Yüklərin paketləşdirilməsi. Paketin yaradılması məsuliyyətli bir prosesdir. Onun keyfiyyəti paketin vəziyyətinə, yükün yükləmə - boşaldılması, daşınması və saxlanması zamanı onun keyfiyyət və kəmiyyətinin saxlanmasına təsir edir.
Yüklərin altlıqlara yığılması zamanı müxtəlif yığılma qaydalarından istifadə olunur.
Paketlərin qurulması və sökülməsinin mexanikləşdirilməsi və avtomatlaşdırılması üçün avtomat və yarımavtomat paketləşdirici qurğulardan istifadə olunur.
Altlıq parkı və onun səmərəliliyi. Q yük axınını mənimsəmək üçün lazım olan altlıqların sayı altlığın dövr vaxtından tad asılı olaraq (sutkalarla) aşağıdakı kimi təyin olunur.
As= Q tad ne / qa burada Q - sutka ərzində bir istiqamətdəki yük axını, t/sutka
qa - altlığın yük götürmə qabiliyyəti
ne- altlıqların geri qaytarılmasındakı mümkün sapmaları nəzərə alan ehtiyat əmsalıdır.
Yüklərin altlıqlarla paketlərdə daşınması sürücünün və yükləmə - boşaltma işçilərinin əmək məhsuldarlığını, hərəkət tərkibinin istifadə səmərəliliyini artırır, ekspedisiya xərclərini azaldır, nəqliyyat prosesinin bütün mərhələlərində yüklərin qorunmasını təmin edir. Lakin yüklərin paketləşdirilməsinə sərf olunan xərclər hesablandıqda nəqliyyat vasitələrinin daşman yük vahidinə düşən yük götürmə qabiliyyətinin azalması, altlıqların hazırlanması və təmirinə əlavə xərclər də nəzərə alınmalıdır.
Daşman yükün 1 tonuna nəzərən altlıqların istismar xərclərini aşağıdakı ifadədən təyin etmək olar.
X is = (Xh + Xt) tad / Gi tx qf burada Xh - altlıqların hazırlanması xərcləri
Xt - altlığın bütün istismar müddəti ərzində təmir xərcləri
tad - altlığın dövrünün orta müddəti
Gi - altlığın il ərzindəki istismar günlərinin sayı
tx - altlığın xidmət müddəti
qf - altlığın faktiki yüküdür.
Altlığın dövr müddəti azaldıqca onun istifadə səmərəliliyi artır. Altlığın ölçülərinin avtomobillərin kuzasının ölçülərinə uyğunluğu böyük əhəmiyyət kəsb edir.