərzində bərpa etmək lazımdır?

A) 5


B) 6

C) 4


D) 7

E) 8
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.


766) Qəfləti ürək dayanmasında dərhal nəyi korreksiya etmək lazımdır?

A) Azan sinirin tonusunu

B) Tənəffüs alkolozu

C) Ürək həyacanını

D) Metabolik alkalozu

E) Metabolik asidozu


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
767) Ürəyin işin bərpa etdikdən sonra, xəstə komatoz vəziyyətdə qalırsa, ona nə məsləhətdir?

A) Vena daxilinə mərkəzi sinir sistemini stimulyasiya edən preparatlar vurmalı

B) Oksigenin konsentrasiyasın 30% aşağı salmaq

C) Sünü tənəffüsə başlamaq, hipotermiya, kortikosteroid, antihipoksant vurmaq

D) Narkotik vurmaq

E) Traxeostomiya qoymaq


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
768) Qəfləti ürək dayanmasında korreksiya etmək o qədər əhəmiyyət daşımır?

A) Azan sinirin tonusunu

B) Metabolik asidozu

C) Tənəffüs alkolozun

D) Ürək həyacanını

E) Metabolik alkolozu


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
769) Beyin ödemi daha çox nə vaxt əmələ gəlir?

A) Ürək-ağciyər reanimasiyasında

B) Asmatik statusda

C) Beyin travmasında

D) Hipoalbuminemiyada

E) Uzun müddətli hipoksemiyada


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
770) Laparotomiyada yeni doğulmuşun bədəninin soyuması daha çox hansılardan asılıdır?

A) Soyuq mayeləri köçürtməklə

B) Termorequlyasiya mərkəzinin tam formalaşmaması ilə

C) Açıq yaradan istiliyi itirməklə

D) Yarımaçıq kontrol zamanı tənəffüslə

E) Soyuq qanı köçürtməklə


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
771) Yeni doğulmuş uşaqda nə vaxt ağ ciyər tam açılır?

A) Dünyaya gəldiyi ilk 1 dəqiqədə

B) Uzun qipoksemiya fonunda 1 sutkadan sonra

C) 1 saatdan sonra

D) 6 saatdan sonra

E) Bir neçə gündən sonra


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
772) Düzgün olmayan süni tənəffüsdən istifadə etdikdə hansı əlamətlər daha çox müşahidə olunur?

A) Normal ağ ciyər qan dövranına maneəçilik törədir

B) Ağ ciyərin mexaniki zədələnməsinə şərait yaradır

C) «Döş qəfəsi nasosu» funksiyası pozulur

D) Ürək və böyük damarlara təzyiq edir

E) Ola bilər pnevmomediasinum əmələ gəlsin


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
773) Yenidoğulmuşlarda narkozun aparılması üçün hansı preparat istifadə edilir?

A) Ftoratan

B) Heksenal

C) Neyroleptik

D) Efir

E) Trilen


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
774) 3 kq çəkiyə malik olan yenidoğulmuş uşağa medikamentoz preparat böyüklərə düşən hissənin hansı həcmində təyin edilir?

A) 1/20 - i

B) 1/15 - i

C) 1/8 - i

D) 1/10 - i

E) 1/5 - i


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
775) Xəstəyə şok zamanı dərman preparatları haradan yeridilməlidir?

A) Dərialtı

B) Vena - daxilinə

C) Ağızdan

D) Əzələ - daxilinə

E) Rektal


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
776) Vitamin B1-lə B6-nı bir şprisdə xəstəyə vurduqda aşağıdakılardan hansı təzahür edir?

A) Hiperemiya

B) Heç nə təzahür etmir

C) Yuxululuq

D) Oyanıqlıq

E) Anesteziya


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
777) Fentanilin morfinden analgetik aktivliyi neçə dəfə çoxdur?

A) 200


B) 10

C) 130


D) 60

E) 15
Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.


778) İnhalyasion narkoz zamanı hansı axırda keçir (itir)?

A) Qırtlaq refleksi

B) Traxeyanın bifurkasiyası, refleksi

C) Korneal refleks

D) Peritoneal refleks

E) Faringeal refleks


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
779) Ümumi anesteziyanın tez-tez rast gələn ağırlaşmasına hansı aiddir?

A) Ürək ritmini pozulması

B) Taxikardiya

C) Tənəffüs yolu keçiriciliyinin pozulması

D) Tənəffüsün sayının aşağı düşməsi

E) Sianoz


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
780) Südəmər uşağın anesteziyasında tez-tez rast gələn xoşagəlməz hal hansıdır?

A) 90 - 60 mm c. süt. olan arteriyal təzyiq

B) Dəqiqədə 160 qədər olan taxikardiya

C) Requlyar olmayan tənəffüs

D) Laxtalanmanın enməsi

E) Dəqiqədə 50 dəfəyə qədər olan bradikardiya


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
781) Peridural anesteziyadan sonra tez-tez olan şikayət hansıdır?

A) Baş ağrısı

B) Ürəkbulanma

C) Sidik ləngiməsi

D) Beldə ağrı

E) Ürək döyünməsi


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
782) Respirator xəstəliyi olan xəstənin planlı əməliyyatı neçə vaxta təxirə salınmalıdır?

A) 1 həftəyə

B) 2 aya

C) 1,5 aya

D) 1 aya

E) 2 həftəyə


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
783) Təcili korreksiya üçün xəstəyə nə qədər maye köçürülməlidir?

A) 10 ml/kq

B) 20 ml/kq

C) 200 ml

D) 1500 ml/m²/sutka

E) 5 ml/kq


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
784) Peritonitin 3 - cü dərəcəsi olan 3 yaşlı uşağa əməliyyətönü nə qədər maye köçürtmək lazımdır?

A) 1500 ml

B) 300 ml

C) 20 ml/kq/saat

D) 100 ml

E) 10 ml/kq


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
785) Peritonitli xəstəni effektiv terapiya etmək hansı məqsədi daşıyır?

A) Bədən hərarəti, tənəffüsü normallaşdırmaq məqsədi daşıyır

B) Qusmanın itməsi, sərbəst nəcis ifrazı, leykositozu 15-20 min etməkdən ötürü

C) Leykositozun aşağı enməsi, hemoqlabinin qalxması, qarında olan ağrının

D) Diurezin bərpa olması, mərkəzi venoz təzyiqin normallaşması, bədən hərarətin 38° C-dən aşağı etmək, mərməri bədən örtüyün azaltmaq üçün

E) A/T-i 120/80 mm.c.süt, nəbzi 120/dəq, leykositozu 10-12 min, diurezi 50ml etməkdən ötürü


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
786) Mərkəzi venaların Seldinher üsulu ilə punksiya və kateterizasiyasının üstünlüyü hansıdır?
A) Infuzion terapiyanın bir neçə gün aparılmasının mümkünlüyü

B) Böyük həcmdə mayenin və qatı məhlulların köcürülməsinin mümkünlüyü

C) Venapunksiya və venaseksiya mümkün olmadiqda aparılmasi

D) Sadalananlardan hamısı

E) Mərkəzi venoz təzyiqi təyin etməyin mümkünlüyü
Ədəbiyyat : Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 13.
787) Mərkəzi venaların punksiyasina və kateterizasiyasına əks göstərişlər hansıdır?

1. ”Yuxarı boş vena” sindromu

2. Körpücükaltı, vidaci venalar nahiyyəsinin iltihabi prosesləri

3. Qaşıq və bud venaları nahiyyəsinin yanığı

4. Yüksək temperaturu olan xəstələr

5. Arterial təzyiqi aşağı olan xəstələr
A) 1, 5

B) 4, 5


C) 2, 3, 4

D) 3, 4, 5

E) 1, 2, 3
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 14.
788) Körpücükalti vena hansı nahiyələrdən punksiya və kateterizasiya oluna bilər?

1. Döş sümüyünün sol tərəfindən

2. Döş sümüyünün üst tərəfindən

3. Körpücükaltı nahiyə

4. Körpücüküstü nahiyə
A) 2, 4

B) 3, 4


C) 2, 3

D) 1, 2


E) 1, 4
Ədəbiyyat : Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 14
789) Körpücükaltı venanın Seldinger üsulu ilə körpücüküstü nahiyədə punksiyası zamanı iynə haradan və dəriyə hansı bucaq altında yeridilməlidir?
A) Döş - körpücük məməyəbənzər əzələnin ayaqcıqları arasından 10 °- 20 ° - li bucaq altında yeridilir

B) Iynə döş-körpücük məməyəbənzər əzələnin lateral ayaqciği ilə körpücük sümüyünün yuxarı kənarı arasından,15-20 °- li bucaq altinda yeridilir

C) Körpücük sümüyünün icəri kənarından 25° - 30°- li bucaq altinda yeridilir

D) Döş sümüyünün yuxari kənarindan 10 °- 15° -li bucaq altinda yeridilir

E) Körpücük sümüyünün orta hissəsindən 15 - 20 °-li bucaq altında yeridilir
Ədəbiyyat: Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 14
790) Daxili vidaci venanın punksiyasi zamanı iynə haradan yeridilir?
A) Döş körpücük birləşməsindən 1,5 - 2 sm yuxarı,döş - körpücük - məməyəbənzər əzələnin ayaqcıqları arasından

B) Döş sümüyünün üst kənarından

C) Döş körpücük məməyəbənzər əzələnin medial ayaqcığı kənarından

D) Körpücük sümüyünün bayır üçdə birindən

E) Körpücük sümüyünün aşagı kənarından
Ədəbiyyat : Оперативная хирургия с топографической анатомией детского возраста. Под ред. Ю.Ф. Исакова, М.Ю,ЛОПУХИНА - 1989,с- 16.
791) Aşağıdakı hansı halda retroqrad boğulmadan şübhələnmək olar?
A) Boğulmuş yırtıq möhtəviyyatı iki və daha artıq nazik bağırsaq ilgəyindən ibarət olarsa

B) Boğulmuş yırtıq möhtəviyyatı yumurtalıq və uşaqlıq borusundan ibarət olarsa

C) Boğulmuş yırtıq möhtəviyyatı piylikdən ibarət olarsa

D) Boğulmuş yırtıq möhtəviyyatı sidik kisəsindən ibarət olarsa

E) Boğulmuş yırtıq möhtəviyyatı bir bağırsaq ilgəyindən ibarət olarsa
Ədəbiyyat: М. И. Кузина. Хирургические болезни. 1986 səh 358

Travmatologiya, orfopediya və sümük patologiyası

792) Az yaşlı uşaqlarda kəllə tağı sümüklərinin travması zamanı hansı əlamət sümük üçün xarakter sayılır?

A) Sümüyün parçalanması

B) Travma zamanı sümüyün daxili səhfəsinin soyulmaması

C) Sümüyün xarici və daxili səhfəsinin dəqiq sərhədinin olmaması

D) Sümüyün xarici və daxili səhfəsinin dəqiq sərhədi

E) Travma zamanı sümüyün daxili səhfəsinin soyulması


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
793) Qeyd olunan xəstəliklər nəticəsində inkişafın disfunksiyasına səbəb hansılardır?

A) Anadangəlmə çox barmaqlılıq

B) Sindaktiliya

C) Yastıayaqlıq

D) Notta xəstəliyi

E) Gənclik epifiziolizi


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
794) Xəstəliyin inkişafının III yolunun mahiyyətini hansılar təşkil edir?

(S.Y.Doletskiyə görə)

A) Genetik xəstəliklər

B) Yetişkənliyin diskfunksiyası

C) İnkişafın disfunksiası

D) Qazanılmış xəstəliklər

E) Strukturunun inkişafını və böyüməsini


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
795) Uşaqlarda inkişafın rasional yolla idarə olunmasına hansı aiddir?

A) Cərrahi medikamentoz

B) Qidalanma, funksional yol, yetişkənliyə uyğun tədbirlər

C) Cərrahi palliativ

D) Cərrahi rekonstruksiya

E) Ortopedik üsullar


Ədəbiyyat : Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
796) Uşaq yaşlarda travmatizm formalarından hansı üstünlük təşkil edir?

A) Məktəb

B) Başqaları

C) Məişət

D) Küçə

E) İdman
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.


797) Məişət travmatizmi arasında uşaq yaşlarında üstünlüyü hansılar təşkil edir?

A) Odlu silah yaralanmaları

B) Zəhərlənmələr

C) Yanıqlar

D) Zədələnmələr

E) Yad cism


Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin