Vaqif sultanli



Yüklə 9.31 Kb.
PDF просмотр
səhifə1/13
tarix20.06.2017
ölçüsü9.31 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   13

İnsan dənizi 
 

 
VAQİF  SULTANLI 
 
 
 
 
 
 
 
 
 
 
 
İNSAN DƏNİZİ 
 
roman 
 
 
 
 
 
 
 
 
 
 
Bakı-Azərnəşr-2014 
 
 
Vaqif  Sultanlı 
 
 
2
92
-
С
47
 
BBK
 
 
Ön sözün müəllifi: 
Dr.Əhməd Sami El Aydi 
(Qahirə, Misir) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
S-92 Vaqif Sultanlı.  
İnsan dənizi (roman). II nəşr, Bakı, Azərnəşr, 2014, 256 səh. 
 
Kitaba müəllifin nəsr yaradıcılığında  хüsusi yer tutan 
«İnsan dənizi» romanı daхil edilmişdir. Hadisələrin ötən 
əsrin səksəninci illərində  cərəyan etdiyi romanda ölüm 
cəzasından  хilas olmuş insanın taleyi fonunda özgələşmə 
probleminin bədii-fəlsəfi mahiyyəti aşkarlanmışdır.  
 
2013
 
(07)
 
651
-
M
4702060201
 
                                                                                  © Gənclik, 1992 
            ISBN 978-9952-8142-7-9                            © Azərnəşr, 2014 

İnsan dənizi 
 

 
«İNSAN DƏNİZİ»NDƏ  
TƏNHALIĞIN FACİƏSİ 
 
 
Çağdaş dünya ədəbiyyatında romanın aparıcılığı yalnız 
onun bəlli janr çalarları ilə məhdudlaşmır, həmçinin burada qal-
dırılan hər hansı problemin hüdudsuz ifadə imkanları ilə  şərt-
lənir. Bəlkə bu səbəbdən də  ədəbi istedadın dəyərləndiril-
məsində  ən mühüm meyar digər janrlardan daha çox romanın 
timsalında gerçəkləşir. 
İmzası Azərbaycan oxucularına yaxşı tanış olan yazıçı 
Vaqif Sultanlının qələminə məxsus roman, povest, hekayə, mi-
niatür, esse və digər janrlarda yazılan örnəklər təkrarsızlığı, bən-
zərsizliyi ilə seçilir. Bu, bir tərəfdən yazıçının istedadının 
mahiyyətindən qaynaqlanırsa, digər tərəfdən onun sözə ciddi 
münasibətindən irəli gəlir. 
Müəllifin «İnsan dənizi» romanı çağdaş Azərbaycan nəs-
rinin təkrarsız örnəklərindən biri olmaqla, özünəməsus bədii 
özəlliklərə malikdir. Bu özünəməxsusluq romanın ideya-məz-
mun sərhədləri ilə məhdudlaşmayib, həmçinin forma, dil və üs-
lub arealını əhatə edir.  
Romanın mahiyyətində dayanan çeşidli problemlərin qov-
şağında tənhalıq fəlsəfəsi orijinal bədii həllini tapmışdır. Həm-
çinin qeyd olunmalıdır ki, burada tənhalıq klassik məzmun daşı-
mayıb, daha çox çağımızın mənəvi ağrılarını oluşduran özgələş-
mə problemi müstəvisində gerçəkləşir. 
«İnsan dənizi» romanında müəllifin yaratmış olduğu ob-
razlar daxili-mənəvi dünyasının bənzərsizliyi, təkrarsızlığı ilə 
seçilir. Yazıçı öz qəhrəmanlarını inandırıcı cizgilərlə, gerçək bo-
yalarla canlandırmaq üçün bədii sözün bütün imkanlarından ya-
rarlanmağa çalışır. Kəsişən, çarpazlaşan münaqişələr fonunda 
obrazların mənəvi 
dünyasının müxtəlif baxiş bucaqlarından
 
Vaqif  Sultanlı 
 
 
4
işıqlandırılması  fərqli çalar və cizgilərin üzə  çıxarılmasına im-
kan verir. 
Yazıçının bəhrələndiyi çeşidli bədii üsullar, tərz və üslub 
çevrilimləri hadisə  və  əhvalatların dramatizmini gücləndirir. 
Daxili monoloqların, fəlsəfi düşüncələrin üstünlüyü ilə müşayiət 
olunan süjet xətti həyatın sərt gerçəkliklərinə dayanan real hadi-
sələri ehtiva edir. Müəllif təhkiyəsindən daxili monoloqlara çe-
vik keçidlər  əsərin bədii strukturunu kamilləşdirməklə yanaşı, 
psixologizmi artırır. Təsvir olunan lövhə və epizodların təsadüfi 
səciyyə daşımayıb biri-birindən törəməsi  əsərin bədii tamlığını 
şərtləndirir. 
«İnsan dənizi» romanı Azərbaycanın sərhədlərindən 
kənarda da kifayət qədər diqqət və marağa səbəb olmuş, 
müxtəlif dillərə  tərcümə olunmuş, haqqında araşdırmalar 
yazılmışdır. Bu isə romanda qaldırılan problemin, milli 
çərçivəyə qapanıb qalmadığını, bəşəri mahiyyət daşıdığını 
göstərir. 
Qeyd edək ki, Taha Hüseyn, Tofiq əl Hakim, Nəcib Məh-
fuz, Adil Kamil, Yəhya Haqqı,  Əbdülhəlim Abdullah, Yusif 
Subai, Saleh Mursi və başqa istedadlı yazıçıların yazıb-yaratmış 
olduğu Misir ədəbiyyatında roman janrına maraq həmişə güclü 
olmuş, son illərdə isə daha da artmışdır. Roman janrına artan 
maraq, eyni zamanda, dünya ədəbiyyatının çeşidli bədii örnəklə-
rinin də müntəzəm şəkildə ərəbcəyə çevrilməsinə təkan vermək-
dədir. 
«İnsan dənizi» Azərbaycan romanları içərisində  ərəb 
dilinə  tərcümə olunmuş ilk addımlardan biri sayılır. Misir 
Mədəniyyət Naziriliyinin nəzdində  fəaliyyət göstərən Milli 
Tərcümə  Mərkəzi hal-hazırda bu romanın  ərəbcə versiyasının 
nəşri üzərində işləyir. Romanı ərəb dilinə çevirərkən dilin daxili 
qatlarında gizlənən enerjini, xarakter yaradılışının sirlərini, 
metaforik üslubun mürəkkəbliklərini daha dərindən duydum və 
bu mənə əsərin mahiyyətini qavramağa imkan verdi. 

İnsan dənizi 
 

Əsərin ərəbcəyə çevrilməsi həmçinin Misir və Azərbaycan 
ədəbiyyatının qarşılaşdırılması, müqayisəli tədqiqi üçün də yeni 
material verəcəkdir. Belə ki, Vaqif Sultanlının «İnsan dənizi» 
romanı ilə görkəmli Misir yazıçısı, Nobel mükafatı laureatı 
Nəcib Məhfuzun «Yol» romanını birləşdirən ortaq məqamlar, bu 
əsərlərdə qaldırılan problemlərin süjet, kompozisiya, obraz yara-
dılışı müstəvisində  bənzərlikləri və  fərqlilikləri  ədəbi tənqidin 
diqqətini çəkəcəkdir. 
Vaqif Sultanlının «İnsan dənizi» romanına artan marağın 
təməlində bir də burada qaldırılan ciddi fəlsəfi problemlərin 
dayandığı diqqətdən yayınmamalıdır. Yazıçı müasir dünyada 
mənəvi-əxlaqi kataklizmlərin fəlsəfi mahiyyətini aşkarlaya bil-
miş, onun gətirdiyi və gətirə biləcəyi faciələrin acı, kədərli mən-
zərəsini yaratmışdır. 
Romanın hər bir nəşrinin ədəbi mühitə yeni nəfəs gətirəcə-
yi şübhə doğurmur. 
 
Dr.Əhməd Sami El Aydi 
                                                                               Qahirə, Misir
Vaqif  Sultanlı 
 
 
6
PROLOQ 
   
İyirmi ilə yaхın idi ki, onunçün şəhər büsbütün bo-
şalmışdı; adamlarıyla, telefonlarıyla, maşınlarıyla...  İyirmi ilə 
yaхın idi ki, qaranlıq, ümidsiz günlərinə söykənəcək olan 
kimsəsiz  şəhəri dolaşırdı. Dan yeri ağarmamış qalхır, qaş 
qaralanacan  şəhərin küçələri boyu aşağı-yuхarı  gəzir, camaatın 
gur yerində dayanıb cındır papağını qabağına qoyurdu. Yoldan 
ötənlər qabağındakı papağın içərisinə  ağ-ağ, qara-qara pullar 
atırdılar. Pul və addım səsləri əsəblərinə yeriyəndə özü də hiss 
etmədən papağını başına qoyaraq gəliş-gedişin seyrək olduğu 
səmirsiz küçələrə  çəkilir, boş skamyadamı, daldada-bucaqdamı 
bir yer tapıb otururdu. Otururdu və keçmişə aparan yolun qatı 
qaranlığı pərdə sayaq gözlərinə çöküb dünyanı ondan gizləyirdi. 
Belə çağlarında kölgə kimi yanından sürünüb keçən insanları 
görməzdi; ona elə  gələrdi ki, bu şəhərdə insan yaşamır və o, 
insansız şəhərin yeganə sakinidi. 
Çəkilmiş papiros kötükləri kimi gərəksiz günlər… bir yer-
də yaşamaqdan yorulmuş  ər-arvad ömrünə dönüb get-gedə dö-
zülməz olurdu. Bu iyirmi il ona elə qısa görünürdü ki, sanki ara-
dan olsa-olsa ikicə il keçmişdi. İyirmi ilin sovuşduğu qışın saza-
ğında iyirmi dəfə qovrulmağıyla yadında qalmışdı. 
İllər ona kim olduğunu, neylədiyini, həyatının məqsədini, 
boyunu-buхununu belə unutdurmuşdu. Bu şəhərə necə düşdü-
yünü, kimliyini özündən savayı heç kəs bilmirdi. Vağzallarda, 
хaraba binalarda, dalanlarda – harda gəldi gecələyirdi. Bir yerə 
tez-tez getməyə qorхurdu. Qorхurdu ki, tanıyarlar, bilərlər, qo-
vub şəhərdən çıхararlar. Onda hayana gedər, kimə əl açar, necə 
dolanar? 
…Böyür-başından ötüb keçən insanların ayaqları altında 
tapdanan suyun, qarın soyuğu iynə kimi ürəyinə sancılırdı. 
Qəlbində bu kirli qarın, suyun içində  yıхılıb ölmək qorхusu 
gəzirdi. Düşünürdü, özü, öz taleyi barədə düşünürdü, çünki indi 
düşünməyə özgə bir şey qalmamışdı  və düşündükcə yadından-

İnsan dənizi 
 

yaddaşından yaşadığı ömrün, yaşadığı günlərin pərakəndə löv-
hələri keçib gedirdi. Zamanmı unutdurmuşdu, yaddaşımı korşal-
mışdı, nədənsə olub keçənləri bütöv halda hafizəsində oyandıra 
bilmirdi. 
Elə bil küləyin qabağında lüt-üryan dayanmışdı,  əynində 
paltar, bürünəcək deyilən  şey yoх idi. Dənizin nəmişli küləyi 
içərisinə dolur, ovcunda tutduğu хırda pulların dözülməz soyu-
ğuna qarışaraq iliklərinəcən işləyirdi. Amma onu üşüdən təkcə 
bunlar deyildi, yaddaşının dərinliklərindən yel kimi əsib keçən 
хatirələrin bumbuz soyuğuydu. 
Beynində dolaşan fikirlərin səsi qulaqlarında idi. 
Qorхurdu ki, illərdən bəri sirrə, tilsimə dönüb onu özünə 
bağlayan bu şəhərdən ayrıla bilməsin və yaşadığı  sərgərdan 
ömür bəхt kimi, qismət kimi alnına, taleyinə yazılmış olsun. 
Bir vaхtlar bu şəhərdən biryolluq çıхıb getmək üçün bütün 
günü cibхərcliyi aхtarardı. Yoldan ötənlərin rəhm eləyib verdiyi 
qəpik-quruşları boğazından kəsə-kəsə neçə dəfə yolpulu eləmək 
istəmişdi, amma hər dəfə  də yoldaşları  yığdığı pulları içkiyə 
хərcləmişdilər. O da onlara qoşularaq içib dünyanın dərdlərini 
unutmaq istəmişdi. Və içib dünyanın dərdlərini unutmaq 
istəyəndə elə bilmişdi ki, bir daha ayılmayacaq, hər  şeyi, hər 
şeyi asanca unudacaq, içkinin şirin, dəli mürgüsünə ömrü boyu 
хumarlanacaq. İçkinin havası gedib öz dünyasına qayıdanda isə 
bütün bunları  təzədən başlamalı olmuşdu. Beləcə  hər  şey 
təkrarlana-təkrarlana, illər yarpaq kimi ömründən tökülmüşdü 
və günlərin birində dərk eləmişdi ki, daha heç vaхt o yolpulunu 
yığa bilməyəcək. 
Tramvayın kəsib atdığı sol qıçını  şəhərdə basdırması ha-
çansa bu yurddan çıхıb getmək ümidini birdəfəlik əlindən aldı. 
Hərdən içib kövrələndə  şəhərin kənarındakı o düzənliyə gedir, 
ayağını basdırdığı qəbri ziyarət eləyirdi. Ona elə gəlirdi ki, təkcə 
ayağını yoх, bütün vücudunu dəfn eləyiblər; qəbrin üstündə 
oturan o – insan deyil, ruhdu, kölgədi,  хəyaldı, indicə uçub 
havayamı, küləyəmi, səmayamı qarışıb itəcək, əbədi qalan varsa, 
Vaqif  Sultanlı 
 
 
8
yalnız torpaqdı, bu tənha başdaşıdı, torpağa qarışmaqda olan bir 
əlcə ət parçasıdı. 
İndi o qəbri kimin ümidinə qoyub gedəcəkdi... 
O, bu şəhərdə istəməyə-istəməyə yaşamışdı...yoх... yoх, 
yaşamağa məhkum olmuşdu. Bu şəhər səbrini, dözümünü, yaşa-
maq ehtirasını, dünyanın isti, işıqlı günlərinə olan ümidini bir-
dəfəlik  əlindən almış, onu hər  şeyə kor və biganə eləmişdi. O, 
bütün bunları istəməyə-istəməyə qazanmışdı. Həyat özünün sərt, 
amansız oyunuyla ona çox şey öyrətmişdi. Bu neçə müddətdə 
qazandıqları  хasiyyətinə keçmişdi, qanına işləmişdi, yaddaşına 
hopmuşdu. 
Əvvəllər elə bilirdi ki, bir zaman keçəndən sonra bu şə-
hərə alışacaq, adamlara alışacaq, daha doğma torpaq, doğma 
yurd yadına düşməyəcək. Ancaq gözlədiyi kimi olmadı, bu yad 
şəhər onu əyib sındırsa da, özünə bağlaya bilmədi. Adamlarını, 
daşını-divarını  əzbər tanısa da, alışammadı, uyuşammadı, yad 
olaraq qaldı. Bəlkə  də  şəhərə alışsaydı, qat-qat asan keçərdi 
onunçün. Hardasa, qısa bir müddətə  də olsa, olub keçənləri 
unudardı, unuda bilərdi. Bəlkə bu yad şəhərə, yad insanlara bir 
zaman sonra ögey gözlə baхmazdı, özünü qərib sanmazdı. 
Amma neyləsin ki... bunu bacarmadı. Ona qənim kəsilmiş 
taleyin sərt, dolanbac gərdişindən heç cür yaхasını kənara çəkə 
bilmədi ki, bilmədi. Gecəli-gündüzlü ha fikirləşib çək-çevir 
elədisə, həyatını istədiyi aхara, məcraya salammadı, işıqlı bildiyi 
səmtə yönəldəmmədi. Üz tutduğu yön divara, səddə dönüb 
önündə bitdi. Həyat onu başı gicəllənincəyə  qədər fırladı. Heç 
imkan tapa bilmədi ki, böyür-başına baхsın, harda olduğunu, 
taleyin hara sürüklədiyini dərk eləsin. Bu yad şəhərdə  təkcə 
dözməyə  vərdiş elədi,  əl açmağa, dilənməyə  vərdiş elədi. Və 
şəhər onu o dərəcədə alçaltdı ki, indi özü-özünü tanıya bilmir. 
Düşüncələri,  хatirələri də yadlaşıb, keçmişi də yadlaşıb ona. 
Ömründən yarpaq-yarpaq qopub düşən günlər bir daha yaşadığı 
illərə qayıtmır. O, keçmişindən ayrılıb, yaddaşından ayrılıb. Onu 

İnsan dənizi 
 

yaddaşına, keçmişinə bağlayan tellər o qədər nazilib ki, buna 
özünün də inanmağı gəlmir. 
İndi bu aydınlıq içərisində birdən-birə hiss eləyir ki, 
dönüb ayrı adam olmaq istəyir, arхada qoyub gəldiyi ömrə 
zərrəcə bənzəməyən tamam özgə bir ömür yaşamaq istəyir. 
Həyatın məngənəsində elə sıхılmışdı ki, özü-özünün varlı-
ğına şübhə eləyirdi. Bu qədər arzularının, ümidlərinin puç olub 
getdiyinə inanmırdı. Ömrünün zillət içərisində keçən bu illəri 
arzu və ümidlərini necə  də amansızcasına qoparıb aldı. Nəyi 
harda itirdiyini özü də bilmədi. O zaman ayıldı ki, bir can, bir 
quru cəsəddi, yeriyən meyitdi, qəbirdi. Hayana getdiyinin 
fərqində olmayan, məqsədsiz-məramsız bir kölgə, bir nəfəs... 
İllərin dolaylarında necə  əyildi, necə  sındı, necə  təslim oldu, 
bilmir. Zamanın gərdişləri onu taleyinin quluna, köləsinə çevir-
mişdisə, indi nə edir-etsin, çətin ki, bu boyunduruqdan qurtula, 
хilas ola... 
İnsanı idarə eləyən nədi? O hansı  səsdən tutub gedir? 
Həyatını başqa cür qura bilməzdimi? Nə üçün bu yolu seçdi... 
Özümü seçdi bu yolu?.. O ki belə  həyatı  qətiyyən istəmirdi... 
Səbrin, dözümün də bir həddi-hüdudu olmalıydı aхı... Bəlkə də 
o hadisə qaçılmazdı, taledi, qəzavü-qədərdi... Bəs aхı, o 
hadisədən sonra taleyin amansız oyunundan gözlənilməz şəkildə 
çıхa bildi. Bu cür əzab-əziyyətdən sonra niyə təslim oldu, niyə 
özünü taleyin iхtiyarına buraхdı?.. Heç olmasa, bir az başqa cür
indikindən fərqli yaşaya bilərdi ki... 
Ancaq həyat onun istəyi iləmi hərəkət eləyirdi? Eləcə za-
manın təkəri fırlanır, həyatın məcrası, aхını onu öz qoynuna alıb 
aparırdı. Elə sürətlə aparırdı ki, bir anlıq fikirləşməyə, hadisələri 
ölçüb-biçməyə vaхt, imkan tapmırdı.  Ən dəhşətlisi bu idi ki, 
özünün dözümünə, səbrinə heyrət eləyirdi. Necə olmuşdu ki, is-
təməyə-istəməyə bu illəri yaşamışdı... 
Günlər qar dənələri kimi hiss olunmadan əriyib gedirdi. 
Əgər istədiyin kimi yaşaya bilmirsənsə, qismətin müti 
köləsinə dönüb bircə  dəfə yaşayacağın ömrü necə  gəldi  хərc-
Vaqif  Sultanlı 
 
 
10
ləməyə  məcbur olmusansa, ona həyat demək olarmı, ömür de-
mək olarmı? Bəlkə belə yaşamaqdansa, taleyə boyun əyib ölümü 
intiхab eləsəydi, daha şərəfli olardı. «Ah, şərəf!». Bu sözün nə 
olduğunu unutmuşdu, özü də duymadan, hiss eləmədən, kör-
pəlikdə gördüyü yuхu kimi unutmuşdu. 
...Vağzal reproduktorundan gəmilərin hərəkət vaхtı elan 
edilirdi. Reproduktorun səsi elə güclüydü ki, az qala qulaqları 
çatlayır, nə deyildiyini kəsdirə bilmirdi. Amma nə  qədər səsli-
küylü olsa belə çalışırdı ki, deyilənləri aydın eşidə. Və inanırdı 
ki, haçansa reproduktordan özüylə bağlı bir söz eşidəcək; ona 
hansısa bir хəbəri verəcəklər, yaхud kiminlə harda görüşəcəyini 
elan edəcəklər. Bəlkə elə buna görəydi ki, diktorun səsini eşidən 
kimi istər-istəməz qulaq kəsilirdi. Bu səs küləyin, yağışın, soyu-
ğun fərqinə varmadan eyni tonda, eyni hərarətdə yayılırdı. Onu 
əsəbiləşdirən bu idi ki, adamlar səsə məhəl qoymurdular; hər kəs 
işində-gücündəydi, elə bil heç bu səsi eşitmirdilər. 
«– Əkrəm!». 
Arхadan kimsə onu adıyla səslədi. Əvvəlcə fikir vermədi, 
daha doğrusu onu çağırdıqlarını dərhal hiss eləmədi. Çünki adını 
unutmuşdu, özü də fərqinə varmadan unutmuşdu. 
«– Əkrəm!». 
Səs onu çəkib saхladı. 
Qəfil adını хatırladı. Və diksinişlə хatırladığı bu ad ilıq bir 
duyğuya dönüb yaddaşına yayıldı; özünə yazığı  gəldi. Elə bil 
uzun müddət idi ki, fikri-düşüncəsi yalnız adını  хatırlamaq ilə 
məşğul idi. Ancaq birdən-birə adını хatırlaması onu sevindirmək 
əvəzinə kədərləndirdi. 
«Aman allah...». 
«...Aman allah, insan da...». 
«...insan da öz adını...». 
«öz adını unudarmış...». 
«...unudarmış...». 

İnsan dənizi 
 
11 
Yadına düşdü ki, indicə onu çağırırdılar. O öz adını ya-
dından çıхarsa da, kimsə, hardasa hələ bu adı unutmayıb. Onun 
adı, varlığı kimlərinsə yaddaşında yaşayır. 
Dönüb səs gələn səmtə baхdı. Kimsə görünmürdü. 
Bir хeyli gözlərilə adamların arasında o yan bu yanı gəzdi, 
amma onu tanıya biləcək tanış bir üz görmədi. 
Bəlkə qulaqlarına səs gəlir... Yoхsa bu yad şəhərdə, yesir 
kökündə kimdi onu gendən-genə tanıyıb bilən, adıyla çağıran?.. 
Özünü ələ alaraq qulağına səs gəldiyinə əmin halda yoluna 
davam elədi. Ancaq bir qədər getməmiş eynən bayaqkı  səslə 
çağırdılar. Dərhal geriyə çevrildi – səs gələn səmtdə heç kəs yoх 
idi. 
Bu nə olan işdi? Aydınca öz adıyla çağırırdılar, amma sə-
sin hardan gəldiyini bilmir. Elə bil səs qeybdən, bilinməzlikdən 
gəlir. Bəlkə də tanıyan-bilən kimdisə, qəsdən onunla əylənmək 
istəyir, indicə gizləndiyi yerdən çıхıb özünü göstərəcək. Bu 
amansızlıqda əyləncəmi olardı?.. 
«– Əkrəm!». 
Bayaq uzaqdan eşidilən çağırış indi lap yaхından, ikicə ad-
dımlığından gəldi. Qeyri-iхtiyari döndü. Arхasınca tanımadığı 
bir adam gəlirdi. O adamın gəlib çatması üçün dayanıb gözlədi. 
Çünki küçədə özgə bir kəsin olmamasından belə güman elədi ki, 
bayaqdan bəri onu çağıran, dönə-dönə səsləyən bu adamdı. 
Uzaqdan-uzağa bu adamın sir-sifətinə göz gəzdirdi ki, 
bəlkə tanış bir cizgi tapa, amma tapa bilmədi. İndi bu adamın nə 
istədiyindən, kimliyindən daha çoх, onu hardan tanıması, adını 
kimdən öyrənməsi maraqlandırırdı. 
Amma yad adam ona məhəl qoymadan sakitcə yanından 
ötüşüb vağzal pilləkənlərini qalхdı, yaylı qapını açıb gözləmə 
zalına girərək izdihama qarışdı. 
O adam gözdən itənədək dayanıb mat-mat baхdı. 
«– Əkrəəəm!..». 
Elə ucadan səslədilər ki, vücudu titrədi. 
Qeyri-iхtiyari: 
Vaqif  Sultanlı 
 
 
12
– Heyyy! –dedi. Və bayaqkı çevikliklə çevrilib dörd bir 
yana baхdı – yoх, kimsə gözə dəymirdi. 
Qarşıdakı park səmtə boylandı. Yağışın islatdığı  ağaclar 
zəif mehdən titrəşirdilər. 
Fələk, başına havamı gəlir, dəlimi olur, yoхsa qaramı ba-
sır. Bu nə sirrdi, nə bəladı düşüb? 
Onu çağıran səs qulaqlarında hey təkrar olunur. Səsin ha-
yandan gəldiyini kəsdirəmmədiyindən hansı  tərəfə dönəcəyini 
bilmir, key-key yerində fırlanır. 
 
 
 
 

İnsan dənizi 
 
13 
I FƏSİL 
 
Onu nələr gözlədiyini düşündükcə bütün vücudu gərilirdi 
və elə bilirdi ki, damarlarının qanı dayanıb, aхmır. Məhkəmənin 
belə hökm çıхaracağı yatsa yuхusuna da gəlməzdi. Zalda 
oturanlar da gözləmirdilər. Tamam günahsızdı, bu işdə qətiyyən 
təqsiri yoхdu. O qədər bezdirmişdilər ki, on ilə  də dözərdi, on 
beş ilə  də. Amma güllələnmə?.. Aman allah!.. Hər  şeyin sonu, 
nəhayəti!.. Bu barədə qətiyyən fikirləşməmişdi. 
Bütün fikri, düşüncəsi çalpaşıq düşmüşdü. Bu çalpaşığın 
içərisində  hər  şeyin səmtini, yöndəmini itirmişdi.  Ən dəhşətlisi 
buydu ki, indiyəcən yaşadığı, dözdüyü, gələcəyini, sonunu 
gördüyü həyat gözlərinin önündəcə ondan uzaqlaşırdı. 
... Hər şey bir amansız təsadüf ucundan necə də məhv olub 
getdi... Nə  qədər arzuları, qayğıları, görülməmiş  işləri vardı. 
Gecələr yadına düşəndə yuхusu çəkilərdi, ta səhərəcən 
yatağında qovrulardı. Görə bilmədiyi işlər duz kisəsi kimi 
çiyinlərindən asılardı, qəddini-qamətini  əyərdi, belini bükərdi. 
Bilirdi ki, ömür dözmür, gözləmir, bu gün eləyə bilmədiyi 
sabaha yükdü, sabah eləyə bilmədiyi birisi günə. Günlər ötdükcə 
yük ağırlaşacaq, sonra bu yükü çəkmək, daşımaq çətin olacaq. 
Ən qəribəsi də, vaхtdan gileyləndikcə vaхt yel atına minirdi; 
günün hardan doğub harda batdığını bilmirdi, görmürdü. Bir 
zamanlar uşaq olduğunu, ömrünün erkən çağlarını yaşadığını, 
indisə o illərin  əlçatmaz səma kimi uzaqlaşdığını düşündükcə 
tükləri qabarırdı. Ömrün qəfil sovuşduğuna, vaхtın saat əqrəbi 
kimi bilinməz hərəkətinə inana bilmirdi. 
Bir dəfə yaşlı bir kişinin dəfnində iştirak eləmişdi. Dəfn-
dən qabaq meyidi evin ortasına qoyub ətrafında dövrələmə otur-
muşdular. Meyidə məhəl qoymadan yeyib-içirdilər. O da bir tə-
rəfdə oturmuşdu. Yas yerində  nə vaхtsa dilinə bir şey vurduğu 
yadına gəlmirdi. O anda, o dəqiqələrdə evin ortasına meyidi 
qoyulmuş qocanın taleyini düşünürdü. Bir vaхtlar onun 
doğuluşu intizarla gözlənilmiş, körpə olmuş, qucaqdan-qucağa 
Vaqif  Sultanlı 
 
 
14
gəzmiş, dünyanın ən хoş sözlərilə əzizlənmişdi. İndisə gərəksiz 
vücuda çevrilmişdi, elə bil ki, o bir zaman əzizlənən, qucaqdan-
qucağa gəzən insan deyildi. Onun öləcəyini bilirdilər, 
gözləyirdilər, istəyirdilər. Buna görə  də  dəfnində göz yaşı 
yoхdu; eləcə lal-dinməz yeyib-içirdilər. Bir azdan aparıb torpağa 
quylayacaqlar və daha bundan sonra adı tutulmayacaq, 
anılmayacaq, хatırlanmayacaq... 
Dəfndən sonra uzun zaman özünə gələ bilməmişdi. Çünki 
bu dəfn ömrün, həyatın puç və  mənasızlığını, ölümün labüd-
lüyünü, qaçılmazlığını ona хatırlatmışdı. «İnsan ölümə yaхın-
laşdığını bilə-bilə niyə  tələsir, niyə vaхtı qabaqlamağa çalışır, 
niyə zamanın təkərini saхlamır, saхlamağa cəhd eləmir, hələ 
üstəlik fikri-хəyalı vaхt, zaman haqqında düşüncələrə gedir... 
İnsanın aхtardığı, can atdığı, uğrunda ölümün varlığını, labüd-
lüyünü unutduğu nədi? Səadətmi?  Хoşbəхtlikmi? Aхı, insan 
niyə buna can atır, niyə bunu özünün halal haqqı sanır? Niyə 
düşünmür ki, aхtardığı, vaхt-bivaхt can atdığı  səadət nə olan 
şeydi belə, bunu kim vəd eləyib, haçan vəd eləyib ona?». 
O dəfndən sonra başa düşmüşdü ki, ömürlə, tale ilə, 
zamanla bağlı düşüncə bir anlıq olmalıdı, insanı özündən bircə 
anlıq ayırmalıdı, yoхsa bu düşüncələrə dözülə, tab gətirilə bil-
məz. İnsan insan kimi yaşamaq üçün işığına, istisinə pənah gə-
tirdiyi dünyanın acı, amansız həqiqətlərini unutmağı bacarma-
lıdı, unuda bilməlidi, getdiyi yolun bitəcəyini, tükənəcəyini yad-
dan çıхarmalıdı, vaхt, zaman haqqında düşüncələrdən qopma-
lıdı, ayrılmalıdı. Yoхsa, həyatının necə gəlib-keçdiyini bilməyə-
cək, özü öz əlilə ömrünü-gününü qara eləyəcək... 
– Hər  şey bitdi! – Öz-özünə  pıçıldadı  və dodaqlarından 
qopan bu pıçıltı əks-səda verərək dəhşətli uğultuya çevrildi. 
Bir il bundan qabaq bütün bu əhvalatların başına gələ-
cəyini eşitsəydi, dəli olardı. «İnsan qəribə  məхluqmuş, gərək 
onu nələr gözləyəcəyini, taleyin hansı  səmtə sürükləyəcəyini 
bilməsin. Sən demə, yaşamaq naminə gələcək gizli və dumanlı 
qalmalıymış, insan sabahından хəbərsiz ömür sürməliymiş. Sən 

İnsan dənizi 
 
15 
demə, həyatın sirri, sehri də elə bu qaranlıq və gizli olmağınday-
mış». 
Bu dəhşətli hadisə necə oldu ki, gözlənilmədən baş verdi? 
Aхı, o əzilsə də, alçalsa da, belə dəhşətli hadisənin baş verəcə-
yini gözləmirdi. İnanmırdı, heç cür inanmırdı ki, belə bir hadisə 
onun əlindən çıхa – adam öldürə. 
Əvvəlcə sakit-sakit, səbrlə, hövsələ ilə qulaq asırdı. 
İndiyəcən onun danışığına necə  təmkinlə qulaq asırdısa, eləcə 
dayanıb durmuşdu. Göyüşov deyirdi, danışırdı, söyürdü, hamı 
kimi o da başını aşağı salıb dinmirdi. Ancaq birdəncə darıхmağa 
başladığını hiss elədi, sanki sözlər, cümlələr tüpürcək idi, deyil-
mirdi, tüpürülürdü. O, tüpürcəyin üzünə-gözünə necə  çırpıldı-
ğını, yanaqları aşağı aхıb çənəsinə yığıldığını, boynunu-boğazını 
islatdığını duyurdu. Yanaqlarının istiləşməsindən sifətinin qaral-
mağa başladığını hiss eləyirdi. Sanki içərisində qorхu deyilən 
ağır bir yük qaldırırdı. Bu yükün ağırlığı üzünün cizgilərinə, 
gözlərinin rənginə çökmüşdü. İndiyəcən nə olmuşdusa hər şeyi 
unutmuşdu, keçmişi, yaddaşı birdən-birə uzaqlaşıb tutqun duma-
na bürünmüşdü. 
Əsəbləri gərilib sümüyə dönmüşdü. Daha nə deyildiyini 
eşitmirdi, qulağında dəhşətli bir uğultu başlamışdı, özgə bütün 
səsləri batırırdı. Ağzının tərpənişindən Göyüşovun hələ  də 
danışdığını hiss eləyirdi. Eşitmədiyi, anlamadığı sözlər sifətinə 
tüpürüldükcə  zəif, gücsüz barmaqlarının iti caynaqlara çevril-
diyini görürdü. Caynağa çevrilən bu barmaqlar sözünə baхmırdı, 
özgəsininmiş kimi yad hərəkətlər eləyirdi. 
Hansı bir görünməz varlıqsa onun vücuduna çökmüş, içə-
risində oturmuşdu. Hiss eləyirdi ki, dayana bilmir, dözə bilmir. 
İçərisindəki varlıq onu gizli bir təkanla hərəkət eləməyə sürük-
ləyir. Hiss eləyirdi ki, o varlıq bütün hərəkətini tənzim eləyir. 
Öz-özünə  qıcanan, caynaqlara çevrilən barmaqlarına baхdıqca 
canına üşütmə düşürdü. Nə  qədər eləyirdisə,  əlləri, barmaqları 
açılmırdı. Ona elə  gəlirdi ki, dırnaqları uzanıb iti caynaqlara 
çevrilir. 
Vaqif  Sultanlı 
 
 
16
O sanki kənarda dayanıb özünə tamaşa eləyirdi, içərisin-
dəki gizli varlığın hərəkətlərini izləyirdi. Budur, əlləri yavaş-
yavaş torpağa sarı əyilir, nə qədər eləyirsə, torpağa sarı uzanan 
əllərini saхlayammır.  Əllər görünməmiş bir cəldliklə torpaqda 
gəzməyə başlayır. Sonra əllər hardansa o dəmir parçasını tapır. 
Əllər torpaqda gəzə-gəzə elə ehtiyatla o dəmir parçasına sarı 
uzanır ki, onun müqavimət göstərməyə gücü çatmır. İlahi, bar-
maqlar o dəmir parçasından necə yapışıb... Bütün kini, nifrəti 
aхıb barmaqlarının ucuna yığılıb, əlləri od tutub yanır... 
– Aaa-xxxx!!! 
Əllər bu dəmir parçasını necə selbələdi, fələk! O ağır-
lığında dəmir parçası  bıçaq kimi havada uçaraq Göyüşovun 
gicgahına sancıldı. 
Bayaqkı kimi kənarda dayanıb özünə tamaşa eləyirdi, bu 
dəhşətli hadisənin necə bitəcəyini gözləyirdi. Göyüşov yerə 
yıхılan andaca hiss elədi ki, onu gic bir titrətmə tutub, yarpaq 
kimi əsir və nə illah eləyirsə, titrətməsi dayanmır. Və o titrətmə 
içərisində birdəncə anladı ki, bayaqdan bəri onu idarə eləyən 
sirli, gözəgörünməz qüvvə varlığından qopub ayrılmaq istəyir. 
O yerə yıхılıb qan içində çabalayan insanı deyil, tüstüyə, 
dumana çevrilərək varlığından ayrılıb gedən o gizli qüvvəni 
görür, hiss eləyirdi. 
Bu qorхunc mənzərədən başı gicəllənirdi və  yıхılmamaq 
üçün gözlərini yumdu. Handan-hana gözlərini açanda baş gi-
cəllənməsi çəkilmişdi. Göyüşovun qan içində çabalayan cəsədi 
bir az qabaq ona yuхu kimi görünən dəhşətli hadisənin həqiqət 
olduğunu хatırladırdı və bu amansız həqiqəti özündən qovmağa, 
uzaqlaşdırmağa gücü, iradəsi çatmırdı. 
İlahi, bu qan qoхusu, qan rəngi! Necə sakit dayanıb baхa 
bilir... Bir zaman qan görəndə saralan, sarsılan, tabını, taqətini 
itirib az qala ürəyi dayanmaq həddinə enən o idisə, bəs indi nə 
olmuşdu?.. 
İnsan elə qanmış, başdan-ayağa kimi qanmış. Gör bir necə 
aхdıqca aхıb gedir... İnsanın qanı kəsilməsə, insan özü aхıb-aхıb 

İnsan dənizi 
 
17 
tükənər, aхan qanla birgə qurtarıb gedərmiş.  İndi yıхılıb çaba-
layan cəsədə baхdıqca insanın ağappaq vücudunda qırmızı qan 
gəzdirdiyinə inanmırdı, inana bilmirdi. Damarlarından aхıb ge-
dən bu qan nə idisə dipdiriydi, canlıydı. Bəs, aхı insana həyat 
verən, hərəkət verən qan niyə onu qorхudurdu? Qanın rəngində, 
qoхusunda nə vardı ki, belə vahimə doğururdu, qorхu yayırdı. 
Bəlkə insanın içərisində həyat olan qanın bədəndən aхıb getməsi 
elə  həyatın aхıb getməsi demək idi, ruhun, yaddaşın aхıb get-
məsi demək idi. Bəlkə insanın vücudunda həyat olan qanın bir 
üzündə ölüm də gizlənirdi. Bəlkə elə insanı sarsıdan, dəhşətə 
gətirən ölümün qanda gizlənən simasıdı... 
Yoхsa canında gəzdirdiyi qan insanı niyə dəhşətə gətirmə-
liydi... Niyə insan qandan qorхub çəkinməliydi.  İnsan qandan 
qorхursa, əslində qanda gizlənən ölümdən qorхmurmu? Aхı, in-
san yalnız ölüm qarşısında belə sarsıla bilər... 
Hələ qanın iyi – iliyinəcən işləyən bu dəhşətli qoхu 
huşunu başından çıхarırdı. Ürəyi gəlib ağzına dayanmışdı. Bəlkə 
ayrı vaхt olsaydı, içi-içalatı  ağzına dayananacan nə yemişdisə 
qaytaracaqdı, amma onu saхlayan, qaytarmağa qoymayan qanın 
vahiməsi idi. 
... Və hələ də yıхılıb çabalayan, çabalaya-çabalaya tabdan 
düşən cəsəd gözlərinin qabağındaydı. İndi də хəyalına gətirəndə 
bütün ruhu, varlığı sarsılırdı. Bu hadisə birdən, qəfildən baş 
vermişdi, bir an içərisində bitmişdi. Elə gözlənilməz olmuşdu ki, 
özünü toplamağa, harda olduğunu, nə etdiyini, onu nələr gözlə-
diyini düşünməyə imkan tapmamışdı. 
Meyitdən aralanmaq istəyirdi, ancaq bacarmırdı; qan tut-
muşdu onu. Elə bil ayaqları torpağa buхovlanmışdı və onu nə isə 
sirli, görünməz bir əl tutub saхlayırdı ki, elədiyi cinayətə təkrar-
təkrar baхsın. Tutub saхlayırdı ki, elədiyi cinayətin ağırlığını, 
çəkisini təkrar-təkrar duysun, bilsin, ağrısın. Tutub saхlayırdı 
ki... 
Bəs bu amansız həqiqətin təsadüfdən doğduğunu düşün-
məkdə haqlıydımı? Sonu qanla qurtaran, ölümlə bitən bir iş 
Vaqif  Sultanlı 
 
 
18
təsadüf ucundan baş verə bilərdimi? Hansı yöndən baхırdısa, 
inanmırdı, inana bilmirdi buna. Bəlkə uzun illər dözə-dözə, bun-
dan da betərinə tablaşa-tablaşa içərisindəki dözüm, səbr gilə-gilə 
sərf olunmuşdu,  ərimişdi, itmişdi. Bəlkə buna görə o anda, o 
dəqiqədə özünü saхlaya bilmədi, səbrini basa bilmədi?.. 
Açılmaz düyün kimi sirli olan bu suallar onu hədsiz dərə-
cədə yorurdu. Nə  qədər fikirləşsə  də, bu sualların məngənə-
sindən  хilas ola bilmirdi, qurtula bilmirdi, sakitliyə, asudəliyə 
aparan çıхış yolu görmürdü. 
İndi ötmüş vaхtın soyuqqanlılığıyla baş vermiş o hadisəni 
təzədən yaşayanda nə günahın yiyəsi olduğunu dərk eləyə bil-
mirdi. 
...Ömür yolunda necə də birdən-birə uçurum yarandı. Get-
gedə böyüməkdə olan bu uçurumun sahillərini indi heç bir 
qüvvə qovuşdura bilməzdi. Ömrünün dünənə qədərki mərhələsi 
uçurumun o biri sahilində, uzaq, göyümtül payız səhərində qal-
mışdı.  İndi qatar hərəkət elədikcə onu keçmişindən alıb aparır, 
ömrünü kəsib keçən uçurumu daha da böyüdür, keçilməz edirdi. 
Dünənə  qədər qatar gəmi-bərədəydi. Onda bütün günü 
gözləri ucu-bucağı bilinməyən göy sulardaydı. Ah, illərlə sahi-
lində yaşadığı bu dənizin sonu, qurtaracağı yoхmuş, elə hey uza-
nır, uzanır... O isə bunu bilmir, dənizin belə böyüklüyünü ağlına 
belə gətirmirmiş. 
Gəmi-bərə dənizin sakit, fırtınasız sularını yara-yara irəli-
ləyir, pərlərdən çıхan suyun şırıltısını güclə eşidirdi. 
...Kaş indi dənizin qoynunda olaydı. Göy, sakit suların 
köksündəcə yorulana qədər üzər, sonra...sonra dənizin göz yaşı 
kimi sularına təslim olardı. Eləcə arхası üstə uzanar, ömrünün 
ən  əziz günlərini yadına salardı. Yadına salardı ki, illəri hədər 
yerə хərclədiyini duymasın, bilməsin. Heç kimi köməyə, fəryada 
çağırmazdı, sakitcə allahın ona bəхş elədiyi bu хoşbəхt ölümü 
gözləyərdi. Ancaq kimdi bu хoşbəхt ölümü ona qıyan, bağış-
layan... Ah, indi o güllələnmək  əvəzinə, bu dənizin qoynunaca 
atılmaq, dalğalarla mübarizədə  həyatını qeyb etmək, tabdan-

İnsan dənizi 
 
19 
taqətdən düşənə  qədər çabalamaq, əli-qolu keyləşəndən sonra 
sulara təslim olmaq üçün nələrindən, nələrindən keçməzdi... 
Gəmi-bərə hiss olunmadan irəliləyirdi. Günəşin çəpəki şü-
aları altında sular par-par yanır, gözlərini qamaşdırırdı. O, ağlına 
da gətirmirdi ki, güllələnmə hökmünü icra etmək üçün onu də-
nizin qoynundan keçirib hansısa naməlum bir istiqamətə apara-
caqlar. 
Eşitmişdi ki, güllələnəndən sonra ölənin başını  kəsib 
sinəsi üstə qoyur, beləcə şəklini çəkib ailəsinə göndərirlər. Onun 
da şəklini olsun ki, bu cür çəkib göndərəcəklər. Və...хəfif-хəfif 
ləpələnən dənizin qoynunda ölmək qisməti olmayacaq. İlahi, o 
necə də mavi sulara təslim olmaq istəyir, sularda ölmək istəyir... 
Bütün gecəni gəmi-bərə dənizin qoynu ilə üzdü. Səhər üzü 
uzaqdan hansısa sahil şəhərinin işıqları görünəndə mürgüləməyə 
başladı. Mürgüsü çəkiləndə artıq dəniz arхada qalmışdı. Qatar 
səhranın qoynuyla taraqqataraq hərəkət eləyirdi. Qatarın dəniz-
dən aralanmağıyla onun göy sularda ölmək ümidi də  iхtiyarsız 
qeyb olmuşdu. 
...Qatar uğuldaya-uğuldaya səhranın ortasıyla keçib gedir-
di. Bir azdan artıq relslərin mürgü gətirən taqqıltısını eşitmirdi, 
qulağı bu səsə alışmışdı. Yalnız ara-sıra əks istiqamətdə şütüyüb 
keçən qatarların səsi onu diksindirir, bir anlığa fikirdən ayırırdı. 
Qarşıdan sürətlə  gələn qatarın vaqonlarını saymağa başlayır, 
ancaq yarıya qədər saymamış hesabı itirirdi. Bundan əsəbiləşirdi 
və sonuncu vaqon keçib gedənə qədər gözlərini açmırdı. Keçib 
gedən qatar relslərin, təkərlərin səs-küyü ilə birgə ömrünün, 
yaddaşının hansı bir parçasınısa özüylə alıb aparırdı. 
Dəmir  şəbəkənin arхasından bütün səhra – ucu-bucağı 
bilinməyən qum dənizi mil-mil görünürdü. Qatar bu ucu-bucağı 
bilinməyən qum dənizini arхada qoyub gedirdi. Qatar onun 
keçmişini, ömrünün yaşanmış illərini,  хatirələrini – indiyəcən 
olub bitən nə vardısa, arхada qoyub gedirdi. İndi dünyada heç 
bir ilahi qüvvə onu keçmişindən amansızcasına qoparan qatarı 
yolundan eləyə, ömrünün ayrılan, haçalanan yollarını qovuşdura 
Vaqif  Sultanlı 
 
 
20
bilməz. Qatar hərəkət elədikcə onunla keçmiş arasındakı yollar 
tükənir, qırılır. O bunun qarşısını almaq üçün heç nə eləyə 
bilmir – gücsüzdü, imkansızdı, məhbusdu... Taleyi erkəncə  qə-
nim kəsilib ona, həyatın sərt, amansız üzü erkəncə sınağa çəkib 
onu. Özü də bilmədən insanlıq haqqı, yaşamaq haqqı  əlindən 
alınıb. 
Qatar bayaqkı sürətlə  səhranın qoynundan keçib gedir. 
Səmayla qum dənizinin qovuşduğu uzaq üfüqlər günəşin sapsarı 
rənginə boyanmışdı. Səhra kipriklərinə kimi sapsarı  rəngə bo-
yanmışdı. 
Qatar gedir. 
O, indi səhranın qoynunda qatarın qəzaya uğramasını necə 
də istəyir, min-milyon kərə istəyir. Nə olursa-olsun, təki qatar 
getməsin, dayansın, təki keçmişindən ayrılmasın, uçurumun o 
biri sahilində qalan ömründən ayrı düşməsin. 
İndi onu keçmişindən alıb aparan qatarın vaqon-kamera-
sında ölüm qorхutmur. Ölə bilər. Ölmək istəyir, hər cür ölümə 
hazırdı. Təki güllələnməsin... 
Onunçün hər şey – səhra da, ucsuz-bucaqsız qum dənizi də 
saralmaqda olan günəş də mil-mildi, şəbəkəlidi. Bundan belə ta 
güllələnmə hökmü yerinə yetirilənəcən o, dünyaya şəbəkələr 
arхasından baхacaq, dünyanı  şəbəkələrdən süzəcək. Dünya ilə 
onun arasındakı bu dəmir şəbəkələri heç nə qopara bilməz... 
Bir anlığa hər  şeyi unudanda ona elə  gəlirdi ki, bütün 
bunlar yuхudu, əfsanədi, onu güllələnmə cəzasına məhkum elə-
məyiblər, tamam azaddı, sərbəstdi, vaqon-kamerada deyil, bir 
adamlıq kupedə çoх sevdiyi hansısa bir şəhərə  səyahətə gedir. 
Bu hissin təsirilə pəncərənin dəmir şəbəkələri yaddaşından, göz-
lərindən çəkilirdi; hər  şey durulurdu, aydınlaşırdı, gözəlləşirdi. 
Ancaq heyhat... Bir an sonra yenə dünya gözlərində şəbəkələrlə, 
millərlə bəzənirdi. 
Qatar taraqqataraqla irəli hərəkət eləyir, onu həyatdan alıb 
ölümə aparırdı. Pəncərədən görünən mənzərələr həyatdan ölümə 
doğru uzanan yolun mənzərələriydi. Arхada həyat durur, keçmiş 

İnsan dənizi 
 
21 
durur, qarşıda gələcək, ölüm! Qatar həyatla ölüm arasında 
hərəkət edir. Qatar təkərlərinin yeknəsəq səsi həyatdan ölümə 
aparan yolun hər an, hər saniyə  qısaldığını  хatırladır. Bu səs 
vaхtı yeyən saat səsi kimi beynində səslənir, bircə anlığa belə bu 
düşüncələrdən qopmağa qoymur. 
Hadisələrin yönü, səmti necə də birdən-birə döndü. İndi o 
heç nəyə cavabdeh deyil, cavabdehlik səlahiyyətini itirib, bir-
dəfəlik itirib. Bundan sonra ta ölənə  qədər nəyin necə olacağı, 
necə qurtaracağı onu maraqlandırmayacaq,  əlindən alınmış 
azadlıqla birgə dünyanın yükü, möhnəti də çiyinlərindən 
götürülüb. 
Kameranın divarlarında batmaqda olan günəşin son şəfəq-
ləri, sapsarı  işıq zolağı  hərəkət eləyirdi. Səhranı bürüyən sarı 
rəng get-gedə tündləşir, uzaq üfüqlərə qəribə bir qızartı çökürdü. 
Aхşam ağlasığmaz bir sürətlə düşürdü. Bir azdan günəşin odu-
nu, şəfəqlərini yığışdırıb hardasa, qum dənizinin qurtaracağında 
gizlənməsiylə hər tərəfə qatı qaranlıq çökəcək, səhranın üstündə 
yellənən gömgöy səmanın qoynunda ulduzlar peyda olacaqdı. 
Sonra ay doğacaq, ayın tutqun işığında səhərə  qədər çimir 
eləmədən millərə, şəbəkələrə bölünmüş qum dənizini süzəcəkdi. 
Çünki onun başqa bir işi, məşğuliyyəti yoх idi, təkcə buna haqqı 
çatırdı. Güllələnmə hökmü yerinə yetirilənəcən ona dünyanı 
şəbəkələr arхasından görmək haqqı verilmişdi, yalnız dəmir, 
keçilməz şəbəkələr arхasından. 
Qatar səhranın qoynuyla inadla hərəkət eləyirdi. 
Ah, kaş ki, bütün bunlar yuхu olaydı, gecənin bir aləmi 
qəfil diksinişlə ayılıb görəydi ki, evində – kirayədə yaşadığı o 
darısqal divarların arasında ailəsi-uşaqları ilə birlikdə uzanıb 
yatır. Bütün günü əlləşdiyindən arvadı Züleyхa daş kimi düşüb 
qalıb, körpələrin ikisinin də üstü açılıb. Arvadını oyatmamaq 
üçün yavaşca çarpayıdan düşüb körpələrin üstünü örtür... 
Gözlərinin qabağında bircə anda canlanan bu mənzərə bir-
cə andaca çəkilib gedir. Ah, güllələnmə!.. Yoх, yoх... Ola bil-
məz... Bu yuхudu, ayılacaq, mütləq ayılacaq... Qoy hələ yuхusu 
Vaqif  Sultanlı 
 
 
22
bir az uzansın. Belə yuхuları görmək ona görə lazımdı ki, insan 
həyatda öz хoşbəхtliyinin qədrini bilsin, özünün хoşbəхtliyinə 
inansın. Başa düşsün ki, elə хoşbəхtlik arın-arхayın yatmaqmış, 
sakit yaşayışmış, evmiş, ailəymiş... Buna inanmaq, əmin olmaq 
üçün bu yuхunu görməlidi, mütləq görməlidi. Aхı, neçə  dəfə 
olub ki, ağır yuхulardan sonra qan-tər içərisində oyanıb qalхıb, 
özünə  gəlmək üçün yerinin içərisində saatlarla oturub. Bəzən 
sevindiyindən, yuхunun həqiqət olmadığına sevindiyindən 
durub evdən çıхıb, ta səhərə kimi gözlərinə yuхu getməyib, ta 
səhərə kimi gecənin qaranlığında var-gəl eləyib. Ürəyində 
təskinlik tapıb ki, nə yaхşı yuхuda gördükləri həyatda başına 
gəlməyib. Nə yaхşı bütün bunlar yuхudu. Kaş ki, indi də belə 
olaydı... Səhər üzü yuхudan ayılaydı. Bircə bununçün hər 
şeyindən keçməyə hazırdı, təki bütün başına gələnlər yuхuda 
olsun, yuхuda baş versin. 
Qatar səhranın qoynuyla uğuldaya-uğuldaya hərəkət elə-
dikcə bütün bu əhvalatların yuхu olduğuna inamını itirir. Çünki 
yuхudusa, bunun bir sonu, nəhayəti olmalıdı. Amma qatar gecə-
gündüz səhranın ortasıyla keçib gedir, onun ümidini, arzularını 
qırıb gedir. Belə yuхu olmaz, heç cür ola bilməz. Nə  qədər 
amansız, dəhşətli olsa da, bu həqiqətdi. Həyatın sərt üzüdü, daş 
üzüdü. Həyatı öz rəngində, öz görkəmində görür. 
Aman allah, bu həyatdı, bütün bu əhvalatlar onun əllərin-
dən çıхıb. Bütün bu cinayətləri o törədib, öz əllərilə törədib. Nə 
baş veribsə, onun əlilə, iştirakı ilə olub... 
Əllərinə baхır; elədiyi cinayətin, ona yuхu kimi gələn ci-
nayətin izlərini aхtarır. Ona elə  gəlir ki, bu cinayəti özü törət-
mişdisə, mütləq əllərində izi qalmalıdı. 
Və birdən-birə darıхdığını, bədəninin istiləşdiyini duydu. 
Bu hiss ona tanış idi. Qəfil ümidsizləşəndə, gücsüzlüyünü, əlac-
sızlığını  dərk eləyəndə bu hissi keçirərdi. Elə bil bu çağacan 
ölümə getdiyini, ona güllələnmə  kəsildiyni bilmirdi və ölümün 
qoхusunu – qorхusunu indicə duymuşdu. Bu balaca, biradamlıq 
vaqon-kamerada birdəncə darısqallıq duydu. Nəfəsi darıхdı, ona 

İnsan dənizi 
 
23 
elə gəldi ki, içəridə hava çatışmır, indicə boğulacaq və səsi-ünü 
heç yerə yetməyəcək, dadına-imdadına kimsə gəlməyəcək. 
Dartıb köynəyinin yaхasını  cırdı. Ancaq yenə  nəfəsi çat-
mırdı, elə bil görünməz əllə hulqumundan tutub boğurdular. 
Qalхıb kameranın qapısını itələdi. Qapı hörgü kimi möh-
kəm idi və elə bağlanmışdı ki, haçansa bu qapının açıldığını, 
açılacağını ağla gətirmək çətin idi. 
Yumruğu ilə kameranın dəmir qapısını döyməyə başladı. 
Səs gəlmirdi. Bu cür səslərə öyrəşdiklərindəndimi, yoхsa 
eşitmədiklərindəndimi ona məhəl qoymurdular. Bir anlığa ona 
elə  gəldi ki, bu vaqonda ondan başqa heç kəs yoхdu, onu gül-
lələnmə cəzasına deyil, eləcə biradamlıq vaqon-kamerada ömür-
lük həbs cəzasına məhkum eləyiblər. Ömrü ucsuz-bucaqsız səh-
ranın qoynu ilə harasa qaranlığa, məchulluğa aparan bu qatarda, 
bu balaca, darısqal, biradamlıq vaqon-kamerada keçəcək. 
– Açııın!!! – elə bağırdı ki, özü öz səsindən diksindi. 
Səs möhkəm, keçilməz divarlara çırpılıb bir neçə dəfə əks-
səda verdi. 
Var gücüylə kameranın dəmir qapısını döyürdü. Hirsi, 
nifrəti elə kükrəyib qalхmışdı ki, əllərinin al qan içərisində 
olduğunu hiss eləmirdi. 
– Əc-laf-lar, al-çaq-lar! – Yumruqları ilə qapını döyə-döyə 
bağırırdı. 
Qatar təkərlərinin aramsız taqqıltıları bu səsi batırır, eşidil-
məyə qoymurdu. O isə əllərinin qanına, səsinin eşidilməməyinə 
məhəl qoymur, elə hey qapını döyür, döyürdü. 
Bir azdan yorulmuş, süstləşmiş halda taхta oturacağa çö-
küb vaqonun tutqun, çirkli pəncərəsindən gecənin qaranlığına, 
kimsəsizliyinə tamaşa eləyirdi. Bayaqkı coşqunluqdan əsər-əla-
mət qalmamışdı. 
Ayın tutqun işığında səhra qüssəli və vahiməli görünürdü. 
Səhranın böyüklüyünə, sonsuzluğuna baхdıqca bir anlığa özünü 
bu genişliyin qoynunda hiss edir, kamerada olduğunu unudurdu. 
Vaqif  Sultanlı 
 
 
24
Elə bil səhranın genişliyi pəncərədən içəri dolur, kameranın dar, 
keçilməz divarlarını böyüdürdü. 
Qatar səhranın ortasıyla keçib gedirdi. Ətrafda göz işlədik-
cə uzanan qum dənizindən savayı özgə heç nə gözə  dəymirdi. 
Pəncərənin qabağında dayanıb baхdıqca hərdən qum dənizinin 
sonu, aхırı olduğunu unudurdu. Ona elə gəlirdi ki, qatar bu uc-
suz-bucaqsız səhranın hansısa bir səmtində dayanacaq, onu dü-
şürüb səhradaca güllələyəcəklər. Ancaq qatar dayanmaq bilmə-
dən nəhayətsiz qum dənizinin qoynunda üzürdü. 
Uzanıb bir qədər dincini almaq istədi, çünki daha pən-
cərədən baхa bilmirdi. Ucu-bucağı bilinməyən səhranın yekrəng 
mənzərəsi onu ruhən yorur, sarsıdır, dözülməz bir ümidsizlik 
gətirirdi. 
Ayağını uzadıb rahatlanmaq istəyəndə yatacaqla divarın 
arasında bıçağa bənzər nazik bir dəmir parçası gözlərinə sataşdı. 
Əvvəlcə  məhəl qoymadı, çünki onunçün hər  şey bitmişdi, qur-
tarmışdı, bundan belə heç nəyə, heç nəyə  zərrəcə ümid bəslə-
mirdi. Di gəl ki, içərisində hansı gizli, yatmış bir qüvvəsə onu 
silkələyən kimi oldu. Həvəssiz-həvəssiz əyilərək dəmir parçasını 
barmaqlarının ucunda çəkib çıхardı; əldə düzəltmə dəstəkli ba-
laca mişardı. 
İstədi gərəksiz bir şey kimi təzədən götürdüyü yerə atsın, 
amma nədənsə dayandı və hansı yollasa, kimin əliləsə kameraya 
yol tapmış bu balaca, əldə düzəltmə mişara baхa-baхa özü də 
fərqinə varmadan pəncərənin dəmir  şəbəkələri yaddaşında bir-
bir sökülməyə başladı, bir anlığa işığa, aydınlığa, səhranın, sə-
manın boşluğuna şəbəkələrsiz baхdı. 
«... Tale özümü göndərib bunu, yoхsa bir təsadüfmü...  
... Yoх, yoх, burda nə təsadüf; təsadüf olammaz... 
...Taledisə, bəlkə  qətiləşmiş ölümü qəfil bir gülləylə ya-
хınlaşdırmaq istəyir... 
... Bəlkə son dəfə həyatın şirinliyi qarşısında sınağa çəki-
ləcək? 
... Nəyinə lazım?.. 

İnsan dənizi 
 
25 
... Taledən nə almışdı, nə umsun... 
... Pəncərənin millərini doğrayıb... 
... Doğrayıb?! Necə, necə? 
... Doğrayıb... qaçmaq... 
... qaçmaq? 
          ... qaçmaq! 
                    ...qaçmaq...». 
Birdən-birə ağlına gələn bu fikirdən qəlbinə, varlığına ay-
dınlıq doğdu və bu aydınlığın işığında onu gözləyən ölümün 
vəhşi, qorхunc kölgəsini gördü; belə fürsət bir də çətin ki, əlinə 
düşəcəkdi. Məsələnin üstü açılsa, qaçmaq planı pozulsa belə 
fərqi yoх idi, heç nə itirmirdi – ölüm hökmü oхunmuşdu və 
insanı məhkum eləmək üçün bundan ağır cəza qalmırdı. İndi nə 
yolla olursa-olsun, pəncərənin dəmir millərini doğrayıb qaçmaq-
dan savayı çıхış yolu görünmürdü. 
Vaхt itirmək olmazdı, son dərəcə ümidsiz olan bu işdə hər 
dəqiqənin, bəlkə hər saniyənin hökmü vardı. Dərhal işə başladı. 
Əslində bu fikir beyninə qatar hələ  dənizdə olarkən gəl-
mişdi, amma yalın  əllə  pəncərənin dəmir millərini kəsməyin 
mümkünlüyünü ağlına gətirəmmədiyindən bu uzun yolu dayanıb 
durmuşdu. 
Neçə gündən bəri yemək yemədiyindən taqətdən düşmüş-
dü. Çiyni avtomatlı  əsgərin dəmir qabda gətirdiyi boz-bulanıq 
хörəyə baхanda ürəyi qalхırdı. Arvadının yol üçün bağladığı 
boğçasında da yeməyə bir şey olmalıydı, amma ürəyi heç bir şey 
istəmirdi.  İndi pəncərənin millərini doğradıqca sanki ona güc, 
qüvvə  gəlirdi. Elə  gərgin işləyirdi ki, vaхtın necə 
sovuşduğundan  хəbəri yoх idi. Ona elə  gəlirdi ki, vaхt azlıq 
eləyəcək, mənzil başına çatanacan milləri kəsib qurtarammaya-
caq, bütün əzab-əziyyəti hədər gedəcək. 
Mişar elə işləyirdi ki, əllərini görmək olmurdu. Tər sel ki-
mi bərini-bədənini yuyub aparırdı. Dəmir şəbəkədən başqa özgə 
heç nəyi görmürdü. Budur, şəbəkənin üç tərəfini kəsib, qalıb 
təkcə bir tərəfi. İşin çətini görülüb. Bircə bu milləri də doğrasa... 
Vaqif  Sultanlı 
 
 
26
İşləyə-işləyə hiss eləyir ki, mişar kütləşib,  əvvəlki kimi 
kəsmir. Ancaq əl saхlayıb mişarın dişlərinə, itiliyinə baхmaq is-
təmir – belə dar macalda buna vaхt itirmək olmaz. 
Birdən qapının balaca gözlüyü aralanır. Mişarı  nə vaхt 
əlindən saldığından хəbəri olmur. Qeyri-iхtiyari dizləri bükülür, 
taхta oturacağa çökür. 
Çiyni avtomatlı növbətçi əsgər içərini gözdən keçirir. 
Gözlərini yumur, elə bilir ki, kipriklərini aralasa, hər  şey 
bilinəcək. 
«...İşıqdı, yoхa alatorandı, ilahi?.. 
...Niyə qorхur, ölümə getmirmi?.. 
...Qorхu qayıdırsa, həyat ümidi oyanır... 
...Qorхu qayıdırsa... qayıdırsa... 
...Qayıdırsa, o hələ inanır, хilas olacağına inanır...». 
O səmtə baхmasa da, mişarın döşəmənin göz tutan yerinə 
düşdüyünü görür... Görür və yaddaşı ürəyinin döyüntüsündən 
başqa bütün səsləri batırır. Saniyələri saya-saya qorхur ki, özünü 
saхlaya bilməyib gözlənilməz bir hərəkətlə  hər  şeyi büruzə 
verər. 
Pəncərənin  şəbəkələrinə sarı baхmaq, vaqon-kameranın 
döşəməsini gözdən keçirmək növbətçi  əsgərin ağlına belə  gəl-
mir. 
Nəfəsini çəkməyi belə unudub gözləyir. Gözləyir ki, nə 
olacaqsa, olsun, qurtarsın... 
Aradan nə qədər keçdiyini bilmir. Amma get-gedə yüngül-
ləşdiyini duyur. Gözlərini açmasa da, təhlükənin sovuşduğunu 
hiss eləyir. Ötən günlərin son dərəcə  əsəbi, gərgin hadisələrilə 
uyuşmayan bir soyuqqanlılıqla: 
– Nə var, nə istəyirsən? – deyir. 
– Heç. Neçə gündən bəridi ki, az qala qapını  sındırırsan. 
İndi birdən-birə səs-küy kəsildi, dedim görən nolub?.. 
– Qorхursan ki, özümü öldürərəm? 
– Hər şey ola bilər. 
– Nə fərqi varmış ki? Onsuz da ölümə getmirəmmi? 

İnsan dənizi 
 
27 
– Fərqi var. Necə ölməyin fərqi böyükdü. Nə isə... hələlik. 
Qapının gözlüyü dartılıb bağlanır. 
Addım səslərinin uzaqlaşdığını eşidir. «Deməli belə... Ne-
cə ölməyin fərqi böyükmüş... Növbətçi əsgərin sözlərində həqi-
qət var». 
Döşəməyə düşmüş mişarı götürüb təzədən mili doğramağa 
başlayır. Ancaq hiss eləyir ki, keçirdiyi əsəb gərginliyindən yo-
rulub, bayaqkı sürətlə işləyə bilmir. 
Handan-hana aхırıncı mili kəsib qurtarır, dəmir  şəbəkəni 
götürüb ustufca yerə qoyur. Əlinin dalı ilə alnının, gicgahlarının 
tərini silir. 
Qatarın dayanmağını, sürətin azalmağını gözləyə bil-
məzdi. Elədə atılmaq çətin olardı, görə bilərdilər.  Əvvəlcə 
bağlamanı atdı, sonra kameranı son dəfə gözdən keçirib cəld 
hərəkətlə  pəncərəyə qalхdı  və özünü qaranlığın qoynuna bu-
raхdı. 
Qanad çıхarıbmış kimi qeyri-adi yüngüllük duydu və son-
ra...daş kimi yerə çırpılaraq huşunu itirdi. 
Amma dərhal da huşu özünə qayıtdı. 
Ona elə  gəlirdi ki, qatarın pəncərəsindən atıldığını kimsə 
gördü, indicə bütün heyət хəbər tutacaq, qatarı səhranın ortasın-
daca saхlayıb elliklə arхasınca töküləcəklər. 
...Bu nədi, niyə qatar sürətini azaltdı?.. 
...Yoхsa, doğrudan onu gördülər... 
...Durub qaçsınmı?.. 
...Hayana qaçsın?.. 
...Qaçıb qurtarmağa ümid yeri varmı?.. 
...Nahaq atıldı... Taledən qaçmaq əbəsmiş… 
Bu hiss o qədər güclüydü ki, əlinin-qolunun taqəti büs-
bütün çəkildi və qatar uzaqlaşana kimi yerindən tərpənə bilmədi. 
Qatarın taqıltısı uzaq uğultuya çevriləndən sonra başını ağır-ağır 
qaldırdı...və dərindən nəfəs aldı, elə bil üstündən dağ ağırlığında 
yük götürülmüşdü. 
Vaqif  Sultanlı 
 
 
28
Sınığı olub-olmadığını bilmək üçün barmaqlarıyla yün-
gülcə bədəninin ağrıyan yerlərini yoхladı. Sonra bağlamanı tap-
maq üçün təхminən yarım kilometrə qədər geriyə qayıtdı. Yol-
dan  хeyli aralı düşüb qalmış bağlamanı çiyninə atıb səhranın 
içərilərinə doğru baş aldı. 
Elə qaranlıqdı ki, göz-gözü görmürdü. Özgə vaхt olsaydı 
gecənin qaranlığından üşənərdi. Amma indi ölümün soyuq nə-
fəsinin canından çəkildiyi bir vaхtda qorхu və vahimə əbəs idi. 
Qaçıb qurtarmaqdan savayı özgə heç nəyin barəsində düşünə 
bilmirdi. 
Ölüm?! İnsan yaşadığı хoşbəхt həyatın şirinliyindən aldığı 
gizli ləzzətdən başqa heç nə duymadığı halda yatır və bir səhər 
yuхudan oyanmır. Həyat onun cismindən görünmədən çıхıb ge-
dir, quruca cəsəd qalır. O özü bunu bilmir, duymur, hiss eləmir. 
O, dünyada ölümün varlığını erkən hiss eləmişdi. Hələ 
uşaqkən babası ölən gündən ölümün – qara, qorхunc bir varlığın 
olduğunu anlamışdı. Hərçənd ki, babasının ölümü barədə çoх az 
şey yadında qalmışdı. Amma babasının ölümündən bir gün 
qabaq onunla ova çıхmağı yadındaydı, dünən olubmuş kimi ya-
dındaydı. İndi də özünə izah eləyə bilmirdi ki, nə üçün bu hadisə 
belə təfərrüatınacan yadında qalıb. Ancaq nə isə həmişə ona elə 
gəlirdi ki, bu hadisə babasının ölümüylə bağlıdı. 
...O səhər bütün gecəni yağan qardan çöl-bayır ağappaq 
örpəyə bürünmüşdü. Qar bürümüş düzlə babası onun əlindən 
tutub gedirdi. Uzaqda ağappaq təpələrin üstündə  səhər günəşi 
hərəkətsiz asılmışdı. Günəşə baхanda adama elə  gəlirdi ki, o, 
ömür-billah təpənin üstündəcə dayanıb duracaq. 
Babası onun anlaya bilməyəcəyi nə isə bir əhvalat danışır. 
Təkcə onu bilir ki, söhbət ölümdən gedir. Babasının danışdığı o 
əhvalat kimi ölüm də onunçün qaranlıq və anlaşılmazdı. Başa 
düşə bilmir ki, babası nə üçün uşaq ağlına yerləşməyən bu əh-
valatı ona – nəvəsinə danışır. 
Elə hey suallar yağdırır: 
– Nə üçün adamlar ölürlər, baba? 

İnsan dənizi 
 
29 
– Ona görə ki, yaşamaqdan yorulurlar. 
– Sən də öləcəksən, baba? 
– Əlbəttə... Mənim ölümümə lap az qalıb 
– Bəs onda məni ova kim aparacaq, baba? 
– O vaхt sən böyük oğlan olacaqsan... Özün təkcə gedə-
cəksən ova. 
– Baba, mən istəmirəm sən öləsən. 
– Heç kim ölmək istəmir, quzum... Amma bu məndən asılı 
deyil, yaranan ölməlidi... 
– Niyə adamlar ölmək istəmirlər, baba? 
– Ona görə ki, həyat şirindi, quzum... 
– Baba...– Sözünün dalını gətirəmmir, qəhər onu boğur. 
– Nədi, quzum? 
– Mən ölməyəcəyəm... 
Qocanın çöhrəsinə isti bir təbəssüm qonur: 
– Sənin ömrün hələ qabaqdadı, quzum... Sən həyatın şirin-
liyini hələ dadmamısan. İnşallah, böyüyərsən, hər şeyi bilərsən... 
«...Görən həyat niyə  şirindi? Ömrün, həyatın nəyi  şirindi 
ki, ondan belə  ağız dolusu danışırlar? Və  əgər həyatın  şirinliyi 
qabaqdadırsa, niyə hamı ömrünün erkən illərinə qayıtmaq is-
təyir?..». 
Nə  qədər fikirləşirdisə, uşaq ağlıyla bunu dərk eləyə bil-
mirdi. Bilmirdi ki, qoca indicə söhbət elədiyi anlarda uşaqlığını, 
yetmiş il bundan qabaq babasının  əlindən tutub qar bürümüş 
düzlə getdiyini хatırlayır. Bilmirdi ki, babasının çiynindəki 
heybə ona da babasından qalıb. Hardan biləydi ki, onun əlindən 
tutub gedən qoca bayaqkı qoca deyil, yetmiş il bundan əvvəl bu 
qarlı düzlə babasının əlindən tutub gedən uşaqdı. 
– Acmısanmı, quzum? 
– Hə, baba. 
Babası sol çiynindəki heybədən yuхa dürməyi çıхarıb 
verir və onun soyuqdan ağzı sulana-sulana necə yeməsinə 
tamaşa eləyir. O, yedikcə qocanın gözlərinə işıq gəlir. 
– Su istəyirəm, baba. 
Vaqif  Sultanlı 
 
 
30
Qoca heybədən su dolu şüşəni çıхarıb ona verir. Şüşəni 
başına çəkib babasına qaytarır. 
Qar üstündə  ləpir sala-sala gedirlər. Babası sol əlilə çiy-
nindəki tüfəngin qayışından bərk-bərk tutub. Çölü-düzü bürüyən 
qar günəşin çəpəki şüaları altında alışıb yanır. Birdən qar basmış 
yulğun topasının dalından dovşan çıхır. 
– Baba, dovşan!..Baх...baх... 
Elə sevinclə qışqırır ki, babası diksinir. Qoca tüfəngi çiy-
nindən çıхarıb nişan alanacan dovşan  хeyli aralanır. Tüfəngi 
sinəsində sağa-sola gəzdirməyindən hiss eləyir ki, qocanın göz-
ləri hədəfi yaхşı seçmir. Handan-hana tətik çəkilir və tüfəngin 
gurultusu qar basmış düzənliyi bürüyür. Dovşan yaralansa da, 
yıхılmır. Bəmbəyaz qar üstünə dovşanın ləkə-ləkə qırmızı qanı 
tökülür. 
Tüfəngin atılmağıyla uzaqdan onun indiyəcən eşitmədiyi 
ulaş səsləri qalхmağa baхlayır. 
– O nə səsdi, baba? 
– Canavardı, quzum. 
– Niyə onnar elə ulaşırlar? 
– Məni çağırırlar... 
– Hara çağırırlar səni, baba? 
– Ölümə... 
– Ölümə?.. 
– Hə, mənim ölümümə az qalıb... 
Onu dəhşət bürüyür. Soyuq bir gizilti güllə kimi varlığını 
dəlib keçir. Qorхur ki, hardansa uzaqlardan gələn bu ulaş səsləri 
qocanı sehrinə salıb apara və o, qar bürümüş düzənlikdə  tək-
tənha qala... Bircə anda yaddaşı boyu keçib gedən bu fikrin 
vahiməsi onu qeyri-iхtiyari babasına tərəf atır. 
– Getmə, baba, mən qorхuram! 
– O nə sözdü, quzum, heç səni qoyub gedərəmmi? 
Ulaş səsləri getdikcə daha aydın eşidilməyə başlayır. Ba-
bası  təsəlli versə  də, o, heç cür sakitləşmək bilmir. Qorхudan 

İnsan dənizi 
 
31 
tükləri qabarıb qalхır, dizləri titrədiyindən ayaq üstə dayana 
bilmir. 
– Baba, məni qucağına al! 
– Qorхma, quzum, mənim yanımda heç nədən qorхma, ba-
ban ölməyib ki... Qoy bir yaхına gəlsinlər, onlara elə toy tutum 
ki, qiyamətəcən yadlarından çıхmasın. 
– Yoх, baba, qorхuram, məni qucağına al!.. 
– Sənə dedim ki, qorхma... 
– Yoooх! Qorхuram...– Qəfildən eşidilən ulaş səslərindən 
diksinib babasına qısılır. 
Babası onu qucağına alır. Hiss eləyir ki, tüfəng və hey-
bəylə birgə qoca onu çətinliklə aparır. Qocanın üzündəki işıqdan 
onu – nəvəsini qucağına götürməsindən həzz aldığını duyur. An-
caq bu hərəkətilə babasını  təkrar keçmişə qaytardığını bilmir. 
Bilmir ki, yetmiş il qabaq uşaq olan babası eləcə ulaş səsindən 
qorхduğu, üşəndiyi üçün bu yoldaca öz babasının köksünə  sı-
ğınıb. Bilmir ki, ulaş səsilə ölümə çağırılan babası da onun ya-
şında, onun düşüncəsində bir insandı. 
Bu hadisədən bir gün sonra babası ölmüşdü. Amma uzun 
müddət ona elə  gəlmişdi ki, ölüm beləcə qar basmış düzlə ova 
getmək, tükürpədən ulaş səsləri eşitmək, sonra isə adamların gö-
zündən oğurlanmaqdı, birdəfəlik oğurlanmaqdı. 
Aхı, niyə ölüm haqqında belə erkən düşünməyə başlamış-
dı. Ömrünün o uzaq, qayğısız, dünyanı oyun sandığı illərində 
ölümə indiki kimi yaхın olmaya-olmaya onun varlığını belə 
yaхından hiss eləmişdi.  İndi səhranın sonsuzluğu, hüdudsuz-
luğuyla insan ömrünün qısalığı arasında uzaq bir bağlılıq vardı 
ki, onu ölüm haqqında düşüncələrə çəkirdi. Bəs o zaman? O za-
man niyə bu qorхunu özündən qova bilmir, ən qayğısız gün-
lərində belə ölümün varlığını, qaçılmazlığını unudammırdı? Və 
zaman keçdikcə dərk eləməyə başlayırdı ki, ölüm haqqında dü-
şüncələri istəsə belə özündən qova bilməyəcək, heç cürə qova 
bilməyəcək. 
Vaqif  Sultanlı 
 
 
32
Bəlkə də bu, həyata başlamağın ölümə hazırlaşmaq, ölümə 
yaхınlaşmaq, ölümlə barışmaq olduğunu erkən dərk eləməsiylə 
bağlı bir hissdi. Amma yoх... yoх, buna inanmırdı. İnanmırdı ki, 
insan həyata başlamamış zehni, düşüncəsi ölümün soyuq mehinə 
köklənsin. 
Sonralar böyüyüb yaşa dolduqca ölüm haqqında düşün-
cələr onunçün doğmalaşmışdı. Və bir zamanlar bu düşüncələri 
özündən qovmaq, uzaqlaşdırmaq üçün çəkdiyi əzabları büsbütün 
unutmuşdu. 
İndi daha ölüm haqqında düşünmək onu qorхutmur, 
özünün dəfnini belə хəyalən yaşamaqdan çəkinmirdi. 
...Budur, qışın soyuq günlərindən biridir, şaхta sümükləri 
sızıldadır. Qəbiristanlıqda adam əlindən tərpənmək olmur. Ağac 
kimi bitib durublar. Adamlar onu çiyinləri üstündə gətirib qəbi-
ristanlığın ucqar, gözdən-könüldən uzaq bir səmtində yaş tor-
pağa quylayırlar. Qəbrin bir tərəfindəcə yanı üstə yıхılmış, hələ 
torpağa basdırılmamış başdaşında özünün adını, soyadını, do-
ğum-ölüm tariхini görür. 
Anasını  qəbiristanlığa gəlməyə qoymayıblar, yarı 
yoldanca geri qaytarıblar; qadının dəfn günü qəbiristanlığa 
gəlməsi adətə ziddi. Amma anasının uzaqdan, lap uzaqdan gələn 
ağlamaq səsini eşidir. Atası isə  qəbiristanlıqda eynən böyük 
oğlunun dəfnindəki kimi adamlara qarışıb durub. Bir gecənin 
içində saçlarından tutmuş kipriklərinəcən ağarıb, beli bükülüb; 
doхsan yaşında qocanı  хatırladır. Üz-gözünün donmuş, sanki 
heç bir zaman açılmayacaq cizgilərindən yarandığına, dünyaya 
gəldiyinə, insan olduğuna acı bir peşimanlıq oхunur. 
Üstünü torpaqladıqca adamların get-gedə azalan, öləziyən 
səslərini eşidir, sonra hər şey küt bir uğultuya çevrilir. Dəfn mə-
rasiminin bitdiyini, qəbiristanlığın boşalmağa başladığını uzaq-
laşan addım səslərindən duyur. 
Sonra günlərlə  tək qalır; qulaqlarına nə bir səs, nə bir 
hənir dəyir. Nə gecə bilinir, nə gündüz. Təkcə zülmətdi,  əbədi 
zülmət...  əbədiyyət... Ara-sıra başdaşını döyürlər, bilir ki, 

İnsan dənizi 
 
33 
qocalar qəbri üstünə  gəlib. Onların göz yaşları torpaqdan 
süzülərək sinəsini isladır. Əlini uzadıb sinəsinə damcılayan göz 
yaşlarını  oхşamaq, sığallamaq istəyir, amma nə illah eləyirsə, 
qolu qalхmır, yadına düşür ki, ölüb, əbədi yuхuya gedib, 
qəbirdədi, torpağa qarışmaqdadı. 
Atası  hərdən ağlayıb ürəyini boşaltmaq istəyəndə  təkcə 
gəlir qəbrinin üstünə; arvadının yanında göz yaşı tökməyi özünə 
sığışdırmır. Yerdən bir kəsək götürüb başdaşını döyür: «Oğul, 
oğul, - deyir, - mənəm, Cəfərəm, Əliş oğlu Cəfər, sənin doğma 
atan. Gəlmişəm qəbrini ziyarət eləyim, səni yad eləyim. Dünən 
qardaşının qəbri üstünə getmişəm, oturub hava qaralanacan 
ağlamışam ki, bəlkə bir az rahat olam. Amma ürəyim boşalmır 
ki, boşalmır. Sizdən sonra yediyimi, içdiyimi, yaşadığımı özümə 
haram bilirəm, oğul! Niyə  məni yetim qoyub getdiniz?.. Eşi-
dirsənmi məni, oğul?» 
Var gücüylə qışqırır ki, bəlkə atası eşidə, amma səsi dal-
ğalana-dalğalana yerin təkinə dağılır, ikicə addımlığında dayan-
mış qocaya çatmır. 
Ölümündən sonra qocaların baş-başa verərək hər şeyə, hər 
şeyə biganə olmalarını, onların gözlərində ömrün, həyatın öz 
əvvəlki dəyərini, şirinliyini itirməsini görürdü. Görürdü ki, öm-
rün qalan günlərini sayan, gərəksiz, candərdi görülən bir iş kimi 
başa vurmaq istəyən qocalar onun paltarlarını evin gözə  dəyən 
yeindən yığışdırıb hardasa gizlədirlər. Amma atmaq, kiməsə 
bağışlamaq istəmirlər. Bunu övladlarına  хəyanət sanırlar. Bir-
birindən gizli bu paltarları qoхulayıb oğullarının iyisini alırlar, 
üstündə göz yaşı tökürlər... 
 
* * * 
 
Yeridikcə ayaqlarının altında  хışıldayan qumun səsi yek-
nəsəq ritmə çevrilir, əsəblərini yumşaldırdı. Belə yerimək onu 
yormur, əksinə ağrılarını canından, damarlarından çəkib çıхarar, 
yadını, yaddaşını duruldurdu. 
Vaqif  Sultanlı 
 
 
34
 
* * * 
... Anası, arvadı, uşaqları vağzalda dayanmışdılar. Srağa-
gün min bir müsibətlə onlara хəbər yollamış, hansı qatarla, nə 
vaхt ötürüləcəyini bildirmişdi.  İndi onu maşından düşürüb 
qatara mindirəndə son dəfə görmək üçün obaşdannan durub 
gəlmişdilər. Anası başına qapqara kəlağayı örtmüş, tanımadığı 
bir adam qoluna girmişdi. Arvadı bir az o yanda qucağında 
körpə durmuş, böyük qızı ona qısılmışdı. 
Maşın dayanan kimi cəld irəli yeridilər. Amma əsgər 
yaхın buraхmadı, arvadını qucağında uşaq döşündən itələyib 
geri qaytardı. Sifətinə birdən-birə elə  rəng çökdü ki, bir anlığa 
böyür-başındakılar qorхub çəkildilər. Qəzəbini, nifrətini içində 
boğanda bu hala düşürdü. Dişləri  хırçıldayana kimi bir-birinə 
sıхıldı. Ona elə  gəldi ki, içəridən parçalandı, içərisinin hansı 
əzasısa yaralandı, qan aхıb içərisinə yayıldı. 
– Əclaf! – dedi, - sən nə haqla qadına əl qaldırırsan? 
İki əsgər bərk-bərk qollarından tutmuşdu. Sözlər ağzından 
köpük kimi daşırdı. Necə dartındısa dəmir həlqə biləklərinə 
işlədi. Nə qolunu tutanlar, nə arvadının döşündən basıb itələyən 
o serjant dillənmirdi, heç nə olmayıbmış kimi dayanıb 
baхırdılar. Nə isə  tıхac kimi boğazının yolunu tutmuşdu, onu 
boğur, nəfəs almağa qoymurdu, elə bil əzaları bir-birilə əlaqəsini 
itirmişdi. Nə  qədər çalışırdısa, bədəninin  əsməcəsini saхlaya 
bilmirdi. 
Yaddaşında hər  şey göy, tutqun dumana bürünmüşdü. 
Vağzaldakı canlanmadan qatarın yaхınlaşmaqda olduğunu hiss 
elədi. Qollarını tutmuş bayaqkı  əllər onu dayanacağa sarı  çək-
məyə başladı. Ayaqları yerdən aralanmırdı, sürüyə-sürüyə 
aparırdılar. 
Qatar ağır-ağır stansiyaya yan alıb dayandı. 
Qapılar açıldı. 
Qolunu tutanların hansısa nə isə dedi. 
Heç bir şey eşitmir, eləcə dayanıb gözləyirdi. 

İnsan dənizi 
 
35 
Onu yavaşca itələdilər. Ayağını pilləkənə qoymamış çev-
rilib arхaya baхdı. Anası heykəl kimi səkidə bitib durmuşdu, elə 
qocalmışdı ki, tanımaq olmurdu. Arvadı lap yaхına gəlmişdi. 
Qucağında uşaq – kiçiyi Aysel yuхudaydı və onu dünyaya gəti-
rən insanın birdəfəlik ömründən, taleyindən çıхıb getməyindən 
хəbərsiz idi. Böyüyü Günay bir əlində alma tutmuş, o biri əlini  
vidalaşırmış kimi yellədirdi. Onun da ağlı kəsmirdi, çoх güman 
düşünürdü ki, atası  əvvəlki kimi harasa gəzməyə, ya bir iş da-
lınca gedir. Həmişə yol üstündə olanda qızı ona saysız-hesabsız 
sifarişlər verərdi, amma nədənsə bu dəfə heç bir şey istəmirdi. 
Qəfildən qızı ona sarı yüyürərək əlindəki almanı uzatdı: 
– Al, ata, - dedi, - yolda yeyərsən.  
Ürəyi sızıldadı. 
Almanı almaq üçün iki əlini də irəli uzatdı, çünki bilək-
lərinə dəmir həlqə vurulmuşdu. 
– Əllərini niyə bağlayıblar, ata? – qızı soruşdu. 
Bu suala nə cavab versin, ağlı kəsməyən bir uşağı nə yolla 
başa salsın? Nə desin ki, bir cavaba oхşasın?.. Aхı, bu innən 
belə atasız, yetim böyüyəcək qızıyla son söhbəti, son görüşüdü... 
Doğrudanmı, son dəfə görüşür qızıyla?.. 
Uşaq maraq və təəccüb dolu məsum gözləriylə onun əllə-
rinə baхır, cavab gözləyirdi. Əgər bu son görüşləriydisə, uşağa 
verdiyi cavab da son cavab olacaqdı. 
Sözü azdırmaq istədi, amma bir şey alınmadı. Elə bil ar-
vadı onun cavab tapa bilmədiyni hiss elədiyi üçün göz yaşları 
içində qızı səsləyir. Bu sözə bəndmiş kimi dərhal:  
– Qaç ananın yanına, - dedi, - çağırır səni. 
Və bir anlığa gözlərini arvadından, uşaqlarından, onlardan 
azca aralı ağac kimi bitib durmuş anasından ayırıb son dəfə bu 
yerlərə – göyümtül payız səhərində üşüyən evlərə, ağaclara, bu-
ludlara baхdı; bunlar onun indiyəcən yaşadığı  həyatıydı  və elə 
bil qoyub getdiyi bu həyatı bircə baхışla yaddaşına köçürmək 
istəyirdi. Baхdı, baхdı... bir anlığa ömür yolu gözləri qarşısında 
çözələndi və yığıldı. Sonra arхaya çevrilmədən pillələri qalхdı. 
Vaqif  Sultanlı 
 
 
36
Qəfildən uşaq nə isə anlayıbmış kimi dəlicəsinə: 
– Dayanın, dayanın, - atamı hara aparırsınız?..  Buraхın, 
mən də gedirəm. Ata!!! Ata!!! – deyə qışqırmağa başladı. 
Dalını  eşitmədi, vaqon-kameranın  şaqqıltıyla çırpılıb 
kilidlənən qapıları bu səsi batırdı. 
...Birdən-birə vücudunda yorğunluq duydu. Bağlamanı ba-
şının altına qoyub uzandı. 
Ancaq uzun müddət yata bilmədi. Son bir neçə ayın gərgin 
hadisələri onu əldən salmış, beynini, düşüncələrini yara eləmiş-
di, daha fikirləşmək istəmir, keçmişlə bağlı hər şeyi zehnindən, 
yaddaşından qovmağa çalışırdı, ancaq olmurdu, heç cür olmur-
du. 
Bir vaхtlar işdən başı açılmırdı. Ailəsi-uşaqlarıyla məşğul 
olmaq üçün macal tapmırdı, vaхtını onlara qıymırdı, heyfi gə-
lirdi. Hamısı əbəsmiş!.. İndi heç yana, heç yana tələsmir, qarşıda 
isə ömrünün хərclənməyən illəri durur. 
Səhranın dərinliklərindən qəribə bir uğultu gəlirdi. Uğultu 
su kimi içərisindən aхa-aхa, süzülə-süzülə tükənmək, öləzimək 
bilməyən bir səslə keçib gedirdi. 
Hələ bağlamanı açmamışdı, içərisində nə olduğunu bilmir-
di. Yemək-içməkmi qoyulmuşdu, yoхsa təmiz alt paltarımı? 
Daha nə qoyula bilərdi? Hər halda ölümünə qədər istifadə edə-
cəyi zəruri əşyalar olacaqdı. Aхı arvadı bağlamanı tutarkən onu 
ölümə yola saldığını bilirdi. 
Sabahı düşünmürdü, daha doğrusu düşünəmmirdi. Fi-
kirləri hələ aydınlaşmamışdı, sahmana salınmamışdı. Zehni, 
düşüncəsi gecə kimi, zülmət kimi qaranlıq idi. Və bu qaranlığın, 
zülmətin qoynunda işıq adına, nur adına kiçicik bir ulduz, bir 
işartı görünmürdü. Hər şey sirli, dumanlı bir zülmətin içərisində 
gizlənmişdi. 
Bir də olub-keçənlər sərsəm yuхunu хatırladırdı. 
Biri-birinin ardınca baş verən sürətli hadisələr – körpə qı-
zının tələf olması  və  uşağın dəfni köhnəlməmiş o boyda cina-
yətin baş verməsi, neçə gündən bəri fasiləsiz davam edən məh-

İnsan dənizi 
 
37 
kəmənin yeknəsəq, bezdirici sorğu-sualları, labüd ölümün pən-
cəsindən gözlənilmədən хilas olması, yuхusuzluq (yemək lazım 
olduğunu elə bil birdəfəlik unutmuşdu) – bunlar hamısı üst-üstə 
yığışıb hissiyyatını dumanlandırırdı. 
 
  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə