V. S. Səlimov 1, M. R. Qurbanov



Yüklə 320.7 Kb.
Pdf просмотр
səhifə1/3
tarix26.07.2017
ölçüsü320.7 Kb.
  1   2   3

АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 71, №1, səh. 52-65 (2016)

 

52 



Azərbaycanda Yerli Üzüm Populyasiyalarının Polimorfizm Xüsusiyyətləri 

 

V.S. Səlimov

1*

, M.R. Qurbanov



 

1

Aərbaycan Respublikası KTN Üzümçülük və Şərabçılıq ET İnstitutu, Mehdiabad qəsəbəsi, Abşeron AZ0118, 

Azərbaycan; * E-mail:

 

vugar_salimov@yahoo.com 



2

AMEA Mərkəzi Nəbatat bağı, Badamdar şossesi, 40, Bakı AZ1004, Azərbaycan;  

 

Məqalədə 1998-2015-ci illərdə respublikanın müxtəlif üzümçülük bölgələrinə təşkil edilən elmi ekspe-

disiyalar və tədqiqatlar nəticəsində ilk dəfə olaraq aşkar olunmuş, o cümlədən Üzümçülük və Şərab-

çılıq ET İnstitutunun ampeloqrafik kolleksiya bağında əkilib-becərilən yerli üzüm sortlarının polimor-

fizm və dəyişkənlik xüsusiyyətlərinin nəticələrindən bəhs edilir. Tədqiqatlar zamanı aydınlaşdırılmış-

dır  ki,  respublikanın  üzüm  genofondu  zəngin  sortmüxtəlifliyi  və  polimorfizmi  ilə  seçilir.  Yeni  aşkar 

olunmuş 45 yerli üzüm sortunun ilk dəfə olaraq morfoloji əlamətləri, bioloji və təsərrüfat-texnoloji xü-

susiyyətləri öyrənilmiş, təsnifat xüsusiyyətləri və coğrafi fonu dəqiqləşdirilmiş, beynəlxalq ampelodes-

kriptorlar  (66  deskriptor)  əsasında  həmin  sortların  rəqəmsal  təsvirləri  həyata  keçirilmiş,  deskriptor 

göstəricilərinin  klasterləşdirilməsi  əsasında  onların  irsi  xüsusiyyətlərinin  müxtəlifliyi  qiymətləndiril-

mişdir.  Klaster  analizdən  məlum  olur  ki,  üzüm  sortları  aqrobioloji  və  təsərrüfat-texnoloji  xüsusiy-

yətlərinə görə daha çox polimorfizmə malikdirlər. İlk dəfə olaraq Azərbaycanın 42 yerli üzüm sortu-

nun  mikrosatellit  (10  SSR  marker:VrZag62;  VrZag79;  VVMD5;  VVMD7;  VVMD27;  VVMD28; 

VVMD21; VVMD24; VVMD25; VVS2) praymeri əsasında müxtəlif mənşəli (Qərbi Avropa, Moldova, 

Qafqaz) üzüm sortları ilə müqayisəli malekulyar tədqiqi zamanı alınan göstəricilərin genetik məsafə, 

genetik  struktur,  klaster  analizi  üsulları  ilə  müəyyən  edilmişdir  ki,  yerli  üzüm  sortlarımız  daha  çox 

genetik müxtəlifliyə malikdirlər və genetik mənşəcə ayrıca böyük bir qrupu (94%) təşkil edirlər. 

 

Açar sözlərÜzüm,  populyasiya, variasiya, sort, klon,  salxım, gilə, ampeloqrafiya, biomorfologiya 

 

 

GİRİŞ 

 

Azərbaycan üzüm bitkisinin yaranma və forma-



laşma  mərkəzlərindən  biri  olub,  qədim  üzümçülük 

və  şərabçılıq  diyarıdır.  Üzüm  (Vitis  L.)  Azərbaycan 

florasının  geniş  yayılmış,  zəngin  formamüxtəlifliyə 

malik  olan  bitkilərindən  biridir.  Azərbaycan  xalqı 

üzümçülük və şərabçılıqla bağlı qədim, zəngin əkin-

çilik və emal mədəniyyətinə malikdir. Xalqımız tari-

xən  üzümçülük  və  şərabçılıqla  kor-koranə  deyil, 

məqsədyönlü şəkildə məşğul olmuş  və xalq seleksi-

yası yolu ilə Azərbaycan aqrobiomüxtəlif-liyinə yüz-

lərlə müxtəlif irsi xüsusiyyətlərə malik qiymətli abo-

rigen üzüm sortları bəxş etmiş, müxtəlif qida və sə-

naye  məhsulları (mürəbbə, riçal, doşab, sirkə, abqo-

ra, sucuq, kişmiş, mövüc, turşaşirin, şirə, şərbət, şə-

rablar,  spirt  və  s.)  əldə  etmək,  xalq  təsərrüfatının 

müxtəlif  sahələrini  inkişaf  etdirmək  məqsədilə  üzü-

mü geniş surətdə əkib-becərmişdir (Məmmədov, Sü-

leymanov,  1978;  Pənahov,  Səlimov,  2012;  Amanov 

et al., 2012).  

