567) Xoşxassəli ağız suyu vəzilərinin şişlərinin kliniki şəkli nə ilə xarakterizə olunur?
A) Ağrı ilə, vəzin kiçilməsi ilə, hipersalivasiya ilə
B) Olbrayt sindromu ilə
C) Vəzinin cüzi bərkiməsi ilə
D) Ağrı ilə, vəzin böyüməsi ilə, hiposalivasiya ilə
E) Vəzidə ağrısız düyünlə, ətraf toxumlarla lehimlənməmiş (birləşməmiş)
Ədəbiyyat: Робустова Т.Г. «Хирургическая стоматология» 1998. с.421
568) Bədxassəli ağız suyu vəzilərinin şişlərinin kliniki şəkli nə ilə xarakterizə olunur?
A) Olbrayt sindromu ilə
B) Vəzidə məhdud hərəkətli zəif ağrılı düyünlə
C) Ağrı ilə, vəzin kiçilməsi ilə
D) Vəzinin cüzi bərkiməsi ilə
E) Ağrı ilə, vəzin böyüməsi ilə, hipersalivasiya ilə
Ədəbiyyat: Робустова Т.Г. «Хирургическая стоматология» 1998. с.422
569) Göz-altı nahiyyəsinin yuxarı sərhəddinə hansı hissə aiddir?
A) Almacıq sümüyü
B) Armudvari dəliyin kənarı
C) Gicgah-çənə tikişi
D) Göz yuvasının aşağı sərhədi
E) Yuxarı çənənin alveolyar çıxıntısı
Ədəbiyyat: Тимофеев А.А. «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» 2002.
570) Göz-altı nahiyyəsinin medial sərhəddinə hansı hissə aiddir?
A) Gicgah-çənə tikişi
B) Göz yuvasının aşağı sərhəddi
C) Almacıq sümüyü
D) Yuxarı çənənin alveolyar çıxıntısı
E) Armudvari dəliyin kənarı
Ədəbiyyat: Тимофеев А.А. «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» 2002.
571) Çeynəmə əzələnin sərhədləri?
A) Kəllənin gicgah çuxurun bütün sahəni tutur, vətər yaradır, hansı ki almacıq qövsünün altına girir və alt çənənin gicgah çıxıntısına birləşir
B) Başlayır üst çənənin palatinal çıxıntısından və yanaq əzələsinə birləşir
C) Başlayır pazşəkilli sümüyün böyük qanadın alt səthindən və onun pazşəkilli çıxıntından, kondilus çıxıntısının boyuncuğuna, kisəyə və çənə - gicgah oynağının lövhəsinə birləşir
D) Başlayır almacıq sümüyün alt qırağından və almacıq qövsündən, alt çənə şaxəsinin xarici səthinə birləşir
E) Qanadabənzər çuxurda başlayır və alt çənə şaxəsinin daxili səthinə birləşir
Ədəbiyyat: Тимофеев А.А. «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» 2002
Dostları ilə paylaş: |