Uşaqlarınızı peyvənd edin! Sizin uşaqlarınız sağlam böyüməlidirlər!



Yüklə 15.07 Kb.
PDF просмотр
tarix11.01.2017
ölçüsü15.07 Kb.

Poliomielit

Uşaqlarınızı peyvənd edin! 

Sizin uşaqlarınız sağlam böyüməlidirlər!

Buklet  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

26  noyabr  2010-cu  il  tarixli  225  nömrəli  qərarı  ilə  təsdiq 

edilmiş  “2011-2015-ci  illər  üçün  yoluxucu  xəstəliklərin 

immunoprofilaktikasına dair Tədbirlər Proqramı”nın icrası ilə 

bağlı  Səhiyyə  Nazirliyinin  Tədbirlər  Planının  5.2-ci  bəndinə 

uyğun olaraq İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən 

hazırlanmış və çap edilmişdir. 

Bukletin  hazırlanmasında  Ümumdünya  Səhiyyə  Təşkilatının 

məlumatlarından istifadə olunmuşdur. Bukletdə dərc olunan-

lar Səhiyyə Nazirliyinin baş pediatrı ilə razılaşdırılmışdır. 


sinir  sistemini  zədələyə,  əzələlərin  iflicinə  gətirib 

çıxara və ölümlə nəticələnə bilən yoluxucu xəstəlikdir.

İnfeksiya mənbəyi xəstə insan və sağlam 

virus


 daşıyıcısıdır. 

Yoluxma


 fekal-oral (çirkli əllər, yoluxmuş qida, əşyalar, oyuncaqlar, çirkab sular 

və s.) və ya hava-damcı yolu ilə, əsasən ağız boşluğuna virusun düşməsi ilə 

baş verir.

Poliomielitə,  adətən,  15  yaşa  qədər  uşaqlar,  nadir  hallarda  isə  böyüklər  də 

yoluxa bilərlər. 

Ən çox 5 yaşadək uşaqlar xəstələnirlər.

Azərbaycan Avropanın digər ölkələri ilə yanaşı 2002-ci ildən poliomielitdən 

azad  ərazi  sayılır.  Lakin  bütün  dünyada  poliomielit  virusu  ləğv  edilməyənə 

qədər  bu  xəstəliyə  yoluxma  təhlükəsi  qalır.  Bu  təhlükənin  qarşısını  almaq 

məqsədilə uşaqlara diri oral poliomielit vaksini (OPV) ilə 

peyvənd edilməlidir.

 

Peyvənd  nəticəsində  uşaqlarda  poliomielitə  qarşı  immunitet  (xəstəliyə 



tutulmama qabiliyyəti) yaranır. 

POLİOMİELİTİN 



YEGANƏ PROFİLAKTİKA YOLU PEYVƏNDDİR!

A

zərbaycanda poliomielitə qarşı peyvənd bütün uşaqlara Səhiyyə Nazirliyinin 



tibb müəssisələrində dövlət hesabına edilir.

Poliomielitin ilkin əlamətləri yoluxmadan sonra 3-35 gün ərzində müşahidə olunur. 

Xəstəlik, adətən, soyuqdəymə simptomları və hərarətin yüksəlməsi ilə başlayır. 

Bir  qədər  sonra  xəstədə  möhkəm  əzələ  ağrıları  və 

süst  ifliclər

  inkişaf  edir.  Bu 

zaman  ətraflardan  birinin,  yaxud  hər  ikisinin  hərəkət  aktivliyi  itir  və  tənəffüs 

əzələlərinin iflici nəticəsində tənəffüs çətinləşir. Süni tənəffüsün verilməsi üçün 

xüsusi ləvazimatdan istifadə olunmadıqda, xəstəlik ölümlə nəticələnə bilər.

Poliomielitin diaqnozu 

yalnız laborator müayinə nəticəsində qoyulur.

Poliomielit  əleyhinə  xüsusi  müalicə  yoxdur.  Xəstənin  müalicəsi  yalnız  xəstəliyin 

simptomlarının (hərarətin yüksəlməsi, iştahasızlıq, əzginlik, əzələ və baş ağrıları 

və s.) yüngülləşdirilməsindən ibarətdir. 

Poliomielit  keçirmiş  insanların  çoxu  ciddi  iflic  qalıqları  ilə  üzləşir.

  Adekvat  fizio-

terapiya olmadıqda iflicə məruz qalmış əzələlərin funksional aktivliyi bərpa olunmur. 

Əzələ aktivliyinin bərpası orqanizmin fərdi xüsusiyyət və imkanlarından da asılıdır. 

Xəstəlik haqqında 

əlavə məlumat

 almaq üçün sahə həkiminə müraciət edə bilərsiniz.

Peyvənd  zamanı  poliomielitə  qarşı  vaksin  məhlul  şəklində  pipetlə  uşağın  ağız 

boşluğuna 

damızdırılır. 

Azərbaycanda  poliomielitə  qarşı  peyvənd  uşağın  4-7  günlüyündə,  sonra  isə 

2,  3,  4  və  18  aylığında  edilir.  Beləliklə  hər  bir  uşaq  2  yaşınadək  MÜTLƏQ 

həmin vaksinin 5 dozasını almalıdır. Peyvəndin yalnız 

tam kursunu alan uşaq

 

poliomielitdən qorunmuş hesab olunur. 



Diqqət! 

Hindistan,  Pakistan,  Əfqanıstan  və  Nigeriyaya,  həmçinin  poliomielit 

virusunun  yayıldığı  istənilən  digər  ölkəyə  səyahət  etməzdən  əvvəl  poliomielitə 

qarşı peyvənd etdirmək tövsiyə olunur. 

Xəstəliyə  yoluxma  riskləri  haqqında  daha  ətraflı  məlumatı,  eləcə  də  kəskin  po-

liomielit  virusunun  dünyada  yayılması  vəziyyəti  haqqında 

son  məlumatları

 

Ümumdünya Səhiyyə Təşkilatının saytından aşağıdakı ünvanlarda əldə etmək olar:



http://www.euro.who.int/en/what-we-do/health-topics/communicable-diseases/poliomyelitis

http://www.polioeradication.org

Poliomielit




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə