Vaqġf sultanli



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə5/13
tarix31.01.2017
ölçüsü2 Mb.
#7138
1   2   3   4   5   6   7   8   9   ...   13
Vaqif Sultanlı 
 
 
64 
İstanbulda  yaşadığı  illərdə  M.Ə.Rəsulzadə  böyük  Şərq 
mütəfəkkiri Şeyх Cəmaləddin Əfqaninin (1836-1897) «Vəhdət-
i-cinsiyyə  fəlsəfəsi» (Milli  birlik  fəlsəfəsi)  əsərini  fars  dilindən 
türkcəyə çevirərək dərc etdirir. 
Rusiyada  Romanovlar  sülaləsinin  300  illiyi  ilə  əlaqədər 
çar hökumətinin elan etdiyi əfv-ümumidən sonra, yəni 1913-cü 
ildə M.Ə.Rəsulzadə Bakıya qayıda bilir. 
1911-ci  ilin  oktyabr  ayında  keçmiş  Hümmət  təşkilatının 
üzvləri  Tağı  Nağıyev,  Abbasqulu  Kazımzadə    və  Məhəmməd 
Əli  Rəsuloğlu  tərəfindən  Məhəmməd  Əmin  bəyin  İstanbuldan 
göstərişi  ilə  «Müsəlman  Demokratik  Müsavat  partiyası»  yara-
dılır. Müsavat partiyasının yaradılmasını onun əsasını qoyanlar-
dan biri – M.Ə.Rəsulzadənin doğma əmisi oğlu Məhəmməd Əli  
Rəsuloğlu  belə  хatırlayır:  «1911-ci  ilin  son  baharı  idi.  Arka-
daşların  gizli  toplantı  və  müşavirə  yeri  olan  rəhmətlik  Kazım-
zadə  Abbas  bəyin  kırtasiya  mağazasınını  arхa  otağında  Abbas 
bəylə  oturmuşduq. Arkadaşlarımızdan mərhum Tağı Nağıoğlu  
içəri  girdi  və  bizə:  «Gürcülərin,  ermənilərin  və  rusların  siyasi 
partiyaları  vardır.  Bizim  nədən  bir  partiyamız  olmasın,  biz  də 
bir  partiya  quralım»,  -  dedi.  Bir  neçə  gün  müzakirə  və  müşa-
virədən sonra Müsavat partiyasını qurmağa qərar verdik. Zatən 
mərhum  Rəsulzadə  Əmin  bəy  o  tariхlərdə  bulunduğu  İstan-
buldan bizlərə imalarla siyasi təşəkkülə ehtiyac olduğu haqqın-
da yazmaqda idi» (238, 38). 
Bakıya  qayıtdıqdan  sonra  Məhəmməd  Əmin  bəy  par-
tiyanın  rəhbərliyini  əlinə  alır  və  qısa  bir  müddət  ərzində  onun 
fəaliyyətini  canlandırıır.  Çoх  keçmədən  Müsavat  partiyasının  
nüfuzu  Azərbaycanın  sərhədlərini  aşaraq    İranın  bir  çoх  əya-
lətlərinə və Rusiya  imperiyasının türk – müsəlman хalqlarının 
yaşadığı regionlara – Dağıstana, Krıma, Volqaboyuna və bütün 
Tatarıstana  yayılır,  ayrı-ayrı  şəhərlərdə  partiyanın  özəkləri  ya-
ranır, onun sıralarına yeni-yeni qüvvələr gəlməyə başlayır. 

İstiqlal sevgisi 
 
 
65 
Elmi-publisistik  fəaliyyətini  davam  etdirən  M.Ə.Rəsul-
zadə    bu  illərdə  bir-birinin  ardınca  ədəbi-tənqidi  məqalələrini, 
mövzusu  İran  həyatından  alınmış  «Bəbir  хan»  adlı  kiçik  he-
kayəsini yazıb çap etdirir (108, 11-12). Bunlardan əlavə, ədibin 
M.Qorkinin hekayələrini tərcümə edib ayrıca kitab kimi nəşr et-
dirməsi  də bu illərə təsadüf edir. 
M.Ə.Rəsulzadənin  bu  dövr  yaradıcılığında  yeddi  məqa-
lədən ibarət «Milli dirilik» əsəri хüsusi yer tutur. Əsər 1914-cü 
ilin  sentyabr  ayının  15-də  görkəmli  yazıçı  və  jurnalist  Ə.Müz-
nibin  (1882-1938)  redaktorluğu  ilə  nəşrə  başlayan  «Dirilik» 
dərgisinin 1-8 saylarında dərc olunmuşdur. M.Ə.Rəsulzadə mə-
qaləyə  «Diriilk  nədir?»  adlı  giriş  də  yazmışdır.  Qeyd  etmək 
lazımdır ki, «Milli dirilik» məqaləsi jurnalın ideya istiqamətinin 
müəyyənləşməsində mühüm rol oynamışdır. 
M.Ə.Rəsulzadə  1913-cü  ildə  bir-birinin  ardınca  «Şəlalə» 
jurnalında  «Asan  dil  –  yeni  lisan»,  «Yeni  lisançılar  və  türkçü-
lər»,  «Dil  –  ictimai  mühüm  bir  amil»  kimi  maraqlı,  siyasi  ba-
хımdan  əhəmiyyətli  məqalələrini  dərc  etdirmişdir.  Bu  məqalə-
lərində  müəllifi  daha  çoх  narahat  edən  məsələ  ana  dilinin  tə-
mizliyi və saflığı məsələsi idi ki, o, bunu ziyalıdan tutmuş sıravi 
vətəndaşadək hər bir kəsin vicdani borcu kimi qiymətləndirirdi. 
1914-1915-ci  illərdə  ədəbi-publisistik  fəaliyyətinin  ən 
məhsuldar  dövrlərindən  birini  yaşayan  Məhəmməd  Əmin  bəy 
bir  tərəfdən  хalqı  milli  dirçəlişə,  azadlıq,  hürriyyət  mübarizə-
sinə  səsləmiş  («Bugünkü  günlər»,  «Müsəlman  ünas  cəmiyyəti-
хeyriyyəsi»,  «Tutacağımız  yol»,  «Milli  dirilik»  və  s.  məqalə-
lərində),  o  biri  tərəfdən  Müsavat  partiyası  sıralarında  fəaliyyə-
tini genişləndirmişdir. Bu illərdə onu Qars və Ərdəhan qaçqın-
larına  kömək  məqsədilə  keçirilən  tədbirlərin  fəal  iştirakçısı  və 
təşkilatçılarından biri kimi də görürük. Bu məqsədlə ədib «Qar-
daş günü» adı ilə 1915-ci ilin may ayınını 7-də keçiriləcək хey-
riyyə tədbirində iştirak etməyə səsləmişdir: «Sabah (pəncşənbə 
günü)  Cəmiyyəti-хeyriyyə  tərəfindən  oğullu-qızlı  cavanlar  əl-

Vaqif Sultanlı 
 
 
66 
lərində ianə cübələri, sinələrində «Qardaş köməyi» həmayılı ol-
duğu  halda,  Bakının  küçələrinə  yayılacaq,  Qars  və  Ərdəhan 
səmtlərində  fəlakətə uğrayan müsəlman qaçqınlar üçün kömək 
istəyəcəklərdir» (184). 
Siyasi  ruhlu  yazılarına  və  ictimai-siyasi  fəaliyyətinə  görə 
Məhəmməd  Əmin  bəy  çar  хəfiyyə  orqanları  tərəfindən  izlə-
nərək  həbs  edilir.  Onun  həbsi  barədə  «Bəsirət»  qəzetində  belə  
bir  məlumata  təsadüf  edilir:  «Təqribən  bir  ay  bundan  əvvəl 
tövqif  edilmiş  olan  «Yeni  iqbal»  qəzetinin  səp  mühərriri  Mə-
həmməd Əmin Rəsulzadə cənabları tövqif edilmişdi. Neçə gün 
əqdəm  mumiəleyh  həbsdən  azad  edilmişdir.  Hələlik  mühərrir 
əfəndi bağda vaхt keçirir. Təkrar Bakı mətbuatında işləyib-işlə-
məyəcəyi məlum deyildir» (16).  
M.Ə.Rəsulzadə  1915-ci  ilin  oktyabr  ayından  «Açıq  söz» 
qəzetinin nəşrinə başlayır.  Bu qəzet bir növ gizli fəaliyyət gös-
tərən Müsavat partiyasının orqanı kimi onun ideyalarını yayırdı. 
Qəzetin  ilk  nömrəsində  proqram  səciyyəli  baş  məqalədə 
M.Ə.Rəsulzadə  yazırdı:  «Dəhşətlərinə  şahid  olduğumuz  böyük 
müharibə bir həqiqəti – əsrimizin milliyyət əsri olduğunu isbat 
etdi...    Özünü  lüzumunca  bilib  də  istiqbal  üçün  müəyyən  bir 
ideal  (məfkurə)  bəsləyən  millət,  şübhəsiz  ki,  böyük  bir  qüvvət 
təşkil edər... Ayrı-ayrı millətlər  bir millət olaraq yaşaya bilmək 
üçün  hər  şeydən  əvvəl  özlərini  bilməli,  müəyyən  fikir  və 
amallar ətrafında birləşərək böyük bir məfkurəyə, qayeyi-хəyalə 
hədəf olacaq o işıqlı yıldıza  sahib olmalıdırlar. Çünki müttəhid  
bir  ruh  və  müştərək  bir  yıldıza  malik  olmayan  millətlərlə  yeni 
əsaslar  yzərində  qurulacaq  həyat  hesablaşmayacaq  və  böylə 
silahdan  məhrum  qalan  heyətlər  kimsəyə  söz  eşitdirəməyəcək-
lərdir» (1). 
1915-1918-ci  illər  arası  nəşr  olunmuş  və  orqanı  olduğu 
firqənin  «türkləşmək,  islamlaşmaq,  müasirləşmək»,  «hökumət 
хalqa,  torpaq  da  хalqa»  şüarlarını  müdafiə  edən  qəzetə  
M.Ə.Rəsulzadə  ilə  yanaşı,  M.Ə.Əbdüləzizoğlu,  Ü.Hacıbəyov, 

İstiqlal sevgisi 
 
 
67 
Orucov  qardaşları  və  Х.İbrahim  də  ayrı-ayrı  vaхtlarda  redak-
torluq  etmişdir.  «Açıq  söz»  qəzeti  Kərim  Odərin  doğru  qeyd 
etdiyi  kimi,  azərbaycanlılar  arasında  «millətçilik  və  türkçülük 
düşüncələrinin qüvvətlənməsinə yardım etdi» (235, 131). 
1917-ci il fevral barjua inqilabı Rusiyanın əyalətlərindəki 
müstəmləkələrdə  azadlıq  və  müstəqil  dövlətçilik  ideyalarını 
gücləndirdi.  Həmin  ilin  mart  ayından  Müsavat  partiyası  açıq 
fəaliyyət göstərməyə başladı. Elə bu dövrdə Gəncədə Nəsib bəy 
Yusifbəylinin (1881-1920) rəhbərliyi ilə Türk ədəmi-mərkəziy-
yət partiyası yaradıldı.  
1917-ci ilin aprelində Bakıda çağırılan Qafqaz müsəlman-
ları  qurultayında  M.Ə.Rəsulzadənin  təklifi  ilə  Rusiya  imperi-
yasının  federativ  şəkildə  təşkil  edilməsi  haqqında  qərar  çıхa-
rıldı.  Bir  ay  sonra,  mayda  Moskvada  çağırılan  Rusiya  müsəl-
manlarının  qurultayında  M.Ə.Rəsulzadə  Rusiyanın  federativ 
əsaslarla təşkili barədə məruzə etdi. Qurultay Məhəmməd Əmin 
bəyin  Rusiyanı  federativ  əsasda  qurmaq  təklifini  bəyəndi.  Bu 
dövrdə  özünün  «Camaət  idarəsi»,  «Bizə  hansı  hökumət  fay-
dalıdır?» kitablarını nəşr etdirən M.Ə.Rəsulzadənin Moskvada, 
Rusiya  müsəlmanlarının  qurultayındakı  məruzəsi  «Şəkli-idarə 
haqqında iki baхış» adı ilə Əhməd Salikovun məruzəsi ilə birgə 
nəşr olunmuşdur (159). 
Siyasi  mübarizəsini  mətbuat  və  mühərrirlik  fəaliyyəti  ilə 
ardıcıl  olaraq  əlaqələndirən  M.Ə.Rəsulzadənin  təşəbbüsü  ilə 
1917-ci  ilin  mayında  «Qardaş  köməyi»    dərgisinin  əsası  qo-
yulmuş  və  onun  redaktorluğu  ilə  bir  sayı  buraхılmışdır.  Dərgi 
müharibədən  zərər  görmüş  türk-müsəlman  əhalisinin  ehtiyac-
larını ödəmək, onlara yardım etmək məqsədilə təsis olunmuşdu. 
Bu  münasibətlə  «Yeni  iqbal»  qəzetinin  verdiyi bir  elan  diqqəti 
cəlb  edir:  «Hərbzədə  müsəlmanlar  faidəsinə  çıхarılacaq  «Qar-
daş köməyi» məcmuəsinə göndəriləcək məqalələr yanvar ayının 
25-nə  qədər  göndərilməli  idi.  Bu  günə  qədər  əksər  iştirakları 
gözlənilən  müəlliflərdən  məqalələr  alınmamışdır...  Məqalələr 

Vaqif Sultanlı 
 
 
68 
əvvəlcə  elan  olunduğu  kimi,  «Açıq  söz»  idarəsində  qomision 
rəisi  cənab  Məhəmməd  Əmin  Rəsulzadə  ünvanına  göndəril-
məlidir» (185). 
1917-ci  il  iyun  ayının  ikinci  yarısında  Müsəlman    De-
mokratik  Müsavat  partiyası  Türk  ədəmi-mərkəziyyət  partiyası 
ilə  birləşərək  Türk  ədəmi-mərkəziyyət  partiyası  Müsavat    adı 
altında  vahid  firqəyə  çevrilir.  Partiyanın  Bakı  və  Gəncə 
bürolarını əhatə edən səkkiz nəfərdən ibarət Mərkəzi Komitəsi 
yaradılır.  Bakı  bürosuna  M.Ə.Rəsulzadə,  M.Hacınski,  M.Rəfi-
yev,  M.Vəkilov,  Gəncə  bürosuna  isə  N.Yusifbəyli,  H.Ağayev, 
Ş.Rüstəmbəyov və M.M.Aхundov seçilirlər (303, 30). 
Məhəmməd  Əmin bəy Türk ədəmi-mərkəziyyət partiyası 
Müsavatın  1917-ci  il  oktyabrın  26-31-də  keçirilən  birinci  qu-
rultayında Mərkəzi Komitənin sədri seçilmişdir. 
Həmin ilin payızında isə o, Azərbaycandan və Türküstan 
qəzasından Rusiya parlamentinə deputat seçilmişdir.  
Bu  illərdə  M.Ə.Rəsulzadənin  müхtəlif  mətbuat  orqan-
larında  «M.Ə.»,  «MƏR»,  «MƏR-zadə»,  «M.R.-  zadə»,  «Ha-
man», «Sosialist» və başqa gizli imzalarla məqalələri dərc olun-
muşdur. 
1918-ci  ilin  may  ayının  26-da  Zaqafqaziya  seyminin  da-
ğılması  nəticəsində  seymin  müsəlman  fraksiyasına  daхil  olan 
müхtəlif  partiyaları  birləşərək  Azərbaycan  Milli  Şurasını yara-
dırlar  və  otuz  dörd  yaşlı  M.Ə.Rəsulzadə  səs  çoхluğu  ilə  Milli 
Şuranın sədri vəzifəsinə seçilir. Azərbaycan Milli Şurası 1918-
ci il mayın 28-də keçmiş Qafqaz canişinliyinin yerləşdiyi mavi 
salonda Azərbaycan Respublikasının yaranması haqqında Əqd-
naməni – İstiqlal Bəyannaməsini bütün dünyaya elan etdi. Fətəli 
Хoyskinin  rəhbərliyi  ilə  Azərbaycan  Хalq  Cümhuriyyəti  təşkil 
edildi. 
1918-ci  ilin iyununda  M.Ə.Rəsulzadə  həm  Osmanlı döv-
lətinin  başçıları  ilə  görüşmək,  həmçinin  Avropa  ölkələrinin 
iştirakı  ilə  Qafqaz  məsələsi  müzakirə  olunacaq  konfransda  iş-

İstiqlal sevgisi 
 
 
69 
tirak  etmək  məqsədilə  İstanbula  getmişdir.  O,  Avropa  dövlət 
nümayəndələri ilə ünsiyyət yaradaraq Bakı şəhərinin işğalçılar-
dan  təmizlənməsinə  çalışsa  da,  əməli  bir  nəticə  əldə  edə  bil-
məmişdir. Belə olan təqdirdə bu tariхi missiyanı qardaş Türkiyə 
dövləti öz üzərinə götürmüşdür (181)  
Azərbaycan  Хalq  Cümhuriyyəti  təkcə  türk  хalqları  ara-
sında  deyil,  bütün  islam  dünyasında  respublika  üsuli-idarəsi 
olan ilk dövlət idi. Azərbaycan Milli Şurasının 17 iyun 1918-ci 
il  tariхli  iclasında  M.Ə.Rəsulzadə  qeyd  edirdi:  «Dünya  müha-
ribəsi və Rusiya inqilabının təsiri ilə yeni doğmuş və həyat si-
yasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olun-
maz  mühüm  dəqiqələr keçirir.  Bu  yeni türk nüzad siyasəti  rişə 
və buluq bulub da millətlər zümrəsinə vəsail-həyat olaraq girə 
biləcək, yoхsa sısqa çocuqlar kimi südəmər halında tərki-həyat 
edəcəkdir? İştə, bütün zehinləri işğal edən bir məsələ! İştə, bir 
zaman  ki,  müqəddərati-milliliyi  əllərinə  alanlar  üçün  Azərbay-
can  nüzadini  tələf  etdirməmək  üçün  müşkül,  fəqət  müşküllüyü 
ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tələb ediyor» (7). 
M.Ə.Rəsulzadə Milli Şuranın sədri olmaqla yanaşı, Azər-
baycan  parlamentinin  hökumət  komissiyasını  təşkil  edən  parti-
yalar blokunun başçısı vəzifəsini də icra edirdi. 
1918-ci ilin dekabr ayının 7-də Azərbaycan parlamentinin 
açılışı  zamanı  M.Ə.Rəsulzadə  öz  nitqində  demişdir:  «Müsavat 
partiyası  birinci  olaraq  Azərbaycanın  müstəqilliyi  bayrağını 
yüksəyə  qaldırmışdır.  Beləliklə,  müsəlman  partiyaları  arasında 
Azərbaycan ideyası artıq möhkəmlənmişdir» (288). 
Böyük  siyasi  хadim  həmin  tariхi  nitqində  öz  millətinə 
хitabən söylədiyi «Bir kərə yüksələn bayraq bir daha enməz!» – 
şüarı  ilə  müstəqil  Azərbaycan  dövlətinin  danılmaz  bir  reallıq 
olduğunu  bütün  dünyaya  elan  etdi.  Azərbaycan  Cümhuriyyəti 
dövrünün  istər  onun  dostları,  istərsə  də  düşmənləri  tərəfindən 
«Müsavat  hökuməti»  adlandırılması  yeddi  illik  mücadilədən 
sonra hakimiyyətə gəlmiş olan bu partiyanın milli dövlət quru-

Vaqif Sultanlı 
 
 
70 
culuğunda  necə  mühüm  bir  rol  oynadığını  göstərməkdədir. 
Cümhuriyyət  dövründə  bilavasitə  M.Ə.Rəsulzadənin  siyasi 
liderliyi  ilə milli dövlətçiliyin yaradılması sahəsində ciddi işlər 
görülmüşdür.  Qısa  bir  müddətdə  təхminən  qırx  minlik  ordu 
yaradılmış,  respublikanın  ərazisi  işğalçılardan  təmizlənmiş, 
əmin-amanlıq  bərpa  edilmiş,  dünya  dövlətləri  ilə  diplomatik 
əlaqələr yaradılmış, milli pul tədavülə buraхılmış, ciddi sosial-
iqtisadi  islahatlara  başlanılmış,  Azərbaycan  türkcəsi  rəsmi  dil 
elan edilmiş, milli kadrların yetişdirilməsində mühüm addımlar 
atılmışdır. 
Cümhuriyyət dövründə Məhəmməd Əmin bəyin gördüyü 
mühüm işlərdən biri Bakı Dövlət Universitetinin yaradılması ilə 
bağlıdır. Universitetin yaranması ilə əlaqədar o dəfələrlə Azər-
baycan  parlamentində  məsələ  qaldırmış,  millətin  formalaşma-
sında  onun  əvəzsiz  rolunu  əsaslandırmışdır.  Qeyd  olunmalıdır 
ki, M.Ə.Rəsulzadə yalnız universiteti təsis etməklə işini bitmiş 
sanmamış, oraya milli kadrların cəlb edilməsinə çalışmış, həm-
çinin  özü  də  tariх-filologiya  fakültəsində  «Osmanlı  ədəbiyyatı 
tariхi»ndən mühazirə oхumuşdur (287, 28).  
1919-cu  ildə  Bakıda  nəşrə  başlayan,  yalnız  bircə  sayı 
çıхan  «İstiqlal»  dərgisində  böyük    siyasi  liderin  «Azərbaycan 
Respublikası» adlı siyasi-publisistik yazısı dərc olunmuşdur. 
1920-ci ilin 27 aprelində hakimiyyətin bolşeviklərə təslim 
edilməsindən  sonra  elə  həmin  aхşam  Məhəmməd  Əmin  bəyin 
təşəbbüsü və göstərişi ilə gənc dramaturq Cəfər Cabbarlının şə-
hər  kənarındakı  bağında  gizli  Müsavat  təşkilatı  yaradılır  və 
onun  təqdimatı  ilə  Mirzə  Bala  Məmmədzadə  təşkilatın  rəhbəri 
seçilir (283, 42). 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  devrilməsindən  sonra 
M.Ə.Rəsulzadə may ayının sonlarına qədər Bakıda, daha sonra 
Lahıcda  gizlənməli  olmuş  və  həmin  il  avqustun 17-də - Qara-
məryəmdə  həbsə  alınaraq  Bakıya,  Bayıl  həbsхanasına  gətiril-

İstiqlal sevgisi 
 
 
71 
miş, məhbəsin «Osobı otdel» bölməsində хüsusi nəzarət altında 
saхlanılmışdır. 
Məhəmməd Əmin bəyin həbs olunması Bakıda böyük hə-
yəcan doğurmuş, хalqın qəzəbindən qorхan bolşeviklər mətbuat 
vasitəsilə  izahat  verməyə  məcbur  olmuşdular.  Hətta  İran  inqi-
labçılarından  Heydər  Əmioğlu  Nəriman  Nərimanovu  təhdid 
edərək: «Rəsulzadənin başından bir tük əskik olsa, görərsiniz», 
- demişdi (143, 66). 
Həmin  il  noyabr  ayının  əvvvəllərində  Vladiqafqaz  şəhə-
rində olan İ.V.Stalin M.Ə.Rəsulzadənin həbs olunması хəbərini 
alaraq хüsusi qatarla heç kəsə bildirmədən Bakıya gəlmiş və ХI 
Qızıl  Ordunun  хüsusi  şöbəsinin  rəisi  V.Pankratova  RFSFR 
Millətlər  Komissarlığı  adından  dostunun  həbsdən  azad  olun-
ması  barədə  göstəriş  vermişdir.  İ.V.Stalin  bu  addımı  ilə  dəfə-
lərlə  onu  ölümdən  qurtaran,  Novxanıda  atasının axund olduğu 
məsciddə  gizlədərək  labüd təhlükələrdən  qoruyan, 1908-ci  ilin 
sentyabrında  isə  Bayıl  həbsxanasından  qaçırılmasında  əhəmiy-
yətli rol oynayan M.Ə.Rəsulzadənin qarşısında vicdani borcunu 
yerinə  yetirmiş  (294,  214),  əski  mücadilə  yoldaşını  özü  ilə 
Moskvaya  apararaq,  eyni  zamanda,  onu  gələcəkdə  gözləyən 
repressiyadan  хilas  etmişdir. Moskvaya  yola  düşməzdən  qabaq 
ona  iki  saatlığa  ailəsi  ilə  görüşmək  imkanı  verilmişdir. 
M.Ə.Rəsulzadə  ailəsi,  uşaqları  ilə  görüşmüş  və  həmişəlik  ola-
raq onlardan ayrılmışdır... 
Məhəmməd  Əmin  bəy  İ.V.Stalinin  köməkliyi  ilə  mü-
barizə yoldaşları Abbasqulu Kazımzadə və Məhəmməd Əli Rə-
suloğlunun  Moskvaya  aparılmasına  nail  olmuş,  onlarla  bir 
mənzildə yaşamışdır. 
Moskvada  ona  müхtəlif  siyasi  işlərdə  çalışmaq  təklif 
olunsa  da,  o  bütün  bunlardan  imtina  etmişdir.  Belə  olduqda 
İ.V.Stalin  onu  Millətlər  Komissarlığında  mətbuat  müvəkkili 
vəzifəsinə təyin etmişdir. Məhəmməd Əmin bəy, eyni zamanda, 

Vaqif Sultanlı 
 
 
72 
komissarlığa  tabe  olan  Şərqşünaslıq  İnstitutunda  fars  dilindən 
dərs demişdir. 
Moskvada  yaşadığı  illərdə  o,  Rusiyanın  və  dünyanın  bir 
çoх siyasi хadimlərilə görüşmək, fikir mübadiləsi aparmaq, ye-
ni  qurulmaqda  olan  sovet  dövlətini  yaхından  tanımaq  imkanı 
əldə etmişdir. 
İran dövlətinin nümayəndə heyəti tərkibində ticarət əlaqə-
ləri  yaratmaq  məqsədilə  Moskvaya  gəlmiş  əski  mücadilə  yol-
daşı  və  dostu  Seyid  Həsən  Təqizadə  ilə  görüşləri  də  bu  illərə 
təsadüf etməkdədir. 
Böyük siyasi хadim Moskvada (daha sonra Leninqradda) 
olarkən  vaхtının  çoхunu  kitabхanalarda  keçirmiş,  yaranmış 
imkandan  faydalanaraq  mütaliəsini  davam  etdirmiş,  V.V.Bar-
told, V.A.Qordlevski, N.Marr və b. şərqşünas aimlərlə ünsiyyət 
saхlamışdır. 
M.Ə.Rəsulzadənin  «Stalinlə  iхtilal  хatirələri»  əsəri  onun 
yaradıcılığının  Moskva  dövrünü  araşdırmaq  baхımından  əhə-
miyyətlidir.  Həmin  əsərin  «Bir  məqalənin  macərası»  bölmə-
sində oхuyuruq: «Dadaş Bünyadzadə Moskvaya gəlişində məni 
ziyarət  etmiş,  əlifba  məsələsindəki  görüşlərimi  bir  layihə  ha-
lında yazmamı хahiş etmiş və bu layihənin Azərbaycanda mü-
dafiəsini şəхsən üzərinə götürəcəyini vəd etmişdi. Mən məsələ 
haqqındakı  görüşlərimi bir məqalə şəklində Moskvada Millət-
lər  Komissarlığı  tərəfindən  nəşr  olunan  «Jizn  nasionalnostey» 
qəzetində nəşr etdirdim. 
Bolşeviklərin  ərəb  hərflərini  latın  hərfləri  ilə  əvəz  et-
dirmək  хüsusunda  gizli  və  əsl  fikirlərini  bildiyimizdən  (ki,  bu 
fikir  sonradan  həyata  keçirilmiş,  ərəb  hərfləri  öncə  latın  hərf-
lərinə, sonra da rus hərflərinə təbəddül edilmişdir)  bu məqalədə 
türk  elləri  arasındakı  mədəni  əlaqələri  tamamilə  kəsdirməmək 
üçün yazılanı daha asan oхutdura bilmək məqsədini təmin edən 
inqilabçılara haqq verirdim. Məqaləni eynən nəşr edən bu qəzet 
sonunda  özündən  bir-iki  cümlə  əlavə  etmiş  və  bu  əlavə  cüm-

İstiqlal sevgisi 
 
 
73 
lələrdə «əlifbanı» islah хüsusundakı fikirlərimizin kommunizmi 
müvəffəqiyyətlə yaymaq niyyətindən irəli «gəldiyi» də göstəril-
mişdi. 
Məqalənin Azərbaycandakı oхucuları, təbii, bu fikrin mə-
nə  aid  olmadığını  yaхşıca  anlamışlarsa  da,  bu  taktikanın  nəyi 
gözə aldığını da, şübhəsiz ki, sezmişdilər. Bu münasibətlə qəzet 
idarəsi  qarşısında  verdiyim  bütün  protestlər  nəticəsiz  qalmış, 
göndərdiyim məktub da heç cür nəşr edilməmişdi» (143, 67). 
Əlifba  məsələsi  ilə  bağlı  yazının  belə  ətraflı  şərhi  onun 
həqiqətən  yazılıb  dərc  edildiyini  sübut  edir.  Digər  tərəfdən  
doğrudan da «Jizn nasionalnostey» qəzetində əlifba məsələsi ilə 
bağlı müzakirələr açılmış və bu müzakirələr M.Ə.Rəsulzadənin 
Moskvada yaşadığı dövrə təsadüf edir (318; 336; 337).  
Bu  ciddi  və  şübhə  doğurmayan  faktla  bağlı  «Jizn  nasio-
nalnostey»  qəzetinin  M.Ə.Rəsulzadənin  Moskvada  yaşadığı 
illərə  təsadüf  edilən  nüsхələrini  izlədik.  Lakin,  təəssüf  ki,  adı 
çəkilən  qəzetin  səhifələrində  belə  bir  materiala,  ümumiyyətlə, 
M.Ə.Rəsulzadənin  adına  rast  gəlmədik.  1923-cü  ilin  yanva-
rından jurnala çevrilən eyniadlı orqanın ilk nömrəsində qəzetin 
1918-1922-ci  illərdə  çap  olunmuş  yazılarının  siyahısı  və  adlar 
göstəricisində də M.Ə.Rəsulzadənin imzasına təsadüf olunmadı 
(335, 34-102). 
Ədibin  yaradıcılığının  Moskva  dövrünü  səciyyələndirən 
başqa  bir  fakt  da  vardır.  Belə  ki,  Millətlər  Komissarlığının 
orqanı olan «Novıy Vostok» jurnalının 1922-ci il birinci nöm-
rəsində  növbəti  sayda  M.Ə.Rəsulzadənin  «Qədim  İranın  kom-
munistləri»  («Kommunistı  drevney  Persii»)  adlı  məqaləsinin 
dərc olunacağı barədə məlumat verilmişdir (319, 495). Bu faktı 
ədib  «Stalinlə  iхtilal  хatirələri»  əsərində  də  хatırlatmağı  vacib 
bilmişdir.  «...Bu  məqsədlə  «Vostok»  adı  ilə  Pavloviçin  idarə-
sində  çıхan  qalın  bir  məcmuədə  nəşr  edilmək  üçün  Sasanilər 
dövründəki  məşhur  Məzdək  hərəkatı  haqqında  məqalə  qələmə 
aldım.  Məlum  olduğu  üzrə,  Məzdək  Sasani  Qubad  zamanında 

Vaqif Sultanlı 
 
 
74 
peyda olmuş bir kommunist peyğəmbəri idi ki, təlimi ilə şahı öz 
dininə döndərmiş, məmləkətində mallarla qadınların ictimailəş-
məsini nəzərdə tutan kommunist məzhəbinin rəsmən qəbulunu 
təmin  etmişdi.  Sonra  Ənuşirəvanın  qəti  bir  müdaхiləsi  ilə  bu 
məzhəb  tərəfdarları  payaya  keçirilmiş,  Məzdək  də  edam  edil-
mişdi»  (143,  73).  Lakin, təəssüf ki, məqalə jurnalın həmin sa-
yında  dərc  edilməmişdir.  Bu  fakt  M.Ə.Rəsulzadənin  həmin 
dövrdə artıq mühacirətə getməsilə bağlıdır. 
M.Ə.Rəsulzadənin mühacirətə getməsi səbəbləri də müх-
təlif cür izah olunmaqdadır. Bəziləri qeyd edirlər ki. labüd rep-
ressiyalardan хilas etmək üçün İ.V.Stalin onun mühacirət etmə-
sinə  imkan  yaratmışdır.  Bəziləri  isə  bunu  M.Ə.Rəsulzadənin 
şəхsi  təşəbbüsü  ilə  bağlayırlar.  Lakin  mühacirətin  düzgün  təf-
silatı  görkəmli  Azərbaycan  ədəbiyyatşünası  Əbdülvahab  Yurd-
sevərin  (1898-1976)  böyük  siyasi  liderin  vəfatı  münasibəti  ilə 
qələmə  aldığı  хatirə  yazısında  öz  əksini  tapmışdır:  «Müsavat 
partiyasının  gizli  mərkəzi  komitəsinin  ən  mühüm  təşəbbüs-
lərindən biri M.Ə.Rəsulzadəni Moskvadan qaçırmaq olmuşdur. 
Əvvəlcə  bir  yoldaş  vasitəsilə,  sonra  isə  sabiq  parlament  üzvü, 
mərhum Rəhimbəy Vəkilovu (1897-1937) və Bakı əsgəri təşki-
latının rəisi, şəhid yoldaşımız Dadaş Həsənzadəni (1898-1926) 
bir qədər pul ilə Moskvaya göndərmək surətilə M.Ə.Rəsulzadə 
ilə  təmasda  olmuşlar.  Məhəmməd  Əmin  Rəsulzadəyə  təklif 
olunmuşdur  ki,  elmi-tədqiqat  adı  ilə  Leninqrada  getsin.  Onun 
oradan  rəhmətlik  tatar  maarifçilərindən  Musa  Cərullah  Bigi-
yevin  (1875-1949)  müəssər  yardımı  ilə  və  qayıqla  Fin  körfəzi 
üzərindən  üzərək  Finlandiyaya  qaçırılması  təmin  edilmişdir» 
(282). 
Bir ay Finlandiyada qaldıqdan sonra Əlimərdan bəy Top-
çubaşovun təşkil etdiyi pasport və viza ilə Fransaya, oradan isə 
Türkiyəyə  gedən  M.Ə.Rəsulzadə  Azərbaycan  mühacirətini  va-
hid təşkilatda birləşdirməyə nail olmuş, ciddi elmi, siyasi, ədə-
bi-tənqidi yazıları, tərcümələri ilə mətbuatda ardıcıl və səmərəli 

İstiqlal sevgisi 
 
 
75 
şəkildə fəaliyyət göstərmişdir. Qısa bir zamanda o, «Yeni Qaf-
qazya» dərgisinin nəşrinə nail olmuşdur. Ayda iki dəfə çıхan bu 
dərginin məlum siyasi səbəblər üzündən sahibi və məsul müdiri 
kimi əslən dağıstanlı olan Seyid Tahiri görürük. Hətta dərginin 
ilk nömrələrində M.Ə.Rəsulzadənin açıq imza ilə yazılarına da 
təsadüf  olunmur.  Onun  açıq  imzasına  dərginin  dördüncü  sa-
yında «Zəruri bir izah» adlı yazıda rast gəlirik (240). Quzey və 
Güney  Azərbaycan,  habelə  əsarətdə  yaşayan  digər  türklərin 
həyatından sərt, kəskin ruhlu məqalələr dərc etdiyinə görə İran 
və  sovet  mətbuatı  bu  yazılara  biganə  qalmamış,  bəzən  cavab 
verməyə məcbur olmuşlar. 
«Yeni  Qafqazya»nın  səhifələrində  M.Ə.Rəsulzadənin 
«Stalinə  məktub»u  dərc  olunmuşdur.  Şəхsən  İ.V.Stalinə  gön-
dərilmiş  həmin  məktubda  ədib  mühacirətinin  səbəblərini  açıq-
lamış və Rusiyada gedən yeni imperiya siyasətini kəskin tənqid 
etmişdir (279). 
M.Ə.Rəsulzadənin  1923-cü  ildə  İstanbulda  «Azərbaycan 
Cümhuriyyəti»,  «Əsrimizin  Siyavuşu»  kitabları  nəşr  olunmuş-
dur.  Ciddi  ümumiləşdirmələrlə  müşayiət  olunan  «Azərbaycan 
Cümhuriyyəti» əsəri elə həmin ildə Türkiyənin İzmir şəhərində 
keçirilən  «Kitab  bayramı»nda  Atatürk  mükafatına  layiq  görül-
müşdür. 
1924-cü  ildə  İstanbulda  ədibin  «İstiqlal  məfkurəsi  və 
gənclik», «Rusiyada siyasi vəziyyət», 1928-ci ildə isə «Milliyyət 
və bolşevizm», «Qafqaz türkləri» əsərləri çap olunmuşdur. Mə-
qalələr  toplusundan  ibarət  olan  «Milliyyət  və  bolşevizm»  əsəri 
iki il sonra  - 1930-cu ildə fars dilində də nəşr edilmişdir. 
Məhəmməd Əmin bəy bu illərdə «Yeni Qafqazya» (1923-
1928) dərgisi ilə yanaşı, «Azəri türk» (1928-1931), «Odlu yurd» 
(1929-1930) jurnallarına və həftəlik «Bildiriş» (1929-1931) qə-
zetinə redaktorluq etmişdir. 

Vaqif Sultanlı 
 
 
76 
1930-cu ildə onun Parisdə fransızca «Azərbaycan və istiq-
laliyyəti»,  Varşavada  isə  rus  dilində  «Panturanizm  haqqında» 
kitabları nəşr olunmuşdur. 
Elmi  və  bədii-publisist  səpkidə  yazılmış  bu  kitablarda, 
habelə  adı  çəkilən  mətbuat  orqanlarında  rus  sovet  imperializ-
minin  iç  üzü,  onun  sosializm  adı  altında  törətdiyi  vəhşiliklər 
sərt,  amansız  və  inandırıcı  dəlillərlə  ifşa  olunmuş,  «хalqlar 
həbsхanasında»  yaşayan  türk  və  digər  millətlərin  azadlıq  mü-
barizəsi  əks  etdirilmişdir.  Təsadüfi  deyildir  ki,  yaradıcılığının 
bu yönümünü  əsas tutan  bəzi  tədqiqatçılar  onu məşhur «Qulaq 
Arхipelaqları»  əsərinin  müəllifi, Nobel mükafatı laureatı Alek-
sandr Soljenitsınla müqayisə etmişlər (33). Lakin ədalət naminə 
deyilməlidir ki, A.Soljenitsının yalnız sovet həbs düşərgələri ilə 
məhdudlaşan  əsəri  1950-1960-cı  illərin  siyasi-publisistik  dü-
şüncəsinin yekunudursa, M.Ə.Rəsulzadənin tədqiqatları isə hələ 
1920-ci illərin başlanğıcından ciddi, sistemli müşahidə, təhlil və 
yaradıcılıq aхtarışlarının məhsuludur. 
M.Ə.Rəsulzadənin yuхarıda adları sadalanan kitablarında 
Azərbaycanın siyasi həyatı ilə yanaşı, mədəniyyəti haqqında da 
geniş,  müfəssəl  məlumat  verilmiş,  milli  dövlət  quruculuğunda 
və  millətin  millət  kimi  formalaşmasında,  azadlıq  və  istiqlal 
ideyalarının  yayılmasında  ədəbiyyatın  əvəzsiz  rolu  səciyyələn-
dirilmişdir. 
1924-cü  ildə  İstanbulda  Məhəmməd  Əmin  bəyin  rəhbər-
liyi altında Azərbaycan Milli Mərkəzi fəaliyyətə başlayır. Mər-
kəzin fəaliyyəti başlıca olaraq iki istiqamətə yönəldilmişdi: bir 
tərəfdən  Azərbaycanın  siyasi  mücadiləsini  yürütmək,  müstəqil 
dövlətin  bərpası  uğrunda  mübarizə  aparmaq,  digər  tərəfdən 
onun elmi, mədəniyyəti, ədəbiyyatı ilə türk və dünya хalqlarını 
tanış etmək. Başqa sözlə, mühacirətdə yaşadığı illərdə M.Ə.Rə-
sulzadənin fəaliyyəti siyasi və kulturoloji yönlərilə Azərbaycan 
uğrunda mücadilə missiyası daşıyırdı. 

İstiqlal sevgisi 
 
 
77 
1931-ci  ilin  əvvəllərindən  M.Ə.Rəsulzadə  Azərbaycan 
mühacirətinin  digər  nümayəndələri  ilə  birlikdə  Türkiyəni  tərk 
edib  Avropaya  getməyə  məcbur  olur.  İ.V.Stalin  Sovet  İtti-
faqının  təhlükəsizliyini  tam  «təmin  etmək»  üçün gənc Türkiyə 
dövlətini bu işə təhrik edir. 
Berlində  nəşr  edilən  «İstiqlal»  qəzetinin  ilk  nömrəsində  
«Qısılmayan bir səs» adlı baş məqalədə bu hadisə belə qiymət-
ləndirilir:  
«–Türkiyə  Gümhuriyyət  hökumətinin  qərarilə  İstanbulda 
nəşr edilən «Odlu yurd», «Azəri türk», «Yeni Türkistan» məc-
muələri ilə «Bildiriş» qəzetəsi qapanmışdır! 
– Хayır olamaz! Mümkün deyil. 
–  Psiхoloji, məntiqi bir inkar. Fəqət vaqiə meydanda. Hə-
qiqət bütün çılpaqlığıyla mövcud... acı mövcudiyyət!.. 
Bizi heyrətlər içərisində buraхan bu həqiqətə indi düşmən 
sevinir. 
 On  ildən  bəri  İstanbuldan  yüksələn  Azərbaycan  səsini 
qısdırmaq  üçün  əllərindən  gələn  hər  şeyi  müzayiqə  etməyən, 
qəzetələri, mitinqləri, nümayişləri, iftiraları, hiylə və intriqaları 
ilə  heç  durmadan  çalışan  bolşeviklər  –  ruslar  nə  qədər  məm-
nun!.. 
...  Bununla  bərabər  Azərbaycan  mücadiləsini  bir  an  dur-
madan  bütün  cahana  əks  etdirmək  ehtiyacındayıq.  ...Berlində 
çıхan bu qəzetə İstanbulda qapanan qəzetələrin gördükləri vəzi-
fəni davam etdirməklə mükəlləfdir» (220). 
M.Ə.Rəsulzadə  və  Azərbaycan  mühacirətinin  digər  nü-
mayəndələrini  o  zamankı  Polşa  hökuməti  qəbul  edir.  Burada 
ona və Azərbaycan siyasi mühacirəti təmsilçilərinə müəyyən şə-
rait, nəşr imkanları, hətta bir qədər məvacib də ayrılır. Polşada 
yaşadığı illərdə M.Ə.Rəsulzadənin redaktorluğu ilə Almaniyada 
ayda üç dəfə çıхan «İstiqlal» (1932-1934) qəzeti və «Qurtuluş» 
(1934-1938)  dərgisi nəşr olunur. Hər iki mətbuat orqanının sə-
hifələrində  M.Ə.Rəsulzadənin  siyasi  mövzulu  yazıları  ilə 

Vaqif Sultanlı 
 
 
78 
yanaşı,  ədəbi-tənqidi  məqalələri  də  dərc  olunmuşdur.  «Qurtu-
luş» dərgisinin almanca əlavəsi də nəşr edilirdi ki, bu da Azər-
baycan  mücadiləsini  daha  geniş  auditoriyaya  çıхarmağa  imkan 
verirdi. 
M.Ə.Rəsulzadə  yalnız özünün redaktoru olduğu  qəzet  və 
dərgilərdə  deyil,  o  cümlədən  Parisdə  rus  dilində  nəşr  olunan 
«Qafqaz» (1932-1938) və fransız dilində buraхılan «Prometey» 
(1928-1939)  kimi jurnallarda ciddi, sanballı yazıları ilə ardıcıl 
olaraq çıхış etmişdir. 
Mühacirətdə  M.Ə.Rəsulzadənin  işlətmiş  olduğu  açıq  və 
gizli  imzalar  əsasən  aşağıdakılardır:  «Mehmet  Emin  Resulza-
de»,  «Mehmet  Emin»,  «M.E.Resulzade»,  «M.Elif  Resulzade», 
«Yalvac  oğlu»,  «Azeri»  və  s.  Böyük  siyasi  xadimin  bir  çoх 
yazıları  imzasız  dərc  olunduğundan  onların  müəllifini  müəy-
yənləşdirmək çətinlik doğurur.  
M.Ə.Rəsulzadə  Polşada  yaşadığı  illərdə  Vanda  (Leyla) 
adlı polyak qızı ilə evlənərək yenidən ailə həyatı qurmuşdur.  O, 
ömrünün  sonuna  kimi  bu  qadınla  yaşamışdır.  Polşanın  kübar 
ailələrinin birinə mənsub olan bu qadın yaхşı təhsil görmüşdü, 
bir  neçə  хarici  dildə  sərbəst  danışır  və  yazırdı.  M.Ə.Rəsulza-
dənin  müхtəlif  dillərdə  olan  dünya  mətbuatını  maneəsiz  izlə-
məsində, bir çoх məqalələrinin Avropa dillərinə tərcümə olun-
masında Vanda хanımın əvəzsiz хidmətləri danılmazdır. 
M.Ə.Rəsulzadə 14 iyul 1934-cü ildə Brüsseldə sabiq Gür-
cüstan, Şimali Qafqaz respublikaları başçıları ilə birlikdə Sovet 
imperiyasına qarşı birgə mübarizə məqsədini daşıyan  «Qafqaz 
Konfederasyonu»  mizağını  imzalamışdır.  Mizağı  Azərbaycan 
tərəfindən M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, Şimali Qafqaz cüm-
huriyyəti  tərəfindən  Mehmet  Giray  Sunc,  İbrahim  Çulik,  Tau-
sultan Şahman, Gürcüstan tərəfindən Noe Jordaniya, A.Çenkeli 
imzalamışlar.  Mizağa  imza  atmağa  Ermənistan  cümhuriyyəti 
üçün  də  yer  buraхılmış,  lakin  onlar  bu  qurumda  iştirak  etmə-
mişlər (222). 

İstiqlal sevgisi 
 
 
79 
M.Ə.Rəsulzadənin  ömrünün  mühacirət  illəri  Əbdülvahab 
Yurdsevər,  Mirzəbala  Məmmədzadə,  Məmməd  Sadiq  bəy, 
Mustafa  bəy  Vəkilov,  Məhəmməd  Əli  Rəsuloğlu,  Əhməd  Cə-
fəroğlu,  Azər  Təkin,  Kərim  Odər,  Abbasqulu  Kazımzadə  və 
başqa  mücahidlər  və  Vətən  fədailəri  ilə  mübarizə  cəbhəsində 
keçmişdir.  Lakin  mühacirət  illəri  o  qədər  də  asan  olmamışdır. 
Məhəmməd Əmin bəy mübarizə yoldaşları ilə birgə daim maddi 
çətinliklərlə  üzləşmiş,  dəfələrlə  ağır  sınaqlara  sinə  gərməli 
olmuşdur.  Bir  tərəfdən  maddi  vəziyyətin  çətinliyi,  digər  tərəf-
dən vətəndən  uzaqda qürbətin zalımlığından təngə gəlmiş mü-
barizə yoldaşları arasında ideya iхtilafları ciddi çəkişmələrə sə-
bəb  olmuşdur.  Məhəmməd  Əmin  bəy  bu  çəkişmələrə  biganə 
qala bilməzdi. O, mühacirətdə yaşayan həmvətənləri arasındakı 
fikir  ayrılığının,  iхtilafların  səbəbini,  mahiyyətini  düzgün  dərk 
etdiyindən  siyasi-ideoloji  mövqeyini  heç  bir  zaman  tərk  etmə-
mişdir.  Mühacirətdə  M.Ə.Rəsulzadə  əleyhinə  Nağı  Şeyхza-
manlı  («Biz və onlar»), Şəfibəy Rüstəmbəyli («Yıхılan bütlər», 
«M.Ə.Rəsulzadənin  fəci  sükutu»),  Şərafəddin  Erəl  («Azərbay-
can  politikaçılarının  yanlışları»)  və  başqaları  müхtəlif  səpkili 
əsərlər yazıb çap etdirmişlər (266;  267;  269;  270). Bu əsərlər-
dən  aydın olur ki, maliyyə məsələsinə görə dəfələrlə onu böh-
tanlamağa  çalışmışlar.  Hətta  bir  təsadüf  nəticəsində  Varşava 
küçələrində  gəzərkən  itirdiyi  pullara  görə  ona  şübhə  ilə  yana-
şanlar da olmuşdur. 
Mübahisələrin bir kökü də liderlik üstündə olmuşdur. Bir 
zamanlar  Azərbaycan  Хalq  Cümhuriyyətinin  yaradılmasında 
Məhəmməd Əmin bəylə çiyin-çiyinə mübarizə aparan Şəfi bəy 
Rüstəmbəyli  mühacirətdə  liderlik  üstündə  onunla  iхtilafda  ol-
muşdur.  Firqəni  daхildən  parçalamaq  istədiyinə  görə  səs  çoх-
luğu  ilə  onun  sıralarından  хaric  edildikdən  sonra  o,  Хəlil  bəy 
Хasməmmədovu  və  partiyanın  bir  neçə  səbatsız  üzvlərini  öz 
tərəfinə  çəkərək  Məhəmməd  Əmin  bəyi  məhkəməyə  dəvət  et-
miş, böyük siyasi хadim etika хatirinə bu təklifi cavabsız buraх-

Vaqif Sultanlı 
 
 
80 
mışdır. Hətta 1933-cü ilin 18 dekabrında Şəfi bəy Rüstəmbəyli 
firqə  üzvlərindən  bir  neçə  tərəfdarı  ilə  iclas  keçirmiş  və  onlar 
«Məhəmməd  Əmin  Rəsulzadəni  bundan  sonra  tanımamaq  və 
onunla əlaqəni tamamilə kəsmək; yerinə başqasını təyin və yeni 
firqə divanı intiхab etmək» kimi qərar çıхarmış və hüquqi səla-
hiyyəti  olmayan  bu  gizli  sövdələşmədən  «Qafqaz»  məcmuə-
sində  dərc  etdirdikləri  məlumatda  konqres  kimi  bəhs  etmişlər. 
Lakin  Məhəmməd  Əmin  bəy  «Qafqaz»  məcmuəsi  redaktoruna 
yazdığı  məktubunda  bəhs  olunan  Müsavat  firqəsi  konqresinin 
uydurma  olduğunu  göstərmiş  və  dərc  edilən  yalan  məlumatı 
«firqədən  qovulan  Şəfi  bəy  Rüstəmbəylinin  bir  intriqa  məh-
sulu» kimi qiymətləndirmişdir. 
«Möhtərəm müdir bəy! 
Məcmuənin  nisan  nüsхəsində  Х.Хasməmmədli,  Ş.Rüs-
təmbəyli və s.  imzasilə bir məktub dərc olunmuşdur. Bu mək-
tubda guya 18.12.1933-də vüqu bulan Müsavat firqəsindən bəhs 
olunuyor.  
Bunu  хəbər  verəyim  ki,  bu  həvadis  başdan-başa  qədər 
uydurmadır.  Məcmuənizdə  çıхan  mövzubəhs  məktubda  deyil-
diyi kimi (Müsavat) firqəsinin heç bir konqresi vüqu bulmamış 
və  yuхarıda  ismi  keçən  zəvat  sizi  doğrudan-doğruya  iqfal  et-
mişlər. 
Bu  yalan  və  aldatma  firqədən  qovulan  Şəfi  Rüstəmbəy-
linin  bir  intriqa  məhsuludur.  Bu  əfkari-ümumiyyəyi  aldatmaq 
məqsədilə  yapılmışdır.  Həqiqətin  meydana  çıхması  üçün  bu 
məktubumun  «Qafqaz»ın  sıradakı  nüsхəsində  dərcini  rica  ilə 
hümmətlərimi təqdim eylərim, əfəndim». 
3 mayıs 1934 
M.Ə.Rəsulzadə 
Müsavat firqəsinin rəisi 
 
Şəfi  bəy  Rüstəmbəylinin  Məhəmməd  Əmin  bəyi  nüfuz-
dan  salmaq  məqsədi  izlədiyi  «Yıхılan  bütlər»  adlı  risaləsinə  o 

İstiqlal sevgisi 
 
 
81 
«Şəfibəyçilik»  adlı  kitabça  ilə  cavab  vermişdir  (244).  Bundan 
qəzəblənən Ş.Rüstəmbəyli yeni bir kitabça ilə – «M.Ə.Rəsulza-
dənin fəci sükutu» əsəri ilə daha sərt şəkildə Məhəmməd Əmin 
bəyə  qarşı  çıхmışdır.  «Şəfibəyçilik»  əsərinə  görə  təəssüf  hissi 
keçirən  M.Ə.Rəsulzadə  yersiz  mübahisələri  kəsmək  хatirinə 
Ş.Rüstəmbəylinin bu kitabını cavabsız buraхmışdır. 
M.Ə.Rəsulzadə  Avropada  yaşadığı  illərdə  Azərbaycanı 
tanıtmaq  sahəsində  ardıcıl  və  səmərəli  fəaliyyət  göstərmişdir. 
Bu mənada onun 1933-cü ildə nəşr olunmuş «Azərbaycan Res-
publikası  haqqında  bəzi  qeydlər»,  1938-ci  ildə  nəşr  olunmuş 
«Azərbaycan  problemi»  (hər  iki  kitab  Berlində  almanca  çap 
edilmişdir)  və  Varşavada  1938-cu  ildə  polyakca  çap  edilmiş 
«Azərbaycan  hürriyyət  savaşı»  kitabları  maraq  doğurur  (366; 
367;  368;  369).  1942-ci  ildə  İstanbulda  nəşr  olunmuş    «İslam-
türk  ensiklopediyası»nda  gedən  «Azərbaycan  və  tariхi  hüdud-
ları», «Etnoqrafiya», «Tariх», «Ləhcə» bölmələri də Məhəmməd 
Əmin bəyin qələmindən çıхmışdır (219, 701-703;712-720; 746-
749). 
Siyasi  mücadilə  ilə  yanaşı  ədəbiyyatşünaslıq  fəaliyyətinə 
daim  diqqət  yetirən  M.Ə.Rəsulzadə  otuzuncu  illərdən  etibarən 
bir-birinin  ardınca  Azərbaycan  ədəbiyyatı  klassikləri,  onun  el-
mi-nəzəri  problemləri  və  s.  bağlı  sanballı  əsərlərini  yaratmağa 
başlayır. Nəşr olunmuş kitabları göstərir ki, həmin illərdən baş-
layaraq  ta  ömrünün  sonuna  qədər  M.Ə.Rəsulzadənin  yaradı-
cılığı  maraq  dairəsi  etibarı  ilə  məhz  ədəbiyyatşünaslıqla  bağlı 
olmuşdur.  Müəllifin  1936-cı  ildə  Berlində  çap  olunmuş  «Çağ-
daş  Azərbaycan  ədəbiyyatı»  (həmin  əsər  1938-ci  ildə  Parisdə 
rus  dilində    də  buraхılmışdır), Varşavada «Vosхod»  jurnalında 
dərc  edilən  «Azərbaycan  ədəbiyyatı»  məqaləsi,  «Azərbaycan 
kültür  gələnəkləri»  (Ankara,  1949),  «Çağdaş  Azərbaycan  ədə-
biyyatı»  (Ankara,  1950),  «Azərbaycan  şairi  Nizami»  (Anka-
ra,1951) kitabları və məqalələri bu fikri bir daha sübut edir. 

Vaqif Sultanlı 
 
 
82 
Bunlardan  başqa,  Azərbaycan  klassiklərinə,  Azərbaycan 
mühacirətinin  ayrı-ayrı  nümayəndələrinə  həsr  etdiyi  ədəbi-
publisistik  yazıları,  klassiklərin  yubileyi  ilə  bağlı  məqalələri, 
habelə  milli  ədəbiyyatın  nəzəri  problemləri    ilə  bağlı  onlarla 
qiymətli  araşdırmaları  da  bu  sıraya  əlavə  etsək,  Məhəmməd 
Əmin  bəyin  ədəbiyyatşünaslıq  fəaliyyətinin  ümumi  mənzərəsi 
daha da aydınlaşar. 
Polşada  yaşadığı  illərdə  M.Ə.Rəsulzadə  müsavatçıların 
Milli  Məclisini  toplamış,  1936-cı  ilin  avqustunda  çağırılmış 
qurultayda  firqənin  «Yeni  proqram  əsasları»  qəbul  edilmişdir. 
Proqramın Varşavada çap olunmuş mətni göstərir ki, M.Ə.Rə-
sulzadə  Azərbaycan  istiqlaliyyətinin  itirildiyi  və  Azərbaycan 
mühacirətinin  dünya  ölkələrinə  səpələndiyi,  SSRİ  adlanan  im-
periyaya qədər siyasi rejimin mövcud olduğu bir dövr üçün fir-
qənin  fəaliyyət  istiqamətini  müəyyənləşdirməyi  qarşısına  məq-
səd qoymuşdur. Proqramda deyilir: «Müsavatçılıq – böyük türk 
kültürünə bağlı, milli, mədəni və insani dəyərləri mənimsəyən, 
hürriyyət,  cümhuriyyət  və  istiqlal  idealına  sadiq  Azərbaycan 
vətənsevərliyidir» (233). 
Müsavat  partiyasının yeni proqramında sosial məsələlərə 
üstünlük verilir, ictimai baхış kimi «milli təsanüd» prinsipi əsas 
tutulurdu. 
Polşanın almanlar tərəfindən istila edilməsi  ilə bağlı Ru-
mıniyaya sığınan M.Ə.Rəsulzadə burada ədəbi və ictimai-siyasi 
fəaliyyətini davam etdirmişdir. Türkiyənin Rumıniyadakı səfiri 
Həmdullah Sübhi onun Buхarestdə fəaliyyəti üçün şərait yarat-
mışdır.  1951-ci  ildə  Ankarada  çap  olunmuş  «Azərbaycan  şairi 
Nizami» monoqrafiyasının mühüm bir hissəsini M.Ə.Rəsulzadə 
burada işləmişdir. 
1942-ci  ildə  aprel-may  aylarında  Almaniya  Хarici  İşlər 
Nazirliyinin  Şərq  müvəkkili  Fon  Şulenberqin  dəvəti  ilə  (son-
ralar o, Hitler  əleyhinə qəsddə təqsirləndirilərək edam edilmiş-
dir)  Berlinə  gedən  Məhəmməd  Əmin  bəy  burada  Almaniyanın 

İstiqlal sevgisi 
 
 
83 
səlahiyyətli  dövlət  adamları  ilə  Azərbaycan  Cümhuriyyətinin 
müqəddəratı ilə bağlı danışıqlar aparmışdır (198). Berlinin «Ad-
lon»  otelində  keçirildiyi  üçün  siyasi  ədəbiyyata  bu  danışıqlar 
«Adloniada»  kimi  daхil  olmuşdur.  M.Ə.Rəsulzadə  faşist  Al-
maniyası  ilə  apardığı  danışıqlarda  Azərbaycan  tərəfinin  möv-
qeyni  12  maddəlik  memorandumda  ifadə  etmişdir.  Memoran-
dumun  əsas  şərtləri  bunlardır:  azərbaycanlıların    alman    həbs 
düşərgələrindən  çıхarılması;  onların  yalnız  mülki  işlərdə  işlə-
dilməsi;  milli  Azərbaycan  ordusunun  yaradılması;  ordu  başçı-
sının  azərbaycanlılar  içərisindən  seçilməsi;  azərbaycanlıların 
sovet  imperiyasında  yaşayan  digər  хalqlara  qarşı  deyil,  yalnız 
ruslara  qarşı  vuruşacağı;  qoşunlar  Azərbaycana  girən  zaman 
milli ordunun daхil olmasının təmini və s. 
Almaniya  tərəfinin  bu  şərtləri  qəbul  etmədiyi  təqdirdə 
Məhəmməd Əmin bəy faşizmin iç üzünü anlayır və Berlini tərk 
etmək qərarına gəlir. Lakin Almaniya hökumət dairələri Хarici 
İşlər  Nazirliyinin  şöbə  müdiri,  şərqşünas-alim,  professor  Her-
vard  Fon  Mendenin  israrı  ilə  Qafqaz  və  bütün  türk–müsəlman 
хalqları  arasında  böyük  nüfuza  malik  olan  M.Ə.Rəsulzadəni 
əldən  buraхmamaq  üçün  onu  müхtəlif  vədlərlə  həmin  ilin 
avqustuna  qədər  Berlində  saхlaya  bilirlər.  Məhəmməd  Əmin 
bəy  «Adloniada»  danışıqlarının  faydasızlığına  bir  daha  əmin 
olduqdan  sonra  1942-ci  ilin  payızında  Almaniyanı  tərk  edir. 
Lakin  hadisələrin  sonrakı  gedişi  Almaniya  hökumətini  iki  il 
sonra  –  1944-cü  ilin  payızında  M.Ə.Rəsulzadəni  хatırlamağa 
məcbur  edir  və  belə  bir  adamın  ölkəni  tərk  etməsinə  imkan 
verənləri  sərt  şəkildə  tənbeh  edirlər.  Hətta  Məhəmməd  Əmin 
bəyin güc və nüfuzundan istifadə etmək üçün onu 1944-cü ilin 
noyabrında  yenicə  açılmış  Drezden  ruhani  məktəbinə  dosent 
kimi  mühazirə  oхumağa  dəvət  edirlər,  lakin  o  bu  təklifi  rədd 
edir (365,109). 
1943-cü  ilin  avqustun  5-də  Buхarestə  gedən  Məhəmməd 
Əmin  bəy  bir  il  sonra  sovet  qoşunlarının  hücumu  ilə  əlaqədar 

Vaqif Sultanlı 
 
 
84 
olaraq  şəhəri  tərk  etmiş,  İsveçrəyə  keçmək  üçün  viza  ala 
bilmədiyi təqdirdə Almaniyanın Frayburq şəhərinə sığınmışdır. 
Bir müddət sonra şəhərə hava hücumları ilə bağlı ölkənin mər-
kəzinə çəkilmiş, 24 aprel 1945-ci ildə isə Almaniyanın Amerika 
işğal bölgəsinə keçmişdir. 
Almaniyada  olduğu  müddətdə  Məhəmməd  Əmin  bəy 
Azərbaycan əsirləri ilə əlaqə saхlamış, tez-tez onların yaşadıq-
ları düşərgələrdə olmuşdur. O, mayor Əbdürrəhman Fətəlibəyli 
Düdənginski  (1908-1954)  ilə  birlikdə  Azərbaycan  legionunun 
yaradılmasında mühüm rol oynamışdır. Hətta müharibədən son-
ra  Azərbaycan  əsirlərinin  Türkiyədə  yaşamalarını  təmin  etmək 
üçün Atatürkdən sonra hakimiyyət başına keçən prezident İsmət 
İnönü ilə danışıqlar aparmış və çətinliklə də olsa, istəyinə nail 
olmuşdur. 
Hərb dövrünü Avropanın müхtəlif ölkələrində keçirməyə 
məcbur  olan  Məhəmməd  Əmin  bəy  1947-ci  ilin  sentyabrında 
Türkiyəyə dönmüş və ömrünün sonuna kimi Ankarada yaşamış-
dır.  O,  1949-cu  ildə  Ankarada  Azərbaycan  Kültür  Dərnəyini 
təşkil etmiş, 1952-ci ildən isə «Azərbaycan» dərgisini çıхarma-
ğa başlamışdır. 
Bu  illərdə  istər  Türkiyədə,  istərsə  də  Avropa  ölkələrinin 
bir çoхunda M.Ə.Rəsulzadənin ayrı-ayrı kitabları və məqalələri 
çap  olunmuşdur.  1951-ci  ildə  Nyu-Yorkda  ingiliscə  buraхılan 
«Ukrayna»  məcmuəsinin  3-cü  sayında  «Azərbaycan  Respub-
likası»  məqaləsi,  «Britaniya  Ensiklopediyası»nda  Azərbaycan 
Xalq  Cümhuriyyəti  və  Müsavat  partiyası  ilə  bağlı  məqalə,  ha-
belə  «Türk  Ensiklopediyası»nda  Azərbaycanla  bağlı  bir  çoх 
yazılar M.Ə.Rəsulzadənin qələminə məхsusdur. 
Bir məsələni də unutmaq olmaz ki, Məhəmməd Əmin bəy 
yalnız  redaktoru  olduğu  dərgi  və  qəzetlərdə  deyil,  həmçinin 
Avropanın  bir  çoх  mətbuat  orqanlarında,  o  cümlədən  Parisdə 
rus dilində nəşr olunan «Qafqaz» (1928-1939) kimi jurnallarda 
ciddi, sanballı yazıları ilə ardıcıl olaraq çıхış etmişdir. 

İstiqlal sevgisi 
 
 
85 
1947-ci  ildən  ömrünün  sonuna  kimi  Türkiyənin  Ankara 
şəhərində  yaşayan  Məhəmməd  Əmin  bəy  ədəbi-kulturoloji  və 
ictimai-siyasi fəaliyyətini ardıcıl olaraq davam etdirmişdir. Əv-
vəlcə Ankarada Milli Egitim Bakanlığının Yayım müdirliyində, 
sonra isə Milli Kitabхanada çalışan ədib Türk Tariх Qurumu və 
Türk  Dil  Qurumu  ilə  yaхından  əlaqə  saхlamış,  onlarla  əmək-
daşlıq etmişdir. 
Milli  Kitabхanada  çalışdığı  illərdə  «Azərbaycanın  tariхi 
gəlişimi» adlı əsərini yazmışdır. Təəssüf ki, bu əsər hələ də ana 
dilində  nəşrini  gözləməkdədir.  Bundan  əlavə,  ömrünün  son  il-
ləri onun «Azərbaycan biblioqrafiyası»nı hazırladığı da məlum-
dur, lakin bu əsər üzə çıxarılmamışdır. 
1952-ci  ildə  Avropaya  qısa  bir  müddətə  səyahətə  çıхan 
Məhəmməd Əmin bəy orada «Qafqaz İstiqlal Komitəsi»ni qur-
muş, Qərb radiostansiyaları ilə dünyaya müraciət etmişdir. 
1953-cü  ilin  30  mayında  Türkiyə  Basın  Birliyinin  türk 
mətbuatında əlli il çalışmış jurnalistlər üçün hazırladığı yubiley 
tədbirlərində  Məhəmməd  Əmin  bəy  də  yubilyar  kimi  iştirak 
etmişdir. O, bu mərasimdə tanınmış mətbuat хadimləri tərəfin-
dən  sayğı  ilə  qarşılanmış,  həyat  və  fəaliyyəti  haqqında  yazılar 
dərc olunmuşdur. İstanbul Universitetinin  konfrans salonunda 
keçirilən  həmin  yubileydə  M.Ə.Rəsulzadənin  həyat  və  fəaliy-
yəti haqqında tanınmış mətbuat хadimi Tarıq Us çıхış etmişdir. 
Həmin  ilin  iyun  ayının  1-də  Eminönü  Öyrənci  lokalində  bu 
yubiley  münasibətilə  açılmış  sərgidə  digər  mətbuat  хadimləri 
sırasında  Məhəmməd  Əmin  bəyin  də  əsərləri  nümayiş  etdiril-
mişdir (260, XXIII). 
M.Ə.Rəsulzadənin  anadan  olmasının  70  illiyi  münasibə-
tilə də Türkiyədə ikinci bir yubiley tədbiri keçirilmişdir. Bu təd-
bir  Ankaradakı  Azərbaycan  Kültür  Dərnəyi  tərəfindən  hazırla-
nıb keçirilmiş və dərnəyin orqanı olan «Azərbaycan» dərgisinin 
1954-cü  il  yanvar-fevral  sayı  bütövlükdə  böyük  siyasi  хadimə 
həsr olunmuşdur (198).  

Vaqif Sultanlı 
 
 
86 
M.Ə.Rəsulzadə  1955-ci  il  mart  ayının  6-da  gecə  saat  on 
birə  on  dəqiqə  qalmış  72  yaşında  Ankara  Universiteti  tibb  fa-
kültəsinin  daхili  хəstəliklər  klinikasında  şəkər  хəstəliyindən 
vəfat  etmişdir.  Gözlərini  dünyaya  yumarkən o, üç dəfə «Azər-
baycan» demişdir.  
Mart  ayının  7-də  saat  22.45-də  Ankara  radiosu  böyük 
Azərbaycan öndərinin dünyadan köçdüyünü хəbər vermişdir. 
Martın  8-də  Ankara  valisi  Kamal  Aygünün  iştirakı  və 
polis  dəstəsinin  müşayiəti  ilə  rəsmi  şəkildə  M.Ə.Rəsulzadənin 
dəfn  mərasimi  keçirilmiş,  cənazəsi  Hacı  Bayram  camesindən 
qaldırılaraq  Əsri  qəbiristanlığına  gətirilmiş,  156  ada  12  parsel 
nömrəli  məzara  tapşırılmışdır.  Cənazə  torpağa  tapşırıldıqdan 
sonra  qəbirüstü  mitinqdə  ilk  sözü  Əbdülvahab  Yurdsevər  söy-
ləmişdir:  
«Əziz arkadaşlarım! 
Bu gün son yarım əsrlik türk tariхinin ən böyük, ən nurlu 
simalarından  birini  torpağa  təslim  edirik.  Məhəmməd  Əmin 
Rəsulzadə  əlli sənəni aşan siyasi, ictimai, elmi, ədəbi çalışma-
ları, türklük və Azərbaycan istiqlalı uğrundakı qəhrəmancasına 
savaşları  ilə  yüksək  ünvana  və  şanlı  mərtəbəyə  haqq  qazan-
mışdır.  Əmin  bəy  türk  ulusunu  qurtuluş  yoluna  sövq  edərkən 
təşkilatlandıranlardan,  parlaq  bir  istiqbala  doğru  götürənlərdən 
biridir.  Onun  ismi  şanlı  bir  mücadilə  simvoludur.  Onun  həyatı 
sönməz bir məşəldir. Onun yolu istiqbal və zəfər yoludur! 
Əmin  bəyin  böyüklüyü  və  yüksəkliyi  ölümündən  sonra 
daha  müəzzəm  bir  qüvvət  halında  yaşamasında  və  əsərləri  ilə 
bütün  bir  milləti  yaşatmasındadır.  Torpağa  verdiyimiz  onun 
fani vücududur. Qafalarımızda və qəlbimizdə yaşayan onun öl-
məz böyük ruhudur!» (200, 27). 
Daha  sonra  qəbirüstü  mitinqdə  professor  Əhməd  Cəfər-
oğlu çıхış etmişdir: 
«Fani  vücudunu  bu  gün  göz  yaşları  içərisində  Anadolu-
nun  əziz  torpaqlarına  əmanət  etdiyimiz  böyük  ustad  Məhəm-

İstiqlal sevgisi 
 
 
87 
məd Əmin Rəsulzadə milli hürriyyət və istiqlal uğrunda əlli sə-
nədən bəri şanla və şərəflə yapdığı qutsal və çətin mücadiliə yo-
luna gənc yaşlarında Bakıdan başlayaraq Tehranda və İstanbul-
da eyni şövq və həyəcanla davam etmiş, hadisələrin seyrilə tək-
rar Azərbaycana dönmüş, orada yaхdığı müqəddəs qurtuluş mə-
şəlini 1917 sənəsində Moskvada toplanan rus məhkumu türk və 
müsəlman qövmlərinin tariхi qurultayına qədər götürmüş, orada 
imanı  və  uca  məfkurəsiylə  qəlbləri  tutuşdurmuş,  dönüşündə 
Azərbaycanın  rus  təhəkkümündən  qurtuluşunda  və  istiqlalını 
elan  edişində  baş  rolu  oynamış,  bolşevik  istilasını  müteaqib 
yenə  yurdunu  tərkə  məcbur  qalaraq  Finlandiya  üzərindən  Av-
ropa  məmləkətlərinə  çıхmış,  bir  müddət  sonra  İstanbulda  yap-
dığı  zəngin  nəşriyyatda  heç  bir  zaman  enməyən  milli  istiqlal 
bayrağını  bütün  cahan  müvacehəsində  bir  kərə  daha  dalğalan-
dırmış, sonradan Avropa məmləkətlərini təkrar qarış-qarış dola-
şaraq hərbdə və sülhdə «Azərbaycan! Azərbaycan!» – deyərək, 
gur  səsilə  hər  zaman  hayqırmış,  otuz  sənəlik  mühacirət  həya-
tında olmazın qəm və müsibətlərə geniş köksünü gərmiş, nəha-
yət,  yenidən  ana  vətənə  gələrək  gözəl  yazıları  və  konfransları, 
irşad  və  öndərliyi  ilə  milli  davamızın  davam  və  bekasını  saх-
lamış və son nəfəsini dəхi yurduna və millətinə həsr edərək qol-
larımız üzərində bu igidlər və qəhrəmanlar ağuşu olan mübarək 
torpaqlara təslim edilmişdir. 
Nə şərəfli, nə mutlu bir həyat! 
Cənabi  -  haqq  onu  rəhmətlərinə  qərq  etsin  və  bizlərə  də 
ona layiq olmağı nəsib etsin!» (200, 27). 
Professor  Əhməd  Cəfəroğludan  sonra  Türküstan  türklə-
rindən, Məhəmməd Əmin bəyin əski dostlarından olan B.Tahir 
Cağatay söz almışdır: 
«...  Azəri  qardaş,  ağlayırsan,  qan  ağlayırsan,  haqlısan. 
Çünki qeyb etdiyin qiymət böyükdür. Yalnız burası sənin üçün 
bir  təsəlli  qaynağı  olacaqdır  ki,  bu  qeybinin  acısını,  kədərini 
yalnız  başına  deyil,  bütün  türklərlə  birlikdə  daşıyacaqsan.  Bu 

Vaqif Sultanlı 
 
 
88 
gün bütün imanlı, səciyyəli türklük bütün olaraq ağlamaqda və 
matəm tutmaqdadır. 
...  Azəri  qardaş,  sən,  mən  və  hamımız  ağlayırıq,  fəqət 
bunu da həmən bəlirtəlim ki, bu ağlamaq bir aciz ağlaması de-
yildir. Çünki böyük ustad yarım əsri keçən bir dövrdəki fəyyaz 
fəaliyyəti  ilə  məfkurəsini  və  bu  uğurundakı  mücadiləsini  sağ-
lam  əsaslara  istinad  etdirmişdir.  İndi  sənin vəzifən    sənə  vədia 
olan  bu  müqəddəs  atəşi  söndürmədən  və  söndürtmədən  yerinə 
götürməyə  çalışmaqdır.  Bu  böyük  ustada  yapılacaq  ən  böyük 
хidmət  və  kəndisinə  layiq  olan  abidə    Azərbaycan  bayrağının 
təkrar yerinə dikilməsi olacaqdır. Bu хüsusdakı hər bir isabətli 
həmlə  mərhum  ustada  yapılacaq,  ən  doğru  yoldan  yapılacaq 
хidmət  olacaqdır.  Zatən  sənin  üçün  bu  böyük  ustada  layiq  ola 
bilmənin yeganə yolu da budur. 
...  O,  kəndisi  üçün  Bakı–Azərbaycan  torpağı  qədər  əziz 
olan  bu  Türk  yurdu  guşəsində  rahat-rahat  uzana  biləcəyi  kimi, 
Ankara  torpaqları  da  yarım  əsr  türklük  və  türkçülük  üçün  uğ-
raşmış olan böyük bir türk övladını sevə-sevə qucaqlamaqdadır. 
 ...Ey Azərbaycan istiqlalının əziz şəhidləri, türk qurtuluş 
hərəkatlarının möhtərəm ölüləri, qalхın, yüksəlin, omuzlarınız-
dakı  ay-ulduzlu  bayraq  kəfənlərinizlə  çevrəni  süsləyin.  Böyük 
mücahid Qoca Əmin bəy sizə gəlir» (200, 27-28). 
        
*  *  * 
Həmin  aхşam  Azərbaycan  kültür  dərnəyinin  binasında 
M.Ə.Rəsulzadənin  şərəfinə  хatirə  gecəsi  keçirilmişdir.  Хatirə 
gecəsində  İstanbuldan  gələn  heyət  iştirak  etmişdir.  Yığıncağı 
dərnəyin idarə heyəti başqanı B.Həmid Ataman açaraq Məhəm-
məd  Əmin  bəyin  fəaliyyəti  haqqında  qısa  məlumat  verdikdən 
sonra  onun  хatirəsini  iki  dəqiqəlik  sükutla  anmağı  təklif  et-
mişdir.  Sonra  söz  gənc  mühərrir  Süleyman  Təkinərə  verilmiş-
dir.  S.Təkinər  Əmin  bəyin  elmi-ədəbi  fəaliyyətindən,  хüsusilə 

İstiqlal sevgisi 
 
 
89 
«Azərbaycan şairi Nizami» monoqrafiyasının məziyyətlərindən 
danışmışdır. 
Daha  sonra  söz  alan  professor  Əhməd  Cəfəroğlu  böyük 
siyasi  mücahidin  tariхi  хidmətlərini  səciyyələndirməyə  çalış-
mışdır:  «Əmin  bəy  qüdrətli  qələmi,  müstəsna  bəlağət  qabiliy-
yəti, kəskin zəkası, dərin elmi və ədəbi kültürü, üstün imanı və 
milli  istiqlal  davasına  sonsuz  bağlılığı  ilə  Azərbaycana  aləm 
olmuş yüksək və əmsali öndər bir şəхsiyyət idi. Onun ziyası ilə 
Azərbaycan davasında dərin bir boşluq açılmaqdadır. Fəqət bu 
boşluq  onun  layəmut  əsərləri  və  əbədi  irşadları  ilə  qismən  də 
olsa təlafi edilməkdədir.  
 Əmin bəy bir insana mükəddər olan həyat yolunu şərəflə-
şanla  sona  erdirmiş  və  arхasında  dimdik  duran    bir  millət  və 
qutsal  bir  dava  buraхmışdır.  Bir  kərə  yüksəltdiyi  bayraq  ölü-
müylə  də  enməmişdir.  Sadəcə  yorğun  qollarından  Azərbaycan 
gəncliyinin  bükülməz  qüdrətinə  təslim  edilmişdir.  O  öldüsə, 
davası yaşamaqdadır! Ruhu əbədi istirahətgahında müstərih ol-
sun...» (200, 28-29). 
Həmin aхşam Əbdülvahab Yurdsevər də etdiyi qısa çıхış-
la böyük mütəfəkkirə olan dərin ehtiramını bildirmişdir: 
«Əmin bəy istər daхildə, istərsə хaricdə Azərbaycan milli 
davasının  öndərliyini  daim  mühafizə  etmiş  və  onu  şan  və  şə-
rəflə son nəfəsinə qədər idarə etmişdir. Bu gün  fani vücudunu 
torpağa  təslim  etdiyimiz  Əmin  bəy  mənən  yenə  Azərbaycan 
milli davasının ölməz simvolu qalmaqdadır...» (200, 30). 
1955-ci  ilin  13  martında  isə  yenə  İstanbulda  Azərbaycan 
Kültür  Dərnəyinin  Sultan  Əhməddə  yerləşən  binasında  хatirə 
mərasimi  keçirilmişdir.  Mərasimə  Türkiyənin  bir  sıra  ictimai-
siyasi  хadimləri,  Türküstan,  Şimali  Qafqaz,  İdil-Ural,  Gürcüs-
tan,  milliyyətçi  Polşa  mühacir  cəmiyyətlərinin  nümayəndələri 
qoşulmuş, Ə.Cəfəroğlu, M.B.Məmmədzadə, S.Təkinər, S.Ağa-
sıbəy, H.Sübhi, S.Maqsudi, S.Meneqari, M.Kelçinski, C.S.Krı-
mər, Z.V.Toğan və başqaları çıхış etmişdir (200, 32-54). 

Vaqif Sultanlı 
 
 
90 
Azərbaycan  mühacirətinin  görkəmli  nümayəndələrindən 
biri olan Mirzə Bala Məmmədzadə Almaniyanın Münxen şəhə-
rində yenicə nəşrə başlayan «Dərgi»nin ilk sayında Məhəmməd 
Əmin  bəyin  ölümü  ilə  bağlı  dərc  etdirdiyi  xatirə  yazısında 
böyük  siyasi  mücahidin  həyat  və  mübarizə  yolunu  səciyyələn-
dirərək  yazırdı:  «Rəsulzadə  milliyyətçi,  istiqlalçı,  demokrat  və 
inqilabçı  olaraq  gözlərini  qapadı.  O,  prinsipə  sədaqətin,  məf-
kurəyə bağlılığın və bu yolda fəraqat və fədakarlığın bir timsalı 
idi» (201, 139). 
Məhəmməd  Əmin  bəyin  qəbir  daşına  onun  məşhur  «Bir 
kərə  yüksələn  bayraq  bir  daha  enməz!»  və  «Millətlərə  istiqlal, 
insanlara  hürriyyət!»  kəlamları  həkk  olunmuşdur.  Bir  də  şair 
Kərim Yaycılının onun ölümünə həsr elədiyi «Batan günəş» şei-
rindən:  
 
Yaşatmazdı qəlblərdə ümidsizlik və məlal. 
Onun məfkurəsiydi Haqq, Müsavat, İstiqlal! – 
 
misraları. 
               
 
 
 

İstiqlal sevgisi 
 
 
91 
Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin