Вәһһаби Мәзһәби


Həccin fəlsəfəsi haqda mütəfəkkirlərin nəzəriyyələri



Yüklə 1,5 Mb.
səhifə95/98
tarix02.01.2022
ölçüsü1,5 Mb.
#1053
1   ...   90   91   92   93   94   95   96   97   98

10. Həccin fəlsəfəsi haqda mütəfəkkirlərin nəzəriyyələri


İndi isə daha yaxşı olar, həccin fəlsəfəsi haqqında İslam mütəfəkkirlərinin nəzəriyyələrini söyləməklə bəhsi sona yetirək.

Biz burada üç müasir yazıçının nəzəriyyəsini qeyd etməklə kifayətlənirik. Yazıçılardan biri Ərəbistanda yerləşən “Kral Əbdül Əziz” universitetinin alimidir. İndi isə, onun bu haqda irəli sürdüyü nəzəriyyələr:

a) Fərid Vəcdi İslam ensiklopediyasının həcc maddəsində yazır:

Müsəlmanlara vacib olan həccin fəlsəfəsini bu kitabda yazmaqla qurtarmaz. Bizi düşündürən məsələ budur ki, əgər müsəlman ölkələrinin başçıları İslamda vəhdət və birlik yaratsalar və müsəlmanlar bundan faydalansalar, tamamilə nəticəni əldə etmək olar. Çünki on minlərlə insanın dünyanın müxtəlif yerlərindən bura toplaşması və qəlbləri özünə cəlb etdiyi bir yerdə deyilən sözlər, sözsüz ki, onlara təsir edəcək, hamı eyni əhval-ruhiyyə ilə öz vətənlərinə qayıdıb eşitdiklərini və öyrəndiklərini öz qardaşları arasında təbliğ edəcəkdir. Bu dəstəni bütün dünyadan toplanmış konfrans iştirakçılarına oxşatmaq olar. Konfrans qurtardıqdan sonra hamı öz ölkəsinə qayıdıb eşitdiklərini həmvətənlərinə çatdıracaq. Deyilən sözlər konfransda təsir etdiyi kimi, həmvətənlərə də elə təsir edəcək.2

b) “Əl-İbadətü fil-islam” kitabının müəllifi, misirli doktor Qərzavi yazır:

“Bu izdihamlı cəmiyyətin ən böyük nəticələrindən biri də budur ki, həcc İslam ümmətini keçmiş yuxudan oyatmaq üçün böyük bir vasitədir. Bu səbəbdən bəzi işğal olunmuş müsəlman ölkələrində din qardaşlarımızın Allah evinin ziyarətinə getməsinin qarşısı alınır. Çünki müsəlmanlar arasında hərakat başlansa, bu hərəkatın qarşısını ala bilməyəcəklərini daha yaxşı bilirlər.”

Doktor Qərzavi “Əd-Dinü vəl-həccü ələl məzahibil-ərbəəti” kitabında 51-ci səhifədə yazır:

“Həcc müsəlmanların və müxtəlif ölkələrdən və millətlərdən olan insanların bir-birini tanıması üçün ən böyük vasitədir. Çünki hamısı şəhid bayrağının altında yaşayır. Bu mərasimdə onların qəlbləri və sözləri bir olur. Elə bu zaman öz vəziyyətlərini və əyriliklərini islah edib düzəltmək üçün hərəkət edirlər.

“Kral Əbdül Əziz” universitetinin alimi doktor Məhəmməd Mübarək yazır:

Həcc müsəlmanların eyni səviyyədə Allaha ibadət etmək üçün toplandıqları ümumdunya konfransıdır. Lakin bu ibadət onları həyat tərzindən ayırmır, əksinə onları həyat yaşayışı ilə sığ bağlayır. Quran bu haqda buyurur:

Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahı zikr etsinlər...” (Həcc surəsi, 28)

Bu mənfəətdən əsas məqsəd müsəlmanların xeyrinə aid olan geniş bir mənanı əhatə edir.



Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin