konfidensial informasiya
- əldə olunması, istifadəsi,
işlənməsi, başqa şəxslərə verilməsi və ya ötürülməsi
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq
olaraq məhdudlaşdırılan sənədləşdirilmiş informasiya.
Aydındır ki, hər bir informasiyanın mənbəyi və istifadəçisi
vardır. Informasiya mənbədə və ya mənbə tərəfindən yaradılır,
mənbədə saxlanılır və ya istifadəçiyə, yəni bu informasiyaya
tələbatı olan subyektə ötürülür. Informasiyanın mənbədən
istifadəçiyə ötürülməsi prosesi rabitə və ya ünsiyyət vasitələri ilə
həyata keçirilir. Informasiyanın ənənəvi ötürmə üsul və vasitələri
ilə yanaşı, müasir üsul və vasitələrdən də geniş istifadə olunur.
Məsələn, informasiyanın ötürülməsinin ən səmərəli müasir
vasitələri kimi televiziyanı, radionu və Internet şəbəkəsini
göstərmək olar.
Müasir dövrdə informasiyanın saxlanması, emalı və
istifadəsi vasitələri kimi müasir informasiya texnologiyaları, o
cümlədən kompüter texnikası və digər elektron hesablama
qurğuları önəmli yer tutur. Bu məqsədlə informasiya sistemləri, o
cümlədən avtomatlaşdırılmış informasiya sistemləri yaradılır və
tətbiq olunur.
Informasiya sistemləri
– informasiya texnologiyalarının və
proseslərinin, eləcə də sənədlərin təşkilati və texniki qaydada, o
cümlədən kompüter texnikasından istifadə etməklə, nizamlanmış
məcmusudur.
Qeyd olunduğu kimi, informatika elmində başlıca məsələ
hesablama vasitələrinin köməyilə informasiyanın qəbulu, emalı,
12
saxlanması və ötürülməsidir. Bu baxımdan informasiya elmində
informasiya iki yerə bölünür:
analoq
və
rəqəmli
informasiya.
Bu cür bölgünün aparılması informasiyanın təbiətindən irəli
gəlir. Belə ki, təbiətdə və həyatda baş verən, insanın vizual
müşahidə (görmə) və qulaqasma orqanları tərəfindən qəbul edilən,
eləcə də klassik telefon, televiziya və radio vasitəsilə ötürülən
məlumatlar analoq informasiyadır.
Hesablama texnikasında, o cümlədən kompüterlərdə,
kompüter şəbəkələrində və müasir rabitə vasitələrində məlumatlar
rəqəm informasiyası şəklində saxlanılır, emal olunur və ötürülür.
Analoq informasiya ilə rəqəm informasiyası arasında əlaqəni
göstərmək üçün aşağıdakı nümunəyə baxaq. Musiqi alətlərində ifa
olunan və insanların qulaqları tərəfindən qəbul edilən musiqi
analoq informasiyadır. Lakin bu musiqi əsərləri notlara
köçürüldükdən (kodlaşdırıldıqdan) sonra, notlar şəklində yazılmış
musiqi rəqəmli informasiyası xarakteri alır. Beləliklə, analoq
informasiya rəqəmli informasiyaya çevrilmiş olur.
Analoji olaraq, mətn, şəkil, audio və video məlumatlar da
kompüterə daxil edilərkən kodlaşdırılır və siqnallara çevrilir.
Başqa sözlə, bu məlumatlar rəqəmli məlumatlara çevrilir.
Göründüyü kimi, analoq informasiya kəsilməz olur, yəni bu
informasiyada hadisənin bütün məqamları öz əksini tapır, lakin
rəqəmli informasiya baş vermiş hadisənin reallığını itirməmək
şərti ilə onu ayrı-ayrı kadrlar, yəni siqnallar şəklində saxlayır. Bu
baxımdan, rəqəmli informasiyaya diskret informasiya deyirlər.
Analoq informasiyanın rəqəmli informasiyaya çevrilməsi
prosesinə analoq-rəqəm çevrilməsi deyilir.
Insanın hissiyat orqanları yalnız analoq informasiyasını
qəbul və emal edə, saxlaya və ötürə bilir. Qeyd olunduğu kimi,
informasiyanın qəbulu, ötürülməsi və emalı funksiyalarını yerinə
yetirən bir çox texniki qurğular və vasitələr (məsələn: televizor,
radio, maqnitafon, telefon) analoq qurğularıdır.
Rəqəmli informasiya ilə işləyən qurğulara misal olaraq
kompüter texnikasını, lazer kompakt diskli musiqi mərkəzlərini,
13
rəqəm tipli rabitə vasitələrini misal göstərmək olar. Belə ki,
qurğular yalnız rəqəmli informasiyanın qəbulu, emalı, saxlanması
və ötürülməsi üçün nəzərdə tutulmuşdur.
Dostları ilə paylaş: |