Wakf Standard Project of Koran (Qur'an) in 88 Languages with 1910 topics in utf8 format both html and docx



Yüklə 9,06 Mb.
səhifə42/69
tarix26.11.2016
ölçüsü9,06 Mb.
#175
1   ...   38   39   40   41   42   43   44   45   ...   69

[26.74] قَالُوا بَلْ وَجَدْنَا آبَاءَنَا كَذَلِكَ يَفْعَلُونَ |74| Onlar dedilər: “Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük”.

[26.75] قَالَ أَفَرَأَيْتُم مَّا كُنتُمْ تَعْبُدُونَ |75| O dedi: “Siz nəyə ibadət etdiyinizi görürsünüzmü –

[26.76] أَنتُمْ وَآبَاؤُكُمُ الأَقْدَمُونَ |76| həm siz, həm də ulu babalarınız?

[26.77] فَإِنَّهُمْ عَدُوٌّ لِّي إِلاَّ رَبَّ العَالَمِينَ |77| Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir.

[26.78] الَّذِي خَلَقَنِي فَهُوَ يَهْدِينِ |78| O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir;

[26.79] وَالَّذِي هُوَ يُطْعِمُنِي وَيَسْقِينِ |79| O Rəbb ki, məni yedirdir və içirdir;

[26.80] وَإِذَا مَرِضْتُ فَهُوَ يَشْفِينِ |80| O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir;

[26.81] وَالَّذِي يُمِيتُنِي ثُمَّ يُحْيِينِ |81| O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir;

[26.82] وَالَّذِي أَطْمَعُ أَن يَغْفِرَ لِي خَطِيئَتِي يَوْمَ الدِّينِ |82| O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram.
@ İbrahimin yalvarış

[26.83] رَبِّ هَبْ لِي حُكْماً وَأَلْحِقْنِي بِالصَّالِحِينَ |83| Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur!

[26.84] وَاجْعَل لِّي لِسَانَ صِدْقٍ فِي الآخِرِينَ |84| Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yaxşı ad qismət elə!

[26.85] وَاجْعَلْنِي مِن وَرَثَةِ جَنَّةِ النَّعِيمِ |85| Məni Nəim bağının varislərindən et!

[26.86] وَاغْفِرْ لأَبِي إِنَّهُ كَانَ مِنَ الضَّالِّينَ |86| Atamı bağışla! Çünki o, azanlardandır.

[26.87] وَلاَ تُخْزِنِي يَوْمَ يُبْعَثُونَ |87| Onların dirildiləcəyi gün məni rüsvay etmə!

[26.88] يَوْمَ لاَ يَنفَعُ مَالٌ وَلاَ بَنُونَ |88| O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək.

[26.89] إِلاَّ مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ |89| Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!”

[26.90] وَأُزْلِفَتِ الجَنَّةُ لِلْمُتَّقِينَ |90| Cənnət müttəqilərə yaxınlaşdırılar.

[26.91] وَبُرِّزَتِ الجَحِيمُ لِلْغَاوِينَ |91| Cəhənnəm də azğınlara göstərilər.


@ Qiyamət günü kafirlərin sorğu

[26.92] وَقِيلَ لَهُمْ أَيْنَ مَا كُنتُمْ تَعْبُدُونَ |92| Onlara deyilər: “Hanı sizin sitayiş etdikləriniz –

[26.93] مِن دُونِ اللَّهِ هَلْ يَنصُرُونَكُمْ أَوْ يَنتَصِرُونَ |93| Allahdan başqa pənah apardıqlarınız? Onlar sizə kömək edə bilərlərmi, yaxud özlərinə köməkləri dəyə bilərmi?”
@ Cəhənnəm xalqı

[26.94] فَكُبْكِبُوا فِيهَا هُمْ وَالْغَاوُونَ |94| Onlar azğınlarla birlikdə oraya (Cəhənnəmə) atılarlar,

[26.95] وَجُنُودُ إِبْلِيسَ أَجْمَعُونَ |95| İblisin bütün əsgərləri də habelə.

[26.96] قَالُوا وَهُمْ فِيهَا يَخْتَصِمُونَ |96| Onlar orada höcətləşərək deyərlər:

[26.97] تَاللَّهِ إِن كُنَّا لَفِي ضَلالٍ مُّبِينٍ |97| “Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik –

[26.98] إِذْ نُسَوِّيكُم بِرَبِّ العَالَمِينَ |98| o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq.

[26.99] وَمَا أَضَلَّنَا إِلاَّ المُجْرِمُونَ |99| Bizi ancaq günahkarlar azdırdı.

[26.100] فَمَا لَنَا مِن شَافِعِينَ |100| İndi isə bizim nə şəfaətçilərimiz,

[26.101] وَلاَ صَدِيقٍ حَمِيمٍ |101| nə də bizə canıyanan bir dostumuz var!

[26.102] فَلَوْ أَنَّ لَنَا كَرَّةً فَنَكُونَ مِنَ المُؤْمِنِينَ |102| Bir də dünyaya qayıda bilsəydik, möminlərdən olardıq!”

[26.103] إِنَّ فِي ذَلِكَ لآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ |103| Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.

[26.104] وَإِنَّ رَبَّكَ لَهُوَ العَزِيزُ الرَّحِيمُ |104| Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.


@ Nuh peyğəmbər hekayə

[26.105] كَذَّبَتْ قَوْمُ نُوحٍ المُرْسَلِينَ |105| Nuh tayfası da elçiləri yalançı saydı.

[26.106] إِذْ قَالَ لَهُمْ أَخُوَهُمْ نُوحٌ أَلاَ تَتَّقُونَ |106| O vaxt qardaşları Nuh onlara dedi: “Məgər qorxmursunuz?

[26.107] إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ |107| Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm.

[26.108] فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ |108| Allahdan qorxun və mənə itaət edin.

[26.109] وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ أَجْرِيَ إِلاَّ عَلَى رَبِّ العَالَمِينَ |109| Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.

[26.110] فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ |110| Allahdan qorxun və mənə itaət edin!”
@ Nuhun millətin məclisi Nuhu və onun ardıcılları əskiltmək

[26.111] قَالُوا أَنُؤْمِنُ لَكَ وَاتَّبَعَكَ الأَرْذَلُونَ |111| Onlar dedilər: “Sənə ən rəzil adamlar tabe olduğu halda biz sənə inanarıqmı?”

[26.112] قَالَ وَمَا عِلْمِي بِمَا كَانُوا يَعْمَلُونَ |112| Nuh dedi: “Mən onların nə etdiklərini bilmirəm!

[26.113] إِنْ حِسَابُهُمْ إِلاَّ عَلَى رَبِّي لَوْ تَشْعُرُونَ |113| Onların haqq-hesabı yalnız Rəbbimə aiddir. Kaş başa düşəydiniz!

[26.114] وَمَا أَنَا بِطَارِدِ المُؤْمِنِينَ |114| Mən iman gətirənləri qovan deyiləm.

[26.115] إِنْ أَنَا إِلاَّ نَذِيرٌ مُّبِينٌ |115| Mən yalnız açıq-aşkar bir qorxudanam”.


@ Nuh onu və onun millət olan iman gətirənləri xilas Allahdan soruşur

[26.116] قَالُوا لَئِن لَّمْ تَنتَهِ يَا نُوحُ لَتَكُونَنَّ مِنَ المَرْجُومِينَ |116| Onlar dedilər: “Ey Nuh! Əgər dəvətinə son qoymasan, mütləq daşqalaq ediləcəksən”.

[26.117] قَالَ رَبِّ إِنَّ قَوْمِي كَذَّبُونِ |117| Nuh dedi: “Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi.

[26.118] فَافْتَحْ بَيْنِي وَبَيْنَهُمْ فَتْحاً وَنَجِّنِي وَمَن مَّعِيَ مِنَ المُؤْمِنِينَ |118| Mənimlə onların arasında qəti hökm ver, məni və mənimlə birlikdə olan möminləri əzabdan qurtar!”

[26.119] فَأَنجَيْنَاهُ وَمَن مَّعَهُ فِي الفُلْكِ المَشْحُونِ |119| Biz onu və onunla birlikdə olanları yüklü gəmidə xilas etdik.

[26.120] ثُمَّ أَغْرَقْنَا بَعْدُ البَاقِينَ |120| Yerdə qalanları isə suya qərq etdik.

[26.121] إِنَّ فِي ذَلِكَ لآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ |121| Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.

[26.122] وَإِنَّ رَبَّكَ لَهُوَ العَزِيزُ الرَّحِيمُ |122| Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.


@ Peyğəmbər Hood hekayə və Ad və millətin nifrətini

[26.123] كَذَّبَتْ عَادٌ المُرْسَلِينَ |1| Ad tayfası da elçiləri yalançı saydı.

[26.124] إِذْ قَالَ لَهُمْأَخُوَهُمْ هُودٌ أَلاَ تَتَّقُونَ |124| O vaxt qardaşları Hud onlara dedi: “Məgər qorxmursunuz?

[26.125] إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ |125| Həqiqətən, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm.

[26.126] فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ |126| Allahdan qorxun və mənə itaət edin!

[26.127] وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ أَجْرِيَ إِلاَّ عَلَى رَبِّ العَالَمِينَ |127| Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.


@ Ad xalqı Allahın xeyir sui-istifadə və tiranlar olmaq

[26.128] أَتَبْنُونَ بِكُلِّ رِيعٍ آيَةً تَعْبَثُونَ |128| Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurursunuz (hündür binalarmı tikirsiniz)?

[26.129] وَتَتَّخِذُونَ مَصَانِعَ لَعَلَّكُمْ تَخْلُدُونَ |129| Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz?

[26.130] وَإِذَا بَطَشْتُم بَطَشْتُمْ جَبَّارِينَ |130| Bir kəsi yaxaladığınız zaman qəddar hökmdar kimi yaxalayırsınızmı?

[26.131] فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ |131| Allahdan qorxun və mənə itaət edin!

[26.132] وَاتَّقُوا الَّذِي أَمَدَّكُم بِمَا تَعْلَمُونَ |132| Bildiyiniz nemətləri sizə verəndən qorxun.

[26.133] أَمَدَّكُم بِأَنْعَامٍ وَبَنِينَ |133| O sizə heyvanat və oğul-uşaq verdi,

[26.134] وَجَنَّاتٍ وَعُيُونٍ |134| üstəlik bağlar və çeşmələr də əta etdi.

[26.135] إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ |135| Mən sizə üz verəcək böyük günün əzabından qorxuram”.

[26.136] قَالُوا سَوَاءٌ عَلَيْنَا أَوَعَظْتَ أَمْ لَمْ تَكُن مِّنَ الوَاعِظِينَ |136| Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün birdir.

[26.137] إِنْ هَذَا إِلاَّ خُلُقُ الأَوَّلِينَ |137| Bu, yalnız və yalnız əvvəlkilərin adətidir.

[26.138] وَمَا نَحْنُ بِمُعَذَّبِينَ |138| Biz əzaba düçar olan da deyilik”.

[26.139] فَكَذَّبُوهُ فَأَهْلَكْنَاهُمْ إِنَّ فِي ذَلِكَ لآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ |139| Onlar onu yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.

[26.140] وَإِنَّ رَبَّكَ لَهُوَ العَزِيزُ الرَّحِيمُ |140| Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.


@ Peyğəmbər Saleh hekayə və Səmud qövmünə milləti

[26.141] كَذَّبَتْ ثَمُودُ المُرْسَلِينَ |141| Səmud tayfası da elçiləri yalançı saydı.

[26.142] إِذْ قَالَ لَهُمْ أَخُوَهُمْ صَالِحٌ أَلاَ تَتَّقُونَ |142| O vaxt qardaşları Saleh onlara dedi: “Məgər qorxmursunuz?

[26.143] إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ |143| Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm.

[26.144] فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ |144| Allahdan qorxun və mənə itaət edin.

[26.145] وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ أَجْرِيَ إِلاَّ عَلَى رَبِّ العَالَمِينَ |145| Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.

[26.146] أَتُتْرَكُونَ فِي مَا هَاهُنَا آمِنِينَ |146| Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız?

[26.147] فِي جَنَّاتٍ وَعُيُونٍ |147| Bağlar və bulaqlar içində,

[26.148] وَزُرُوعٍ وَنَخْلٍ طَلْعُهَا هَضِيمٌ |148| əkinlər və yumşaq meyvəli xurmalıqlar içində arxayınlıqla qalacaqsınız?

[26.149] وَتَنْحِتُونَ مِنَ الجِبَالِ بُيُوتاً فَارِهِينَ |149| Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz?

[26.150] فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ |150| Allahdan qorxun və mənə itaət edin!
@ Saleh israfçı və ya Pornoqrafiya itaət onun xalqını xəbərdar

[26.151] وَلاَ تُطِيعُوا أَمْرَ المُسْرِفِينَ |151| Həddi aşanların əmrinə tabe olmayın.

[26.152] الَّذِينَ يُفْسِدُونَ فِي الأَرْضِ وَلاَ يُصْلِحُونَ |152| Onlar yer üzündə fəsad törədir və özlərini günahdan təmizləmirlər”.

[26.153] قَالُوا إِنَّمَا أَنْتَ مِنَ المُسَحَّرِينَ |153| Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən.

[26.154] مَا أَنْتَ إِلاَّ بَشَرٌ مِّثْلُنَا فَأْتِ بِآيَةٍ إِن كُنتَ مِنَ الصَّادِقِينَ |154| Sən də bizim kimi ancaq bir insansan. Əgər doğru danışanlardansansa, bizə bir möcüzə göstər”.
@ Saleh əlaməti olaraq Allahın dişi dəvə verilir və bununla Allahdan qorxun xalqına deyir və ona zərər deyil

[26.155] قَالَ هَذِهِ نَاقَةٌ لَّهَا شِرْبٌ وَلَكُمْ شِرْبُ يَوْمٍ مَّعْلُومٍ |155| Saleh dedi: “Möcüzə bu dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. (Bir gün o, su içməli, bir gün də siz içməlisiniz).

[26.156] وَلاَ تَمَسُّوهَا بِسُوءٍ فَيَأْخُذَكُمْ عَذَابُ يَوْمٍ عَظِيمٍ |156| Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar”.

[26.157] فَعَقَرُوهَا فَأَصْبَحُوا نَادِمِينَ |157| Onlar dəvənin diz vətərini kəsdilər, sonra da peşman oldular.

[26.158] فَأَخَذَهُمُ العَذَابُ إِنَّ فِي ذَلِكَ لآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ |158| Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.

[26.159] وَإِنَّ رَبَّكَ لَهُوَ العَزِيزُ الرَّحِيمُ |159| Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.


@ Peyğəmbər Lut və onun millətin hekayə

[26.160] كَذَّبَتْ قَوْمُ لُوطٍ المُرْسَلِينَ |160| Lut tayfası da elçiləri yalançı saydı.

[26.161] إِذْ قَالَ لَهُمْ أَخُوَهُمْ لُوطٌ أَلاَ تَتَّقُونَ |161| O vaxt qardaşları Lut onlara dedi: “Məgər qorxmursunuz?

[26.162] إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ |162| Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm.

[26.163] فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ |163| Allahdan qorxun və mənə itaət edin!

[26.164] وَمَا أَسَأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ أَجْرِيَ إِلاَّ عَلَى رَبِّ العَالَمِينَ |164| Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.


@ Lot onun homoseksual xalqını xəbərdar

[26.165] أَتَأْتُونَ الذُّكْرَانَ مِنَ العَالَمِينَ |165| Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir

[26.166] وَتَذَرُونَ مَا خَلَقَ لَكُمْ رَبُّكُم مِّنْ أَزْوَاجِكُم بَلْ أَنتُمْ قَوْمٌ عَادُونَ |166| və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan adamlarsınız”.

[26.167] قَالُوا لَئِن لَّمْ تَنتَهِ يَا لُوطُ لَتَكُونَنَّ مِنَ المُخْرَجِينَ |167| Onlar dedilər: “Ey Lut! Əgər təbliğatına son qoymasan, mütləq qovulanlardan olacaqsan!”

[26.168] قَالَ إِنِّي لِعَمَلِكُم مِّنَ القَالِينَ |168| O dedi: “Mən sizin əməllərinizə nifrət edənlərdənəm.
@ Lut milləti xilas edir

[26.169] رَبِّ نَجِّنِي وَأَهْلِي مِمَّا يَعْمَلُونَ |169| Ey Rəbbim! Məni və ailəmi onların tutduqları işdən xilas et!”

[26.170] فَنَجَّيْنَاهُ وَأَهْلَهُ أَجْمَعِينَ |170| Biz onu və onun bütün ailəsini xilas etdik.

[26.171] إِلاَّ عَجُوزاً فِي الغَابِرِينَ |171| Geridə qalanlar arasındakı yaşlı qadından başqa.

[26.172] ثُمَّ دَمَّرْنَا الآخَرِينَ |172| Sonra da o birilərini darmadağın etdik.

[26.173] وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَراً فَسَاءَ مَطَرُ المُنذَرِينَ |173| Biz onların üstünə daşlardan yağış yağdırdıq. Qorxudulanların yağışı nə yaman imiş!

[26.174] إِنَّ فِي ذَلِكَ لآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ |174| Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.

[26.175] وَإِنَّ رَبَّكَ لَهُوَ العَزِيزُ الرَّحِيمُ |175| Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.


@ Peyğəmbər Şüeyb hekayə və Əykə əhli

[26.176] كَذَّبَ أَصْحَابُ الأَيْكَةِ المُرْسَلِينَ |176| Əykə əhli də elçiləri yalançı saydı.

[26.177] إِذْ قَالَ لَهُمْ شُعَيْبٌ أَلاَ تَتَّقُونَ |177| O vaxt Şueyb onlara dedi: “Məgər qorxmursunuz?

[26.178] إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ |178| Şübhəsiz ki, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm.

[26.179] فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ |179| Allahdan qorxun və mənə itaət edin!

[26.180] وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ أَجْرِيَ إِلاَّ عَلَى رَبِّ العَالَمِينَ |180| Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.


@ Şueyb onun xalqı ədalətlə ticarət xəbərdarlıq

[26.181] أَوْفُوا الكَيْلَ وَلاَ تَكُونُوا مِنَ المُخْسِرِينَ |181| Ölçüyə tam riayət edin və əksik ölçənlərdən olmayın.

[26.182] وَزِنُوا بِالْقِسْطَاسِ المُسْتَقِيمِ |182| Düz tərəzi ilə çəkin.

[26.183] وَلاَ تَبْخَسُوا النَّاسَ أَشْيَاءَهُمْ وَلاَ تَعْثَوْا فِي الأَرْضِ مُفْسِدِينَ |183| İnsanların əşyalarını əksik verməyin və yer üzündə fəsad yayaraq pis işlər görməyin.

[26.184] وَاتَّقُوا الَّذِي خَلَقَكُمْ وَالْجِبِلَّةَ الأَوَّلِينَ |184| Sizi və əvvəlki nəsilləri Yaradandan qorxun!”

[26.185] قَالُوا إِنَّمَا أَنْتَ مِنَ المُسَحَّرِينَ |185| Onlar dedilər: “Sən yalnız və yalnız sehrlənmişlərdənsən.

[26.186] وَمَا أَنْتَ إِلاَّ بَشَرٌ مِّثْلُنَا وَإِن نَّظُنُّكَ لَمِنَ الكَاذِبِينَ |186| Sən də bizim kimi ancaq bir insansan. Biz səni yalançılardan biri hesab edirik.

[26.187] فَأَسْقِطْ عَلَيْنَا كِسَفاً مِّنَ السَّمَاءِ إِن كُنتَ مِنَ الصَّادِقِينَ |187| Əgər doğru danışanlardansansa, göyün bir parçasını üstümüzə endir”.

[26.188] قَالَ رَبِّي أَعْلَمُ بِمَا تَعْمَلُونَ |188| Şueyb dedi: “Rəbbim sizin nələr etdiyinizi daha yaxşı bilir”.

[26.189] فَكَذَّبُوهُ فَأَخَذَهُمْ عَذَابُ يَوْمِ الظُّلَّةِ إِنَّهُ كَانَ عَذَابَ يَوْمٍ عَظِيمٍ |189| Onlar isə onu yalançı saydılar və buna görə də kölgəli günün əzabı onları yaxaladı. Həqiqətən, o, böyük bir günün əzabı idi.

[26.190] إِنَّ فِي ذَلِكَ لآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ |190| Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi.

[26.191] وَإِنَّ رَبَّكَ لَهُوَ العَزِيزُ الرَّحِيمُ |191| Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.

[26.192] وَإِنَّهُ لَتَنزِيلُ رَبِّ العَالَمِينَ |192| Şübhəsiz ki, bu, aləmlərin Rəbbindən nazil edilmişdir.

[26.193] نَزَلَ بِهِ الرُّوحُ الأَمِينُ |193| Onu sadiq Ruh (Cəbrail) endirdi –

[26.194] عَلَى قَلْبِكَ لِتَكُونَ مِنَ المُنذِرِينَ |194| sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan.

[26.195] بِلِسَانٍ عَرَبِيٍّ مُّبِينٍ |195| Bu Quran açıq-aydın ərəb dilində nazil edildi.


@ O, öz kitablarda göstərilən baxmayaraq İsrail övladları Peyğəmbər rədd

[26.196] وَإِنَّهُ لَفِي زُبُرِ الأَوَّلِينَ |196| Şübhəsiz ki, o, keçmiş ümmətlərin kitablarında da xatırlanır.

[26.197] أَوَلَمْ يَكُن لَّهُمْ آيَةً أَن يَعْلَمَهُ عُلَمَاءُ بَنِي إِسْرَائِيلَ |197| Məgər İsrail oğullarından olan alimlərin onu bilmələri bunlar üçün bir dəlil deyilmi?

[26.198] وَلَوْ نَزَّلْنَاهُ عَلَى بَعْضِ الأَعْجَمِينَ |198| Əgər Biz onu ərəb olmayanlardan birinə nazil etsəydik,

[26.199] فَقَرَأَهُ عَلَيْهِم مَّا كَانُوا بِهِ مُؤْمِنِينَ |199| və o, bunu onlara oxusaydı, yenə də ona iman gətirməzdilər.

[26.200] كَذَلِكَ سَلَكْنَاهُ فِي قُلُوبِ المُجْرِمِينَ |200| Biz küfrü günahkarların qəlbinə belə salarıq.

[26.201] لاَ يُؤْمِنُونَ بِهِ حَتَّى يَرَوُا العَذَابَ الأَلِيمَ |201| Onlar ağrılı-acılı əzabı görməyənədək ona inanmazlar.

[26.202] فَيَأْتِيَهُم بَغْتَةً وَهُمْ لاَ يَشْعُرُونَ |202| O əzab onlara özləri də hiss etmədən qəflətən gələcəkdir.

[26.203] فَيَقُولُوا هَلْ نَحْنُ مُنظَرُونَ |203| Onlar deyəcəklər: “Bizə möhlət veriləcəkmi?”

[26.204] أَفَبِعَذَابِنَا يَسْتَعْجِلُونَ |204| Yenədəmi əzabımızın tez gəlməsini istəyirlər?

[26.205] أَفَرَأَيْتَ إِن مَّتَّعْنَاهُمْ سِنِينَ |205| Bilirsənmi, əgər onlara illərcə firavanlıq nəsib etsək,

[26.206] ثُمَّ جَاءَهُم مَّا كَانُوا يُوعَدُونَ |206| sonra vəd olunduqları əzab onlara yetişsə,

[26.207] مَا أَغْنَى عَنْهُم مَّا كَانُوا يُمَتَّعُونَ |207| onlara nəsib olmuş firavanlıq əzabımızı onlardan dəf edə bilməz.

[26.208] وَمَا أَهْلَكْنَا مِن قَرْيَةٍ إِلاَّ لَهَا مُنذِرُونَ |208| Biz heç bir kəndi onu xəbərdar edənlər olmadan məhv etmədik.

[26.209] ذِكْرَى وَمَا كُنَّا ظَالِمِينَ |209| Xəbərdar edənləri də öyüd-nəsihət vermək üçün göndərdik. Biz əsla zalım olmamışıq!

[26.210] وَمَا تَنَزَّلَتْ بِهِ الشَّيَاطِينُ |210| Quranı şeytanlar endirmədi.

[26.211] وَمَا يَنْبَغِي لَهُمْ وَمَا يَسْتَطِيعُونَ |211| Onlar buna layiq deyildirlər və bunu bacara da bilməzlər.

[26.212] إِنَّهُمْ عَنِ السَّمْعِ لَمَعْزُولُونَ |212| Çünki onlar vəhyə qulaq asmaqdan kənar edilmişdilər.

[26.213] فَلاَ تَدْعُ مَعَ اللَّهِ إِلَهاً آخَرَ فَتَكُونَ مِنَ المُعَذَّبِينَ |213| Odur ki, Allahla yanaşı başqa bir məbuda ibadət etmə, yoxsa əzaba düçar edilənlərdən olarsan.
@ Allah əmr Peyğəmbər onun qəbilə və ailə təbliğ etməyə başlamağa

[26.214] وَأَنذِرْ عَشِيرَتَكَ الأَقْرَبِينَ |214| Ən yaxın qohumlarını qorxut!

[26.215] وَاخْفِضْ جَنَاحَكَ لِمَنِ اتَّبَعَكَ مِنَ المُؤْمِنِينَ |215| Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)!

[26.216] فَإِنْ عَصَوْكَ فَقُلْ إِنِّي بَرِيءٌ مِّمَّا تَعْمَلُونَ |216| Əgər onlar sənə asi olsalar, de: “Şübhəsiz ki, mən sizin etdiyiniz əməllərdən uzağam!”

[26.217] وَتَوَكَّلْ عَلَى العَزِيزِ الرَّحِيمِ |217| Qüdrətli və Rəhmli olana təvəkkül et!

[26.218] الَّذِي يَرَاكَ حِينَ تَقُومُ |218| O səni namaza duranda da görür,

[26.219] وَتَقَلُّبَكَ فِي السَّاجِدِينَ |219| səcdə edənlər içində hərəkət edəndə də.

[26.220] إِنَّهُ هُوَ السَّمِيعُ العَلِيمُ |220| Həqiqətən də, O, Eşidəndir, Biləndir!


@ Bu şeytanlar kimə nazil olduqlarını olanlar

[26.221] هَلْ أُنَبِّئُكُمْ عَلَى مَن تَنَزَّلُ الشَّيَاطِينُ |221| Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi?

[26.222] تَنَزَّلُ عَلَى كُلِّ أَفَّاكٍ أَثِيمٍ |222| Onlar hər bir yalançıya və günahkara nazil olarlar.

[26.223] يُلْقُونَ السَّمْعَ وَأَكْثَرُهُمْ كَاذِبُونَ |223| Şeytanlar vəhydən eşitdiklərini kahinlərə təlqin edirlər. Halbuki onların əksəriyyəti yalançıdır!


@ Allaha və Onun peyğəmbəri mədh ki, başqa Poetry

[26.224] وَالشُّعَرَاءُ يَتَّبِعُهُمُ الغَاوُونَ |224| Şairlərə gəldikdə isə, onlara ancaq azğınlar uyar.

[26.225] أَلَمْ تَرَ أَنَّهُمْ فِي كُلِّ وَادٍ يَهِيمُونَ |225| Məgər görmürsənmi ki, onlar hər vadidə veyl-veyl gəzir (hər mövzuda şer uydurur)

[26.226] وَأَنَّهُمْ يَقُولُونَ مَا لاَ يَفْعَلُونَ |226| və etmədikləri şeylərə aid söhbət açırlar?

[26.227] إِلاَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَذَكَرُوا اللَّهَ كَثِيراً وَانتَصَرُوا مِنْ بَعْدِ مَا ظُلِمُوا وَسَيَعْلَمُ الَّذِينَ ظَلَمُوا أَيَّ مُنقَلَبٍ يَنقَلِبُونَ |227| Təkcə iman sahibi olub xeyirxah əməllər edən, Allahı tez-tez yada salan və haqsızlığa məruz qaldıqdan sonra dini müdafiə edənlərdən başqa. Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər.
|AN NAML 27 Ants

Mərhəmətli və Rəhmli Allahın adı ilə! بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ |1|


@ dua və xeyriyyə əhəmiyyəti

[27.1] طس‌ تِلْكَ آيَاتُ القُرآنِ وَكِتَابٍ مُّبِينٍ |1| Ta. Sin. Bu, Quranın və açıq-aydın bir Kitabın ayələridir.

[27.2] هُدًى وَبُشْرَى لِلْمُؤْمِنِينَ |2| Möminlərə doğru yol göstəricisi və müjdədir.

[27.3] الَّذِينَ يُقِيمُونَ الصَّلاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُم بِالآخِرَةِ هُمْ يُوقِنُونَ |3| O kəslərə ki, namaz qılır, zəkat verir və axirətə qətiyyətlə inanırlar.


@ imansız əməlləri

[27.4] إِنَّ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِالآخِرَةِ زَيَّنَّا لَهُمْ أَعْمَالَهُمْ فَهُمْ يَعْمَهُونَ |4| Həqiqətən, Axirətə iman gətirməyənlərin bəd əməllərini onlara yaxşı kimi göstərdik. Odur ki, onlar azğınlıqları üzündən heç nə anlamadan yer üzündə veyllənirlər.

[27.5] أُوْلَئِكَ الَّذِينَ لَهُمْ سُوءُ العَذَابِ وَهُمْ فِي الآخِرَةِ هُمُ الأَخْسَرُونَ |5| Bunlar əzabı ağır olacaq kimsələrdir; Axirətdə ən çox ziyana uğrayacaq kəslər də elə onlardır.
@ Quran Allah tərəfindən göndərilmiş

[27.6] وَإِنَّكَ لَتُلَقَّى القُرْآنَ مِن لَّدُنْ حَكِيمٍ عَلِيمٍ |6| Həqiqətən, sən Quranı Müdrik və Bilən Allahdan alırsan.


@ Musa peyğəmbər və Fir'onun təkəbbür olur

[27.7] إِذْ قَالَ مُوسَى لأَهْلِهِ إِنِّي آنَسْتُ نَاراً سَآتِيكُم مِّنْهَا بِخَبَرٍ أَوْ آتِيكُم بِشِهَابٍ قَبَسٍ لَّعَلَّكُمْ تَصْطَلُونَ |7| Bir zaman Musa öz ailəsinə: “Mən, doğrudan da, bir od gördüm. Qoy gedib ondan sizə bir xəbər və ya bir köz gətirim ki, qızınasınız” – demişdi.

[27.8] فَلَمَّا جَاءَهَا نُودِيَ أَن بُورِكَ مَن فِي النَّارِ وَمَنْ حَوْلَهَا وَسُبْحَانَ اللَّهِ رَبِّ العَالَمِينَ |8| Musa oraya gəlib çatanda ona nida gəldi: “Odun içindəki də, ətrafındakı da mübarəkdirlər. Aləmlərin Rəbbi olan Allah pak və müqəddəsdir!

[27.9] يَا مُوسَى إِنَّهُ أَنَا اللَّهُ العَزِيزُ الحَكِيمُ |9| Ey Musa! Qüdrətli, Müdrik Allah Mənəm!

[27.10] وَأَلْقِ عَصَاكَ فَلَمَّا رَآهَا تَهْتَزُّ كَأَنَّهَا جَانٌّ وَلَّى مُدْبِراً وَلَمْ يُعَقِّبْ يَا مُوسَى لاَ تَخَفْ إِنِّي لاَ يَخَافُ لَدَيَّ المُرْسَلُونَ |10| Əsanı yerə at!” Musa onun ilan kimi qıvrıldığını gördükdə dönüb qaçdı və geriyə də dönmədi. Allah dedi: “Ey Musa! Qorxma! Elçilər Mənim hüzurumda qorxmazlar.

[27.11] إِلاَّ مَن ظَلَمَ ثُمَّ بَدَّلَ حُسْناً بَعْدَ سُوءٍ فَإِنِّي غَفُورٌ رَّحِيمٌ |11| Ancaq kim haqsızlıq edib sonra da pisliyin əvəzinə yaxşılıq edərsə, bilsin ki, Mən Bağışlayanam, Rəhmliyəm!

[27.12] وَأَدْخِلْ يَدَكَ فِي جَيْبِكَ تَخْرُجْ بَيْضَاءَ مِنْ غَيْرِ سُوءٍ فِي تِسْعِ آيَاتٍ إِلَى فِرْعَوْنَ وَقَوْمِهِ إِنَّهُمْ كَانُوا قَوْماً فَاسِقِينَ |12| Əlini qoynuna sal ki, əlin oradan ləkəsiz, ağappaq çıxsın. Firona və onun tayfasına göndərilən doqquz möcüzədən biri budur. Həqiqətən, onlar fasiq bir tayfadır!”

[27.13] فَلَمَّا جَاءَتْهُمْ آيَاتُنَا مُبْصِرَةً قَالُوا هَذَا سِحْرٌ مُّبِينٌ |13| Möcüzələrimiz onlara aşkar şəkildə göstərildikdə: “Bu, açıq-aydın bir sehrdir!” – dedilər.

[27.14] وَجَحَدُوا بِهَا وَاسْتَيْقَنَتْهَا أَنفُسُهُمْ ظُلْماً وَعُلُواًّ فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ المُفْسِدِينَ |14| Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər. Gör fəsad törədənlərin aqibəti necə oldu!
@ Həzrəti Süleyman hekayə və Allah tərəfindən ona verilən möcüzə

[27.15] وَلَقَدْ آتَيْنَا دَاوُدَ وَسُلَيْمَانَ عِلْماً وَقَالا الحَمْدُ لِلَّهِ الَّذِي فَضَّلَنَا عَلَى كَثِيرٍ مِّنْ عِبَادِهِ المُؤْمِنِينَ |15| Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi Öz mömin qullarının çoxundan üstün tutan Allaha həmd olsun!”


Yüklə 9,06 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin