VƏhhabi suallarina cavablarimiz müƏLLİF: ƏLİ ƏTAİ İSFƏhani



Yüklə 0.74 Mb.
səhifə8/16
tarix11.06.2017
ölçüsü0.74 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

Mübahİsə


Müəllif Mədinədə olarkən müt’ə haqqında suallarla tez-tez qarşılaşıb. Belə bir sual oldu: “İslam icazə verə bilərmi ki, bir kişi bir qadınla qısa müddətdə evlənib, sonra onu buraxıb getsin? Dedim: “İslam icazə veribmi ki, bir kişi bir qadını iki gündən sonra boşayacağını nəzərdə tutub, onunla daimi nikaha girə?” Bir az düşünüb, dedi ki, bu iş düzgündür və şər’i cəhətdən eybi yoxdur. Dedim: “Belə bir niyyətlə həyata keçən daimi nikahla müvəqqəti nikah (müt’ə, siğə) arasında nə fərq var? Daimi nikahın müt’ədən fərqi o olur ki, bu nikahda ayrılmaq üçün daha çox şərtlər qoyulur.” Müsahibim sual verdi: “Bəs müt’ədən uşaq doğulsa necə?” Dedim: “Müt’ədən doğulan uşaqla daimi nikahdan doğulan uşaq arasında heç bir fərq yoxdur, ata uşağın bütün ehtiyaclarını tə’min etməli, onu məskən, libas, qida ilə tə’min etməlidir. Bundan əlavə, müt’ədə qadının uşağa qalmamağı şərt qoyula bilər.”

Dedi: “Sən öz bacının müt’ə ilə ərə getməsinə razı olarsanmı?” Dedim: “Bacının ixtiyarı qardaşında yox, onun özündədir. Heç bir qardaş öz bacısını ana olmaq hüququndan məhrum edə bilməz. O ki qaldı mənim istəyimə, istənilən müvəqqəti iş insanı narahat edir. Heç kim icarə evdə yaşamaqdan, icarə dükan götürməkdən xoşhal olmur. Amma çətin şərait insanı belə işlərə məcbur edir. (Sonra yaxınlığımızda durmuş qoca, belibükük kişini göstərib əlavə etdim) Sən öz bacının bu qocaya daimi ərə getməsinə razı olarsanmı:” Müsahibim qocaya baxıb dedi: “Yox, nə mən, nə bacım, nə də qohum-əqrəba belə bir izdivaca razı olmaz.” Dedim: “Görürsənmi, siz belə bir işə razı olmadığınız halda, həmin iş halaldır. Mənim də narazılığım müt’ənin halallığına tə’sir göstərə bilməz. Şiələrin mövqeyi belədir ki, günahın qarşısını almaq məqsədi ilə zəruri hallarda müt’ə etmək olar. Çıxılmaz vəziyyətə düşən kişi və qadın müvəqqəti izdivac edərsə, bu işin şər’ən eybi yoxdur.”

Müsahibim təşəkkür edib, bu məsələ barədə düşünəcəyini və’d etdi...

Sual 35: Nə üçün şiələr sünnilərlə mehriban rəftar etdiyi halda, onlar şiələrə düşmən kimi yanaşır, bə’ziləri isə bizi şirk və qəbirpərəstlikdə ittiham edirlər?

Cavab: Şiə məktəbi Qur’ani-kərim və Peyğəmbər (s) Əhli-beyti (ə) yolunu tutaraq, bütün müsəlmanlara qarşı xoş münasibət və məhəbbət göstərir. Bu məktəbin tələbi və şiəliyin nişanəsi başqaları ilə xoşrəftardır. Tanınmış şiə fəqihləri buyururlar: “Yaxşı olar ki, şiələr sünnilərin camaat namazlarında iştirak edərək, öz hüzurları ilə qəlbləri yumşaltsınlar və təfriqəyə səbəb olacaq işlərdən çəkinsinlər.”

Amma sünnilər və İbn Bazın ardıcılları olan vəhhabilər şiələrə başqa gözlə baxır, onların müşrikliyini təbliğ edirlər. Hətta məktəblərdə, təbliğat vasitələrində, cümə namazı xütbələrində şiələrə qarşı xüsusi proqramlar nəzərdə tutulur. Şiələr bid’ət və şirkdə ittiham olunur, onlara qarşı bədbinlik yaradılır.

Bə’zi nadan şiələrin hərəkətlərini əsas götürərək, bütün şiə məktəbini tənqid atəşinə tutanlara bəhanə verməmək üçün diqqətli olmalıyıq. Məzhəbə qarşı bədbinliyin qarşısını almaq üçün Bəqidə pəncərələrə parça bağlamaqdan, şam yandırmaqdan, torpaq götürməkdən, orada namaz qılmaqdan çəkinmək lazımdır. Təəssüf ki, avam şiələr hələ də orada şam yandırıb, divarları hisləndirib, pəncərələrə parça və qıfıl bağlayır, imamlara (ə) xitabən məktublar yazırlar. Sübh səhər Bəqiyə gəlib bu səhnələri müşahidə edən mə’murlar şiələrin ünvanına iftira və təhqirlər yağdırırlar.

Onlardan biri ipləri və parçaları bıçaqla kəsərək, qəzəblə mənə müraciət etdi: “Siz özünüzü müsəlman, cə’fəri sayırsınız. Əgər Cə’fər ibn Məhəmmədin şiəsisinizsə, bu nə işlərdir görürsünüz? Bu qıfıllar, parçalar nədir? Nə üçün ehtiyaclarınızı Allahdan istəmirsiniz? Nə üçün Qur’an, dua oxumaq əvəzinə belə işlərlə məşğul olursunuz?” Dedim: “Məgər elm əhli olan şiələrin belə işlər gördüyünü və ya belə işləri göstəriş verdiyini müşahidə etmisənmi?” Dedi: “Onu bilirəm ki, bütün bunlar sizin işlərinizdir, məktublar da sizin dilinizdə yazılıb.” Dedim: “ Bu işləri nadan və savadsız adamlar görür. Ruhanilər onlara nəsihət versələr də eşidən yoxdur. Amma bu işləri küfr və şirk hesab etmək də düzgün deyil. Belə münasibət də cəhalətdən doğur.” Sözümü deyib uzaqlaşdım. O, isə hələ də təhqiramiz sözlər danışırdı. Allah-taala bizi vəzifələrimizdən agah buyursun, məzhəbə söz gətirən işlərdən uzaq olaq. İmam Sadiq (ə) buyurur: “Bizə abır (və şərəf gətirən) olun və bizi çirkin göstərməyin.”

Bir sözlə, vəhhabilər Peyğəmbər (s) və onun səhabələrinin görmədiyi işləri caiz saymır, hətta bid’ət və haram kimi dəyərləndirirlər. Onlar Peyğəmbərdən (s) belə bir rəvayət də nəql edirlər: “Yeni ortaya çıxmış işlərdən çəkinin. Şübhəsiz ki, bu işlər bid’ətdir. Hər bir bid’ət isə zəlalət və azğınlıqdır.”1

Bu əsasla da Peyğəmbər (s) və səhabələr dövründə olmamış əməlləri bid’ət və haram sayır, bə’zi əməlləri isə böyük şirk e’lan edərək, onu edənləri kafir adlandırırlar. İbn Teymiyyə deyir: “Bu işlərdən bə’zilərini görənlər tövbə etməlidirlər, tövbə etməyənlər isə öldürülür.”2


Vəhhabİlərİn bİd’ət hesab etdİyİ əməllər


1.Məscidül-Həram, Məscidün-nəbi, Məscidül-əqsa istisna olmaqla, Peyğəmbərin (s), imamların (ə) müqəddəslərin qəbirlərinin və məscidlərin ziyarəti məqsədi ilə səfər;

2.İstənilən bir şəxsin qəbri üzərində günbəz, məqbərə tikmək;

3.Qəbir üzərinə nə isə yazmaq;

4.Qəbir kənarında Qur’an oxumaq;

5.Peyğəmbərin (s) məqbərəsinin şəbəkələrini (divarlarını) və minbərini, imamlara (ə) aid əsərləri öpmək, əl və üzü onlara sürtmək;

6.Kə’bə sütunlarını öpmək, əl və üzü Kə’bə divarlarına sürtmək; Həcərül-əsvəddən (“qara daş”) başqa bir şeyin ziyarəti;

7.Peyğəmbəri (s) və övliyaları Allahdan xahiş üçün vasitəçi seçmək, “ya peyğəmbər”, “ya Əli”, ya “Fatimə” çağırmaq;

8.Məqbərələrə nəzir etmək, onların tə’miri ilə məşğul olmaq, şam yandırmaq;

9.Xeyir iş görüb, savabını başqasına hədiyyə etmək;

10.Peyğəmbər (s) və övliyalardan şəfaət istəmək;

11.Üzü Peyğəmbərin (s) qəbrinə tutaraq, dua etmək;

12.Qəbir kənarında namaz qılıb, dua etmək;

13.Allahdan qeyrisini köməyə çağırmaq;

14.Allahdan qeyrisinə əyilmək;

15.Qəbirlərin başına fırlanmaq;

16.Kimsənin qarşısında düz dayanmaq;

17.Əlamətdar dini günlərdə bayram keçirmək;

18.Əzadarlıq mərasimi keçirmək;

19.Ölmüş adam üçün Qur’an məclisi qurub, fatihə oxumaq, acları doyurmaq;

20. Allahdan qeyrisinə and içmək;

21.Xorla istənilən bir şey oxumaq;

22.Allahı kiməsə and verib, bir şey istəmək

Vəhhabilər ilkin İslamda olmamış və hazırda din ünvanı ilə yerinə yetirilən əməlləri bid’ət və şirk sayır və bildirirlər ki, belə işlərlə məşğul olanlar dindən xaricdirlər! Bəli, onlar uyğun təfəkkür tərzindən çıxış edərək, sadalanan əməlləri haram sayırlar. Vəhhabilər bu əməllərdən bir qisminin şiə kitablarında mövcud olduğunu, şiələrin cəm şəkildə dua oxuyub, ziyarət etdiklərini bilirlər. Xüsusi ilə, lə’nətlərin oxunduğu, “Aşura ziyarəti” onlarda qəzəb doğurur. Şiələrin Məscidün-nəbidə iki xəlifəyə, Bəqidə üçüncü xəlifəyə e’tinasızlığı, imamlara və Əbül-Fəzlin anasına məhəbbətləri vəhhabiləri şiələrə qarşı qıcıqlandıran amillərdəndir.


: dosya -> uygulama
uygulama -> Sərbəst toplaşmaq azadlığı haqqında
uygulama -> MƏSƏLLƏr müƏLLİF: MÖHSİn qəRAƏTİ
uygulama -> İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri
uygulama -> Quranın təhrİfİnə daİr İttİhamlara cavab
uygulama -> Mİratur-rəŞAD” (Hidayət güzgüsü) Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani
uygulama -> İslamda Qəhrəman Qadınlar Kitabın müəllifi: Məhəmməd Məhəmmədi İştiharidi
uygulama -> İmam hüseyn (Ə) barəSİNDƏ HƏDİSLƏr təRTİb edəN: S. Bağirzadə
uygulama -> Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da
uygulama -> MÜƏLLİF: ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM
uygulama -> I. Jurnalistlər və bloqçular


1   ...   4   5   6   7   8   9   10   11   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə