11. 4. Azərbaycan iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətinin artırılması – qlobal iqtisadiyyata inteqrasiyanın aparıcı istiqaməti kimi.
Dünya bazarı ilə iqtisadi inteqrasiya strategiyası müəyyənləşdirilərkən dünyada iqtisadi proseslərin inkişaf təmayüllərinin müasir xüsusiyyətləri diqqətlə öyrənilib nəzərə alınmalıdır. Məlum olduğu kimi elmi-texniki tərəqqi inkişaf edib dərinləşdikcə Qərbdə istehsalın təmərküzləşməsi və mərkəzləşdirilməsi, kapitalın inhisarlaşması öz yüksək həddinə çatmışdır. Dünya iqtisadiyyatı üzərində nəzarət nəhəng Transmilli şirkətlərin əlində cəmlənmişdir. Beynəlxalq iqtisadi əlaqələrdə də onlar həlledici rol oynayırlar. Respublikamızda özəlləşdirmə siyasəti ardıcıl olaraq keçirildiyi bir şəraitdə dünya iqtisadiyyatının göstərilən cəhəti nəzərə alınmaqdadır. Heç kəs üçün sirr deyildir ki, respublikamızda iri kapital yığımının həyata keçmədiyi bir şəraitdə təsərrüfat obyektlərinin həddən artıq "xırdalanması" TMŞ-lərin ölkəmizdə şəriksiz hökmranlığına gətirib çıxara bilər. Ona görə də respublikamızda vaxtilə sahə prinsipi üzrə yaradılmış şirkətlərin özəlləşdirmə prosesində "xırdalanmasına" yol vermək olmaz. Bu baxımdan bankların birləşdirilərək BUS Bankın yaradılması və sonra da kapital banka çevrilməsi, bankların nizamnamə kapitalına tələblərin artrılması tamamilə özünü doğruldur.
Ümumiyyətlə, istər daxili, istərsə də beynəlxalq iqtisadi problemlərin həllində milli kapitalın, milli sahibkarlığın formalaşması və inkişaf etdirilməsi respublikanın strateji məqsədlərindən biri hesab edilir. Yalnız bir tarixi faktı yada salmaq kifayət edər ki, XIX əsrin axırları, XX əsrin əvvəllərində ölkəmizdə tikilən və bu gün Bakının iftixarı olan iqtisadi və digər obyektlərin böyük əksəriyyəti milli kapital tərəfindən həyata keçirilmişdir.
Təsərrüfat həyatının beynəlmiləlləşməsi və respublikamızda ardıcıl olaraq "açıq qapı" siyasətinin həyata keçirilməsi istər xaricdə, istərsə də ölkə daxilində məhsulların yüksək rəqabətqabiliyyətli olmasını tələb edir. Respublika daxilində demək olar ki, artıq bütün məhsul növləri üzrə yerli və əcnəbi məhsullar üzrə yüksək rəqabət gedir. Yerli istehsalçılara istehsalı təşkil etmək və onu inkişaf etdirmək sahəsində tədbirlər sistemi həyata keçirilir. İdxalat tarif və qeyri-tarif tənzimləmələri vasitəsilə daha çox məhdudlaşdırıla bilər. Lakin bu uzun müddət davam edə bilməz və bu tədbirdən beynəlxalq müqavilələrə uyğun olaraq, artıq geniş istifadə etmək mümkün deyildir.
Ona görə də yerli istehsalın dirçəldilməsi üçün emal olunan məhsulların keyfiyyətinin və müvafiq olaraq onların rəqabətqabiliyyətinin yüksəldilməsi ölkə iqtisadiyyatının strateji məqsədlərindəndir. Daxili bazar da, xarici bazar da bunu tələb edir.
Beynəlxalq əmək bölgüsünün üstünlüklərindən səmərəli istifadə etməklə iqtisadi tərəqqinin təmin edilməsi əhəmiyyətli dərəcədə idxal və ixracın strukturundan asılıdır. Məhz bu cəhət ölkəmizin iqtisadi inteqrasiyasının dünya birliyi ilə bərabərhüquqlu və qarşılıqlıfayda prisnipi əsasında aparıldığını və ya onun dünya bazarının xammal əlavəsinə çevrilmiş olub-olmadığını müəyyən edir. 90-cı illərdə olduğu kimi Respublika idxalatının böyük əksəriyyətinin istehlak mallarından, ixracatın isə mineral xammaldan ibarət olması, tamamilə aydındır ki, iqtisadi tərəqqini təmin edə bilməzdi. İxrac potensialının hərtərəfli inkişaf etdirilməsi, onun çoxçeşidliliyinin artırılması, istehsalın hazır məhsul emalına doğru istiqamətləndirilməsi, satışa çıxarılan malların əmtəə görkəminin yaxşılaşdırılması ölkəmizə lazım olan valyuta ehtiyatlarının yaradılması və daha da artırılması üçün həlledici əhəmiyyət kəsb edir. Bu məqsədlə xarici ticarətdə liberallaşma siyasətinin ardıcıl yeridilməsi və təsərrüfat obyektlərinin bilavasitə xaricə çıxmasını təmin edilməsi olduqca əhəmiyyətli tədbirlərdəndir.
Dünya bazarı ilə səmərəli iqtisadi inteqrasiya yalnız iqtisadiyyatın geniş diversifikasiyası ilə mümkündür. Bu məqsədlə, gömrük kredit və valyuta mexanizmindən və digər iqtisadi alətlərdən bacarıqla istifadə edilməsi həyati əhəmiyyət kəsb edir. Ölkənin iqtisadi strukturunun formalaşmasında və xarici iqtisadi əlaqələrinin xarakterində valyuta siyasəti mühüm rol oynayır. Müasir şəraitdə ayrı-ayrı milli iqtisadiyyatlar arasında qarşılıqlı asılılığın artması ilə əlaqədar olaraq, valyuta məzənnəsi milli iqtisadiyyatın inkişafının zahiri təzahürünə çevrilmiş, onun iqtisadi potensialını, əmək məhsuldarlığını müəyyən dərəcədə əks etdirir, istehsala güclü təsir göstərir.
Bu gün Milli Bankın həyata keçirdiyi valyuta siyasəti daxili qiymətlərin rəqabət gücünü və ixracın səmərəliliyini müəyyən dərəcədə azalda bilər. Bu isə ixracat sahələrinə və bütövlükdə qeyri-neft sektorunun inkişafına təsir göstərə bilər, idxalı isə stimullaşdırılaraq genişlənməsinə səbəb ola bilər. Neft gəlirlərinin sürətlə artmağa başlaması milli valyutanın mövqeyini xeyli möhkəmləndirir. Ona görə də Milli Bankın bu sahədə apardıgı tarazlaşdırılmış siyasəti tamamilə özünü dogruldur.
Ölkənin beynəlxalq iqtisadi inkişaf strategiyası qabaqcıl ölkələrin müsbət təcrübəsi və müasir dünyada gedən proseslər nəzərə alınmaqla hazırlanır, qeyri-neft sektorunun inkişafına qayğı göstərilir. Dünyada özünü göstərən geniş qloballaşma proseslərinə Azərbaycanın uğurlu inteqrasiyası və sosial-iqtisadi tərəqqisi yalnız bu yolla təmin oluna bilrər.
Bu gün ölkənin müstəqil sosial-iqtisadi inkişafı gedişi üçün həyati əhəmiyyət kəsb edən və ilk baxışda həlli qeyri-mümkün görünən Azərbaycan iqtisadiyyatının rəqabət gücünün artırılması yolları dövlətin diqqət mərkəzindədir. Nəzərə almaq lazımdır ki, bazar iqtisadiyyatı şəraitində dövlətin rolu bu sahədə azalmır, əksinə daha da yüksəlir və getdikcə mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq rəqabət meydanına təsərrüfat subyektləri - müəssisələr çıxsalar da onların bu sahədə müvəffəqiyyəti bütün digər şərtlər daxilində ölkədə mövcud olan ümumi iqtisadi vəziyyət və o cümlədən ölkə iqtisadiyyatının və müəssisələrin rəqabətqabiliyyətinə mənfi və müsbət təsir edə bilər. Dövlət ölkə iqtisadiyyatının və müəssisələrin rəqabətqabiliyyətinin yüksəldilməsi üçün məqsədyönlü tədbirlər sistemi həyata keçirmədikdə onun bu sahədə rolu mütəxəssislər tərəfindən mənfi xarakterizə edilir. Bu tədbirlər sisteminin mərkəzi xəttini müəssisələr tərəfindən əmək məhsuldarlığının yüksəldilməsi və onların malik olduqları müqayisəli üstünlüklərin möhkəmləndirilməsi, üçün normal işgüzar mühitin yaradılması təşkil edir. Bu məqsədlə müəssisələrin xaricdən yeni texnika və Texnologiya gətirmələri hərtərəfli təşviq edilməlidir. Sovet dövründən qalmış bir ehkama görə, dövlət zəif, səmərəsiz və ziyanla işləyən müəssisələri himayə etməlidir. Bu yanlış bir fikirdir. Getdikcə qloballaşan bazar iqtisadiyyatı tələb edir ki, beynəlxalq bazarda rəqabət apara bilən müəssisələr dövlət tərəfindən dəstəklənsinlər və onlar öz üstünlüklərini daha da möhkəmləndirsinlər. Bu zaman nəzərə almaq lazımdır ki, bu sahədə dövlət himayəçiliyi çoxlarının düşündüyü kimi heç də həmin müəssisələrə dotasiya verilməsi demək deyildir. Bu himayəçilik rəqabətqabiliyyətli müəssisələrin az məsrəf sərf etməklə, yüksək keyfiyyətli məhsul istehsal etmələri üçün əlverişli şərait yaradılmasından ibarətdir.
Dünya təcrübəsi əyani şəkildə göstərir ki, dövlətlərin çoxu rəqabət qabiliyyətini ilk mərhələdə beynəlxalq bazarda deyil, daxili bazarda yüksəltməyə çalışırlar.
Artıq bütün mütəxəssislər arasında belə bir fikir hakimdir: rəqabət mübarizəsində o ölkələr qalib çıxırlar ki, onlarda daxili tələb xarici firmaların deyil, ilk növbədə yerli firmaların məhsuluna əsaslanır. Yerli müəssisələrin xaricdə davam gətirə bilən məhsullar istehsal edə bilməsində ilk mühüm şərt onların əvvəlcə ölkə daxilində rəqabətə dözə bilməsi, normal rəqabət mübarizəsi şəraitində daxili tələbatın ödənilməsində mühüm rol oynamağa başlamışdır. Bu işçi qüvvəsinə də aiddir. Halbuki, yüksək ixtisaslı hesab etdiyimiz işçi qüvvəsi bəzən daxili bazarda xarici işçilərlə rəqabətə davam gətirə bilmirlər. Xarici firmaların özləri ilə çoxsaylı işçilər gətirmələrini müəyyən dərəcədə məhz bu amil ilə də izah etmək olar.
Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətinin yüksəldilməsində mühüm strateji istiqamət daxili tələbatın ödənilməsi üçün idxalı əvəzetmə siyasətinin yeridilməsidir. Bu siyasət ölkənin keçmişdə olduğu kimi qapalı xarakterinin artırılmasına deyil, istehlak mallarının idxalına yönəldilən valyuta ehtiyatlarına qənaət olunmasına, qənaət olunan valyutanın texnologiya idxalına və hətta həmin texnologiyanın istehsalının respublikada təşkil olunması məqsədlərinə tabe edilməsi çox vacibdir. Bu siyasət ölkənin ixracat potensialının artırılması üzrə strateji istiqamətin həyata keçirilməsində mühüm rol oynaya bilər. Uzunmüddətli və mürəkkəb proses olan beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsinə müxtəlif ölkələr müxtəlif müddətdə, fərqli vasitə və üsullar ilə nail olurlar. Lakin dünya təcrübəsi göstərir ki, onlar bu məqsədə nail olmaq üçün bir qayda olaraq dörd ardıcıl mərhələdən keçirlər. Bu mərhələlərin hərəkətverici qüvvələri, yaxud ayrı-ayrı dövrlərdə onun inkişafının müəyyənedici amilləri aşağıdakılardır: istehsal amilləri, investisiyalar, yeniliklər və sərvət.
Azərbaycan iqtisadiyyatı beynəlxalq rəqabət mübarizəsində öz üstünlüyünü mövcud olan bol istehsal amillərindən intensiv və səmərəli istifadə olunması, onlardan əldə edilən maliyyə mənbələrini texnaloji inkişafa yönəltmək yolu ilə təmin edir. Bu sahədə bütün qüvvələr Azərbaycana təbiətin bəxş etdiyi zəngin təbii sərvətlərdən və ucuz işçi qüvvəsindən ağılla istifadə edilməsinə, müxtəlif kənd təsərrüfatı məhsullarının becərilməsi üçün daha əlverişli şəraitin yaradılmasına yönəldilmişdir. İlk növbədə daxili tələbatın ödənilməsi üçün bu sahələrdə qısa müddət ərzində əhəmiyyətli naliyyətlər əldə etmək mümkündür. Hazırkı mərhələdə resurs amillərindən innovasiya amillərinə keçilməsi məsələsi tam kəskinliklə qarşıya qoyulmuşdur.
Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyəti qısa tarixi dövr ərzində əhəmiyyətli dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar da buna böyük əhəmiyyət verirlər.
Məlum olduğu kimi dünya ölkələrinin iqtisadi göstəricilərinin qiymətləndirilməsində “Ümumdünya İqtisadi Forumunun” (ÜİF) hazırladığı hesabatlar xüsusi yer tutur. Otuz ilə yaxındır ki, ÜİF dövlətlərin rəqabətə davamlılıq səviyyəsini öyrənməkdədir. 1979-cu ildən etibarən hazırlanan “Qlobal Rəqabət Hesabatları”nda dövlətlərin iqtisadiyyatlarının davamlı inkişafını və uzunmüddətli çiçəklənməsini şərtləndirən faktorlar araşdırılır. 2004-cü ildə dövlətlərin rəqabətə davamlılığının ölçülməsi üçün təkmil göstəricilər toplusu yaradılıb və Qlobal Rəqabət indeksi kimi ÜİF-ə təqdim edilib.
Məlumat üçün bildirək ki, dövlətlərin rəqabətə davamlılığı - “Qlobal Rəqabət indexsi” 12 əsas üzrə müəyyənləşdirilir. Burada təhsil və təlim, insan kapitalı, texniki-tərəqqi, makroiqtisadi sabitlik, səmərəli idarəetmə, qanunun aliliyi, şəffaf və təkmil işləyən qurumlar, korrupsiyanın azlığı, bazara yönümlülük, şirkətlərin təkmilləşdirilməsi, tələbat, bazarın həcmi və bir çox başqa istiqamətlər əsas götürülür.
ÜİF-nin Qlobal Rəqabət İndeksi 2006-2007-ci illərdə Azərbaycanda bütün istiqamətlər üzrə güclü inkişaf müşahidə olunduğunu, ölkənin nəhəng sıçrayışla dünya ölkələri arasında layiqli yer tutduğunu göstərir.
Birinci əsas kimi institusional qurumlar nəzərə alınır.
Bu istiqamət hökumətin, hüquqi şəxslərin fəaliyyəti, onların əldə etdiyi gəlir və ölkənin inkişafında rolu qiymətləndirilir. İnstitusional əsasın rəqabətə davamlılığının artrılmasına və inkişafa böyük təsiri var. Gəlirlərin paylaşdırılması, inkişaf strategiyasının və siyasətinin icrası, həmçinin sərmayə qoyuluşu, istehsalın təşkilində institusional əsas mühüm rol oynayır. Aşağıdakı cədvəl göstərir ki, Azərbaycan institusional əsas üzrə dünya ölkələri arasında 74-ci yer tutur və MDB məkanında liderdir.
Ölkələr
|
Sıra
|
Xal
|
Azərbaycan
|
74
|
3. 58
|
Ermənistan
|
86
|
3. 35
|
Gürcüstan
|
84
|
3. 36
|
Qırğızıstan
|
119
|
2. 74
|
Rusiya
|
112
|
2. 95
|
Tacikistan
|
78
|
2. 43
|
Ukrayna
|
97
|
3. 14
|
Hesabatda infrastrukturun yeniləşdirilməsi, inkişafı mühüm amil kimi nəzərə alınmışdır. İnfrastrukturun mövcudluğu iqtisadiyyatın səmərəliliyi üçün son dərəcə əhəmiyyətlidir. Yüksək səviyyəli infrastruktur bölgələrin inteqrasiyasını gücləndirir, bir neçə regionun və ya bir ölkənin bazarlarının digər ölkələrin bazarı ilə inteqrasiyasına güclü təkan verir. Bu istiqamət üzrə Azərbaycan dünya ölkələri arasında 60-cı yer tutur və MDB məkanında birincidir.
Ölkələr
|
Sıra
|
xal
|
Azərbaycan
|
60
|
3. 49
|
Ermənistan
|
87
|
2. 68
|
Gürcüstan
|
91
|
2. 56
|
Qazaxıstan
|
67
|
3. 19
|
Qırğızıstan
|
107
|
2. 20
|
Rusiya
|
66
|
3. 27
|
Tacikistan
|
93
|
2. 48
|
Ukrayna
|
71
|
3. 13
|
Makroiqtisadi mühütün sabitliyi sahibkarlıq üçün çox vacibdir və ümumilikdə ölkənin rəqabətə davamlılığı üçün mühüm əhəmiyyət kəsb edir. Bu göstərici üzrə Azərbaycan dünya ölkələri arasında 45-ci yer tutaraq, əksər MDB ölkələrini geridə qoyub:
Ölkələr
|
sıra
|
xal
|
Azərbaycan
|
45
|
5. 23
|
Ermənistan
|
66
|
4. 89
|
Gürcüstan
|
98
|
4. 31
|
Qırğızıstan
|
116
|
3. 47
|
Ukrayna
|
80
|
4. 66
|
Dördüncü əsas sağlamlıq və ibtidai təhsildir. Sağlam işçi qüvvəsi ölkənin rəqabətə davamlılığı və səmərəliliyi üçün vacibdir. Sağlamlığı zəif olan işçi bütün potensialı ilə işləyə bilmir və daha az produktivdir. Bu göstəriciyə görə Azərbaycan dünya ölkələri arasında 95-ci yeri tutur. Lakin nəzərə alsaq ki, son illər bu sahəyə diqqət gücləndirilib və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlanıb, yaxın gələcəkdə vəziyyətin dəyişəcəyi şübhəsizdir.
Ali təhsil və təlim beşinci əsas kimi götürülür. Məlumdur ki, istehsal prosesinin və istehsal məhsulunun keyfiyyətini artırmaq istəyən iqtisadiyyat üçün mükəmməl yüksək ixtisaslı kadrlar çox vacibdir. Xüsusilə müasir qloballaşan iqtisadiyyat hər an dəyişən mühütə uyğunlaşa bilmək qabiliyyətinə malik, yüksək təhsil almış işçi resursunun olmasını tələb edir. Bu göstəriciyə görə Azərbaycan dünya ölkələri arasında 79-cu, MDB məkanında isə 4-cü sıradadır.
Azərbaycanın boloniya sisteminə qoşulması və dövlət başçısının həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində bu sahədə geniş perspektivlər açılır.
İşçi bazarının effektivliyi (produktuvliyi) və çevikliyi yeddinci əsas kimi işçilərin iqtisadi prosesdə maksimum dərəcədə “istifadə” olunmasını təmin edir. Produktiv iqtisadiyyatı olan ölkədə işçilər düzgün şəkildə yerləşdirilir və lazımı stimullarla həvəsləndirilir ki, öz işlərində daha çox səy göstərsinlər. Bu göstəriciyə görə Azərbaycan dünya ölkələri arasında 38-cidir.
Ölkələr
|
Sıra
|
Xal
|
Azərbaycan
|
38
|
4. 47
|
Gürcüstan
|
57
|
4. 25
|
Qazaxıstan
|
78
|
4. 04
|
Qırğızıstan
|
55
|
4. 26
|
Rusiya
|
40
|
4. 44
|
Tacikistan
|
69
|
4. 12
|
Ukrayna
|
62
|
4. 21
|
Onu da qeyd etmək lazımdır ki, bu gün ölkədə effektiv maliyyə sektoru mövcuddur. Təbii ki, bu da maliyyə bazarının genişlənməsi, uğurlu büdcə siyasəti ilə bağlıdır. Belə halda vətəndaşlar maddi resurslardan səmərəli istifadə edə bilərlər. Bu zaman maddi resurslar siyasi məqsədlərdən çox, iş adamlarının əlində cəmləşdirilir, ya da sərmayə layihələrinə istiqamətləndirilir. Bu göstəriciyə görə Azərbaycan Rəqabət İndeksinə görə dünya ölkələri arasında 72-cidir.
Ölkələr
|
Sıra
|
Xal
|
Azərbaycan
|
72
|
3. 94
|
Ermənistan
|
102
|
3. 36
|
Gürcüstan
|
83
|
3. 72
|
Qazaxıstan
|
53
|
4. 33
|
Qırğızıstan
|
108
|
3. 30
|
Rusiya
|
98
|
3. 47
|
Tacikistan
|
118
|
3. 05
|
Ukrayna
|
63
|
4. 11
|
Texniki hazırlıq əsası iqtisadiyyatın produktivliyini artırmaq üçün yeni Texnologiyaları tez qavramaq qabiliyyətini qiymətləndirir. Bu çox mühüm istiqamətdir, çünki bu sahədə olan fərqlər ölkələr arasında produktivliyin müxtəlifliyinin göstricisidir. Bu göstəriciyə görə Azərbaycan dünya ölkələri arasında 78-cidir.
Ölkələr
|
Sıra
|
Xal
|
Azərbaycan
|
78
|
2. 69
|
Ermənistan
|
89
|
2. 50
|
Gürcüstan
|
104
|
2. 33
|
Qırğızıstan
|
120
|
1. 97
|
Tacikistan
|
105
|
2. 33
|
Ukrayna
|
86
|
2. 53
|
Bazarın həcmi istehsalın gücünə təsir göstərir, çünki geniş bazarlarda şirkətlər iqtisadiyyatın maksimum imkanlarından istifadə edir. Ənənəvi olaraq, şirkətlərin fəaliyyət göstərdiyi bazarlar onların yerləşdiyi ölkələrin sərhədləri ilə məhdudlaşırdı. Qloballaşma dövründə beynəlxalq bazarlar daxili bazarların əvəzləyicisi rolunu oynamağa başlayıb, bu xüsusilə kiçik ölkələrə daha çox aiddir. Bu göstəriciyə görə Azərbaycan dünya ölkələri arasında 65-ci sıradadır.
Ölkələr
|
Sıra
|
Xal
|
Azərbaycan
|
65
|
3. 76
|
Ermənistan
|
101
|
2. 93
|
Gürcüstan
|
94
|
3. 09
|
Qırğızıstan
|
106
|
2. 83
|
Tacikistan
|
105
|
2. 84
|
Dostları ilə paylaş: |