Vergi Məcəlləsində Son Dəyişikliklər



Yüklə 85.05 Kb.
PDF просмотр
tarix30.11.2016
ölçüsü85.05 Kb.

 Vergi Məcəlləsində Son 

Dəyişikliklər  

 Vergi Məcəlləsinə 



dəyişikliklər 21 dekabr tarixində 

Milli Məclis tərəfindən təsdiq 

olunub və 1 yanvar 2013-cü il 

tarixində qüvvəyə minib.  

Ümumilikdə, Vergi 



Məcəlləsinə 131 dəyişiklik 

edilmişdir, və aşağıda əsas 

dəyişikliklərin qısa xülasəsi təqdim 

olunur: 


Ümumi Prinsiplər 

Azərbaycan mənbəyindən 



əldə edilən gəlir növlərinin 

siyahısına mədəniyyət, incəsənət, 

teatr, kino, radio, televiziya, 

musiqi, rəssamlıq, idman, 

mühəndislik, memarlıq, arxitektura 

və elm sahələri üzrə Azərbaycan 

Respublikasındakı fəaliyyətlə bağlı 

edilən ödənişlər əlavə olunmuşdur; 

Hal-hazırda vergi risklərinin 



minimallaşdırılması məqsədilə 

vergi orqanları və vergi ödəyicisi 

arasında Vergi partnyorluğu sazişi 

imzalamaq imkanı var. Vergi 

risklərinin minimallaşdırılması 

vergi ödəyicisinin vergi 

hesablamalarının tam və ya qismən 

yerinə yetirməsinə mənfi təsirlərin 

azaldılması və ya aradan 

qaldırılması kimi müəyyən olunur; 

Vergi ödəyicisinin İri vergi 



ödəyicisi kimi təsnif olunması üçün 

əsas meyarlar müəyyən 

olunmuşdur.  Meyarlar əsas 

vəsaitlərin dəyəri, və ya 

hesablanmış vergi məbləğləri və ya 

illik dövriyyə və bazar mövqeyi 

əsasında təyin olunur;  

Vergi ödəyicilərinin Xüsusi 



vergi rejimli müəssisi kimi təsnif 

olunması üçün əsas meyarlar 

müəyyən olunmuşdur; 

 

PwC Azerbaijan Times 

1 saylı Buraxılış 

Yanvar 2013 

Burada  əks olan məlumatlarla bağlı hər hansı 

bir sual yaranarsa, Marketinq və 

Kommunikasiya məsələləri üzrə Menecer, 

Fəridə Axundova ilə əlaqə saxlaya bilərsiniz, 

farida.akhundova@az.pwc.com

    

 

 



PwC Azərbaycan  

Landmark, Ofis Plaza III, 12-ci mərtəbə 

90A Nizami küçəsi 

Bakı AZ1010, Azərbaycan  

Tel:  +99412 497 2515 

Fax: +99412 497 7411 

www.pwc.com/az

    


 

  

 



© 2013 PwC. Bu xəbərlərdə əks olunan 

informasiya yalnız ümumi məlumat xarakteri 

daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. 

Məlumatların dəqiqliyinə və ya tamlığına dair 

heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə 

gəlib onu tətbiq etməzdən (və ya etməməzdən 

əvvəl) oxucular öz spesifik məsələləri üzrə 

mütəxəssislərin məsləhətini almalıdırlar. 

Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb 

hər hansı bir nəticəyə gəlib onu tətbiq 

etmələrinə və ya hər hansı vacib məqamı 

nəzərdən qaçırmalarına görə biz heç bir 

məsuliyyət daşımırıq. 

 

 



 

 

Buraxılışın əsas xəbərləri:: 

 Vergi Məcəlləsində Son Dəyişikliklər  

− Ümumi Prinsiplər 

− İcarə Haqqı   

− Vergi qanunvericiliyinə riayət olunması 

− Vergi Yoxlaması  

− Şəxsi Gəlir Vergisi 

− Əsas Vəsaitlər 

− ƏDV 


− Sənaye və texnologiyalar parklarının     

vergidən azadolmaları  

− Yol Vergisi 

 Bank Əmanətlərindən Qazanılan 

Faizlərin Gəlir Vergisindən azadolması   

 

 PwC Akademiyasından xəbərlər 



 PwC Tədbirləri 

 PwC Resurslarında yeniliklər 

− PwC Qlobal İqtisadiyyata Baxış 2012  

− Pharma 2020:  “Strategiyadan qərara        

doğru" 

− IFRS üzrə kiçik bələdçi 2012 



− 2013-cü ildə Vergilər:Qlobal  baxış   

− Texnologiyalara dair proqnozlar  

 

 

 

 

 



 

 

 

 



 

 

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



PwC Azerbaijan Times 

Yanvar 2013 

Vergi Məcəlləsinə İdman Mərc Oyunlarının 

anlayışı daxil olunmuşdur, və onunla birgə bu 

fəaliyyətlə bağlı sadələşdirilmiş vergi rejimı üzrə 

müddəalar təqdim olunmuşdur.



 

İcarə Haqqı   

Daşınmaz əmlakın vergitutma məqsədləri 



üçün aylıq icarə haqqının məbləği bazar qiymətini 

nəzərə alınmaqla müəyyən olunur.    



Vergi qanunvericiliyinə riayət olunması 

Vergi ödəyicisi mühasibat uçotunu elektron 



formada apardığı halda vergi orqanlarının tələbi 

onlara ilə həmin məlumatlara, öz filiallarının 

məlumatlarını daxil etməklə,  birbaşa və ya 

məsafədən çıxış imkanı yaratmalıdır. Qeyd 

olunan məlumatların (elektron formada olan 

məlumatlar daxil olmaqla) təqdim olunmamasına 

görə 100 AZN məbləğində maliyyə sanksiyası 

tətbiq olunur; 

Vergi ödəyiciləri nağdsız ödənişlərin 



aparılması üçün POS-terminalları 

quraşdırmalıdırlar;  

Mühasibat sənədləri, elektron və kağız 



formatda olan sənədləri daxil olmaqla , ən azı 5 il 

müddətində saxlanılmalıdır. 



 

Vergi Yoxlaması  

Hesablanmış vergilər, tətbiq edilmiş maliyyə 



sanksiyaları və faizlərdən verilmiş şikayətə 

məhkəmədə baxıldığı dövrdə, vergi ödəyicisinin 

həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar 

istisna olmaqla, vergi orqanları əlavə hesablanmış 

məbləğin 105 faizi həcmində pul vəsaitinin vergi 

ödəyicisinin bank hesablarında dondurulmasını 

tələb etmək hüququna malikdirlər.*  

 

 



* - Bu Maddə Vergi Məcəlləsinin 63.2-ci maddəsi ilə 

ziddiyyət təşkil edir. Vergi Məcəlləsinin 63.2-ci maddəsinə 

uyğun olaraq vergi borcu əvvlcədən ödənilməlidir, hətta vergi 

ödəyicisi həmin hesablamalara dair məhkəməyə şikayət 

verdikdə.  

  

 



 

 

 



 

Səyyar vergi yoxlaması aşağıda göstərilən 



hallarda 9 ay müddətindən çox olmamaqla vergi 

orqanı tərəfindən dayandırıla bilər:  

a)

Vergi ödəyicisinin olduğu yeri müəyyən 



etmək mümkün olmadıqda — həmin yer 

müəyyən olunana qədər; 

b)

Vergi ödəyicisinin rəhbəri (və ya onu əvəz 



edən şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq 

əmək qabiliyyətini itirdikdə — əmək qabiliyyəti 

bərpa olunanadək; 

c)

Mütəxəssis dəvət edildikdə və ya ekspertiza 



keçirildikdə — mütəxəssisin və ya ekspertin rəyi 

yoxlamaya təqdim edilənədək; 

d)

Vergi orqanı tərəfindən tələb olunan 



məlumat xarici ölkədən alındıqda — xarici 

ölkədən cavab alınanadək; 

e)

Məhkəmənin qərarı ilə sənədlərin və 



əşyaların nümunə kimi götürülməsi tələb 

olunduqda — məhkəmənin qərarı qanuni qüvvəyə 

minənədək.  

Şəxsi Gəlir Vergisi 

Şəxsi Gəlir vergisinin dərəcələrinə 



dəyişikliklər edilmişdir. Yeni aylıq və illik 

dərəcələr aşağıda göstərilib:  

Aylıq gəlir 2,500 manatadək: 14%   



Aylıq gəlir 2,500 manatdan yuxarı: AZN 

350 + 2,500 manatdan çox olan məbləğin 25 faizi 

İllik gəlir 30,000 manatadək: 14% 



İllik gəlir 30,000 manatdan yuxarı: AZN 

4,200 + 30,000 manatdan çox olan məbləğin 25 

faizi  


 

 

 



  

 

 



 

 

1 saylı Buraxılış 



PwC Azerbaijan Times 

Yanvar 2013 

Müəyyən qrup şəxslərin (məsələn əlillər, 



müharibə əlilləri, himayəsində ən azı 3 nəfər olan 

şəxslər) vergidən azad olunan gəlir məbləğləri 

artırıldı; 

İşçinin aylıq gəliri 200 manatdan aşağı 



olduqda, əmək qabiliyyətli əhali üçün ölkə üzrə 

yaşayış minimumunun 1 misli (bundan əvvəl 

minimum əmək haqqının 1 misli) gəlir vergisinə 

cəlb olunmur. 2013-cü il üçün əmək qabiliyyətli 

əhali üçün müəyyən olunan ölkə üzrə yaşayış 

minimumu 125 manat təşkil edir. 



 

Əsas Vəsaitlər 

Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi 



vergi uçotu və vergi məsələlərinə heç bir təsir 

göstərmir;  

Əsas vəsaitlərin anlayışında əsas vəsaitlərin 



dəyəri 500 manatadək artırıldı (əvvəl həmin dəyər 

100 manat təşkil edirdi).



 

ƏDV  

Sahibkarlıq fəaliyyəti göstərən fiziki və 



hüquqi şəxslər üçün məcburi ƏDV qeydiyyatı 

üçün ardıcıl 12 aylıq dövrün istənilən ayında 

(aylarında) vergi tutulan əməliyyatlarının aşağı 

həddi 120,.000 manat məbləğində müəyyən 

olunmuşdur. Bundan əvvəl  hüquqi şəxslər üçün 

aşağı hədd 150,000 manat, fiziki şəxslər üçün 

90,000 manat  təşkil edirdi; 

ƏDV qeydiyyatının ləğv olunması üçün 



əvvəlki tam 12 təqvim ayı ərzində vergiyə cəlb 

olunan əməliyyatların yuxarı həddi 60,000 

manatadək azadılmışdır (Bundan əvvəl  yuxarı 

hədd 75,000 manat təşkil edirdi); 

Bütün ödənişli təhsil xidmətləri (digər 



fəaliyyətlər ilə bağlı xidmətlərin göstərilməsi 

istisna olmaqla) ƏDV-dən azad olunur;  

Vergi tutulan əməliyyatların aparıldığı 



vaxtın müəyyən olunmasına dair aşağıdakı 

dəyişikliklər edilmişdir:   

 

 

 



 

 

 



a)

Ödəmə malların təqdim edilməsindən sona 

30 gün müddətində həyata keçirildikdə, ödəmənin 

həyata keçirildiyi vaxtda , və ya   

b)

Ödəmə 30 gündən sonra həyata keçirildikdə, 



malların göndərildiyi və ya təqdim edildiyi 

vaxtda, və ya 

c)

malların göndərilməsi onların daşınmasını 



nəzərdə tutursa, ödəmə 30 gün müddətində 

həyata keçirildikdə ödəmənin həyata keçirildiyi 

vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə 

daşınmanın başlandığı vaxtda.  

Hüquqi şəxsin iştirak paylarının və ya 



səhmlərinin təqdim edilməsi ƏDV-dən azad 

olunur. 



Sənaye və texnologiyalar parklarının vergidən 

azadolmaları  

Sənaye və texnologiyalar parklarında 



fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə 

müəyyən azadolmalar və imtiyazlar təqdim 

olunmuşdur. Həmin imtiyazlar sənaye və 

texnologiyalar parkının rezidenti kimi qeydiyyata 

alındığı ildən 7 il ərzində fiziki və hüquqi 

şəxslərin gəlir və əmlak vergisindən azadolmasını 

və tikinti, habelə elmi-tədqiqat və digər fəaliyyət 

üçün avadanlığın idxalına fəaliyyətdən asılı 

olaraq 7 il ərzində və ya qeyri-müəyyən müddətə 

ƏDV-dən azadolmasını daxil edir. 



Yol Vergisi 

Yol vergisi dərəcələrinə dəyişikliklər 



edilmişdir. Azərbaycanda mülkiyyət və ya 

istifadədə olan avtonəqliyyat vasitələri üçün 

minimal illik yol vergisi dərəcəsi 20 manat təşkil 

edir. Mühərrikin həcmi 2000 sm3 – dən artıq 

olduqdda, yol vergisi dərəcələri mühərrikin 

həcmindən asılı olaraq dəyişir

.   

 

 

 



 

 

 



 

 

  



1 saylı Buraxılış 

PwC Azerbaijan Times 

Yanvar 2013 

 

 

PwC 



Akademiyasından 

xəbərlər: 



Rus dilində  ACCA DipİFR  

PwC Akademiyası  Beynəlxalq Maliyyə 

Hesabatlarının Hazırlanması üzrə rus dilində 

АССА  diplomu üçün Bakıda ixtisas imtahanının 

verilməsi ilə bağlı hazırlıq proqramına qeydiyyatı 

başladı.   

  

DipİFR Rus qlobal səviyyədə yüksək 



dəyərləndirilən rus dilli kvalifikasiyalardan 

biridir.   

 Bu diplom mühasiblər, auditorlar, maliyyə 

menecerləri, maliyyə hesabatı üzrə mütəxəssislər, 

maliyyə nəzarətçiləri və  maliyyə hesabatın 

hazırlanması və təhlili prosesinə aiddiyyatı olan 

baş menecerlər üçün nəzərdə tutulub.  

 Proqram  80 saat davam edir. Dərslər 20 fevral 

2013-cü il tarixindən başlayaraq, çərşənbə 

(19:00-21:00) və şənbə  (09:30-13:30)  günləri 

keçiriləcək. 

Qiymət: 1,800 AZN üstəgəl ƏDV. 

Qeydiyyat üçün,  adınız/ soyadınız/ vəzifəniz/ 

çalışdığınız şirkət/əlaqə tel və faks/ elektron poçt 

ünvanı haqqında məlumatı   

aynur.movsumova@az.pwc.com

  elektron 

poçtuna  10 fevral 2013-cü il tarixinə qədər 



göndərməyiniz xahiş olunur.   

Biznesin səmərəliliyin idarəolunması üzrə    

CIMA Diplomu 

 PwC Akademiyasının təşəbbüsü ilə,  

Sertifikatlaşdırılmış İdarəetmə Mühasibləri 

İnstitutu (CIMA) *  rus dilində ilk beynəlxalq 

kvalifikasiyasını təqdim edir  – Biznesin 

Səmərəliliyinin İdarəolunması üzrə CIMA 

Diplomu. 

 

 CIMA-nın bu diplomu maliyyə və idarəetmə 



uçotu sahəsində çalışan mütəxəssislər üçün 

hazırlanıb: proqramdan maliyyə menecerləri, 

idarəemə uçotu üzrə mütəxəssislər, mühasiblər, 

idarəetmə qərarlarını qəbul etdiyi zaman maliyyə 

məlumatından istifadə bacarıqlarını əldə etmək 

istəyən şirkət menecerləri  faydalana bilər.   

 İki imtahanı (P1 və P2) uğurla keçən proqram 

iştirakçıları CİMA tərəfindən  akkreditasiya 

olunmuş mütəxəssis hesab edilir.  

 2013-cü ilin yaz semestri üçün Təlim Qrafiki: 



 

 

 

 

 



 

Qiymət: 1,600 AZN üstəgəl  ƏDV   

Güzəştlər:  

Yuxarıda qeyd olunan istənilən kursa 31 



yanvar 2013-cü il tarixinə qədər qeydiyyat 

zamanı  10 % güzəşt;  

 



Eyni təşkilatdan 2 nəfərdən artıq qeydiyyat 



zamanı  5%  güzəşt.  

Qeydiyyat üçün,  adınız/ soyadınız/ vəzifəniz/ 

çalışdığınız şirkət/əlaqə tel. və faks/ elektron poçt 

ünvanı haqqında məlumatı   

aynur.movsumova@az.pwc.com

  e-poçtuna  20 

fevral 2013-cü il tarixinə qədər göndərməyiniz 

xahiş olunur.   

 

1 saylı buraxılış   



CIMA P1 

 

CIMA P2 

 

2-3 mart  2013 

6-7 aprel 2013 

27-29 aprel 2013 

 

15-17 mart 2013  



3-5  may 2013 

 


PwC Azerbaijan Times 

Yanvar 2013 

 

 

PwC Tədbirləri:  



“Tikinti haqqında  ətraflı” PwC seminarı  

 

 Tikinti sahəsində qanunvericiliyində 



yeniliklər;   

 EPC/Turnkey Layihələri;  

 Beynəlxalq müqavilələr: FIDIC  

 Tikintidə maliyyə uçotu : BMHS və yerli 

uçot standartları mövzuları Sizdə maraq 

doğurursa, PwC ekspertlərindən tikinti 

sənayesində müxtəlif biznes aspektlər 

haqqında peşəkar biliyi əldə etməyə tələsin.   

  

Tarix: 13  fevral 2013-cü il  

 

Vaxt: 09:00 -13:00 (çay fasiləsi daxil olmaqla) 

 

Məkan: Park Inn,  Bakı, Azərbaycan 

 

İştirak haqqı: pulsuzdur 

 

Qeydiyyat üçün,  adınız/ soyadınız/ vəzifəniz/ 

çalışdığınız şirkət/əlaqə tel və faks/elektron poçt 

ünvanı haqqında məlumatı 

rena.rustamova@az.pwc.com

 elekrton poçt 

ünvanına  4 fevral 2013-cü il tarixinə qədər 

göndərməyiniz xahiş olunur.   

 

 

PwC Resurslarında 

yeniliklər : 



PwC Qlobal İqtisadiyyata Baxış  2012 

2013-cü ildə biz dünya iqtisadiyyatın yüzilliyin 

sonuna qədər hansı formada olacağını müşahidə 

edəcəyimiz ildir. Bu ildə şirkətlər şübhəsiz 

olaraq, qlobal artımın və məhsullara qiymətin 

ABŞ və Avropada  yox, Çində və Hindistanda baş 

verən yeniliklərdən qaynaqlandığını qəbul 

edəcəklər.  

 

 

2013-cü il üçün Qlobal İqtisadiyyata Baxışın  ilk 



buraxılışında biz bu il qlobal iqtisadiyyatın 

perspektivlərinə təsir edəcək mövzuları 

işıqlandırırıq və onların daha geniş aspektlərə 

təsirini öyrənirik.  Ətraflı məlumat üçün: 

http://www.pwc.co.uk/economic-services/global-

economy-watch/index.jhtml

 

Pharma 2020:  “Strategiyadan qərara doğru" 

 Pharma 2020 buraxılışlar seriyası farmakologiya 

bazarında əsas tendensiyaları təhlil edir.  

“Strategiyadan qərara doğru” adlı sonuncu 

hesabat sənayenin üzləşdiyi mühüm dönüş 

mərhələsinə həsr olunub. Hesabata əsasən, 

mühüm yeni dərmanların hazırlanması üçün 

vasitələr maddiləşir, farmolokolji məhsullara 

tələbat artır və azad ticarət qarşısındakı maneələr 

aradan qalxır. Lakin eyni zamanda,  

farmakologiya mövcud imkanlardan 

faydalanmaqla kapitallaşmaq və pasiyentlər, tibbi 

müəssisələr və tibbi sığorta təsisatları üçün dəyəri 

artırmaq məqsədini qoyduqda. əsas iqtisadi və 

istehsal çətinliklərlə üzləşir. Hesabatda  

şirkətlərin  mövcud şəraitləri nəzərə almaqla, 

2020-ci il üçün maksimal fayda əldə etməsi 

istiqamətində  görüləcəyi işlərdən söz açılır. 

Hesabatı burada oxuya bilərsiniz: 

http://www.pwc.com/gx/en/pharma-life-

sciences/pharma2020/index.jhtml#

 

IFRS üzrə kiçik bələdçi 2012 

Bizim  IFRS pocket guide 2012 (2012-ci il üçün 

BMHS məlumat kitabçası) 2012-ci ilin avqust 

ayına qədər Beynəlxalq Mühasibat Hesabat 

Standartlarında tanınma və ölçmə tələblərinin 

məcmuəsini təqdim edir. Bu qısa  məlumat 

kitabçası maliyyə direktorları, maliyyə 

nəzarətçiləri və digər maliyyə mütəxəssisləri, 

digər rəhbər işçilər, hüquqşünaslar, sığorta 

ekspertləri,ticarət bank mütəxəssisləri və 

analitiklər daxil olmaqla,  müxtəlif şahəli oxucu 

kütləsi üçün nəzərdə tutulub.



 

http://www.pwc.com/gx/en/ifrs-reporting/ifrs-

pocket-guide/index.jhtml

 

 

1 saylı buraxılış  


PwC Azerbaijan Times 

Yanvar 2013 

 

 

 2013-cü ildə Vergilər:  Qlobal  baxış   



Tədqiqat aşağıdakı sualları nəzərdən keçirir: 

Yerli vergi sisteminizin digər iqtisadiyyat 



sistemləri ilə necə müqayisə olunduğunu 

bilirsiniz ?  

Son səkkiz il ərzində vergi sistemləri necə 



dəyişib?  

Dünya dövlətləri hansı vergi islahatlarını 



icra edir?  

Korporativ gəlir vergisindən başqa, 



sirkətlər bir çox vergi ödəyir – onlar hansıdır və 

nə tərzdə təsir edir? 

 

Cavabları burada tapa bilərsiniz: 



http://www.pwc.com/gx/en/paying-taxes/data-

tables.jhtml?WT.mc_id=1112-

PayingTaxes_gx+social

 

 



Texnologiyalara dair proqnozlar  

Buraxılışda üç məsələ işıqlandırılıb : 

“Oyuna əsaslanaraq, biznesin yenidən 



qurulması" bölümü iş heyətini motivasiya 

etmək və müştəriləri stimullaşdırmaq üçün  

şirkətlərin video texnikadan istifadəsinə həsr 

olunub. 


“Oyun texnologiyasının müştəri və 

işəgötürənlərin praktikasında tətbiqi“  mövzüsü 

oyun texnologiyaların istifadəçi səviyyəsində 

inteqrasiyasını təhlil edir. 

“Oyun texnologiyalarından imtina“  



bölümü rəhbərlər tərəfindən oyun 

texnologiyaların tətbiqinə etinasız 

yanaşmasının bizim fikrimizcə hansı 

üstünlüklərdən imtinasına səbəb olacağını 

nümayiş etdirir.  

Daha ətraflı: 

http://www.pwc.com/us/en/technology-

forecast/2012/issue3/index.jhtml



 

 

1 saylı buraxılış  




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə