34
KONSİLİUM
07/2010
konsilium
M
üxtəlif müəlliflərin
məlumatlarına əsasən, ilkin
revmokardit keçirmiş xəstələrin
20-25%-də qapaq aparatının zədələnməsilə
əlaqədar olaraq ürək qüsuru formalaşır.
Lakin son zamanlar ürək-damar sistemi
xəstəliklərinin ətraflı öyrənilməsi nəticəsində
məlum olmuşdur ki, müxtəlif koronar
patologiyalar zamanı yuxarıda qeyd olunan
dəyişikliklərdən əvvəl ürək boşluqlarının
və divarların həndəsi quruluşu dəyişilir. Bu
proses «remodelləşmə» adlanır.
Klinik praktikaya «sol mədəcik
remodelləşməsi» anlayışının daxil olması
ürək çatışmazlığının inkişaf mexanizmi
haqqında təsəvvürləri genişləndirməklə
yanaşı, onun müalicəsinə yeni yanaşma
tərzinin seçilməsində vacib rol oynayır.
Məlum olmuşdur ki, müxtəlif patologiyalar
zamanı ürəyin remodelləşməsinə
hemodinamik amillərlə yanaşı, renin-
angiotenzin, simpatiko-adrenal
sistemlər və bir çox hormonlar təsir
göstərir. Bu baxımdan kəskin revmatik
qızdırma zamanı (KRQ) yalnız qan
dövranı çatışmazlığının hemodinamik
təzahürlərinə deyil, həmçinin onun
patogenezinin neyrohumoral aspektlərinə
təsir edən angiotenzinçevirici fermentlərin
inhibitorları (AÇFİ) və oynaqlarda
poliartrit əlamətlərini aradan götürən
xondroprotektor tərkibli preparatların
təyini də xüsusi əhəmiyyət kəsb edir.
AÇFİ-nin bir çox xəstəliklər zamanı
effektivliyi təkcə renin-angiotenzin-
aldosteron sistemini (RAAS) blokadaya
alması ilə əlaqəli deyil. Onlar kallikrein-
kinin sistemini fəallaşdıraraq toxumalarda
azot oksidinin və prostosiklinin sintezini
artırır ki, bu da AÇFİ-lərin orqanqoruyucu
effektlərini təyin edir. Bu preparatlar arterial
və venoz vazodilatasiya yaratmaqla ürəyin
üzərinə düşən və ürəkdən çıxan yükü
azaldaraq sol mədəcik (SM) miokardının
hipertrofiyasını geriyə inkişaf etdirir və
dilatasiyasının qarşısını alır, ürəkdə regionar
qan dövranını yaxşılaşdırır.
Müxtəlif kardioloji xəstəliklər
zamanı SM remodelləşməsinə və onun
funksional vəziyyətinə AÇFİ-nin bir çox
nümayəndələrinin effektli təsirinə həsr
olunmuş elmi-tədqiqat işləri mövcuddur.
Nəşr olunan xarici və yerli elmi məqalələr
arasında kəskin revmatik qızdırma (KRQ)
keçirmiş xəstələrdə ürəyin morfofunksional
vəziyyətinə AÇFİ-nin təsiri barədə tədqiqat
işlərinə rast gəlinmir. Revmatik qızdırma
nəticəsində formalaşan ürək qüsurlarının
hələ də müasir səhiyyənin və tibb elminin
nəzəri və praktiki problemlərindən biri
sayıldığını nəzərə alsaq, KRQ zamanı ürək-
damar sistemində gedən remodelləşmə
prosesinə AÇFİ-nin təsiri aktual hesab
oluna bilər. Belə ki, revmokardit zamanı
ürək çatışmazlığına ağır valvulit və
onun nəticəsində formalaşan ürəkdaxili
hemodinamika pozulmaları səbəb olur ki,
bunun da qarşısının vaxtında alınmaması
ciddi proqnozla nəticələnə bilər.
Problemin aktuallığını nəzərə alaraq,
KRQ keçirmiş xəstələr arasında sol mədəcik
miokardının yığılma qabiliyyətinə və
SM-in struktur-funksional vəziyyətinə
AÇFİ qrupundan olan preparatların təsiri
öyrənilmişdir. Müayinəyə 25 nəfər KRQ
keçirmiş, II dərəcə mitral çatışmazlığı olan
16-18 yaşlı yeniyetmələr cəlb olunmuşdur.
Nəzarət qrupunun nəticələri həmin yaş
qrupundan olan 20 nəfər praktiki sağlam
yeniyetmənin məlumatları əsasında təşkil
olunub. Xəstələr 2 qrupa bölünmüşdür: 12
nəfər ümumi antirevmatik müalicə qəbul
etmiş, digər 13 nəfər xəstənin müalicəsinə
isə AÇFİ-qrupundan olan preparat əlavə
olunmuşdur. Xəstələr müalicədən əvvəl
və müalicədən 1 il sonrakı müddətdə
müayinə olunmuşlar.
Xəstələrə ümumi klinik, laborator-
instrumental müayinələrlə yanaşı standart
EKQ və ExoKQ (M- və B-rejimli)
tətbiq edilmişdir. ExoKQ-də aşağıdakı
parametrlər təyin edilmişdir: SM-in bədən
səthinə indeksləşdirilmiş son diastolik
və sistolik ölçüsü (SMDÖİ, SMSÖİ),
L.Teichholz düsturu ilə hesablanmış
SM-in son sistolik və diastolik həcminin
bədən səthinə indeksləşdirilmiş göstəricisi
(SMSHİ, SMDHİ), miokard liflərinin
sirkulyar qısalma sürəti (Vsf), SMAD-
nin orta yığılma sürəti (Vor), SMAD-
nin orta normallaşmış yığılma sürəti
(nVor), SMAD-nin sistolik qalınlaşma
dərəcəsi (SQDsmad), SMAD miokardının
KəsKİn revmatİK qızdırma
keçirmiş xəstələrin müalicəsinə yeni yanaşmalar