376. Maqnit induksiyası və seli hansı vahidlərlə ölçülür? (orta)
A. Tesla, A/m
B. Tesla, Veber
C. Nn/m, Tesla
D. Veber, Hn/m
377. Maqnit induksiyasını qüvvətləndirmək üçün sarğacın nüvəsini hansı materialdan hazırlayırlar? (asan)
A. Diamaqnit
B. Ferromaqnit
C. Paramaqnit
D. Əlvan metallar
378. Sabit cərəyan mühərrikinin lövbərinin fırlanma istiqamətini necə dəyişmək olar? (çətin)
A. Qidalanma gərginliyini artırmaqla
B. lövbər cərəyanını azaltmaqla
C. Təsirlənmə dövrəsinə tənzimlənən müqavimət qoşmaqla
D. Stator təsirlənmə dolağından axan cərəyanın istiqamətini dəyişməklə
379. Üçfazalı asinxron mühərrikində statorun maqnit seli ilə rotorun fırlanmasında sürətlər necə olar? (orta)
A. Rotorun fırlanma sürəti geri qalır
B. Rotorun fırlanma sürəti irəlidə olar
C. Hər ikisi eyni sürətlə fırlanır
D. Statorun maqnit seli 5% geri qalır
380. Testrlə nəyi ölçmək olur? (orta)
A) Cərəyan şiddətini və gərginliyi
B) Cərəyan şiddətini və müqaviməti
C) Cərəyan şiddətini, gücü, gərginliyi
D) Cərəyan şiddətini, gərginliyi, müqaviməti, tezliyi
381. Qısa qapanmada nə baş verir? (orta)
A) Müqavimət azalır
B) Müqavimət və gərginlik artır
C) Müqavimət azalır, cəryan artır
D) Cərəyan şiddəti və gərginlik artır
382. Mühərriklərin faydalı iş əmsalını artırmaq üçün nə edirlər? (çətin)
A) Dolağın müqavimətini azaldırlar
B) Cərəyanı azaldıb, gərginliyi artırırlar
C) Cərəyanı artırıb, gərginliyi dəyişmirlər
D) Dolağa kondensator qoşurlar
383. Transfarmatorlardan nə üçün istifadə edirlər? (orta)
A) Enerjini düzgün paylamaq üçün
B) Enerjini artırıb-azaltmaq üçün
C)/ Cərəyan şiddəti və gərginliyi artırıb-azaltmaq üçün
D) Enerjini itkisiz ötürmək üçün
384. Sabit cərəyan maşınları hansı rejimlərdə istifadə olunur. (orta)
A)) Həm generator, həm də mühərrik kimi.
B) Həm generator, həm də rotor kimi.
C) Həm stator, həm də mühərrik kimi.
D) Həm asinxron generator, həm də mühərrik kimi.
Dostları ilə paylaş: |