Uşaqlarda sadə Rİyazi TƏSƏVVÜRLƏRİn formalaşdirilmasi metodikasinin didaktiK Əsaslari



Yüklə 60,5 Kb.
səhifə3/3
tarix02.01.2022
ölçüsü60,5 Kb.
#44860
1   2   3
muhazire 1

Əsas məqsəd - bağça uşaqlarını gələcək sistematik ümumi təhsilə hazırlamaqla yanaşı, onların hərtərəfli inkişafını təmin etməkdən ibarətdir.

2. Bağça yaşlı uşaqların ilk riyazi hazırlığı, onların məktəbə hazırlanması işinin bir hissəsi olub, sadə riyazi təsəvvürlərin formalaşdırılması məqsədini daşıyır. Bu hazırlıq prosesi uşaq bağçasında aparılan təlim – tərbiyə işinin bütün istiqamətləri ilə əlaqədardır.

Bağça yaşlı uşaqların riyazi hazırlığı vəzifəsini həyata keçirmək üçün:



  1. uşağın fərdi inkişaf xüsusiyyətləri, zehni inkişafı və bacarığı;

  2. biliklərin mənimsənilməsində uşağın yaş xüsusiyytləri və bununla əlaqədar bacarıq və vərdişlər;

  3. uşaq bağçası ilə ibtidai məktəbin I sinfi arasında varislik nəzərə alınmalıdır.

Bağça yaşlı uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılması prosesində təlim-tərbiyə və inkişafetdirici vəzifələr sıx və qarşılıqlı əlaqə şəklində həyata keçirilir.

Bağça yaşlı uşaqların riyazi hazırlığı dedikdə aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:



  1. Bağça yaşlı uşaqlarda elementar riyazi təsəvvürlər sisteminin formalaşdırılması.

  2. Uşağın gələcək riyazi hazırlığı və inkişafı üçün onun riyazi təfəkkürünün tədricən formalaşdırıması.

  3. Uşaqda sensor proseslərin və qabiliyyətin formalaşdırılması.

  4. Uşağın riyazi söz ehtiyatının artırılması və əlaqəli nitqinin təkmilləşdirilməsi.

  5. Uşağın tədris fəaliyyətinin ilk ibtidai formalarının yaradılması.

Bağça yaşlı uşaqlarda formalaşdırılan ilk riyazi təsəvvürlərin məzmununa çoxluq, münasibət, ədəd, kəmiyyət kimi anlayışlar daxildir. Bu anlayışlar haqqında təsəvvürlər ilk növbədə əyanilik əsasında yaradılır. Təlim prosesi sırf əyani induktiv yolla aparılmaqla, miqdar, fəza və zaman haqqında təsəvvürlər tədricən genişləndirilir və dərinləşdirilir. Riyazi təsəvvürlərin formalaşdırılması uşaqların müəyyən ardıcıllıqla müvafiq hərəkətləri ilə ( məs. qoymaq, götürmək, düzmək və s.) əlaqələndirilir.

Elementar riyazi təsəvvürlərin formalaşdırılması prosesi uşağın əyani-hərəki və əyani-obrazlı təfəkkürünün inkişaf səviyyəsinə əsasən qurulur və başlıca məqsəd tədricən mücərrədləşməyə doğru getməkdən ibarətdir. Bunun üçün konkret və empirik yolla əldə edilən biliklərdən ümumiləşməyə doğru getmək lazımdır. Sensor təcrübə nəticəsində formalaşan empirik biliklər bağça uşaqlarının əqli və riyazi inkişafı üçün zəruri şərtdir. Bununla da onun riyazi nitqi, söz ehtiyatı tədricən inkişaf edir. Belə ki, uşaq miqdar münasibətlərini “çoxdur, azdır, o qədərdir, bərabərdir, böyükdür, kiçikdir” və s. sözləri ilə ifadə edir və bilavasitə əşyaları müqayisə etməklə, saymaqla bu sözlərin mənasını dərk edir.

Ayrı-ayrı riyazi terminlərin öyrənilməsi nəticəsində uşağın söz ehtiyatı artır və əlaqəli nitqi inkişaf edir. Beləliklə, riyazi təsəvvürlərin formalaşdırılması zamanı uşağın nitqi sensor və təfəkkür prosesləri ilə əlaqəli surətdə inkişaf edir.

3. Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası ilk növbədə pedaqogika elmi ilə əlaqədardır. Bu fənn pedaqogikanın və didaktikanın hazırladığı, böyüməkdə olan nəslin təlim və əqli tərbiyə vəzifələrinə istinad edir. Buraya təlimin prinsipləri və şəraiti, təlim yolları, məzmunu, vasitələri, təşkili formaları və s. daxildir. Uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılması probleminin tətqiqi və praktik fəaliyyət üçün metodik məsləhətlərin hazırlanması pedaqogika nəzəriyyəsini zənginləşdirir və onu faktik material ilə təmin edir.

Uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası digər xüsusi metodikalarla: nitqin inkişafı metodikası ilə, fiziki tərbiyənin metodikası ilə və s. əlaqədardır.

Uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası bu fənnin nəzəri əsasları ilə də əlaqədardır.

Çünki sadə riyazi təsəvvürlərin formalaşdırılması kursunun nəzəri əsasları:



  1. bağçada uşaqlara verilən biliklərin həcmi və məzmununu;

  2. varislik prinsipinə və uşaqların yaş xüsusiyyətlərinə müvafiq olan təlim metodları və vasitələrini müəyyən etməyə imkan verir.

Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası riyaziyyat təlimi metodikası ilə sıx əlaqədardır və onlar arasında varisliyin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir. Həqiqətən, bağça uşaqlarında riyazi təsəvvürlərin lazımi səviyyədə formalaşdırılmaması ibtidai siniflərdə şagirdlərin riyazi materialı çətin mənimsəmələrinə səbəb olur.

Bağçada riyaziyyat elementlərinin təlimi prosesində uşaqların yaş xüsusiyyətləri və idarak fəaliyyəti inkişafının qanunauyğunluqları nəzərə alınmalıdır. Deməli, elementar riyazi təsəvvürlərin formalaşdırılması metodikası psixologiya elmi ilə əlaqədardır.

Bağçada təlimin səmərəli qurulması və onun effektivliyinin artırılması uşaqların anatomik-fizioloji xüsusiyyətlərinin elmi əsaslar üzərində nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir. Deməli, elementar riyazi təsəvvürlərin formalaşdırılması metodikası insanın anatomiyası və fiziologiyası elmi ilə bağlıdır.

Elementar riyazi təsəvvürlərin formalaşdırılması metodikası nisbətən cavan elmi-pedaqoji fənn olmasına baxmayaraq, xalqımızın əsrlərdən bəri riyaziyyatın ibtidai təlim sahəsində əldə etdiyi nailiyyətlərindən istifadə edir.



Beləliklə, sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası fənninin bağlı olduğu müxtəlif elmlər onun nəzəri bazasını təşkil edir, riyazyyat isə aparıcı rol oynayır.






Yüklə 60,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin