694) Furunkulların və karbunkulların kompleks müalicəsinə daxildir?
A) Antibakterial terapiya
B) Manual terapiya
C) Şuanın verilməsi
D) Sedativ terapiya
E) Hipotenziv terapiya
Ədəbiyyat: Тимофеев А.А. «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» 2002
Bölmə 5 Ümümi stomatologiya
695) Sistem hipoplaziyası zamanı hansı dişlər zədələnir?
A) Daimi-frontal dişlər
B) Müvəqqəti və daimi
C) Müvəqqəti
D) Daimi
E) Daimi-çeynəmə dişləri
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
696) Daimi dişlərin sistem hipoplaziyası nəyin nəticəsində baş verir?
A) İçməli suyun tərkibində mikroelementlərin olmamasının
B) İçməli suyun tərkibində ftorun miqdarının az olmasının
C) Hamiləlik dövründə ananın keçirdiyi xəstəliklərin
D) Anadan olduqdan sonra uşağın keçirdiyi xəstəliklərin
E) Genetik faktorların
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
697) Hetçinson, Furnye və Pflyüger dişləri hansı xəstəliyin növləridir?
A) Sistem hipoplaziyanın
B) Endemik flüorozun
C) Yerli hipoplaziyanın
D) Endemik zobun
E) İçməli suyun tərkibində mikroelementlərin olmamasının
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
698) Hetçinson, Furnye və Pflyüger dişlərində patoloji proses hansı nahiyyəni əhatə edir?
A) Sementi
B) Mina və dentini
C) Sementi və dentini
D) Minanı
E) Dentini
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
699) Hansı yaşda uşaqlarda tetrasiklin cərgəsindən olan preparatlar təyin etmək məsləhət deyil?
A) 1 yaşdan-2 yaşadək
B) 1 yaşdan-6 yaşadək
C) 6 aydan-1 yaşadək
D) 6 aydan-12 yaşadək
E) 6 yaşdan-12 yaşadək
Ədəbiyyat: Боровский В.А.,Терапевтическая стоматология, 2004
Dostları ilə paylaş: |