273) Osteomielitik prosesin tam yekunlaşması hansı müddətə baş verə bilər?
A) 3 il
B) 1 il
C) 1,5-2 il
D) 6 ay
E) 6-8 ay
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Uşaqlarda torakal cərrahiyyə
274) Yenidoğulmuş körpədə perkussiya zamanı döş qəfəsinin sağ yarısı üzərində kütlük, sağda tənəffüsün olmaması, divararalığı orqanlarının tam surətdə sağa keçməsi, bronxoskopiyada sağ baş bronxun olmaması qeyd edilir. Ehtimal edilən diaqnoz hansıdır?
A) Bullalar
B) Ağ ciyərin aplaziyası
C) Ağ ciyərin hipoplaziyası
D) Ağ ciyərin ageneziyası
E) Atelektaz
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
275) Bir aylıq körpədə perkussiya zamanı döş qəfəsinin sağ yarısı üzərində kütlük, sağda tənəffüsün olmaması, divararalığı orqanlarının tam surətdə sağa keçməsi, bronxoskopiyada sağ baş bronxun kor surətdə qurtarması qeyd edilir. Ehtimal edilən diaqnoz hansıdır?
A) Ağ ciyərin ageneziyası
B) Ağ ciyərin aplaziyası
C) Atelektaz
D) Kistoz hipoplaziya
E) Ağ ciyərin hipoplaziyası
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
276) Körpədə perkussiya zamanı döş qəfəsinin sağ yarısı üzərində kütlük, sağda tənəffüsün olmaması, divararalığı orqanlarının tam surətdə sağa keçməsi, bronxoskopiyada pay bronxlarının daralması, R-mda sağda total kölgəlik qeyd edilir. Ehtimal edilən diaqnoz hansıdır?
A) Ağ ciyərin ageneziyası
B) Ağ ciyərin aplaziyası
C) Atelektaz
D) Bronxoektaziya
E) Ağ ciyərin hipoplaziyası
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
277) Təsviri R-mda ağ ciyər toxumasının görünüşü şəkilli olub, bronxoqrammda sağ ağ ciyərin bütün sahəsi boyunca çoxsaylı girdə törəmələr, bronxoskopiyada çoxlu irinli ifrazat qeyd edilir. Ehtimal edilən diaqnoz hansıdır?
A) Kistoz hipoplaziya
B) Bronxoektaziya
C) Ağ ciyərin ageneziyası
D) Ağ ciyərin aplaziyası
E) Ağ ciyərin hipoplaziyası
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
278) Ağır vəziyyətdə olan yenidoğulmuşda solda tənəffüs zəifdir, təngnəfəslik, perkutor sağda qutu səsi, R-mda sağda ağ ciyərin şəffaflığının artması, ciyər şəklinin isə kəskin azalması müəyyən edilir. Sağda aşağı şöbədə üçbucaqşəkilli kölgəlik divararalığının kölgəsinə bitişir. Divararalığı sola doğru yerini dəyişib, sol ağ ciyərin şəffaflığı azalıb. Diaqnoz hansıdır?
A) Ağ ciyərin hipoplaziyası
B) Gərgin pnevmotoraks
C) Ağ ciyərin kistası
D) Ağ ciyərin ageneziyası
E) Lobar emfizema
Ədəbiyyat: Исаков Ю.Ф. Детские хирургические болезни. М., 379 с.
Dostları ilə paylaş: |