Azərbaycan Respublikasında xarici ticarət dövriyyəsinin dinamikası:
1992-2007-ci illər* (mln. ABŞ doll. )
|
İLLƏR
|
1992
|
1995
|
2000
|
2005
|
2006
|
2007
|
1. Xarici tic. Dövriyyəsi
|
2423, 8
|
1304, 9
|
2971, 3
|
8558, 8
|
11639, 8
|
11766, 9
|
İxracat
|
1483, 9
|
637, 2
|
1745, 2
|
4347, 1
|
6372, 2
|
6058, 3
|
Xüsusi çəkisi (faizlə)
|
61
|
49
|
59
|
50, 7
|
54, 7
|
51,1
|
İdxalat
|
939, 9
|
667, 7
|
1172, 0
|
4211, 3
|
5267, 6
|
5708, 6
|
2. Saldo (+, -)
|
545
|
-31
|
+573, 2
|
135
|
1105, 2
|
349, 7
|
3. Adambaşına xarici tic. dövr. cəmi
|
336
|
171
|
367
|
972
|
1379, 7
|
13635, 1
|
İxracat
|
206
|
83
|
216
|
493
|
755
|
702
|
İdxalat
|
130
|
88
|
139
|
478
|
624
|
661
|
*[32, 1997 - 2002, s. 9-10; 2001-2005, s. 7-10 241, s. 10; 149, s. 191; 44, 2007, s. 549]
Cədvəl 7. 5
2007-ci ildə xarici ticarətin ümumi həcm indeksi*
|
1992=100
|
1995=100
|
2000=100
|
Xarici ticarətin ümumi dövriyyəsi
|
480
|
892
|
392
|
İxracat
|
429
|
1000
|
365
|
İdxalat
|
560
|
789
|
449
|
Saldo
|
209
|
356
|
192
|
Adambaşına xarici ticarət cəmi
|
410
|
806
|
375
|
İxracat
|
366
|
909
|
349
|
İdxalat
|
480
|
709
|
448
|
* Cədvəl № 7. 2 məlumatları əsasında hesablanmışdır.
Lakin qeyd edildiyi kimi Azərbaycanın müstəqillik illərində xarici ticarətinin vəziyyətinə ən sarsıdıcı zərbə ənənəvi iqtisadi əlaqələrin dağılması ilə, ilk bir il - 1992-ci il ərzində dəymişdi. Sonralar isə 1995-ci ilə qədər azalma meyli davam etsə də onun sürəti az olmuş və 1995-ci ildən sonra isə davamlı olaraq artmaqda davam edir. (bax: cədvəl № 7. 5. ) 1992-ci ili 100 götürdükdə 2007-ci ildə xarici ticarət dövriyyəsi 480% bəndi, ixracat 429, idxalat isə 560 bənd olmuşdur. 2000-ci ilə nisbətən isə həmin rəqəmlər 2006-ci ildə müvafiq olaraq aşağıdakı kimi olmuşdur:392, 365 və 449% bəndi.
Makroiqtisadi təhlil nöqteyi nəzərindən xarici ticarət göstəricilərinin respublikanın ÜDM-u və ya milli gəliri ilə müqayisə edilməsi böyük əhəmiyyət kəsb edir. Çünki bu göstəricilər arasında birbaşa və sıx əlaqə mövcuddur.
Azərbaycan Respublikasının xarici ticarətinin ÜDM-a nisbəti (%-lə)*
İLLƏR
|
Xarici ticarətin ümumi həcmi mln. $
|
ÜDM mln. $
|
Xarici ticarətin ÜDM-a nisbəti
%-lə
|
1995
|
1304, 9
|
2415
|
54
|
2000
|
2917, 3
|
5273
|
55
|
2001
|
3749, 3
|
5707, 7
|
66
|
2002
|
3832, 9
|
6236
|
61
|
2003
|
5216, 6
|
7276
|
72
|
2004
|
7131, 4
|
8680
|
82
|
2005
|
8558, 4
|
13238
|
64
|
2006
|
11639, 8
|
20189
|
58, 7
|
2007
|
11766, 9
|
29399, 9
|
40, 0
|
*DSK-nın 1992-2007-cü il statistik məlumatlarına əsasən tərtib olunmuşdur.
[Bax: habelə 149 s. 495. ]
2007-ci il ərzində respublikanın rezident və qeyri-rezidentləri tərəfindən 137 ölkə ilə aparılmış xaric ticarət əməliyyatlarının həcmi 11, 8 milyard ABŞ dolları olmuşdur. Bu müddət ərzində 6, 1 milyard ABŞ dolları məbləğində 2454 adda mal ixrac, 5, 7 milyard ABŞ dolları dəyərində 6755 adda mal idxal olunmuş, ixrac-idxal əməliyyatları üzrə müsbət saldo 349, 7 milyon ABŞ dolları təşkil etmişdir. 2006-ci ilə nisbətən 2007-ci ildə ixracın həcmi 4, 9% (313, 9 milyon ABŞ dolları) azalmış, idxalın həcmi isə 8, 4% (440, 9 milyon ABŞ dolları) artmışdır.
Xarici ticarətin inkişafının dinamikasının və meyllərinin kompleks tədqiqində idxal-ixrac əməliyyatlarının coğrafi strukturunun araşdırılması xüsusi maraq doğurur. Xarici ticarətin, xüsusilə ixracın coğrafiyasına əsasən xarici ticarət əlaqələrinin prioritet (üstün) istiqamətləri, dövlətin digər ölkələrlə siyasi-iqtisadi münasibətləri və xarici iqtisadi siyasəti haqqında mülahizə irəli sürmək mümkün olur.
Müstəqilliyimizin elə ilk illərindən başlayaraq Azərbaycanın xarici ticarət əlaqələrinin ənənəvi coğrafiyasında dərin dəyişikliklər baş verdi. Ölkənin xarici ticarət əlaqələrinin istiqaməti dərin böhrana məruz qalmış ənənəvi ticarət-iqtisadi partnyorlardan, yeni xarici bazarlara - yaxın xaricdən uzaq xarici ölkələrə yönəldi. Bu proses Qərb dövlətləri ilə inteqrasiyanın Azərbaycanın xarici iqtisadi əlaqələrində dönməz və prioritet xarakter daşıdığının təzahürüdür. (bax: əlavə 4).
Uzaq xarici ölkələrin Azərbaycanın idxalında xüsusi çəkisi 1992-ci ildə 35%-dən 2000-ci ildə 63%-ə qədər artmı və 2007-ci ildə 67% olmuşdur. İxracda isə müvafiq olaraq 51%-dən 2007-ci ildə 82%-ə qədər yüksəlmişdir. Bu rəqəmlər uzaq xarici ölkələrin respublikamızın idxal-ixrac əməliyyatlarında xüsusi çəkisinin yüksək səviyyədə sabitləşdiyini və Azərbaycanın 90-cı illərdə xarici ticarətinin inkişafının xarakterik meylini nümayiş etdirir.
Əgər 1991-ci ildə Azərbaycanın dünyanın təqribən 60-dan çox ölkəsi ilə ticarət əlaqələri mövcud idisə, 2007-ci ildə bu rəqəm 137-ə çatmışdır. Bunlardan 127-i uzaq xarici ölkələr, 10-u isə MDB üzvü olan dövlətlərdir. Əlavə 5-dən göründüyü kimi, Azərbaycanın dünya ölkələri ilə ticarət əlaqələrində 1991-ci illə müqayisədə 2007-ci ildə ciddi fərqlər vardır. Belə ki, 1991-ci ildə Azərbaycanın xarici ticarətində əsas yeri tutan Rusiyanın idxalda payı 52, 7%, ixracda 59, 3%-dən 2007-ci ildə 17, 6%-ə və 8, 7%-ə düşmüşdür. Müvafiq olaraq Ukraynanın idxalda payı 26, 6% (4386 min$), ixracda 13% (2635 min$) təşkil edirdisə, 2007-ci ildə bu ölkənin Azərbaycanın idxal və ixracında xüsusi çəkisi kəskin şəkildə azalaraq 8, 2 və 0, 6% təşkil etmişdir.
Respublikanın idxal və ixracında son illər AB üzvü olan ölkələrin payı xeyli artmışdır . 2007-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin 45, 3%-i bu ölkələrin payına düşmüşdür. Burada əsas amil yeni neft yataqlarının işlənməsi ilə əlaqədar neft və neft məhsullarının ixracı və neft avadanlıqlarının idxalıdır. Əlavə 5 məlumatlarından göründüyü kimi ölkənin əsas ixrac bazarı Türkiyə, İtaliya və Rusiyadır. İdxalda isə ən yüksək xüsusi çəki Rusiya, Türkiyə, Ukrayna və Almaniyaya məxsusdur.
Açıq iqtisadi inkişaf modelini dinamik şəkildə inkişaf etdirən Azərbaycan Respublikası Avropaya inteqrasiya etmək üçün AB ilə ticarət-iqtisadi əlaqələrini genişləndirməyə çalışır.
Məlum olduğu kimi Azərbaycanın AB ilə yalnız az miqdarda ticarət və turizm əlaqələri mövcud idi. Məlumat üçün göstərmək lazımdır ki, 1991-ci ildə Azərbaycanın ticarət dövriyyəsində AB ölkələrinin payı cəmisi 0, 8% təşkil edirdi. Sonrakı illərdə Azərbaycanın AB ölkələri ticarət-iqtisadi əlaqələri dinamik şəkildə inkişaf etməyə başladı. Məlum olduğu kimi, AB-nin Ümumi xarici siyasət və Təhlükəsizlik siyasəti çərçivəsində xarici iqtisadi və xarici siyasi prioritetlərindən biri Avropada regional əməkdaşlığın genişləndirilməsidir. AB ölkələri keçmiş SSRİ-nin ərazisində yaranmış müstəqil dövlətlər ilə də əməkdaşlığı hərtərəfli genişləndirməyə çalışırlar. Regional əməkdaşlığı Şərqə doğru genişləndirmək və «sabitlik və çiçəklənmə zonası» yaratmaq məqsədilə AB 1996-cı ilin aprel ayında Cənubi Qafqaz və Orta Asiya ölkələrinin çoxu ilə Tərəfdaşlıq və Əməkdaşlıq haqqında saziş imzaladı. Azərbaycanla belə bir saziş 22 aprel 1996-cı ildə Lüksenburqda imzalandı. Həmin saziş ilə razılaşdırılmışdır ki, Əməkdaşlığın əsas istiqamətlərini müəyyən etmək üçün hər il Əməkdaşlıq Şurası çərçivəsində görüşlər keçirilsin. Habelə ticarət və iqtisadi əməkdaşlıq yarımkomitəsi yaradılmışdır.
Azərbaycanın AB ölkələri ilə ticarət dövriyyəsi illər üzrə aşağıdakı rəqəmlərlə xarakterizə edilir (mln. ABŞ dolları). 1991- 3, 7, 1992- 326, 3, 1993- 105, 9, 1994-163, 3, 1996-178, 2, 1996-194, 7, 1997-189, 9, 1998-366, 4, 1999-613, 5, 2000 - 1280, 8, 2001- 1862, 6, 2002-1856, 9, 2005-3277, 2006-5267, 6, 2007-3347, 5 mln dollar.
Bu ölkələrdən Azərbaycana əsasən neft sektoru üçün mallar (avadanlıq, metal məmulatları və neft sektoru üçün yardımçı konstruksiyalar) və digər avadanlıq və maşınlar idxal edilir.
Əlavə 6-7 məlumatlarından aydın olur ki, Azərbaycanın xarici ticarət dövriyyəsində regional iqtisadi inteqrasiya birlikləri arasında Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatı (QDİƏT) üçüncü yerdə durur. 2007-ci ildə Azərbaycan idxalatının 38, 3%-i, ixracatın isə 20, 8%-i həmin Birliyə daxil olan ölkələrlə aparılmışdır.
Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Türkiyə Respublikasının təşəbbüsü ilə 1992-ci ilin iyun ayında yaradılmışdır. Təşkilatın 11 üzvü vardır: Azərbaycan Respublikası, Albaniya Respublikası, Ermənistan Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan Respublikası, Yunanıstan Respublikası, Moldova Respublikası, Rumıniya Respublikası, Rusiya Federasiyası, Türkiyə Respublikası və Ukrayna Respublikası. QİƏT hal-hazırda özünün formalaşma mərhələsindədir.
Azərbaycanın xarici ticarət-iqtisadi əlaqələrində ənənəvi olaraq Müstəqil Dövlətlər Birliyi (MDB) özünəməxsus yer tutur.
Müxtəlif millətləri zorakı siyasi, hərbi və iqtisadi metodlarla özündə birləşdirən Sovet imperiyası özünün mərkəzi planlaşdırma və İnzibati-amirlik sistemi ilə birlikdə tarix səhnəsindən silindi. Süni şəkildə yaradılmış "ümumiittifaq xalq təsərrüfatı kompleksi" siyasi zəncirlər parçalandıqdan sonra alt-üst oldu. Sovet məkanında yaradılmış respublikalar arasında təsərrüfat əlaqələri iflic vəziyyətinə düşdü. Həmin məkanda yaşayan xalqların imperiya dağıldıqdan sonra düçar olduqları iqtisadi və sosial fəlakətlərin əsas səbəblərindən biri də məhz öz aralarında birtərəfli formalaşmış təsərrüfat əlaqələrinin pozulmasıdır. Keçmiş müttəfiq respublikaların (Pribaltikadan başqa) nisbətən başqa şərtlərlə yenidən birləşdirilməsi üçün 1991-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında razılığa gəlinmişdir. Azərbaycan yalnız 1993-cü ildə həmin birliyə daxil oldu. (bax əlavə 6-7)
14 sentyabr 1995-ci ildə Rusiya Prezidentinin Fərmanı ilə Rusiyanın MDB üzvləri ilə əlaqələri sahəsində strateji kurs müəyyən edilmişdir. 1996-cı ildə bu əməkdaşlıq Rusiya xarici siyasətinin üstün sahəsi elan edilmişdir.
MDB ölkələri arasında iqtisadi inteqrasiyanın əsas həyata keçirilmə mexanizmindən biri gömrük ittifaqının yaradılması hesab edilir. Bu ittifaqın əsasını 1995-ci ilin yanvarında Belarusiya və Qazaxıstanla bağladığı müqavilə təşkil edir. Gömrük birliyi vahid gömrük sərhədi və vahid gömrük əhalisinin yaradılmasını nəzərdə tutduğu üçün Azərbaycan, Ukrayna, Moldova və Gürcüstan gömrük ittifaqına daxil olmamışlar.
MDB daxilində gömrük ittifaqı ilə yanaşı istehsal, elm və texnika sahəsində inteqrasiyaya da mühüm əhəmiyyət verilir. Hazırkı mərhələdə MDB ölkələri arasında istehsal sahəsində inteqrasiyanın əsas istiqamətlərindən biri enerji ilə təchizat məsələsidir. Çünki SSRİ dövründə mövcud olan vahid energetika sisteminin dağılması istehsal prosesinə dağıdıcı təsir göstərmişdir.
İqtisadi inteqrasiyanın dərinləşməsi üçün dövlətlərarası maliyyə-sənaye qruplarının yaradılması da diqqət mərkəzindədir. Vahid elmi-texnoloji məkan yaradılmasına, təsərrüfat subyektləri arasında birbaşa əlaqələrə və mikrosəviyyədə inteqrasiyaya da əhəmiyyət verilir.
Həqiqətən MDB ölkələrinin müasir anlayışlara uyğun olaraq iqtisadi inteqrasiyası üçün obyektiv əsaslar vardır. Onların coğrafi yaxınlığı, 70 il ərzində onlar arasında əmək bölgüsünün dərinləşməsi, iqtisadiyyatlarının bir-birini tamamlaması, bir-birindən asılı vəziyyətdə olması orada zəngin olan təbii və işçi qüvvəsi ehtiyatlarından, bütün iqtisadi potensialdan daha səmərəli istifadə olunması üçün geniş imkan yaradır.
Azərbaycan Respublikası MDB ölkələri ilə çoxtərəfli və ikitərəfli səviyyədə bütün sahələrdə əməkdaşlıq edir, onlarla 350-yə yaxın dövlətlərarası, hökumətlərarası və idarələrarası müqavilə, saziş və digər ikitərəfli sənədlər imzalanmışdır. Bunlardan 100-dən artığı ölkələr arasında ticarət-iqtisadi əlaqələri tənzimləyir. MDB ölkələrinin yeddisi ilə sərbəst ticarət haqqında ikitərəfli Sazişlər imzalanmışdır. Azərbaycan Respublikasından dörd MDB ölkəsinə (Rusiya Federasiyası, Gürcüstan Respublikası, Qazaxıstan Respublikası və Ukrayna) məhsulların idxalından rüsum tutulmur.
MDB dövlətləri arasında iqtisadi səmərəli əməkdaşlıq mexanizminin yaradıla bilməməsi və hər bir sıra digər siyasi və iqtisadi amillərlə əlaqədar olaraq, həmin dövlətlərin Azərbaycanın xarici ticarətində payının getdikcə azalması ilə nəticələnmişdir. Belə ki, onların xüsusi çəkisi Azərbaycanın əmtəə dövriyyəsində 1993-cü ildə 50%-dən 1998-ci ildə 37, 8%-ə, 2002-ci ildə isə 31, 1%-ə və 2007-cı ildə isə 25, 5%-ə qədər azalmışdır. Azərbaycan Respublikasının 2007-ci ildə MDB ölkələri ilə 3003, 4 mln. ABŞ dolları məbləğində xarici ticarət dövriyyəsi olmuşdur. Bundan 1901, 1 mln. ABŞ dollarını idxal, 1102, 4 mln ABŞ dollarını isə ixrac təşkil edir.
Azərbaycanın xarici ticarət-iqtisadi əlaqələrində GUAM amili bir növ MDB-yə alternativ kimi getdikcə mühüm rol oynamağa başlamışdır. ABŞ və AB ölkələrinin Azərbaycanda və onun yerləşdiyi olduqca vacib geosiyasi məkanda maraqlarının reallaşdırılması işində bu təşkilata xüsusi əhəmiyyət verilir.
2007-ci ildə xarici ticarət dövriyyəsi üzrə əməliyyatlarının 14, 3%-i Türkiyə, 13, 0%-i Rusiya, 9, 2%-i İtaliya, 4, 6%-i İran, 4, 2%-i ABŞ, 4, 2%-i Ukrayna, 4, 2%-i Almaniya, 3, 5%-i Birləşmiş Krallıq, 3, 5%-i Gürcüstan, 3, 1%- i Fransa, 3, 4%-i İndoneziya, 3, 4%-i İsrail, 3, 0%-i Qazaxıstan, 2, 5%-i Yaponiya, 2, 5%-i Çin, 1, 8%-i Hindistan, 19, 6%-i isə dünyanın digər ölkələri ilə həyata keçirilmişdir.
Mal mübadiləsinin 78, 3%-i, o cümlədən idxalın 74, 1%-i, ixracın 82, 2%-i sərbəst dönərli valyuta sövdələşmələri yolu ilə həyata keçirilmişdir.
İdxal əməliyyatlarının 17, 6%-i Rusiya, 10, 9%-i Türkiyə, 8, 2%-i Ukrayna, 8, 3%-i Almaniya, 7, 2%-i Birləşmiş Krallıq, 5, 2%-i Yaponiya, 4, 9%-i Çin, 4, 7%-i ABŞ, 3, 9%-i Qazaxıstan, 2, 7%-i Finlandiya, 2, 5%-i İtaliya, 2, 2%-i Braziliya, 1, 8%-i İran, 1, 8%-i Fransa dövlətləri ilə, qalan 18, 1%-i digər ölkələrlə aparılmışdır.
2007-ci ildə xarici ticarət dövriyyəsində AB, MDB və
digər ölkələrin payı
2007-ci ildə xarici ticarətlə 4020 hüquqi və 10160 fiziki şəxs məşğul olmuşdur. İxrac əməliyyatlarında dövlət sektorunun payı 4698, 7 milyon ABŞ dolları (77, 6%), özəl sektorun payı 1231, 4 milyon ABŞ dolları (20, 3%), fiziki şəxslərin payı isə 128, 2 milyon ABŞ dolları ( 2, 1%) olmuşdur. İdxal əməliyyatlarında dövlət sektorunun payı 1426, 7 milyon ABŞ dolları (25, 0%), özəl sektorun payı 3943, 3 milyon ABŞ dolları (69, 1%), fiziki şəxslərin payı isə 338, 6 milyon ABŞ dollarıdır (5, 9%).
2007-ci ildə Azərbaycan Respublikasının idxalında xüsusi çəkisi çox olan dövlətlər (milyon ABŞ dolları ilə)
2007-ci ildə Azərbaycan Respublikasının ixracında xüsusi çəkisi çox olan dövlətlər (milyon ABŞ dolları ilə)
Xarici ticarətin əmtəə strukturunun təhlili olduqca mühüm əhəmiyyət kəsb edir. Belə ki, strukturun təhlili zamanı iqtisadiyyatın daha çox inkişaf etmiş sahələri aşkar edilir, həmin sahənin məhsullarının rəqabət qabiliyyəti nöqteyi-nəzərindən dünya bazarına çıxarılmasının potensial imkanları və üstünlüklərinə real qiymət verilir, xarici ticarət nəzərə alınaraq iqtisadiyyatın inkişafının prioritet istiqamətləri müəyyənləşdirilir. İxrac və idxalın strukturunun dinamikasında iqtisadiyyatdakı mənfi və müsbət meyllər öz əksini tapır.
Azərbaycanın xarici ticarətinin əmtəə strukturu təhlili göstərir ki, ölkəmizin xarici ticarətinin quruluş tərkibi müstəqilliyin ilk illərində mürəkkəb bir şəraitdə formalaşmışdır.
Hər şeydən əvvəl diqqəti belə bir cəhət cəlb edir ki, Azərbaycanın xarici ticarəti başlıca olaraq sənaye məhsulları ilə təmsil olunmuşdur.
Milli gəlirin hissəsinin yaradıldığı kənd təsərrüfatı isə öz qapalı xarakterini müəyyən qədər davam etdirir. Respublikamızın malik olduğu təbii üstünlüyə uyğun olaraq neft və neft məhsulları ixracatın aparıcı sahəsinə çevrilmişdir. Ölkəmiz beynəlxalq əmək bölgüsündə bu sahədə öz yerini tapmağa başlamışdır. Emal olunmaq üçün gətirilən neftin miqdarı ciddi sürətdə azaldığı halda (digər mineral məhsullarla birlikdə) neft və neft məhsullarının ixracı 1996-cı ildə cəmi ixracatın 66, 7%-nə qədər yüksəlmişdir. Ölkəmiz beynəlxalq əmək bölgüsündə bu sahədə özünün müvafiq yerini tutmağa başlamışdır.
Beynəlxalq Standart Ticarət Təsnifatı (BSTT) üzrə Azərbaycanda ixracatın strukturu əlavə 7 məlumatlarında əks olunmuşdur. Statistik göstəricilərin təhlilindən məlum olur ki, 2007-ci ildə ixracın strukturu: xam neft və neft məhsulları -80, 6%, meyvə və tərəvəz-2, 7%, kimya sənaye məhsulları -1, 5%, alüminium və ondan hazırlanan məmulatlar -1, 5%, bitki və heyvan mənşəli yağlar-1, 4%, qara metallar və onlardan hazırlanan məmulatlar-1, 3%. Qalan əmtəələrin payına isə 11, 0% düşür.
Xarici ölkələrə göndərilən malların 81, 5%-ni mineral məhsullar, o cümlədən 80, 6%-ni neft və neft emalı məhsulları, 8, 4%-ni ərzaq malları, 3%-ni az qiymətli metallar və onlardan hazırlanmış məmulatlar, 1, 7%-ni quru, hava və su nəqliyyatı vasitələri, 1, 5%-ni kimya sənaye məhsulları, 1, 2%-ni plastik kütlə, kauçuk, rezin və onlardan hazırlanmış məmulatlar, 1, 0%-ni toxuculuq materialları və məmulatları, 0, 8%-ni maşın və mexanizmlər, elektrotexnika avadanlığı, 0, 9%-ni digər mallar təşkil etmişdir.
Müstəqillik illərində idxalatın strukturunda da ciddi dəyişiklik özünü göstərmişdir.
İdxalatın strukturu iqtisadiyyatın ümumi tənəzzül, durğunluq və inkişaf meyllərinə uyğun olaraq dəyişmişdir. Respublikamızın iftixarı olan maşınqayırma sənayesinin tənəzzül vəziyyətinə uyğun şəkildə 1991-1994-cü illərdə idxalatın tərkibində maşınqayırma və metal emalı, əlvan metallurgiya sənayesi məhsullarının xüsusi çəkisi 31, 4%-dən 14, 2%-ə qədər azaldı. Sonrakı illərdə neft kontraktlarının işləməyə başlaması nəticəsində idxalatın tərkibində maşın və avadanlıqların payı artmağa başladı. (bax: əlavə 11). Son dörd ildə maşın, mexanizm elektrotexniki avadanlıqlar öz həcminə görə Respublika idxalatında ardıcıl olaraq birinci yeri tutur.
Respublikanın hal-hazırda mövcud valyuta gəlirlərinin istehsalın maddi-texniki bazasının yeniləşdirilməsi və məhsulların rəqabət gücünün artırılması üçün kənardan yeni texnika və texnologiya alınmasına sərf edilməsi bu gün həyati əhəmiyyət kəsb edir.
Respublikamızda uzun illər boyu istehsal ilə istehlak, tələblə təklif arasında ciddi fərq mövcud olmuşdur. Mal qıtlığı hələ durğunluq dövründən ictimai həyatın ən başlıca xarakterik xüsusiyyətlərindən biri olmuşdur. . İstehsalın böhran keçirdiyi dövrdə göstərilən dərin uçurumun xarici mallar hesabına ödənilməsi zərurəti respublikamızın milli bazarının 90-cı illərin birinci yarısında xarici və daxili iş adamları üçün olduqca əlverişli "yaşıl adaya" çevirmişdir. Xaricdən idxal olunan bir çox mallar, o cümlədən ilkin tələbat malları milli bazarda dünya bazar qiymətlərindən uzun müddət yüksək qiymətə satılırdı. Məsələn, 90-cı illərin əvvəllərində un və taxıl məhsullarının daxili bazar qiyməti orta dünya qiymətlərindən xeyli yüksək idi. Bitki yağlarının 1 tonu xaricdə 900-1000 dollar olduğu halda onlar respublika əhalisinə 1400-1500 dollara satılırdı.
Sonrakı illərdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkənin ərzaqla təminatında ciddi müsbət dəyişikliklər özünü göstərdi. İdxalın strukturunda ərzaq malların xüsusi çəkisi kəskin azaldı.
2007-ci ildə idxalın strukturu: maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexnika qurğuları və onların hissələri- 30, 2%, nəqliyyat vasitələri və onların hissələri-15, 5%, ərzaq məhsulları -15, 9%, qara metallar və onlardan hazırlanan məmulatlar -10, 8%, əczaçılıq məhsulları 1, 6%, xalq istehlakı malları və mebel -1, 5%, oduncaq və onlardan hazırlanan məmulatlar-1, 3%, neft qazı və qazaoxşar karbohidrogenlər-0, 9% təşkil edir. Qalan əmtəələrin payına 22, 3% düşür.
Hal-hazırda hazırlanmaqda olan yeni ərzaq təhlükəsizliyi proqramında Prezident İlham Əliyev tərəfindən ölkənin ərzağa olan tələbinin əsas etibarı ilə yerli istehsal hesabına ödənilməsi məqsədi qarşıya qoyulmuşdur.
Dostları ilə paylaş: |