"Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq kütləvi bədən
tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və
Normaları"nın təsdiq edilməsi haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
İdman tədbirlərinin keçirilməsi üçün büdcə vəsaitindən səmərəli istifadə olunması ilə
bağlı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Maliyyə Nazirliyi və
Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1.
"Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq kütləvi bədən
tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları" təsdiq
edilsin (əlavə olunur).
2.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, kütləvi bədən
tərbiyəsi və idman tədbirlərinin keçirilməsinə tələb olunan xərclərin hər il dövlət
büdcəsində Gənclər və İdman Nazirliyinə "Bədən tərbiyəsi və idmanın təşkili" bölməsi
üçün nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilməsini təmin etsin.
3.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İdman tədbirlərinin keçirilməsi
üçün büdcə vəsaitinin xərclənməsi qaydaları və normalarının təsdiqi haqqında" 1997-ci il
1 iyul tarixli 69 nömrəli qərarı, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin "idman
tədbirlərinin keçirilməsi üçün büdcə vəsaitinin xərclənməsi qaydaları və normalarının
təsdiqi haqqında" 1997-ci il 1 iyul tarixli 69 nömrəli və "Gənclər tədbirlərinin keçirilməsi
üçün büdcə vəsaitinin xərclənməsi normativinin təsdiqi haqqında" 1999-cu il 28 dekabr
tarixli 206 nömrəli qərarlarının 1 nömrəli əlavələrinə dəyişikliklər edilməsi haqqında"
2001-ci il 31 may tarixli 107 nömrəli qərarı, "Azərbaycan Respublikası Nazirlər
Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi barədə" 2003-cü il 8 aprel tarixli 47
nömrəli qərarının 6-cı bəndi, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi
qərarlarına dəyişikliklər edilməsi haqqında" 2005-ci il 2 iyun tarixli 96 nömrəli qərarının
2-ci bəndi və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və
sərəncamlarına dəyişikliklər edilməsi barədə" 2006-cı il 2 may tarixli 119 nömrəli
qərarının 6-cı bəndi qüvvədən düşmüş hesab edilsin.
4.
Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 18 yanvar 2007-ci il
№ 8
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2007-ci il 18 yanvar tarixli 8 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə
və beynəlxalq kütləvi bədən tərbiyəsi və
idman tədbirləri üçün vəsaitlərin xərclənməsi
[2]
QAYDALARI VƏ NORMALARI
1.
ÜMUMİ MÜDDƏALAR
1.1.
Bu Qaydalar və Normalar idman tədbirlərinin iştirakçılarının maddi təminatı üçün
xərclərin norma və qaydalarını müəyyənləşdirir.
1.2.
İdman tədbirlərinə bədən tərbiyəsi və idman növləri üzrə yarışlar, tədris-məşq
toplanışları, Azərbaycan Respublikasında keçirilən beynəlxalq yarışlar, habelə başqa ölkə idman
tədbirləri (bundan sonra-idman tədbirləri) aiddir.
[3]
1.3.
İdman tədbirləri iştirakçılarının maddi təminat növlərinə aşağıdakılar aiddir: yemək
haqqının ödənilməsi; farmakoloji bərpa vasitələri, vitaminlər, zülal-qlükoza preparatlarının
və digər vəsaitlərin verilməsi;
yaşayış sahəsi üçün kirayə haqqının ödənilməsi;
hakimlik haqqının ödənilməsi;
qaliblərin təltif olunması xərcləri;
xarici idman nümayəndəliklərinə xidmət və onların qəbulu xərcləri;
maddi təminatın digər növləri.
1.4. İdman tədbirlərinin iştirakçıları aşağıdakı şəxslərdən ibarət olur:
idmançılar;
hakimlər;
məşqçilər;
mütəxəssislər (mexaniklər, təmirçilər, mehtərlər, xoreoqraflar, akkompaniatorlar, habelə
yarışlar haqqında qaydalarda, əsasnamələrdə və başqa normativ hüquqi sənədlərdə nəzərdə
tutulmuş digər mütəxəssislər).
1.5. İştirakçıların idman tədbirlərinə göndərilməsi həmin tədbirləri keçirən təşkilatın rəsmi
dəvətnaməsi əsasında həyata keçirilir.
1.6. Bu Normalara uyğun olaraq keçirilən idman tədbirləri üçün xərclər xidməti ezamiyyə
xərclərinin tərkibinə daxil edilmir.
2. İDMAN TƏDBİRLƏRİ KEÇİRİLƏRKƏN VƏSAİTLƏRİN XƏRCLƏNMƏSİ QAYDALARI
2.1. İdman tədbirləri keçirilərkən aşağıdakı sənədlər müəyyən olunmuş qaydada Azərbaycan
Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunur:
yarış haqqında Əsasnamə (reqlament), xarici nümayəndələrin tədbir müddətində yaşayış
proqramı, idman tədbirlərinin keçirilməsi qaydasını tənzimləyən digər sənədlər;
-
idman tədbiri iştirakçılarının say həddini, tədbirin keçirilməsi müddətini və maddi
təminat normalarını əhatə edən smeta.
2.2.
Dövlət büdcəsindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə idman
tədbirləri üçün ayrılan vəsait hesabına həyata keçirilən idman tədbirlərinə xərclər 1-6 nömrəli
cədvəllərdə göstərilən normalara uyğun ödənilir.
2.3.
Bu Qaydalarla müəyyən olunan normalar Azərbaycan Respublikasının Gənclər və İdman
Nazirliyi, federasiyalar və tədbiri keçirən digər təşkilatlar tərəfindən büdcədənkənar vəsaitlər,
sponsor vəsaitləri, sifariş haqqı və digər mənbələr hesabına müstəqil olaraq artırıla bilər.
2.4.
Yaşayış sahəsinin kirayəsi üzrə məsrəflər tədbirin keçirildiyi şəhərdə 1-ci kateqoriyalı
birnəfərlik nömrənin dəyərindən çox olmamaqla, faktiki dəyərə görə həyata keçirilir.
2.5. Mehmanxanada yerlərin bronlaşdırılması idman tədbirləri iştirakçılarının
gəlməsinə bir gün qalmış yerlərin bir günlük qiymətinin 50 faizə qədər miqdarında həyata keçirilə
bilər.
2.6.
İdman qurğularının və avadanlıqlarının icarəsi, nəqliyyat, poçt-teleqraf, dəftərxana
xərcləri və digər xərclər qüvvədə olan tariflərə müvafiq olaraq həyata keçirilir.
2.7.
İştirakçılar sırasına daxil olmayan, tədbirə cəlb edilmiş mütəxəssislərin və xidmət
heyətinin əməyinin ödənilməsi üzrə xərclər faktiki yerinə yetirilmiş iş həcmi nəzərə alınmaqla,
oxşar işlərə görə müvafiq sahələrdə əməyin ödənilməsi üçün qəbul olunmuş normaya uyğun
həyata keçirilir.
2.8.
Keçirilən idman tədbirlərində iştirak etmək üçün yola bir gündən artıq vaxt sərf
olunduqda, yeməklə təmin olunmayan iştirakçıya yolda olduğu müddətə görə gündəlik xərc
ödənilir. İdman tədbirlərinin iştirakçılarının, başqa şəhərdən dəvət olunmuş mütəxəssislərin və
xidmət heyətinin ezamiyyə xərcləri qüvvədə olan qanunvericiliklə xidməti , ezamiyyətlər üçün
müəyyən olunmuş normalar üzrə ödənilir.
2.9.
Xidməti ezamiyyətlər zamanı idman tədbiri iştirakçılarının əməkhaqlarının
saxlanılması qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.
2.10.
İdman tədbirlərinin keçirilməsi üçün xərclərin ödənilməsi yarışlar haqqında
əsasnamələrdə, digər tənzimləyici normativ sənədlərdə, həmçinin tədbiri keçirən və iştirakçı
təşkilatların ikitərəfli müqavilələrində göstərilir.
2.11.
Digər kütləvi bədən tərbiyəsi və idman tədbirlərinin keçirilməsi üçün vəsaitlərin
xərclənməsi qaydaları və normaları Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və rayon
(şəhər) icra hakimiyyəti başçıları tərəfindən ərazidəki qiymətlər, qüvvədə olan tariflər və yerli
şərait
nəzərə alınmaqla,
Azərbaycan
Respublikasının
Maliyyə
Nazirliyi
və
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə razılaşdırıldıqdan sonra təsdiq edilir.
1 nömrəli cədvəl
İdmançıların və idman tədbirlərinin digər iştirakçılarının yemək təminatının
XƏRC NORMALARI
[4]
Sıra
№-si
Tədbirlər
Bir nəfərə gündəlik
xərcnorması (manatla)
1.
ölkə bədən tərbiyəsi və idman tədbirləri, ölkədaxili yarışlar
10
2.
Azərbaycan Respublikasının ərazisində keçirilən beynəlxalq yarışlar
10
3.
Xarici ölkələrdə keçirilən yarışlara hazırlıq üçün təlim-məşq toplanışları
25
Qeyd. Yemək təminatının təşkilində nağdsız hesab imkanı olmadıqda, idman tədbirlərinin iştirakçılarına bu cədvəldə
nəzərdə tutulmuş norma daxilində nağd pul ödənilməsinə icazə verilir.
2 nömrəli cədvəl
İdman tədbirlərində idman hakimlərinə verilən ödənişlərin
NORMALARI
[5]
Sıra
№-si
İdman növləri üzrə hakim
vəzifələrinin adı
Hakim kateqoriyalarını nəzərə almaqla, ödənclərin miqdarı
(manatla)
BK
ÖK
İK
OH
1.
Baş hakim
3
2,4
2
-
2.
Baş hakim-katib
3
2,4
2
-
3.
Baş hakimin köməkçisi
2,4
2
1,6
-
4.
Hakimlər
2
2
1,6
1,6
5.
Komanda oyun növləri üzrə:
6.
Oyunun baş hakimi
4
3
2,4
-
7.
Oyunun baş hakiminin köməkçisi
3
2,4
2
-
8.
Komissar
4
-
-
-
9.
Hakimlər (briqadanın tərkibində)
2
2
1,6
1,6
Akronimlər:
BK- Beynəlxalq kateqoriyalı;
ÖK - Ölkə kateqoriyalı;
İK- İdman kateqoriyalı;
OH- Oyun hakimi
Qeydlər:
1. Hakimlər üçün müəyyən olunmuş məbləğlər idmanın komanda oyun növləri üzrə (futbol, voleybol, həndbol
və s.) bir oyuna görə, digər idman növləri üzrə isə bir günlük xidmətə görə ödənilir.
2. İdman yarışlarına xidmətə görə hakimlərə verilən ödənclər bu Qaydalarda nəzərdə tutulan digər maddi
təminat növlərindən asılı olmayaraq həyata keçirilir.
3. Yarışların hazırlıq və yekun mərhələlərində hakimlərin maddi təminatı (yeməyə, mənzilə, hakimliyə görə
ödənclər) hakimlik işinin bütün dövrü üçün aşağıdakı kimi həyata keçirilir:
baş hakim, baş hakim-katib üçün - 5 günədək;
baş hakimin köməkçisi, baş hakim-katibin köməkçisi üçün - 3 günədək.
4.
İdman federasiyaları öz vəsaitləri, habelə sifariş ödəmələri hesabına idman hakimlərinə ödənclərin müəyyən
olunmuş miqdarını artırmaq səlahiyyətinə malikdirlər.
5.
Rəsmi beynəlxalq yarışlara xidmətə görə hakimlərə müəyyən olunmuş ödənclər həmin yarışların reqlamenti
ilə nəzərdə tutulmuş qaydada və miqdarda verilir.
6.
Hakim kollegiyasının (briqadasının) say tərkibi idman növləri üzrə yarışların keçirilməsi haqqında qaydalara
və əsasnamələrə uyğun olaraq müəyyənləşdirilir.
7.
Beynəlxalq yarışların, çempionatların və Azərbaycan Kuboku oyunlarının təşkili və keçirilməsinə dəvət
olunmuş yüksək ixtisaslı hakimlər və mütəxəssislər sırasından müfəttişlər, yaxud texniki nümayəndələr üçün nəzarət
haqqı oyunların baş hakimi üçün nəzərdə tutulmuş miqdarda müəyyən olunur.
8.
Beynəlxalq federasiya tərəfindən təyin olunmuş xarici texniki nümayəndələrə və hakimlərə beynəlxalq
kateqoriyalı hakimlər üçün nəzərdə tutulmuş miqdarda ödənclər həyata keçirilir.
3 nömrəli cədvəl
Farmakoloji və bərpa vəsaitləri, vitamin və zülal-qlükoza preparatları, ümumi müalicə təyinatlı
dərmanlar və sarğı vəsaitləri ilə təminatın
XƏRC NORMALARI
[6]
Sıra
№-si
İdman tədbirlərinin adı
Bir nəfərə düşən gündəlik xərc
norması (manatla )
1.
Ölkə yarışları
2 manata qədər
2.
Azərbaycan Respublikasının ərazisində keçirilən beynəlxalq
yarışlar və bu yarışlara hazırlıqla əlaqədar təlim-məşq toplanışları
5 manata qədər
Qeyd. Normalar hesablama üçündür və ayrılmış vəsait həddində komanda, yaxud ayrı-ayrı idmançılar üçün
yığma komandanın baş məşqçisinin və həkiminin təqdimatı ilə onların hazırlıq xüsusiyyətindən asılı olaraq dəyişdirilə
bilər.
4 nömrəli cədvəl
İdman tədbirləri üçün xatirə prizlərinin
DƏYƏR NORMALARI
[7]
Sıra
№-si
İdman tədbirlərinin miqyası
Prizlərin dəyəri (manatla)
Komanda
Şəxsi
1.
Azərbaycan Respublikası ərazisində keçirilən beynəlxalq
yarışlar
50 manata qədər
40 manata qədər
2.
Ölkə yarışları
40 manata qədər
30 manata qədər
Qeyd. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi öz büdcədənkənar vəsaiti, federasiya və idman
cəmiyyətləri isə öz gəlirləri hesabına yarışların, oyunların, mərhələlərin və turnirlərin ən yaxşı idmançısı üçün xüsusi
mükafatlar müəyyənləşdirmək səlahiyyətinə malikdirlər.
5 nömrəli cədvəl
İdman tədbirlərinin xarici iştirakçılarının qəbulu və onlara xidmət üçün
XƏRC NORMALARI
Sıra
№-si
Xərclərin adı
Xərc
norması(manatla)
1
2
3
1.
Olimpiya komitələrinin prezidentlərinin, beynəlxalq federasiyaların
prezidentlərinin, iri şirkətlərin rəhbərlərinin, onların müavinlərinin,
həmçinin
görkəmli dövlət
və
ictimai
xadimlərin
rəhbərlik
etdiklərinümayəndəliklərin qəbulu və onlara xidmət
1.1.
Mehmanxana
1
2
3
nümayəndə heyətinin rəhbəri üçün
yarımlüks
kateqoriyalı nömrə
nümayəndə heyətinin üzvləri üçün
bir yerlik nömrə
1.2.
Nümayəndə heyətinin bir nəfər üzvünə gündəlik yemək norması
20
1.3.
Rəsmi qəbulun keçirilməsi üçün bir nəfər iştirakçıya
7
1.4.
Danışıqlar apararkən, teatrda və səfərdə olarkən bufet xidmətinə görə
nümayəndə heyətinin bir nəfər üzvünə gündəlik xərc norması
0,8
1.5.
Bir nəfər iştirakçıya gündəlik mədəni proqram
1,6
1.6.
Suvenirlərin alınması
nümayəndə heyətinin rəhbərinə
10
nümayəndə heyətinin üzvlərinə
5
1.7.
Avtomobil nəqliyyatı ilə xidmət
nümayəndə heyətinin rəhbəri üçün
1 minik
avtomobili,gündə 15
saata qədər
nümayəndə heyətinin üç nəfər üzvü üçün
1 minik
avtomobili,gündə 10
saata qədər
1.8.
Ölkədə hərəkət
hava nəqliyyatı ilə
reys təyyarəsi
dəmiryolla
yatacaqlı vaqon
1.9.
Bir nəfərə gündəlik sair xərclər (pasportların qeydiyyatı, poçt-teleqraf
xərcləri, yükdaşıyanların haqqının ödənilməsi və s.)
2
2.
İdmançılardan, mütəxəssislərdən və rəsmi şəxslər -dən ibarət xarici
nümayəndəliklərin qəbulu və onlara xidmət
2.1.
Mehmanxana
nümayəndə heyətinin rəhbəri üçün
bir yerlik nömrə
nümayəndə heyətinin üzvləri üçün
bir yerlik, yaxud iki
yerlik nömrə
2.2.
Nümayəndəliyin bir nəfər üzvünün gündəlik yemək xərci
20
2.3.
Rəsmi qəbulun keçirilməsi üçün bir nəfər iştirakçıya
6
2.4.
Bir nəfər iştirakçıya mədəni proqram (bir tədbir üçün)
2
2.5.
Avtomobil nəqliyyatı ilə xidmət
nümayəndə heyəti üçün
nümayəndə heyəti
üzvlərinin sayından
asılı olaraq, 12 saata
qədər müddətə 1
minik avtomobili,
avtobus, idman
inventarının
daşınması üçün isə
yük avtomobili
(zəruri hallarda)
2.6.
Ölkədə hərəkət
hava nəqliyyatı ilə
Reys təyyarəsi
dəmiryolla
yatacaqlı vaqon
2.7.
Suvenirlərin alınması
nümayəndəliyin rəhbəri üçün
6 manata qədər
2.8.
Bir nəfərə gündəlik sair xərclər (pasportların qeydiyyatı, poçt -teleqraf
xərcləri, yükdaşıyanların haqqının ödənilməsi və s. )
2
Qeydlər:
1.
Mehmanxanada nömrənin bronlaşdırılması ilə bağlı xərclər mehmanxananın gündəlik haqqının ödənilməsi
üçün müəyyən edilmiş tarif üzrə ödənilir.
2.
Avtomobil nəqliyyatından istifadəyə görə haqq nümayəndə heyətinin qəbul olunduğu şəhərdə qüvvədə
olan tarif üzrə ödənilir.
3.
Hava və dəmiryol nəqliyyatının haqqı müvafiq sahədə qüvvədə olan tarif üzrə ödənilir.
4.
Nümayəndə heyəti üçün bir qəbul keçirilə bilər. Dünya və Avropa çempionatında ayrı-ayrı hallarda iki rəsmi
qəbul keçirilməsinə icazə verilir (tədbirin açılışı və bağlanışı).
5.
Xarici idman nümayəndə heyəti üzvlərinə cib xərcliyi üçün pul yalnız beynəlxalq idman əməkdaşlığı haqqında
ikitərəfli protokollara əsasən verilir.
6.
Xarici idman nümayəndə heyəti üzvlərinin yeməklə təminat norması hesablanmalıdır və bu məqsəd üçün
ayrılmış vəsait həddində konkret nümayəndə heyətinin qəbulu üçün həmin qobulun xüsusiyyətləri nəzərə alınmaqla
dəyişdirilə bilər.
7.
Xarici nümayəndə heyəti üzvlərinə onların xahişi əsasında 5 nömrəli cədvəldə müəyyən olunmuş norma üzrə
nağd pul verilə bilər.
8.
Qəbul edən tərəfin danışıqlarda iştirak edən nümayəndəsinə, tərcüməçiyə (müşayiət edən şəxsə) zəruri
hallarda müvafiq xarici nümayəndə heyəti üçün müəyyən edilmiş yemək, yaşayış sahəsi, nəqliyyat, mədəni xidmət
təminatı, hava, yaxud dəmiryol nəqliyyatı ilə hərəkət normaları şamil edilir.
9. Nümayəndə heyətini qəbul edən təşkilatın ştatında olmayan tərcüməçinin (müşayiət edən şəxsin) əməyinin
ödənilməsi bir saata 1 manat hesabı ilə həyata keçirilir.
10. Üzvlərinin sayı 15 nəfərdən çox olmadıqda, xarici nümayəndə heyətinə 1 nəfər tərcüməçi (müşayiət edən şəxs)
müəyyən edilir.
Üzvlərinin sayı 15 nəfərdən çox olduqda, xarici nümayəndə heyətinin tərkibi 15 nəfərə qədər olan (15-dən az
olmamaqla) hər qrupuna 1 nəfər tərcüməçi (müşayiət edən şəxs) müəyyən edilir.
11. İdman yarışlarında hakimlik üçün dəvət olunmuş xarici hakimlərin qəbulu 5 nömrəli cədvəlin 2-ci bölməsinə
müvafiq olaraq həyata keçirilir.
Azərbaycan Respublikası yığma komandalarının beynəlxalq yarışlarda iştirak etməsi üçün
XƏRC NORMALARI
Sıra
№-si
Xərcin adı
Xərc norması (xarici valyuta ilə)
1.
Xarici ölkələrə ezamiyyə xərcləri: gündəlik
və kommunal xərclər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə
müəyyən edilmiş miqdarda ödənilir
2.
Rabitə xərcləri (telefon, teleqraf, telefaks)
50 ABŞ dollarına qədər
Qeydlər:
İkitərəfli beynəlxalq razılaşmalarda nəzərdə tutulmuş digər xərclər (yarışlara bilet alınması üçün avans, iştirak
haqqı, start haqqı, katerlərin icarə xərci, katerlər üçün benzin, masaj, idman formasının yuduzdurulması, idman
qurğusunun icarəsi; atların hazırlanması, tibbi müayinə, ələf haqqının ödənilməsi, tövlənin icarəsi; gömrük rüsumu,
dəmirçi əməyinin ödənilməsi, bərə haqqının ödənilməsi və s.) təsdiqedici sənədlər təqdim olunduqda, faktiki
tələbata görə ödənilir.
Avtomobil nəqliyyatı ilə tranzit daşımaları vaxtı yanacaq-sürtkü materiallarının miqdarı bütün keçid
məntəqələri və nəqliyyat vasitəsinin növü göstərilməklə, xəritə sxemi təqdim olunduqda, hesablama yolu ilə müəyyən
edilir.
Rabitə xərci norması komanda üçün nəzərdə tutulur.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
8 may 2008-ci il tarixli 113 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 436)
2.
26
sentyabr
2014-cü
il
tarixli 312 nömrəli
Azərbaycan
Respublikası
Nazirlər
Kabinetinin
Qərarı (“Azərbaycan” qəzeti, 28 sentyabr 2014-cü il, № 212; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1136)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
26 sentyabr 2014-cü il tarixli 312 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan” qəzeti, 28 sentyabr 2014-cü il, № 212; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014-cü il, № 09, maddə 1136) ilə adında və 1-ci hissədə “ respublika” sözü “ ölkə” sözü ilə
əvəzedilmişdir.
[2]
26 sentyabr 2014-cü il tarixli 312 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan” qəzeti, 28 sentyabr 2014-cü il, № 212; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014-cü il, № 09, maddə 1136) ilə “Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və
beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və
Normaları”nın adında “respublika” sözü “ölkə” sözü ilə əvəz edilmişdir.
[3]
26 sentyabr 2014-cü il tarixli 312 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan” qəzeti, 28 sentyabr 2014-cü il, № 212; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014-cü il, № 09, maddə 1136) ilə “Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və
beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və
Normaları”nın 1.2-ci bənddə “ümumrespublika” sözü “ölkə” sözü ilə əvəz edilmişdir.
[4]
8 may 2008-ci il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 436) ilə «Vahid təqvim
planına uyğun olaraq keçirilən respublika və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün
vəsaitlərin xərclənməsi Qaydaları və Normaları»nın 1 nömrəli cədvəlinin üçüncü sütunundakı «3; 3; 12»
rəqəmləri müvafiq olaraq «10; 10; 25» rəqəmləri ilə əvəz edilmişdir.
26 sentyabr 2014-cü il tarixli 312 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan” qəzeti, 28 sentyabr 2014-cü il, № 212; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014-cü il, № 09, maddə 1136) ilə “Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və
beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və
Normaları”nın 1 nömrəli cədvəlin 1-ci hissəsinin “Tədbirlər” sütununda “Respublika” sözü “ölkə” sözü ilə,
“respublikadaxili” sözü “ölkədaxili” sözü ilə əvəz edilmişdir.
[5]
26 sentyabr 2014-cü il tarixli 312 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan” qəzeti, 28 sentyabr 2014-cü il, № 212; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014-cü il, № 09, maddə 1136) ilə “Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və
beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və
Normaları”nın 2 nömrəli cədvəlin “Hakim kateqoriyalarını nəzərə almaqla, ödənclərin miqdarı (manatla)”
sütununda
“RK”
akronimi
“ÖK”
akronimi
ilə
əvəz edilmişdir və
“Akronimlər”
hissəsində
“RK - Respublikakateqoriyalı” sözləri “ÖK - Ölkə kateqoriyalı” sözləri ilə əvəz edilmişdir.
[6]
26 sentyabr 2014-cü il tarixli 312 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan” qəzeti, 28 sentyabr 2014-cü il, № 212; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014-cü il, № 09, maddə 1136) ilə “Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və
beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və
Normaları”nın 3 nömrəli cədvəlin 1-ci hissəsinin “İdman tədbirlərinin adı” sütununda “Ümumrespublika”
sözü “Ölkə” sözü ilə əvəz edilmişdir.
[7]
26 sentyabr 2014-cü il tarixli 312 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan” qəzeti, 28 sentyabr 2014-cü il, № 212; Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014-cü il, № 09, maddə 1136) ilə “Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və
beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və
Normaları”nın 4 nömrəli cədvəlin 2-ci hissəsinin “İdman tədbirlərinin miqyası” sütununda
“Ümumrespublika” sözü “Ölkə” sözü ilə əvəz edilmişdir.
Dostları ilə paylaş: |