VƏhhabi suallarina cavablarimiz müƏLLİF: ƏLİ ƏTAİ İSFƏhani



Yüklə 1.24 Mb.
səhifə11/16
tarix11.06.2017
ölçüsü1.24 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16
    Навигация по данной странице:
  • Mübahİsə

Bİr mübahİsə


Bir vəhhabi mənə e’tiraz edərək dedi: “Peyğəmbərin (s) vəfatından sonra müsəlmanlar toplaşıb, yekdil olaraq Əbu Bəkri xəlifə seçdilər. Siz şiələr isə müsəlmanlarla razılaşmır, Əbu-Bəkrin xəlifəliyini qəbul etmirsiniz.” Dedim: “Öməri xəlifəliyə kim tə’yin etdi?” Dedi: ”Öməri xəlifəliyə Əbu-Bəkr tə’yin etdi və ixtilafın qarşısını aldı.” Dedim: “Maraqlıdır, demək, Əbu-Bəkr həzrət Peyğəmbərdən (s) daha düşüncəli imiş? Siz iddia edirsiniz ki, Peyğəmbər (s) özünə xəlifə tə’yin etmədi. Belə çıxır ki, Əbu-Bəkr daha ağıllı oldu və özünə canişin seçdi! “Tarixul-qəvim”də nəql olunur ki, Peyğəmbərin (s) cənazəsi üç gün yerdə qaldı və müsəlmanlar xəlifə tə’yinatı ilə məşğul oldular. Xəlifə tə’yin olunmasının çox mühüm bir iş olmasına e’tiraz etmirəm. Mən sizin məntiqinizə təəccüb edirəm. Necə olur ki, Əbu-Bəkr və Ömər kimi adamlar bu məsələni mühüm hesab edir, amma Allah və Onun Rəsulu (s) xalqı başlı-başına buraxıb, ixtilafa şərait yaradır?! Sizin bu iddianız Əbu Bəkri Peyğəmbərdən (s) ağıllı hesab etmək deyilmi?” Vəhhabi dedi: “Mən sizin dediklərinizdən xəbərsizəm. Amma onu bilirəm ki, şiələr Peyğəmbərin (s) xəlifəsini qəbul etmirlər.” Dedim: “Peyğəmbərdən (s) sonra kimin hakim olması məsələni həll etmir. Birinci qəbir gecəsi müsəlmandan soruşdular ki, Peyğəmbərdən (s) sonra sənin hakimin kim oldu? Bəlkə bu barədə danışaq? Aydınlaşdıraq ki, həzrət Peyğəmbərdən (s) sonra müsəlmanlar kimə itaət etməli idilər? İnsanlar öz dini hökmlərini kimdən öyrənməli idilər? Bu gün dini vəzifəmizi kimdən öyrənməliyik? İnsanlar Peyğəmbərdən (s) sonra onun Əhli-beytinə, yoxsa biganələrə üz tutmalı idi? Dedi: “Peyğəmbərin (s) səhabələrindən seçilməli idi. Əbu-Bəkr və Ömər də əshabdan idi.”

Dedim: “Axı sizin mö’təbər mənbələrdə bildirilir ki, Peyğəmbər (s) özündən sonra müsəlmanların Qur’an və Əhli-beytə üz tutmasını tapşırdı. Demədi ki, “Əli elmin qapısı” ola-ola Əbu-Bəkr və Ömərə müraciət edilsin. Əbu-Bəkr və Ömər çətin şər’i məsələlərlə qarşılaşdıqda Əlinin (ə) qapısını döymürdülərmi?”

Müsahibim dinləyicilərin artdığını görüb dedi: “Biz hamımız müsəlman qardaşlarıq, belə məsələlərə görə çəkişməməliyik.” Beləcə, xudahafizləşib uzaqlaşdı.

Sual 40: Nə üçün şiələr Əhli-beytin düçar olduğu müsibətlərə, həzrət Zəhranın yaşantılarına ağladığı halda sünnə əhli bu hadisələrə biganə yanaşır?

Cavab: Əvvəlki söhbətlərimizdən mə’lum oldu ki, şiələr Əhli-beyt ardıcıllarıdır. Belə ki, onların Əhli-beyt ağrılarına şərik olub ağlamaları təbii sayılmalıdır.

Amma sünnə əhlinin biganəliyi, vəhhabilərin hətta öz yaxın adamlarına ağlamaqdan çəkinməsi onların əsas götürdüyü bə’zi rəvayətlərlə bağlıdır. “Səhih Buxari”də nəql olunur ki, Ömər ibn Xəttab əsa ilə vurmaqla, daşlamaqla ölüyə ağlayanlara mane olurmuş.1 Başqa bir rəvayətdə deyilir: “Ömər meyitə ağlamağın qarşısını alaraq, Peyğəmbərdən (s) belə bir dəlil gətirdi: “Qəbirdəki meyit dirilərin növhəsi hesabına əzab çəkir.”2

Vəhhabilər bu iki-üç rəvayəti əsas götürərək, ağlamağı haram hesab edir və ölənlərin arasında fərq qoymurlar. Fitri hisslərin bu şəkildə qarşısının alınması təəccüb doğurur. Bə’zən Bəqi qəbiristanlığında övladını itirmiş vəhhabinin göz yaşlarını necə əzabla saxlamasına şahid olmuşam. Amma belə bir inam bir neçə səbəbə görə məzəmmət olunmalıdır:

1.Göz yaşları mərhəmət, sevgi, mehribanlıq nişanəsidir. İnsanın ağlaya bilməməsi onun daşürəkliliyinə dəlalət edir. Həzrət Peyğəmbər (s) buyurur: “Dörd şey bədbəxtlik əlamətidir: gözün quruluğu, daşürəklilik, dünyaya hərislik, günahda israr.”1 Ey Əbuzər ağlaya bilən ağlamalı, ağlaya bilməyən qəmlənməlidir. Həqiqətən, daş qəlb Allahdan uzaqdır, amma siz anlamırsınız.”2

Yaşlı gözü tə’rif, quru gözü məzəmmət edən rəvayətlər çoxdur. “Səfinətül-bihar” kitabına müraciət edə bilərsiniz.

2.Ağlamağın fəziləti haqqında, Əhli-beytin ağrılarına şərik olmağın savabı barədə rəvayətlər çoxdur. İmam Hüseynə (ə) ağlamaq isə ən fəzilətli hüznlərdəndir.

3.Həzrət Yə’qubun oğlu Yusifdən ayrılığa görə kor olanadək ağlaması Qur’anda xəbər verilir.3 Vəhhabilərin mö’təbər kitablarından olan ibn Kəsirin təfsirində Yə’qubun ağlamaqdan kor olduğu bildirilir.

4.“Səhih Buxari” və "Səhih Müslim"də həzrət Peyğəmbərin (s) ağladığı vaxtlar sadalanır:

–Oğlu İbrahim vəfat edəndə;4

–Sə’d ibn Übadəni yoxlayan vaxt;5

–Anasının qəbrini ziyarət edərkən.6

5."Səhih Müslim"də nəql olunur: “Ömər öldükdən sonra Ayişə dedi: And olsun Allaha, Ömər səhv edib dedi ki, Peyğəmbər (s) “Allah ölüyə göz yaşına görə əzab verər” demişdir. Əslində Peyğəmbər (s) belə buyurmuşdur: “Allah ailəsinə göz yaşlarına görə kafirə əzab verər.”7

Elə həmin mənbədə İbn Abbas Ömərin sözlərini rədd edir. Aişə və İbn Abbas tərəfindən bir çox rəvayətlərdə bildirilir ki, Ömər Peyğəmbərin (s) sözlərini anlamamışdır.8

6.“Səhih Buxari”də nəql olunur: “Cə’fər Təyyar və Zeydin ölüm xəbəri çatmamış Peyğəmbər (s) bu işdən xəbərdar olub ağladı”.; “Aişə deyir: “Rəsulullah (s) ölüm yatağında olarkən Fatiməni çağırdı, onunla astadan söhbət etdi. Fatimə ağladı. Sonra Fatiməyə nə dedisə, Fatimə gülümsündü.”

“Həzrət Peyğəmbər (s) oğlu İbrahim vəfat edərkən ağladı. Ətrafdakıların təəccüb etdiyini görüb buyurdu: “Bu mərhəmət ağlayışıdır...”1

“Səhih Buxari”də nəql olunur: Həzrət Peyğəmbərin (s) ölüm xəbəri çatdıqda Əbu-Bəkr onun hücrəsinə daxil olub, özünü cənazənin üstünə atdı və həzrəti öpüb ağladı.2

“İbn Abbas deyirdi: “O qədər ağladı ki, gözünün yaşından yer islandı.”3

Digər bir sünni kitabında nəql olunur: “Ölüyə ağlamaq, qəmlənmək caizdir. Bir şərtlə ki, Allahın qəzəbinə səbəb olacaq sözlər danışılmasın, ölü haqqında yersiz və yalan tə’riflər deyilməsin.”4

7.Onlara məxsus tarix kitablarında bildirilir ki, Mədinə əhli həzrət Peyğəmbərin (s) ölümünə şiddətlə ağladı: “ Peyğəmbər (s) dünyasını dəyişəndə xalq heyrətə gəldi və çox ağladı. Fatimə (s) ağladı... Ömər ağladı... Aişə deyir: “Peyğəmbərin (s) ruhu çıxanda onun başı dizlərim üstəydi. Sonra onun başını yastığa qoydum. Qadınlarla birgə sinəmə və üzümə döydüm.”5 Elə həmin mənbədə Əbu Bəkr və Ömərin ağladığı bildirilir.

Rəvayətlərdən birində nəql olunur!

Həzrət Peyğəmbərin (s) azançısı Bilal Peyğəmbərin (s) vəfatından sonra azan vermədi. Əbu Bəkr nə qədər tə’kid etdisə də, Bilal qəbul etməyib, Şama yola düşdü. Bir gecə yuxuda həzrət Peyğəmbər (s) ona buyurdu: “Ey Bilal, bizə cəfa qıldın və bizim dairədən çıxdın. Bizim ziyarətimizə gəl.” Bilal yuxudan oyanıb, Mədinəyə üz tutdu. Həmin vaxt həzrət Fatimə (s) dünyasını dəyişmişdi. Bu xəbəri eşidən Bilal nalə çəkib dedi: “Peyğəmbər (s) təninin parası nə tez ona qovuşdu.” Sonra Bilaldan azan verməsini istədilər. Bilal e’tiraz etsə də, ondan əl çəkmədilər. Nəhayət, Bilal azan verdi. O, “əllahu əkbər” deyəndə bütün xalq fəryad çəkib ağladı. Bilalın “əşhədu əlla ilahə illəllah” səsi ucalanda xalq hönkürtü vurdu. Bilal “əşhədu ənnə muhəmmədən rəsulullah”deyəndə Mədinədə ağlamayan qalmamışdı... Bilal azanını qurtaranadək camaat Peyğəmbər (s) vəfat etdiyi gün ağladığı kimi ağladı. Sonra Bilal dedi: “ Sizə bir müydə verim: “Peyğəmbərə (s) ağlayan gözü atəş yandırmaz...” Bilal yenidən Şama getdi. İldə bir dəfə Mədinəyə gəlib azan verərdi.1

Qur’an ayələrində və sünnilərin öz mö’təbər kitablarından nəql edilən rəvayətlərdən mə’lum oldu ki, yaxın adamın itkisinə qəmlənib ağlamaq nəinki pis deyil, bə’zən Bilalın dediyi kimi müstəhəbdir. Aydın olur ki, Ömər və oğlu Abdullahın qadağalarının heç bir şər’i əsası olmayıb. Xüsusi ilə şiələrin Bəqidə ağlamasına qarşı vəhhabilərin e’tirazı Qur’an və Peyğəmbər (s) sünnəsindən xəbərsizlik əlamətidir.


Mübahİsə


Bəqi qəbiristanlığında bir vəhhabinin ağlayan şiələrə məsxərə etdiyini gördüm. Məni görüb səsini bir az da qaldırdı. Yanında dayanıb bu ayəni oxudum: Ey iman gətirənlər! Bir qövm digərinə məsxərə etməməlidir. Olsun ki, məsxərə edilənlər məsxərə edənlərdən daha üstündür.”2 Üzünü mənə tutub dedi: “Bu göz yaşları, ah-nalə İslamdan deyil. Əsil dini burada öyrənməlisiniz.” Dedim: “Şiələr Qur’an, Peyğəmbər (s) və onun Əhli-beytindən öyrəndikləri dinə əməl edirlər. Əslində biz iranlılar həqiqi dini Mədinədən öyrənirik, siz vəhhabilər isə bütpərəstliyi İran atəşpərəstliyindən. Bilirsənmi ki, sizin ən mö’təbər iki kitabınızın müəllifləri əslən iranlıdır? Məhəmməd ibn İsmail Buxari Özbəkistanda, Müslüm ibn Həccac isə Nişapurda anadan olmuş farslardır. Bəli, siz əqidənizi iranlılardan, biz isə “Səqəleyn” hədisindən götürmüşük.

Dedi: “Buxari və Müslüm də Peyğəmbərin (s) sünnəsini yazmışlar. Biz Qur’an və sünnəyə əməl edirik.” Dedim: “Sizin qəbul etdiyiniz bu kitablarda nəql olunur ki, Peyğəmbər (s) buyurmuşdur: “Allahın kitabı və Əhli-beyti sizin üçün əmanət qoyuram.” Həzrət (s) bir yerdə də olsun belə buyurmayıb ki, Qur’an və sünnəni əmanət qoyuram. Əgər şübhə edirsənsə, həmin mənbələri araşdıra bilərik. Elə həmin mənbələrdə bildirilir ki, Peyğəmbər (s) öz anasının qəbiri üstündə ağladı, Peyğəmbər (s) vəfat edəndə Mədinə əhli, hətta Əbu Bəkr və Ömər göz yaşı axıtdı. Əgər şiə rəvayətlərinə inanmırsınızsa, heç olmaya, öz mənbələrinizdəki rəvayətlərə inanın. Heç olmaya, Qur’ana tabe olub, məsxərə etməyin.” Dedi: “Siz burada kimin üçün ağlayırsınız?” Dedim: “Peyğəmbərin (s) qızı Fatimənin, Bəqidə dəfn olunmuş dörd imamın və bu gün onların təhqirlərlə qarşılaşan ziyarətçilərinin məzlumiyyətinə ağlayırıq. “Səhih Buxari”də Ayişədən belə nəql olunur: Fatimə (s. ə.) atası Peyğəmbərin (s) vəfatından sonra Əbu Bəkrdən (özünə düşən) irs istədi. Əbu Bəkr onun istəyini rədd etdi və Fatiməni qəzəbləndirdi; Fatimə (s) atasından sonra 6 ay yaşadı. Dünyadan köçdüyü günədək Əbu Bəkrlə danışmadı...

Məgər Fatimənin istəyini rədd etmək, onu qəzəbləndirmək, onu hər şeydən məhrum etmək zülm deyilmi?!”

Dedi: “Siz şiələr Əbu Bəkrə qarşı ədavət göstərir, onu Əlidən aşağı tutursunuz. Hansı ki, Əbu Bəkr və Ömər Əlidən daha fəzilətlidir.” Dedim: Peyğəmbər (s) təninin parası olan Fatiməni incidənləri, Fatimənin küsdüyü şəxsi dostmu sayırsınız? Şiələr nəinki Əlini, bütün Peyğəmbər (s) ailəsini hamıdan fəzilətli sayırlar. Əslində siz də belə düşünürsünüz. Əgər belə olmasaydı, namazın təşəhhüdündə Peyğəmbər (s) ailəsinə yox, Əbu Bəkr və Ömərə salam göndərərdiniz. Məgər cümə namazlarında əvvəlcə Əhli-beytə, sonra isə səhabələrə salam göndərmirsinizmi? Əli (ə) Əhli-beytdən, Əbu Bəkr və Ömər isə səhabələrdəndir. Demək, siz də Əlini (ə) onlardan fəzilətli bilirsiniz. Əslində Qur’anı qəbul edən hər bir şəxs Əlinin (ə) fəzilətini təsdiq etməlidir. Çünki mö’təbər kitabınız olan "Səhih Müslim"də belə bir rəvayət var: De ki, biz övladlarımızı, siz övladlarınızı... çağıraq1 ayəsi nazil olanda həzrət Peyğəmbər (s) Əlini, Fatiməni, Həsən və Hüseyni çağırıb dedi: “Pərvərdigara bunlar mənim Əhli-beytimdir.”2 Bu mübarək ayədə Allah-taala Əlini (ə) Peyğəmbərdən (s) sayır. Peyğəmbər (s) hamıdan fəzilətlidirsə, ondan olan da hamıdan fəzilətlidir. Qəbul etməlisiniz ki, Peyğəmbərdən (s) sonra Əli (ə) hamıdan üstün olmuşdur.”

Söhbətin bu yerində iki mə’murun yaxınlaşdığını görən həm söhbətim vəziyyəti öz xeyrinə görüb, sərt şəkildə dedi: “Aşkar de görüm Əbu Bəkr fəzilətlidir yoxsa Əli?” Dedim: “İlk qəbir gecəsində bu barədə yox, tövhid barədə soruşulacaq.” Mə’murlar mübahisəni davam etməyə qoymadılar.

Sual 41: Nə üçün sünnilər cümənin sübh namazında birinci rəkətin gedişində səcdəyə gedib qalxır və sonra surənin ardını oxuyurlar?

Cavab: Sünnə əhli “Səhih Buxari” və "Səhih Müslim"dəki bir rəvayətə əsasən, namazda vacib səcdəsi olan surənin oxunmasını caiz hesab edirlər.1;2; Onlar adətən, cümənin sübh namazında səcdəli surə oxuyur, səcdə ayəsinə çatdıqda səcdəyə gedir, sonra qalxıb, namazı davam etdirirlər. Şiə fiqhinə görə isə vacib səcdəsi olan dörd surəni vacib namazlarda oxumaq olmaz. Əgər şiələr sünnilərlə birlikdə namaz qıldıqda onlar kimi səcdəyə gedərlərsə, vacib ehtiyata görə namazı təzələməlidirlər.


Каталог: dosya -> uygulama
uygulama -> Sərbəst toplaşmaq azadlığı haqqında
uygulama -> MƏSƏLLƏr müƏLLİF: MÖHSİn qəRAƏTİ
uygulama -> İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri
uygulama -> Quranın təhrİfİnə daİr İttİhamlara cavab
uygulama -> Mİratur-rəŞAD” (Hidayət güzgüsü) Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani
uygulama -> İslamda Qəhrəman Qadınlar Kitabın müəllifi: Məhəmməd Məhəmmədi İştiharidi
uygulama -> İmam hüseyn (Ə) barəSİNDƏ HƏDİSLƏr təRTİb edəN: S. Bağirzadə
uygulama -> Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da
uygulama -> MÜƏLLİF: ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM
uygulama -> I. Jurnalistlər və bloqçular


Поделитесь с Вашими друзьями:
1   ...   8   9   10   11   12   13   14   15   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə