3. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda
xarici ticarətin liberallaşdırılması və
tənzimlənməsi istiqamətləri.
İqtisadi islahatların daha da dərinləşməsi prosesində xarici ticarətin və xarici iqtisadi əlaqələrin səmərəliliyinin artırılmasını, xarici ticarət mexanizminin təkmilləşdirilməsi, xaricə məhsul satışında müəssisələrin fəaliyyətinin sərbəstləşdirilməsi respublikanın valyuta ehtiyatlarının və ixracat potensialının artırılmasında onların marağının gücləndirilməsi iqtisadi sahədə dövlət siyasətinin əsas xəttini təşkil edir.
Müstəqillik əldə edildikdən sonra xarici iqtisadi, o cümlədən ticarət siyasətinin formalaşması və inkişafı, respublikamız üçün tamamilə yeni olan bu sahədə həyata keçirilən islahatlar bazar islahatlarının mühüm və ayrılmaz tərkib hissəsini təşkil edir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində, hələ islahatların start mərhələsində, xarici iqtisadi, ticarət və valyuta əməliyyatları üzərində mövcud olan dövlət inhisarı ləğv edilmişdir. Nəticədə müasir mərhələdə xarici iqtisadi ticarət əlaqələrinin böyük əksəriyyəti qeyri-dövlət sektoruna məxsus olan subyektlər tərəfindən aparılır. İxrac-idxal və valyuta əməliyyatları üzərində mövcud olan hərtərəfli dövlət nəzarəti xarici iqtisadi münasibətlərin dövlət tənzimlənməsi sistemi ilə əvəz edilmişdir. Xarici iqtisadi fəaliyyətdə iştirak edən müəssisə və firmalar bu tənzimləmə sistemində böyük sərbəstlik qazanmışlar.
Məlum olduğu kimi xarici ticarət siyasətinin formalaşması uzun tarixi dövr tələb edən bir məsələdir. Lakin müstəqillik əldə edildikdən sonra yaranmış özünəməxsus tarixi dövr respublikamızda bu prosesin qısa müddət ərzində sürətlə formalaşmasını tələb edirdi. Məsələ bu baxımdan nəzərdən keçirildikdə aydın olur ki, 1992-1994-cü illərdə ölkədə total mal çatışmazlığı, daxili bazar və pul tədavülünün ciddi disproporsiyaya və deformasiyaya məruz qaldığı, real valyuta məzənnəsi və normal bazar qiymətlərinin olmadığı bir şəraitdə xarici iqtisadi-ticarət əlaqələrinin geniş miqyasda liberallaşdırılması şərtləri olduqca ağır idi. Ona görə də liberallaşdırma əslində yalnız 1994-cü ildən sürətlənməyə başladı. Xarici ticarətin tənzimlənməsi də bir sistem kimi bu dövrdən formalaşmağa başlamışdır.
Azərbaycanda müstəqil dövlət quruculuğu, onun bazar iqtisadiyyatı prinsipləri əsasında həyata keçirilməsi və ölkəmizin beynəlxalq münasibətlər sisteminin bərabərhüquqlu üzvünə çevrilməsi respublikamızda xarici ticarətin tənzimlənməsi sistemi qarşısında olduqca mühüm və tamamilə yeni vəzifələr qoyurdu.
Xarici ticarət siyasəti hər şeydən əvvəl Azərbaycan Respublikasının öz təbii sərvətləri üzərində suverenliyi prinsipini reallaşdırmağa xidmət edir. Bu məqsədlə xarici ticarət siyasəti: 1) ölkəmizin beynəlxalq iqtisadi və maliyyə mühitinə cəlb edilməsi və inkişaf etmiş ölkələrin bazar strukturuna yaxınlaşdırılmasını, onun sərbəst və müstəqil xarici iqtisadi fəaliyyətinin həyata keçirilməsində və tənzimlənməsində müstəsna hüququnu təmin etməli; 2) daxili və xarici iqtisadi sahibkarlığın azadlığı prinsipini həyata keçirməli; 3) təsərrüfat subyektləri arasında ayrı-seçkiliyə yol vermədən, onların hüquq bərabərliyi prinsipini hər vasitə ilə qorumalı; 4) qanunun aliliyi prinsipini təmin etməlidir.
Dünya təsərrüfatında vahid hüquqi inzibati və maliyyə məkanının yaranması prosesi getdikcə intensivləşir. Bu məkan çərçivəsində ayrı-ayrı dövlətlərin xarici ticarəti inkişaf edərək dünya miqyasında konfrantasiyalardan uzaqlaşaraq vahid tama çevrilir. Ölkəmiz hüquqi, inzibati və texniki xarici iqtisadi fəaliyyətin vahid şəklə salınmış hüquqi əsasını yaradan çoxtərəfli dövlətlərarası sazişlərin və razılaşmaların geniş sisteminə daxil olur.
Xarici ticarətin tənzimlənməsinə Azərbaycan iqtisadiyyatında və əhalinin ilkin tələbat mallarına olan tələbatının ödənilməsində bu sahənin oynadığı mühüm rola uyğun olaraq, istiqlaliyyət əldə edildikdən sonra böyük əhəmiyyət verilir. Təsadüfi deyildir ki, xarici ticarət Azərbaycanda iqtisadi islahatların daha sürətli getdiyi bir sahədir. İqtisadiyyatın düşmüş olduğu dərin böhrandan çıxması zərurəti xarici ticarətdə liberallaşmanın həyata keçirilməsini, bu sahədə totalitar rejimdən miras qalmış buxovların sürətlə aradan qaldırılmasını təkidlə tələb edirdi. Azərbaycana yardım göstərən beynəlxalq təşkilatlar da eyni tələblə çıxış edirdilər. Xarici ticarətdə liberallaşdırma tədbirləri ilk növbədə qeyri-tarif tənzimləmələrinin bazar iqtisadiyyatının prinsiplərinə uyğunlaşdırılmasına, İnzibati-amirlik amillərinin məhdudlaşdırılmasına yönəlmişdir.
Bu sahədə 1994-cü ildən sonra Respublika Prezidentinin dörd fərmanı qəbul edilmişdir)
1. 10 yanvar 1994-cü ildə - "Azərbaycan Respublikasında xarici ticarətin səmərəliliyin artırılması tədbirləri haqqında";
2. 5 aprel 1994-cü il tarixdə - "Azərbaycan Respublikasında xarici ticarətin sərbəstləşdirilməsi haqqında";
3. 17 dekabr 1996-cı ildə - "Azərbaycan Respublikasında xarici ticarətin tənzimlənməsinin təkmilləşdirilməsi haqqında" haqqında.
4. 24 iyun 1997-ci il tarixdə ''Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması'' haqqında.
Həmin fərmanlar əsasında müvafiq normativ aktlar qəbul edilmişdir. Tədbirlərin əsas istiqaməti xarici ticarətin bazar iqtisadiyyatının prinsiplərinə uygun olaraq liberallaşdırma yolunda addımlamaqdır. Qəbul edilmiş qanunlarla daxili və xarici kvota və lisenziyaların (qismən) ləğvi, strateji məhsulların xarici ticarətinin mərkəzləşdirilməsi qaydasının aradan qaldırılması, qiymətlərin sərbəstləşdirilməsi, dövlət sifarişlərinin ləğvi və s. kimi tədbirlər həyata keçirilmişdir. Bu isə beynəlxalq ticarətin liberallaşdırılması üçün çox mühümdür. Xarici ticarətdə konyukturaya daha həssas olan özəl bölmə payının respublikamızda getdikcə artması beynəlxalq təşkilatların fəal iştirakı ilə həyata keçirilən liberallaşdırma siyasətinin mühüm istiqamətlərindən biridir.
"Azərbaycan Respublikasında xarici ticarətin tənzimlənməsinin təkmilləşdirilməsi haqqında" 17 dekabr 1996-cı il tarixli fərmana əsasən Azərbaycan Respublikasında istehsal, emal, təkrar emal olunan malların ixracında rezidentlər sərbəstdirlər və bir sıra hallardan başqa onların fəaliyyətinə məhdudiyyət qoyulmur.
Başqa sözlə, bəzi mallar istisna olmaqla, Azərbaycan Respublikasında istehsal olunan bütün malların ixracına icazə tələb olunmur və onlar gömrük orqanlarında yalnız bəyan edilməklə ixrac edilirlər. İxracına fərmanın 1 №-li əlavəsində məhdudiyyət qoyulmuş və Lakin keçmişdə "strateji mallar" adlandırılan məhsullar "respublika ixracatında mühüm əhəmiyyət kəsb edən mallar" adlandırılmışlar. İxracatı xüsusi qayda ilə həyata keçirilən bu mallara neft və neft məhsulları, elektrik enerjisi, əlvan metallar və pambıq mahlıcı daxil edilmişdir. Dünya təcrübəsində olduğu kimi adı çəkilən fərmanda da silah və hərbi texnika, barıt və partlayıcı maddələr, narkotik və psixotron vasitələri, incəsənət əsərləri, çöl heyvanları və s. malların ixracı və idxalı müvafiq dövlət orqanlarının icazəsi ilə həyata keçirilir. Göstərmək lazımdır ki, dövlət bölməsində özəl bölməyə nisbətən xarici ticarətin liberallaşdırılması daha məhdud xarakter daşıyır. Məsələn, kreditə ixrac əməliyyatları, kossiqnasiya yolu ilə ixrac əməliyyatları və müvəqqəti ixrac əməliyyatları kommersiya strukturları tərəfindən sərbəst sürətdə aparıldığı halda, dövlət müəssisələri tərəfindən həyata keçirildikdə bağlanmış müqavilələr Xarici İqtisadi Əlaqələr Nazirliyində (Dərslik çapa hazırlanarkən Xarici İqtisadi Əlaqələr Nazirliyi ləğv edilmiş və onun səlahiyyətləri yeni yaradılmış Ticarət Nazirliyinə verilmişdir) qeydiyyatdan keçirilməklə aparılır.
Rezidentlər tərəfindən öz vəsaitləri, kossiqnasiya və ya dövlət zəmanətinə əsaslanmayan kreditlər hesabına aparılan idxal əməliyyatları üzrə bağlanmış müqavilələr, bir sıra mallar istina olmaqla, sərbəst sürətdə (yalnız gömrük orqanlarına bəyan edilməklə) həyata keçirilir. Bir sıra malların etil (yeyinti) spirti, alkollu içkilər (pivədən başqa), tütün məmulatının idxalının məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Həmin malların idxalı Ticarət Nazirliyi tərəfindən verilmiş lisenziyalar əsasında həyata keçirilir. Fərmanda lisenziyaların tender və inzibati üsulla verilməsi qaydası müəyyənləşdirilməmişdir ki, bu da sui-istifadə hallarına yol aça bilər. Dempinq əleyhinə mübarizə tədbiri də nəzərdə tutulmuş və Ticarət Nazirliyi tərəfindən müəyyənləşdirilən siyahıya daxil edilmiş malların idxalı zamanı malların həmin siyahıda göstərilən qiymətləri və onların mümkün dəyişmə hədlərinin əsas götürülməsi qaydası müəyyən edilmişdir. Barter əməliyyatlarına da bir çox qeyri-tarif məhdudiyyətləri (müqavilələrin qeydiyyatdan mütləq keçirilməsi, ekvivalentliyin təmin edilməsi məcburiyyəti, vaxt məhdudiyyəti və s. ) qoyulmuşdur.
Xarici ticarətin liberallaşdırılmasında mühüm addım 24. 06. 1997-ci ildə «Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında» fərman oldu. Fərmana əsasən Azərbaycan Respublikasında istehsal, emal, təkrar emal olunan malların ixracında Rezidentlərə tam sərbəstlik verildi. Kreditə ixrac, təkrar ixrac, konsiqnasiya yolu ilə ixrac əməliyyatlarına aydınlıq gətirildi və sadələşdirildi. Fərmana əsasən rezidentlərin öz vəsaitləri, konsiqnasiya və ya dövlət zəmanətinə əsaslanmayan kreditlər hesabına aparılan idxal əməliyyatları üzrə bağlanmış müqavilələr yalnız gömrük orqanlarında bəyan edilməklə həyata keçirilməyə başladı.
Bununla yanaşı, satılan malların dəyərinin bəzən xarici banklara axması hallarının qarşısının alınması üçün mal satışının bir qayda olaraq yalnız onların haqlarının qabaqcadan ödənilməsi əsasında həyata keçirilməsi qaydasının saxlanmasını şərtləndirdi. Bu qayda satılan malların dəyərinin Respublikaya gəlməsini təmin etməklə yanaşı rəqabət qabiliyyəti onsuz da zəif olan malların ixracına müəyyən maneçilik törədir.
Azərbaycanda XİF-in tənzimlənməsinin mühüm formalarından biri də gömrük-tarif tənzimlənməsindən ibarətdir. Respublikamız müstəqilliyini bərpa etdikdən sonra gömrük tənzimləməsinə dair əsasnamələr qəbul olunmuşdur. Bu haqda respublikada uzun müddət xüsusi qanunvericilik aktlarının olmaması məhz bu gömrük əsasnamələrinin tez-tez dəyişdirilməsinə gətirib çıxarmışdır.
1994-cü il iyulun 1-də Respublika Nazirlər Kabinetinin 242 №li qərarları olmuşdur. Bu qərar ilə respublikada idxal və ixrac əməliyyatlarının gömrük mexanizmi vasitəsilə tənzimlənməsi qaydaları müəyyən edilmişdir. Bu qərarla «Azərbaycan Respublikası ərazisindən çıxarılarkən gömrük ixrac rüsumuna cəlb olunan malların qruplar üzrə siyahısı və gömrük ixrac rüsumlarının dərəcələri», «gömrük ixrac rüsumu haqqında müvəqqəti əsasnamə», «Azərbaycan Respublikası ərazisinə gətirilərkən gömrük idxal rüsumuna cəlb olunan malların qruplar üzrə siyahısı və gömrük idxal rüsumlarının dərəcələri», «gömrük idxal rüsumu haqqında müvəqqəti əsasnamə», «gömrük xidmətləri göstərilməsi qaydaları» təsdiq edilmişdir. Bu əsasnamə ilə əlaqədar ixracat üzrə bir sıra məhsullar gömrük rüsumlarından azad edilməmişdir. Bu məhsullara dövlət tapşırığı ilə mal mübadiləsi əməliyyatları üzrə göndərilən mallar, müəssisələrin istehsal tələbatı üçün xammal, ehtiyat hissələri, məmulatlar, avadanlıq, tikinti texnikası və maşınlar, yük və sərnişin nəqliyyat vasitələri alınması üçün barter əməliyyatları əsasında göndərilən qeyri - strateji əhəmiyyətli mallar; dövlət tapşırığı ilə xarici valyutaya satılan mallar, respublikada istehsal olunan maşınlar, avadanlıqlar, texnoloji qurğular və digər hazır məmulatlar; kompensasiya və kooperasiya əsasında göndərilən mallar; tam məhsullar və yarımfabrikatlar hazırlanması üçün sifarişçinin göndərdiyi xammallar; hökumətlərarası sazişlər üzrə qarşılıqlı razılaşmalara müvafiq ixrac edilən mallar daxildir.
İdxalat zamanı da bir sıra məhsullar gömrük rüsumundan azad edilmişdir. Bunlara uşaq geyimləri və ləvazimatı, dərman malları, tibb avadanlığı və məmulatları, hökumətlərarası sazişlər üzrə qarşılıqlı razılaşmalar əsasən alınan mallar, materiallar, texnologiya və ya avadanlıqlar; Azərbaycan Respublikası ərazisində yaradılan müştərək və tamamilə xarici investorlara məxsus olan müəssisələrin, beynəlxalq birliklərin və təşkilatların nizamnamə fonduna xarici iştirakçılar tərəfindən pay ödənişi şəklində respublikaya, avadanlıq, istehsalat tələbatı üçün xammal və materiallar; xarici investisiyaya qoyulmuş müəssisələrin əcnəbi işçilərin öz ehtiyacları üçün Azərbaycan Respublikasına gətirdikləri əmlak; Azərbaycan Respublikasına müvəqqəti olaraq gətirilmiş və gətirilmə şərtlərinə görə müəyyən olunmuş müddətdə dəyişiklik etmədən xaricə aparılası mallar, müəssisələrin istehsal tələbatı üçün gətirilən xammal, material, məmulat və avadanlıqlar; humanitar və texniki yardım, xeyriyyə məsələsi və gətirilmiş mallar, avadanlıqlar idxal rüsumundan azad edilmişdir. Bu qərara uyğun olaraq gömrük ixrac rüsumları malların müqavilələr əsasında satılması valyuta ilə ödənilir. Əsasnamədə qeyd edildiyi kimi Azərbaycan Respublikasından digər xarici dövlətlərə ikitərəfli azad ticarət haqqında saziş olduğu təqdirdə malların ixrac və idxalına gömrük rüsumu tutulmur. Gömrük tənzimləmə mexanizmini bir az yumşaltmaq və təkmilləşdirmək üçün Azərbaycan Respublikası bir sıra dövlətlərlə əlverişli rejim şəraiti yaradılmışdır. Bu dövlətlərdən Türkiyə, Rusiya, İran, Ukrayna, Qazaxıstan, Böyük Britaniya, Finlandiya və b. ölkələrdə olmuşdur. Bu əlverişli şəraitin yaradılması respublikanın xarici iqtisadi əlaqələrin inkişafında müəyyən səviyyədə köməklik göstərirdi.
Bu sahədə aparılan islahatlar ilk illərdə xeyli ləng gedirdi. Yeni Gömrük Məcəlləsi yalnız 1997-ci ilin əvvəlində qəbul edilmiş və gömrük orqanları uzun müddət Sovet İttifaqından qalmış məcəllə əsasında öz fəaliyyətini təşkil etmişlər. 20 iyun 1995-ci ildə "Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanunu" qəbul edilmişdir. Lakin Qanun yalnız Azərbaycan Respublikasının Gömrük Məcəlləsi qəbul edildikdən sonra qüvvəyə minmişdir. Gömrük tarifi haqqında qanunda göstərilir ki, gömrük tarifi Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilən mallara tətbiq edilir və xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur.
İdxal və ixrac gömrük rüsumlarının dərəcələri və həmçinin əlverişli ticarət rejimi tətbiq olunan ölkələrin siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Əlverişli Ticarət rejimi tətbiq olunmayan ölkələrin mallarına və mənşə ölkəsi müəyyənləşdirilməyən mallara idxal gömrük rüsumlarının dərəcələri iki dəfə artırılır.
Qanuna əsasən Azərbaycanda aşağıdakı gömrük rüsumları tətbiq edilir:
- advalorem - malların gömrük dəyərinə görə faizlə hesablanan gömrük rüsumu;
- spesifik - mal vahidinə görə müəyyən olunmuş dəyərlə hesablanan gömrük rüsumu;
- kombinə edilmiş - hər iki növü birləşdirməklə hesablanan gömrük rüsumu.
Malların ixracını və idxalını operativ tənzimləmək üçün bəzi mallara mövsümi rüsumların (6 ay müddətində) tətbiq olunmasına icazə verilir.
Himayəçilik məqsədilə idxal edilən mallara aşağıdakı müvəqqəti rüsumların tətbiqinə də icazə verilmişdir: xüsusi rüsumlar, antidempinq rüsumları və kompensasiya rüsumları.
Xüsusi rüsumlar aşağıdakı hallarda tətbiq olunur:
- mallar Azərbaycan Respublikasının gömrük ərazisində bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vura biləcək kəmiyyətdə və şərtlə gətirildiyi təqdirdə;
- digər dövlətlərin və onların ittifaqlarının Azərbaycan dövlətinin mənafeyinə toxunan ayrıseçkilik və digər hərəkətlərinə cavab tədbiri kimi.
Antidempinq rüsumları idxal olunan malların qiyməti Azərbaycan Respublikasının gömrük ərazisinə gətirildiyi anda ixrac olunduğu ölkədəki real dəyərindən xeyli aşağı olduqda; belə bir idxal bu qəbildən olan malların yerli istehsalçılara ziyan vurduqda, və ya bu hal istisna edilmədikdə; Azərbaycan Respublikasında onların istehsalının təşkilinə və ya genişləndirilməsinə maneçilik törədildikdə tətbiq edilir.
Kompensasiya rüsumları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların istehsalı və ixracı zamanı birbaşa və dolayı subsidiyalardan istifadə olunduqda və belə bir idxal bu qəbildən olan malların yerli istehsalçılarına ziyan vurduqda və ya bu hal istisna edilmədikdə, Azərbaycan Respublikasında bu malların istehsalının təşkilinə və genişləndirilməsinə maneçilik törədildikdə tətbiq edilir.
Gömrük tarifi haqqında qanunda xarici ticarətdə iştirak edən malın və gömrük dəyərinin və bu malın mənşə ölkəsinin müəyyən edilməsi qaydası müəyyənləşdirilmişdir.
Qanunda həmçinin malların idxalı və ixracı zamanı bir sıra gömrük tarifi güzəştlərinin tətbiqi nəzərdə tutulur. Tarif güzəştləri (tarif preferensiyaları) dedikdə, ölkənin ticarət siyasəti həyata keçirilərkən qarşılıqlı və ya birtərəfli qaydada gömrük sərhəddindən keçirilən mallar üzrə əvvəl ödənilmiş rüsumun qaytarılması, rüsumdan azadetmə, onun dərəcələrini aşağı salınması, malın preferensial gətirilməsi (çıxarılması) üçün tarif kvotaları şəklində verilən güzəştlər başa düşülür. Gömrük güzəştləri verilməsi qaydası Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Fərmanda gömrük rüsumlarından azadetmə, gömrük dərəcə-lərinin aşağı salınması halları konkret olaraq göstərilmişdir.
Azərbaycan Respublikasının gömrük əsasnaməsi öz struktur və tərkibinə görə bir sıra Avropa ölkələrinin gömrük kodeksinə yaxınlaşsa da, onların göstərdiyi fəaliyyət sferasının səviyyəsinə görə onlardan geri qalar.
Qeyd etmək lazımdır ki, xarici ticarətin beynəlxalq tənzimlənməsi gömrük vergiləri siyasəti dünya miqyasında beynəlxalq təşkilat olan ÜTT-i tərəfindən həyata keçirilir.
Dünyanın əksər ölkələri bu təşkilatın üzvləridir və bu təşkilat gömrük vergilərini tənzimləyir. Azərbaycanın da, bu təşkilata üzv olması və gələcəkdə öz XİƏ-in tənzimlənməsində gömrük mexanizmindən istifadə etmək ən vacib məqsədlərdən biri hesab edilir. Bildiyimiz kimi dünyada mal hərəkət gömrük vergilərinin təyin olunması ÜTT tərəfindən təsdiq olunmuş harmonik kod sisteminə uyğun olaraq həyata keçirilir. Harmonik kod sistemi 9999 çeşiddə məhsulları özündə əks etdirir.
Xarici ticarət və gömrük tənzimlənməsini təkmilləşdirmək üçün bir sıra ciddi tədbirlər toplusu elmi əsaslara uyğun işlənib hazırlanmasıdır. Xarici Ticarətin Tənzimlənməsində qeyri-tarif tənzimləmə mexanizmindən geniş istifadə olunmalıdır. Respublikada bu formadan çox təssüf ki, kifayət qədər geniş istifadə olunmur. Bunun nəticəsi olaraq Respublikaya bəzi dünya ölkələrindən bir sıra texniki və s. dünya standartlarına uyğun olmayan məhsullar daxil olur. Respublikada daxili bazarın qorunması da diqqət mərkəzindədir.
Dünya iqtisadiyyatının müasir inkişaf mərhələsində və ölkələr arasında qarşılıqlı aslılığın daha aydın təzahür etdiyi bir zamanda hər bir ölkənin və regionun müvəffəqiyyəti onun XİF-nin həyata keçirilməsilə əlaqədar gömrük tənzimləmə mexanizmin tətbiqindən çox-çox asılıdır.
Respublikamızda xarici ticarət əməliyyatları «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları» haqqında 24 iyun 1997-ci il tarixli fərmanı ilə həyata keçirilir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının ÜTT-nin üzvlüyünə qəbul olma prosesi 1997-ci ilin iyun ayından Azərbaycan Respublikası Hökumətinin ÜTT-yə üzvolma niyyətinin bildirilməsi ilə başlayıb və bu tarixdən ÜTT-yə müşahidəçi kimi dəvət olunub.
Bundan sonra «Xarici Ticarət Rejimi haqqında Memorandum» ÜTT-nin Cenevrədəki Katibliyinə təqdim etmiş və ÜTT-nin qaydalarına uyğun olaraq, bu təşkilata üzvolma prosesində Azərbaycan üzrə müvafiq işçi Qrupu yaradılmışdır.
Hal-hazırda Azərbaycan Respublikasının ÜTT-nin üzvlüyünə qəbul olma prosesinin son mərhələsi başa çatma ərəfəsindədir.
7. 4. Azərbaycanda müstəqillik illərində xarici ticarətin həcmi, əmtəə və coğrafi strukturunun dinamikası və inkişaf təmayülləri.
Müstəqillik elan edildiyi ilk günlərdən həyata keçirilməyə başlanan tədbirlər ölkənin xarici iqtisadi əlaqələr sahəsində "açıq qapı" siyasətinin yeridildiyini göstərir.
Araşdırmalar göstərir ki, müstəqillik illərində respublikamızın beynəlxalq əlaqələrinin xarakteri, forma və miqyası, xarici ticarət dövriyyəsinin quruluş tərkibi və coğrafi istiqamətləri ciddi dəyişikliklərə məruz qalmışdır. Respublika BMT-nin üzvü və beynəlxalq münasibətlərin müstəqil subyekti kimi dünyanın bütün ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əlaqələr yaradılması üçün ciddi cəhdlər göstərir. Ölkəmiz dünyanın aparıcı və regional təşkilatlarının bərabərhüquqlu üzvü kimi beynəlxalq əmək bölgüsündə öz yerini tutmağa başlamış, beynəlxalq əlaqələrin bütün formalırını müstəqil sürətdə həyata keçirir, ölkənin iqtisadi inkişafı üçün xarici investisiya və kreditlərdən istifadə edir. Xarici ticarət əlaqələrinin yaradılması və qarşılıqlı tənzimlənməsi üçün yaxın və uzaq dövlətlərin çoxu ilə ikitərəfli və çoxtərəfli müqavilələr bağlanıbdır.
7. 3 saylı cədvəldə verilmiş statistika məlumatları və real həyat Azərbaycanın müstəqil xarici iqtisadi, o cümlədən ticarət əlaqələrinin yaranma prosesinin olduqca mürəkkəb şəkildə getdiyini göstərir.
Cədvəl № 7. 3
1992-1996-cı illərdə Azərbaycanın xarici ticarət əlaqələri
(mln. ABŞ doll)*
İllər
|
İdxal
|
İxrac
|
|
Cəmi
|
O cümlədən
|
Cəmi
|
O cümlədən
|
|
Uzaq xaric
|
MDB ölk. ilə
|
Uzaq xaric
|
MDB ölk. ilə
|
1992
|
939, 8
|
332, 5
|
607, 3
|
1483, 9
|
754, 1
|
729, 8
|
1993
|
549, 9
|
241, 0
|
308, 9
|
724, 7
|
351, 0
|
373, 7
|
1994
|
777, 9
|
292, 1
|
485, 8
|
636, 8
|
362, 6
|
274, 2
|
1995
|
667, 6
|
439, 3
|
228, 4
|
547, 4
|
329, 8
|
217, 6
|
1996
|
960, 6
|
620, 8
|
339, 8
|
631, 2
|
341, 1
|
290, 1
|
*Cədvəl Dövlət Statistika Komitəsinin hər il buraxılan illik idxal-ixrac göstəriciləri arasında tərtib edilmişdir.
Cədvəl məlumatları göstərir ki, 1991-ci ildə SSRİ xalq təsərrüfatı kompleksinin, mərkəzdən planlaşdırılan "hazır", "nomenklatura" bazarının dağılması, ənənəvi iqtisadi əlaqələrin qırılması bütün keçmiş sovet respublikaları kimi Azərbaycanda da istehsal və ticarətin iflic vəziyyətinə düşməsinə səbəb oldu. Yalnız bir il - 1992-ci il ərzində ölkəmizin xarici ticarət dövriyyəsi 40% azaldı. Süni sürətdə yaradılmış nəqliyyat blokadası da daxil olmaqla müxtəlif obyektiv və subyektiv amillərin təsiri altında xarici ticarət dövriyyəsi 1995-ci ilə qədər sürətli azalma meyli göstərdi. İxracatın və xüsusən ilkin tələbat malları idxalatının kəskin azalması ölkədə ciddi sosial-iqtisadi böhranı daha da dərinləşdirdi.
Qapalı və birtərəfli inkişaf etmiş iqtisadi struktur "hazır" bazar əlaqələri pozulduqdan sonra və dünya bazarı ilə ilk təmasdan iflasa uğradı və tökülən qanlar hesabına nail olunmuş respublikanın müstəqilliyini də ciddi təhlükə altında qoydu. Əhalinin ilkin tələbatını ödəmək üçün həyati əhəmiyyət kəsb edən ixracat hər il azalaraq 1996-cı ildə 1992-ci ilə nisbətən cəmisi 42, 5% təşkil etmişdi, İdxalat da cəmisi bir il ərzində (1992-ci ilə nisbətən 1993-cü ildə) 40%-dən çox azaldı. Xarici ticarətin ümumi dövriyyəsi isə 1996-cı ildə 1992-ci ilə nisbətən 65, 6% təşkil etmişdir. Əhalinin ən zəruri istehlak mallarına tələbatının nəyin bahasına olursa olsun ödənilməsi zərurəti bütün qüvvələri bu məqsədə yönəltməyə vadar etmişdir. Təsadüfi deyildir ki, 1992-1996-cı illər ərzində ixracat 2,3 dəfə azaldığı halda, idxalat 1996-cı ildə 1992-ci il səviyyəsini ötüb keçmişdir.
Artıq Azərbaycan dünya iqtisadiyyatının qloballaşması və beynəlmiləlləşməsi, BƏB-nün dərinləşməsi şəraitində öz qapılarını beynəlxalq aləmə daha çox açan, xarici ölkələrlə və beynəlxalq təşkilatlarla aktiv iqtisadi, siyasi, elmi-texniki, mədəni və s. əlaqələr (münasibətlər) yaradan bir ölkəyə çevrilmişdir. Bu əlaqələr içərisində xarici ticarət daha önəmli yer tutur. Ölkəmiz dünya ölkələri ilə ikitərəfli və çox tərəfli müqavilələr bağlayaraq, qarşılıqlı faydalı ticarət əlaqələri yaradır, ölkənin inkişafı üçün xarici texnika və texnologiya idxal edir və BƏB-də öz yerini tutmağa ciddi cəhdlər göstərir.
Statistik rəqəmlərə müraciət etdikdə görürük ki, müstəqillik dövründə respublikanın xarici ticarəti mürəkkəb bir şəraitdə formalaşıb inkişaf edir. (bax: cədvəl № 7. 4)
Ona görə də respublikamızın xarici ticarət əlaqələrinin formalaşması və inkişafı müstəqilliyimizin ilk on ili ərzində mürəkkəb və ağrılı bir şəraitdə reallaşırdı. Təsadüfi deyildir ki, ümumi ticarət dövriyyəsi 1991-ci il səviyyəsini yalnız 2000-ci ildə ötüb keçmişdir.
Cədvəl № 7. 4
Dostları ilə paylaş: |