Azərbaycanın üzüm genotipləri geniş polimor-

fizmi  ilə  səciyyələnir,  onların  populyasiyası  müx-

təlif  biotip,  klon,  forma,  variasiyalardan  formalaş-

maqla  qiymətli  təsərrüfat  və  seleksiya  əhəmiyyətli 

əlamətlərin irsi daşıyıcılarıdırlar. Ona görə də geno-

fondda  mövcud  olan  hər  bir  üzüm  genotipi  aşkar 

edilib toplanmalı, etibarlı mühafizə və səmərəli isti-

fadə olunaraq gələcək nəsillərə çatdırılmalı, onların 

potensial  imkanlarının  maksimum  reallaşdırılması 

yolu ilə üzümçülük və şərabçılıq məhsullarına olan 

tələbatın  təmin  edilməsinə  və  bu  sahənin  davamlı 

inkişafına nail olunmalıdır. 

Bioloji müxtəlifliyin önəmli tərkib hissəsi olan 

bitki genetik ehtiyatları, o cümlədən üzüm genofon-

du, təkcə bu günün tələblərinin ödənilməsi üçün de-

yil, həmçinin bir sıra növ, sort və formalar gələcək-

də  seleksiya,  biotexnologiya  və  gen  mühəndisliyi 

baxımından mühüm əhəmiyyət kəsb edən əlamətlə-

rin donoru ola bilər (Səlimov, 2009; Əkpərov və b., 

2010). 


Qeyd  edək  ki,  üzümün  genetik  ehtiyatlarının 

toplanması,  davamlı  istifadəsi,  donor  genotiplərin 

müəyyənləşdirilərək  məqsədyönlü  seleksiya  pro-q-

ramlarına  cəlb  edilməsi,  biotik  və  abiotik  amillərə 

davamlı, yüksəkməhsuldar və yüksəkkeyfiyyətli yeni 

sortların  yaradılması,  genofondun  təsərrüfat  və  se-

leksiya  əhəmiyyətli  nümunələrlə  zənginləşdirilməsi, 

populyasiyaların  mənşə,  variasiya  və  polimorfizm 

xüsusiyyətlərinin  öyrənilməsi,  müxtəlif  səbəblərdən 

(antropogen, ekoloji, genetik və s.) irsi xüsusiyyətləri 

pisləşmiş qiymətli sortların klon seleksiyası ilə yax-

şılaşdırılması,  hibrid  populyasiyaların  və  hibrid  nə-

sillərin  irsiyyət  və  dəyişkənlik  qanunauyğunluqları-

nın  öyrənilməsi,  əkin  materialının  tədarük  xüsusiy-

yətlərinin  tədqiqi  və  tingçiliyin  təşkili,  sort  və  for-

maların beynəlxalq Vitis katoloqunun və OİV-in tə-

ləblərinə  uyğun  ampelodeskriptor  göstəricilərininin 


Azərbaycanda Yerli Üzüm Populyasiyalarının 

53 


rəqəmsal  tərtib  edərək  məlumat  bazasının  yaradıl-

ması, perspektiv sortların istehsalatda istifadəsi məq-

sədilə  elmi  və  əməli  təkliflərin  hazırlanması  və  s. 

üzümçülükdə mühüm məsələlərdir. 

Lakin belə vacib məsələlərin həllinə indiyə ki-

mi kifayət qədər diqqət yetirilmədiyindən hal-hazır-

da  onların  ətraflı  tədqiqinə  zərurət  yaranmışdır  ki, 

bu da müasir elmin qarşısında mühüm problem ki-

mi durmaqla xüsusi aktuallığa malikdir. 

Bunu  nəzərə  alaraq  1998-2015-ci  illər  ərzində 

Azərbaycanda  üzüm  bitkisi  genofondunun  toplanı-

lması,  ampeloqrafik,  molekulyar-genetik,  fitosani-

tar və s. xüsusiyyətlərinin öyrənilməsi, müxtəlifliyi-

nin qiymətləndirilməsi, seleksiyada istifadəsinə dair 

geniş  elmi-tədqiqat  işləri  aparılmışdır  (Səlimov, 

2009,  2011;Салимов,  2011;    Səlimov,  Qurbanov, 

2012;  Amanov  et  al.,  2012;  Salimov  et  al.,  2012, 

2015;  Pipia  et  al,  2012;  Maghradze  et  al.,  2015; 

Maul et al., 2015; Lorenzis et al., 2015; Salimov et 

al., 2015). 

 

 

MATERİAL VƏ METODLAR 

 

Tədqiqat işinin materialını AzRKTN-nin Üzüm-

çülük  və  Şərabçılıq  ET  İnstitutunun  ampeloqrafik 

kolleksiya  bağında  əkilib-becərilən,  respublikamı-

zın müxtəlif bölgələrindən ekspedisiya yolu ilə yeni 

aşkarlanmış 59 aborigen, 23 variasiya, 31 klon for-

malarından ibarət tənəklər təşkil etmişdir. 

Yeni  aşkar  olunmuş  üzüm  sortları  OİV-nin 

(Beynəlxalq Üzüm və Şərab Təşkilatı) üzüm geno-

tiplərinin əlamət və xüsusiyyətlərinin öyrənilməsin-

də təklif etdiyi ampelodeskriptorlardan istifadə edi-

lərək  tədqiq  edilmiş  və  rəqəmsal  təsvir  edilmişdir 

(Codes  des  caracteres  descriptifs  des  varietes  et 

especes de Vitis., 2001, Трошин  и др. 2013; Səli-

mov, 2014). Üzüm sortlarının müxtəlif ampelodes-

kriptor  əlamətləri  üzrə  qruplaşdırılaraq  hazırlanmış 

dendroqramaları klaster PAST (Hammer O., Harper 

D.,  Ryan  P.  Palaeontological  Statistics  software 

package for education and data analysis // Palaeon-

tologia Electronica 4(1): 9 pp.) proqram təminatının 

2007-ci il versiyasında Ward metodu ilə qurulmuş-

dur. 

Populyasiyaların  klon  müxtəlifliyinin  öyrənil-



məsində ənənəvi və müasir üsullardan istifadə edil-

mişdir (Трошин, Чипраков, 1981; Солдатов, 1984; 

Трошин,  2001;  Трошин,  Звягин  2005;  Səlimov, 

2008; Васылык, 2008Подваленко, 2009; Qurba-

nov, Səlimov, 2010; Борисенко и др., 2015) 

Üzüm  sortlarının  populyasiyasındakı  bitkilər 

arasından  klon  müxtəlifliyinin  seçilməsi  məqsədilə 

genotipik,  yaxud  variasiya  dəyişkənliyinin  tədqiqi 

O.B.Masyukovaya  (Масюкова,  1973)  görə  həyata 

keçirilmişdir.  

Yerli  üzüm  sorlarının  genotipinin  genetik  müx-

təlifliyi  10  SSR  markerlər  praymeri  (VrZag62; 

VrZag79; VVMD5; VVMD7; VVMD27; VVMD28; 

VVMD21;  VVMD24;  VVMD25;  VVS2)    əsasında 

öyrənilmişdir (Laucou et al., 201;  Emanuelli, 2013). 

Müxtəlif rüşeym plazmalarının genetik müxtəlifliyi-

ni ardıcıl qiymətləndirmək məqsədilə müxtəlif allel-

lərin  sayını  (Na),  allellərin  effektiv  sayını  (Ne)  və 

hər rüşeym plazması üçün müşahidə olunan (Ho) və 

gözlənilən  (He)  heteroziqotluğu  müəyyən  etmək 

üçün  SSR  markerlərindən  istifadə  edilmişdir.  Bu 

işlər GenAlEx 6.5 proqram təminatı ilə yerinə yeti-

rilmişdir (Peakall, Smouse 2006). 

Alınmış təcrübi materialların riyazi-statistik he-

sablanması və təcrübələrin dəqiqliyi qeyri parametrik 

(x



2

-meyarı,  Uilkokson-Manna-Uitni  meyarı)  və  pa-

rametrik (Styudentin t-meyarı) üsullarla yoxlanılmış-

dır (Рокицкий, 1973; Гублер, Генкин, 1973). 

 

 

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

 

Genetik  dəyişkənlik  orqanizmlərin  ətraf  mühit 



dəyişkənliklərinə  uyğunlaşmasını  təmin  etməklə  tə-

kamül  üçün  labüd  zəmindir.  Canlı  orqanizmlərin 

çoxşəkilliyində  və  ayrı-ayrı  populyasiyaların  xüsu-

siyyətlərində təzahür edən genetik polimorfizm uzun 

sürən  prosesin  nəticəsidir  (Quliyev,  1993;  Salayeva 

və b., 2010; Məmmədov, 2015).  

Uzun sürən təkamül və mədəniləşdirlmə prose-

sində  üzümün  ayrı-ayrı  orqanlarında  (yarpq,  çiçək, 

salxım,  gilə,  toxum  və  s.) bir sıra  morfoloji  dəyiş-

kənliklər  müşahidə edilir. Üzümdə fonotipik və ge-

notipik  əlamətlərin  dəyişkənlik  xüsusiyyətlərindən, 

onların irsi təbiətindən, morfoloji, bioloji və texno-

loji  xüsusiyyətlərdə  baş  verən  polimorfizmin  həd-

dindən və s. amillərdən asılı olaraq populyasiyada-

xili  müxtəlifliklər  variasiya,  biotip,  morfotip,  klon 

şəklində büruzə verir. Ona görə də tədqiqat illərində 

qarşıya qoyulan məqsədlərdən biri də yerli üzüm po-

pulyasiyalarının müxtəlifliyinin müxtəlif taksonomik 

səviyyələrdə  (variasiya,  biotip,  morfotip,  sortmüxtə-

lifliyi, klon) araşdırılması və  onların müxtəlifliyinin 

öyrənilməsi olmuşdur. 

Əksər aborigen üzüm sortlarının uzun illər be-

cərilməsi nəticəsində baş verən mutasiya dəyişkən-

likləri, onların populyasiyalarında çoxlu sayda sort-

daxili  dəyişkənliklərin  və  variasiyaların  meydana 

çıxmasına səbəb olmuşdur. 

Müəyyən bir mikroarealda bitən, irsiyyətcə ey-

ni  (mənşəcə  bir-birinə  yaxın)  genotipə  malik  olan, 

fenotipik cəhətdən oxşar (olan morfoloji, bioloji və 

təsərrüfat  əlamətlərinə  görə  bir-birinə  oxşar)  orqa-

nizmlər qrupu biotip hesab edilir. Bir sıra müəlliflər 

hesab  edirlər  ki,  biotip  morfoloji  baxımdan  oxşar 

klonların  cəmidir  və  buna  görə  də  sortla  klon  ara-

sında  aralıq  taksonomik  vahid  kimi  qəbul  edilə  



Səlimov və Qurbanov

 

54 



bilər. Bir sorta daxil olan biotiplər əsasən bioloji və 

texnoloji xüsusiyyətləri (vegetasiya müddətləri, da-

vamlılıq, boyatma, bar elemetləri, uvaloji göstərici-

ləri  və  s.  xüsusiyyətləri),  bəzən  də  morfoloji  əla-

mətlərinə  (salxımın  ölçüsü,  salxımda  gilənin  sayı, 

gilənin ölçüsü,  bir gilənin kütləsi və s.) görə fərqlə-

nirlər  (Quliyev,  1993;  Səlimov,  2011,  2014;  Бо-

рисенко и др., 2015 ) 

Çoxillik  tədqiqatlardan  məlum  olmuşdur  ki, 

Azərbaycanın üzüm genofondu çox zəngindir, onun  

formamüxtəlifliyi  çoxdur,  əlamət  və  göstəriciləri 

üzrə polimorfizmi yüksəkdir. Son araşdırmalara gö-

rə  respublikamızda  550-ə  yaxın  üzüm  sortu  əkilib-

becərilib  ki,  onların  da  370-ə  qədərini  yerli  üzüm 

sortları  təşkil  edir  (Səlimov,  2009;  Səlimov,  Qur-

banov, 2011; Pənahov, Səlimov, 2012). 

Tədqiqat  illərində  respublikamızın  müxtəlif 

üzümçülük  bölgələrinə  təşkil  edilmiş  elmi  ekspe-

disiyalar  və  ampeloqrafik  araşdırmalar  nəticəsində 

59  yerli  ənənəvi  sort  aşkar  olunaraq  (onlardan  45-

nin ampeloqrafik xüsusiyyətləri ilk dəfə olaraq təs-

vir  edilmişdir)  kolleksiyaya  daxil  edilib,  onların 

biomorfoloji, təsərrüfat-texnoloji xüsusiyyətləri öy-

rənilərək  66  ampelodeskriptor    əsasında  ilk  dəfə 

olaraq  rəqəmsal  təsvir  edilmişdir.  Müəyyən  edil-

mişdir ki, üzüm sortları morfoloji əlamətlərinə, bio-

loji  və  texnoloji  xüsusiyyətlərinə  görə  bir-birindən 

nəzərəçarpacaq dərəcədə seçilirlər. Ampelodeskrip-

torlar hər bir sortun fərdi xüsusiyyətlərini əks etdi-

rən  əsas  diaqnostik  əlamətlərin  rəqəmsal  toplusun-

dan ibarət olmaqla, onların genofondun digər geno-

tipləri ilə fərqli və oxsar xüsusiyyətlərini əks etdirir. 

Buna  əsaslanaraq  yeni  aşkar  olunmuş  üzüm  sortla-

rının  cavan  zoğ  və  yarpaqlarının  morfoloji  nişanə-

ləri üzrə 20, çiçək, salxım və gilənin morfoloji əla-

mətlərinin 20, toxumları üzrə 11, aqrobioloji və tə-

sərrüfat-texnoloji  göstəriciləri  üzrə  15  ampelodes-

kriptor əlamətinə (cəmi 66 əlamət) görə klaster den-

droqramması işlənib hazırlanmışdır (Şəkil 1-4).  

 

 



Şəkil 1. Cavan zoğ və yarpaqlarının morfoloji 

əlamətlərinin 20 ampelodeskriptor üzrə klaster 

dendroqramması. 

 

Şəkil 2. Çiçək, salxım, gilə və toxumlarının morfoloji 

əlamətlərinin 20 ampelodeskriptor üzrə klaster 

dendroqramması. 

 

Şəkil 3. Toxumların morfoloji əlamətlərinin 11 

ampelodeskriptor üzrə klaster dendroqramması. 

 

Şəkil 4. Aqrobioloji və təsərrüfat-texnoloji  əlamətlərin 

15 ampelodeskriptor üzrə klaster dendroqramması. 



 

 

 

 

 

Azərbaycanda Yerli Üzüm Populyasiyalarının 

55 


Cədvəl 1. Üzüm sortlarının populyasiyasındakı variasiyaların fərqləndikləri əsas əlamət və göstəricilər. 

Populyasiyadaxilifenotipik 

fərqlərin təzahür 

edildiyiəsas əlamət və 

göstəricilər 

Sortlar və onların populyasiyasındakı variyasalar 

Ağ şanı-

variasiya 

Çəhrayı 

kişmiş-

variasiya 

Təbrizi-

variasiya 

Qara 

şanı-

variasiya 

Mahmudu-

variasiya 

Novrast-

variasiya 

Ağadayı-

variasiya 

Ağ kişmiş-

2 variasiya 

Yarpağın morfoloji 

əlamətləri 

++ 








Salxımın forması 

++ 



+ + 


++ 



++ 

Salxımın ölçüsü 



+ + 


+ + 


++ 


Salxımın kütləsi 



++ 



+ + 

++ 



Salxımın sıxlığı 



++ 

++ 


 

++ 



++ 

Gilələrin forması 

++ 





++ 




Gilələrin ölçüsü 





+ + 



Gilənin rəngi 

++ 





 



Salxımda gilənin sayı 

+ + 


++ 

+ + 



++ 

+ + 


++ 


100 gilənin kütləsi 





+ + 



Zoğun bar əmsalı 

++ 





++ 



Vegetasiya müddəti  

+ +


 

++ 


++ 





Qeyd:- - əlamət üzrə fərq yoxdur, + əlamət üzrə fərqlənir,  + + - variasiyanı fərqləndirən ən vacib əlamət və göstəricilər 

 

 



Üzüm  sortları  cavan  zoğ  və  yarpaqların  əla-

mətlərinə görə iki subklasterdə cəmləşmişdir ki, bi-

rinci subklasterdə cəmi 7 sort qruplaşmışdır. İkinci 

subklasterdə üzüm sortlarının əksər hissəsi (38 sort) 

cəmləşmişdir.  Toxumların  əlmətləri  üzrə  də  üzüm 

sortlarında  anoloji  nəticə  alınmışdır.  Çiçək,  salxım 

və  gilələrin  morfoloji  əlamətləri  üzrə  20  ampelo-

deskriptor  əlamətin  klaster  dendroqrammasında  iki 

qrup  əmələ  gəlmişdir,  ki  onlardan  birində  14  sort, 

digərində isə 31 sort qruplaşmışdır. 

Klaster analizdən məlum olur ki, üzüm sortları 

aqrobioloji  və  təsərrüfat-texnoloji  xüsusiyyətlərinə 

görə daha çox polimorfizmə malikdirlər. Belə ki, 15 

aqrobioloji  və  texnoloji  göstəriciyə  görə  klaster 

qruplaşdırılmasından aydın olur ki, üzüm sortları 2 

böyük  qrupda  cəmləşirlər  və  bunlardan  birinə  17, 

digərinə isə 28 sort daxildir. 

Araşdırmalar  aparılarkən  polimorfizm  və    va-

riasiya  dəyişkənilklərinin  öyrənilməsi  zamanı  po-

pulyasiyadaxili fenotipik fərqlərin daha çox- 12 əla-

mət (salxım və gilənin ölçü və formasında, salxım-

da gilənin miqdarı, salxımım və 100 gilənin kütləsi, 

zoğun bar  əmsalı, vegetasiya  müddətinin uzunluğu 

və gilənin yetişmə vaxtı, çiçəklərin tökülmə və sal-

xımda gilənin noxudlaşma dərəcəsi) üzrə müşahidə 

edildiyi aşkar edilmiş və 8 populyasiya üzrə (Qara 

şanı,  Mahmudu,  Novrast,  Ağadayı  və  Ağ  kişmiş 

sortlarının  hər  birinin  2,  Təbrizinin  3,  Çəhrayı  kiş-

miş  sortunun  4,  Ağ  şanı  sortunun  6  variasiysi 

müəyyən  edilmişdir)  müsbət  xüsusiyyətləri  ilə  se-

çilən 23 variasiya müəyyən olunmuşdur. Bu meyar-

ların fenotipik markerlər kimi istifadəsinin metodu 

işlənmişdir.  Qədim  üzüm  sortlarının  populyasiya-

larındakı  genotiplərin  müxtəlifliyinin,  başqa  sözlə 

variasiya  və  biotiplərin  müəyyənləşdirilməsində  bu 

əlamət və xüsusiyətlərin əsas göstəricilər kimi isti-

fadəsi məqsədəuyğundur (Cədvəl 1). 

Hal-hazırda da dünya üzümçülük elmində klon 

seleksiyası  öz  aktuallığını  saxlamaqdadır  (Подва-

ленко,  2009).  Hər  bir  sortun  populyasiyasındakı 

genotiplərdə müxtəlif əlamətlərdə müəyyən bir həd-

də az və ya çox dərəcədə aydın seçilən kənarlaşma-

lar  (dəyişkənliklər)  müşahidə  edilir  ki,  bu  cür  ge-

notiplər  protoklonlar-klonun  valideyni  adlandırılır. 

Üzümçülükdə  klon seleksiyasına 2 aspekdən yana-

şılmalıdır: genetik və fitosanitar aspektlər. 

Genetik  aspekt:    Klon  seleksiyası  bir  sort  da-

xilində mövcud olan dəyişkənlik, variasiya çərçivə-

sində  məhsuldarlıq,  keyfiyyət  və  digər  mühüm  xü-

susiyyətlər  üzrə  yaxşılaşdırılmış  biotiplərinin  seçi-

lib çoxaldılmasına imkan verən bir effektiv sistem-

dir. Bu metodika klonlarda (sortların seçilmiş klon 

namizədləri)  dəyişkənlik  səviyyəsinin  dəqiq  öyrə-

nilməsini və onların vegetativ nəsillərdəki fenotipik 

səciyyəsini, təzahürünü nəzərdə tutur. Qiymətli bio-

tiplər  seçildikdən  sonra  hər  bir  fərdin  baza  sortu 

üçün xarakterik olan mühitdə “müqayisə və təsdiq” 

(klon anaclığı) üzümlükləri yaradılır, 3 il müddətin-

də mütəxəssislərin nəzarəti altında tədqiq edilir. Bu 

zaman meydana çıxan bir sıra morfoloji, fizioloji və 

təsərrüfat meyarları genotipik və fenotipik variant-

ların aşkar edilməsinə imkan yaradır.  

Fitosanitar aspekt: Artıq seleksiya öncəsi, yəni 

biotiplərin  ilkin  seçilmə  mərhələsində,  fərdlər  əsas 

virus  xəstəliklərinin  aşkar  edilməsi  məqsədilə  fito-

sanitar  vizual  yoxlamadan  keçirilir.  Sonradan,  ge-

netik seleksiya ilə paralel olaraq, bəzi spesifik virus 

xəstəliklərini  tez  aşkar  etməyə  imkan  verən  müva-

fiq diaqnostik analizlər (ELİSA testi) həyata keçiri-

lir.  Daha  sonra  bunun  üçün  seçilmiş  növ  və  sort-

ların  zoğlarının  oduncağı  sınaqdan  (testlərdən)  ke-

çirilir.  3  il  genetik  və  fitosanitar  sınaqlar  keçirilə-

rək,  sortmüxtəlifliyi  konteksində  müsbət  müxtəlif-

lik differesasiyasına malik və təhlükəli virus xəstə-

liklərinin  simptomlarından  azad  biotiplər  müəyyən 


Səlimov və Qurbanov

 

56 



edildikdən sonra klon-namizədlər təsdiq, yaxud se-

çilmiş olur və növbəti mərhələyə, onların çoxaldıl-

masına başlanılır. 

Tədqiqatlar  zamanı  müəyyən  edilmişdir  ki,  qə-

dim yerli üzüm sortlarının populyasiyaları sortdaxili 

müxtəliflikləri ilə də səciyyələnirlər. Məlum olmuş-

dur  ki,  respublikada  ənənəvi  üzüm  sortları  müxtəlif 

mənfi və müsbət xarakterli genotiplərin qarışığı şəki-

lində əkilib becərilirlər. Məlumdur ki, tarix boyunca 

antropogen, ekoloji, genetik və s. amillərin təsirindən 

bir sıra üzüm sort və formalarının bir sıra irsi xüsu-

siyyəti pisləşmiş, populyasiyalar müxtəlif irsi təbiətli 

genotiplərin  qarışığına  çevrilmişdir.  Odur  ki,  qədim 

üzüm populyasiyalarının öyrənilərək, qiymətli geno-

tiplərin  seçilməsi  və  üzüm  sortlarının  klon  selek-

siyası ilə yaxşılaşdırılması aktuallıq kəsb edir. 

Klon  seleksiyasında  protoklonların  seçilməsi 

müxtəlif fenotipik və genotipik əlamətlərə əsaslanır 

və sabit irsi xüsusiyyətlərə  malik, biotik və abiotik 

amillərə davamlı, məhsuldar və keyfiyyətli genotip-

lərin  seçilməsi  məsuliyyətli  işdir.  Üzümdə  əlamət-

lərin çoxluğu fonunda lazımı əlamətləri özündə da-

şıyan  bitkilərin  seçilməsi,  məhsuldarlıq  və  keyfiy-

yətin  formalaşmasına  təsir  edən  kəmiyyət  və  key-

fiyyət  əlamətlərinin  müəyyən  edilməsi,  bu  əlamət-

lərin  inkişafında  əsas  və  birbaşa  rol  oynayan  kom-

ponenetlərin təyin edilməsi olduqca vacibdir. 

Apardığımız klon seleksiya tədqiqatlatı əsasən 

yüsəkməhsullu  genotiplərin  seçilməsi  üsulu  ilə  ye-

rinə yetirilmişdir. Burada hədəf yüksək  məhsuldar-

lığa  yönəldiyindən  keyfiyyəti  və  bitkilərin  davam-

lılıq  xüsusiyyətlərini  diqqətdən  kənarda  saxlamaq 

olmaz.  Ona  görə  də  seçmə  zamanı  bitkiləri  kom-

pleks  qiymətləndirməyə  imkan  verən,  kəmiyyət  və 

keyfiyyət  əlamətlərinin  qarşılıqlı  əlaqəsini  ifadə 

edən  göstəricilərin  müəyyən  edilməsi  və  öyrənil-

məsi elmi və əməli baxımdan əhəmiyyətlidir. 

Tədqiqatlarla  müəyyən  edilmişdir  ki,  zoğun 

məhsuldarlıq  indeksi  (tənəyin  zoğ  yükü,  kolun 

məhsuldarlığı və gilənin şirəsindəki şəkərliliyin miq-

darının  əsasında  formalaşan)  bir  zoğda  gilənin  şə-

kərtoplamasının  real  miqdarını  əks  etdirən  əmsal 

göstərici olmaqla, məhsulun keyfiyyətini azaltmadan 

yüksək məhsul verən genotiplərin seçilməsinə imkan 

verir  və  populyasiyadakı  genotipləri  kəmiyyət  və 

keyfiyyət  göstəriciləri  üzrə  kompleks  qiymətləndir-

mək  xeyli  sayda  yüksək  məhsuldar  klon-tənəkləri 

(protoklonlar) etibarlı şəkildə seçmək mümkündür. 

Tədqiqatlar zamanı qiymətli qədim sortların po-

pulyasiyasındakı  bitkilərin  təsərrüfat  və  seleksiya 

əhəmiyyətli  əlamətləri  üzrə  potensial  imkanlarını 

reallaşdıran, məhsuldarlığa və keyfiyyətə birbaşa tə-

sir  edən  əsas  meyarlar  müəyyənləşdirilmiş,  onların 

arasındakı korrelyasiya əlaqələrinin səviyyəsi aydın-

laşdırılmış, zoğun məhsuldarlıq indeksi, o cümlədən 

protoklonların  birinci  vegetativ  nəsillərində  əlamət-

lərin  irsiliyinin  tədqiqi,  müxtəlif  torpaq-iqlim 

şəraitində qiymətləndirilməsi və genotipik  müxtəlif-

liyin müqayisəli riyazi-statistik təhlilləri əsasında 14 

populyasiyadan ilk dəfə olaraq, bir-birindən məhsul-

darlığına,  məhsulun  keyfiyyətinə,  immunoloji  və  s. 

xüsusiyyətlərinə  görə  seçilən  31  yüksəkməhsuldar 

protoklon seçilmişdir.  

Yüksəkməhsuldar protoklonların seçilməsi za-

manı  məhsulun keyfiyyətini qənaətbəxş səviyyədə, 

yaxud  tələblər  səviyyəsində  saxlamaq    üçün  zoğun 

məhsuldarlıq  əmsalı  göstəricisinin  təyin  edilməsi 

olduqca  vacibdir.  Zoğun  məhsuldarlığı  tənəkdə  bir 

zoğa düşən salxımdakı şəkərliliyin gerçək qiymətini 

əks  etdirir.  Zoğun  məhsuldarlıq  indeksi  tənəyin 

gözcük yükü, məhsuldarlığı və şəkərliliyin miqdarı 

əsasında  formalaşır  və  klonların  seçilməsində  əsas 

parametrlərdən  biri  sayılır  (Səlimov,  2008,  2014; 

Qurbanov,  Səlimov,  2010,  2014;  Салимов,  Аса-

дуллаев  2015). 

Tədqiqat zamanı müəyyən edilmişdir ki, zoğun 

məhsuldarlıq  indeksi  orta  hesabla  14  (Mahmudu)  – 

72,0  q  x  şəkər  (2/6  protoklonu)  arasında  tərəddüd 

edir. Bu göstərici nəzarət sortlarında seçilmiş proto-

klonlarından xeyli aşağı olmaqla, Ağ şanıda – 32,7 q 

x şəkər; Qara şanıda 27,0 q x şəkər; Təbrizdə 21,1 q 

x  şəkər;  Ağ  oval  kişmişdə  21,3  q  x  şəkər;  Çəhrayı 

tayfıda 33,5 q x şəkər; Hamburq muskatında 16,7 q x 

şəkər;  Novrastda  22,1  q  x  şəkər;  Qırmızı  səabidə 

25,7 q x şəkər; Çəhrayı kişmişdə 24,2 q x şəkər; Ağ 

kişmişdə 27,7 q x şəkər; Ala şanıda 19,6 q x şəkər; 

Ağ  Xəlilidə  25,9  q  x  şəkər;  Mahmududa  14,0  q  x 

şəkər; Ağadayıda isə 16,3 q x şəkər təşkil etmişdir. 

Seçilmiş protoklonlar isə zoğun məhsuldarlığına gö-

rə orta (salxımında 21-30 q x şəkər olan zoğ), yüksək 

(salxımında 31-40 q x şəkər olan zoğ) və çox yüksək 

(salxımında  40-50  q  və  daha  çox  şəkər  olan  zoğ) 

məhsuldar  kimi  qiymətləndirilmişdir.  Tədqiqat  za-

manı müəyyən edilmişdir ki, 11/7; 2/6; 30/03; 3/28; 

3/32; 2-26/16; 1-3/14; 1/12; 2/16; 2/30; 5/3; 5/8 pro-

toklonlarının zoğlarının məhsuldarlığı orta, 4/9; 2/1; 

1/12;  1/4;  27/11;  30/03;  2-22/8;  3-22/14;  4-5/28;      

4-18/17;  3-2/12;  1-5/16  protoklonlarının  zoğlarının 

məhsuldarlığı yüksək, 1/9; 2/6; 22/05; 20/03; 15/18; 

24/06;  30/74;  3-12/16  protoklonlarının  zoğlarının 

məhsuldarlığı isə çox yüksəkdir. 

Aydınlaşdırılmışdır  ki,  tədqiq  edilən  sort  və 

klonlarda şəkərlilik orta hesabla 16,8 (Mahmudu) – 

22,4 q/100 sm

3

 (1/9 protoklonu) arasında dəyişir və  



protoklonlar nəzarət sortlara nisbətən aşağı miqdar-

da şəkərlilik toplayırlar (Ağ şanı sortunun 1/9; 2/6; 

22/05  və  Mahmudu  sortunun  protoklonları  istisna 

olmaqla).   

Yüksəkməhsuldar  protoklonların,  o  cümlədən 

klonların seçilməsində və qiymətləndirilməsində ən 

vacib kəmiyyət əlamətlərinin düzgün müəyyən edil-

məsi  lazımdır.  Üzüm  sortlarının  fərdi  seçilməsində 

məhsuldarlıq  elementləri  əsas  meyar  kimi  tədqiq 

edilir  və  klonların  təyin  edilməsində  mühüm  rol 



Azərbaycanda Yerli Üzüm Populyasiyalarının 

57 


oynayır.  Məlumdur  ki,  üzüm  sortlarının  potensial 

və  faktiki  məhsuldarlığının  formalaşmasında  məh-

suldarlıq  göstəricilərinin  ayrı-ayrı  elementlərinin 

payı  müxtəlifdir.  Müxtəlif  məhsuldarlıq,  bəzi  kə-

miyyət  əlamətlərinin  məhsuldarlığın  və  məhsulun 

keyfiyyətinə  təsir  potensialının  müəyyən  edilməsi, 

yüksəkməhsuldar klonların seçilməsində əsas feno-

tipik  kəmiyyət  əlamətlərinin  aşkar  olunması  məq-

sədilə  aralarındakı  korrelyasiya  əlaqələrinin  səviy-

yəsi riyazi-statistik yolla müəyyən olunmuşdur. 

Tədqiqat zamanı müəyyən edilmişdir ki, üzüm 

sortlarının bir sıra kəmiyyət göstəriciləri, o cümlə-

dən  məhsuldarlıq  elementləri  arasında  müxtəlif  sə-

viyyədə  müsbət  korrelyasiya  əlaqələri  mövcuddur. 

Ümumiyyətlə, tənəyin göz yükü, zoğun bar əmsalı, 

məhsuldarlıq əmsalı, salxımların sayı, salxımda gi-

lənin  kütləsi,  barlı  zoğların  miqdarı,  salxımın  orta 

kütləsi ilə onun məhsuldarlığı arasında müsbət kor-

relyasiya əlaqəsi olsa da, orta dərəcədə etibarlı ası-

lılıq  tənəyin  gözcük  yükü  (r=0,34;  p>0,05),  tənək-

dəki  salxımın  sayı  (r=0,54;  p>0,05),  100  gilənin 

kütləsi  (r=0,44;  p>0,05),  salxımın  orta  kütləsi 

(r=0,77; p>0,05) ilə olmuşdur. Tənəyin məhsuldar-

lığı ilə şəkərliliyi arasında əks korrelyasiya əlaqəsi-

nin mövcud olduğu aşkar edilmişdir. Deməli, tənə-

yin  gözcük  yükünün,  tənəkdəki  salxımların  sayı, 

100 gilənin kütləsi, salxımların orta kütləsi göstəri-

cilərinin  yüksəkməhsuldar  genotiplərin  müəyyən 

edilməsində  kəmiyyət  əlaməti  kimi  əsas  meyar, 

başqa  sözlə  fenotipik  marker  əlaməti  kimi  tədqiq 

olunması məqsədəuyğundur. Klon seleksiyası üzüm 

sortlarının populyasiyasındakı genotiplərin bu və ya 

digər  qiymətli  əlamət  və  xüsusiyyətlərininin  dəyiş-

kənlik dərəcəsinin səviyyəsinə və tipinə əsaslanır.  

Genotiplər arasındakı dəyişkənliyin mutasiya və 

ya  modifikasiya  xarakterli  olmasından  asılı  olma-

yaraq ayrı-ayrı əlamətlər üzrə klon seleksiyası üçün 

perspektiv sortların müəyyən edilməsi məqsədilə po-

pulyasiyanın ilkin qiymətləndirilməsi həyata keçiril-

miş və müvafiq üsullarla sortların məhsuldarlığa gö-

rə  fenotipik  müxtəlifliyin  səviyyəsi  müəyyən  edil-

mişdir.  Belə  ki,  tədqiq  edilən  Qara  şanı,  Təbrizi  və 

Ağadayı sortlarının timsalında öyrənilən sortların po-

pulyasiyasındakı bitkilərin məhsuldarlığa görə geno-

tipik müxtəlifliyin və populyasiyadakı bitkilərə klon 

dəyişkənliyinin təsirgücünü müəyyən etmək üçün ri-

yazi-statistik təhlillər həyata keçirilmişdir (cədvəl 2). 

Tədqiqat  zamanı  müəyyən  edilmişdir  ki,  Ağa-

dayı sortunun populyasiyasındakı tənəklərin məhsul-

darlığı  ildən  və  bitkinin  bioloji  xüsusiy-yətlərindən 

asılı  olaraq  nəzərəçarpacaq  dərəcədə  müxtəlifdir. 

Belə  ki,  bu  sortun  populyasiyasındakı  tənəklərin 

məhsuldarlığı  geniş  diapozonda  0,8-11,5kq  arasında 

dəyişir. Riyazi-statistik təhlillər zamanıaydınlaşdırıl-

mışdır  ki,  Ağadayı  sortunun  populyasiyasında  klon 

dəyişkənliyi ilə şərtlənən tənəklərin məhsuldarlığının 

variasiyası  etibarlıdır.  Müəyyən  edilmişdir  ki,  tənə-

yin  məhsuldarlığının  formalaşmasına  təsir  edən 

ümumi  amillərin arasında klon  dəyişkənliyinin  payı 

38,0% təşkil edir. 

Tədqiqatlardan aydınlaşdırılmışdır ki, Qara şa-

nı  sortunun  popuyasiyasındakı  tənəklərin  məhsul- 

darlığına  görə  dəyişkənliyin  variasiyası  nəzərəçar 

pacaq dərəcədə yüksəkdir. Tədqiq edilən populyasi-

yadakı  bitkilərdə  müşahidə  edilən  klon  dəyişkənli-

yinin təsir səviyyəsi, digər amillərin təsir gücündən 

əhəmiyyətli  dərəcədə  yüksək  olmaqla  85%  təşkil 

edir.  Bu  amil  isə  Qara  şanı  sortunun  populyasiya-

sında  klon  seleksiyası  işinin  səmərəli  aparılmasına 

geniş imkanlar açmışdır. 

 

 


Каталог: uploads -> journal
journal -> Virtuoz Cərrah, Görkəmli Dövlət Və Elm Xadimi
journal -> Амеа-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №1, səh. 146-147 (2014)
journal -> Akademik Cəmil Əliyev – 70 DÜnya şÖHRƏTLİ azərbaycan aliMİ
journal -> 29 aprel 2016-ci IL tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında “Azərbay- can Respublikasının Nizami Gəncəvi adına Qızıl medal”ı və amea-nın görkəmli alimlərin adlarını daşıyan mükafatların təqdimetmə mərasimi
journal -> H. F. Əliyeva 1, Ə.Ü. Abduləzimova
journal -> Azərbaycanda Xına Bitkisinin Qapalı Şəraitdə Becərilməsi Və İqtisadi Səmərəsi
journal -> Respirator Distress Sindromu Olan Vaxtından Əvvəl Doğulan Uşaqlarda Endotel Funksiyasının Qiymətləndirilməsi
journal -> AZƏrbaycan miLLİ elmlər akademiyasinin məruzəLƏRİ, 2014, LXX ciLD, №1 MƏruzəLƏR ▬◄►▬ reports ▬◄►▬ доклады 1
journal -> B Genoma Malik Thinopyrum bessarabicum Yabanı Buğda Otu Növünün Xromosomlarının İdentifikasiyası Üçün Spesifik rapd markerlərin
journal -> Erkən Postnatal Ontogenez Və Təcrübi Hipoksiya Zamanı Qanda Qlükoza Homeostazı E. C. Mehbalıyeva


Поделитесь с Вашими друзьями:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə