Uşaqlıqda bir bahar səhəri biz üzümüzə çilənən sərin sudan diksinərək gözümüzü açıb, əlində



Yüklə 185.98 Kb.
Pdf просмотр
tarix29.05.2017
ölçüsü185.98 Kb.

BAHAR DUYĞULARI

 

 



Uşaqlıqda bir bahar səhəri biz üzümüzə çilənən sərin sudan diksinərək gözümüzü açıb, əlində 

balaca gümüş lüləyən tutmuş atamızı başımız üzərində dayanmış gördük. Kişi gülümsəyərək: 

- Bu səhər, - dedi, - ilk bahardandır. Bayramdır. 

Biz də sevinə-sevinə qalxıb təzə paltarımızı geyinərək aşağıya - bağçaya qaçdıq. İndi bu sətirləri 

yazarkən, qəribə bir aydınlıqla xatırladığım o yaz səhəri bir nağıla bənzəyirdi. Alça ağaclarının 

ağ çiçəkləri, qızılgül kolları dibində təzə açılmış bənövşələrin üzərindəki şeh damcıları günəş 

işığında parlayırdı. Kiçik quşların səs-küyü aləmi başına götürmüşdü. Ərik ağaclarının çəhrayı 

çiçəkləri sanki yuxudan yenicə ayılırdı. Yarpız və yoncaların arasından incə şırıltı ilə axan balaca 

arxın almaz kimi şəffaf suyu gömgöy səmanı gülümsəyərək əks etdirirdi. 

Nahardan sonra biz Quruçayla Köndələnçay arasında ucalan «Qara köpək» təpəsinə qaçardıq. 

İndi altından neçə min il bundan qabaqkı Azərbaycan mədəniyyətinin qalıqları çıxarılan «Qara 

köpək» təpəsi təzə-təzə qalxan bahar otları, ağ danaqıran, sarı qatırdırnağı çiçəkləri ilə örtülü 

olardı. Biz təpənin zirvəsinə dırmaşaraq, oradan uzaqlara baxardıq. Əsli Cənubi Azərbaycandan 

olan uşaqlıq dostum Əmin ağ bir şərid kimi görünən Arazdan xeyli o yanda, uzaqlarda - ağ 

buludlar altında bir əfsanə, bir xəyalmış kimi Savalanı, mən isə, qərb tərəfdə yaşıl meşələr içində 

nəhəg bir məbəd kimi qalxan Ziyarət dağını tərifləyərdik... Nə mən Savalanı görmüşdüm, nə də 

Əmin Ziyarəti... 

Bizim o tərəf-bu tərəfımizdən axan daşmış çaylar isə bahar gurultusu ilə gedib Araza, 

babalarımızın qürurla adlandırdıqları Xan Araza tökülürdü. 

İndi o günləri xatırladıqca, bir an mənə elə gəlir ki, Azərbaycan xalqı Bahar bayramı ilə bir 

yaranmışdır. Elə bil ki, bu gözəl bayramla bizim nəcib xalqımızın qəlbi arasında nə isə bir 

yaxınlıq, bir ünsiyyət vardır. Elə bil ki, bizim musiqimiz, şerimiz də bu Bahar bayramı ilə 

ekizdir. Ele bil ki, bu Bahar bayramı elin ölməz mahnıları ilə birlikdə gəlir. 

Bizitn igidlərin at çapıb tüfəng tutmaq kimi qəhrəmanlıq ənənələri bu Bahar bayramının zinəti 

olmuşdur. Bu bayram həmişə həqiqi insan

 

səmimiliyinin rəmzi olmuşdur. Bu bayramda 



qardaşlıq, dostluq duz-çörəyi kəsilmişdir. Bu bayram nəcib hisslərin, xeyirxah diləklərin 

təntənəsidir. İllər, əsrlər dolanıb keçir. Yeni-yeni nəsillər gəlib gedir, lakin xalqın gözəl adətləri, 

gözəl ənənələri daim yaşayır. Onları xalq özü yaşadır. Onların himayədarı xalqın təmiz, nəcib 

hissləridir. 

Bahar bayramı, eyni zamanda, elm və mədəniyyətimizin, istedadımızın təntənəsidir. Azərbaycan 

xalqı nəcib olduğu qədər də istedadlıdır, cəsurdur, mərddir. İndi bu əziz bayram günündə bir an 

qayıdıb geriyə baxdıqda, xalqımızın çətin yolları necə qəhrəmanlıqla, necə dözümlülüklə 

keçdiyi, necə yüksək zirvələrə qalxdığı insanlıq qürurumuzu artırır, biz öz şərəfimizlə fəxr edirik 

və bu böyük hiss bizim bayramımızın gözəlliyinin mənasını artırır. Sanki Nizaminin, Füzulinin, 

M.F.Axundovun, Üzeyir bəyin, Mirzə Cəlilin dühası geri qayıdaraq yeni sənət abidəiəri yaradır. 

Sanki Tusi yenidən dünyaya gələrək Dədəgünəşdən ulduzlara baxır. Sanki vaxtilə Mil düzünə su 

çəkdirib, camaatın əlini çörəyə çatdırmaq istəyən, zərif şerlər yazan xan qızı Natəvan indi həmin 

Mil düzündə əmələ gəlmiş bağlara-bağçalara, yeni salınmış şəhərlərə baxıb sevinir. 

Xalqların dostluğu, qardaşlığı şəraitində Azərbaycan xalqı hər il yeni-yeni nailiyyətlərə çatır. 

Daim tərəqqi etmək, daim irəliləmək xalqımızın əsas devizidir. Onun inkişafındakı gözəllik, 

səmimiyyət, xeyirxahlıq bizim bayram süfrəmizin bərəkətidir. Bizdə olan xalqlar sevgisinin 

aynasıdır. 

Bu Bahar bayramında Azərbaycan torpağı dünyanın ən nadir çiçəkləri ilə bəzəndiyi kimi, onun 

çörəyi, suyu ilə yetişən insanlar da ən təmiz, ən saf hisslərlə fərəhlənirlər. Evlərdə qoyulan 

səməni xeyir-bərəkətin, halal əməyin bir timsalı kimi goyərib qalxır. 

Bizim bayramımız xalq yaradıcılığının bir nümayişidir, gözəlliyidir. Çöllərdə bənövşələr, 

nərgizlər bitir, könüllərdə ləyaqətli arzular, Nizaminin, Füzulinin mirasına layiq hisslər baş 

qaldırır. Heç bir işğal, heç bir zülm xalqın nəcib ənənələrini korlaya bilməmişdir. Xalqın gözəl 

sifətləri ölməzdir. 



Bahar bayramı zəhmətkeş insanın bayramıdır, halal əməyin bayramıdır, mərd və cəsur insanın 

bayramıdır. 

Bu Bahar bayramı dünyanın ən zəngin, ən səfalı guşələrindən olan respublikamızın, onun nəhəng 

fabrik-zavodlarının, böyük elm, mədəniyyət ocaqlarının, son texnika ilə təchiz olunmuş 

tarlalarının bayramıdır. Qoy hər Bahar bayramı vətənimizə, elimizə, xalqımıza yeni sevinc, yeni 

yaradıcılıq nailiyyətləri gətirsin! 



«Bakı» qəzeti, 20 mart 1968-ci il

                    

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 





Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə