Verilənlər bazasının qurulması zamanı bəzən makroslar tərəfindən yerinə yetirilə bilməyən əməliyyatları qurmağa ehtiyac olur. Bu növ əməliyyatlar modulların köməyi ilə yerinə yetirilir. Moduldedikdə Visual Basic dilində yazılmış proqram kodu nəzərdə tutulur. Modullar konkret komponentlərlə (siyahı, düymə və s.) bağlı olurlar. Modulları qurmaq üçün 2 variantdan geniş istifadə edilir:
Modul bölümündən Создать(New) düyməsinə sıxmaqla bu əməliyyat yerinə yetirildikdən sonra açılan modul pəncərəsindən lazım olan proqram kodu yazılır. Proqram yazılıb qurtardıqdan sonra lazım olan forma açılır. Həmin formanın lazım olan elementi seçilir. Həmin komponentin konteks menyusunda Свойства (Properties)- Cобытья (Events) əməliyyatı yerinə yetirilir. Sonra lazım olan hadisə uyğun modula bağlanır.
Lazım olan forma Конструктор(Design) rejimində açılır və onun üzərinə lazımi komponent yerləşdirilir. Həmin komponent yerləşdirilir. Həmin komponent üçün konteks menyuda Свойства- Cобытья əməliyyatı yerinə yetirilir. Açılan pəncərədən lazım olan hadisə və onun proqram kodu seçilir. Nəticədə həmin elementlərin seçilmiş hadisəsi üçün uyğun proqram kodu açılır. Bu zaman açılan proqram koduna prosedura deyilir. Proseduranın ümümi yazılışı aşağıdakı kimidir:
Private Sub komponentin adı_hadisə
............................
End Sub.
Proqramlar tərtib edilməsi zamanı ilkin istifadə olunacaq komponentin adı yazılır, nöqtə işarəsi qoyulur və komponentin lazımi xüsusiyyətləri seçilir. Sonra bu xüsusiyyət lazımi olan qiymətə bərabər edilir. Məs: formanın enini dəyişmək üçün istifadə olunan prosedura aşağıdakı kimi olacaq:
Private Sub Button2_Click()
Form.Width=300
End Sub.
Proqramlaşdırma zamanı ən geniş istifadə edilən operatorlardan biri docmd operatorudur. Bu əmrin köməyi ilə müxtəlif təyinatlı əməlyyatlar yerinə yetirmək mümkündür. Bu əməliyyatlara misal olaraq aşağıdakıları göstərmək olar:
Docmd.Open Table
Docmd.Run Query
Docmd.Open Query
Docmd.Open Form
Məs: Alış cədvəlini açmaq üçün hər hansı bir düyməyə aşağıdakı proqram kodu yazmaq olar:
Private Sub Button2_Click()
Docmd.Open Table “alish”
End Sub.