sistemində kompüterin istifadəsi
sadələşdirilmiş və multimediya imkanları təkmilləşdirilmişdir.
Bundan əlavə, Windows XP
sistemində digər effektiv
vasitələrdən və texnologiyalardan da istifadə etmək mümkündür.
Belə ki, işçi stolun məsafədən idarə edilməsi rejiminin köməyilə
istifadəsi öz kompüterindəki iş seansına uyğun olaraq digər
kompüterlərdəki Windows seansına qoşula bilər. «Axtarış üzrə
köməkçi» vasitəsilə zəruri məlumatları tez bir zamanda tapmaq,
«Windows fayllarının qorunması» və «Sistemin bərpası»
vasitələrinin köməyi ilə isə faylların təsadüfən pozulmasının
qarşısını almaq və təsadüfi problem yarandıqda sistemi əvvəlki
ilkin vəziyyətə qaytarmaq mümkündür. Düz (müstəvi) ekrana
76
malik monitorlu kompüterlə işləyərkən ekran şriftlərinin əks
olunması üçün ClearType texnologiyasından istifadə etmək olar.
Bununla yanaşı Dualview texnologiyası noutbuk kompüterlərində
ayrıca monitorun istifadə edilməsinə imkan verir.
4.6. Fayl sistemləri, fayl və kataloq (qovluq) anlayışları
Kompüterin yaddaş qurğusunda informasiyanın fayllar və
kataloqlar
şəklində saxlanmasını, faylların yaradılmasını,
adlandırılmasını, qeydiyyatını və s. müəyyən edən qaydalar
məcmusu əməliyyat sisteminin
fayl sistemi
adlanır.
Informasiyanın saxlanılması
və bir yerdən başqa yerə
daşınması üçün kompüterlərdə müxtəlif texnologiyalara əsaslanan
disk qurğuları nəzərdə tutulmuşdur. Əvvəlki paraqraflarda qeyd
olunduğu kimi, müasir kompüterlərdə maqnit disklərindən (bərk
disk, yumşaq disket və s.) və CD-disklərindən (lazer
texnologiyasından) istifadə olunur. Növündən asılı olmadan hər
bir disk qurğusu informasiyanı müəyyən müddət (uzun və ya qısa)
yadda saxlamaq üçün nəzərdə tutulmuşdur və informasiyanın
diskə yazılıb oxunması üçün yazı-oxu mexanizmlərinə malikdir.
Disk qurğuları fiziki element kimi kompüterə qoşulur, lakin
istifadə zamanı onlar əməliyyat sistemi tərəfindən məntiqi disk
kimi qəbul edilir. Belə ki, hər bir fiziki disk sistem tərəfindən bir
və ya bir neçə məntiqi disk kimi istifadə edilə bilər. Beləliklə,
məntiqi disk tam fiziki diskdən və ya onun bir hissəsindən ibarət
ola bilər. Adətən, əməliyyat sistemlərində məntiqi disk ingilis
hərfləri ilə işarə olunur. Bu hərfdən sonra qoşa nöqtə qoyulur,
məsələn, «A:», «B:», «C:».
Kompüterə bir neçə bərk disk, disk sürücüsü (yumşaq
disketlər üçün), CD-ROM qoşula bilər. Qeyd olunmalıdır ki,
əməliyyat sistemlərinin əmr və funksiyalarının köməyi ilə əməli
yaddaşın bir hissəsini də məntiqi disk (virtual disk) kimi elan
etmək olar. Bu disklər kompüter qoşulu olduqda özünü sərbəst
77
fiziki disk kimi aparır, söndürüldükdə isə əməli yaddaş kimi
onun üzərinə yazılmış informasiya tamamilə silinir. Bəzən
proqramlar tərəfindən aralıq informasiyanın daha sürətlə diskə
yazılması və diskdən oxunması tələb olunur. Bu zaman məntiqi
disklərdən istifadə olunması proqramın işini xeyli sürətləndirir.
Belə ki, əməli yaddaşlarda yazıb oxuma prosesi maqnit, lazer və
s. disklərdəki yazıb oxuma prosesindən dəfələrlə sürətlə yerinə
yetirilir.
Qeyd olunduğu kimi, informasiya yaddaş qurğularında
baytların
ixtiyari
ardıcillığı
şəklində
saxlanılır.
Bu
informasiyanın formatı (yazılış forması) və başlığı (adı)
məlumdursa, onda konkret məna kəsb edir. Konkret
informasiyanı əks etdirən baytlar ardıcıllığı kompüterin
yaddaşında qeydiyyatdan keçir. Qeydiyyatdan keçmiş belə
baytlar ardıcıllığına fayl deyilir.
Başqa sözlə, informasiya disklərdə fayllar şəklində
saxlanılır.
Fayl
– diskin informasiya yazılmış və müəyyən
olunmuş qaydada adlandırılımış hissəsidir. Faylın adına, ölçüsünə,
formatına əsasən onu kompüterin yaddaşından oxumaq, emal və
istifadə etmək mümkün olur. Faylın ölçüsü, yəni daxilində olan
informasiyanın həcmi baytlarla ölçülür.
Faylların adlarının formatı əməliyyat sisteminin fayl sistemi
ilə müəyyən olunur. Məsələn, MS-DOS əməliyyat sistemində
faylların adları cəmi 12 simvoldan ibarət ola bilər və ad iki yerə
bölünür: ad və əlavə hissə (genişlənmə). Ad hissənin uzunluğu 8
hərfdən, əlavə hissənin uzunluğu isə 3 hərfdən çox ola bilməz.
Ad və əlavə hissə bir-birindən «.» (nöqtə) ilə ayrılır.
Məsələn: «readme.txt», «system.ini», «command.com». Digər
əməliyyat sistemlərində (UNIX, MS Windows və s.)
məhdudiyyətlər bir qədər fərqli olur.
Faylın adının genişlənməsi adətən, onun məzmununun hansı
növə aid olduğunu göstərir, məsələn:
.txt
– mətn faylı;
78
.c
- C proqramlaşdırma dilində yazılmış proqramın ilkin
mətni;
.pas
Dostları ilə paylaş: |