VƏhhabi suallarina cavablarimiz müƏLLİF: ƏLİ ƏTAİ İSFƏhani



Yüklə 1.24 Mb.
səhifə10/16
tarix11.06.2017
ölçüsü1.24 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
    Навигация по данной странице:
  • Mübahİsə

Qısa bİr mübahİsə


Onlardan biri Məscidün-nəbidə mübahisə əsnasında dedi: “Siz hansı əsasla Əhli-beyti mə’sum hesab edirsiniz?” Dedim: “Sən həzrət Zəhranın (Fatimənin) bir günahını, Həzrət Əlinin (ə) bir xilaf işini deyə bilərsənmi? Bəlkə imam Hüseynin bir xətasının adını çəkəsən? Amma Əbu-Bəkrin və Ömərin bir ömür bütpərəst olduğunu, Aişənin və Müaviyənin böyük günahlarını inkar edə bilməzsən.” “Təthir” ayəsində və “Səqəleyn” hədisini oxuyub, “bunlardan böyük dəlilmi istəyirsən” soruşdum. Bir kəlmə də danışmayıb, uzaqlaşdı.

Sual 38: Nə üçün şiələr “Məfatihul-cinan” və sair dua kitablarını qəbul edib oxuyur, sünnilər isə günah imiş kimi bu işə e’tiraz edirlər?

Cavab: Sünnə əhli, xüsusi ilə də vəhhabilər dua və ziyarətə bir o qədər də əhəmiyyət vermirlər. Mə’sumlardan nəql olunmuş dualardan uzaq gəzən bu adamlar dua və minacatın, ziyarətin ləzzətindən məhrumdurlar. Əgər onlar tövhid və günahların tövbəsindən danışan “Kumeyl”, “Xəms əşərə”, “Əbu-həmzə” kimi duaları oxusaydılar, sözsüz ki, münasibətləri dəyişərdi. Amma onlar bu işdə ilahi yardımdan məhrumdurlar. “Allah onların qəlblərini, qulaqlarını və gözlərini möhürləmişdir.”1Vəhhabilər daha çox “Məfatihul-cinandakı, “Aşura ziyarəti”ndən narahat olurlar. Bu narahatlıq birinci, ikinci və üçüncü lə’nətlərdən, eləcə də Əbu-Sufyan və Müaviyənin lə’nətlənməsindən yaranır.

Mübahİsə


Məscidün-nəbidə olarkən əlimdə “Məfateh” vardı. Bu kitabı tanıyan vəhhabi mə’muru onu əlimdən alıb, “Aşura ziyarətini” açdı və dedi: “Birinci, ikinci və üçüncü” deyə lə’nətlədiyiniz şəxslər kimdir?” Dedim: “Onları tanımağımız zəruridirmi?” Dedi: “İnsan tanımadığı adamları necə lə’nətləyə bilər?” Dedim: ”Müsəlmanlar beş vaxt namazda “qəzəbə düçar olmuşlar, yolunu azmışlar” ifadələrini işlədirlər. Məgər biz həmin adamları tanıyırıq?” Dedi: “Xeyr, onların əksərini tanımırıq. Amma namazda bu sözləri demək əmr olunub.” Dedim: “Bu da əmr olunmuş bir ziyarətdir və mə’nasını bilməsək də oxumalıyıq.” Dedi: “Bu ziyarətdə Müaviyəni lə’nətləyirsiniz. Bilmirsinizmi, Peyğəmbər (s) səhabələrini lə’nətləmək günah və haramdır?” Dedim: “Əvvəla, Peyğəmbərin (s) səhabələri və xəlifəsi ilə vuruşmaq lə’nətdən də böyük günahdır. Hamı bilir ki, Müaviyə Peyğəmbərin (s) xəlifəsi Həzrət Əli (ə) ilə vuruşmuşdur. Oğlu Yezid Hüseyni (ə) şəhid etdiyi tək, Müaviyə də bacarsaydı Həzrət Əli (ə) qətlə yetirərdi. Şiələr lə’nət oxumağı Müaviyədən öyrənməyiblərmi? Mö’təbər saydığınız "Səhih Müslim"də nəql olunur ki, Müaviyə Sə’y adlı bir nəfərdən Həzrət Əliyə (ə) lə’nət oxumasını istədi. Sə’y dedi ki, mən heç vaxt Əliyə lə’nət demərəm, çünki Peyğəmbər (s) Əli haqqında dediyi üç sözü mənim haqqımda desəydi, bu qırmızı dəvədən də üstün olardı:

1.Həzrət Peyğəmbər (s) müharibəyə gedərkən Əlini öz yerində canişin qoydu. “Məni qadın və uşaqlarlamı qoyursan?”–deyə Əli (ə) soruşdu. Peyğəmbər (s) buyurdu: “Harun Musaya necə idisə, mənim üçün elə olmaq istəmirsənmi?”

2.Həzrət Peyğəmbər (s) Xeybər döyüşündə buyurdu: “Sabah cihad bayrağını bir şəxsə verəcəyəm ki, Allah və rəsulunu sevir, Allah və rəsulu da onu sevir.” Səhəri gün həzrət Peyğəmbər (s) Əlini yanına çağırdı. Əlinin gözləri ağrıyırdı. Peyğəmbər (s) mübarək ağzının suyundan Əlinin gözlərinə çəkdi və bayrağı ona verdi. Allah-taala Əliyə qələbə nəsib etdi.

3.Mübahilə (“De ki, biz də övladlarımızı, siz də övladlarınızı çağıraq.”)1 ayəsi nazil olarkən Peyğəmbər (s) Əlini, Fatiməni, Həsəni və Hüseyni çağırıb, “xudaya, bunlar mənim əhlimdir”, buyurdu.2

Bu rəvayəti nəql etdikdən sonra vəhhabi mə’mura dedim: “Sizin kitablarda bu məzmunda rəvayətlər çoxdur. Həmin rəvayətlərdə Həzrət Əlinin (ə) məqamı və cihadı təsdiq olunur. Həmin rəvayətlərdə mə’lum olur ki, Müaviyə və Ali-Mərvan Peyğəmbərin (s) xəlifəsini və səhabələrini ardıcıl şəkildə lə’nətləmişlər. Əgər şiələr Müaviyə və Ali-Mərvanı lə’nətləyirsə, bunun kökünü onların özündə axtarmaq lazımdır.” Söhbətin bu yerində müsahibim əlindəki “Məfateh”i bağlayıb, dedi: “Əbu-Bəkr fəzilətlidir, yoxsa Əli? Dedim: “Bu məsələni Allah-taala Qur’anda bəyan edib: Allah malları və canları ilə vuruşanları evlərində oturanlardan üstün tutmuşdur.”1 Başqa bir ayə: “Allah sizlərdən iman gətirənləri və alimləri yüksək yüksək dərəcəli etmişdir.”2 Həzrət Əlinin (ə) mücahidliyi və elmi məqamı hamıya mə’lumdur. Həmin iki ayəyə əsasən Əlini (ə) başqalarından üstün tuta bilərik.” Müsahibim Bilal və başqalarının adından nəsə demək istəyirdi ki, sözünü kəsdim və dedim: “Mən Allah və onun rəsulunun buyuruqlarını danışıram, sən isə Bilal və başqalarından. Zəruri dəlillər gətirildi, sənin üçün höccət tamam oldu. Allah qarşısında heç bir üzrün olmayacaq!”

Sual 39: Nə üçün Peyğəmbər (s) Əhli-beytini qəbul edənlər “şiə”, başqaları isə “sünni” adlandırılır?

Cavab: “Şiə” sözü ərəbcədən tərcümədə “ardıcıl” deməkdir. Şiələr inanırlar ki, həzrət Peyğəmbər (s) öz imam və canişinini tə’yin etmişdir. Peyğəmbər (s) be’sətin, yə’ni peyğəmbərliyə çatmasının üçüncü ilinədək insanları İslam dininə gizli şəkildə də’vət etmişdir. “Ən yaxın qohumlarını qorxut”3 ayəsi nazil olduqdan sonra o Həzrət (s) qırx nəfərədək yaxın adamlarını də’vət edib buyurmuşdur: “Allah taala mənə əmr etmişdir ki, sizi İslama də’vət edim. Sizlərdən kim bu işdə mənə yardımçı olar ki, mənim qardaşım və canişinim olsun?” Oradakılar hamısı boyun qaçırdısa da, hamıdan kiçik olan Əli ayağa qalxıb ərz etdi ki, mən bu yolda sənə köməkçiyəm. Həzrət Peyğəmbər (s) əlini onun boynuna salıb buyurdu: “Bu, mənim qardaşım və sizin aranızda canişinimdir. Onun sözünü eşidin, əmrinə itaət edin.” Bu hədisi əksər sünni alimləri, o cümlədən, İbn Cərir, İbn Əbuhatəm, İbn Mərdəveyh, Əbu-Nəim, Sə’ləbi nəql etmişlər. “Ən yaxın qohumlarını qorxut” ayəsinin təfsirində “Məcməül-bəyan”, “Əl-mizan”, “Burhan”, “Nurus-səqəleyn” kitablarında eyni məzmunlu hədis nəql olunmuşdur. Həzrət Peyğəmbər (s) münasib fürsətlərdə müxtəlif bəyanlarla Həzrət Əli (ə) və onun on bir övladının imamlığını xəbər vermişdir.

Hicrətin onuncu ili həcc mərasiminin sonunda Qədir-Xum adlanan yerdə yüz iyirmi min nəfərin qarşısında həzrət Peyğəmbər (s) Allaha həmd-sənadan sonra buyurmuşdur: “Mən tezliklə sizi tərk edəcəyəm. Sizə iki əmanət qoyuram: Allahın kitabı və ailəm.” Bu vaxt camaat gördü ki, Həzrət Peyğəmbər (s) Əlinin əlindən tutub qaldırdı və uca səslə buyurdu: “Müsəlmanlara münasibətdə onlardan daha layiqlisi kimdir?” Cavab verildi ki, Allah və Onun rəsulu. Həzrət (s) buyurdu: “Hər kəsin mövla və rəhbəri mənəmsə, Əli də onun mövlası və rəhbəridir. Pərvərdigara, onun dostlarını dost, düşmənlərini düşmən tut.” Xütbə başa çatdıqdan sonra bu ayə nazil oldu:” Bu gün dininizi kamil etdim, sizə olan ne’mətimi tamamladım və sizin üçün İslamı din olaraq bəyəndim.”1 Bu hədis bir çox sünni alimləri tərəfindən nəql olunmuşdur. “Mənzilət” və sair hədislərdə də imamların (ə) xalqa rəhbərliyi bəyan olunur. «Səqəleyn» və başqa bu kimi hədislərdə xalqa Qur’an və Əhli-beytə (ə) üz tutmaq tapşırılır. Bütün deyilənləri əsas götürərək, şiələr Həzrət Əli (ə) və onun on bir övladının imamlığını və rəhbərliyini qəbul etmişlər. İmamlara “ardıcıl” olduqları üçün onlar “şiə” adlandırılmışlar.

Şiələr öz e’tiqad, əxlaq və əməl məsələlərini Qur’ani-kərim, Əhli-beyt yolu ilə nəql olunmuş Peyğəmbər (s) sünnəsindən götürmüşlər. Şiələr həmin böyük şəxsiyyətlərə müraciət edir, onlara tabe olurlar. “Səqəleyn” hədisinə əsasən, dini hökmləri yalnız Əhli-beyt (ə) yetərincə bilir. Şiələr Əli (ə) və onun on bir mə’sum övladının ardıcıllarıdırlar.

Həzrət Peyğəmbər (s) hələ öz sağlığında Əli (ə) ardıcıllarını “şiə” adlandırmışdır. O, Əliyə (ə) işarə ilə buyurur: “And olsun canım əlində olana, həqiqətən, bu və bunun şiələri qiyamət günü feyzə çatanlardır.”1

Amma sünnə əhli Peyğəmbər (s) Əhli-beytinə itaət etmir, düşünürlər ki, yalnız Peyğəmbər (s) sünnəsinə əməl etmək lazımdır. Ona görə də bu təbəqə “sünni” adlandırılmışdır.

Bəli, beləcə, sünnilər mö’təbər mənbələrindəki tapşırıqlara baxmayaraq, Peyğəmbərin (s) öz Əhli-beyti haqqındakı göstərişlərinə e’tinasızlıq göstərərək, yalnız sünnəni əsas götürürlər. Hansı ki, “Səqəleyn” hədisi kimi bir tapşırıq sünnənin əsas göstərişlərindəndir. Mərhum Ayətullah Üzma Bürucerdi buuyrmuşdur: “Səqəleyn” hədisini otuz dörd Peyğəmbər (s) səhabəsi nəql etmişdir. On iki imamçı şiə alim və mühəddislərindən savayı, yüz səksəndən çox sünni alimi və mühəddisi bu hədisi öz kitablarında qeyd etmişdir.”2

Sünnə əhlinin özünün də mö’təbər hesab etmədiyi bə’zi kitablarda “Əhli-beyt“ kəlməsi “sünnə” kəlməsi ilə əvəz olunmuşdur.”3 Bu dəyişikliklər əməvi hakimlərinin tə’siri altında baş vermişdir. Amma onlar da mübahisə zamanı heç cür inkar edə bilmirlər ki, mö’təbər mənbələrdə məhz “Əhli-beyt“ kəlməsi işlədilmişdir.


Каталог: dosya -> uygulama
uygulama -> Sərbəst toplaşmaq azadlığı haqqında
uygulama -> MƏSƏLLƏr müƏLLİF: MÖHSİn qəRAƏTİ
uygulama -> İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri
uygulama -> Quranın təhrİfİnə daİr İttİhamlara cavab
uygulama -> Mİratur-rəŞAD” (Hidayət güzgüsü) Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani
uygulama -> İslamda Qəhrəman Qadınlar Kitabın müəllifi: Məhəmməd Məhəmmədi İştiharidi
uygulama -> İmam hüseyn (Ə) barəSİNDƏ HƏDİSLƏr təRTİb edəN: S. Bağirzadə
uygulama -> Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da
uygulama -> MÜƏLLİF: ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM
uygulama -> I. Jurnalistlər və bloqçular


Поделитесь с Вашими друзьями:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə