200) Qlükokortikoidlərin istifadəsinə hansı göstərişdir?
A) Presepsis (sepsisin ilkin mərhələsi)
B) Septiki ağırlaşmaların yüksək inkişaf riski
C) Septiki şok və toksiko-allergik reaksiya
D) Septikopiemiya
E) Septisemiya
Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
201) Sepsisin ağır formalarında hiperbarik oksigenasiyanın istifadəsinə hansı əks-göstərişdir?
A) Toksiko-infeksion proseslə əlaqədar ağır metabolik pozğunluqlar
B) Hemoliz və toksin təsirindən inkişaf edən anemiya
C) Terminal vəziyyət
D) Parenximatoz orqanların ağır zədələnmələri
E) Tənəffüs və ürək-damar çatmamazlığı
Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
202) Yeddi yaşlı uşağın baldır nahiyyəsində parlaq qırmızı rəngli, kəskin sərhədli iltihab ocağı vardır, periferiyada dəri ödemli və ağrılıdır, yayılmağa meyillidir. Sizin diaqnoz hansıdır?
A) Fleqmona
B) Furunkul
C) Dərialtı toxumanın absesi
D) Karbunkul
E) Qızıl yel
Ədəbiyyat: Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
Dostları ilə paylaş: |