VƏhhabi suallarina cavablarimiz müƏLLİF: ƏLİ ƏTAİ İSFƏhani



Yüklə 1.24 Mb.
səhifə13/16
tarix11.06.2017
ölçüsü1.24 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16

Nəsİhət


Məscidün-nəbidə arxamda ərəb libasında olan bir gənc farsca danışırdı. Soruşdum ki, haralıdır? Dedi ki, Özbəkistandandır. Gəlişinin məqsədini soruşdum. Bildirdi ki, Mədinədə təhsil almağa gəlib. Söhbət əsnasında mə’lum oldu ki, İranda olub və iranlılar şiə olduğu üçün orada təhsil almaq fikrindən çəkinib. Dedim: “Qumda sünnilərə məxsus mədrəsələr var. Orada sünnilər azad təhsil alır, öz fiqhlərinə uyğun ibadət edirlər. Gərək qalıb təhsil alaydın. Əsil həqiqətlə tanış olardın. Müsəlman yerində dövrə vurmamalı, daim həqiqət axtarışında olmalıdır.” Dedi: “"Səhih Müslim" və “Səhih Buxari” ən düzgün kitablardır.” Bu kitablara əməl edirik.

Dedim: “Əgər sünnə əhli həmin kitablara əməl etsəydi, bizim kimi, Əhli-beytə itaət edərdi. Gör, "Səhih Müslim"də nə nəql olunub:

Rəsulullah (s) buyurdu: “Aranızda iki əmanət qoyuram: Allahın kitabı və Əhli-beytim.”1

Müsahibim dedi: “Əbu-Bəkr və Ömər böyük şəxsiyyətlərdir, bir çox ölkələri fəth edən onlar olub.” Dedim: “Onların şəxsiyyəti öz yerində, amma İslam öz həqiqəti və Qur’anın bərəkəti hesabına aləmə nüfuz edib. Fatehliklə dinin nüfuzu ayrı-ayrı məsələlərdir. Sizin həmin iki mö’təbər kitabda Peyğəmbər (s) Əbu-Bəkr və Öməri yox, öz Əhli-beytini əmanət tapşırıb.”

Dedi: “Mən dəqiq bilmirəm, amma ustadlarımız bildirirlər ki, şiələr şirkə yol verir, Peyğəmbərin (s) qəbri kənarında əllərini dua üçün qaldırır, Peyğəmbərdən (s) nə isə istəyirlər, imamlara nəzir edir, “ya Əli”, “ya Hüseyn” çağırırlar. Bütün bunlar şirk sayılır. Axı onlar sizin zahiri əməllərinizə görə hökm verirlər.”

Dedim: “Bütün müsəlmanlar qəbul edirlər ki, Peyğəmbər (s) belə buyurub: “Əməllər niyyətə görədir.”2 Məgər sizin ustadlar şiələrin niyyətindən xəbərdardırlarmı?! Bilirlərmi ki, şiələr qəbir kənarında dua üçün əl açarkən kimi çağırırlar?! Xəbərləri varmı ki, şiələr hansı niyyətlə nəzir edir?!

Dedi:” Şübhəsiz ki, onlar şiələrin niyyətindən xəbərsizdir.” Dedim: “Yəqin ki, sizin ustadlar mələklərin Adəmə səcdəsini görsəydilər, onları müşrik, şeytanı isə haqlı sayardılar. Mələklərə “Adəmə səcdə edin”, deyə əmr əmr etdikdə boyun qaçıran İblisdən savayı hamısı səcdə etdi.”1

Yəqin ki, onlar Yə’qub və yoldaşlarının həzrət Yusifə səcdə etdiyini görsəydilər, onları şirkdə ittiham edərdilər.2

Axı bu səcdələr zahirən insan qarşısında idi. Peyğəmbərin (s) qəbri kənarında dua üçün əl açmağı şirk sayanlar, insan qarşısında səcdəni, şübhəsiz ki, daha böyük şirk hesab etməlidirlər.”

Müsahibim məni mədrəsələrinə də’vət edib, orada çıxış etməyimi məsləhət gördü. Dedim: “Onlar bizim sözləri dinləməyə, bizimlə söhbət etməyə razı olmurlar. Əgər siz icazə ala bilsəniz, mən orada həvəslə danışaram.”

Dedi: “Mən belə bir təklifə cür’ət edə bilmərəm. Əgər sizinlə söhbət etdiyimi də bilsələr, məni dərsdən ixrac edərlər. Amma mələklərin Adəmə, Yə’qubun Yusifə səcdəsi haqqında daha ətraflı bilmək istərdim. Əgər mümkünsə, bu məsələni bir az geniş açıqlayın.”

Dedim: “Bəli, Mədinə mədrəsələri ilə Qum mədrəsələri arasındakı fərq odur ki, burada elmi mübahisələrin keçirilməsini təklif etmək belə qorxuludur. Amma Qum mədrəsələrində istənilən bir mövzuda azad söhbət edə bilərsiniz.

O ki qaldı səcdə mövzusuna, səcdə tə’zim məqsədi ilə insanın alnını yerə qoymasıdır. Səcdədə məqsəd tə’zim olduğundan yalnız Allaha səcdə etmək olar və Ondan qeyrisinə səcdə etmək haramdır.

Şiə fiqhinə görə mələklər Adəmə yox, Allaha səcdə etmişlər. Adəm isə, sadəcə, qiblə olmuşdur. Həzrət Yə’qubun da səcdəsi eyni mahiyyəti daşıyır. Yə’qub həzrət Yusifə (ə) əta olunmuş mülkə görə Allah-taalaya şükür üçün səcdə qılır. Bütün bunları nəzərə alaraq, bir səhnəni zahirən müşahidə etməklə kimsəni müşrik adlandırmaq olmaz. Şiələr yalnız Allaha ibadət edir, Onun üçün nəzir boyun alır, Ondan qeyrisindən bir şey istəmirlər.”

Müsahibim bir daha onların mədrəsəsində çıxış edib, bütün bu həqiqətləri açıqlamağımı arzuladı. Nə etməli ki, mədrəsə məs’ulları belə müzakirələrdən və söhbətlərdən qaçırlar. Təəssüf! Müsahibim ah çəkdi və dedi: “Dua edin ki, bir daha rastlaşaq.”

Qeyd: Mələklərin və Yə’qubun səcdəsi haqqında deyilənlər “Ürvətül-vüsqa”dan idi. Lakin bə’zi alimlər belə hesab edirlər ki, mələklərin səcdəsi Adəmə, Yə’qubun səcdəsi Yusifə ehtiram məqsədi ilə həyata keçmişdir.

Bu məsələni belə izah edirlər: səcdə iki qisimdir: bəndəlik səcdəsi və tə’zim səcdəsi. Tövhid əqidəsi ilə zidd olan bəndəlik səcdəsidir. Müşriklər bütlərə ibadət məqsədi ilə səcdə qılırdılar. Tə’zim səcdəsi isə tövhidə zidd sayılmır. Bu səcdədə məqsəd səcdə edilənə ehtiram göstərilməsidir.

İlahi əmr əsasında səcdə vacib və ya müstəhəb ola bilər. Allah-taalanın əmrinə əsasən, mələklərin Adəmə səcdəsi vacib olmuşdu. Yə’qub və yoldaşlarının həzrət Yusifə (ə) səcdəsi isə caiz səcdə idi. Səcdə qadağan edildikdə onun icrası küfr və şirk yox, haram və günah sayılır. Necə ki, İslamda tə’zim səcdəsi qadağan edilmişdir.

Bəli, mələklərin Adəmə səcdəsi Allah əmri sayəsində mümkün olmuşdu. Mələklər bu səcdələri ilə Adəmə yox, Allah əmrinə itaət etmişdilər. İbn Kəsirin təfsirində də eyni mə’na açıqlanır.

Sual 43: Mədinədə Bəqi qəbiristanlığında tablolar asılıb. Bu tablolarda nə yazılıb və onları asmaqda məqsəd nədir?

Cavab: Bəqidəki tabloların mətni:

“Rəsulullahın (s) göstərişlərindən:

1.Qəbir ziyarətlərinin məqsədi ibrət götürülməsidir. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Qəbirləri ziyarət edin. Həqiqətən, onlar sizə ölümü xatırladır.”

2.Rəsullullah (s) qəbirə tərəf namaz qılınmasını və qəbirlərin başında əyləşməyi qadağan etmişdir. O, buyurmuşdur: “Qəbirin başında oturmayın və qəbirlərə tərəf namaz qılmayın.”

3.Rəsulullah (s) ölüləri çağırmağı, onlardan xeyir, eləcə də zərərin dəf’ini istəməyi qadağan etmişdir. Allah-taala buyurur ki, Onun əvəzinə çağırılanlar nə özlərinə, nə də sizə kömək edə bilməz. Həzrət Peyğəmbər (s) buyurur: “İstəyəndə Allahdan istə, kömək axtaranda Allahda axtar.”

Əvvəla, qeyd etməliyik ki, bu tablolar sünnə əhlinin yox, vəhhabilərin bid’ətidir.

İkincisi, onların hədəfi təkcə şiələr yox, bütün qeyri-vəhhabi müsəlmanlardır.

Üçüncüsü, belə tablolar Ühüd və sair qəbiristanlarda da asılmışdı.

Dördüncüsü, onların məqsədi dünyanın müxtəlif ölkələrindən gəlmiş, Bəqidə imamlara, Ühüddə şəhidlərə və sair övliyalara məhəbbətli müsəlmanlara eyib tutmaqdır. Vəhhabilərin nəzərincə, ziyarət yalnız onların tabloya yazdığı bir neçə cümlədən ibarətdir. Onların fikrincə, ziyarətnamə oxumaq, ağlamaq, qəbir kənarında əyləşmək Peyğəmbər (s) sünnəsinə ziddir və bid’ət sayılır. Onlar demək istəyirlər ki, Bəqi imamlarını, Ühüd şəhidlərini, ilahi övliyaları çağırmaq, “ya Əli”, “ya Hüseyn” demək ölünü çağırmaqdır və həzrət Peyğəmbər (s) məhz bu çağırışları qadağan etmişdir. Onların nəzərincə, insanın Allahla öz arasında övliyaları vasitə seçməsi, onlara ağız açması şirkdir.

Vəhhabilərin rəhbəri İbn Baz deyir:

“Həzrət Peyğəmbərə (s), başqa peyğəmbərlərə, salehlərə təvəssül etmək, onları vasitə seçmək bid’ət və şirk səbəbidir. Çünki Peyğəmbər (s) səhabələri belə işlər görməmişlər.”1

Ölüdən nəsə istəmək dindən çıxma səbəbidir. Peyğəmbəri (s) təvəssül etmək İslamdan çıxmağa səbəb olmasa da, bid’ətdir.”2

Qəbir kənarında duanı müstəhəb saymaq, bu duanı məsciddəki duadan fəzilətli bilmək bid’ətdir.”3

Əvvəlki söhbətlərimizdə bu iddiaların cavabı verildi. Kimsə meyitdən nəsə istəmir. Övliyalara təvəssül edib, onları vasitə seçmək isə bid’ət və haram deyil. Əksinə bu işin caizliyi barədə xeyli dəlil var. Şiə fiqhinə görə övliyaları vasitə seçmək caiz sayılır. Sünni mənbələrində də bu münasibəti təsdiq edən rəvayətlər kifayət qədərdir. Məsələn:

Quraqlıq illərində Ömər ibn Xəttab yağış istəyi ilə Peyğəmbərin (s) əmisi Abbasa təvəssül etdi və dedi: “Xudaya, biz sənə və Peyğəmbərimizə (s) təvəssül edirdik, bizə su göndərirdin. İndi sənə və Peyğəmbərin (s) əmisinə təvəssül edir və su istəyirik.” Bu duadan sonra Abbasa təvəssül bəhrəsini verdi və Allah yağış nazil etdi. 4 Bu hədis “Səhih Buxari”də iki yerdə nəql olunmuşdur. İddia edən olsa ki, Ömər diriyə təvəssül etmişdir, şiələr isə ölüyə təvəssül edir, belə cavab verməli olarıq: Allahın övliyaları hər zaman diridirlər və eşidirlər. Hətta vəhhabilər də qəbul edirlər ki, qəbir əhli ziyarətçinin salamını eşidir və onun cavab verə bilməsi üçün Allah ona ruhunu qaytarır. “Ölülər ziyarətçinin salamını eşidir və Allah onların ruhunu qaytarır ki, salamın cavabını versinlər.”1

Soruşmaq lazımdır ki, Ömər özü Allaha üz tuta biləcəyi halda, nə üçün Abbası vasitə seçdi? Məgər Ömərin bu hərəkəti vəhhabilərin tablodakı qeydlərinə zidd deyil?

Əlbəttə ki, vəhhabilərin iddiaları kökündən yanlışdır. İnsan ictimai varlıq olduğundan daim başqalarının köməyinə ehtiyac duyur. Çörəkçi dərziyə, dərzi həkimə, həkim tacirə ehtiyaclıdır. Əgər vəhhabilərin qeydlərini zahiri mə’nasına görə qəbul etməli olsaq nə həkimə, nə dərziyə, nə də çörəkçiyə müraciət etməməliyik. Hansı ki, insanlar bir-birlərinə kömək üçün ağız açırsa, onları müşrik hesab etmək axmaqlıq olar. Tabloda yazılanlar, şəksiz ki, bütə ibadət edən müşriklərə şamil olunmalıdır.

İbn Kəsir öz təfsirində deyir:

Sizin Allahdan başqa üz tutduqlarınız özlərinə, sizə kömək edə bilərlər2 ayəsi bütlərə ibadət edən müşriklərə aiddir. Müşriklər bütlərə ibadət edir və onlardan kömək istəyirdilər...

Sünnilər və vəhhabilər arasında mö’təbər sayılan bu təfsirdən aydın olur ki, ayədə “çağırmaq” yox, “ibadət etmək” nəzərdə tutulur. Aydın məsələdir ki, heç bir müsəlman ölülərə və Allahın övliyalarına ibadət etmir. Vəhhabilərin həmin ayəni müsəlmanlara aid etməsi və onları övliyalara ibadətdə suçlaması misilsiz bir bid’ətdir.

Şirk odur ki, insan Allaha yox, bir başqasına görə ibadət etsin, namaz qılsın, oruc tutsun, həccə getsin, nəzir boyun alsın. Dünyada vahid Allaha sitayişi ilə seçilən müsəlmanlara qarşı bu sayaq ittihamlar çirkin böhtandan savayı bir şey deyil.

Əgər bir müsəlman “ya peyğəmbər”, “ya Əli”, “ya Həsən”, “ya Hüseyn” deyə çağırırsa, bu çağırış ibadət yox, təvəssüldür. Qur’an ayələrindən də mə’lum olur ki, belə bir iş caizdir: “Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər (s) də onlar üçün əfv istəsəydi, şübhəsiz ki, Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu bilərdilər.”1



Каталог: dosya -> uygulama
uygulama -> Sərbəst toplaşmaq azadlığı haqqında
uygulama -> MƏSƏLLƏr müƏLLİF: MÖHSİn qəRAƏTİ
uygulama -> İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri
uygulama -> Quranın təhrİfİnə daİr İttİhamlara cavab
uygulama -> Mİratur-rəŞAD” (Hidayət güzgüsü) Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani
uygulama -> İslamda Qəhrəman Qadınlar Kitabın müəllifi: Məhəmməd Məhəmmədi İştiharidi
uygulama -> İmam hüseyn (Ə) barəSİNDƏ HƏDİSLƏr təRTİb edəN: S. Bağirzadə
uygulama -> Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da
uygulama -> MÜƏLLİF: ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM
uygulama -> I. Jurnalistlər və bloqçular


Поделитесь с Вашими друзьями:
1   ...   8   9   10   11   12   13   14   15   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə