7. 2. Qloballaşma şəraitində Azərbaycanın xarici iqtisadi əlaqələrinin tənzimlənməsi problemləri.
Müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycanın sərt və mürəkkəb qanunların hökmran olduğu dünya bazarına inteqrasiyasının əsas parametrlərini müəyyən edən uzunmüddətli xarici inkişaf strategiyası zaman keçdikcə təkmilləşdirilir.
Azərbaycanın Rusiya daxil olmaqla bütün digər respublikalarda olduğu kimi 70 il ərzində "dəmir pərdələrlə" dünya birliyindən təcrid olunması və inkişaf etmiş regionların aqrar-xammal bazası olması dünya birliyinə inteqrasiya prosesinin obyektiv amilləri olmaqla, iqtisadiyyatın müasir dünya bazarının tələblərinə uyğunlaşdırılması üçün köklü və təxirəsalınmaz tədbirlər görülməsini təkidlə tələb edirdi.
SSRİ-nin süqutu ərəfəsində ümumittifaq xalq təsərrüfatı kompleksinin tərkibində olan respublikaların yalnız ikisi-Rusiya və Azərbaycan tam müstəqil olaraq mövcud olmaq imkanına malik idilər. Türkdilli Respublika olan Azərbaycanın belə müsbət vəziyyətdə olması yalnız Heydər Əliyev kimi uzaqgörən və müdrik şəxsiyyətin ölkəmizə rəhbərlik etməsi və titanik əməyi ilə əlaqədardır. Onun belə bir tarixi ifadəsi real məzmuna malikdir: “Mən o vaxt Azərbaycanın gələcəyi haqqında düşünürdüm”. Bununla yanaşı “SSRİ-nin iqtisadi vəziyyətinin elə xüsusiyyətlərini nəzərdən keçirmək lazımdır ki, onlar iqtisadiyyatın tədricən tənəzzülə uğramasına səbəb olmuş və nəticə etibarilə, keçmiş sovet respublikalarında siyasi proseslərin gedişinə təsir göstərmişdir. [75, s. 24] Bu xüsusiyyətlərdən biri bütün digər respublikalarda olduğu kimi Azərbaycanda da xarici iqtisadi, o cümlədən xarici ticarət əlaqələrinin Sovet İttifaqı dövründə iqtisadiyyatın müstəqil bir sahəsi kimi mövcud olmamasıdır. Respublikamız Ümumittifaq xalq təsərrüfatı kompleksinin tərkib hissəsi kimi xarici dünyadan yalnız, siyasi cəhətdən deyil, həm də iqtisadi cəhətdən təcrid olunmuşdu. Mərkəzin icazəsi olmadan onun xarici aləmlə nə siyasi, nə də iqtisadi əlaqə yaratmaq hüququ yox idi. Xarici ticarət üzərində dövlət inhisarı bu sahədə bütün məsələlərin mərkəzi dövlət tərəfindən həll edilməsinə icazə verirdi.
Cədvəl №7. 1-də verilmiş məlumatlardan görünür ki, Azərbaycanın dünya ilə iqtisadi əlaqələrini yalnız şərti olaraq "xarici" əlaqələr adlandırmaq olardı. Çünki xarici ticarət əlaqələri əsas etibarilə (idxalatın 80, ixracatın isə 95%-i) Sovet dövlətinin tərkibində cərəyan edirdi. Respublika SSRİ-dən kənara 1991-ci ildə (daxili qiymətlərlə) cəmisi 744 mln. rubl mal ixrac etmişdir. İstehsal amillərinin (kapital, işçi qüvvəsi) hərəkətindən isə heç söhbət də gedə bilməzdi. Yəni, yalnız SSRİ daxilində hərəkət edirdi. Nəticədə ölkəmizin qapıları Qərbdə baş verən texnoloji inqilab üçün uzun tarixi dövr ərzində bağlı olmuş və istehsalın ümumi geriliyini şərtləndirmişdir.
Məsrəfçi iqtisadiyyatın maraqlı olmadığı elmi-texniki yeniliklər Azərbaycana SSRİ səviyyəsində yalnız mərkəzi xətt ilə daxil olurdu. Respublikanın istehsal potensialının texniki tərkibinin böyük əksəriyyəti dünyada özünə satış bazarı tapa bilməyən sovet mənşəli mallardan ibarət idi.
Cədvəl № 7. 1
Azərbaycanda 1991-ci ildə iqtisadiyyat sahələri üzrə
məhsul gətirilməsi və göndərilməsi* (mln. rub)
|
Gətirilmişdir
|
Göndərilmişdir
|
|
Cəmi
|
O cümlədən
|
Cəmi
|
O cümlədən
|
|
SSRİ daxilində
|
İdx. (daxili qiym. )
|
|
SSRİ daxilində
|
İxr. (daxili qiym. )
|
Cəmi maddi ist. sahələri
|
11009,7
|
8836,6
|
2173,1
|
12199,3
|
11455,8
|
744, 0
|
O cümlədən sənaye
|
10530,0
|
8752,0
|
1778,0
|
11919,5
|
11189,2
|
730, 3
|
O cüml. Elek-troenergetika
|
–
|
–
|
–
|
115,8
|
115,8
|
–
|
Neft qaz sənayesi
|
905,8
|
776,7
|
129,0
|
1449,8
|
1249,6
|
200, 2
|
Qara metallurgiya
|
903 5
|
810,6
|
92,9
|
269,8
|
268,0
|
1, 8
|
Əlvan metallurgiya
|
1297,7
|
1230,0
|
67,6
|
383,4
|
378,9
|
4, 5
|
Kimya və neft-kimya
|
642, 8
|
599,3
|
43,6
|
1161,0
|
1131,0
|
30, 0
|
Maşınqayırma və metal emalı
|
1999, 8
|
1941,1
|
58,7
|
2115,0
|
2056,0
|
56, 1
|
Meşə, ağac emalı, kağız
|
362,2
|
293,6
|
68,5
|
14,7
|
14,5
|
0, 2
|
Tikinti mat sənayesi
|
151,5
|
144,4
|
7,1
|
40,5
|
40,2
|
0, 3
|
Yüngül sənaye
|
1212,1
|
906,1
|
306, 0
|
2269, 9
|
1861, 1
|
408, 9
|
Yeyinti sənayesi
|
2865,4
|
1862,0
|
1001, 4
|
3891, 5
|
3882, 2
|
9, 6
|
Digər
|
186,0
|
182, 9
|
3, 1
|
207, 5
|
188, 8
|
18, 7
|
Kənd təsərrüfatı
|
479,8
|
84, 6
|
395, 5
|
279, 9
|
266, 1
|
13, 8
|
*[41, 1991, s. 26-28].
Ümumittifaq xalq təsərrüfatı kompleksinin tərkib hissəsi olan respublika iqtisadiyyatının digər respublika və regionlarla iqtisadi əlaqələrini iqtisadi inteqrasiya adlandırmaq düzgün deyildir. Çünki müasir anlayışlara uyğun olaraq beynəlxalq iqtisadi inteqrasiya yalnız müstəqil dövlətlər arasında baş verir.
Zəngin neft ehtiyatlarına malik olan Azərbaycanın ixrac etdiyi məhsulların ümumi həcminin yarısından çoxu - 51, 7%-i yüngül və yeyinti sənayesinin məhsullarından ibarət idi. Bunun isə 56, 1%-ni pambıq, üzüm, tütün və digər xammal və yarımfabrikatlar təşkil edirdi [103, s. 57-58].
Respublikadan ucuz qiymətlərlə mərkəzin ehtiyacları üçün aparılan qiymətli xammal kənarda emal olunur, sonralar hazır məhsul şəklində geri gətirilərək, xammalın əsl sahibi olan Azərbaycan xalqına qat-qat baha qiymətlə satılırdı.
Bu mexanizm həmçinin Azərbaycanın zəngin sərvətlərindən alınan gəlirin Respublika büdcəsində deyil, ümumittifaq büdcəsində əks olunması üçün uzun illər sınanmış bir mexanizm idi. Azərbaycandan daşınan xammaldan respublika büdcəsinə valyuta ayırmaları isə cəmi 8-10% təşkil edirdi.
Respublika zəngin sərvətlərə malik olduğu halda sənayenin təxminən yarısı kənardan gətirilən xammal ilə işləyirdi. Əsas istehsal sahələri kənardan yarımfabrikat və ehtiyat hissələrinin gətirilməsindən asılı idi. Ümumiyyətlə götürüldükdə bütün digər respublikalar kimi Azərbaycan iqtisadiyyatı da qapalı xarakter daşıyırdı. Belə ki, adambaşına düşən xarici ticarət dövriyyəsi 60-70 ABŞ dolları miqdarında idi. Müqayisə üçün nəzərə almaq lazımdır ki, 1988-ci ildə həmin göstərici ABŞ-da 3200, Avropa Birliyində 6600, Yaponiyada 3700 və SSRİ-də isə 800 dollar idi.
Eyni zamanda göstərmək lazımdır ki, İttifaq ehtiyacları üçün daşınan sərvətlər qəsdən dolaşıq vəziyyətə salınmış statistika məlumatlarında öz düzgün əksini tapmırdı.
Cədvəl № 7. 2.
Azərbaycan Respublikasına 1991-ci ildə xalq istehlak mallarının
gətirilməsi və göndərilməsi* (mln. rubl. )
|
Göndərilmişdir (ixracatla birlikdə)
|
Gətirilmişdir (idxalatla birlikdə)
|
Fərq göndəriləndən (+) çox gətirilmiş, göndəriləndən (-) az gətirilmişdir
|
Cəmi xalq istehlakı malları o cüml.
|
2520, 1
|
2308, 2
|
-211, 9
|
A. Qida məhsul.
|
515, 3
|
743, 7
|
+228, 4
|
Heyvandarlıq
|
–
|
398, 4
|
+398, 4
|
Bitkiçilik məhsulları
|
116, 7
|
26, 3
|
-90, 4
|
Emal edilən qida məhsulları
|
398, 6
|
319, 0
|
-79, 6
|
B. Alkoq. içkilər
|
1016, 6
|
0, 5
|
-1016, 1
|
V. Qeyri-ərzaq mallar onlardan
|
988, 2
|
1564, 0
|
+575, 8
|
Parça, paltar, ayaqqabı
|
603, 8
|
786, 2
|
+182, 4
|
Mədəni-məişət malları
|
0, 1
|
279, 4
|
+279, 3
|
Təsərrüfat mal.
|
99, 4
|
193, 5
|
+94, 1
|
Xırdavat mal.
|
251, 0
|
283, 6
|
+32, 6
|
Tütün məmulatı
|
33, 9
|
21, 3
|
-12, 8
|
*[s. 41, 1991, s. 24. ]
Yalnız onu göstərmək kifayətdir ki, ölkəmizdə istehsal olunan milli gəlir və onun istifadəsi arasında uzun müddət 2 mlrd. rubldan çox fərq olmuşdur. Yəni, milli gəlir çox istehsal olunmuş, onun respublikada istifadəsi isə həmişə az olmuşdur. Ölkəmizin xarici iqtisadi əlaqələri haqqında məlumatlar əslində yalnız "yenidənqurma" dövründən çap olunmağa başlamışdır.
Bütün bunlar onu göstərir ki, beynəlxalq iqtisadi inteqrasiya sahəsində müstəqil Azərbaycanın qarşısında olduqca ciddi və mürəkkəb problemlər mövcud idi.
Müstəqillik əldə edildikdən sonrakı illər ərzində iqtisadiyyatımızda beynəlxalq rəqabət qabiliyyəti sahəsində bir çox göstəricilər üzrə (ÜDM-də yığım və son istehlak nisbətinin birinci xeyrinə dəyişməsi, ixrac və idxalın strukturunun pozitiv istiqamətdə dəyişməsi, ticarət şərtlərinin yaxşılaşması və s.) ciddi irəliləmə özünü göstərir. Milli bazarın xeyli hissəsinin xarici firmalar tərəfində "fəth" edilməsi 90-cı illərin əvvəllərindəki reallıqlarındandır. Məhz buna görə də «Heydər Əliyevin iqtisadi strategiyası Azərbaycan Respublikasının xarici iqtisadi siyasətinin əsas prinsiplərinin və xarici iqtisadi əlaqələrin inkişafının milli iqtisadi maraqlarının gözlənilməsinə təminat verən dövlət proqramı əsasında həyata keçirilməsini məqsədəuyğun hesab edir» [86, s. 261]. Qlobal təsərrüfat sisteminin tələblərinə uyğun olaraq, özəl bölmənin nisbi zəifliyi şəraitində dövlətin bazar iqtisadiyyatının prinsipləri əsasında təşkilatçı-tənzimləyici-təşviqedici funksiyanın artması obyektiv zərurətdir.
Xarici iqtisadi əlaqələr sahəsində təsərrüfat-təşkilatçılıq tədbirləri və milli iqtisadi inkişaf strategiyası iki əsas istiqamətə yönəldilməlidir:
1. Az bir zaman kəsiyində beynəlxalq bazara genişmiqyaslı çıxmaq imkanı məhdud olduğu üçün, milli iqtisadiyyat daxili tələbin ödənilməsinə istiqamətləndirilməli, yerli firmaların xarici şirkətlərlə daxili bazarda sağlam rəqabət apara bilməsi üçün geniş imkanlar yaradılmalıdır. Bu sahədə əsas ümidin genişmiqyaslı himayəçilik tədbirlərinə bağlanması müasir anlayışlara uyğun deyildir. Çünki dünya ölkələrinin təcrübəsi göstərir ki, gömrük tariflərinin artırılması və digər yollarla himayəçilik tədbirlərinin tətbiqi ticarət tərəfdaşlarının əks reaksiyasını doğurur və, onlar da eyni dərəcədə müvafiq tədbirlər görürlər. Ona görə də, milli bazar, beynəlxalq müqavilə və hüquq normalarına uyğun olaraq qorunma ilə yanaşı, əsas diqqət firmalar tərəfindən rəqabətqabiliyyətli məhsullar istehsal edilməsinin bütün vasitələrlə təmin edilməsinə verilməlidir.
2. Açıq iqtisadiyyat modelini yekdilliklə seçmiş Azərbaycan dünya bazarında da bərabərhüquqlu subyekt kimi fəal iştirak etməlidir. Latın Amerikası, Cənubi-Şərqi Asiyanın yeni sənaye ölkələrinin təcrübəsi və Türkiyə "möcüzəsi" açıq-aşkar göstərdi ki, müasir mərhələdə geriliyin az bir zaman kəsiyində aradan qaldırılması və sıçrayışlı iqtisadi inkişafın yeganə yolu daxili bazarın tələblərini ödəməklə yanaşı ixracat potensialının sürətli artımını təmin etmək, dünya bazarı ilə sıx inteqrasiyaya nail olmaqdır. Yeni texnika və texnologiyanın kilid həlqəsi olan valyuta ehtiyatlarının artırılması üçün idxalı əvəzetmə siyasəti ilə ixracyönlü iqtisadi inkişaf strategiyası ciddi olaraq optimallaşdırılmalıdır.
İstər daxili bazarın tələblərinin ödənilməsi, istərsə də ixracat potensialının artırılması həlledici dərəcədə düzgün struktur siyasətindən asılıdır.
Dünya bazarı ilə səmərəli iqtisadi inteqrasiya yalnız iqtisadiyyatın geniş diversifikasiyası ilə mümkündür.
Onu da nəzərə almaq lazımdır ki, iqtisadi strukturun qısa müddətdə əhəmiyyətli dərəcədə dəyişdirilməsi reallıqdan uzaqdır və, prioritet istiqamətləri müəyyən edərək, bütün maddi, maliyyə və insan ehtiyatlarının həmin sahələrə yönəldilməsini tələb edir. Bu məqsədlə, gömrük, kredit və valyuta mexanizmindən və digər iqtisadi alətlərdən bacarıqla istifadə edilməsi həyati əhəmiyyət kəsb edir. Ölkənin iqtisadi strukturunun formalaşmasında və xarici iqtisadi əlaqələrinin xarakterində valyuta siyasəti mühüm rol oynayır. Müasir şəraitdə ayrı-ayrı milli iqtisadiyyatlar arasında qarşılıqlı asılılığın artması ilə əlaqədar olaraq, valyuta məzənnəsi milli iqtisadiyyatın inkişafının zahiri təzahürünə çevrilmiş, onun iqtisadi potensialını, əmək məhsuldarlığını müəyyən dərəcədə əks etdirir, istehsala güclü əks təsir göstərir.
Ölkənin milli iqtisadi inkişaf strategiyası qabaqcıl ölkələrin müsbət təcrübəsi və müasir dünyada gedən proseslər nəzərə alınmaqla hazırlanmışdır. Yalnız bu halda, dünyada özünü göstərən geniş qloballaşma proseslərindən Azərbaycanın çıxarılması və sosial-iqtisadi tərəqqisi məqsədilə istifadə etmək olar.
İqtisadi elmləri doktoru, professor Şəmsəddin Hacıyevin qeyd etdiyi kimi «Müasir xarici iqtisadi strategiya çağdaş dünya iqtisadi sistemi ilə milli iqtisadiyyatın qarşılıqlı əlaqələri sahəsində bir çox hədəflərə cavab verməlidir. Bu siyasət hər şeydən əvvəl ölkənin maraqlarına cavab verməli və müvafiq qaydada qlobal iqtisadiyyata adaptasiya etməli və dünya təsərrüfat əlaqələrində baş verən dəyişikliklərə, təmayüllərə qarşı kifayət qədər elastik olmalı, dünyadakı elmi-texniki nailiyyətləri nəzərə almalıdır». {150, s. 11}
Nəzərə almaq lazımdır ki, Azərbaycan qlobal təsərrüfata «kiçik miqyaslı ölkə» modeli ilə, daxil olur; onun təkrar istehsal prosesində hasilat sənayesi üstünlük təşkil edir, kənd təsərrüfatı, yüngül və yeyinti sənayesi zəif inkişaf etmişdir. Bu amillər xarici iqtisadi əlaqələrin xarakterinə ciddi təsir göstərir.
Qlobal təsərrüfat sistemində gedən sərt rəqabətə uyğunlaşmanın və qarşılıqlı faydalılıq prinsipi əsasında iştirak etməyin vacib şərti müasir biliklər əsasında müstəqil xarici iqtisadi siyasət strategiyasının hazırlanaraq həyata keçirilməsi təşkil edir.
Başqa sözlə xarici dünya ilə qarşılıqlı əlaqələrdə elə bir strateji kurs işlənib hazırlanmalıdır ki, bu kurs Azərbaycanın dünya bazarında uzun müddət formalaşmış mövqeyini tədricən daha da yaxşılaşdıra bilsin və ölkəmizə mənfi təsir göstərən xarici iqtisadi amilləri aşağı səviyyəyə endirə bilsin.
Məhsuldar qüvvələrin və istehsalın getdikcə qloballaşması nəticəsində dünya təsərrüfatı sisteminin bütün həlqələrinin bir-birindən qarşılıqlı əlaqə və asılılığının daha da dərinləşməsi bütün postsovet respublikalarının qapalı iqtisadi sistemdən imtina edərək, açıq qapı siyasətinə keçilməsini şərtləndirmişdir.
Tarixin keyfiyyətcə yeni bir mərhələyə daxil olduğu - qloballaşma dövründə dünya bazarı ilə intensiv inteqrasiya edən gənc respublikamızda xarici iqtisadi fəaliyyət sahəsində strateji kursun hazırlanaraq həyata keçirilməsi üçün müstəqil xarici iqtisadi fəaliyyət sisteminin yaradılması və durmadan təkmilləşdirilməsi müstəsna əhəmiyyətə malikdir.
Müstəqil dövlət mexanizminin formalaşması və onların köklü iqtisadi islahatların mühüm tərkib hissəsi kimi Azərbaycanın xarici iqtisadi əlaqələr sisteminin yaranması və inkişafını bir-biri ilə daxili məntiqi əlaqəyə malik olan iki mühüm mərhələyə bölmək mümkündür.
Mövcud ictimai-iqtisadi sistemin sürətlə dağılması ilə cəmiyyətdə yaranmış şok vəziyyətinin və yeni sistem axtarışlarının mövcud olduğunu və bu sistemin formalaşmasının izafi məsrəflərinin özünü göstərdiyi 1992-1994-cü illər.
Daxili siyasi çəkişmələrə son qoyulması, ilk müstəqil Konstitusiyanın qəbul edilməsi, islahatların ilkin mərhələsinin başa çatması ilə siyasi və iqtisadi həyatda sabitliyin getdikcə möhkəmlənməyə başlandığı 1995-ci ildən sonrakı dövr. Bu dövrdə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xarici iqtisadi əlaqələr sisteminin yaradılması prosesi də yeni mərhələyə qədəm qoyurdu.
Xarici iqtisadi əlaqələrin intensivləşdirilməsi məqsədilə birinci mərhələyə bu sistemin təşkilati hüquqi bazasının ilkin variantı formalaşdırılmışdır. 20 sentyabr 1994-cü ildə Transmilli korporasiyalar ilə «Əsrin müqaviləsi» imzalandıqdan sonra ikinci mərhələ başlanmışdır. «Bu müqavilə bütün dünyaya Azərbaycanın müstəqil dövlət olduğunu bəyan etməklə yanaşı, beynəlxalq iqtisadi güc mərkəzlərin nəzər-diqqətini ölkəyə cəlb edilməsi, respublikanın dünya iqtisadiyyatına inteqrasiyası yönümündə çox güclü təsirə malik bir təkan idi» [313, 21 iyul 2001].
12 may 1994-cü ildə atəşkəs haqqında Ermənistanla müqavilənin imzalanması da Azərbaycanın bütün qüvvə ilə müstəqil xarici iqtisadi fəaliyyətinin genişləndirilməsinə başlaması üçün yol açdı.
Məlum olduğu kimi xarici iqtisadi əlaqələrin əsas istiqamətləri xarici ticarət, beynəlxalq kapital və maliyyə hərəkəti, texniki-iqtisadi və elmi-texniki əməkdaşlıq və s.-dir.
Azərbaycanın siyasi istiqlaliyyət əldə etməsi bütün bu əsas istiqamətlərdə müstəqil və modern xarici iqtisadi qurumlar yaradılmağa başlamasına imkan verdi. Az bir müddət içərisində müvafiq sahədə dövlət siyasətini həyata keçirmək məqsədilə Xarici İqtisadi Əlaqələr Nazirliyi, İnvestisiyalar üzrə dövlət komitəsi və Dövlət Gömrük komitəsi yaradıldı. Xarici iqtisadi əlaqələr sahəsində islahatlar müstəqillik əldə edildikdən sonra dönmədən həyata keçirilən bazar iqtisadiyyatı mexanizminin yaradılmasına yönəldilmiş köklü islahatların tərkib hissəsi və mühüm istiqamətlərindən biridir. Görülən işlər nəticəsində xarici iqtisadi və valyuta əməliyyatlarının aparılması üzərində mövcud olan dövlət inhisarı ləğv edildi və xarici iqtisadi fəaliyyət sahəsində liberallaşdırılma aparılmağa başlandı. Lakin total əmtəə çatışmazlığı, daxili bazarda və pul tədavülündə mövcud olan disproporsiyalar, yeni yaradılan milli pul vahidi - manatın dönərlilik mexanizminin olmaması və real məzənnəsinin formalaşmaması, bazar qiymətlərinin reallığı əks etdirməməsi və xüsusilə daxili qiymətlərlə dünya bazarı qiymətləri arasında ciddi fərq xarici iqtisadi fəaliyyət sahəsində liberallaşmanın aparılmasına əngəl törədir və bu fəaliyyətin dövlət tərəfindən tənzimlənməsi sisteminin müəyyən dərəcədə saxlanılmasına səbəb olurdu. Əhalinin minimum istehlak tələbatını dövlət kanalları ilə xaricdən gətirilən mallar hesabına ödənilməsi məqsədilə dövlət SSRİ-dən miras qalmış ziyanlı bir sistemin - dövlətin mərkəzləşdirilmiş valyuta fondunu 90-cı illərin ortalarına qədər saxlamaq məcburiyyəti qarşısında qaldı.
Strateji malların ixracı sahəsində dövlət tənzimləmələrinin həyata keçirilməsi üçün lisenziyalaşdırma və kvotalaşdırma sistemindən istifadə edilirdi. Mərkəzləşdirilmiş valyuta fondu hesabına ilkin tələbat mallarının idxalı başlıca olaraq dövlət təşkilatları vasitəsilə həyata keçirilirdi.
İnvestisiyalar üzrə Dövlət komitəsi yaradılsa da əslində kağız üzərində qaldı və xarici investisiya və kreditlər bir neçə bürokratik dövlət orqanları tərəfindən tənzimləndi. Bütün bu boşluqlar strateji malların ixracında, ilkin tələbat mallarının dövlət kanalları ilə idxalında, gömrük işinin təşkilində, xarici investisiyaların ölkəyə cəlb olunmasında korrupsiyaya geniş yol açmaqla yanaşı yerli və xarici sahibkarlığın inkişafı yolunda ciddi maneçilik törədildi. Bütün bunlar xarici iqtisadi əlaqələr kompleksində aparılan islahatların sürətləndirilməsini tələb edirdi. Əvvəlcə investisiyalar üzrə Dövlət Komitəsi ləğv edildi. 90-cı illərin ortalarında bu sahədə struktur islahatlar sürətləndi, Xarici İqtisadi Əlaqələr vəTicarət Nazirlikləri ləğv edildilər. Onların funksiyaları 1997-ci ildə yaradılan Ticarət Nazirliyinə, təsdiq olunmuş nomenklatura üzrə malların idxalı və ixracı planları hazırlanması və yerinə yetirilməsi funksiyası verilmişdir. Dövlət maddi-texniki ehtiyatlar komitəsi də ləğv edilərək əvəzinə «Azkontrakt» Dövlət İdarəsi yaradıldı. Həmin idarənin funksiyasına büdcə vəsaiti hesabına olan kontraktların bağlanması və yerinə yetirilməsi daxil edilmişdir. Xarici investisiya və yardımların tənzimlənməsi məqsədilə Nazirlər Kabineti yanında Xarici Kredit və Yardımlar üzrə Milli agentlik təsis edildi. Bunlardan başqa Ticarət-Sənaye Palatasında təşkilati-kadr dəyişiklikləri aparıldı. Xarici İqtisadi Əlaqələr Nazirliyinin tərkibində olan «Azərticarət», «Şərq xarici ticarət» və «Azərinkomves» yeniləşdirilərək səhmdar cəmiyyətlərə çevrildilər. Xarici iqtisadi əlaqələr sisteminin normal və dinamik fəaliyyətinin təşkilində gömrük mexanizminin rolu olduqca böyükdür. Bu sahədə də Azərbaycanda 70 il ərzində mərkəzi dövlətin inhisarı mövcud olmuşdur. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi müstəqillik bərpa olunduqdan dərhal sonra yaradılsa da onun fəaliyyətinin normal təşkili üçün müvafiq hüquqi baza yox idi. Respublikamızda gömrük nəzarətinin sərhəd boyu bütün mal və kapital hərəkətini tam şəkildə əhatə edə bilməsi üçün bir neçə il vaxt tələb olundu. Təsadüfi deyildir ki, islahatların ilkin mərhələsində Azərbaycan dövlət gömrük orqanları sisteminin və müstəqil gömrük siyasətinin formalaşmasına xüsusi diqqət verirdi. Çoxsaylı qanun və hökumət qərarları ilə idarə olunan gömrük orqanlarının fəaliyyəti 1997-ci ildə Milli Məclis tərəfindən qəbul edilmiş Gömrük Məcəlləsi ilə tənzimlənməyə başladı [4]. Həmin məcəllə respublikamızda gömrük işinin təşkilinin dünya standartlarına yaxınlaşdırılması yolunda ciddi addım oldu.
Azərbaycan dövləti iqtisadi inkişaf strategiyasına uyğun olaraq daxili və xarici siyasətin tərkib hissəsi kimi gömrük siyasətini həyata keçirir. Gömrük siyasətinin məqsədi gömrük məcəlləsində aşağıdakı kimi müəyyən edilmişdir.
- Azərbaycan Respublikasının gömrük nəzarəti və mal dövriyyəsinin tənzimlənməsi vasitələrindən daha səmərəli istifadənin təmin edilməsi;
- Azərbaycanda daxili bazarın qorunması;
- milli iqtisadiyyatın inkişafının təşviq edilməsi;
- Azərbaycan dövlətinin iqtisadi siyasətindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə kömək edilməsi.
Ölkəmizin gömrük siyasəti gömrük sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönəldilmişdir. Respublikamızda gömrük işi hamılıqla qəbul edilmiş beynəlxalq norma və təcrübə ilə uyğunlaşdırma və eyniləşdirmə istiqamətində inkişaf etdirilir.
Xarici iqtisadi əlaqələr sahəsində aparılan struktur islahatları özünün yeni mərhələsinə 2001-ci ilin birinci yarısında İqtisadi İnkişaf Nazirliyinin yaradılması ilə qədəm qoydu. Çox geniş funksiya və səlahiyyətlər verilmiş [313, 13 iyul 2001] həmin nazirlik eyni zamanda Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlığı sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 11 iyun 2001-ci il tarixli Prezident Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən Nazirlik beynəlxalq əməkdaşlıq sahəsində aşağıdakı çoxprofilli funksiyaları həyata keçirir:
- xarici iqtisadi fəaliyyət sahəsinin vəziyyətini araşdırır və inkişafının proqnoz göstəricilərini hazırlayır;
- nəqliyyat, malların tranziti, habelə xarici ticarət daşınmalarının hüququ, tarif və digər tədbirləri sahəsində beynəlxalq müqavilələri hazırlayır, razılaşdırılmasında və həyata keçirilməsində iştirak edir;
- Azərbaycan mallarının və xidmətlərin xarici bazarlara çıxarılması, ixracatın həmçinin artırılması üçün əlverişli şəraitin yaradılması, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına səmərəli inteqrasiya olunmasını təmin etmək üçün tədbirlər işləyib hazırlayır və həyata keçirir;
- sənaye, ticarət və ictimai iaşə təşkilatlarında mövcud norma və qaydalara, dövlət tərəfindən tənzimlənən qiymətlərə, malların (qiymətli metallardan və ya qiymətli, yarımqiymətli daş-qaşlardan və onlardan hazırlanmış məmulatlar istisna olmaqla) keyfiyyət və təhlükəsizliyinə riayət edilməsinə nəzarət edir;
- daxili və xarici ticarət ilə bağlı elmi tədqiqatların aparılmasını təşkil edir, o cümlədən xarici iqtisadi fəaliyyət iştirakçılarını zəruri elmi-texniki, iqtisadi, hüquqi informasiya ilə təmin edir, xarici iqtisadi fəaliyyət məsələləri üzrə informasiya sistemlərini və baza göstəricilərini yaradır;
- dünya mal və xidmət bazarlarının konyuktrunu təhlil edir;
- xarici ticarət fəaliyyətinin qeyri-tarif tənzimləmə tədbirlərini müəyyən edilmiş qaydada tətbiq edir, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş hallarda və müəyyən edilmiş qaydada ixrac və idxal üzrə əməliyyatların həyata keçirilməsi üçün lisenziyalar verir. Azərbaycan Respublikasının gömrük ərazisində mal çıxarılarkən zəruri olduqda və bu müvafiq müqavilələrdə (sazişlərdə), normativ hüquqi aktlarda və ya Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində (sazişlərində) nəzərdə tutulduqda malın mənşəyi haqqında sertifikat verir;
- Azərbaycan Respublikasında daxili bazarın qorunması üzrə müvafiq tədbirlər işləyib hazırlayır;
- ticarətdə rüsum və vergilərin dərəcələri ilə bağlı təkliflər verir;
- xarici dövlətlərdə, eləcə də beynəlxalq iqtisadi və ticarət təşkilatları yanında Azərbaycan Respublikasının ticarət-iqtisadi nümayəndəliklərini qanunvericiliklə müəyyən edilmiş qaydada yaradır və onların operativ fəaliyyətinə rəhbərliyi həyata keçirir;
- Ümumdünya Ticarət Təşkilatı və digər beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlığı təşkil edir, onların keçirdiyi tədbirlərdə Azərbaycan Respublikasını təmsil edir;
- Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq iqtisadi və maliyyə təşkilatları ilə mütəmadi əsasda işgüzar əlaqələr yaradır, onların maliyyə vəsaitlərinin ölkənin iqtisadiyyatına cəlb olunması üçün məqsədyönlü iş aparır;
- xarici ölkələrin, beynəlxalq iqtisadi və maliyyə təşkilatlarının keçirdiyi tədbirlərdə iştirak edir və Azərbaycan Respublikasına investisiya qoyuluşu ilə bağlı onlarla danışıqlar aparır;
- Azərbaycan Respublikasında yerli və xarici şirkətlərin sərgilərini və yarmarkalarını, eləcə də xarici ölkələrdə Azərbaycanın təsərrüfat subyektlərinin iştirakı ilə beynəlxalq sərgiləri və yarmarkaları təşkil edir;
- istehlak bazarını keyfiyyətsiz malların idxalından mühafizə etmək məqsədilə aidiyyəti dövlət orqanlarının cəlb etməklə müvafiq tədbirlər görür;
- malların idxalı barədə mühafizə tədbirlərinə dair təkliflərin hazırlanması məqsədi ilə tədqiqat, o cümlədən xarici dövlətlərin müvafiq orqanları ilə məsləhətləşmələr aparır və bu işin nəticələri üzrə müvafiq tədbirlər həyata keçirir;
- malların, işlərin və xidmətlərin ixracının və idxalının tənzimlənməsi sahəsində müvəqqəti texniki tədbirlərin (standartlar, təhlükəsizlik normaları, keyfiyyətə uyğunluq sistemləri, malların qablaşdırılması qaydaları, mala qoşulan sənədlərin formaları, yükləmə qabağı inspeksiya tələbləri, ekoloji, baytarlıq, sanitar və fitosanitar normaları, milli təhlükəsizliyin təmin olunması tədbirləri, malların, işlərin və xidmətlərin göstərilən normalara uyğunluğunun təmin edilməsi metodları) tətbiqi məqsədi ilə digər mərkəzi icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyət göstərir;
- ticarət sahəsində Azərbaycan Respublikasına qarşı ayrı-seçkilik siyasəti yürüdən dövlətlərə qarşı müvafiq sanksiyalarının tətbiq edilməsinə dair təkliflər verir və s.
Beləliklə xarici iqtisadi fəaliyyət kimi çoxtərəfli dövlət siyasətinin çoxpilləli idarə sistemindən təkpilləli idarə sisteminə keçirilməsi sahəsində uzun müddətdir ki, aparılan iş İqtisadi İnkişaf Nazirliyinin yaradılması ilə başa çatmış oldu.
-
Dostları ilə paylaş: |