VƏhhabi suallarina cavablarimiz müƏLLİF: ƏLİ ƏTAİ İSFƏhani



Yüklə 1.24 Mb.
səhifə15/16
tarix11.06.2017
ölçüsü1.24 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   16

Nətİcə


Yuxarıda qeyd olunanlardan mə’lum olur ki, ehtiyat, yaxud əfzəl, miqatlarda təlbiyəni astadan deməkdir. Qadınlar təlbiyəni naməhrəm kişinin eşitdiyi halda ucadan desələr, (bir çox mərcəi-təqlidlərin fikrincə) düzgün deyil. Unutmaq olmaz ki, heç bir yerdə qadınların uca səslə təlbiyə deməsi istənilməmişdir. Bundan başqa bilməlisiniz ki, Allahın razılığı olan dua aram və gizli şəkildə, "xüzu" və "xüşu" ilə hər növ riyadan uzaq olan, digərlərinin hüququnun tapdalanması bahasına başa gəlməyən duadır. Buna görə də möhtərəm zəvvarlar hər növ səs-küydən, xüsusilə də kollektiv şəkildə dua oxumaqdan çəkinmələri, mahiyyətcə bir növ ibadət olan duanı özünü göstərmək, gözə soxmaq üçün bir vasitəyə çevirməmələri, yersiz həyəcan və çılğınlıqdan uzaq durmaları, miqatda təvaf və "sə’y" zamanı öz əməlləri ilə məşğul olmaları, vüqarla, hüzuri-qəlblə hərəkət edib dua oxumaları lazımdır. Əziz zəvvarlar müsəlmanların, əhli-sünnənin e’tirazına səbəb olan hər növ davranışdan, kollektiv və şüar tipli, xüsusilə də qadınlarla birgə dua oxumaqdan qəti şəkildə çəkinməlidirlər. Mən dəfələrlə (bu kimi hərəkətlərin) "Şəcərə" məscidində və təvaf zamanı başqalarının e’tirazına səbəb olmasının şahidi olmuş və imkan qədərincə xəbərdarlıq etmişəm. İndi də xəbərdarlıq edir və sözümün yerə düşməyəcəyinə ümid bəsləyirəm.

Sual 49: Nə üçün əhli-sünnə imam camaatları namazın salamından sonra namaz qılanlara tərəf çevrilir və bir az arxası qibləyə, üzü camaata (namaz qılanlara) tərəf əyləşirlər.

Cavab: Əhli-sünnə rəvayətlərində deyilir: "Həzrət Peyğəmbər (s) namazdan sonra mübarək üzünü namaz qılanlara tərəf döndərərdi.1"Onlar bu rəvayətə əsaslanaraq həmin əməli müstəhəb hesab edir və namazlarında ona əməl edirlər.

Əhli-sünnənin bə’zisi isə deyir: "Bu əməlin səbəbi odur ki, imam camaat imamət hüququna görə arxasını namaz qılanlara çevirir. Camaat namazı qurtaranda onun bu hüququ da sona yetir. İmamın üstünlüyü, yaxud üstünlüyə can atması fikrinin qarşısını almaq üçün imam üzünü namaz qılanlara çevirir və bir az bu şəkildə əyləşir2".

Amma əhli-sünnənin digər iki rəvayətində deyilir: " Peyğəmbər (s) namaz qılanlara tərəf dönüb onlar üçün söhbət etdi1".

Bu hədislərdən görünür ki, sözügedən əməl əhli-sünnənin bə’zilərinin dediyi məqsəd üçün olmayıb. Çünki, imam camaat ədalətli olub bu qəbildən olan xüsusiyyətlərdən uzaqlaşmalıdır.



Sual 50: Nə üçün biz "şiələr" namaz qılarkən "Həmd" surəsindən sonra "Amin!" demirik, amma əhli-sünnə deyir. "Həmd" surəsi dua şəklində deyilmi?

Cavab: Bütün müsəlmanlar namazda (bütün namazlarda) "Həmd" surəsini, dua şəklində olmasına baxmayaraq, dua məqsədi ilə yox, Qur’an kimi, Qur’an məqsədi ilə oxumalıdırlar. (La səlatə illa bifatihətil kitab) Əhli-sünnə də bu həqiqəti qəbul edərək: "Namazın hər bir rəkətində "Fatihə" surəsini oxumaq namazın rüknlərindəndir". – deyir və belə bir rəvayət nəql edirlər ki, Peyğəmbər (s) buyurmuşdur: "Namazda "Fatihə" surəsini oxumayanın namazı batildir2". Deməli, onlar da "Fatihə" surəsini (namazın bir hissəsi olaraq) Qur’an məqsədi ilə oxuyurlar.

Amma "Həmd" surəsindən sonra "Amin!" deməklərinə gəlincə isə, buna cübut olaraq yalnız Əbu Hüreyrədən nəql olunan bir hədisi əsas tuturlar. Hədisin məzmunu belədir: "Həmd" surəsini deyib qurtardıqda "Amin!" deyin.

Əlbəttə, onlar "Amin!" deməyi istər camaat namazında, istərsə də tək qıldıqda, istər yavaş qılınan namazlarda, istərsə də ucadan qılınan namazlarda müstəhəb hesab edirlər. Bu fərqlə ki, asta qılınan namazlarda yavaş, ucadan qılınan namazlarda isə ucadan demək lazımdır3.

qeyd


Yuxarıda qeyd olunduğu kimi namaz qılan kimsə "Həmd" surəsini Qur’an məqsədi ilə oxumalıdır1. Lakin Qur’an məqsədindən əlavə sözlərin mə’nasını düşünərək dua niyyəti edib Tanrıdan hidayət də diləyə bilər. Əgər Qur’an məqsədi ilə oxumaqla yanaşı dua etmək istəyi olsa belə "Həmd" surəsindən sonra "Amin!" demək düzgün deyil. "Amin!" deyildiyi surətdə namaz batildir.

İmam Sadiq (ə) buyurmuşdur: "Namazı camaatla birgə qılarkən imam camaat "Həmd" surəsini qurtardıqda "Amin!" yox, "Əlhəmdu lillahi rəbbil aləmin" de!2"

Elə buna görə də böyük fəqih və mərcəi-təqlidlər buyururlar: "Namazı batil edən amillərdən biri "Həmd" surəsini oxuduqdan sonra bilərəkdən "Amin!" deməkdir3".

Əlbəttə, əgər "Amin!" sözü səhvən, təqiyyə məqsədi ilə, dua məqsədi ilə, (belə olan halda "Amin!" sözü أللهم أستجب – İlahi, qəbul et! – mə’nasında işlənir) yaxud namazın digər hissəsində deyilsə, namaza xələl gətirmir. (Namazı batil etmir.)4



Sual 51: Nə üçün biz şiələr bə’zən şam və xiftən namazlarını fasiləsiz qıldığımız zaman əhli-sünnə xiftən namazı üçün azan verdikdə məscidi tərk edirik və onlar qəzəb dolu baxışlarını bizə zilləyərək e’tiraz edirlər?

Cavab: Onlar adətən azan verdikdən sonra məsciddən çıxmağı haram bilirlər. Bu məsələ ilə bağlı aşağıdakı məzmunda belə bir rəvayət nəql edirlər:

"Məsciddə olan şəxsin azan verildikdən sonra (hansı namazın azanı olursa olsun) namazını camaatla qılmadan məsciddən çıxması haramdır. Əlbəttə, məsciddən çıxmaq üçün dəstəmazı təzələmək, burundan qan gəlmək və s. kimi üzrlü səbəblər olarsa, təbii ki, icazəlidir1".

Buna görə də mö’minlərə namaz vaxtlarında, xüsusilə də azan deyildikdən sonra, üzürlü səbəb olmadan məsciddən çıxmaq qadağandır.

Sual 52: Nə üçün əhli-sünnə imam camaatı bə’zi namazlarda namazın təşəhhüdünü həddindən artıq uzadır? (Halbuki, biz şiələrin imam camaatları belə etmirlər.) Onlar namazın salamından sonra nə isə oxuyurlar, yoxsa heç lüzumu olmadan camaatın vaxtını alırlar?

Cavab: Bəli, onlar sakit oturmur, təşəhhüdü uzadırlar. Bizim və onların rəvayətlərində təşəhhüdün müstəhəb olan əlavələrini qeyd edərkən deyilir ki, namaz qılanın, – istər imam camaat, istərsə də mə’mum (iqtida edən) – namazın təşəhhüdündə rəvayətlərdə qeyd olunan və çox uzun olan məxsus duaları oxuması müstəhəbdir2. "Peyğəmbər məscidinin" imamı adətən, öz rəvayətlərində qeyd olunan uzun duaları oxuyur və iqtida edənləri nəzərə almır. Amma bizim imam camaatlarımız adətən iqtida edənləri nəzərə alaraq namazın vacib miqdarı ilə kifayətlənirlər.

İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə buyurulur: "Namazın dördüncü rək’ətində (təşəhhüd demək üçün) oturduqda de:



بسم ألله و بالله وألحمد لله و خيرالأسماء لله، أشهد أنّ لا إله إلاّ الله وحده لا شريك له، و أشهد أنّ محمدًا عبده و رسوله، أرسله بالحق بشيرًا و نذيرًا بين يدى الساعة، أشهد أنّك نعم الرّبّ، و أنّ محمدًا نعم الرسول، التّحيات لله و الصلوات الطّاهرات الطّيّبات الزّاكيّات الغاديات الرائحات السابغات الناعمات ما طاب و زكى و طهر و خلص صفا فللّه، أشهد أنّ لا إله إلا الله وحده لا شريك له، و أشهد أنّ محمدًا عبده و رسوله أرسله بالحق بشيرًا و نذيرًا بين يدى الساعة، أشهد أنّ ربّى نعم الرّبّ، و أنّ محمدًا نعم الرّسول، و أشهد أنً السّاعة آتية لا ريب فيها و أنّ الله يبعث من فى القبور، الحمد لله الذّى هدانا لهذا و ما كنّا لنهتدى لو لا أن هدانا الله، الحمد لله ربّ العالمين، اللهمّ صلّ على محمد و آل محمد، و بارك على محمد و آل محمد، وسلّم على محمد و آل محمد، و ترحّم على محمد و آل محمد، كما صلّيت و باركت و ترحّمت على إبراهيم و آل إبراهيم إنّك حميد مجيد، اللهمّ صلّ على محمد و آل محمد واغفر لنا و لإخواننا الذّين سبقونا بالإيمان، و لا تجعل فى قلوبنا غلاً للذّين آمنوا ربّنا إنّك رؤوف رحيم، اللهمّ صلّ على محمد و آل محمد و أمنن على بالجنّة، و عافني من النّار، اللهمّ صلّ على محمد و آل محمد واغفر للمؤمنين و المؤمنات و لا تزد الظالمين إلا تبارًا، (Sonra de)السّلام عليك أيّها النبيّ و رحمة الله و بركاته، السلام على أنبياء الله و رسوله، السّلام على جبريل و ميكائيل و ملائكة المقرّبين، السّلام على محمد بن عبدالله خاتم النبيّين لا نبيّ بعده و السّلام علينا و على عبادالله الصالحين
Sonra salamı deyərək namazı tamamla3".
Buna görə biz də yuxarıda qeyd olunan "təşəhhüdü" oxuya bilərik və bu, heç də onların təşəhhüdündən qısa deyil.
              
"(Ya Peyğəmbər!) Sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyan bəndələrimə (Cənnətlə) müydə ver!. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!"2


Каталог: dosya -> uygulama
uygulama -> Sərbəst toplaşmaq azadlığı haqqında
uygulama -> MƏSƏLLƏr müƏLLİF: MÖHSİn qəRAƏTİ
uygulama -> İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri
uygulama -> Quranın təhrİfİnə daİr İttİhamlara cavab
uygulama -> Mİratur-rəŞAD” (Hidayət güzgüsü) Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani
uygulama -> İslamda Qəhrəman Qadınlar Kitabın müəllifi: Məhəmməd Məhəmmədi İştiharidi
uygulama -> İmam hüseyn (Ə) barəSİNDƏ HƏDİSLƏr təRTİb edəN: S. Bağirzadə
uygulama -> Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da
uygulama -> MÜƏLLİF: ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM
uygulama -> I. Jurnalistlər və bloqçular


Поделитесь с Вашими друзьями:
1   ...   8   9   10   11   12   13   14   15   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə