Вәһһаби Мәзһәби


On altıncı fəsil Allahı övliyaların haqqına və məqamına and vermək



Yüklə 1,5 Mb.
səhifə75/98
tarix02.01.2022
ölçüsü1,5 Mb.
#1053
1   ...   71   72   73   74   75   76   77   78   ...   98

On altıncı fəsil

Allahı övliyaların haqqına və məqamına and vermək


Vəhhabi məsləkinin digər islami məzhəblərlə olan ixtilaflarından biri də budur ki, vəhhabilər iki cür and içməyi haram bilib, bunu ibadətdə şirk hesab edirlər. Bu andiçmə aşağıdakılardan ibarətdir:

1− Allahı övliyaların haqqına və məqamına and vermək.

2− Allahdan başqasına and içmək.

Allahı övliyaların haqqına and vermək


Quran övliyaları belə fəsf edir:

“Onlar (müsibətlərə) səbr edən, (sözlərində və işlərində) doğru olan, (Allaha) itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı (Allahdan) bağışlanmaq diləyənlərdir (sübh namazına qalxanlardır)”

Əgər bir nəfər gecə yarısı, gecə namazından sonra Allahın dərgahına üz tutub:

− İlahi, səni and verirəm sübh vaxtı bağışlanmaq diləyənlərin haqqına, mənim də günahlarımı bağışla −deyirsə, bu əməli “ibadətdə şirk” adlandırmaq olarmı? “İbadətdə şirk” yalnız və yalnız Allahdan başqasına ibadət etmək, Allahdan başqasını Allah bilmək və yaxud onu İlahi işlərin başlanğıcı hesab etməkdir. Halbuki bu duada biz Allahdan başqasına üz tutmamış və Ondan başqa bir kəsdən heç bir istək diləməmişik. Bu əməl haram sayılırsa, bunun başqa bir səbəbi olmalıdır. Biz burada vəhhabi yazıçılarına bir məsələni xatırladırıq:

Quran müşriki təkallahlığa inanan (müvəhhid) adamdan ayırmaq üçün müşrik haqda müxtəlif mənalı kəlmələrlə söhbət açır. Bu üsulla müşrik sözünün mənası haqda müfəssirlərin müxtəlif tərzdə şəxsi rəy vermələrinin qarşısını almışdır: “Allah tək olaraq anıldığı (la ilahə illəllah deyildiyi) zaman axirətə inanmayanların qəlbi nifrətlə dolar. Onda (Allahdan) başqaları (bütlər, tanrılar) yad edildiyi zaman isə onları dərhal sevinc bürüyər.”

Başqa bir ayədə təkəbbür edən müşrikləri belə tərif edir:

“Onlara: “Allahdan başqa heç bir tanrı yoxdur!”−deyildiyi zaman təkəbbür göstərirdilər.

Və: “Biz heç divanə şairdən ötrü tanrılarımızı tərk edərikmi?!” − deyirdilər.”1

Bu iki ayənin mənası:

Tək olan Allahı yad edərkən qəlbləri nifrətlə, bütləri, yalançı tanrıları isə xatırlayanda qəlbləri sevinclə dolan və yaxud tək Allah xatırlanan zaman təkəbbür edən adamlar “müşrik” adlanır.

Bu ölçü ilə gecə yarısı Allahdan başqasını çağırmayan, şirin yuxunu özünə haram edib Allahı yad etməklə ləzzət aparan, Onunla gizli söhbət edib dua edərək Allahı Özünün əziz bəndələrinə and verən şəxs necə müşrik sayıla bilər? O, Allahı yad etməkdən boyunmu qaçırır və yaxud Allah yad edilərkən təkəbbürmü edir?!

Nə üçün vəhhabi yazıçıları qondarma qanunlarla təkallahlığa inanlanları (müvəhhidləri) müşrik hesab edib özlərini Allah dərgahının əziz bəndələri bilirlər?

Buna əsasən, doxsan doqquz faiz qiblə əhlini “müşrik”, yalnız “Nəcd” əhlini müvəhhid adlandırmaq olmaz.

“İbadətdə şirk” kəlməsini təfsir etməyi bizə tapşırmayıblar ki, istədiyimiz kimi də təfsir edək və kimi də istədik “müşrik” adlandıraq.



Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin