VƏhhabi suallarina cavablarimiz müƏLLİF: ƏLİ ƏTAİ İSFƏhani



Yüklə 0.74 Mb.
səhifə6/16
tarix11.06.2017
ölçüsü0.74 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   16

Mübahİsə


Onlardan birinə dedim: “Məscidə döşədiyiniz xalılar 50 ildir buradadır. Bu xalılar sü’nidir. Peyğəmbər (s) və onun səhabələri belə döşəmədə namaz qılmayıblar. Peyğəmbər (s) dövründə məscidin döşəməsi torpaq, həsir və bu kimi təbii şeylər olub. Sizin döşədiyiniz xalılara isə səcdə etmək batil, bid’ət və haramdır. Bu xalıları döşəmədən yığsanız, daha yaxşı olar və biz şiələr məscidin xalısız hissəsində namaz qılmarıq. Peyğəmbərin (s) dövründəki kimi çiyin-çiyinə dayanıb namaz qılarıq.”

Dedi: “İndiki dövrün adamları Peyğəmbər (s) dövrünün xüsusiyyətlərini bəyənmirlər, ona görə də xalı lazımdır.”

Dedim: “Əvvəla, müsəlmanlar Peyğəmbərin (s) necə namaz qıldığını öyrənməlidirlər. Peyğəmbər (s) nəyə səcdə edibsə, biz də həmin şeylərə səcdə etməliyik. Axı həzrət buyurub ki, mən necə namaz qılıramsa, siz də elə qılın. İkincisi, qədim dövrü bəyənməyən adamlar onların ibadətlərində axtarış aparılmasını da bəyənmirlər. Siz vəhhabilər isə başqalarının namazını öz süzgəcinizdən keçirirsiniz.”

Dedi: “Nə vaxt belə olub?”

Dedim: “Şiə fiqhində bu xalılara səcdə etmək düzgün sayılmır. Ona görə də biz ya həsir və torpaq, daş üzərində namaz qılır, ya da səccadə səririk. Vəhhabilər buna e’tiraz edir, səccadəmizi yığışdırır, bə’zən də təhqir edirlər. Hansı ki, biz şiələr başqa məzhəbdən olanlara mane olmur, onların ibadətlərinə müdaxilə etmirik. Əksəriyyəti şiələrdən ibarət olan İran mühitində hər bir insan öz məzhəbinə uyğun şəkildə ibadət edir və heç bir e’tirazla qarşılaşmır. Necə olur ki, siz öz əqidənizə və fəqihlərinizin ziddinə, zəmanə adamlarının istəyinə müvafiq olaraq, məscidləri zinətləndirir, sü’ni xalılar döşəyir, eyni zamanda Bəqi, Ühüd, Əbu Talib qəbiristanlarının ziyarətçilərinə mane olursunuz? Nə üçün müxtəlif islami və qeyri-islami ölkələrdən gəlmiş ziyarətçilərin istəyinə e’tina olunmur? Nə üçün böyük İslam şəxsiyyətlərinin qəbirlərinin tə’mirinə icazə vermirsiniz?”

Dedi: “Mən sizin ibadət və namazınıza e’tiraz etmirəm. Bəli, biz vəhhabilərdən bə’ziləri quru və təəssübkeş adamlardır. Onlar əmr be mə’ruf və nəhy əz münkər etdiklərini düşünürlər. Siz böyük məqsədlər naminə güzəştə getməlisiniz. Qəbiristanların ixtiyarı isə böyüklərin əlindədir, adi adamlar bu işə müdaxilə edə bilmirlər. Hər halda gərək bağışlayasınız. Allah-taala buyurur: Əfv edib, bağışlayın; Allahın sizi bağışlamasını istəmirsiniz?” 1

Dedim: Bu gün sizə məzəmmət yoxdur, Allah sizi bağışlasın.”2

Görüşüb ayrıldıq. Mədinədə olduğum müddətdə ünsiyyətə olduğum adamlar arasında belə insaflısını görmədim.


Şİə fİqhİnə görə sünnİlərİn bİd’ətlərİ


Əvvəlki söhbətlərimizdə sünnə əhli və vəhhabiləri onların öz fiqhinə, məzhəbinə, rəvayətlərinə əsaslanaraq bəyan etdik. İndi isə onların şiə fiqhi baxımından bid’ətlərini nəzərdən keçirəcəyik:

1.Fəcr tülusundan qabaq azan demək bid’ət və haramdır;

2.Sübh azanında “əssəlatu xəyrun minən-novm” demək bid’ət və haramdır;

3.Əllər qabaqda bağlı halda namaz qılmaq bid’ət və haramdır, belə qılınan namaz batildir;

4.“Həmd” surəsinin əvvəlində “bismillahir-rəhmanir-rəhim” deməmək bid’ət və Qur’anın təhrifidir, namazı batil edir;

5.“Həmd” (Fatihə) surəsindən sonra “amin” demək bid’ət və haramdır;

6.Namazda səcdə ayəsi oxuyub, onun gedişində səcdə etmək bid’ət və haramdır, namazı batil edir;

7.“Həmd” surəsindən sonra bütöv surə oxumamaq namazı naqis və batil edir;

8.Xalıya səcdə etmək bid’ət və haramdır, namazı batil edir;

9.Namazın salamını deyərkən üzü qiblədən döndərmək bid’ət və haramdır, namazı batil edir;

10.Camaat namazında sıraların bitişikliyini gözləməmək bid’ətdir və namazı batil edir;

11.Ramazan ayının gecə nafilələrini “təravih” adı altında camaatla qılmaq bid’ət və haramdır;

12.Azan və iqamənin bə’zi hissəllərini ixtisar etmək haramdır;

13.Cümə günü cümə namazı üçün iki azan demək bid’ət və haramdır;

Adətən, cümə günləri sübh namazında “Həmd” surəsindən sonra “səcdə” surəsi oxunur. Rəkət gedişində səcdəyə gedilməsinin bid’ət olmasından əlavə, müsafirlər və belə namazla tanış olmayanlar səcdə əvəzində rükuya getdiklərindən namazları batil olur. Camaat namazında uzun surə oxumaq Peyğəmbərin (s) əmrinə ziddir. Pişnamaz mö’minlərin halını nəzərə almalıdır. Təkcə cümə günü sübh namazında yox, bütün camaat namazlarında mö’minlərin halı nəzərdən qaçırılmamalıdır.

Sünni mənbələrində nəql olunur ki, həzrət Peyğəmbər (s) buyurmuşdur: “Əgər biriniz pişnamaz (imam camaat) olsanız, namazı yüngül və qısa qılmalısınız. Çünki namaz qılanlar arasında uşaqlar və böyüklər, zəiflər və xəstələr, işə tələsənlər vardır. Namazı təklikdə qılan kəs istədiyi kimi (uzun və ya qısa) qıla bilər.”1 Başqa bir rəvayət: “Hansınız camaatla pişnamaz olsa, namazı yüngül qılsın. Çünki adamlar arasında zəiflər, xəstələr, işi olanlar var.”2 Bu mənbələrdə oxşar hədislər “təvatür” həddədir. Amma bu göstərişlərə əməl olunmur, xüsusi ilə sübh namazları uzadılır. Hətta bə’zilərini namaz gedişində yuxu tutur.

Şiələrdən biri dedi: “Mən bu səhnələri görəndən sonra öz pişnamazlarımızın qədrini bildim. Əgər bizim pişnamazlar belə namaz qılsalar, məscidə gələn olmaz.”

Bəli, şiələr bu bid’ətləri görür və ümumi düşmən qarşısında vəhdəti qorumaq üçün susurlar. Onlar öz fəqihlərinin əmrinə itaət edərək, sünnilərlə camaat namazında çiyin-çiyinə dayanır, namaz qılırlar. Bu göstərişlər mə’sum İmamlarımızın (ə) tövsiyəsidir. Onlar isə şiələri şirk və küfrdə ittiham edir, hətta bə’ziləri Əhli-beyti (ə) təhqir etmək səviyyəsinə alçalırlar. Müəllifi hazırkı kitabı yazmağa sövq edən də məhz bu məsələdir.



Sual 34: Nə üçün şiələr məhrəmlik məqsədi ilə və zəruri hallarda müvəqqəti izdivacı (müt’ə, siğə) halal sayır, sünnə əhli isə haram hesab edir?

Cavab: Qur’an və həm şiə, həm də sünnə əhlinin bir çox rəvayətləri müvəqqəti izdivacın halallığını sübuta yetirir. Qur’ani-kərimdə buyurulur: “İstifadə etdiyiniz qadınların muzdlarını (mehrlərini) yetərincə verin.”3 Sünnə əhlinin qəbul etdiyi İbn Kəsirin təfsirində bu ayə haqqında deyilir: “Bu ayə müt’ə (müvəqqəti izdivac) haqqında nazil olmuşdur.”4 Bunu da qeyd etməliyik ki, o, bu sözlərin ardınca həzrət Əlidən (ə) rəvayət nəql edir və bildirir ki, həzrət Peyğəmbər (s) müt’əni qadağan etmişdir. Belə bir qadağanın Peyğəmbər (s) tərəfindən Məkkənin fəthi zamanı qoyulduğunu nəql edən rəvayət də var. 1

İbn Kəsirin təfsirindən mə’lum olur ki, uyğun ayədə müvəqqəti nikahın halallığı hökm olunur. Başqa bir rəvayətdə İbn Abbas müt’ənin halal olduğunu bildirir. 2 Həmin mənbədə Cabir ibn Abdullah və Sələmə ibn Əl-əkvədən nəql olunmuş iki rəvayətdə də Peyğəmbərin (s) müt’əyə icazə verdiyi bildirilir.

“Səhih Müslim”də bir neçə rəvayətdə bildirilir ki, Peyğəmbər (s) və Əbu-Bəkr dövründə, eləcə də Ömərin hakimiyyətinin əvvəllərində müt’ə var idi; Ömər həcc və nisa müt’əsini qadağan etdi. 3 Həmin kitabda Əbuzərin “nisa və həcc müt’əsi bizə məxsusdur” dediyi xəbər verilir. Orada Cabir ibn Abdullahdan belə bir rəvayət nəql olunur: “Ömər dedi: müvəqqəti nikahdan uzaq olun. Mənim yanıma müt’ə etmiş bir şəxs gətirilsə, onu daşqalaq edərəm”. Eyni mənbədə nəql olunur ki, Həzrət Əli (ə) buyurdu: “Xeybər fəthində Peyğəmbər (s) müt’əni və əhilləşmiş uzunqulaq ətini qadağan etdi.” 4 Bə’zi rəvayətlərdə isə müt’ənin Məkkə fəthində qadağan olduğu bildirilir. Bu rəvayətlərdən mə’lum olur ki, müt’ə halal imiş, sonralar ixtilaflı məsələyə çevrilib. Mö’təbər sünni mənbələrindən birində deyilir: “ İslamın başlanğıc dövründə müt’ə zərurətdən halal olmuşdur. Çünki müsəlmanlar müharibələr və iqtisadi çətinliklər səbəbindən ailə qura bilmirdilər. Şəhvətin qarşısını almaq üçün daima oruc tutmaq isə şər’ən qəbul deyil. Ona görə də müvəqqəti izdivac əvvəllər halal idi, sonra isə qadağan olundu. Bununla belə, müt’ə edənə zinanın cəzası verilmir. Çünki bu məsələdə şübhə var...”1 Deyilənlərdən mə’lum olur ki, bütün sünni məzhəbləri müt’ənin bir vaxt halal olduğunu qəbul edir və həmin hökmün zərurətdən doğduğunu bildirirlər.

Müt’ənin qadağan edildiyini bildirən rəvayətlərin bir hissəsi bu hökmün Xeybər fəthində, digər bir hissəsi isə Məkkə fəthində verildiyini bəyan edir. Bə’zi rəvayətlər isə bu hökmün Peyğəmbər (s) tərəfindən yox, Ömər tərəfindən verildiyini bildirir. Müt’ə barədə mə’lumatlar ixtilaflı olduğundan Qur’an ayəsini inkar etmək olmaz. Həm də uyğun mənbələr müt’ənin zərurətdən doğduğunu bildirdiyindən həmin zərurəti istisna etmək olmaz. Əgər bu hökmün Ömər tərəfindən verildiyini qəbul etsək, müt’əni haram saya bilmərik. Çünki Qur’anın və Peyğəmbərin (s) halal buyurduğunu Ömər haram edə bilməz. Həzrət Əlidən (ə) nəql olunan rəvayət isə müt’ənin haram yox, məkruh sayılmasına əsas ola bilər. Beləcə, əhli sünnə rəvayətləri də müt’ənin halal olduğunu təsdiqləyir. Qəti dəlil olmadan halalı haram hesab etmək mümkün deyil. Sünnə əhlinin əsas gətirdiyi rəvayətlər bir-birinə zidd olduğundan onları dəlil hesab etmək, Qur’an ayəsini şübhə altına almaq olmaz.

Bundan əlavə, nəql olunmuş rəvayətləri inkar edən rəvayətlər də vardır. Onlardan birində Həzrət Əli (ə) buyurur: “ Əgər Ömər müt’ənin qarşısını almasaydı, bir qrup bədbəxtdən savayı kimsə zina etməzdi.”2 Digər bir rəvayətdə Ömər xalqa xitabən minbərdən deyir: “Ey camaat, mən Peyğəmbər (s) zamanında halal olmuş üç şeyi haram edirəm və həmin işləri görənləri cəzalandıracağam: qadınların müt’əsi, həcc müt’əsi və azanda “həyyə əla xəyril-əməl” deyilməsini.”3


: dosya -> uygulama
uygulama -> Sərbəst toplaşmaq azadlığı haqqında
uygulama -> MƏSƏLLƏr müƏLLİF: MÖHSİn qəRAƏTİ
uygulama -> İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri
uygulama -> Quranın təhrİfİnə daİr İttİhamlara cavab
uygulama -> Mİratur-rəŞAD” (Hidayət güzgüsü) Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani
uygulama -> İslamda Qəhrəman Qadınlar Kitabın müəllifi: Məhəmməd Məhəmmədi İştiharidi
uygulama -> İmam hüseyn (Ə) barəSİNDƏ HƏDİSLƏr təRTİb edəN: S. Bağirzadə
uygulama -> Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da
uygulama -> MÜƏLLİF: ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM
uygulama -> I. Jurnalistlər və bloqçular


1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə