Verilənlərin tipləri MS ACCESS-də aşağıdakı verilənlər tipi nəzərdə tutulur.
Mətn- sətr tipli informasiya üçün nəzərdə tutulmuşdur və maksimum 255 simvol ola bilər.hesablama prosesində olmayan ədədlər, məs. telefon nömrəsi,ünvan indeksləri və s. mətn tipli ilə göstərilir.
Memo (yaddaş)mətn tipindən fərqli olaraq 65536 –ya qədər simvollu uzun sətr tipli informasiya üçün nəzərdə tutulmuşdur. Sahədə simvolların sayı 255-i aşdıqda həmin sahə Memo sahəsinə aid olur.
Ədəd - ədədlərin daxil olunmasını təmin edir.
Tarix və vaxt- tarix və vaxtın daxil olunmasını təmin edir.