655) 5 yaşında olan uşaq 40 mm uzunluğunda mismar udub. Təsviri rentgenoskopiyada mismar mədədə tapıldı. Belə halda hansı daha rasionaldı?
A) Qastrostomiya
B) Barium verib müşahidə etmək
C) Müşahidə
D) Bağırsağın motorikasını stimulyasiya etmək
E) Qastroskopiya
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
656) 3 gün qabaq uşaq 40 mm uzunluğunda mismar udub. Şikayəti yoxdur. Təsviri rentgenoskopiyada mismarın mədədə fiksə olduğu aşkarlanıb. Belə halda hansı daha rasionaldı?
A) Qastrostomiya
B) Barium verib müşahidə etmək
C) Qastroskopiya
D) Bağırsağın motorikasını stimulyasiya etmək
E) Müşahidə
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
657) Uşaq periappendikulyar absess münasibəti ilə cərrahi əməliyyata məruz qalıb. Appendektomiya və irinliyin drenə edilməsi icra edildi. 5 sutka əməliyyat yarasından bağırsaq möhtəviyyatı gəlir. Belə halda hansı məqsədəuyğundur?
A) Yaranı genişləndirib, reviziya etmək
B) Orta laparotomiya və reviziya
C) Konservativ müalicə
D) Laparotomiya, ötürücü anastomoz
E) Laparotomiya və qapalı terminal stoma
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
658) Appendektomiya, absesin drenə edilməsi münasibəti ilə cərrahi əməliyyata məruz qalmış uşağın ileosekal bucağında borulu fistula əmələ gəlmişdir. Hansı cərrahi müdaxilə etmək məqsədəuyğundur?
A) 1,5 il
B) 3 ay
C) 1 il
D) 6 ay
E) Individual baxılmalı
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Dostları ilə paylaş: |