Vətən torpaqları bizi gözləyir!



Yüklə 16.89 Kb.
tarix10.07.2017
ölçüsü16.89 Kb.
Vətən torpaqları bizi gözləyir!

1988-ci ilin fevral ayından Ermənistanın Azər-baycan Respublikası ərazisinə qarşı təcavüzünə , Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalına başlanmışdır. Ermənistan Respublikası “ Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında ” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında ” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.

Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayon işğal edilmişdir.

Beləliklə, Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş,20 mindən çox insan qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur.Bir milyondan artıq insan 10 ildən çoxdur ki, qaçqın və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətinin qurbanı olmuş, elementar insan haqlarından məhrum edilmişdir.

İşğal nəticəsində 900-dən artıq yaşayış məntəqəsi talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilmiş, ümumi yaşayış sahəsi 9 mln. m2 –dən artıq olan 150 min yaşayış binası dağıdılmış, 4366 sosial mədəni obyekt, 695 tibb ocağı məhv edilmişdir.

İşğal edilmiş ərazilərdə kənd təsərrüfatı sahəsi , su təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və kommunikasiya xətləri tam sıradan çıxarılmışdır.Dağıntılar nəticəsində iqtisadiyyata 60 milyard ABŞ dollarından artıq ziyan dəymişdir. Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey ,100-dən çox arxeoloji abidə , 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. Belə ki, Kəlbəcər Tarix Diyarşunaslıq Muzeyi yerlə yeksan olunduqdan sonra muzeyin ekspoziyasına daxil olan nadir qızıl və gümüş zinət əşyaları, ötən əsrlərdə toxunmuş xalçalar Ermənistana daşınmışdır.Şuşadakı Tarix Muzeyinin, Ağdamdakı Çörək Muzeyinin, Zəngilandakı Daş Abidələr muzeyinin də aqibəti belə olmuşdur.Oğurlanmış və məhv edilmiş bu tarixi-mədəni sərvətlərin dəyərini müəyyənləşdirmək, pulla qiymətləndirmək mümkün deyildir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853,874,884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq , Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir.



1988-1993-cü illərdə işğal edilmiş Azərbaycan əraziləri :

Dağlıq Qarabağ : işğal tarixi -1988-1993-cü illər , ərazisi 4,4 000 km2

Xankəndinin işğal tarixi -28 dekabr 1991-ci il ( ərazisi – 1043 km2,əhalisi 57000)

Xocalının işğal tarixi -26 fevral 1992-ci il ( ərazisi – 936 km2,əhalisi 25332)

Şuşanın işğal tarixi -8 may 1992-ci il ( ərazisi – 289 km2,əhalisi 31499)

Laçının işğal tarixi -17 may 1992-ci il ( ərazisi – 1835 km2,əhalisi 72228)

Xocavəndin işğal tarixi -2 oktyabr 1992-ci il ( ərazisi – 1458 km2,əhalisi 41725)

Kəlbəcərin işğal tarixi -2 aprel 1993-cü il ( ərazisi – 3054 km2,əhalisi 85228)

Ağdərənin işğal tarixi -7 iyul 1993-cü il ( ərazisi – 1705 km2,əhalisi 14000)

Ağdamın işğal tarixi -23 iyul 1993-cü il ( ərazisi – 1154 km2,əhalisi 175400)

Cəbrayılın işğal tarixi -23 avqust 1993-cü il ( ərazisi – 1049 km2,əhalisi 54430)

Füzulinin işğal tarixi -23 avqust 1993-cü il ( ərazisi – 1386 km2,əhalisi 105000)

Qubadlının işğal tarixi -31 avqust 1993-cü il ( ərazisi – 802 km2,əhalisi 37400)

Zəngilanın işğal tarixi -29 oktyabr 1993-cü il ( ərazisi – 707 km2,əhalisi 33900)


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə