Verilənlər bazasının konsepsiyası



Yüklə 207,95 Kb.
səhifə13/23
tarix05.12.2022
ölçüsü207,95 Kb.
#72458
1   ...   9   10   11   12   13   14   15   16   ...   23
İbadov Adil

11.VBİS-ın proqram təminatı


VBİS-in proqram təminatı verilənlər bazasının yaradılması və istismarı ilə əlaqədar olan prosedurları yerinə yetirilən bir sıra proqram modullarından ibarət olan mürəkkəb kompleksdir. Bu kompleksin yerinə yetirdiyi əsas funksiyalar aşağıdakılardır:



  • Verilənlər bazasının yaradılması;

  • Verilənlər bazasının təshih edilməsi;

  • Verilənlər bazasının genişləndirilməsi;

  • Istifadəçi sorğularının emal üçün hazırlanması;

  • Verilənlərin axtarışı;

  • Verilənlər bazası ilə istifadəçilər arasında interfeysin təşkili;

  • Axtarış nətiçələri üzərində sorğunun tələb etdiyi əməliyyatların yerinə yetirilməsi;

  • Verilənlərin tamlığının və mühafizəsinin təmin edilməsi;

  • Sistemin interaktiv rejiminin idarə olunması;

  • Teleemal rejiminin idarə olunması;

  • Verilənlər lüğətinin yaradılması və idarə olunması.

Göstərilən funksiyaları yerinə yetirən proqramlar VBİS-in idarəedici proqramları sayılır. Bu proqramlardan əlavə VBİS-in tərkibinə yaddaş sərfini azaltmaq məqsədilə verilənlərin sıxlaşdırılması və açılmasını yerinə yetirən, verilənlərin düzgünlüyünü yoxlayan proqramlar və digər servis xarakterli proqramlar da daxil edilir.
Informasiya sistemi tətbiq edilən müəssisədə verilənlərin mərkəzləşdirilmiş emalına və idarə olunmasına məsuliyyəti verilənlərin adminstratoru adlanan bir və ya bir neçə şəxsdən ibarət qrup daşıyır. Verilənlərin adminstratoru verilənləri yaxşı anlamalı və müəssisənin idarə olunması üçün hansı verilənlərə ehtiyac olmasını bilməlidir.
Verilənlərin administratorunun vəzifələrinə aşağıdakılar aiddir:

  • Verilənlərin aktuallığını təmin etmək;

  • Verilənlərə xidmət zamanı mövcud qaydalara əməl olunmasına və istifadəçilərin sorğularının təmin olunmasına nəzarət etmək;

  • Verilənlərin mühafizəsini təmin etmək.

Verilənlərin adminstratorunun tələblərinin yerinə yetirilməsi verilənlər bazasının adminstratoru tərəfindən aparılır. Verilənlər bazasının adminstratoru bir və ya bir neçə peşəkar mütəxəssisdən ibarət olan qrupdur. Verilənlər bazası adminstratorunun vəzifəsi verilənlər bazasını yaratmaq, onun yeniləşdirilməsini, təshihini və istifadəçilərin sorğularının cavablandırılmasını təmin etməkdir. O, həmçinin sistemin operativliyinə və texniki təminatına da cavabdehlik edir.

Yüklə 207,95 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin