tədqiqat predmeti ictimai tərbiyə şəraitində bağçayaşlı uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılması prosesinin əsas qanunauyğunluqlarını öyrənməkdən ibarətdir.
Bir tədris fənni kimi, sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikasının qarşısında aşağıdakı vəzifələr durur:
Bağça yaşlı uşaqların təliminə müvafiq olan faktik riyazi materialın müəyyən edilməsi.
Seçilmiş materiala uyğun tədris proqramının tərtib edilməsi.
Uşaqlarda miqdar, məkan, zaman və digər riyazi təsəvvürlərin
formalaşdırılmasına aid proqram tələblərinin elmi surətdə əsaslandırılası.
Uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılması üçün effektiv didaktik vəsaitlər, metodlar və priyomların müəyyən edilməsi.
Məktəbəqədər müəssisələr üçün yüksək ixtisaslı pedaqoji kadrların hazırlanması işinin məzmunun müəyyən edilməsi.
Ailə şəraitində bağça yaşlı uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılmasına aid valideynlər üçün elmi əsaslar üzərində metodik göstərişlərin hazırlanması.
Hazırda alim-pedaqoqlar tərəfindən bağça uşaqlarında sadə riyazi təsəvvürlərin formalaşdırılmasına dair elmi və praktik cəhətdən əsaslandırımış metodiki sistem yaradılmışdır.
Bu sistemin əsas elementlərini - işin məqsədi, məzmunu, metodları, vasitələri və formaları təşkil edir. Bu elementlər bir-birilə sıx əlaqədardır. Çünki, təlim və inkişaf dialektik surətdə bir-birilə əlaqədardır. Tarixi zərurət kimi, təlim mövcud inkişaf səviyyəsindən həmişə irəlidə olmalı, onu qabaqlamalıdır. Yəni təlim prosesində uşağın təkcə nəyi bacarmasına, nəyə qadir olmasına deyil, onun valideynlərinin köməyilə daha nələri bacarması perspektivini də nəzərə almaq lazımdır. Beləliklə, təlim inkişafın mənbəyi olmaqla, onu təmin edir və onun yolunu müəyyən edir.
Bağça yaşlı uşaqların riyazi inkişafı dedikdə - elementar riyazi təsəvvürlərin formalaşdırılması prosesində və onlarla bağlı olan məntiqi əməliyyatlar nəticəsində uşaqların idrak fəaliyyətindəki irəliləyiş və dəyişikliklər başa düşülür. Sadə riyazi təsəvvürlərin formalaşdırılması proqram tələbləri əsasında biliklərin verilməsi və mənimsənilməsinin, əqli fəaliyyətin priyom və üsullarının məqsədyönlü və mütəşəkkil prosesi başa düşülür.
Dostları ilə paylaş: |