10. İnteqrasiya prinsipi – milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli qovuşmasında, uyğunlaşmasında və qoşulmasında ifadə olunur.
Respublikamızın təhsil sistemi göstərilən prinsiplərə uyğun qurulur və fəaliyyət göstərir. Təhsil sisteminin quruluşu. Təhsil sisteminin quruluşu Təhsil Qanununda öz əksini tapmışdır. Qanunda təhsil müəssisələrinin tipləri, hər tipin növləri müəyyən edilmişdir.
Məktəbəqədər təhsil müəssisələri – körpələr evi, körpələr evi – uşaq bağçası, xüsusi uşaq bağçası. Məktəbəqədər təhsil üç yaşından başlayır. 5 yaşında uşaqların məktəb hazırlığı başlayır. Belə hazırlıq bağçada, məktəbdə, ailədə həyata keçirilə bilər.