1. Avtomobil haqqında ümumi məlumat


Aparan hissə digər bütün qovşaqların, aqreqat və sistemlərin yerləşdirilməs



Yüklə 494,32 Kb.
səhifə2/13
tarix24.11.2022
ölçüsü494,32 Kb.
#70358
1   2   3   4   5   6   7   8   9   ...   13
NVK cavablar

Aparan hissə digər bütün qovşaqların, aqreqat və sistemlərin yerləşdirilməsi və bərkidilməsi üçündür. O çərçivə (yük avtomobillərində) və ya aparan kuzov şəklində (minik avtomobilləri və avtobuslarda) hazırlana bilər. Aparan çərçivənin tipindən asılı olaraq avtomobillər çərçivəli və ya çərçivəsiz adlanır.
Transmissiya (güc ötürməsi) enerjini mühərrikdən təkərlərə ötürür və onu təkərlərdə istifadə etmək üçün səmərəli formaya çevirir. Transmissiyalar mexaniki, elektrik, hidrohəcm və kombinə edilmiş olur (elektromexaniki və hidromexaniki). Müasir avtomobillərdə mexaniki və hidromexaniki transmissiyalar daha geniş istifadə edilir. Arxa təkərləri aparan avtomobillərdə transmissiya ilişmə muftasından, ötürmələr qutusundan, kardan ötürməsindən, baş ötürücüdən, diferensialdan və yarımoxlardan ibarətdir. Baş ötürücü, diferensial və yarımoxlar aparan körpünün tirində yerləşdirilir. Qabaq təkərləri aparan avtomobildə, transmissiyada ötürmələr qutusu ilə baş ötürücü arasında kardan ötürməsi olmur. Bütün təkərləri aparan avtomobildə transmissiyaya əlavə olaraq aparan körpülərlə kardan ötürməsi ilə birləşən paylayıcı qutu daxil olur. Mühərrik, ilişmə muftası və ötürmələr qutusu sərt birləşdikdə belə konstruksiya güc aqreqatı adlanır.
Asqı təkərləri aparan sistemlə elastiki birləşdirir və hərəkət zamanı hərəkət səlisliyini təmin edir, yəni sürücünü, sərnişinləri və yükləri yolların
nahamarlığından yaranan və təkərlər tərəfindən qəbul edilən zərbələr və təkanlardan qoruyur.
Təkərlər avtomobili yolla əlaqələndirir, onun hərəkətini və dönməsini təmin edir. Təkərə mühərrikdən güc və burucu moment ötürülürsə ona aparan təkər, əks halda isə aparılan təkər deyilir. Avtomobilin dönməsini təmin edən təkərlər idarə olunan təkərlər adlanır. Aparan və idarə olunana təkərlərə kombinə edilmiş təkərlər deyilir.
Körpülər avtomobilin aparan sistemini saxlayır. Avtomobildə aparan, aparılan, idarəolunan və kombinə edilmiş (idarə olunan və aparan) körpülər istifadə edilir, uyğun olaraq bu körpülərdə aparan, aparılan, idarə olunan və ya kombinə edilmiş təkərlər yerləşdirilir.

Yüklə 494,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin